Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
37 
37 
37 
olmaq  üçün  onları  həmin  ölkəyə  daxil  olmaq,  orada 
qalmaq səlahiyyəti verilməsin. 
 
Hər  şeydən  əvvəl  hər  hansı  yaşayış  məntəqəsinə 
gələnlərin və oradan gedənlərin sayı və onların fərqi ilə 
müəyyən  olunan  miqrasiya  saldosudur.  Saldo  müsbət 
olarsa,  bu  məntəqə  əhalisinin  sayının  miqrasiya 
hesabına  artmasına;  mənfi  olarsa,  azalmasına  səbəb 
olur və buna əhalinin mexaniki artımı deyilir. Əsasən iri 
dövlətlər bu terminə müraciət edərək ölkə ərazisində nə 
qədər  miqrant  olduğunu  müəyyənləşdirilməsi  miqrasiya 
göstəricisi adlanır.  
Miqrasiya  proseslərinin  idarə  olunması  isə  milli 
səviyyədə  miqrasiya  sahəsində  çoxsaylı  dövlət  funksiyalarını 
və  özündə  sərhədin  keçilməsi,  xüsusilə  də  ölkəyə  gəlmə 
prosesinin  idarə  olunması,  əcnəbilərin  dövlətin  ərazisində 
olmaları,  qaçqınların  və  müdafiəyə  ehtiyacı  olan  digər 
şəxslərin 
müdafiəsini 
özündə 
birləşdirən 
miqrasiya 
aspektlərinin  idarə  olunması  sistemini  müəyyən  etmək 
məqsədi  ilə  istifadə  olunur.  Bu  sahədə  aparılan  nəzəri-
metodoloji  ümumiləşdirmələrə  əsasən  miqrasiyanın  növləri, 
strukturu,  faktorları,  funksiyaları,  tipologiyası,  motiv  və 
mənbələri,  regional  xüsusiyyətləri,  dinamikası  və  miqyası 
kimi 
aspektlərin 
müxtəlif 
təsnifat 
sistemləri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
38 
38 
müəyyənləşdirilib.  Əminliklə  demək  olar  ki,  onların  heç  biri 
bitkin,  mükəmməl  nəzəri  sistem  kimi  formalaşa  bilməyib, 
inkişafın  hər  bir  yeni  mərhələsində  yeni  xüsusiyyətlər,  yeni 
miqrasiya  reallığı  ortaya  çıxıb  və  çıxmaqdadır.  Miqrasiyanın 
növləri  aşağıdakı  kimi  sistemləşdirilib:  daxili;  xarici;  bir 
istiqamətli  (geri  dönməyi  nəzərdə  tutmayan);  daimi  yaşayış 
yerinə  emiqrasiya;  müvəqqəti  (qayıdışı  nəzərdə  tutan); 
uzunmüddətli (6 aydan çox müddətdə davam edən); mövsümi; 
köçərilik  və  ziyarət  məqsədli;  mütərəddid  (daimi  gediş  və 
qayıdış,  "rəqqas  formalı"  adlandırılan  miqrasiya  növü); 
epizodik;  tranzit  (sərhədyanı);  məcburi  (obyektdən  asılı 
olmayan səbəblərdən baş verən miqrasiya) və əks istiqamətli, 
dönüş  məqsədli  miqrasiya  (özünün  və  ya  dövlətin  təşəbbüsü 
ilə  dönüşü  nəzərdə  tutan  miqrasiya  növü).  Məsələn,  İsrail 
dövlətinin  repatriasiya  proqramı  buna  əyani  misaldır. 
Miqrasiyanın  təsnifat  sistemlərinə  gəldikdə,  onun  forma, 
səbəb,  mənbə,  mərhələ  və  sair  üzrə  uyğunlaşdırılması, 
miqrasiya  hərəkətinin  təsnifi  sahəsindəki  mövqelər  də 
müxtəlifdir.  Formasına  görə  miqrasiyanın  ictimai  baxımdan 
təşkil  olunmuş  və  mütəşəkkil  olmayan  (təşkil  olunmamış, 
kortəbii),  səbəblərinə  görə  -  iqtisadi,  sosial,  mədəni,  siyasi 
hərbi,  mərhələlərinə  görə  isə  qərarın  qəbul  edilməsi  (getmək 
və  gəlmək  barədə),  məkanda  yerdəyişmə,  hərəkət  prosesi  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
39 
39 
39 
sakinləşmə,  yeni  yerə  adaptasiya  və  inteqrasiya  kimi  növlərə 
qruplaşdırılıb. Təsnifat (klassifikasiya) üçün hansı meyarların 
seçilməsindən  asılı  olaraq  miqrasiyanın  təsnif  sistemləri 
çoxşaxəlidir.  Məsələn,  müxtəlif  ərazi  (region,  məkanlar) 
arasında miqrasiya prosesi "üfüqi" və "şaquli" proseslər kimi 
də qruplaşdırılıb. Yaşayış  yerləri müxtəlif statusa, miqyas və 
nüfuza  malikdir.  İri,  mərkəz  hesab  olunan  paytaxtlar,  azsaylı 
əhali  yaşayan  şəhərlər  mövcuddur.  Bu  baxımdan  "eyni 
statuslu  ərazilər  arası  miqrasiya"  "üfüqi",  "insanların  maddi 
həyat səviyyəsinin daha yüksək olduğu ən məşhur məkanlara, 
şəhərlərə axını" isə "şaquli" miqrasiya kimi səciyyələndirilib. 
[88, 48].  
Müasir  dövrün  ən  aktual  problemlərindən  biri  sayılan 
―zəka  axını‖  prosesini  bütün  bu  sadalanan  miqrasiya  növləri 
içərisində yenisi kimi qeyd olunmalı və miqrasiya problemləri 
içərisində ayrıca tədqiqata cəlb olunmalıdır.  
Miqrasiya  prosesinin  idarə  olunmaz  tərəf  kimi  inkişaf 
etməkdə  olan  ölkələrin  intellekt,  beyin  və  yaxud  zəka  axını 
göstərilir.  Brain-Drain  kimi  ümumişlək  leksikona  daxil  olan 
―zəka  axını‖  prosesini  tədqiqatçılar  müxtəlif  cür  izah  edirlər. 
B. Caqdidi, C. Wiagen, R. Martin, T. Straubhaar kimi tanınan 
tədqiqatçılar  zəka  axınını  birbaşa  miqrasiya  ilə  əlaqələndirən 
ölkə daxilində özlərinə iş və gördükləri işə görə az əmək haqqı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
40 
40 
alan yüksək ixtisaslı kadrların inkişaf etmiş ölkələrə köçməsi 
kimi  qəbul  edirlər.  Brain  Drayn,  –zəka  axınının  izahını 
müxtəlif  ölkələrdə  dərc  olunan  iqtisadi,  hüquqi  və  sosial 
terminlər lüğətində aşağıdakı kimi eyni olaraq verilir: 
―Zəka  axını‖–  yüksək  ixtisaslı  mütəxəssislərin  öz 
ölkələrində  normal  yaşam  tərzi  qura  bilməyərək  xarici 
ölkələrə miqrasiya etməsidir [91].  
―Zəka axını‖ – «Brain Drain» anlayışını elmi ədəbiyyata 
ilk  dəfə  Britaniya  Kral  Cəmiyyətinin  hazırladığı  hesabatdan 
sonra  daxil  olmuşdur.  1962-ci  ildə  bu  anlayış  mühəndis, 
texnik  və  alimlərin  Böyük  Britaniyadan  ABŞ-a  miqrasiya 
etməsindən  sonra  istifadə  olunmağa  başlanıb.  Bu  hesabat 
bütün dünyada səs-küyə səbəb olmuş və dünya alimləri Brain-
Drain anlayışını eyni mənada işlətməyə başlayıblar.  
Türkiyənin tanınmış alimlərindən Dr. Muhammer Kaya 
belə  hesab  edir  ki,  Brain-Drain-zəka  axını  deyiləndə  yüksək 
təhsil  səviyyəsi,  öz  ixtisası  üzrə  mütəxəssis  hesab  olunan 
insanların  ölkəsini  tərk  edərək  güclü  dövlətin  ali,  elmi, 
transmilli  şirkətlərində  səadət  axtarması  elmi-texniki  inkişafa 
təkan verməklə, onların vətəndaşları olduqları dövlətlərə ciddi 
zərbə vurur [63].  
Onu da əlavə edək ki, zəka axını, daha doğrusu, yüksək 
səviyyəli  alimlərin  onlar  üçün  əlverişli  yerlərdə  toplaşması 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə