Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   2   3   4   5   6   7   8   9   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
13 
13 
13 
ərazilərdə icma halında, daha sonra diaspora çevrilən insanlar 
barəsində  bir  çox  xalqların  şifahi  və  yazılı  ədəbiyyatlarında 
məlumatlara  rast  gəlinir.  Nəzərə  alsaq  ki,  mövzunun  tarixi 
nöqteyi-nəzərindən  mühüm  əhəmiyyət  kəsb  etməsinə 
baxmayaraq,  problemə  həsr  edilən  elmi-tədqiqat  işləri  yalnız 
XX əsrin ortalarına qədər ciddi şəkildə işlənməyib.  
XX  əsrin  ilk  illərindən  başlayaraq,  dünyanın  siyasi 
mənzərəsilə paralel olaraq elmin müxtəlif sahələrində də ciddi 
dəyişikliklər  baş  verdi.  Miqrasiya,  diaspor,  qloballaşma  ilə 
bağlı əsərlər və elmi-tədqiqat işlərinin dünyanın nüfuzlu elmi 
müəssisələrində  çap  olunması  prosesi  fəallaşdı.  Xüsusilə, 
ABŞ, Rusiya, Fransa, Almaniya və Böyük Britaniyada mövzu 
ilə əlaqədar son hesabatlar və elmi işlərin ictimai müzakirəyə 
çıxarılması başlandı.  
I və II Dünya müharibələri illərində qüdrətli dövlətlərin 
«zəka  axını»  və  diasporlar  mövzusuna  ciddi  fikir  verməsi, 
nüfuzlu  alimlərin,  ziyalıların  və  tədqiqatçıların  zehinlərinə 
olan  tələbat,  onların  zəkalarına  duyulan  ehtiyac  elmin 
istiqamətini problemin öyrənilməsinə yönəltdi.  
XX  əsrin  ikinci  yarısından  başlayaraq  dünya  elmi 
ədəbiyyatında  qloballaşma,  «zəka  axını»  və  miqrasiya  ilə 
bağlı  elm-tədqiqat  işlərinin  sayının  artması  prosesi  müşahidə 
olundu. Bu nöqteyi-nəzərdən göstərək ki, A. MacGillivray, R. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
14 
14 
Kindleberger, D. Fleming, B. Blair, M. Kritz, P. Martin [109; 
112;  116;  122;  123]  və  s.  kimi  tədqiqatçılar  öz  əsərlərində 
qeyd  etdiyimiz  məsələlərlə  bağlı  ictimai  fikirdə  problemin 
meydana  çıxardığı  səhvlərin  aradan  qaldırılması  yollarını 
təhlil etmişlər. Bu alimlərin tədqiqatları qeyd olunan mövzular 
sahəsində  ilk  nəzəri  və  praktik  istiqamətləri  özündə 
birləşdirdiyi  üçün  elmi  əhəmiyyətini  bu  gün  də 
saxlamaqdadır.  
Keçmiş  sovet  dövrünün  təsiri  nəticəsində  mövzu  ilə 
əlaqəli  dəyərli  elmi  əsərlər  yalnız  1990-cı  illərdən  etibarən 
tam  əhatəli  olaraq  çap  olundu.  Bu  dövrdən  başlayaraq  Y. 
Klyuçko, A. Savelyev, N. Şlepakov, A. Smirnova, N. Nirel, B. 
Balkov,  P.  Balen,  L.  Maratis,  A.  Derqaçev,  S.  Eqerev  və  s. 
tədqiqatçıların  qloballaşma,  miqrasiya,  zəka  axını  və  diaspor 
mövzusuna həsr edilən maraqlı tədqiqat əsərləri yazılıb və çap 
edildi. [65; 70; 71; 77; 107; 110; 125] 
Qloballaşma  dövründə  «zəka  axını»,  onu  doğuran 
səbəblər, problemin işlənilməsinə şərait yaradan amillər və s. 
məsələlər  T.  Straubhaar  ―Yüksək  peşəkarların  beynəlxalq 
səfərbərliyi:  ―zəka  axını  və  ya  zəka  mübadiləsi‖  [133] 
monoqrafiyasında  ətraflı  şəkildə  təhlil  edilib  və  araşdırılıb. 
Müəllifin  kitabında  qloballaşma  dövrünün  problemləri, 
miqrasiya prosesləri onun həlli çətin olan istiqaməti və «zəka 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
15 
15 
15 
axını»nı  ilə  qarşılıqlı  təsiri  məsələsinə  geniş  yer  verilib. 
Tədqiqatçı  dünyanın  inkişaf  etmiş  ölkələrinə  üçüncü  dünya 
ölkələrindən  «zəka  axını»  prosesinin  baş  vermə  səbəblərini 
statistik  göstəricilər  və  nüfuzlu  təşkilatların  hesabatları 
əsasında araşdırıb.  
Qloballaşma  və  miqrasiya  prosesləri  elmli  insanların 
kapital  ardınca  öz  ailələrini  tərk  edib  xarici  dövlətlərdə 
məskunlaşması,  bu  işlə  məşğul  olan  xüsusi  qrupların 
fəaliyyəti  kimi  məsələləri  araşdıran  Y.  Klyuçko  və  A. 
Sovelyevun  birgə  məhsulu  olan  «Yeni  dünya  düzəni 
kontekstində  zəka  dəyəri»  [77]  kitabını  xüsusi  qeyd  etmək 
olar.  Müəlliflər  yeni  dünya  nizamında  qüdrətli  qalmaq  üçün 
kasıb  ölkələrin  zəka  sahiblərini  müxtəlif  cəlbedici  təkliflərlə 
ərazilərinə  dəvət  etmə  strategiyasına  toxunaraq  aparılan 
siyasətin xüsusiyyətlərini öyrəniblər.  
Azərbaycanda  da  qeyd  edilən  mövzulara  həsr  edilən 
elmi-tədqiqat işlərinin çap olunması XX əsrin 90-cı illərindən 
sonraya  təsadüf  edir.  Qloballaşma  ilə  bağlı  akademik  Ramiz 
Mehdiyevin  «Azərbaycan:  qloballaşma  dövrünün  tələbləri» 
kitabında qloballaşma, onun səviyyəsi, xüsusiyyətləri, sosial–
iqtisadi  və  siyasi  sahələrində  baş  verən  hadisələr  nəzəri  və 
təcrübi  çərçivədə  araşdırılıb.  Müəllif  problemlə  bağlı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
16 
16 
təhlillərində  respublika  üçün  mühüm  olan  çox  qiymətli 
tövsiyələr verilmişdir. [37] 
Diaspor və onun problemləri, xaricdəki soydaşlarımızın 
bugünkü  dövlətlə  münasibətləri,  ümummilli  lider  Heydər 
Əliyevin  bu  istiqamətdəki  uğurlu  fəaliyyəti  barəsindəki 
məsələlərə  V.  Həbiboğlunun  «Heydər  Əliyev  və  Azərbaycan 
diasporu»  əsərində  mühüm  yer  verilmişdir.  Azərbaycan 
diasporu  mövzusuna  həsr  olunan  V.  Həbiboğlunun  əsərində 
«Dünyaya  açılan  pəncərə»  və  «Əsrlərə  nümunə»  bölmələri 
diasporumuzun  yaranma  yolları,  son  illərdə  xaricdəki 
soydaşlarımızın  fəaliyyəti  və  azərbaycançılıq  ideologiyasının 
təbliği ilə bağlı fəaliyyəti hərtərəfli şəkildə araşdırılmaqla ulu 
öndər  Heydər  Əliyevin  bu  sahədəki  əvəzolunmaz  xidmətləri 
ardıcıl şəkildə təhlil edilir. [30]  
Diaspor  nəzəriyyəsi,  Azərbaycan  diasporunun  tarixi, 
formalaşması,  «zəka  axını»nın  yayılma  coğrafiyasını  tədqiq 
edən Z.Əliyevin «Dünya diasporları» [27] kitabında mövzu ilə 
bağlı  olan  məlumatların  olması  da  az  maraq  doğurmur. 
Tədqiqatçı  əsərində  dünyanın  aparıcı  12  diasporu  ilə  tarixi 
daha  qədim  dövrlərə  gedib  çıxan  Azərbaycan  diasporunun 
müqayisəli  təhlilini  aparmış  və  klassik  diasporlara  xas  olan 
problemlərin  həll  edilməsi  istiqamətdə  gördüyü  işlərin 
strukturunu qeyd etmişdır.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə