Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   11   12   13   14   15   16   17   18   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
61 
61 
61 
«oğurlanması»–missiyanın  məxfi  qrif  altında  saxlanılan 
hesabatları vacib şərtlərdən idi.  
«ALSOS»  qrupunun  agenti,  Hitler  Almaniyanın  paket 
mərkəzinin  baş  mühəndisi  Vernar  fon  Brounun  hazırladığı 
siyahı  üzrə  II  Dünya  müharibəsi  illərində  4–5  min  arası 
savadlı kadr ABŞ-da işlə təmin olunmuşdu [107, 22-23].  
Amerika  ordusunun  generalı  «ALSOS»  missiyasının 
rəhbərlərindən  biri  olmuş  L.  Qrovsın  1933-cü  ildə  gördüyü 
işlərlə bağlı  yazdığı  xatirələrdə zəkaların  ABŞ-xüsusi xidmət 
orqanları tərəfindən necə «oğurlanmasını»qeyd edir. O, Hitler 
Almaniyasının  ən  zəkalı  insanlarından  biri  sayılan,  dünya 
şöhrətli  fizik  Berner  Reyzenberqin  ələ  keçirilməsini 
Amerikanın  qələbə  çalmasının  başlıca  səbəblərindən  biri 
hesab edirdi. [97, 36-63].  
Qloballaşma  prosesi  gücləndikcə  məlum  olur  ki,  bütün 
dünya  üzrə  elm-təhsilin  keyfiyyəti  inkişafdan  geri  qalır. 
Amerikanın  ən  nüfuzlu  ali  və  elmi  müəssisələri  savadlı  kadr 
qıtlığı ilə üzləşməli olublar. Sənaye, iqtisadiyyat texnika və s. 
sahələrdə  tanınan  şirkətlər  işçiləri  arasında  elmi  potensialı 
güclü olan gəncləri görməkdən ötrü külli miqdarda vəsait sərf 
edirlər,  tədqiqat  mərkəzləri,  elmi  laboratoriyalar  bir-birinin 
ardınca  iflasa  uğramaqdadır.  Dünyanın  bir  sıra  tanınmış 
şirkətləri 
novatorçu 
kadrların 
olmaması 
səbəbindən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
62 
62 
bağlandığını  elan  ediblər.  Şirkətlər  tam  iflasa  uğramamaq 
naminə  birləşir,  yaxud  öz  səhmlərini  ucuz  qiymətə  birjalara 
çıxartmağa məcbur olurlar [130, 80-93].  
2000-ci  ildən  etibarən  ABŞ  «zəka  axını»  qəbul  edən 
dövlətlər  içərisində  birinciliyi  ələ  alır.  XX  əsrin  60-cı  illərdə 
ABŞ-a «zəka» verən əsas «donorlar» Kanada və Qərbi Avropa 
dövlətləri  idisə  (99%),  1990-cı  illərdən  başlayaraq,  Latın 
Amerikası,  Rusiya,  MDB  dövlətləri  Amerikaya  «zəka»  ixrac 
edən dövlətlər oldu. Bu gün ABŞ-da düşünən beyinlərin 85%-
i məhz bu ölkələrdən olanlardır.  
Birləşmiş 
Ştatlara 
mühacirət 
edən 
alim 
və 
tədqiqatçıların sayı hər il artır. 1999-cu ildə əcnəbilər ABŞ-da 
çalışan  alim  və  mühəndislərin  15  faizini  təşkil  edirdilərsə, 
2003-cü  ildə  onların  sayı  22,  5  faizə  çatıb.  ABŞ  Milli  Elm 
Fondunun  apardığı  araşdırmalar  zamanı  bəlli  olub  ki, 
sözügedən  təmayül  bundan  sonra  da  güclənəcək.  Belə  ki, 
1983-cü  ildən  bəri  ABŞ  universitetlərində  elm  və  istehsalat 
üçün  kadrlar  hazırlayan  texniki,  riyaziyyat  və  digər 
fakültələrdəki əcnəbi tələbələrin sayı 19 faizdən 27 faizə çatıb. 
Birləşmiş Ştatlardakı aspirantlara gəldikdə isə, onların 32 faizi 
əcnəbilərdir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
63 
63 
63 
Bu  zaman  kompüter  elmləri,  riyaziyyat  və  kənd 
təsərrüfatı  sahəsində  elmlər  doktoru  almış  şəxslərin  43,  faizi 
mühəndis elmləri sahəsində isə 55 faizi əcnəbilərdir.  
Ölkəsindən  xaricdə  təhsil  almaq  qərarına  gələn 
tələbələrin  40  faizi  hazırda  ABŞ  universitetlərində  təhsil 
alırlar.  ABŞ  hər  il  65  min  alim  və  mühəndis  mühacirət  edir. 
Onlar üçün «H–İB» tipli xüsusi viza da mövcuddur [124].  
Bu məqsədlə Amerika konqresi 115 min xüsusi vizanın 
illik sayının 195 minə qaldırmaq üçün 2002-ci ildə qərar qəbul 
edib. ABŞ –dan başqa «zəkaları» öz ölkəsində görmək istəyən 
dövlətlər içərisində ön yerlərdən birini də Kanada tutur. Alma-
niya  informasiya  texnologiyaları  genetik  tədqiqatlar  üzrə 
mütəxəssis sayılan şəxslər üçün «Green Card»–sistemini daha 
da  fəallaşdırmışdır.  Bunun  nəticəsində  2001-ci  ildə  10  min 
düşünən  beyini  qeyd  edilən  istiqamət  üzrə  Almaniyada 
vətəndaşlıq alıbdır.  
İnkişaf etmiş dövlətlər siyahısına daxil olan Sinqapur və 
Malayziya  da  öz  qapılarına  «zəka  axını»  üçün  açmışdır.  Çin 
bu  məqsədlə  bir  sıra  güzəştlərin  dövlət  səviyyəsində 
verilməsində  maraqlı  olduğunu  bəyan  etmiş,  Yaponiya  isə 
2001-ci ildə 222 min xarici mütəxəssisi öz ölkəsinin vətəndaşı 
edibdir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
64 
64 
2001-ci ildən başlayaraq dövlətlərin zəkaları öz ölkəsinə 
cəlb  etməsində  apardıqları  siyasət  bir  sıra  sahələrdə  xüsusən 
tibb  sahəsində  problemlər  yaratdı.  Hazırda  dünya  da  tibb 
«personalı qıtlığı» probleminin aradan qaldırılması üçün daha 
4 milyon həkimə ehtiyac vardır.  
Milli  və  dövlətlərarası  siyasət  miqrasiya  prosesləri  ilə 
sıx  əlaqələndirilməzsə,  qlobal  dünyada  sosial  inteqrasiya  bir 
məqsəd  kimi  əlçatmaz  olaraq  qalacaq.  Mühacirlərin  əsas  rol 
oynadığı  müasir  cəmiyyətimizlə  bağlı  müəyyən  gerçəkliklər 
bütün  səviyyələrdə  əlaqəli  miqrasiya  siyasətinin  tətbiqini 
zəruri edir. Bu ehtiyac BMqT-yə üzv olan dövlətlər tərəfindən 
prioritet  kimi  müəyyənləşdirilib.  Miqrasiyanın  ticarət,  əmək, 
təhlükəsizlik, səhiyyə,  sosial  təminat,  humanitar  yardım  kimi 
bir  çox  sahələrlə  kəsişməsinə  baxmayaraq,  bu  sahələrdən 
birinə zərər vurmadan digərinin siyasətini təmin edəcək siyasi 
əlaqələndirmə  əksər  hallarda  ya  yoxdur,  ya  da  nəzərə 
çarpmayan səviyyədədir. Bu əlaqələndirmə və qarşılıqlı əlaqə 
nəinki  milli,  hətta  regional  və  beynəlxalq  səviyyələrdə  də 
mövcud deyil.  
Milli  və  qlobal  səviyyədə  planlaşdırılan  siyasətə 
yardımçı  faktor  kimi  əlavə  olunan  miqrasiya  siyasəti  ticarət, 
səhiyyə,  təhlükəsizlik,  insan  hüquqları  və  inkişaf  da  daxil 
olmaqla bütün sahələrdə ciddi nəzərə alınmalıdır [119].  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə