Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   31

uyğundur; mən həmin düstura Valerinin teoreminin adını vermişəm: «Gündəlik alışıb-sönən 

zərifliklərin miqdarı müəyyən hüdudlara malikdir».   

Başqa cür desək, heç bir adam gün ərzində, üstəlik də, həftələr və illər ərzində zərif ehtirasların 

ab-havasında yaşamağa qadir deyil. Hər şey gec-tez adamı yorub təngə gətirir, hətta başqalarının səni 

sevməsi də. Bu həqiqəti yadda saxlamaq faydalıdır, çünki cavan adamların bir çoxu eynən ixtiyar 

qocalar kimi, görünür, onun varlığından xəbərsizdir. Qadın sevginin ilk həyəcanlarından həzz alır; 

onun nə qədər gözəl və hazırcavab olması, necə şirin danışması, onu əldə etməyin necə məmnunluq 

bəxş etməsi barədə səhərdən axşamadək aparılan söhbətlərdən qadının qəlbi sevinclə dolur; qadın bu 

sözləri təkrarlamaqla öz partnyorunu əmin edir ki, o, dünyada ən yaxşı və ən ağıllı kişidir, 

müqayisəolunmaz aşnadır, gözəl həmsöhbətdir. Bir sözlə, bu, hər ikisinə – həm qadına, həm də kişiyə – 

olduqca xoşdur. Bəs sonra? Dilin imkanları sərhədsiz deyil. İngilis Stivensonun qeyd etdiyi kimi: 

«Əvvəlcə sevgililərin sözü bir-biriylə asan tutur... Mən – mənəm, sən də – sənsən, bütün başqaları isə 

qətiyyən maraqlı deyil».   

Stivensonun ahəngində yüz dəfə təkrar etmək mümkündür: «Mən – mənəm, sən də – sənsən». Amma 

daha yüz min dəfə də yox! Qarşıda isə günlərin tükənməz qatarı dayanıb.   

– Kişinin yalnız bir qadınla kifayətləndiyi nikah birliyi necə adlanır? – imtahan götürən müəllim bir 

amerikalı tələbə qızdan soruşmuşdu.   

– Yeknəsəq nikah, – qız cavab vermişdi.   

Monoqamlığın yeknəsəqliyə çevrilməməsi üçün diqqətlə göz qoymaq lazımdır ki, zəriflik və onun 

ifadə forması nəsə başqa bir şeylə növbələşsin. İki nəfərin arasındakı sevgini başqa adamlarla ünsiyyət, 

ümumi əmək, tamaşa kimi «dənizdən əsən küləklər» təzələməlidir. Tərif, sanki, təsadüfən, 

qeyri-ixtiyari olaraq qarşılıqlı anlaşmadan, qarşılıqlı həzdən doğaraq qəlbi riqqətə gətirir; lakin o, 

mütləq vərdişə çevrilərək adamı bezdirir.   

Oktava Mirbonun hər axşam parkda, ay işığının altında görüşən iki sevgilinin dialoqu formasında 

yazılmış novellası var. Həssas aşiq aylı gecədən daha həzin, daha zərif bir səslə pıçıldayır: «Bir 

baxın… Həmin skamyadır, ah, gözəl skamya!» Sevgilisi həyəcan içində ah çəkir: «Yenə bu skamya!» 

Bax səcdə yerinə çevrilmiş belə skamyalardan qorunacağıq. Hisslərin üzə çıxdığı, duyğuların dilə 

gəldiyi həmin məqamda yaranan və süzülən zərif sözlər – gözəldir. Əzbərlənmiş ifadələrdəki zəriflik 

adamı qıcıqlandırır.   

Təcavüzkar və hər şeydən narazı qadın kişini tez bezdirir; ancaq tələbkar olmayan, hər şeyə 

sadəlövhcəsinə heyran qalan    qadın da kişi üzərində hökmranlığını uzun müddət saxlaya bilməz. 

Ziddiyyət? Əlbəttə. İnsan təzadlardan hörülüb. Gah qabarma, gah çəkilmə. «O, daimi olaraq həyəcan 

ürpəşməsindən    darıxdırıcılığın donuqluğuna keçməyə məhkumdur», – Volter deyir. Bəşər övladının 

bir çox nümayəndələri belə yaranmışdır ki, onlar sevimli olmağa asanlıqla vərdiş edir və həddən ziyadə 

əmin olduqları hisslərin üstündə çox da əsmirlər.   

Bir qadın kişinin hisslərinə şübhə edirdi və bütün düşüncələri bunun üzərində cəmlənmişdi. Qəfildən 

qadın öyrənir ki, kişi ona qarşılıqlı surətdə cavab verir. Qadın xoşbəxtdir, lakin kişi bütün sutka ərzində 

təkrarlasa ki bəs qadın mükəmməlliyin özüdür, onda qadını bezdirmiş olar. O qədər də üzüyola 

olmayan başqa bir kişi qadının marağını oyatmağa üstünlük verir. Mən qonaqların qarşısında 

məmnuniyyətlə oxuyan gənc bir qız tanıyırdım; qız çox qəşəng idi, bu səbəbdən də hamı onun tərifini 

göylərə qaldırırdı. Yalnız cavan bir oğlan heç nə danışmırdı.   

– Bəs siz? – nəhayət, qız dözməyib ondan soruşdu. – Mənim necə oxumağım sizin xoşunuza gəlmir?   

– Nə danışırsınız? Əksinə! – gənc oğlan cavab verdi. – Əgər səsiniz də olsaydı, bu, sadəcə, qiyamət 

olardı.   

Bax qız elə bu gəncə də ərə getdi. Əlvida.   

 

   



İNSAN HİSSLƏRİNİN DƏYİŞMƏZLİYİ HAQQINDA   

 



Mən yenə də teatrdayam; ancaq əfsuslar olsun ki, siz orada yoxsunuz. Mən özümə və sizə görə çox 

pərişanam. Ürəyimdən, az qala, bağırmaq keçir: «Afərin, Russen, qiyamət məzhəkədir!» Səhnələrdən 

biri tamaşaçıları xüsusilə əyləndirmişdi. Həmin səhnədə bir cavan oğlan atasının katibəsini uşaqla 

mükafatlandırır. Gəncin nə vəzifəsi var, nə pulu; katibə isə ağıllıdır və öz gündəlik ruzisini özü qazanır. 

Oğlan ona evlənmək təklif edəndə qızdan rədd cavabı alır. Onda bu gənc atanın anası acı-acı gileylənir: 

«Mənim bədbəxt oğlum, qız onu tovlayıb yoldan çıxartdı, sonra da atdı… Gözdən, nüfuzdan saldı, indi 

də günahları ört-basdır etməkdən imtina edir!»   

Klassik situasiyanın astar üzünə çevrilməsi. Ancaq bizim yaşadığımız günlərdə hər iki cinsin qarşılıqlı 

iqtisadi münasibətləri çox vaxt, necə deyərlər, tərsinə çevrilmiş olur. Qadınlar keçmişdə olduğundan 

xeyli çox qazanmağa başlayıblar. İndi onlar ərlərinin kefindən, istək və şıltaqlığından az asılıdırlar. 

Balzakın dövründə ərə getməkdən yaxşı ayrı nəsə fikirləşib tapmaq çətin məsələ idi, Russenin vaxtında 

– bu, hələ sualdır. Filipp Erianın «Qüsursuz qadın» əsərində gənc qız kişi «köməyi» olmadan uşaq 

doğmasına yardımçı olmaq üçün elmə müraciət edir.   

Gerçəklikdə elm bu qeyri-adi istəyi yerinə yetirməkdə gücsüzdür, hərçənd bioloqlar son dərəcə əcaib 

və təhlükəli olan belə eksperimentlərə artıq girişiblər. Oldos Haksli özünün «Gözəl yeni dünya» 

kitabında yüz ildən sonra insan nəslinin dünyada məhz necə peyda olacağını təsvir etməyə can atıb. 

Dünyaların ən yaxşısı hesab etdiyi həmin dünyada təbii döl istisnadır. Cərrahlar qadınların 

yumurtalarını çıxarırlar, onlar lazımi mühitdə saxlanılır və hələ ki mayalanma ilə döllənən 

yumurta-hüceyrələri istehsal edir. Bir yumurtacıq on altı min bacı-qardaşa – qrup şəklində doxsan altı 

əkiz cütlüyə – həyat bəxş edə bilər.   

Sevgi? Bağlılıq? Münasibətlərin romantikası? Dünyaların ən yaxşısı olan həmin dünyanın hökmdarları 

bu köhnəlmiş, yıpranmış zirzibilə dərin nifrət bəsləyirlər. Ataları, anaları, ərləri, sevgililəri olmuş XX 

əsrin bədbəxtlərinə onların yazığı gəlir. Onların fikrinə görə, keçmişdəki adamların ağılsız, qəzəbli və 

yararsız-dəyərsiz olmalarına təəccüblənmək lazım deyil – çünki ailə, ehtiraslar, rəqabət hissi 

toqquşmalara, komplekslərə gətirib çıxarmışdı. Bədbəxt əcdadlar istər-istəməz, öz iradələrindən asılı 

olmayaraq, getdikcə daha dərin iztirab keçirirdilər, hisslərin daimi kəskinliyi isə ruhi tarazlığı 

saxlamaqda onlara mane olurdu. «Simasızlıq. Oxşarlıq. Soyuqqanlılıq» – sevginin mövcud olmadığı 

həmin dünyanın vəhdət təşkil edən üç ünsürdən ibarət devizi belədir.   

Xoşbəxtlikdən, bütün bunların hamısı fantaziyadır, xülyadır və bəşəriyyət bu yolla irəliləmir. 

Bəşəriyyət heç də düşünüldüyü qədər çox deyil, ümumiyyətlə, az dəyişir. O, dəniz kimidir: üstü coşur, 

təlaş keçirir, ancaq insan qəlbinin girdabına yuvarlanmaq yetər ki, vacib hissiyyatların dəyişməzliyinin 

şahidi olasan.   

Bizim gənclərimiz nə oxuyurlar? Prever və Kosmanın mahnısını: «Gəncliyinin əbədi davam edəcəyini 

düşünərkən sən nə qədər də yanılırsan, gözəl qız!..» Bu mövzu haradan gəlib? Artıq dörd əsr yaşı olan 

Ronsarın şerindən:   

 

Nuş edin gəncliyin şirin dadından!   



Qocalıq çağında sevinc ummayın:   

Gözəllik gül kimi solub gedəcək1.   

 

Pleyada, yaxud deyək ki, Müsse dövrü şairlərinin bütün motivləri bu gün də səslənir; onların əsasında 



Sen-Jermen-de-Pre üçün istənilən zövqə uyğun xeyli mahnı bəstələmək olar. Bu    oyunu oynayın: o 

çox sadə, maraqlı bir oyundur və sizin xeyrinizə olacaq. Ey mənim qəlbimin yad qadını, – de mi alma2 

– sizin nəyəsə qərar verməyiniz lazımdır. Russenin pyesindəki təkəbbürlü katibə, nəhayətdə öz 

«qurbanlığına» ərə gedir, siz isə hələ də XVI əsrdəki öz bacılarınızın eynisiniz.    Əlvida.   

 

İŞVƏNİN ZƏRURİ ÖLÇÜSÜ HAQQINDA   



 

«Böhtandır, ağa! Siz nəyə məhəl qoymadığınızı, sadəcə, başa düşmürsünüz» – «Sevilya bərbəri»nin 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə