Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   31

personajlarından biri belə deyir. Çox tez-tez olur ki, mən hər şeyə son dərəcə tez inanan və sevgisi açıq 

olan sadəlövh qadına üz tutub demək istəyirəm: «Naz-qəmzəli xanım! Siz nəyə yuxarıdan baxdığınızı, 

sadəcə, başa düşmürsünüz. Naz-qəmzə həmişə heyrətamiz gücə və təhlükəyə malik bir silah olub və bu 

cür də qalmaqdadır. Marivo tərəfindən çox diqqətlə öyrənilmiş bu gözəl hiylə «dəstinin» mahiyyəti 

ondan ibarətdir ki, əvvəlcə şirnikdirib cəzb edəsən, sonra da rədd edib uzaqlaşdırasan; təxminən, bu cür 

ki, sanki, nəyisə hədiyyə edir, ancaq dərhal da onu geri alırsan. Bu oyun inanılmaz, heyrətamiz 

nəticələr verir; hətta qabaqcadan xəbərin olsa da, yenə bu tələlərə düşürsən.   

Əgər yaxşı düşünsək, bu, tamamilə təbiidir. İlk kövrək ümidin yaranmasına səbəb olan yüngül işvə-naz 

olmadan çox adamlarda sevgi qığılcımları oyanmır. «Sevmək – sonradan zərurətə, inadkar istəyə, 

beyindən çıxmayan zəhlətökən ideyaya qədər böyüyüb artan hansısa imkan haqqında fikirləşərkən 

keçirdiyin həyəcan deməkdir». Hansısa kişinin (yaxud qadının) xoşuna gəlməyimiz bizə hələ tamamilə 

qeyri-mümkün görünür, biz həmin kişinin (yaxud qadının) haqqında heç fikirləşmirik də. Siz ki 

İngiltərə kraliçası olmadığınızdan əzab çəkmirsiniz. Hər bir kişi Qreta Qarbonun və Mişel Morqanın 

son dərəcə gözəl olduğunu bilir və onlara heyrandır, ancaq heç birinin ağlına da gəlməz ki, onların 

sevgisindən dəli-divanə olsun. Öz saysız-hesabsız pərəstişkarları üçün onlar, sadəcə, ekranda yaşayan 

obrazlardır və heç bir şans vəd etmirlər.   

Lakin elə ki biz kiminsə baxışlarını, kəlmələrini, jestlərini öz üzərimizdə hiss edib onları qəbul edirik, 

onda özümüzdən asılı olmadan, bizim iradəmizdən kənarda təsəvvürlərimiz dərhal onların arxasında 

gizlənmiş imkanları artıq cızmağa başlayır. Bu qadın bizim əlimizə ümid üçün – lap kiçik də olsa – bir 

əsas, bir bəhanə veribmi? Həmin andan etibarən biz artıq şübhələrin ixtiyarındayıq və özümüzdən 

soruşuruq: «Doğrudanmı, o qadın mənimlə maraqlanır? Bəs o, məni necə sevə bilər? Nəsə ağlabatan 

deyil, inanılmazdır. Bununla belə, onun davranışı…» Kəsəsi, Stendalın dediyi kimi, biz onun 

barəsindəki fikirlərimizi «kristallaşdırırıq», başqa sözlə, xəyalımızda onu müxtəlif boyalarla süsləyirik, 

necə ki Zalsburqdakı kristal duz yataqları ora yerləşən bütün əşyaları bir-birinə qarışmağa məcbur edir.   

Yavaş-yavaş arzu vahiməyə keçir, inadkar ideyaya çevrilir. Bu vahimənin ömrünü uzatmaq və «kişinin 

ağlını başından almaq» istəyən işvəli qadına insanlığın tarixi qədər qədim olan bir taktikaya müraciət 

etmək tamamilə kifayətdir: qovulmağının, təqib olunmağının heç də əleyhinə olmadığını qabaqcadan 

işarə verib qaçmaq, imtina edib boyun qaçırmaq, lakin eyni zamanda ona ümid parıltısı saxlamaq: 

«Mümkündür ki, mən sabah sizinki olum». Məhz onda uğursuz kişilər onların arxasınca lap dünyanın 

axırınacan da gedərlər.   

Bu hiyləgər fəndlər mühakimə olunmağa layiqdir – əgər işvəkar qadın həmin fəndləri öz çoxsaylı 

aşiqlərini tarazlıqdan çıxarmaq üçün işlədirsə. Belə bir davranış işvəkar qadını mütləq əsəbi olmağa 

vadar edəcək və əgər o, şeytan kimi hiyləgərdirsə, onda heç kəsə güzəştə getmədən, kişilərin qüruruna 

toxunmadan onları aldatmağı bacarar. Ancaq son nəticədə ən qızğın işvəkar qadın da öz məftunlarının 

səbrini tükətməklə risk etmiş olur. O, eyni vaxtda üç dovşanın ardınca qaçan Molyerin Selimenası kimi 

axırda onların heç birini ələ keçirə bilməyəcək.   

«Bir halda ki o xoşbəxt tərəfdə mənim sizdə tapdığım bütün şeyləri    siz məndə tapmağı bacarmırsınız, 

– onda ömürlük əlvida! Ağır bir yük olan sizin qandallarınızı mən, nəhayət ki, böyük bir sevinclə 

çıxarıb ataram…»1   

Əksinə, əgər işvəkarlığın məqsədi – sevən kişilərin sadiqliyini qorumaqdırsa, onda o, tamamilə 

günahsız bir şeydir və hətta zəruridir. Bu halda qadın öz qəlbinin dərinliyində naz-qəmzəyə, şıltaqlığa 

heç bir həvəs duymur. «Məhəbbətin ən böyük möcüzəsi ondan ibarətdir ki, o, adamı naz-qəmzədən 

sağaldır». Ürəkdən vurulmuş qadına əksər halda özünü geriyə baxmadan, heç nədən ehtiyatlanmadan 

və riyakarlıq etmədən heyrətamiz alicənablıqla təslim etmək daha xoşdur. Lakin bəzən elə olur ki, 

qadın öz naz-qəmzəsiylə sevdiyi kişini yüngülcə incitmək məcburiyyətində qalır, çünki, həmin kişi 

əzab çəkmədən, tərəddüd keçirmədən yaşamağı bacarmayan kişilərin cərgəsinə daxildir.   

Onda kişinin sadiqliyini itirməmək üçün bakirə, lakin ürəkdən sevən qadının hətta yalandan təşəxxüs 

satması da ayıb deyil,    necə ki xəstənin maraqları baxımından hərdən şəfqət bacısı ona qarşı həddən 

ziyadə amansız olmağa məcbur olur. İynə ağrıdıcı olsa da, şəfavericidir. Qısqanclıq üzücü, əzabverici 



bir şeydir, amma o, hissləri möhkəmləndirir. Əgər siz, ey mənim yad qadınım, haçansa özünüzü 

bildirib, sizi tanımağıma icazə versəniz, onda işvəkar olmayın. Yoxsa mən də istənilən başqa birsi kimi 

mütləq tora düşərəm. Əlvida.   

 

 



HAMININ TANIDIĞI BİR XANIM HAQQINDA   

 

– Necə?! Doktor, siz mənim qonşumsunuz?   



– Bəli, xanım, sizin iki qonşunuzdan biri.   

– Mən sevinc içindəyəm, doktor, uçmağa qanadım yoxdur; çoxdandır sizinlə rahat danışmaq mənə 

müyəssər olmurdu.   

– Mən də çox şadam.   

– Mənə sizdən xeyli məsləhət almaq lazımdır, doktor… Bu, sizə çətin olmayacaq ki?   

– Doğrusuna qalsa, xanım…   

– İlk növbədə, mənim yuxusuzluğum… Mənim necə yuxusuz olduğum sizin yadınızdan çıxmayıb ki? 

Mən nə görürəm, doktor? Siz şorba yeməyə başlayırsınız?   

– Niyə də başlamayım?   

– Doktor, bu nədir, sizin başınıza hava gəlib? Sağlamlıq üçün bundan zərərli şey ola bilməz ki, 

yeməkdən qabaq bu qədər mayedən istifadə edəsən…   

– Bağışlayın, xanım…   

– Doktor, sizdən xahiş edirəm, bu qatı bulyonu kənara itələyin və gəlin ikimiz bir yerdə əvvəlcə 

menyunu yaxşı-yaxşı öyrənək… Bax, semqa gedər… bu balıqda çoxlu zülal var. Kökəldilmiş axta 

toyuq da pis deyil… Belə ki, bizə lazım olan A vitaminini biz yağ vasitəsilə alırıq; C vitaminini isə – 

meyvələrlə… Amma burada B vitamini, ümumiyyətlə, yoxdur… Əfsuslar olsun! Doktor, sizə belə 

gəlmir?   

– Yoxdursa, deməli, yoxdur.   

– Doktor, mənə deyin görüm, gün ərzində mənim kimi işgüzar həyat tərzi keçirən bir qadına nə qədər 

kalori lazımdır?   

– Dəqiq deyə bilmərəm, xanım… Bunun, ümumiyyətlə, heç bir əhəmiyyəti yoxdur.   

– Necə yəni heç bir əhəmiyyəti yoxdur? Bəlkə, siz hələ    deyəsiniz ki, kömürün parovoz üçün, benzinin 

isə avtomobil üçün heç bir əhəmiyyəti yoxdur?! Mənim həyat tərzim kişilərin həyat tərzi ilə eynidir və 

mənə gündəlik üç min kalori lazımdır, yoxsa mən ayaq üstə üzülərəm.   

– Xanım, siz bəyəm onları hesablayırsınız?   

– Mən onları hesablayırammı!.. Siz, görünür, zarafat edirsiniz, doktor, elədirmi? Mənim cədvəlim 

həmişə böyrümdə olur… (Çantasını açır.) Baxın, doktor… Vetçina – kiloqram hesabıyla min yeddi yüz 

əlli kalori edir… Cücə – min beş yüz kalori… Süd – yeddi yüz kalori…   

– Qiyamətdir. Ancaq məsələn, cücənin bu qanadının nə qədər çəkisi olduğunu necə bilmək olar?   

– Mən evdə tələb edirəm ki, bütün porsiyaları çəksinlər. Burada, yaxud qonaqlıqda olarkən mən 

gözəyarı hesablayıram… (Qadın ah çəkir.) Ah, doktor!..   

– Sizə nə oldu, xanım?   

– Xahiş edirəm, əl saxlayın!.. Bu, çox dözülməzdir, eynən bıçağın səsi kimi, eynən saxta not kimi, 

eynən…   

– Axı mən neylədim ki, xanım?   

– Doktor, siz zülalları karbohidratlarla qarışdırırsınız… Ah, doktor, əl saxlayın!..   

– Eh! Lənət şeytana, mənə nə verirlərsə, onu da yeyirəm…   

– Siz? Görkəmli həkim?! Axı siz çox gözəl bilirsiniz ki, sıravi fransızın adi yeməyi – yəni kartoflu 

bifşteks – ən qorxulu zəhərdir, daha bundan təhlükəlisini hazırlamaq mümkün deyil!   

– Bununla belə, sıravi fransızın səhhəti çox yaxşıdır…   

– Doktor, heç demə, siz xalis kafirsinizmiş… Mən daha sizinlə danışmıram… (Güclə eşidiləcək tərzdə) 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə