Yadelli işğalçılara qarşı mübarizəsi t a r I x I n d ə N



Yüklə 431,94 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix18.06.2018
ölçüsü431,94 Kb.
#49712
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

lığmda (bir ağac 7 km-ə bərabərdir) ərik olur.  Bir az al, tez 

də  qayıt.  Sadiq  xarı  bəzi  bəhanələrlə  bunu  sabaha  saxla- 

maq  istəsə  də,  xacə Qacar özün bilərsən,  istəyirsən sabaha 

qalsm.  Amma  mən  səhər  yeməyi  vaxtı  ərik  yeməliyəm,  - 

deyir.

Sadiq xan dərhal atına minib  hərəkət etdi. Elə ki, təq- 



ribən  bir  saat keçdi,  Sadiq xanın  evinin  yoxlanılması  haq- 

da  fənnan  verdi.  Yoxlaına  nəticəsində  Şamaxıda  edilən 

qarət mallar  aşkar  edildi  və  onları  Qacara  apardılar.  Qarət 

olunan  şəxs  əşyalara  baxan  kimi,  ona  məxsus  olduğunu, 

lakin bunlar əşyaların hamısımn olmadığmı bildirdi.  Qacar 

dedi  ki,  qalaıı  əşyalar  onunla  gələn  iki  nəfərdədir,  onları 

da gətirəcəyik.  Hər şey  özünə çatacaq və mən də onları  cə- 

zalandıracağam.  Sabahı səhər tezdən  Sadiq xan Nəhavəndi 

iki qutu əriyi abdarxanaya (burada meyvə və digər bu kimi 

ərzaqlar  qorunardı)  təhvil  vermək  istədikdə,  cinayət  yol- 

daşlan  dünənki  hadisə  haqqında  ona  məlumat  verirlər  və 

qızıl  əşyalarmı  Qacara  apardıqlarım  da qeyd  edirlər.  Bun- 

lar  məşvərət  edəndə  xəbər  gəlir  ki,  şəhriyar  əriyin  gətiril- 

məsini  gözləyir.  O,  şahın  ərik  istəməsini  özünə  qarşı  mər- 

həmətli  olması  kimi  yozur.  Sadiq  xan  cinayət  dostlarına 

deyir ki,  elə də böyük xətərlə üzləşməmişik.  Qacarın mənə 

böyük hörməti  var.  Ola bilsin ki,  pul,  əşyaların  yarısını  və 

yaxud  da  hamısını  istəsin,  sonra  hamısını  yaddan 

çıxaracaq.

Sadiq  xan  Nəhavəndi  otağa  daxil  olur.  Qna  elə  gəlir 

ki,  şahı  ərikdən  başqa  heç  bir  şey  maraqlandırmır.  Xacə

38

çox  qapalı  adam  olduğundan  ancaq  ərik  haqqmda  söhbət 



edirdi.  Sadiq  xana  dedı ki,  iki  qutudan  birini  aç.  0 ,  əriyin 

bir  dənəsini  iki  bölüb  yedi.  Sonra:  “Əriyi  gərək  səhər-sə- 

hər yeyəsən,  sonra yeyilən ərik onun dadını vermir,  -  dedi.

O,  ikinci  əriyi  yedikdən  sonra  adama  elə  gəlirdi  ki,  o  üç 

nəfərin  etdiyi  işlər  onu  qəti maraqlandırmır.  Doyunca ərik 

yedikdən  sonra  Sadiq  xana  dedi  ki,  qalanları  götür  apar. 

Bu  vaxt  cinayət  şərikləri  narahatlıqla  Sadiq  xanı  gözlə- 

yirdilər ki,  Şəhriyarla olan görüşdən danışsm.

İngilis  Qold Smit hadisələri belə izah edir:

-  


Sadiq  xan  iki  qutu  əriklə  qayıtdıqdan  sonra,  Qaca- 

rın  casusları  onu  göz  altına  aldılar.  Qacar  başa  düşmüşdü 

ki,  əgər Sadiq xan Nəhavəndinin cinayət şərikləri gizli  fər- 

raşların  içərisində  olsalar,  şübhəsiz  ona  evinin  yoxlanıl- 

ması  barədə  deyəcəklər.  Odur ki,  öz  casuslarına taşırdı  ki, 

Sadiq xanla kimin əlaqə yaratdığına diqqət yetirsinlər.  Ca- 

suslar  Sadiq  xan  qayıdan  kimi  iki  nəfərin  ona  yaxın  gəl- 

diyini  müşahidə  etdilər  (bu  iki  nəfərin  adı  tarixdə  qeyd 

olunmayıb) və  ona nə isə dedilər və  Sadiq xan onların söz- 

lərindən çox narahat oldu.

Sadiq  xan Ağa Məhəmməd  şah  Qacarm  yanından  iki 

qutu  əriklə çıxanda da ona yaxınlaşıb,  söhbət edib və  ərik- 

dən  də  yedilər.  Casuslar  bunu  da  Qacara  çatdırdılar.  Qa- 

cara  sübut  olundu  ki,  o  iki  nəfər  Sadiq  xanla  birgə  olub. 

Həmin  gün,  axşam  Şamaxıda qarət olunan  adamı  və  eləcə 

də  Sadiq  xanla  həmin  iki  gizli  fərraşı  yanına  çağırtdırır. 

Onlar  Qacarm  otağma  daxil  olub  Şamaxıda  qarət  etdikləri

39



adamı  görəndə  titrəm əyə  başladılar.  Qacar  onlara  bildirdi 

ki,  qarət  etdikləri pul  və  bəzək  əşyalarınm bir  qismi  Sadiq 

xanm  evindən  aşkar  olunaraq  götiirülüb.  Qalanlarını  da 

mal  sahibinə  qaytarm.  Məcburiyyət  qarşısmda  qalan  iki 

nəfər  əşyaiarm  qalanlarım   qaytarmalı  oldular.  Qacar  qarət 

olunandan  hər  şeyin  düz  olub-olmadığını  soruşduqda,  o, 

bildirdi  200  tüm ən  azdır.  Qacar  əmr  etdi  ki,  200  tümənini 

evin sandığından  ona versinlər və qeyd etdi ki, bu üç nəfər 

öldürüləndən  sonra onların mallarından  götürəcəyəm.  Ax- 

şam olduğundan onlar  arxayın  oldular ki,  bu  gecə yox,  sa- 

bah səhər öldürəcəklər.

Jan  Kevr  yazırdı:  “Bu  gecə  Ağa  Məhəmməd  şah 

Qacarm  son  gecəsi  hesab  edilir  ki,  bu  da  şənbə  günü  ax- 

şam,  1211-ci  il  hicri  xətəri  zihəccə  ayının  21-nə  təsadüf 

edir.  Adi  günlər  kirni  hava  qaralandan  sonra  çıraqlar  yan- 

dırılır,  namazmı  qılır  və  bəzi  məsələləri  həll  etmək  üçün 

Urmiyə vəzirini  qəbul  edir.  0 ,  sonra şam edir və sonra ya- 

taq  otağına  gedir.  Yataq  otağında  onu  kitab  oxuyanı  şeyx 

Cəfər  Tənkabini  gözləyir.  Qalxıb  iki  əlini  döşünə  qoyub, 

təzim edir.

Bu  gün həmin  üç  nəfər  göz  altma  alımr və həbs  edi- 

lir.  Lakin gizli  fərraşbaşı  Iazımi qədər diqqətli  deyildi.  Sə- 

bəbi  də  onlarm  eyni  işə  qulluq  etmələri  idi.  Sadiq  Nəha- 

vəndi  özü  bir  zaman  “xəlvətdə”  qulluq  etdiyindən  onlarla 

ömrünün sonuna kimi dost olmuşdu.

Ona görə də  fərraşbaşmm üzü gəlmirdi ki,  onların əl- 

lərinə  zəncir  vurub,  ayaqlarma kündə  keçirə.  Sadiq  xan  o

40

iki  nəfərə  dedi ki,  sabah  səhər tezdən Qacar bizi öldürtdü- 



rəcək.  B unun  bir  əlacı  var  ki,  o  da  biz  fursətdən  istifadə 

edib,  onu  aradan  götürək.  Onsuz  da burada heç kəs  ondan 

razı deyil.

İkinci gizli  fərraş:

-  Sizə  elə  gəlmir  ki,  ondan  sonra  qardaşı  oğlu  Xan- 

baba Cahanbani şahlığa gələcək?

-  X anbaba  Cahanbani  Şirazda,  biz burada,  ta  ona  xə- 

bər çatana,  o,  şahlıq fıkrinə düşənə və buraya gələnə kimi, 

biz əmin-aman bir yerdə olarıq.

-  M əsələn harada? -  Birinci gizli fərraş soruşdu.

-  Rusiyada,  - deyə Sadiq xan cavab verdi.

-  O rada bizi tutub, İrana təhvil verərlər,  deyə - birinci 

gizli fərraş cavab verdi.

-  Belə  olduqda  Osmanlıya  gedib  və  sonra  arvad-uşa- 

ğımızı da oraya gətirdərik deyə, -  Sadiq xan cavab verdi.

İkinci gizli  fərraş:

-  Sən  varlı  adamsan,  bunu  edə  bilərsən.  Mən  isə  ka- 

sıb  adamam,  haradan  ailəmi  gətirdə  bilərəm,  onları  tutub 

orada öldürərlər.

- Siz istəsəniz varlı ola bilərsiniz.

Sadiq  xan  onlara  bildirdi  ki,  biz  Qacarı  öldürdükdən 

sonra onun  otağında və  ətraf otaqda  o  qədər pul və  qızıl -  

cəvahir  var  ki,  onları  götürüb  bölsək,  bizim  uşaqlarımıza 

da bəs edər.  Sadiq xan hiss etdi ki,  iki  fərraş sabah öldürü- 

ləcəklərini  bilsələı  də,  Qacarı  öldürməkdən  qorxurlar.  O 

da təkbaşma bu  işin öhdəsindən gələ  bilməz.  Başqa bir tə-





Yüklə 431,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə