Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N



Yüklə 431,94 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix18.06.2018
ölçüsü431,94 Kb.
#49712
1   2   3   4   5   6   7   8   9   ...   16

m əd  şah  Qacardan  məlumat aldığına görə,  orada  dörd  ağır 

top  əldə  etmişdi.  Həmid Ağa Məhəmməd  şah  Qacarın  ıca- 

zəsi  və  çilingərlərin köməyi  ilə  iki  gülləni  bir-birinə  sim lə 

bağlayaraq topa  qoyur,  Bunun  da nəticəsində topun  ağzın- 

dan bir vox,  iki  güllə çıxır.  Həmid  Qacara deyir ki,  iki  gül- 

lə qoyduqda daha çox barıt tələb olunacaq ki, bu da bir ne- 

çə  güllədən  sonra  topun  lüləsinin  çatlamasına  səbəb  ola- 

caq.  Belə  ki,  topun  hər  birinin  gülləsi  təqribən  18  kilodur 

(36  pavənd  -   1  navənd  =  500  qr.).  lakin  balaca  topların 

gülləsi  12  pavənddir  (6  kq.).  Elə  buna  görə  də  onları  bir- 

birinə  bağlam aq  olar.  6  ədəd  12  pavəndlik  toplarm  çatıl- 

ması nəticəsində bir neçə topçu həlak oldu.

Topun  ağzından  çıxan  güllələr  fırfıra kimı  fırlamr və 

qala  divarma  dəydikdə  müəyyən  qədər  uçura  bilirdi.  N ə 

Qacar,  nə  də  ki,  Həmidin  topla  atəş  açmaq  elmindən  qəti 

xəbərləri  yox  idi.  Ona  görə  ki,  fransızlar  tərəfindən  İran 

hərbi  silahlarma  ancaq  Fətəli  şah  dövründə  tətbiq  edil- 

mişdi.


Həmid  və  Qacar  qərara  gəlirlər  ki,  hər yarım  saatdan 

bir  qala  divarmı  topa  tutsunlar  və  deşik  açılarsa,  oradan 

içəri  keçsinlər.  Qala  divarı  tədricən  yuxarıdan  aşağı  uç- 

mağa başlayırdı.

İbrahimxəlil  xan  yaxşı  başa  düşürdü  ki,  Qacarın top- 

lar  vasitəsi  ilə  divarı  uçurub  şəhərə  daxil  olmaq  fıkri  var. 

Ona  görə  qərara  gəlir  ki,  topları  sıradan  çıxarsın.  Göz- 

lənilmədən  1797-ci  il  iyunun  20-də  Şuşa  qalasmdan  çıxır. 

İbrahim  Xəlil  xanın  göstərişi  ilə  həmin  gün  qalanın  qa-

26

pıları  açılır.  Özü  bir  dəstə  qoşun  başmda  darvazalarm  bi- 



rindən  çıxır.  Digər  qoşun hissəsi  isə  başqa  darvazadan  çı- 

xır.  Bu qaydada hər  üç  darvazadan  çıxan  qoşun maneələri 

aradan  götürərək  özlərini  toplara  çatdırmalı  və  götürdük- 

ləri  avadanlıqlarla  topları  sıradan  çıxarmah  idi.  Topları 

sıradan  çıxarmaq üçün  bir sıra üsullar var  idi.  Bantla  dol- 

durduqları  kisə  və  güdələri  toplarm  altma  qoyub  part- 

ladırdılar.  Beləliklə,  top lüləsi  öz gövdəsindən  aynlırdı  ki, 

bu  da  onun  bir  müddət  sıradan  çıxmasma  səbəb  olurdu. 

Darvaza  açılanda,  Qacarın  qoşunu  Şuşa  qoşununun  qar- 

şısını  almaq  istəsə  də,  ildınm  sürəti  ilə hərəkət  edən  şuşa- 

lılar  fasiləsiz  atəşlə  düşmənə  möhkəm  zərbə  vurur,  İbra- 

himxəlil  xan  isə  digər  dəstə  ilə  bərabər  toplara  hücum 

edirlər.

Şuşa  hakimi  bilirdi  ki,  Qacann  topları  bir yerdə  top- 

laşıb,  bunlardan başqa isə heç bir topu yoxdur.  Onun məq- 

sədi  topları  sıradan  çıxartdıqdan  sonra  şəhərə  qayıtmaq 

idi. Buna görə də hər darvazadan çıxan q ü w ə, topları  sıra- 

dan çıxardıqdan sonra şəhərə qayıtmalı idi.  Onlar bir sütun 

təşkil  etməli idilər ki,  şəhərlə əlaqə pozulmasın. Bunu başa 

düşən  Qacar,  onların  şəhərə  daxil  olmasımn  qarşısını  al- 

maq  üçün  2  min  əsgər  göndərir.  Toplara  hücum  edənlərin 

məqsədi  aydın  olduğundan,  Həmid  dərhal  kiçik  toplardan 

İbrahimxəlil  xanm  qoşununu  atəşə  tutur.  Az  bir  qoşun 

hissəsi  ilə  böyük  bir  qoşunla  vuruşan  Şuşa  hakimi  ağıla 

gəlməyən  cəsarətlə  Qacarm  dəstələrini  yara-yara,  özünü 

toplara çatdırır və  onları  sıradan çıxarmağa nail  olur. Top-

27



larm  atlarını  ələ  keçirən  Şuşa  hakiminin  dəstəsi,  z əw ar 

olub  meydandan  çıxmaq  istədikdə  yolu  bağlı  görür. 

Qabaqcadan  bunu  hiss  edən  Şuşa  hakimi  bildirmişdi  ki, 

əgər  qalan  iki  dəstə  ilə  əlaqə  saxlamaq  çətin  olarsa,  onlar 

başqa  yolla  qayıdacaqlar.  Ona  görə  də  Şuşa  hakimi  şimal 

yolu  ilə  qayıtmalı  olur.  Şuşa  hakiminin  bu  cəsarəti,  hərbi 

manevri  hərb  sahəsində  ən  nadir  hadisələrdəndir.  Oradan 

qayıdanda  adam lann  sayı  o  qədər  az  idi  ki,  yenidən  Qa- 

cara  hücum  etmək  və  yaxud  şəhərə  qayıtmaq,  qalanları 

ölümə verməkdən başqa bir şey deyildi.



Şuşada  müşavirə məclisi

Şuşada qalanlar əmin olduqda ki,  İbrahimxəlil  xan şi- 

mal  yolu  ilə  gedib,  çox  pis  oldular.  Bu  xəbəri  də  xacə 

Qacar  Şuşa  əhlinə  bildirdi.  İbrahimxəlil  xan  qohumlarım 

da  özü  ilə  aparmışdı.  Qohumlardan  kimsənin  orada  olma- 

ması  düşünməyə  əsas  verirdi  ki,  İbrahimxəlil  xan  şəhəri 

birdəfəlik  tərk  edib.  Bəziləri  buna  inanmayaraq,  İbrahim- 

xəlil  xanın  topları  sıradan  çıxardığını  və  topların  bir  də 

şəhəri  atəşə  tutmadığmı  qeyd  edirlər  və  deyirlər  ki,  o, 

qayıdacaq.  Görünür  bu  bir  müharibə  taktikası  idi.  Onlar 

fıkırləşirdilər ki,  o,  qoşun  yığıb  gələcək.  Qacar da  bundan 

ehtiyat edərək az bir vaxtda Şuşam ələ keçirməyə çalışırdı. 

Qacar  əhaliyə  xəbər  verir  ki,  əgər  təslim  olsalar  onlann 

canı,  malı  və  namusuna  toxunan  olmayacaq.  M üqavimət

28

göstərsələr kişilər öldürüləcək, m allan müsadirə  olunacaq, 



namusları əsgərlərə tapşırılacaq.

Bu  m əqsədlə  də  ruhani  Hacı  Babəkin  evində  bir top- 

lantı  keçirdilər.  Burada  sərdarlardan  biri  İsmayıl  Şamaxı 

şəhərindən  gedən  əsgərlərdən  heç  birinin  qayıtmadığını 

qeyd  etdi  və  dedi  ki,  bizim  vəziyyətimiz  çox  da  üm idsiz 

deyil.  Dostlarımızın  bir  qismini  itirsək  də,  düşmənin  top- 

larını  susdura  bildik.  Mən  iki  səbəbə  görə  təslim  olmağın 

əleyhinəyəm.  Birincisi  ona görə  ki,  əgər təslim  olsaq,  öm- 

rümüzün  sonuna  kimi  İbrahimxəlil  xamn  yanında  başımız 

aşağı  olacaq,  deyəcək  ki,  iki-üç  ay  azuqəniz  olduğu  halda 

davam  gətirmədiniz  ki,  mən  qoşun  toplayıb  köməyə 

gəlim.  İkincisi  nə  kişi,  nə  də  arvad  olan  Qacar  kimi  ada- 

mın  sözünə  inam  yoxdur.  Kişiyə  də  inanmaq  olar,  qadma 

da.  Amma bir xacəyə inanmaq çətindir.

Biz onun  qoşunlarından bir qismini öldürmüşük,  top- 

larını  sıradan  çıxarmışıq.  Birinci  hücumunda  da  şəhərə 

daxil  ola bilmədi,  o, bizə rəhm edərmi?

Sərdar  İsmayıl  Şamaxmın  sözləri  əhaliyə  xoş  təsir 

bağışladı.  O,  sözünü bitirdikdən  sonra,  ev  sahibi müctəhid 

Hacı  Babək  sözə  başladı:  “Mən  Qacarı  heç  vaxt  gör- 

məmişəm.  Lakin  o  bir  şahdır.  Şah  heç  vaxt  öz  dediyinin 

əksinə  çıxmaz.  Mən  hərbçi  olmasam  da bilirəm ki,  o,  indi 

toplarmdan  istifadə  etməsə də,  onları  təmir etdikdən  sonra 

yenidən top  atəşlərinə başlayacaq.  Nərdivanlardan istifadə 

edəcək.  Bizim  də  o  qədər  adamımız  yoxdur  ki,  qarşısını 

alsın. Bu yolla da onlar şəhərə daxil ola biləcəklər. İsmayıl

29



Yüklə 431,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə