Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   2   3   4   5   6   7   8   9   10   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
29 
29 
29 
yaradacaq  yeni  beynəlxalq  norma  və  təsisatların  yaradılması, 
qaçılmaz sayılan işlərdən idi.  
Bu  səbəbdən  də  transmilli  korporasiyaların  sayı 
durmadan  artmağa  başladı.  1960-cı  illərdə  indiyədək  onların 
sayı  təxmini  olaraq  7  mindən  40  minə  çatdı.  Xüsusilə  ABŞ, 
Yaponiya,  Böyük  Britaniya,  Fransa,  Almaniya,  Çin,  Cənubi 
Koreya  kimi  dövlətlərin  nəhəng  transmilli  şirkətləri  prosesi 
fəal iştirakçılardır [135, 12].  
Dünyanın  geosiyasi  və  geoiqtisadi  xəritəsində 
qloballaşma  prosesinin  əsas  Şimali  Atlantik,  Sakit  okean 
hövzəsi  və  Cənub  makro  iqtisadi  məkanında  qruplaşdırmaq 
olar.  Bu  üçbucaqda  isə  qloballaşmanın  aparıcı  qüvvəsi  kimi 
dövlət  tənzimlənməsindən  kənar  maliyyə–bank  və  digər 
transmilli korporasiyalar fəaliyyət göstərir [113, 7].  
Qeyd  etdiyimiz  kimi,  qloballaşma  iqtisadi,  siyasi, 
mədəni, texnoloji, hərbi, hüquqi inteqrasiya nəticələri olan bir 
prosesdir.  Qloballaşma  ilə  birlikdə  yeni  dünya  düzəninini 
dizaynetmə  funksiyasını  üzərinə  götürmüş  millətüstü, 
dövlətüstü qurum və quruluşlar ortaya çıxmaqdadır.  
Son  illər  Şimali  Amerika  və  Qərbi  Avropa  ölkələrinə 
məxsus şirkətlər sürətlə inkişaf etməkdə olan ölkələrlə rəqabət 
aparmağa çətinlik çəkirlər. Bunun əsas səbəblərindən biri işçi 
qüvvəsinin qiymətində olan fərqdir. Nəticədə Çin,  Hindistan, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
30 
30 
Yaponiya, Cənubi Koreya və s. ölkələrin istehsalat və xidmət 
göstərən  şirkətləri  dünya  bazarlarının  getdikcə  daha  artıq 
hissələrini  zəbt  edirlər.  Məsələn,  Avropa  bazarlarına 
yaxınlaşmaq  üçün  bu  şirkətlər  Şərqi  Avropa  ölkələrinə  külli 
miqdarda sərmayə qoyurlar. Rəqabətə tab gətirmək məqsədilə 
dünya  nəhəngləri  sayılan  şirkətlər  getdikcə  işçi  qüvvəsinin 
baha  olduğu  ölkələrdə  işçilərinin  sayını  azaldır  və  ya 
strategiyasını dəyişirlər.  
Son  dövrlərdə  bilgi  sahibi  və  daşıyıcısı  olan  insan 
yaradıcılığını  əldə  etmək  şirkətlərin  əsas  məqsədinə  çevrilir. 
Daha  sonrakı  məqsəd  «zəka  sahibinin»  qorunması  və  şirkət 
daxilində  saxlanması  problemini  həll  etməkdir.  Amma  belə 
birləşmələr  həmişə  uğurlu  olmur.  Buna  səbəb  «mədəni 
fərqlər»in  və  ya  daha  doğrusu,  «mədəni  atmosferə 
uyuşmazlığın» ortaya çıxmasıdır [5, 11].  
Miqrasiya  və  inkişaf  dinamikasının  daha  yaxşı 
mənimsənilməsi  və  idarə  olunması  inkişaf  etməkdə  olan 
dövlətlərin  ehtiyatlarını  azaltmadan  bu  ölkələrdən  olan 
ixtisaslı  əməkçilərin  inkişaf  etmiş  dövlətlərdə  işlə  təmin 
edilməsinə  imkan  verəcək.  Belə  çıxır  ki,  zəka  axını 
istiqamətində  birgə  fəaliyyət  göstərən  inkişaf  etmiş  və 
etməkdə  olan  ölkələrdə  ixtisaslı  kadrların  hərəkəti  və  təyinat 
ölkələrində  insan  resurslarının  inkişafı  sahəsində  zəruri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
31 
31 
31 
səviyyəyə  çata  bilər.  Adi  əməkçilərin  hərəkətinə  də  eyni 
diqqətin  göstərilməsi  zəruridir.  B.  Makkinli  əlavə  edib  ki, 
bütün  əlaqədar  tərəflər  birgə  işləməli  və  ümumi  yanaşmaya 
malik  miqrasiya  siyasəti  irəli  sürməlidirlər.  Bu  təqdirdə 
miqrasiyanın həqiqi potensialından istifadə etmək olar [3].  
Miqrasiya 
siyasətinin 
müəyyənləşdirilməsi, 
bu 
problemin  elmi-nəzəri  aspektlərinin  təhlili  ilk  növbədə  bu 
fenomenin  mahiyyəti,  forma  və  növləri,  struktur  və 
tipologiyası,  miqrasiyanın  formalaşma  qanunauyğunluqları 
haqqında  kompleks  araşdırmalar  aparılmasını  zəruri  edir.  Bu 
da ilk növbədə sadalanan məsələlərə dair elmdə mövcud olan 
mövqe və konseptual şərhlərə bələd olmağı, onlara münasibət 
bildirməyi şərtləndirir. Müasir miqrasiya proseslərinin milli və 
qlobal  təhlükəsizlik  faktorlarından  birinə  çevrilməsi,  son 
dərəcə 
intensiv  sürətlə  dinamikaya  uğraması  yeni 
xüsusiyyətlərin  üzə  çıxarılmasına  səbəb  olub.  Miqrasiyaya 
dair  elmdə  mövcud  olan  anlayış,  təsnifat  və  tipologiyanı 
müqayisə  etmədən,  yeni  təzahürlərin  real  vəziyyəti  və 
perspektivləri  haqda  mühakimə  yürütmək  qeyri-mümkündür. 
Bəşər tarixinin inkişafında çox mühüm rol oynayan miqrasiya 
prosesləri  hər  bir  ölkənin  üzləşdiyi  çoxşaxəli,  mürəkkəb 
hadisə  kimi  olduqca  müxtəlif  elmi  aspektlərə  malikdir.  Məhz 
buna  görə  problemin  nəzəri-metodoloji  təhlili,  anlayış-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
32 
32 
kateqorial  aparatının  dəqiqləşdirilməsi  tələb  olunan  ilk 
məsələlərdəndir.  Müasir  inkişaf  üçün  bütün  səviyyələrdə 
reallığın  dinamik  dəyişməsi  səciyyəvidir.  Bu  baxımdan 
cəmiyyətin  inkişafı  ilə  paralel  miqrasion  situasiya  da  çevik 
transformasiyaya  uğrayan  sahə  olduğu  üçün  onun  tədqiqində 
istifadə  olunan  anlayışların  məzmunu  yeniləşir,  adekvat 
ifadəsini  tələb  edir.  "Miqrasiya"  termininin  mahiyyəti  və 
təkamülünü  müəyyənləşdirməsi,  tipoloji-təsnifat  məsələlərinə 
yaxından  bələd  olmağı  gündəmə  gətirir.  "Miqrasiya"  -  latın 
sözü  olub  (miqratio")  "bir  yerdən  başqa  yerə  (yaxın  və  uzun 
müddətli)  hərəkət  etmək,  köçmək,  yerini  dəyişdirmək" 
mənalarını  verir  ("miqro"  -  keçirəm,  köçürəm)  və  bir  qayda 
olaraq insanların öz  yaşayış  yerlərini dəyişmələri ilə əlaqədar 
olan  bir  prosesdir.  Bəzi  tədqiqatlara  görə  miqrasiyanın  elmi 
izahı  ilk  dəfə  XIX  əsrdə  E.  Ravenşteyn  tərəfindən  verilib  və 
onu  "insanın  öz  yaşayış  yerini  daimi  və  ya  müvəqqəti 
dəyişməsi" kimi şərh edib. "Miqrasiya" sözün ilkin mənasında 
ingilis  dilindəki  "miqrateo"-  piyada  gəzmək,  səyahət  etmək" 
feli  ilə  də  bağlıdır.  Anlayışın  geniş  və  dar  mənalarda  tətbiqi 
məlumdur.  Dar  mənada  daimi  yaşayış  yerinin  tərk  edilməsi 
"köçüb getmək", geniş mənada isə müddət, mənbə, məqsəd və 
davamlığından  asılı  olmayaraq  ərazi-məkanlar,  ölkələrdaxili 
və dövlətlərarası əhali hərəkətini ifadə edir [86, 26].  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə