Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N


 AĞA MƏHƏMMƏD ŞAH QACARIN  QARABAĞA



Yüklə 431,94 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix18.06.2018
ölçüsü431,94 Kb.
#49712
1   2   3   4   5   6   7   8   9   ...   16

2. AĞA MƏHƏMMƏD ŞAH QACARIN  QARABAĞA 

IKİNCİ YÜRÜŞÜ VƏ ONUN NƏTİCƏLƏRİ

A ğa M əhəm m əd şah xeyli  vaxtdan  sonra qərara gəlir 

ki,  yenidən  Şuşaya gəlsin.  İbrahimxəlil  xan Araz üzərində 

yeganə  körpünün  tağlarını  uçurtduğu  üçün  çayı  keçmək 

qeyri-m üm kün idi.  Buradan ancaq qayıqla keçmək olardı.

İbrahim xəlil  xan  A ğa  Məhəmməd  şah  Qacarın  Şuşa- 

ya gəlm əsindən xəbər tutmuşdu.  Arazın kənannda düşərgə 

seçdiyi  sahə,  tağları  uçurulmuş  körpüdən  çox  aralı  idi. 

Ağa  M əhəm m əd  şahın  əmrinə  əsasən  çayın  yuxarı  his- 

səsində  olan  bütün  qayıqların  buraya  gətirilməsi  əmri 

verilm işdi ki, qoşun çayı keçə bilsin.

Lakin  Ağa  M əhəmməd  şah  Qacarın  Qarabağ  xanlığı 

üzərınə  ikinci  dəfə hücurna keçməsi  ilə  bağlı  bir çox tarix- 

çilər m üxtəlif fıkirlər söyləmişlər.

Bununla  bağlı  tarixçi  Mirzə  Adıgözəl  bəy  yazır: 

“Qızılbaş  qoşunu  A ğa  M əhəmməd  şahla  bərabər  Arazm 

kənarına  gəldi  və  onlar  Qarabağ  ərazisinə  daxil  oldular. 

X anlıqda  aclıq  olduğuna  görə,  Şuşa  qalasında  dayanıb, 

kiçık  q ü w ə   ilə  qaniçən  bir  düşmənlə  vuruşmaq  mümkün 

deyildi.  Uca  mərtəbəii  xan  əhli-əyal,  övlad  və  nəvələrini, 

canlarından  keçən  bəylərin  əhli-əyalım  götürüb  Car  və 

Talaya  hərəkət  etdi.  M ərhum  İbrahimxəlil  xanın  kürəkəni 

Nəsir  xan,  Şahsevən  Əta  xan,  mərhum  xamn  kürəkəni 

şəkili  Səlim  xan  və  Qarabağın  sair  məşhur  bəyləri  də

22

behiştlik  İbrahimxəlil  xanla  bir  yerdə  səfər  etdilər”  (Bax. 



T.M ustafazadə.  “Q arabağxanlığı” Bakı-2010.  səh  170.).

M əşhur  tarixçi  Mirzə  Camal  bu  məsələ  ilə  bağlı 

yazırdı:  “Qarabağ  vilayətində  3  il  davam  edən  quraqlıq 

nəticəsində  taxıl  və  başqa  bitkilər  məhsul  vermədiyindən, 

şiddətli  qıtlıq  baş  vermişdi.  ...  Ağa  Məhəmməd  şah 

qızılbaş  qoşunu  ilə  Araz çayının  kənarma  çatdı.  Azuqənin 

qəhətliyindən  və  son  neçə  ilin  əziyyətindən  sonra  Şuşa 

qalasmda belə güclü padşahm  qarşısmda durmaq  çətin idi. 

Əlacsız  qalan  xan  arvad-uşağı,  qohumları  və  sədaqətli 

xidmətçiləri  ilə qaladan köçüb,  Car və  Tala tərəfə getdi  ki, 

orada  dayamb,  Dağıstan,  Gürcüstan  və  başqa  vilayətlər 

kömək  edərlərsə,  tədarük  görüb  müharibəyə  hazırlaşsın, 

əks  təqdirdə  oradan  Dağıstana,  öz  qohumu  Avar  hakimi 

Ümmə xanm  evinə gedərək Ağa Məhəmməd  şahın əziyyə- 

tindən qorunsun  (Mirzə  Camal,  “Qarabağ tarixi”  Qarabağ- 

namələr,  1-ci kitab, Bakı -   1989.  səh.  118-120).

Ağa  Məhəmməd  şah  İbrahimxəlil  xanın  Şuşam  tərk 

etməsi xəbərini Araz sahilində eşitdi və onu tutmaq üçün 2 

min nəfərlik hərbi  dəstə göndərdi.  Bu dəstə Tərtər körpüsü 

yaxmhğmda  İbrahimxəlil  xana  çatdı.  Ancaq  bu  döyüşdə 

xan qalib gəldi və sağ-salamat öz adamları  ilə birlikdə Kür 

çayından keçib, Car-Balakənə getdi.

N.Dubrovin  də  yazır  ki,  şah  özünün  ən  yaxşı 

sərkərdələrinin  başçılığı  ilə  2  min  döyüşçünü  xam  təqib 

etmək  üçün  göndərdi.  Dəstə  Tərtər  çayı  sahilində  xana

23



çatdı,  lakin  İbrahimxəlil  xan  düşməni  əzdi  və  yoluna 

davam  etdi.

Demək  olar  ki,  son  tədqiqatlarda  istedadh  fransız 

yazıçısı  Jan Kevrin Ağa  Məhəmməd  şah  Qacarm həyat və 

fəaliyyətinə  həsr  etdiyi  “Xacə  şah”  adlı  tarixi  romanma 

istinadən,  bu  məsələ  ilə  bağlı  olduqca  tutarlı,  yeni  fikirlər 

irəli sürmüşdür.

Jan  Kevrinin  tədqiqat  xarakterli  əsərindən  aydın  olur 

ki,  İbrahimxəlil  xan  Ağa  Məhəmməd  şah  Qacarın  Şuşaya 

ikinci  dəfə  hücum  etmək  niyyətindən  xəbərdar  imiş,  onun 

qarşısmı  almaq  üçün  ciddi  hazırlıq  işləri  görmüş  və  şah 

Qacarın  qoşunlarma  lap  əw əldən  başlayaraq  müqavimət 

göstərmişdir.

Jan  Kevrin  yazır:  “İbrahimxəlil  xan  bir  neçə  dəfə 

çayın  bu  biri  tərəfinə  keçən  qoşuna  hücum  etsə  də,  hər 

dəfə geri çəkilmək məcburiyyətində qalırdı. Bu da Qacarın 

qoşununda  təlim  görmüş  dişi  itlərə  görə  idi.  Bu  itlər  də 

əsasən  talışların  idi.  Onlar  əsgər  gedəndə  dişi  itləri  özləri 

ilə  aparırdılar.  Elə  ki,  İbrahimxəlil  xanın  qoşunu  yaxmla- 

şırdı,  onda  bu  itlər  hürərək  qoşunu  ayağa  qaldırırdı.  Ağa 

M əhəmməd  şah  Qacar  öz  qoşununu  tamamilə  çaym  o biri 

tərəfinə  keçirdi.  Onu  tam  şəkildə  yola  salsa  da,  İbrahim- 

xəlil  xanın  qəfil  hücumunu  gözləyirdi.  Dar  keçidlərdən, 

meşələrdən  keçən  zaman  xüsusilə  ehtiyatlanırdı.  O,  yaxşı 

bilirdi  ki,  hər  an  ona  qarşı  sui-qəsd  ola  bilər.  Belə  ki,  o 

öləndən  sonra  heç  kəs,  İbrahimxəlil  xanm   qarşısına  çıxa 

bilməyəcəkdir.  Xacənin  cangüdənləri  xüsusilə  də meşəlik-

24

lərdə  hərəkət  edəndə  ağaclarm  başlarına  kimi  hər  şeyə 



diqqət  yetirirdilər.  Xacə  gecələr  düşərgənin  ətrafmda  dişi 

itlərlə  yanaşı,  bir  neçə  gənci  qarovul  qoyardı.  Bu  maneə- 

lərdən kim insə keçməsi qeyri-mümkün idi.

Nəhayət Qacar Şuşaya doğru hərəkətə başlayır.  Məq- 

səd  İbrahimxəlil  xanı  tutub  cəzalandırmaq  idi,  O,  yaxşı 

bilirdi ki,  nə  qədər İbrahimxəlil xan  sağdır,  onun rahat ya- 

şaması  m üm kün  deyil.  Ağa  Məhəmməd  şah  Qacarın  ha- 

kimiyyəti  dövründə  Qarabağ adlanan torpaq,  qədimdə Ar- 

ran  adlandırılan  geniş  bir  məntəqənin  bir  hissəsi  idi.  Kür 

və  Araz  məntəqələri  arasında  olan  bütün  sahələr  Arrana 

məxsus idi.

Şərqə  doğru  bu  iki  çaym  birləşən  yerinə  Şirvan  de- 

yirdilər.  Qərbə  doğru  isə  onların  arası  (birləşməsi)  Arran 

adlanırdı.

Bu dövrdə Qarabağın 300 min əhalisi var idi.  Onların 

iki bayraım var  idi.  Birinci bayram - novruzu  13  gün keçi- 

rərdilər.  İkincisi  isə  peyğəmbərin  anadan  olması  günü  idi. 

Bu zaman hamı  bir-birini təbrik edirdi və ruhanilərin evlə- 

rində xütbə oxunurdu.»

Jan  Kevrin  yazdığına  görə,  Ağa Məhəmməd  şah  Qa- 

car Şuşaya çatdıqdan  sonra başa düşdü ki,  Şuşa müdafiəyə 

hazırdır,  şəhəri  mühasirəyə  aldı.  Topçulara bildirdi  ki, bü- 

tün  top  zərbələrini  bir  nöqtəyə  tuşlasınlar.  Belə  ki,  divarı 

yuxarıdan  aşağıya  uçurmağa  başlasınlar.  Topçularm  ara- 

sında Həmid  adlı  birisi  var  idi  ki,  çox  təcrübəli  topçu  idi. 

0 ,  hələ  Təbrizdə  Şuşa  qala  divarı  haqqında  Ağa  Məhəm-

25



Yüklə 431,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə