AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİY ASI
M .A .PƏ N A H İ, R Ə FT A R C Ə L İL O Ğ L U
XVIIIəsrin 90-cı illərində Qarabağ əhalisinin
yadelli işğalçılara qarşı mübarizəsi
T A R İ X İ N D Ə N
“Azərbaycan tarixi” üzrə bakalavr piliəsi üçün
tədris-metodik vəsait
Kitab Azərbaycan Dövlət Dəniz Akade-
miyasının “Humanitar fənlər’’ və “Dillər”
kafedralarının 6 saylı və Azərbaycan Dövlət
Dəniz Akademiyası Elmi-Metodik Şurasının
2 saylı, 06 iyııl -
2011-ci il tarixli qərarına
əsasən çapa məsləhət görülmüşdür.
i
3
,
3
(iltu^c-s
0
-
Tərtib edənlər:
prof. M.A.PƏNAHİ
dos. RƏFTAR CƏLİLOĞLU
Redaktor:
Rəyçilər:
R.I.TAHIROV
t.e.d., prof. Ş.M.QASIMOV
f.doktoru A.C.MURADOVA
dos. H.A.ALIYEV
M.A.Pənahi, Rəftar Cəliloğlu. “XVIII əsrin 90-cı illərində
Qarabağ əhalisinin yadelli işğalçılara qarşı mübarizəsi
tarixindən” Bakı 2012,90 səh.
Bu vəsait Azərbaycan Dövlət Dəniz Akademiyasımn
(ADDA) tələbələri üçün nəzərdə tutulsa da, bundan geniş
oxucu kütləsi də bəhrələnə bilər.
Olduqca yığcam şəkildə hazırlanmış bu kitab əsrlər boyu
parçalanan, bu gün də düşmən tapdağı altında qalan, öz
doğma yurdlarından didərgin düşən və sakinlərini səbirsizliklə
gözləyən ulu yurdumuz - Qarabağ xanlığının paytaxtı olan
gözəl ŞUŞA şəhərinin yaradılmasınm 260 illiyinə həsr edilir.
003452
Qrıiiı nəşr
700102
© M.A.Pənahi, Rəftar Cəliloğlu - 2012
ŞUŞA ŞƏHƏRİNIN
YARANMASININ
260 İLLİYİNƏ
HƏSR EDİLİR
XVIIIƏSRİN 90-CIİLLƏRİNDƏ QARABAĞ
ƏHALİSİNİN YADELLİ İŞĞALÇILARA QARŞI
MÜBARİZƏSİ TARİXİNDƏN
(Şuşa şəhərinin yaranmasının 260 illiyinə həsr edilir)
GİRİŞ
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən son-
ra dövlətçilik tarixinin və ənənələrinin öyrənilməsinə bö-
yük ehtiyac duyulur, Bu baxımdan Azərbaycanda xanlıq-
lar dövrü, xüsusilə Qarabağ xanlığınm tarixini dərindən
tədqiq etmək olduqca vacibdir. Ona görə ki, bu gün bəd-
nam va başabəla qonşularım ız- ermənilər bir sıra antiazər-
baycan xarici qüw ələrin yardımından istifadə edərək doğ-
ma Qarabağımızı işğal etmişlər. Onlar bu işğala hüquqi
don geyindirmək, Qarabağın, xüsusilə Şuşanm ta qədim-
dən Ermənistanm bir hissəsi olduğunu “sübuta yetirm ək”
iiçün dəridən-qabıqdan çıxırlar. Ermənilərin sərsəm torpaq
iddialarmın əsassız olduğunu sübut etmək üçün Qarabağ
tarixinin, o cümlədən Qarabağın tarixində özünəməxsus
yer tutan xanlıqlar dövrünün və yadelli işğalçıların hü-
cumlarınm dərindən öyrənilməsinə ehtiyac var. Belə ki,
ötən əsrlərdə Mirzə Camalın, Mirzə Adıgözəl bəyin, Əh-
məd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin “Qarabağna-
mə” və “Qarabağm tarixi” kitabları, məşhur alim və şair
A.Bakıxanovun 1841-ci ildə yazdığı “Gülüstani-İrəm”
7
əsəri Qarabağ tarixinin öyrənilməsində olduqca əhəmiy-
yətli yer tutmuşdur. Bundan əlavə, bir çox Azərbaycan so-
vet tarixçilərindən Ə.Şükürzadənin, M.Mustafayevin, aka-
demik Z.Bünyadovun, rus tarixçisi İ.Petruşevskinin,
N.Axundovun, İ.Əliyevin, T.Köçərlinin, Y.Mahmudovun,
T.M ustafazadənin və başqa müəlliflərin kitab və məqalə-
lərində Qarabağ əhalisinin mübarizəsi, Dağlıq Qarabağ
problemləri konlcret şəkildə işıqlandırılımşdır. Lakin, eti-
ra f etm əliyik ki, tarixçi alimlərimizin Qarabağ xanlığı və
onun xariei siyasəti, ümumiyyətlə Qarabağ məsələsi kom-
munist rejimli SSRİ məkanında məhdudlaşdırıldığmdan
və onun geniş tədqiqinə imkan verilmədiyindən bəzi rna-
raqlı m əsələlər aşkar edilməmiş və tədqiqində xırda yan-
lışlığa yol verilmişdir.
Bu baxımdan yadelli işğalçı Ağa Məhəmməd şah Qa-
carın Qarabağa hücumuna aid bəzi maraqlı fıkirləri oxu-
culara çatdırmaq istəyirik.
8
1. QARABAĞ YADFXLİ İŞĞALÇILARININ
DİQQƏT MƏRKƏZİNDƏ
Daim Azərbaycanm zəngin yeraltı və yerüstü sərvət-
lərinə göz dikən işğalçı qonşu dövlətlər, o cümlədən İran
xanları, xüsusən Ağa Məhəmməd şah Qacar (1742-1797)
1781-ci ildə İranda mərkəzi hakimiyyəti ələ alaraq, 1785-
ci ildə Tehranı paytaxt elan etdi. 0 , 1793-cü ildə Süley-
man xam özünün rəsmi nümayəndəsi kimi Təbrizə gön-
dərdi. Süleyman xan Şimali Azərbaycan xanlarım İran ha-
kimiyyətinə tabe olmağa razı salmalı idi. 8 minlik qoşunla
Qarabağa gələn Süleyman xan Əskaran qalası ətrafmda
məğlub olaraq geri çəkildi. Bu, Ağa M əhəmməd şah Qa-
carı çox narahat etdi (Z.Bünyadovun redaktəsi ilə Azər-
baycan tarixi. Bakı 2005, səh. 365). Tarixçi Əhməd bəy
Cavanşir yazırdı ki, Ağa Məhəmməd şah İbrahim xandan
girov kimi oğlunu göndərməsini tələb edir. İbrahim xan
isə bildirir ki, bir nəfər əmanət əshabələri ilə birlikdə
öldürüldükdən sonra digərini göndərməkdə çətinlik çəkir.
Elə həmin vaxt Ağa Məhəmməd şah Qacar İbrahim
Xəlil xanın yağı olduğunu eşitdikdə qərara gəlir ki, onu
özünə tabe etsin. Ərdəbilə çatanda ona xəbər verirlər ki,
İbrahim Xəlil xan Şuşanı möhkəmləndirir. Ona bu imkam
vennəm ək üçün tez yola düşməyi qərara alır. Xudafərin
körpüsü dağıldığına görə Arazı keçə bilmirlər. Yerli əha-
lidən öyrənir ki, körpü İbrahim Xəlil xanm göstərişi ilə
9