Yaddaş növü Verilənlərin saxlanılması



Yüklə 44,83 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü44,83 Kb.
#1607


1.

 

Yaddaşın növləri 

2.

 

Yaddaşın idarə olunması 

Əməli yaddaş (RAM) haqqında 

 

Yaddaş növləri: 



Yaddaş növü 

Verilənlərin saxlanılması  Açıqlama 

RAM 


Müvəqqəti  yaddaş 

Random Access Memory 

CMOS 

Müvəqqəti  yaddaş 



Complementary Metal Oxide Semiconductor 

ROM 


Daimi yaddaş 

Read Only Memory 

PROM 

Daimi yaddaş 



Programmable ROM 

EPROM 


Daimi yaddaş 

Erasable Programmable ROM 

EEPROM 

Daimi yaddaş 



Electronically Erasable Programmable ROM 

FLASH 


Daimi yaddaş 

 

Cədvəldə yerləşdirdiyimiz digər yaddaş növləri haqqında gələcək məqalələrimizdə söhbət 



açaçağıq. 

RAM – əməliyyat vaxtı istifadə olunan verilənlərin saxlandığı yaddaşdır (Əməli Yaddaş). 

Daimi yaddaş kimi istifadə oluna bilməz. Performans baxımından keyfiyyətli və kifayət həcmdə 

RAM-a sahib olmaq çox əhəmiyyətlidir.  RAM həcmləri MB və GB-larla ölçülür.  



RAM necə işləyir: 

RAM  bir  “Excell”  cədvəli  kimi  hazırlanmışdır. Yaddaş  bölümləri  ünvanlanarak  ünvanə 

yazma  və  ünvandən  oxuma  əməliyyatları  həyata  keçirir.  İstifadə  olunmayan  proqram  və 

verilənlər daimi yaddaşda (HDD-Sərt disk, USB yaddaş və s.)  saxlanılır. Tələb olunduğunda bu 

proqram və ya verilənlər RAM-a kopyalanır və işlənir. 

CPU (Central  Processing  Unit  –  Mərkəzi  Prosessor)  RAM-a  digər  yaddaş  növlərindən 

daha tez müraciət edə bilir, bunun üçün də proqramların və verilənlərin  RAM-a kopyalanması 

ehtiyacı  duyulur.  Əgər  işlədilən  proqram  RAM-dan  böyükdürsə  bu  proqram  RAM-a  müəyyən 

zaman aralıqlarında hissə-hissə kopyalanır. 



RAM-ların quruluşu: 

Yaddaş çipləri kiçik bir PCB üzərində yerləşdirilir.  Bu PCB-lər istifadə sahələrinə görə 

müxtəlif ölçülərdə ola bilərlər. 



 

SPD (Serial  Presence  Detect):  PCB  üzərində  yerləşən  bu  çip  sistem  BIOS-una  RAM 

haqqında  məlumat  verər.  RAM-ın  dəstəklədiyi  işləmə  sürətləri,  gecikmələr  və  digər 

xüsusiyyətlər  burada  profillər  halında  qeyd  olunur.  Bundan  başqa  istehsalçı,  istehsal  tarixi  və 

seriya nömrəsi kimi məlumatları da bu çip özündə saxlayır. 

Module key  (yuva) RAM-ın  anakarta sehf qoşulmamasını təmin  edir. PIN-lər hər RAM 

növünə görə müxtəlif saylarda ola bilər. 



DRAM: Dynamic Random Access Memory (Dinamik RAM) 

Ən populyar yaddaş növüdür. 



SRAM: Statik RAM 

Daha yüksək sürət ilə, daha bahalı yaddaş növüdür. SRAM-ın periodik olaraq yenilənmə 

ehtiyacı olmadıgı halda, DRAM üçün periodiki yenilənmə vacibdir. 

Bəzi RAM xüsusiyyətləri: 



Access Time 

“Access  Time”  prosessorun  yaddaşdan  məlumatı  oxumaq  üçün  lazım  olan  minimum 

zamandır. Nanosaniyə ilə ifadə edilir. 

Latency/Gecikmə 

RAM-ın  nə  qədər  yavaş  ola  biləcəyinin  ölçüsüdür.  Aşağı  gecikməli  RAM-lar  yüksək 

gecikməli RAM-lardan daha sürətlidir, çünki prosessora daha tez cavab verə bilirlər. CL “Low 

Latency/Aşağı gecikmə” səviyyəsini ifadə edir. 



RAM Paketləri: 

SIMM – Single İnline Memory Module:  Tək sıralı yaddaş moduludur. 

DIMM –  Dual  İnline  Memory  Module:   İki  sıralı  yaddaş  moduludur.  SDRAM-ların 

başlanğıcı  DIMM  modulu  olmuşdur.  Notebook-lar  üçün  So-DIMM  (Small  Outline  DIMM) 

adlandırılan növləri istifadə olunur. 

DIMM RAM çipləri PCB üzərində tək bir üzdə olarsa bu modul “Single Sided” olaraq 

adlanır. PCB-nin hər iki üzündə də RAM çipləri varsa bu DIMM modulu “Double Sided” RAM 



olaraq  ifadə  edilir.  “Double  Sided”  RAM  modulları  digərlərinə  nisbətən  daha  qalındır  və  bəzi 

anakartlarda  digər  slotlara  da  RAM  yerləşdirilə  bilməsinə  mane  ola  bilər.  Bəzi  anakartlar 

“Double Sided” bir DIMM modulunu qəbul etməyə bilir. Anakartların hansı RAM modullarını 

dəstəklədiyi anakart kitablarında və rəsmi internet səhifələrində yazılmış olur. 



RAM növləri: 

RDRAM: Rambus DRAM 

Rambus  firması  tərəfindən  istehsal  olunmuş  RAM  növüdür.  SDRAM-lardan  daha 

sürətlidir və bir zamanlar INTEL firması tərəfindən dəstəklənmişdir. Ancaq yüksək maliyyə və 

alternatif modellər səbəbiylə standartlaşmamışdır. 



DDR: Double Data Rate 

DDR SDRAM, SDRAM-ın transfer sürətini iki dəfə artırmışdır. 184 pin DIMM, 200 pin 

SO-DIMM  və 172 pin  Micro-DIMM  paketləri istifadə olunur. Bu RAM-larla bərabər fərqli  bir 

adlandırma da istifadə olunmuşdur (DDR400, 200 MHz saat tezliyi ilə işləyən 400 MHz DDR 

SDRAm-dır). 

DDR SDRAM sürətləri: 

DDR  RAM-ların  üç  növ  sürət  adlandırılması  vardır:  Saat  sürəti,  DDR  sürət 

adlandırılması və PC sürət adlandırılması. 

Bu adlandırmalar arasındakı əlaqə isə aşağıdakı kimidir: 

Saat sürəti x 2 = DDR sürət adlandırılması 

DDR sürət adlandırılması x 8 = PC sürət adlandırılması. 

Saat sürəti 

DDR sürət adlandırılması 

PC sürət adlandırılması 

100 MHz 


DDR200 

PC1600 


133 MHz 

DDR266 


PC2100 

….. 


….. 

….. 


300 MHz 

DDR600 


PC4800 

DDR2 SDRAM 

DDR2,  DDR-in  enerji  sərfiyyatının  azaldılması  və  bəzi  xarakteristikalarının  inkişaf 

etdirilməsi  ilə  əldə  edilmişdir.  Məlumatın  giriş-çıxış  sürəti  iki  dəfə  artırılmışdır.  DDR  ilə 

uyğunluq təşkil etməyən 240 pin DIMM quruluşu təşkil edir. 

DDR2  SDRAM-ların  4  sürət  adlandırılması  mövcuddur  (saat  sürəti,  DDR  I/O  sürəti, 

DDR sürət adlandırılması, Pc sürət adlandırılması). 

Saat sürəti x 2 = DDR I/O sürəti 

DDR I/O sürəti x 2 = DDR sürət adlandırılması 

DDR sürət adlandırılması x8 = PC sürət adlandırılması 

Saat sürəti 

DDR I/O 

sürəti 


DDR sürət 

adlandırılması 

PC sürət 

adlandırılması 

100 MHz 

200 MHz 


DDR2-400 

PC2-3200 

… 

… 

… 



… 

200 MHz 


400 MHz 

DDR2-800 

PC2-6400 

250 MHz 


500 MHz 

DDR2-1000 

PC2-8000 

DDR3 SDRAM 

Məlumatların  giriş-çıxış  sürəti  DDR2-nin  iki  qatı  qədər  artırılmışdır.  DDR2-də  olduğu 

kimi  DDR3  DIMM  modulu  da  əvvəlkilərlə  uyğunluq  təşkil  etmir.  İnkişaf  sadəcə  sürətlə  bağlı 

deyildir, daha az enerji sərfiyyatı da üstünlüklərindən biridir. 

DDR3 SDRAM sürətlərinin də dörd növ adlandırılması vardır, ancaq aralarındakı əlaqə 

DDR2-dən bir az fərqlidir: 




Saat sürəti x 4 = DDR I/O sürəti 

DDR I/O sürəti x 2 = DDR sürət adlandırılması 

DDR sürət adlandırılması x 8 = PC sürət adlandırılması 

Saat sürəti 

DDR I/O 

sürəti 


DDR sürət 

adlandırılması 

PC sürət 

adlandırılması 

100 MHz 

400 MHz 


DDR3-800 

PC3-6400 

200 MHz 

400 MHz 


DDR3-1600 

PC3-12800 

DDR 

texnologiyasının 



gələcəyi 

(DDR4 və DDR5): 

İlk DDR4 RAM-ların 2133 MHz sürətində olması və 1.2 V gərginliyə sahib olacağı gözlənilir. 

Sonrakı versiyalarında isə sürətin 2667 MHz-ə qaldırılacağı və istifadə olunan gərginliyin 1.0 V-

a  düşəcəyi  söylənilməkdədir.  DDR4  RAM-ların  ilk  olaraq  PC-lərdə,  daha  sonra  da  az  enerji 

sərfiyyatının qazandırdığı avantajlarına görə notebook və tablelərdə də isatifadəsi gözlənilir 



Daşına bilən yaddaş növləri 

 

USB  dəstəkli  daşına  bilən  cihazlarda  əslində  “flash”  yaddaş  istifadə  olunmaqdadır. 



Flash“, enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən 

yazıla bilən yaddaş növüdür. SSD sərt disklər də “Flash”  yaddaş növünə aiddir. 



“Flash” yaddaşların  quruluşu  maxaniki  deyildir.  Yəni  içərisində  hərəkət  edən  bir  hissə 

yoxdur.  Bu  xüsusiyyətinə  görə  bu  cür  yaddaşlar  “solid-state”  yəni  “hərəkətsiz”  olaraq 

adlandırılırlar. “Flash” yaddaşlar üzərində əməliyyatlar RAMmodullarında olduğu kimi aparılır. 

Yəni “Flash” yaddaşlar da modullardan təşkil olunub və bu modullar tranzistorlara sahibdirlər. 

Bildiyimiz kimi kompüter sistemlərində məlumatlar “0” və “1”-lər şəklində, yəni ikilik kodlarla 

yazılır. “0” enerjinin aşağı səviyyəsini, “1” isə yuxarı səviyyəsini ifadə edir. “Flash” yaddaşlara 

da  məlumat  yazıldığında  tranzistorların  enerji  səviyyəsi  dəyişdirilir.  Quruluş  etibarilə  RAM 

modullarına oxşasalar da, məlumatların enerji kəsildiyində belə saxlanılması “Flash” yaddaşları 

RAM-lardan fərqləndirən ən əsas xüsusiyyətdir. 

Daha  yığcam,  səssiz  və  yüngül,  asan  qoşula  bilən  olması  “Flash”  yaddaşların  digər 

əhəmiyyətli xüsusiyyətləridir. 

“Flash” yaddaşlarda istifadə olunan iki texnologiya vardır: NOR və NAND



NOR texnologiyası  2004-cü  ilə  qədər  istifadə  olunmuşdur.  2004-cü  ildə  isə 

yerini NAND texnologiyasına  təhvil  vermişdir.  NOR  texnologiyası  istifadə  olunan  yaddaşlarda 

məlumatların  yazılması  və  silinməsi  hər  bir  hücrə  üzərində  əməliyyata  səbəb  olurdu,  NAND 

texnologiyasında  isə  bu  hücrələrin  əmələ  gətirdiyi  bloklar  üzərində  əməliyyatlar  icra 




olunmaqdadır.  Bu  səbəblə  də  NAND  yaddaşlar  NOR  yaddaşlara  nisbətdə  daha  sürətlidir. 

Günümüzdə istifadə olunan bütün USB yaddaşlar NAND texnologiyasını istifadə edir. 

 

Günümüzdə “Flash” kəlməsi USB yaddaşları ifadə etmək üçün də işlədilir. Bu cihazların 



istifadəsi çox sadə olub, USB girişinə qoşulmaları kifayətdir. Əlavə bir enerji mənbəyinə ehtiyac 

duymazlar.  Bu  yaddaşlar  Sabit  dikslərin  yanında  çıxarıla  bilən  yaddaş  kimi  listlənirlər.  “Disk 



management”  bölməsindən  isə  Sərt  disklər  üzərində  aparılan  əməliyyatları  USB  yaddaşlara  da 

tətbiq etmək olar. 

 

USB  yaddaşlar  “Bootable”  disklər  olaraq  istifadə  oluna  bilər.  Xırda  bir  proqramın 



köməyi  ilə  USB  yaddaşı  kompüterinizi  başlatmaq  üçün  istifadə  edə  bilərsiniz.  USB  yaddaşlar 

həmçinin kompüter olmayan platformalar tərəfindən də dəstəklənməkdədir. 

USB  yaddaşlardan  başqa  günümüzdə  geniş  istifadə  olunan  digər yaddaş  kartları da 

mövcuddur. 



Compact Flash (CF) – Ən köhnə və böyük kart növüdür. 

SmartMedia – CF  yaddaş  kartlarına  rəqib  olaraq  istehsal  olunmuşdur.  Ancaq  sonradan 

yerlərini SD kartlara təhvil vermişlər. 



Secure Digital (SD) – Ən çox istifadə olunan yaddaş kartıdır. Mini və Mİcro SD olaraq 

iki növü vardır. 



Memory Stick – Sony firmasının istehsalı olan yaddaş kartıdır. 

xD Picture Card – Fotoaparatlarda istifadə olunur. Olympus firmasının məhsuludur. 


Yaddaş  kartları,  PDA,  Foto  aparat,  mobil  cihazlar  kimi  əlavə  yaddaşa  ehtiyacı  olan 

cihazlarda istifadə olunur. 

Bu yaddaş kartları kompüterlərə xüsusi kart oxuyucular vasitəsilə qoşulur. 

 

Daha çox USB qoşulması olan kart oxuyucular istifadə olunur. Nootboklar-da isə xüsusi 



port vasitəsilə bu növ yaddaş kartları oxuna bilir. 

 

Flash yaddaşların  istifadə  olunduğu  zaman  bir  başa  kompüterdən  ayrılması  cihazı 

zədələyə bilər. USB portları vasitəsilə daimi olaraq cihaz enerji ilə təmin olunur. USB yaddaşı 

kompüterdən  ayırmadan  əvvəl  enerji  və  məlumat  axınını  kəsmək  lazımdır.  Windows 

istifadəçiləri  sağ  aşağı  küncdə  USB  qoşulmanı  göstərən  işarə  üzərində  mausun  sol  düyməsini 

sıxaraq “Eject USB” əmrini seçərək cihazı ayıra bilərlər. 

 

Günümüzdə  ən  cox  istifadə  olunan  daşına  bilən  yaddaşlardan  biri  də  “Xarici  sərt 



disk”lərdir. Əsasən USB və ya FireWire qoşulması istifadə edirlər. 


 

3.5″  sərt  disklər  üçün  sadəcə  USB  enerjisi  kifayər  etmir.  Əlavə  enerji  qoşulması  da 

istifadə edirlər. 2.5″ sərt disklər isə ən pis halda cüt USB qoşulması ilə lazım olan enerjini təmin 

edə  bilir.  Daşına  bilən  sərt  disklərin  çoxu  standart  sərt  disklərdir  (SSD-lər  xaric).  Və  istifadə 

olunduğu halda hərəkət etdirilməməlidir. Bu cihazlar düşmə və zərbələrə qarşı həssasdırlar. Sərt 

disklərə aid məqaləmizdə yarana biləcək problemlərdən bəhs etmişdik. Eyni hallar daşına bilən 

sərt  disklərə  də  aiddir.  Yəni  “Eject  USB”  seçib  diski  ayırmaq  istədikdə  belə  diskin  işini  tam 

saxlamasını gözləmək lazımdır. 



 

 

 



 

Yüklə 44,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə