Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   4   5   6   7   8   9   10   11   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
33 
33 
33 
1937-ci  ilin  əhalinin  siyahıya  alınma  tədbiri  "ziyankar 
kompaniya» elan edilib, bu sahənin tədqiqatçıları repressiyaya 
məruz  qalıb.  Demoqrafik-miqrasiya  problemi  uzun  illər 
təhlükəli,  yasaq  mövzu  sayılıb.  1954-cü  ilin  "Böyük  Sovet 
Ensiklopediyasında" miqrasiya anlayışının  mahiyyəti kölgədə 
qalıb.  Yalnız  1959-cu  ildə  onun  ensiklopedik  şərhi  bərpa 
edilib. Ötən yüzilliyin sonlarında miqrasiya qlobal demoqrafik 
problemlər  və  beynəlxalq  həyatın  ən  mühüm  reallığı  kimi 
geniş  qədəm  qoyub.  Onun  neqativ  təzahürləri  beynəlxalq 
münasibətlərin  və  siyasi  tənzimlənmənin  predmetinə 
çevrilməyə  başlayıb.  Bununla  da  "miqrasiya"  termininin 
sosioloji-hüquqi statusu və mahiyyəti beynəlxalq siyasətdə və 
qanunvericilikdə  rəsmi  məzmununun  müəyyənləşməsini 
gündəmə  gətirib.  BMT  tərəfindən  1958-ci  ildə  nəşr  edilmiş 
lüğətdə  miqrasiya  "əhalinin  demoqrafik  planda  hərəkəti  və 
yerdəyişməsinin ən mühüm istiqaməti kimi" izah edilib. 1989-
cu  ildə  Miqrasiya  üzrə  Beynəlxalq  Təşkilatın  59-cu 
sessiyasında "miqrasiya" və "miqrant" anlayışlarına belə şərh 
verilib:  "Miqrasiya  hər  bir  dövlətin  inkişafının  ayrılmaz 
hissəsidir. İstər insanların tərk etdiyi, istərsə də yaşamaq üçün 
seçdikləri  dövlətlər,  yerdəyişmənin  səbəbindən  asılı 
olmayaraq bu proseslərlə üzləşirlər‖.  
XX  əsrin  ikinci  yarısından  başlayaraq  miqrasiya 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
34 
34 
prosesləri  qlobal  xarakter  almış,  planetin  bütün  qitələrini, 
cəmiyyətin  bütün  təbəqələrini  və  qruplarını,  ictimai  həyatın 
bütün  sahələrini  əhatə  etmişdir.  Haqlı  olaraq  ötən  əsri 
«miqrasiya əsri» adlandırırlar. Bu gün miqrasiyanın dünyanın 
bütün  regionlarında  siyasi  cəhətdən  yeniləşməsinin  əsas 
amillərindən  biri  olması  fikri  heç  kəsdə  şübhə  doğurmur. 
Çünki bunu statistika göstəriciləri də sübut edir. Belə ki, bey-
nəlxalq miqrantların, yəni öz ölkəsinin hüdudlarından kənarda 
yaşayan  insanların  sayı  1990-cı  ildə  1965-ci  ilə  nisbətən  45 
mln.  nəfər  artaraq  120  mln.  nəfər  olmuş  və  bu  da  dünya 
əhalisinin iki faizini təşkil etmişdir. İnsanlar daha yaxşı həyat 
şəraitində  yaşamaq,  sabitliyin  hökm  sürdüyü  ölkələrdə 
məskunlaşmaq,  sosial-məişət  şəraitinin  geriliyindən  şəhərlərə 
köçmək  istədiyindən,  doğma  yurdlarını  tərk  etmək 
məcburiyyətində qalsalar da miqrasiyaya böyük meyl göstərir, 
miqrant  həyatının  çətinliklərini  qəbul  edirlər.  1990-cı  ildən 
XXI  əsrin  əvvəlinə  qədər  olan  müddətdə  beynəlxalq 
miqrantların  sayının  135-140  mln.  nəfərə  qalxması  barədə 
məlumat  verilir.  Bununla  yanaşı  beynəlxalq  miqrasiyanın 
intensivliyi  daxili  miqrasiya  yerdəyişmələrindən  xeyli 
aşağıdır.  BMT-nin  ekspertlərinin  hesablamalarına  görə  daxili 
miqrasiya ötən yüzilliyin 80-ci illərindən başlayaraq 750 mln. 
nəfərdən  1  mlrd.  nəfərə  yüksəlmişdir.  Bu  o  deməkdir  ki, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
35 
35 
35 
planetin hər altıncı sakini daxili miqrantdır. [87, 212].  
Miqrasiya  adətən,  insanların  dövlətlər  arasında  yerini 
dəyişməsinə deyilir. Miqrasiyanın  aşağıdakı  formaları  vardır: 
immiqrasiya  və  emiqrasiya,  daimi  və  müvəqqəti,  könüllü  və 
məcburi.  Ümumi  istifadədə  miqrasiya  termini,  həmçinin, 
insanların  bir  dövlətin  daxilində  də  yerdəyişməsini  ifadə 
etmək üçün işlədilə bilinər, ancaq beynəlxalq təcrübə nəzərdə 
tutur  ki,  bu  cür  yerdəyişmələrin  leqallaşdırılması  miqrasiya 
qanunvericiliyinə  uyğun  deyil  və  miqrasiya  agentlikləri 
tərəfindən təsdiq edilmir.  
Emiqrantlar  (mühacirlər)  siyasi,  iqtisadi,  dini  və 
digər  motivlərlə  əlaqədar  öz  ölkələrini  könüllü  və  ya 
məcburi  tərk  edib  başqa  ölkələrdə  məskunlaşmış 
vətəndaşlardır. 
Mühacirət 
mühacirin 
əvvəlki 
vətəndaşlığının  avtomatik
 
itirilməsinə  səbəb  olmur.  Bu 
məsələ 
onların 
vətəndaşları 
olduqları 
ölkənin 
qanunvericiliyi  ilə  həll  edilir.  Adətən,  siyasi  mühacirlərə 
sığınacaq  hüququ  verilir.  Dövlət  reinteqrasiya,  yəni 
güzəştli  şəkildə  vətəndaşlığı  əldə  etmək  nəticəsində 
itirilmiş  əvvəlki  vətəndaşlığı  bərpa  edə  bilər.  Əvvəlki 
vətəndaşlığı  itirmiş,  lakin  yeni  vətəndaşlıq  qazanmamış 
mühacirlərin  vəziyyəti  nisbətən  başqa  şəkildə  olur. 
Mühacirin  köçdüyü  ölkənin  vətəndaşlığını  alması 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
36 
36 
məsələsi həmin ölkənin qanunvericiliyi əsasında həyata 
keç
irilir.  
Vətəndaşlığı  olmayan  ölkədə  haqqı  ödənilən 
fəaliyyətlə məşğul olmuş, məşğul olan və yaxud məşğul 
olacaq şəxslər isə miqrant işçilər adlanır. 
 
İki  qrup  miqrant  mövcuddur 

sənədləşdirilmiş  və 
sənədləşdirilməmiş. Birincisi, sənədləşdirilmiş (həmçini

nizamlı)  miqrant  işçilər.  Miqrant  işçilər  o  zaman 
sənədləşdirilmiş  hesab  edilirlər  ki,  iş  təklif  edilən 
dövlətdə  dövlətin  qanununa  və  üzv  olduğu  beynəlxalq 
müqavilələrə  uyğun  olaraq  onlara  həmin  dövlətə  daxil 
olmaq,  orada  qalmaq  və  haqqı  ödənilən  fəaliyyətlə 
məşğul  olmaq  səlahiyyəti  verilsin.  Onlar  müəyyən 
müddət  ərzində  razılaşdırılmış  müqavilələr  əsasında 
müvəqqəti  miqrant  işçilər  və  yaxud  beynəlxalq 
təşkilatların  (birgə  şirkətlərin)  işçiləri  kimi  bir  ölkədən  o 
biri  ölkəyə  gedən  müvəqqəti,  qısa  müddətli
 
işləyən 
ixtisaslı şəxslər ola bilərlər. 
 
İkincisi,  sənədləşdirilməmiş  (nizamsız,  qeyri
-
qanuni,  gizli)  miqrant  işçilər:  Miqrant  işçilər  o  zaman 
sənədləşdirilməmiş  və  qeyri
-
qanuni  hesab  edilirlər  ki,  iş 
təklif  edilən  dövlətdə  haqqı  ödənilən  fəaliyyətlə  məşğ
ul 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə