Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N



Yüklə 431,94 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix18.06.2018
ölçüsü431,94 Kb.
#49712
1   2   3   4   5   6   7   8   9   ...   16

Gürcüstana gəlməmiş  İraklinin  dərsini  versin  və  rus  mələ- 

kəsini  bitmiş  fakt  qarşısmda  qoysun.  Elə  bu  səbəbdən  də 

qərara  gəlir  ki,  İbrahimxəlil  xanla  dil  tapsın.  Ona  görə 

İbrahimxəlil  xana  ikinci  məktubu  yazaraq  bıldirir  ki,  əgər 

təslim  olmasa  qardaşı  oğlanları  qətlə  yetiriləcək.  Ağa 

M əhəmməd  şah  Qacarm  saray  adam lan  arasında  Pirqulu 

xan  adlı  bir  nəfər  var  idi  ki,  İbrahimxəlil  xanın  tanışla- 

rından  biri  idi.  Qacara  deyir  ki,  namə  yazmağm  tayda- 

sızdır,  Məıı  İbrahimxəlil  xanı  yaxşı  tanıyıram,  o,  qardaşı 

oğianlannın  öldürülməsindən  heç  də  narahat  olmayacaq. 

Ola bilər ki,  onlarm  ölümü  onu  daha  da çox  qıcıqlandırar. 

Əgər  şah icazə verərsə,  keçmiş  dostluq xatirinə  gedib bəl- 

kə sülh üçün bir iş  görə bildi.  Çadırda ikisi qaldıqdan son- 

ra Pirqulu  xan  Qacara yaxmlaşaraq  bildirdi  ki,  “Ey  Şəhri- 

yar,  mən  sizə  nə  desəm,  ancaq  xeyirxahlıq  məqsədi  daşı- 

yır.  Sizin sadiq qulluqçularınızdan olduğumu bilirsıniz.  İlk 

növbədə  qalanın  açılması  bu  tezliklə  baş  verməyəcək. 

M ən  bilirəm  ki,  əlahəzrət  qalanın  mühasirəsindən  əl  çək- 

məyəcək.  Bu  da  Şuşanm  hakimlərini  daha çox  qıcıqlandı- 

racaq  və  İbrahimxəlil  xan  da  şahlıq  fıkrinə  düşəcək.  Mən 

ümidvaram  ki,  bəzi  müzakirələrdən  sonra  elə  bir  yol  ta- 

pam  ki,  şahın  heysiyyətinə  xəiəi  gətirmədən  İbrahimxəiil 

xan  itaətə  qol  qoysun.  Elə  bir  vəziyyət  yaradaq  ki,  şahm 

qoşunları  şəhərə  daxil  olmasmlar.  M ən  çox  da  əmin  de- 

yiləm   ki,  bu  hal  baş  verəcək,  amma  onunla  damşdıqdan 

sonra  ıtaətə  gələ  bilər” .  Qacar  şah  icazə  verdi  ki,  onun

18

itaətə  gəlməsi  üçün Pirqulu xan necə istəyir elə  də hərəkət 



etsin.

Jan  K uver  yazır:  “Pirqulu  xan  İbrahimxəlil  xana 

onım  qonağı  olmağı  barədə  namə  yazır  və  müsbət  cavab 

alır. İbrahimxəlil xamn  göstərişi ilə  qala divarlarından sal- 

lanan  xüsusi  bir  qaldırıcı  vasitəsilə  onu  yuxarı  -   şəhərə 

qaldırırlar.  H ər  iki  köhnə  dostlar  öpüşdülər.  Pirqulu  xan 

ancaq  xeyir  işdən  ötrü  gəldiyini  bildirdi:  “Mən  Ağa  Mə- 

həm m əd  şah  Qacarın işçisiyəm.  Əgər desəm ki,  onun xey- 

rini  müdafiə  etmırəm,  yalan  olar.  Sənlə  də  dostam.  Dost- 

luğun  şərti  ondan  ibarətdir ki,  sənin xeyrinə  riayət  edəm”. 

İbrahimxəlil  xan  onunla  dostluqdan  məmnun  olduğunu 

bildirdi.  Pirqulu xan dedi: “Mən səni tamyıram, bilirəm ki, 

cəsarətli  adamsan.  İnciməsən,  sənə  demək  istəyirəm  ki, 

cəsarətdə  sən  Lütfəli  xan  Zəndə  çata  bilməzsən.  M ən  iki 

gözümlə  görmüşəm  ki,  Lütfəli  xan  Zəndə  təkbaşına  Ağa 

M əhəmməd  şah  Qacarın  bütün  qoşunları  ilə  vuruşaraq  sı- 

raları  yarıb  aradan  çıxdı”.  İbrahimxəlil  xan  dedi  ki,  mən 

onun  qəhrəmanlığma  bələdəm.  “Sən  fıkirləşmə  ki,  sabah 

hava soyuq  olsa o,  mühasirədən  əl  çəkəcək.  Kirman məsə- 

ləsini  yadına  sal.  O,  şəhəri  ya  sən  təslim  olanacan,  ya  da 

hamı acmnan ölənə kimi mühasirədə saxlayacaq”.

Daha sonra İbrahimxəlil xana dedi:  “ Sən mənim  dos- 

tumsan,  açıq  demək  istəyirəm  ki,  mən  ondan  qorxmuram 

və  istəmirəm  ki,  Şuşam  ona  təslim  edəm.  M üharibədə  öl- 

mək  yaxşıdır.  İstəmirəm  mənim  sağlığımda  onun  ayağı 

Şuşaya  dəysin.  Sən  həm  də  xalqı  düşün,  nə  qədər  azuqə

19



yığm ış olsan da bir gün qurtaracaq.  Əgər o hasarı partladıb 

şəhərə  daxil  olsa,  sən  bihrsən  burada  nə  baş  verə  bilər. 

K irm anı  alanda  bütün  kişilərini  kor  etdi.  Əsgərləri  xalqın 

malm a və namusuna təcavüz etdi”.

İbrahimxəlil  xan  deyir  ki,  sən  buraya  xeyirxahlıq 

üçün gəlibsən,  de görüm mən nə etməliyəm.

Pirqulu xan deyir ki,  sən bir namə  yaz və hədiyyələr- 

lə  birlikdə  ona  göndər,  ona  tabe  olduğunu  bildir.  Qeyd  et 

ki, xəstəsən və sağaldıqdan  sonra hüzuruna gedəcəksən.  O 

zaman  o,  burdan  gedəcək  və  qardaşın  uşaqlarmı  da  azad 

edəcək.

İbrahimxəlil  xan:  -  Məndən  maliyat və  girov  istəmə- 



yəcəkmi?

Pirqulu  xan:  -  Sən  naməni  ona  göndərdikdən  sonra 

hasarm   üstünə  çıxıb,  özünü  Ağa  Məhəmməd  şah  Qacara 

göstər  və  namədə  yazdıqlarını  uca  səslə  de  ki,  onun  qo- 

şunları  da  eşitsin  və  bilsinlər  ki,  sən  itaət  etdin.  O  zaman 

zabitlərə və qoşunlara qalanın mühasirə olunmasınm lazım 

olmadığmı  bildirib,  çıxıb  gedəcək  və  öz  heysiyyətini  də 

qoruyacaq.

Sən  isə  bunun  mənasını  bütün  şəhər  əhalisinə  yaxşı- 

yaxşı başa salmalısan ki,  səndən narazı  qalmasınlar.

M ən  sənin  yerində  olsam,  bu  gün  və  sabah  məscid- 

lərə və  digər yerlərə  camaatı  yığıb  onlara Kirman  məsələ- 

sini  başa  salardım.  Amma onlar mənə inanmazlar, ona gö- 

rə bunu sən özün etməlisən.

20

İbrahimxəlil  xan  xalq içərisində hörm əti  olan  ulu  ru- 



hani  alimləri  bu  işə  cəlb etdi.  Onlara  qoşunun şəhərə  daxil 

olmaması  şərti ilə tabe olm aplanını başa saldı.

Pirqulu  xan  dörd  gün  İbrahim  Xəlil  xanın  qonağı  ol- 

du və işi  yoluna qoydu.  İki ruhani  alim bu işin öhdəsindən 

tezliklə gəldi.

M əhərrəm  ayımn  19-da  1209-10-cu  ildə  (1795-ci  il) 

İbrahimxəlil  xanın  naməsi  Qacara  veriləndən  sonra  o, 

kəfən  geyinmiş  halda  hasarın  üstünə  çıxaraq  türk  dilində 

şəhərdən  konarda  at  belində  olan  Ağa  M əhəmməd  şaha 

bildirdi:  “Ey  Şəhriyar,  mən  sizə namə  göndərib  bildirirəm 

ki,  nə  qədər  ki,  diriyəm,  sizə  itaət  edəcəyəm.  İndi 

yazdığım naməni öz ana dilimdə oxuyuram ” .

Qoşunun  bir  qismi  ki,  türk  dilini  bilmirdi,  onlara 

tərcüməçi  qoymuşdu.  Onlar  İbrahim  xam n  dediklərini 

tərcümə  edir  və  hamıya  bildirirdilər  ki,  İbrahimxəlil  xan 

şaha  itaət  edir.  Axırda  isə  bildirdi  ki,  o  qoca  olduğundan 

və xəstəliyinə  görə şəxsən özü şahın xidmətinə gələ bilmə- 

mişdir.  Yaxşılaşandan  sonra  gələcəyinə  söz  verdi.  Ondan 

sonra Qacar şah bir də söz deməli idi. Lakin bildirdi  ki,  sə- 

si  zil  olduğundan  gülüşə  səbəb  olacaq,  bir  nəfərə  həvalə 

etdi ki,  onun  sözlərini  çatdırsm.

Qacarın  dilindən  bildirdi  ki,  İbrahimxəlil  xanın  peş- 

mançılığım  qəbul  edir.  Onu  və  Şuşa  camaatım  bağışlayır. 

Ümidvardır  ki,  həm işə  tabe  olacaq  və  Şuşanın  maliyatmı 

hər il ödəyəcək.  Göndərdiyi hədiyyələri də  qəbul edir.

Qoşun  üç  gün  sonra  mühasirəyə  son  qoyub,  məhər- 

rəm   ayınm  23 -də  A ğa  Məhəmməd  şah  Qacarın  təbiri  ilə 

Şuşadan Gürcüstana doğru hərəkət etdi.

21



Yüklə 431,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə