Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N



Yüklə 431,94 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix18.06.2018
ölçüsü431,94 Kb.
#49712
1   2   3   4   5   6   7   8   9   ...   16

Şamaxı  deyir  ki,  İbrahimxəlil  xan  qoşun  toplayıb  bizim 

köm əyim izə  gələcək.  Lakin  mən  bildirdim  ki,  o,  ətraf 

qonşularla  münasibətlərini  o  dərəcədə  korlayıb  ki,  onların 

arasm da  bir  dostu  belə  qalmayıb.  Indi  də  deyirəm  ki,  o, 

heç  kəsdən  kömək  ala  bilməyəcək.  Onun  yalnız  Da- 

ğıstanda  dostu var.  Onu  da bilirsiniz ki,  Dərbənddə  oturan 

Dağıstan  hakimi  özü  də  xacə  Qacara  itaət  edir.  Ə gər 

İbrahımxəlil  xana  qonaqpərvərlik  göstərsə,  Qacar  onun 

ölümünə  hökm  verər.  Bəlkə  Dağıstanm  dağlıq  yerlərində 

ona  qonaqpərvərlik  edərlər.  Düzdür,  İsmayıl  Şamaxı  deyir 

ki,  bir illik ərzaq ehtiyatımız var.  Əhalinin bir qismi kasıb- 

dır  və  onların  ehtiyatı  elə  də  çox  deyil.  Onları  da  dü- 

şünm ək  lazımdır.  Yadımzdamı  bu  xacə  Kirmam  mühasirə 

etdikdə,  şəhərdən  kənarda  yeni  bir  şəhər  yaratdı.  Am m a 

m ühasirədən əl çəkmədi.  Aclıq baş verdikdə qapılar açıldı. 

Şəhərə  daxil  olan  Qacar  bütün  kişiləri  kor elədi,  arvadları 

qoşunun  ixtiyarma verdi.  Bütün  var-yoxlarını  aldı.  Burada 

da  o,  m ühasirədən  əl  çəkməyəcək.  0   qədər mühasirə  edə- 

cək  ki,  ya  divarları  dağıdıb,  şəhərə  daxil  olacaq,  ya  da 

acından  qapıları  açacaqlar.  0   zaman  Kirman  və  Tiflis  ha- 

disəsi burada başım ıza gələcək.

İsmayıl  Şamaxı,  Hacı  Babək  dini  rəhbərdən  üzr  istə- 

yərək,  yenə  də  xacənin  nə  kişi  və  nə  də  arvad  olmadığmı 

təkrar  edib,  ona  inanmadığım  bildirir.  Eyni  zamanda qeyd 

edir  ki,  o,  nə  arvad,  nə  də  uşaq  sahibi  olmadığına  görə, 

həm  qadm,  həm  də  kişilərin  düşmənidir.  Həm  də  demək 

istəyirəm  ki,  siz  buyuran  kimi  nərdivanlardan  bir  nəfər  də

30

qalxa  bilməz.  Orada  bir nəfər  10  nəfərin  qarşısını  almağa 



qadirdir.  Əgər  tüfənglər  vaxtında  doldurulub  tüfəngçilərə 

verilərsə,  tüfəngin  də  doldurulmasını  İbrahimxəlil  xan 

vaxtmda öyrədib.

Sonra  Hacı  Babək  bildirir ki,  vədlərinə  tam  inanmaq 

üçün şəhərdən çıxıb, xacə ilə danışmaq istəyir.

İsmayıl  Şamaxı  Hacı  Babəkə  məsləhət  görür  ki,  heç 

kəsi  cəzalandırmayacağı  və  heç  kəsə  zərər  yetirməyəcəyi 

barədə  ondan  zəmanət  alsın.  Bunun  üçün  girov  olaraq 

Şuşada qalsm.

M ən  bildiyimə  görə  Xanbaba  Cahanbaninin  oğlan- 



ları onun yanındadır.  Onlardan birinin adı Abbas Mirzədir. 

Ona  əla  qulluq  edəcəyik.  Mən  bilirəm  ki,  Qacar  burdan 

getməz,  Öz qoşununu da aparmaz,  - deyir.

Hacı Babək də yaxşı bilirdi ki,  Qacardan belə bir şeyi 

tələb etmək özü də qorxuludur.  O,  qardaşı uşaqlarından bİ- 

rinin  orada  girov  saxlandığını  başa  düşsə,  Hacı  Babəkin 

ölüm əmrini verər.

Nəhayət,  Hacı  Babək  fədakarlıq  göstərərək,  Qacarın 

yanma getdi.  Qacar onu  qəbul  etdi.  Hacı Babək içəri daxil 

olanda  Q acar  çadırın  yuxarı  başında  oturmuş  katibinə  nə 

isə  yazdırırdı.  Hacı  Babək  içəri  daxil  olanda  Qacar  katibi 

azad edir və  çadırdan  çıxır.  Qacar Hacı  Babəkdən nə  istə- 

diyini  soruşdu.  Hacı  bildirdi ki,  şəhərin  əhalisi  sizin  qəzə- 

binizdən  qorxur.  Əks  təqdirdə,  onlar  elə  bu  gün  qapıları 

açardılar.  Bu  da  Tiflis  hadisəsindən  sonra  onları  narahat 

edib.  Qacar  bildirdi  ki,  onlar  məni  öldürmək  istəyirdilər.

31



Sadəcə  mən  onları  qabaqladım.  M ən  demişəm  ki,  qapıları 

açsmlar.  M ənim onlarla heç bir işim yoxdur.

Hacının  fikrini  başa  düşən  Qacar  “yəqin  ki,  əhali 

məndən zəmanət istəyir” -  deyə hacının cavabım gözlədi.

- Xeyr,  onlar elə bir şey  istəyirlər ki,  arxayın olsunlar 

ki,  şəhriyar  şəhərə  daxil  olandan  sonra  kimsə  onlarm 

camna, malma toxunmayacaq.

-  Sən onlara deyibsən ki, məndən zəmanət istəsinlər?

Hacı  Babək  dedi  ki,  bütün  şəhər şahiddir ki,  mən  de-

mişəm ki,  şahm  sözü zəmanətdir.  Ancaq  onlar  deyirlər ki, 

qorxudan  çıxmaq  üçün  bir  şey  lazımdır  ki,  onlar  arxaym 

olsunlar.

Xacə  soruşdu  ki,  indi  şəhərin  başçısı  kimdir?  Hacı 

cavab verdi ki,  İsmayıl  Şamaxıdır.

-  O, dedi ki, məndən zəmanət almaq lazımdır?

Hacı  Şamaxmın  camndan  qorxaraq  dedi  ki,  xeyr  o, 

belə söz deməyib.  Bunu əhali dedi  ki, qorxudan çıxsınlar.

-  Məndən nə istəyirlər: pul və ya başqa bir şey?

Hacı  dedi  ki,  onlar  şahzadələrə  qonaqpərvərliklə  ya-

naşı qulluq etmək arzusundadırlar.

-  Onlar  mənim  qohumlarımdan  bir  neçəsini  girov 

saxlamaq istəyirlər?

Hacı:  -  Girov  sözünün  xahiş  edirəın  adını  çəkməyin, 

heç kəs  elə cəsarət etməz ki,  sizin kimi böyük bir şəhriyar- 

dan girov -  qan tələb etsin.  Sadəcə istəyirlər ki,  Qacar şah- 

zadələrindən  biri  bizim  qonağımız  olsun  və  biz  onu  göz 

bəbəyimiz kimi  əzizləyəcəyik.

32

-  Bu  da  o  deməkdir ki,  mənim bir qohumum  şəhərdə 



girov  saxlanacaq.  B u  da mən tərəfdən  qəbul  ediləsi  deyil. 

Əhaliyə  de  ki,  mən öz qohumlarımdan heç birini  girov ve- 

rən  deyiləm.  Əks  təqdirdə  mən  şəhəri  müharibə  yolu  ilə 

alıb,  əhalini  cəzalandıracağam.  İndi  isə  m ən  hazıram  ha- 

mısını bağışlayım. Lakin şəhər əhli məndən girov istəyir.

Hacı  Babək bildirdi  ki,  şəhər əhalisi  əkinçi,  sənətkar, 

ticarətçi,  kəsəbədən  ibarətdir,  heç  görünüb  ki,  bunlar 

müharibə  istəsin?!  Din  xadimlərindən həmişə kəsəbə kimi 

sülh  istəyirlər.  Bu  dəqiqəyə  qədər  Qacar  onun  sözlərinə 

çox  inanmasa  da  indi  onun  düz  dediyınə,  yalan  danışma- 

dığına inandı.  Bildi ki, kişi düz danışır.  Şəhriyar indiyə qə- 

dər başa düşmədiyi bir şeyi anladı ki,  doğrudan da mühari- 

bəni  şəhriyarlar,  hakimlər və  sairlər  istəyirlər  ki,  varlarını 

artırsınlar.

-  M ən  dedim ki,  xalqa heç bir zərər yetirməyəcəyəm. 

Ancaq mənim qoşunumun xərci ödənilməlidir.

Hacı  Babək  yenidən  bildirdi  ki,  xalq  kasıbdır.  Onlar 

heç  vaxt  müharibə  istəməyib,  haradan  sizə  zəmanəti  ver- 

sinlər?  Qacar  bildirdi  ki,  İbrahimxəlil  xanın bütün daşınan 

və  daşmmaz  əmlakı  mənimdir.  Zabitlərin  haqqı  isə  siz tə- 

rəfdən  ödənilməlidir.  Hacı:  “Ey  böyük  Şəhriyar,  sizin  za- 

bit  və  əsgərlərinizin  sayı  ağac  yarpağı  kimi  sayılmazdır, 

lakin  şəhər  əhalisinin  sayı  çox  məhduddur.  Bu  pulu  biz 

haradan almalıyıq?”

33




Yüklə 431,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə