Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   31

Bəs görəsən, mənim bu biri qonşum kimdir! Mən onun soyadını eşitmişəm, ancaq özüylə tanış 

deyiləm.   

– O, maliyyə nazirliyinin çox mühüm bir məmurudur, xanım.   

– Doğrudanmı? Necə də maraqlıdır! (Cəld sağ tərəfə dönür.) Bizim büdcəmizin vəziyyəti necədir, 

cənab? Siz artıq ucunu ucuna calamısınızmı?   

– Mənə rəhminiz gəlsin, xanım… Mən bu gün düz səkkiz saat büdcədən danışmışam… Ümid edirdim 

ki, heç olmasa, nahar vaxtı nəfəsimi dərərəm…   

– Nəfəs dərmək?! Biz sizə nəfəs dərməyə yalnız o zaman imkan verərik ki, siz bizim bütün işlərimizi 

nizama salasınız… Axı bu, asan işdir.   

– Yəni belə asandır, xanım?   

– Asandan da asan… Bizim büdcəmiz dörd trilyon təşkil edir, eləmi?   

– Bəli, təxminən, bu qədərdir…   

– Çox gözəl… Bütün məsrəfləri iyirmi faiz azaldın…   

 

(Həkimlə maliyyəçi, eynən əlbir adamlar kimi, hər şeydən baş çıxaran, hər şeyi bilən bu xanımın 



arxasında bir-birinə tam ümidsizlik içində, acizanə nəzərlərlə baxırlar.)   

 

Sizin isə, ey mənim qiymətli xanımım, heç nəyi bilməmək üçün sağlam düşüncəniz yetərincədir. Bax 



ona görə də siz hər şeyi bilirsiniz. Əlvida.   

 

 



 

 

GƏNC BİR QIZ HAQQINDA   



 

– Kişini fəth etmək… – qız mənə deyir. – Lakin qadın fəth üçün yaranmayıb. Qadın – passiv varlıqdır. 

O, zərif etiraflar gözləyir… Ya da qəlbə toxunan sözlər. Təşəbbüs ondan gəlməli deyil ki.   

– Siz gerçəkliyi deyil, görüntünü təsvir edirsiniz, – mən ona etiraz edirəm. – Bernard Şou artıq çoxdan 

yazıb ki, əgər qadın zərif etiraflar gözləyirsə də, bunu hörümçəyin milçəyi gözləməsi kimi gözləyir.   

– Hörümçək tor toxuyur, – qız cavab verir, – bəs sizcə, zavallı qız neyləməlidir? Qız ya onun xoşuna 

gəlir, ya da gəlmir. Əgər qız onun xoşuna gəlmirsə, onun aciz iztirabları kişinin hisslərini dəyişmək 

iqtidarında deyil. Düşünürəm ki, qız bununla öz istəyinin əksinə nail olacaq: heç bir şey gənc oğlanı 

laqeyd yanaşdığı qızın iddiası qədər qıcıqlandırmır. Özünü zorla sırıyan və birinci addımı özü atan 

qadın kişinin sevgisini yox, nifrətini əldə etmiş olar.   

– Bu, onda düzgün ola bilərdi ki, – mən dedim, – qadın səriştəsiz hərəkət etsin və təşəbbüsün onun 

tərəfindən edildiyi heç bir şübhə doğurmasın; amma məharət elə ondan ibarətdir ki, ilk addımı nəzərə 

çarpmadan edəsən. «Qız salxım söyüdlərin kölgəsi altında qaçır, amma həm də istəyir ki, onu 

görsünlər…» Geri çəkilərək rəqibi şirnikdirmək – təcrübədən keçirilmiş qədim hərbi biclik. Bu hiylə 

qızların da, əsgərlərin də çox karına gəlib.   

– Bu, həqiqətən də, hiylənin sınaqdan keçirilməsidir, – qız razılaşır, – amma əgər rəqibin məni təqib 

etməyə zərrəcə həvəsi yoxdursa, onda bu qaçışın heç bir nəticəsi olmayacaq; mən salxım söyüdlərin 

kölgəsi altında eləcə tənha qalacağam.   

– Bax elə bu yerdəcə siz qadınlar kişidə sizi təqib etməsi üçün həvəs yaratmalısınız. Bundan ötrü bütöv 

bir taktika işlənib hazırlanmışdır və bu taktika sizə məndən daha yaxşı tanışdır. Kişinin bəzi 

hərəkətlərinə icazə vermək, özünü bicliyə qoymaq lazımdır ki, guya, o, sizi bərk maraqlandırır; sonra 

gözlənilmədən «hər şeyi qırmaq» və ona dünənəcən tam özününkü bildiyi şeyləri qəti şəkildə qadağan 

etmək. Təzadlı qəlb – çox kəskin silkələnmədir, amma bunun altında sevgi də, həvəs də acıxəmrə kimi 

aşıb-daşır.   

– Sizə dildə demək asandır, – qız etiraz edir, – ancaq belə bir taktika bir neçə şeyi nəzərdə tutur: 



birincisi, niyyəti icraya gətirib çıxaran soyuqqanlılıq (amma səsi səni titrəməyə məcbur edən adamı 

imtahana necə çəkəsən?), ikincisi, çox zəruridir ki, sınaqdan keçirilən kişi artıq bizə diqqət göstərməyə 

başlasın. Əks halda, nə qədər yumağı açıb-töksən də, pişik onlarla oynamaqdan imtina edəcək.   

– Dünyasında inanmaram ki, – mən ona deyirəm, – gənc və qəşəng qız kişinin diqqətini özünə 

yönəltmək iqtidarında olmasın; başlanğıc üçün kişinin özü barəsində danışmaq kifayətdir. Güclü cinsin 

əksər nümayəndələri öz ixtisasları ilə qürrələnirlər. Onların həm öz barələrindəki, həm də peşələri 

haqqındakı naqqallıqlarını təmkinlə dinləyin – bu, tamamilə kifayətdir ki, onlar sizi ağıllı hesab 

eləsinlər və sizinlə yenidən görüşməyə həvəsli olsunlar.   

– Deməli, darıxmağı da bacarmaq lazımdır?   

– Bəs necə? – mən təsdiqləyirəm. – Bu, özlüyündə aydındır. Söhbət kişidən, ya qadından, sevgidən, ya 

siyasətdən getsin – fərqi yoxdur, bu dünyada həm də darıxmağı bacaran uğur qazanır.   

– Elədə mən uğursuzluğa üstünlük verirəm, – mənim müsahibim cavab verir.   

– Elə mən də, – onunla razılaşıram, – və Allah özü şahiddir ki, ən azı, bu məsələdə biz uğur qazanarıq.   

 

Querida1, bax, dünən cavan bir qızla bizim aramızda belə bir söhbət baş verdi. Çarə nədir?! Siz axı 



yanımda deyildiniz, amma hər necə olsa, yaşamaq lazımdır axı. Əlvida.   

 

 



KİŞİ CİNSİ HAQQINDA   

 

Dünən mən amerikan qəzetlərinin birində sizi əyləndirə biləcək bir məqalə oxudum. Həmin məqalədə 



amerikalı bir qız öz bacılarına, qadınlara müraciət edir. «Siz özünüzə ər tapa bilmədiyinizə görə şikayət 

edirsiniz? – qız məqalədə yazır. – Siz bizim kişilərimizin tamah saldığı Hollivuddakı qarşısıalınmaz 

gözəlliyə malik olmadığınızdan təəssüflənirsiniz? Siz qapalı həyat tərzi sürür və cəmiyyət arasında 

nadir hallarda görünürsünüz? Bir sözlə, sizin, demək olar ki, tanış kişiləriniz yoxdur, aralarında sizin 

aşiqinizin ola biləcəyi tanışlar isə sizə diqqət yetirmirlər?   

Onda icazə verin, sizə mənim özüm üçün çox gərəkli olmuş bir neçə məsləhət verim.    Düşünürəm ki, 

siz də bizim bir çoxumuz kimi balaca bir kottecdə yaşayırsınız; dörd tərəfiniz çəmənlikdir, yaxınlıqda 

sizinkinə bənzər başqa evlər. Sizinlə qonşuluqda, heç şübhəsiz, bir neçə subay adam da yaşayır.   

– Əlbəttə, yaşayır! – siz mənə cavab verəcəksiniz. – Amma onların mənlik bir işləri yoxdur.   

– Bax elə bu yerdəcə mənim birinci məsləhətim kara gələ bilər. Öz evinizin divarına nərdivan söykəyin; 

nərdivanla evin damına çıxıb orada televiziya antenasını quraşdırmaqla məşğul olun. Bu kifayətdir. Elə 

həmin saat eynən bal bardağının cəlb elədiyi eşşəkarısı kimi, ətrafda yaşayan bütün kişilər gözlərini 

sizə zilləyəcəklər. Niyə? Çünki kişilər texnikanın dəlisidirlər, həmişə nəsə düzəltmək istəyirlər, çünki 

hamısı özlərini çox məharətli və bacarıqlı sayır… ən başlıcası isə öz üstünlüklərini qadınlara nümayiş 

etdirməkdən onlar böyük ləzzət alırlar.   

– Belə yox! – onlar sizə deyəcəklər. – Siz bunu necə düzəltməyi bacarmırsınız. İcazə verin, mən 

düzəldim…   

Siz, təbii ki, razılaşırsınız və kişilərin necə işləməsinə heyranlıqla tamaşa edirsiniz. Bu da sizə təzə 

dostlar; üstəlik də, öz məharətlərini göstərməyə imkan yaratdığınız üçün onlar sizə ürəkdən 

minnətdardırlar.   

– Çəmənliyin biçilməsi üçün, – amerikalı qız öz yazısına davam edir, – məndə elektrik mühərriki var; 

mən onu rahatca işə salıb idarə edə bilirəm, çəmənlik boyunca aşağı-yuxarı hərəkət etdirməyi 

bacarıram. Nə qədər ki hər şey öz qaydasıyla davam edir, bircə kişi də gözə görsənmir. Elə ki 

qonşularımın mənimlə maraqlanmasını istədim, daha onda bundan asan bir iş ola bilməz: mən 

mühərriki sıradan çıxarır və özümü elə göstərirəm ki, guya, onun niyə işləməməsinin səbəbini 

cidd-cəhdlə axtarıram. Elə həmin dəqiqə sağ tərəfimdə kəlbətinlə silahlanmış, sol tərəfimdə isə əlində 

alətlərlə dolu qutu tutmuş kişi peyda olur. Bax bizim mexaniklər artıq tələyə düşüblər.   

Avtostradada da eyni oyundur. Maşını saxlayın, kapotu qaldırın və çaşqın halda mühərrikin üzərinə 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə