Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   31

əyilin. Təriflənmək ölüsü olan o biri eşşəkarıları, öz növbəsində, maşını saxlayacaqlar və sizə öz 

qiymətli xidmətlərini təklif edəcəklər. Lakin nəzərə alın ki, təkərin dəyişdirilməsi, yaxud şinlərə hava 

vurulması onlar üçün cəlbedici məşğuliyyət deyil. Bu işlər bic iş olmasa da, zəhmət tələb edən işlərdir 

və çox da hörmətə layiq deyil. Dünyanın ağası olan kişilər üçünsə ən başlıcası – fağır qadınlar 

qarşısında öz nəhəngliyini nümayiş etdirməkdir. Yollarda təkbaşına şütüyüb gedən o qədər münasib 

adaxlılar var ki! Və onlar heç özləri də şübhə etmədən yalnız bir şey arzulayırlar – sizin kimi açıqqəlbli, 

sadəlövh, təcrübəsiz və onların işinə heyran qalmağa hazır dayanmış bir ömür yolçusu! Kişinin qəlbinə 

gedən yol nişan ağacları kimi, maşınlarla işarə edilmişdir».   

Mən belə düşünürəm ki, söhbət amerikan qızlarından gedərkən bu məsləhətlərin birbaşa faydası var. 

Lakin həmin tövsiyələri fransızlara tətbiq etsən, bunun eyni dərəcədəmi təsiri olacaq? Əlbəttə ki yox; 

amma bizim də öz həssas yerlərimiz var. Öz nitqimizlə və gurultulu ifadələrlə kimisə heyran etmək 

bizim xoşumuza gələn məşğuliyyətdir. Maliyyəçidən, siyasi xadimdən, alimdən peşəkar məsləhətlər 

xahiş etmək – kişini fəth etməyin ən münasib üsullarından biridir və o da kişi cinsinin məhv edilməsi 

mümkün olmayan şöhrət düşkünlüyünə hesablanıb. Xizəksürmə dərsləri, üzgüçülük dərsləri – idmançı 

kişilər üçün əla tələdir.   

Gete öz vaxtında qeyd etmişdi ki, gənc adamın qızla məşğuliyyətindən cəlbedici bir şey yoxdur: qızın 

öyrənməkdən, oğlanın isə öyrətməkdən xoşu gəlir. Bu, indiyəcən də belədir. Gənc şagird qızın yumşaq 

saçlarının onun gənc müəlliminin yanaqlarına toxunduğu latın dilindən tərcümələr zamanı, yaxud fizika 

fənnindən məsələnin həlli ilə bağlı nə qədər sevgi macəraları baş verib! Sizinçün hansısa fəlsəfi 

problemi izah etmələrini xahiş etmək, bu izahı dərin düşüncələrə dalaraq dinləmək, başınızı sizə 

yaraşan xüsusi tərzdə yana əymək və səmimiyyətlə demək ki, bəs hamısını başa düşmüsünüz – bunun 

qarşısında kim duruş gətirə bilər! Fransada kişinin qəlbinə aparan yol onun ağlından keçir. Mən sizin 

qəlbinizə gedən yolu tapa biləcəyəmmi? Əlvida.   

 

  FRANSADA SEVGİ VƏ NİKAH HAQQINDA   



 

Fransız kişi və qadınlarının sevgi və nikah məsələlərinə baxışlarının necəliyini daha yaxşı anlamaq 

üçün hər şeydən öncə bizim ölkəmizdə zərif hisslərin tarixini xatırlamaq lazımdır. Burada iki xətti 

asanlıqla görmək mümkündür.   

Birinci güclü xətt – yüksək məhəbbətdir. Məhz Fransada orta əsrlərdə ədəbli kurtuaz məhəbbəti 

yaranmışdır. Qadına təzim göstərmək, onun xoşuna gəlmək həvəsi, qadına nəğmə və şeirlər 

(trubadurlar) qoşmaq, yaxud qəhrəmanlıqlar, şücaətlər göstərmək (cəngavərlik) – o dövrün elit fransız 

cəmiyyətinin ayrılmaz xüsusiyyətidir. Heç bir ədəbiyyat sevgi və ehtiraslara bu cür məna verməyib.   

Lakin bu xətlə yanaşı, son dərəcə geniş yayılmış ikinci bir xətt də mövcud idi. Onu Rable təsvir edir. 

Burada cismani, şəhvani məhəbbət önə çıxır, iri planda çıxış edir. Bu zaman nikah hissiyyat məsələsi 

deyil, ilk növbədə, yalnız münasib birgəyaşayış forması, uşaqları böyütmək və ikitərəfli maraqlara 

riayət etmək üsuludur. Molyerdə, misal üçün, ər arvadının bacara bilsə, aldatdığı və imkan düşən kimi 

özünün də kənarda sevgi macərası axtardığı məzəli bir personajdır.   

Balzakın kitablarından göründüyü kimi, XIX əsrdə pula böyük məna və əhəmiyyət verən və sərvəti 

vərəsəlik üzrə ötürən varlı burjuaziyanın hökmranlığı nəticəsində nikah sazişə çevrilmiş oldu. Belə 

nikahda sevginin sonradan – birgəyaşayışın gedişatında yaranması mümkün idi; o, ərlə arvadın 

qarşılıqlı öhdəlikləri, temperamentlərin uyğunluğu əsasında meydana çıxa bilərdi, lakin bu, zəruri 

sayılmırdı. Ayıq haqq-hesab əsasında meydana gələn uğurlu nikahlara da rast gəlinirdi – valideynlər və 

notariuslar cehiz və nikah müqaviləsi barədə cavanlar hələ bir-biri ilə tanış olmazdan qabaq 

danışırdılar.   

Bu gün biz bütün bunları dəyişdirmişik. Artıq özümüz üçün ömür yoldaşı seçərkən bizdə varidat 

müəyyənedici rol oynamır, belə ki, hazırda işləyən savadlı qadın, yaxud yaxşı ixtisasa malik olan kişi 

dəyərini qəfildən itirə biləcək hər hansı cehizdən xeyli yüksək qiymətləndirilir. Ali, yüksək məhəbbət 

də, romantik sevgiyə meyil də – köhnə əsrlərin mirası – artıq öz əvvəlki əzəmətini itirib. Niyə? Əvvəla, 




o səbəbdən ki, bərabər hüquqlar əldə etmiş qadın kişi üçün artıq əlçatmaz, sirli bir varlıq deyil, sadəcə, 

yoldaşdır; ikincisi, ona görə ki, indi gənc qızlar sevginin fiziki tərəfləri barədə heç də az şey bilmirlər 

və sevgi-nikah məsələlərinə ayıq gözlə baxırlar.   

Demək olmaz ki, gənc oğlan və qızlar sevgiyə qətiyyən can atmırlar; ancaq onlar bu sevgini möhkəm 

nikah münasibətlərində axtarırlar. Müasir cavanlar ehtiraslı məhəbbət əsasında yaranan nikaha bir 

qədər ehtiyatla yanaşırlar, belə ki, ehtirasın uzunömürlü olmadığını bilirlər. Molyerin dövründə izdivac 

məhəbbətin sonu kimi əlamətdar idi. Bu günsə nikah sevginin başlanğıcıdır. İki nəfərin uğurlu ittifaqı 

bu gün həmişə olduğundan daha səmimidir, çünki bu, eyni vaxtda bədənin, ruhun və zəkanın birgə 

ittifaqıdır. Balzakın dövründə öz arvadına dəlicəsinə aşiq olan ərə gülməli adam kimi baxırdılar. Bu 

gün pozğunluq və əxlaqsızlıq roman səhifələrində gerçək həyatda olduğundan daha çoxdur. Hazırkı 

dünya sadə dünya deyil; həyat həm kişidən, həm də qadından hər şeyi tam şəkildə tələb edir, buna görə 

də getdikcə dostluq telləriylə möhkəmləndirilən, qarşılıqlı meyil və ruhi bağlılığa əsaslanan nikah 

fransız qızlarına sevgi problemlərinin ən yaxşı həlli kimi görsənir. Əlvida.   

 

BƏDBƏXTLİKLƏRİN NİSBİLİYİ HAQQINDA   



 

Möhkəm bağlandığım qadın dünən təsadüfən öz məxmər paltarını harasa ilişdirib cırmışdı. Üzücü dram 

bütün gecəni davam elədi. Hər şeydən öncə paltarındakı bu köndələninə yırtığın hansı şəkildə əmələ 

gəldiyini qadın heç cür başa düşə bilmirdi. O, belə hesab edirdi ki, yubkası həddən artıq dar olub və 

gəzinti zamanı… və hər necə olsa, tale necə də amansızdır! Axı bu paltar onun ən yaraşıqlı geyimi – 

məşhur dərziyə sifariş etmək qərarına gəldiyi ən sonuncu libaslarından idi. Bir sözlə, çarəsiz bir 

bədbəxtlik.   

– Cırılan yeri niyə tikməyəsən ki?   

– Ah, bu kişilər! Onların heç nədən anlayışları yoxdur. Axı yamanmış yer dərhal gözə çarpacaq.   

– Bir az məxmər parça alın və eninə zolağı əvəz eləyin.   

– Siz nə danışırsınız? Eyni rəngli iki məxmər lap az da olsa, çalarına görə mütləq bir-birindən 

fərqlənəcək. Paltarın ətəyindəki qara məxmər bir az yaşıla çalacaq. Bu dəhşətdir. Mənim bütün 

rəfiqələrim bunu dərhal görəcəklər, dedi-qodu baş alıb gedəcək.   

– Mikelancelo heykəli yapmaqçün aldığı mərmər qaymasının damar və çat yerindən xeyir çıxartmağı 

bacarırdı. O, materialın bu qüsurlarını əlavə gözəllik mənbəyinə çevirə bilirdi. Qoy paltarın bu yırtıq 

yeri də sizi ruhlandırsın, sizə əlavə ilham versin. Siz də ixtiraçılıq edin, ora tamamilə başqa bir parça 

tikin. Hamı elə düşünər ki, bunu özünüz qəsdən, bilərəkdən etmisiniz və sizin bu təşəbbüsünüz hamıda 

heyranlıq doğurar.   

– Necə də sadəlövhsünüz! Bütövə təzad təşkil etməyən detal yalnız o zaman gözə girməz ki, eyni 

tondan və üslubdan olan hansısa əlavə paltarın başqa bir yerində olsun – jaketin qatlanma yerində, 

paltarın yaxalığında, yaxud kəmər yerində. Ancaq bu, ayrıca zolaqdır… Cəfəngiyata bax! Bəyəm mən 

yamaqlı paltarda gəzə bilərəm?   

Bir sözlə, mən bəlanın çarəsizliyi ilə razılaşmalı oldum və onda təsəlli verən şəxs öz yerini moralistə 

verdi.   

– Qoy olsun! – mən ucadan dedim. – Doğrudan da, bədbəxtlik baş verib. Amma ən azından onunla 

razılaşın ki, bu heç də ən böyük bədbəxtlik deyil. Sizin paltarınız cırılıb? Mənim dərin təəssüfümü 

qəbul edin, amma eyni zamanda orasını da düşünün ki, sizin qarnınız, yaxud avtomobil qəzası 

nəticəsində üzünüz cızıla bilərdi; sizin ciyərlərinizə soyuq dəyə, yaxud siz zəhərlənə bilərdiniz. 

Düşünürəm ki, sağlamlıq sizdən ötrü paltardan daha əhəmiyyətlidir; gözünüzün qabağına onu da gətirin 

və bir anlığa fikirləşin ki, məxmər paltarın əvəzində siz dərhal bir neçə dostunuzdan məhrum ola 

bilərdiniz. Nəhayət, o barədə də fikirləşin ki, biz çox dəhşətli dövrdə yaşayırıq, elə çətin bir dövrdə ki, 

hər an müharibə başlaya bilər – sizi həbs edib həbsxanaya ata bilərlər, sürgün edə bilərlər, öldürə 

bilərlər, tikə-tikə doğraya bilərlər, yandırıb külə döndərə bilərlər. Onu yadınıza salın ki, min doqquz 

yüz qırxıncı ildə siz hansısa paltarınızı deyil, əlinizdə-ovcunuzda olan hər şeyinizi itirmişdiniz, özü də 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə