Yaddaş Kitabçası



Yüklə 17,81 Kb.
tarix21.04.2018
ölçüsü17,81 Kb.
#39647
növüQaydalar

Yaddaş Kitabçası

Bank VTB (Azərbaycan) ASC

Hörmətli müştəri!

Bank VTB (Azərbaycan) ASC-nin ödəniş kartları qanunsuz istifadədən etibarlı müdafiə olunub. Siz sadəcə kartdan istifadə etdikdə təhlükəsizlik qaydaların əməl etməli, kart itdikdə isə təcili surətdə Bank VTB (Azərbaycan) ASC-yə müraciət etməlisiniz.



Bank VTB (Azərbaycan) ASC-nin Ödəniş kartının sahibi olaraq aşağıdakıları yadda saxlamaq lazımdır:

  • Yeni ödəniş kartı alarkən kartın imza üçün ayrılmış xüsusi yerində imza qoymaq lazımdır – bu ticarət mərkəzlərində, restoranlarda, otellərdə ödəniş apararkən təhlükəsizliyin əlavə zəmanəti kimi çıxış edir.

  • Əgər Sizə tanınmış ticarət firmasının, bankın, mehmanxananın və s. nümayəndəsi kimi zəng ediblərsə, heç vaxt kartınızın məlumatlarını onlara verməyin. Belə bir zəng Sizin kart hesabınız üçün icazəsiz əməliyyatlar aparılmasına səbəb ola bilər. Kartınızı, kartın nömrəsini və digər rekvizitlərini yalnız Sizin əsaslı hesab etdiyiniz əməliyyatın aparılması üçün təqdim edin. Rekvizitlər kartın üz hissəsində yerləşən 16 rəqəmli kart nömrəsi və onun qüvvədə olma müddətidir, həmçinin kartın arxasında yerləşən imza zolağında olan 3 rəqəmli CVV2/CVC2 yoxlama kodudur.

  • Həmişə ancaq Sizin iştirakınızla kart üzrə əməliyyatlar aparılmasını tələb edin, xidmətçi personala əməliyyat aparmaq üçün kartınızı özü ilə aparmasına icazə verməyin. Bu kart rekvizitlərinin məxfiliyinin qorunub saxlanması və kartınız üzrə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üçün vacibdir.

  • Kart hesabı üzrə hərəkətə nəzarət və aparılmış əməliyyatlara aid xəbərdarlıq üzrə bank xidmətlərindən istifadə edin – bu Sizin ödəniş kartınızdan sanksiya olunmamış istifadəyə operativ reaksiya verməyə kömək edəcək.

  • PİN kod – bankomatlarda və POS-terminallar vasitəsilə kart əməliyyatı aparılarkən Ödəniş kartı sahibinin eyniləşdirilməsi üçün dörd rəqəmli şəxsi eyniləşdirmə nömrəsidir. İtirilmiş PİN-kod bərpa edilmir və onun itirilməsi ödəniş kartının yenidən buraxılmasını zəruri edir.

  • Bankda şəxsi eyniləşdirmə nömrəli PİN-zərfi alarkən, onda açılma izlərinin olub-olmamasını yoxlayın.

  • Kartınızın PİN-kodunu yadda saxlamağa çalışın. PİN-kodunuzu HEÇ VAXT kartın üzərində yazmayın. Əgər PİN-kodunuzu yadda saxlaya bilmirsinizsə, kartla kodu ayrı-ayrı yerlərdə saxlayın. Bununla Siz pulunuzun hesabınızda saxlanmasının və toxunulmazlığının zəmanətini təmin edə bilərsiniz.

  • Karla əməliyyat zamanı PİN-kodunuzu yığarkən diqqətli olun. Üç dəfə səhv yığdıqda ödəniş kartı bloklanacaqdır. Belə hallarda dərhal Banka müraciət edin.

  • Əgər Siz PİN-kodu yenisi ilə əvəz etmək istəyirsinizsə, məsələn, telefon nömrənizin sonu, təvəllüdünüz və s. kimi asan tapılan rəqəm kombinasiyaları seçməyin.

  • Əgər Siz ATM əməliyyat zamanı fikriniz yayınıbsa və ödəniş kartınızı və / və ya pulu almağı unutsanız, nəzərə alın ki, 30 saniyə sonra ATM ödəniş kartını və / və ya pulu özündə tutub saxlayacaq. Bu halda Siz Bankın bankomata ən yaxın olan Bank filialının Satışlar və Müştəri xidmətləri şöbəsinə müraciət etməlisiz.

  • Siz Banka (+994 12) 492 00 80 və ya (+ 994 12) 986 telefon nömrələri ilə zəng vurub operatora öz kod sözünüzü deməklə ödəniş kartınızla bağlı problemlərin həllində zəruri məlumat və yardım ala bilərsiniz. Bankın “Call- Center”i həftənin 7 günü gündə 24 saat xidmətinizdədir.

  • Ödəniş kartınızın rekvizitlərini istifadə etməklə Siz ölkə daxilində, həm də ondan kənarda otel nömrəsi sifariş edə bilərsiniz. Sifarişi ləğv etdikdə, ləğv kodunu almağı unutmayın. Əks halda, müvafiq məbləğ borc kimi kart hesabınızda əks olunmağa davam edə bilər.

  • Yüksək risk səviyyəsi olan ölkələrdə ödəniş kartından istifadə edərkən (Visa Int.-in “məsuliyyətin ötürülmə qaydası”nın şamil edilmədiyi ölkələrin siyahısı ilə www.visa.com saytında tanış olmaq olar), böyük məbləğ saxladığınız kartlar üzrə əməliyyatlar həyata keçirməməyə çalışın. Təhlükəsiz yerlərdə (bankın bölmələri, dövlət idarələri, iri alış-veriş mərkəzləri, oteller, hava limanları və s.) yerləşən nağd vəsait verilən məntəqələrindən və ya bankomatlardan istifadə edin. Bankomat yaxınlığında gözünüzə şübhəli insanlar dəydikdə, yaxşı işıqlandırılmış və təhlükəsiz yerdə quraşdırılmış digər bankomatda və ya nağd pul verilən məntəqədə əməliyyat aparmağınız tövsiyə olunur.

  • Xaricə səyahət planlaşdırdıqda, kart əməliyyatları üzrə limitlərin müəyyənləşdirilməsi üçün bankın filialına müraciət edin. Siz Bankın “Call-Center”inə bircə dəfə zəng etməklə müəyyən edilmiş limitləri ləğv edə bilərsiniz.

  • Ticarət obyektlərində əməliyyat apararkən imzalanan çekin tarixinə və məbləğinə diqqət yetirin. Nədənsə şübhələndikdə, çeki imzalamağa tələsməyin. Alınmış malların ödənişi və bankomatlardan nağd vəsait çıxarılmasının təsdiqləyən çeklərin surətlərini ödəniş həyata keçirildikdən sonra 45 gün ərzində saxlayın – beləliklə kartınızdan hər hansı sanksiyalaşdırılmamış silinmələr olduqda əməliyyatı mübahisələndirə bilərsiniz.

  • Siz ödəniş kartınızı və ya kart məlumatlarınızı özünüzdən başqa kimin bilməsinə diqqət yetirməlisiniz. Əgər Sizdən xəbərsiz kartınızdan ailə üzvləriniz və ya tanışlarınızdan kimsə istifadə edibsə, bu halda kartınızla aparılmış bütün əməliyyatlara görə məsuliyyət Sizin üzərinizə düşür.

  • Kartınız itirildikdə Siz bu barədə təcili Bankın satışlar və müştəri xidmətləri şöbəsinə və ya Bankın “Call-center”-nə müraciət etməklə bu barədə təcili Banka məlumat verməlisiniz (telefon nömrələri yuxarida verilib).

  • Kart hesabından vəsaitin əsassız silinməsinə ən kiçik şübhəniz varsa, Banka müraciət edin.

  • Bankdan aldığınız hesab çıxarışlarını özünüzdə olan hesab surətləri ilə tutuşdurun. Fərq olduğu təqdirdə Banka müraciət edin.

  • Ödəniş kartından istifadə zamanı kartın kredit limiti üstələdikdə Sizin kart hesabı müqaviləsinə uyğun olaraq təkrar limit məbləğinə cərimə faizləri hesablanacaq.

  • Nəzərə alın ki, pul vəsaitlərini nağdlaşdırarkən Sizin kart hesabınızdan Bankın tariflərinə uyğun olaraq komissiya tutula bilər.

  • Ödəniş kartınızı güclü maqnit şüalanması olan cihazlardan, xüsusilə mobil telefonlardan uzaq tutun. Bu ödəniş kartının maqnitsizləşməsinə səbəb ola bilər;

  • Sizin ödəniş kartınız kartın üzərində yazılan ayın son gününədək etibarlıdır;

  • İstifadə müddətinin bitməsi ilə әlaqәdar yeni ödəniş kartı almaq arzusundasınızsa, istifadə müddətinin bitməsinə ən azı bir həftə qalmış Banka müraciət edin.

Yüklə 17,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə