Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N



Yüklə 431,94 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix18.06.2018
ölçüsü431,94 Kb.
#49712
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Nəhayət çox  alver etdikdən sonra razılığa gəldilər ki, 

200  m in  qızıl  əşrəfı  versinlər  və  şəhriyar  tərəfdən 

qorunsunlar.

- Şən hələ də deyəsən mənə inanmırsan?

X acə  qulluqçusunu  çağırıb,  əmr  etdi  ki,  balaca 

Quranmı  gətirsin.  QuIIuqçu Quranını gətirdi.  O,  möhürünü 

çıxarıb  Quranı  möhürlədi.  Hacıya verəndə  dedi  ki,  bu Qu- 

ranı  aparıb  cam aata  göstərsin.  Mən  həyatımda  ilk  dəfədir 

belə  iş  görürəm.  Söz verirəm ki,  bir zabit və əsgər də  sizin 

cam aata əlini də vurmayacaq.

Elə  bil  ki,  H acı  ilə  söhbətdən  sonra  onun  vücudunda 

dəyişiklik əmələ gəlmişdi.

Hacı  Qacardan qayıtmaq üçün icazə  istədi.  Əsgərlərə 

onu  yola  salmaq  əmri  verildi.  Qala  divarının  yanında  Ha- 

cını  sandıqvarı  bir  qutuya  oturdub,  yuxarı  çəkdilər.  Gəlib 

toplantıda  iştirak  edən  adamlara  hadisələri  olduğu  kimi 

danışdı.  Ödəniləcək pul barədə müfəssəl məlumat verdi.

34

3. QARABAĞIN TACIŞUŞANIİŞĞAL EDƏN ŞAH 



QACARIN HƏYATININ SON GECƏSİ

Qacardan  hamıdan  çox  qorxan  İsmayıl  Şamaxı  Qu- 

ranı  gördükdə  rahatlaşdı.  Lakin  200  min  qızıl  əşrəfı  xa- 

mmların zınət əşyaları da daxil  olmaqla çox çətinliklə top- 

Jandı.  İki  gün  sonra  qala  qapısı  açıldı  və  şəhərin hörmətli 

adamları  Q acarı  və  onun  ətrafım  qarşıladılar.  Silahlar  yı- 

ğıldı.  Darvazadan  ta  İbrahimxəlil  xanın  sarayına kimi  beş 

yerdə  ona  qurban  kəsdilər.  Qacar  dərhal  bir  komendatura 

təşkil  etdi  və  göstəriş  verdi  ki,  qalan  qoşun  hissəsinin  şə- 

hərə  daxil  olması  qadağandır.  Hər bir zabit,  əsgər şəhərdə 

bir  şey  almaq  istəsə  onun  pulunu  ödəməlidir.  İlk  gün  beş 

əsgər  mal  alıb,  pulunu  vermədikləri  üçün  bərk  cəza- 

landırıldı.

Beləliklə  Qacar  Şuşaya  daxil  olub,  bac-xəracı  aldıq- 

dan sonra İbrahimxəlil xanın əmlakmm siyahısım tələb  et- 

di.  Nə qədər əmlakı var idi, hamısı onun əmlakına keçdi.

M əlum dur ki,  Şamaxı  Ağa  Məhəmmədi  qəbul  etdik- 

dən sonra şəhəri tarac etməyi qəti  qadağan  etdi.  Qold  Smit 

bu  barədə  belə  yazırdı  ki,  xacə  Qacarın  dərgahında  Sadiq 

xan  müəyyən  nüfiız  sahibi  idi.  Şamaxıya  daxil  olduqdan 

sonra  iki  nəfər  gecə  xəlvət  fərraşların  vasitəsi  ilə  şəhər 

varhlarının  birinin  evinə  daxil  olaraq  bildirirlər  ki,  Ağa 

M əhəmməd  şah  Qacar əmr edib ki,  imkanlı  ev sahibindən 

5  min  tümən  alsınlar.  Bu  hadisə  o  zam ar  baş  verdi  ki, 

sabahı  xacə  Qacar  oranı  tərk  edib,  Şuşaya  qayıtmalı  idi.

35



Sadiq  və  omın  iki  cinayət  şəriki  yaxşı  bilirdi  ki,  ev  sahibi 

səhəri  gün  Ağa  Məhəmmədlə  heç  cür  görüşə  bilməyəcək. 

Bu hadisəni nəql edən tarixçi Qold  Smit o iki  nəfərin adını 

və  eləcə  də  ev  sahibinin  admı  qeyd  etməmişdi  (tarixçi 

M irzə  Camal Cavanşirin yazdığına görə onlar şahın ən ya- 

xm xidmətçilərindən Səfərli bəy və Abbas bəy olmuşlar).

Səhər tezdən  qarət olunan şəxs tərpənir ki,  gedib Ağa 

M əhəmməd  şah  Qacara  şikayət  etsin.  Beləliklə,  Şuşaya 

doğru  hərəkət  edir.  Nəhayət  ona  deyirlər  ki,  Şuşada  Hacı 

Babək adında bir şəxs var. Ancaq o, kömək edə bilər.  Hacı 

Babəkin  yanma  gedib  məsələni  ona  ətraflı  danışır.  Hacı 

Babək qarətçilərin adını soruşur. Deyir ki, bilmirəm.

- Onlarm surətləri yadında qalıb?

Qarət olunan:

- Fəqət birinin surəti, hansı ki,  onlarm böyükləri  idi.

Hacı  soruşdu ki,  onları  görsən, tamyarsanmı? Müsbət

cavab  aldı.  Kişidən  nə  apardıqlarım  soruşdu,  o,  hamısmı 

yazıb  Hacı  Babəkə  verdi.  Hacı  Babək  dedi  ki,  üç  gündən 

sonra  Qədir  bayramıdır  və  mən  gedəcəyəm  şahı  təbrik 

edəm  və  fürsətdən  istifadə  edib,  yazdığın  naməni  də  ona 

verəcəyəm.  Beləliklə,  qarət  olunan  şəxs  üç  gün  qalmalı 

oldu.  Hacı  h.q.  1211-ci  ilin  Zihəccə  aymın  18-də  yazdığı 

naməni  Qacara çatdırdı.  0 ,   naməni  alıb  cibinə  qoydu. Mə- 

rasim   bitdikdən  sonra  naməni  oxudu.  Namənin  kənarmda 

bir neçə sətir yazdı  və  Sadiq  xan Nəhavəndini  çağırıb,  na- 

məni  ona verib  dedi ki,  bir xəlvət onu Hacı Babəkə çatdır- 

sm.  Sadiq  xan  da  naməni  fərraşlardan  birinə  verir  və  bir

36

saatdan  sonra  namə  Hacı  Babəkə  çatır.  Bu  namədə  Ağa 



M əhəmməd  şah  Qacar  göstəriş  verir  ki,  sabah  səhər 

namazı  ərəfəsində  şikayət  edən  şəxs  onun  yanında  olsun. 

Qarət  olunan  şəxs  Qacarm  hüzuruna  gəldi  və  baş  verən 

hadisəni  olduğu kimi  ona damşdı  və  Sadiq xanm nişanəsi- 

ni  verdi.  Sadiq  xanm  burnunun  üstündə  illik  yaranın  (sa- 

lək) yeri  qalmışdı.  Elə  qarət olunan  adam  bu nişanı  da  de- 

di.  Xacə  Q acar  bildirdi  ki,  o,  bir  nəfəri  içəri  çağırıb  bəzi 

tapşırıqlar  verəcək.  Qarət  olunan  isə  diqqətlə  baxsın,  gör- 

sün  evinə iki  nəfərlə gələn  o idi,  ya yox.  Q acar xidmətçini 

çağırıb  dedi  ki,  Sadiq  xanı  çağırsın.  Bir  neçə  dəqiqədən 

sonra Sadiq xan içəri daxil olur və baş əyir.

Qarət  olunan  arxası  qapıya və  üzü xacəyə  doğru  da- 

yanmışdı.  Əynində  paltan,  başında  papağı  və  başını  da 

aşağı  dikmişdi.  Evinə  qarətçilər  gələndə  isə  nə  əynində 

paltar,  nə  də  başmda  papaq  var  idi.  Ona  görə  Sadiq  xan 

onu  tanımadı.  Qacar  Sadiq xandan  soruşdu  ki,  dünən  ver- 

diyim  namə  hacıya  çatdırıldı,  ya  yox?  Sadiq  xan  dərhal 

göndərdiyini  və  Hacıya  çatdırıldığmı  xəbər  verdi.  Qacar 

qarət  oluııandan,  adamı  tanıyıb-tamdığmı  soruşdu.  Kişi 

bildirdi  ki,  o  gecə  iki  nəfərlə  onun evinə gələn həmin  şəxs 

idi.  Buna  heç  bir  şübhəm  yoxdur.  Mən  tək  onun  sifətini 

deyil,  səsini  də tanıdım.  Qacar onun evini və harada qaldı- 

ğını soraşdu və dedi ki,  evdə ol, sənə lazımi xəbəri verəcə- 

yəm. Gedəndə isə başını aşağı sal ki, səni tanıyan olmasm.

Bir  az  sonra  Sadiq  xanı  oradan  uzaqlaşdırmaq  məq- 

sədilə  çağırır  və  göstəriş  verir  ki,  düşərgənin  üç  ağac-

37



Yüklə 431,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə