Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   2   3   4   5   6   7   8   9   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 


 
MÜNDƏRİCAT  
 
 
GİRİŞ 
 
I  FƏSİL:  MÜASIR  DÖVRDƏ  “ZƏKA  AXINI”NI 
ŞƏRTLƏNDIRƏN 
ICTIMAI-
IQTISADI 
ŞƏRAITƏ 
FƏLSƏFI 
YANAŞMA 
1.1.  Qloballaşma  dövründə  ―zəka  axını‖:  probleminin 
mahiyyəti və sosial fəlsəfi səciyyəsi ------- 12 
1.2.  Postsovet  məkanında  ―zəka  axını‖  prosesinin  
vəziyyəti                                               ------ 40 
1.3. 
Azərbaycan 
ziyalılarının 
xarici 
ölkələrdə 
yayılmasına təsir göstərən amillər     ------ 62 
 
II  FƏSİL:    AZƏRBAYCANIN  BEYNƏLXALQ 
ƏLAQƏLƏRININ 
GENIŞLƏN-
MƏSINDƏ DIASPORUN ROLU 
2.1. 
Azərbaycan 
diasporunun 
yaranmasında 
ictimaiyyətin  (elm,  mədəniyyət,  incəsənət  və  .s) 
rolu və mövqeyi                                     ---- 95 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 



2.2.  Xarici  ölkələrdə  yaşayan  azərbaycanlıların  sosial 
tərkibi, formalaşma mərhələləri və təzahürü  ---116 
2.3.  Müasir  dövrdə  xaricdə  yaşayan  azərbaycanlıların 
əlaqələrinin  təşkilinin  məzmunu  və  xarakterik 
xüsusiyyətləri                                             --- 131 
 
NƏTİCƏ                                              -------------- 148 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT      ------156 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
10 
10 
 
GİRİŞ 
 
Müasir  dövrün  qlobal  problemləri  içərisində  «zəka 
axını»  prosesi  öz  aktuallığı  ilə  xüsusilə  seçilir.  Bütün  dünya 
dövlətlərinin  qarşısını  çətinliklə  ala  bildiyi  miqrasiya  prosesi 
içərisində «zəka axını» elmi-iqtisadi inkişafa öz güclü təsirilə 
seçilir.  
«Zəka axını» prosesini doğuran başlıca səbəblərdən biri 
budur  ki,  tarixi  qədim  dövrlərə  təsadüf  edən  miqrasiya 
prosesinin  intellektual  qanadının  ölkəni  tərk  edərək  xarici 
dövlətlərə köçməsi məsələsinə diqqət yetirilməmişdir. Bu gün 
zəkalı  insanların  inkişaf  etmiş  ölkələrə  və  ölkədaxili  digər 
sahələrə  miqrasiya  etməsi  dünya  dövlətlərini  ciddi  narahat 
edən məsələlərdəndir. Problemin dövlət daxili iqtisadi, sosial, 
siyasi  sahələr  ilə  birbaşa  əlaqəli  olması  və  qloballaşma 
dövründə  öz  müstəqilliyini  qoruyub  saxlamaq  istəyən  dövlət 
üçün  mühüm  əhəmiyyət  kəsb  etməsinin  zəruriliyini  daha 
aydın görərik.  
Respublikada  miqrasiya  prosesləri  və  onun  mühüm 
qanadı  olan  «zəka  axını»  prosesinin  mövcud  vəziyyətlə 
vəhdətdə  araşdırılması  çox  zəruridir.  Avropa  Birliyinə 
inteqrasiya  etmək  istəyən  Azərbaycanın  miqrasiya  prosesi  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
11 
11 
11 
lobbi  formalaşdırılması  sahəsində  həyata  keçirdiyi  siyasəti 
diqqətlə öyrənilməsi, habelə ondan çıxarılan nəticələr ölkənin 
sosial sferasında baş verən problemlərin tənzimlənməsində öz 
faydalılığı  xüsusi  əhəmiyyət  kəsb  edir.  Müstəqil  dövlət  kimi 
Azərbaycan  öz  milli  mənafeyinə  uyğun  şəkildə  daha  güclü, 
qüdrətli dövlətin təminatçısı olan zəkalı insan kapitalı fondunu 
yaratmaqla,  demokratik  quruculuq  və  inkişaf  xəttini 
yüksəltməyə  çalışır.  Ümummilli  lider  Heydər  Əliyev  hələ 
sovet  Azərbaycanına  rəhbərlik  etdiyi  dövrlərdə  azərbaycanlı 
gəncləri  SSRİ-nin  müxtəlif  tanınmış  ali  məktəblərində  təhsil 
almağa  göndərərkən  əslində  diaspor  işinin,  lobbiçiliyin 
təməlini  qoyurdu.  Sonralar  H.  Əliyev  həmin  dövr  haqqında 
belə  deyirdi:  ―o  vaxtlar  azərbaycanlıları  başqa  yolla  Sovetlər 
İttifaqına  səpələyib  dayaq  yaratmaq  istəyirdim.  İndi  isə 
sərhədlər  açılıb,  azərbaycanlılar  hər  yerdə  yaşaya  bilər.  Bir 
şərtlə  ki,  gərək  millətini,  dinini,  torpağını  və  ana  Vətənini 
unutmayasan‖. [20] 
Dünyanın  bütün  ölkələri  ilə  yüksək  səviyyədə  iqtisadi, 
siyasi,  ictimai,  elmi  və  humanitar,  eləcə  də  xaricdə  yaşayan 
həmvətənlərimizlə  əlaqələrin  yaradılmasında  ulu  öndərin 
layiqli davamçısı İlham Əliyev, Taras Şevçenko adına Kiyev 
Milli Universitetinin fəxri doktoru diplomunun təqdim edilmə 
mərasimində  söylədiyi  nitqdə  qeyd  etmişdir  ki;  ―Mən  tam 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
12 
12 
əminəm ki, yüksək təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa, 
gənclər  ən  mütərəqqi  texnologiyalara  yiyələnməsələr, 
həqiqətən  inkişaf  etmiş  dövlət  qurmaq  mümkün  deyil.  Buna 
görə  də  təhsil  bizim  üçün  prioritet  sahədir.‖  Onun  təhsilə 
verdiyi  önəm  bizə,  müasir  dövrün  zəka  sahiblərini 
dəyərləndirməyə, 
onların 
dövlətçiliyimizin 
möhkəmləndirilməsi və gələcəyi üçün nə dərəcədə faydalı və 
səmərəli  olması,  onlardan  istifadə  imkanlarının  sosial 
təhlilinin  aparılması  və  araşdırılmasının  zərurət  olduğunu 
göstərir.‖  
Dünyanın  əksər  regionlarında  və  eləcə  də  Azərbaycan 
başda  olmaqla  keçmiş  Sovetlər  Birliyi  məkanında  «zəka 
axını» prosesinin müsbət və mənfi tərəflərinin özünü qabarıq 
şəkildə göstərməsi bir sıra subyektiv və obyektiv amillərlə sıx 
bağlıdır. Qeyd edək ki, ölkədəki sosial-iqtisadi sahədə həyata 
keçirilən  işlərə  də  zəka  axını  məsələlərinin  müəyyən 
təzahürləri meydana çıxa bilər. Elmi ədəbiyyatda «zəka axını» 
prosesinin  araşdırılması,  onun  mahiyyətinə  aydınlıq 
gətirilməsi,  eləcədə  diasporun  və  lobbiçiliyin  əsas 
istiqamətlərinin  təyin  olunması,  müasir  dövrün  qarşısında 
duran problemdir.  
Xarici  ölkələrdə  öz  elmi  səviyyələrini  artırmaq 
məqsədilə  ana  vətənlərini  tərk  edib  və  məskunlaşdığı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə