Yadında qalsın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix22.01.2022
ölçüsü2,8 Mb.
#83049
  1   2   3   4   5   6   7   8   9   ...   15
Yadında-qalsın-nahayi



 

 
 
 
Yadında qalsın 
 
 
 
 
 
 
 
Hərəm müdafiəçisi Şəhid Həmid 
Muradi həyat yoldaşının 
xatirələrində 
 
 
 
 
 
Məhəmmədrəsul Mollahüseyni
 
 


 

 
 
 
 
 
 
 
 
 
Kitabın adı:…..…….................... Yadında qalsın 
Qələmə alan:...Məhəmmədrəsul Mollahüseyni 
Tərcümə edən:.............................Rahib Rüstəmli 
Çap tarixi:..........................................................2020 
Çap növbəsi:.................................................Birinci 
Tiraj:....................................................................1000 
 
 
 
«Издательство Полипресс» 
Тверь, Комсомольский проспект, дом 19.  
Тел.: (4822) 58-19-78, 500-250, 
 
ISBN 130-25-024519-29 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
Yadımdadır 
Uşaq  ikən  atam  mənə  şəhidlərin  həyatı  barədə 
danışanda xəyal quşuna minərək göylərə uçurdum, ruhum 
Hacı  Mənsur  Ərzinin  “Dokuhə”  mərsiyəsi  ilə  Çəzzabəyə, 
Dokuhəyə,  Ərvəndə  pərvaz  edirdi.  İgid  və  mərd  oğulları 
hər gün yadıma salır, sakitcə böyüyürdüm, özü də qəlbimə 
və  ruhuma  həyatın  hansı  iksirinin  dolduğunu  anlamadan. 
Şəhid  dostlarının  şəkillərinə  baxarkən  atamın  gözlərindən 
axan  yaşı  görəndə  qəlbim  titrəyirdi.  O,  ezamiyyətdə 
olanda,  ya  da  başqa  bir  səbəbdən  ondan  ayrı  qaldığım 
zaman  ruhumun  yeganə  təskinliyi  kitab  oxumaq  idi. 
Şəhidlərə  həsr  olunmuş  bu  kitabları  oxuyarkən  göz 
yaşlarım  yanaqlarımı  isladırdı.  Bu  illər  ərzində  öyrəndim 
ki, həyat -fədakarlıq, cihad, ezamiyyət, anamın gözlərinin 
həmişə yolda qalması deməkdir. O bizə həm ana idi, həm 
də atam ezamiyyətdə olanda ata olur, onun yoxluğunu hiss 
etdirmirdi.  Doğrusunu  desəm,  ətrafımda  olanların  hamısı 
beləydi.  Onlara  baxdıqda  ilahi  ətri  duyurdum.  Yağış  və 


 

torpaq  ətri,  yaşıl  formalarına  hopmuş  tünd  barıt  qoxusu 
məni mavi səmalara aparırdı. 
Albomumuz gözümü bir an belə qırpmadan baxacağım 
şəhid  şəkilləri  ilə  dolu  idi.  Bu  həyəcan  dolu  həyatımız 
boyunca  hər  bir  günümü  rahatlığa  qərq  etməli  olduğumu 
öyrəndim.  Kitab  oxumaqla,  gül  əkməklə  böyüyüb  boya-
başa  çatdım.  Yalnız  bunlarla  özümü  sakitləşdirirdim. 
Həyatın  yalnız  və  yalnız  şəhidlər  həyatı  kimi  olduqda 
gözəlləşdiyini  öyrəndim.  Onların  həyatının  incəliklərinə 
heyran  qalırdım  və  mənimçün  ən  əsas  məsələ  yalnız 
Allahın razılığı idi. 
Həmidlə  ailə  quranda  onun  qəribə  insan  olduğunu 
anladım.  Onun  hər  baxışı,  hər  nəfəsi,  hər  sözü  mənə  dərs 
idi.  Sanki  yanında  şagird  idim,  hər  an  müəllimimdən  bir 
şey  öyrənirdim.  Dünyaya  baxışı  onu  bütün  tanışlarından 
fərqləndirirdi.  Üstün  bir  şəxs  idi.  Doğrusu,  öz  uşaqlıq 
yoldaşını,  həyat  yoldaşını,  səfər  yoldaşını  və  müəllimini 
itirmiş  bir  insanın  halını  necə  vəsf  edəcəyimi  bilmirəm. 
Müştərək həyatımızın onun fiziki yoxluğu ilə başa çatdığı 
zamandan  çiynimdə  xatirələr  dolu  boğçamla  yoluma 
davam edirəm. İyirmi dörd  yaşım var, bilmirəm, bəlkə də 
iyirmi  dörd  ilimi  əldən  vermişəm.  Düşünürəm  ki,  düzgün 
yaşayıb,  doğru  yolda  addımlamaq  möhkəm  iradə  tələb 
edir.  Mən  inanıram  ki,  həyat  yoldaşımla  birlikdə 
keçirdiyim  üç  il  ömrümün  ən  gözəl  anları  olub.  İndi  isə 
öldüyü  yerin  adını  belə  bilmirəm.  Bildiyim  tək  şey 
düşdüyü çuxurun adıdır; o da Suriya, Hələb və bir də onu 
hiss edə bilmədiyim soyuq bir daşdır. Beləcə, ona bir daha 
deyə  biləcəyim  “bəli”nin  və  ona  yenidən  qovuşacağım 
anın ümidi ilə günlərimi geridə qoyuram; elə bir qəlblə ki, 
hər gün parça-parça olur, elə əyilmiş bellə ki, onunla həyat 
yükünü  tək  daşıyıram.  Salam  olsun  o  şərəfli  oğullara  ki, 


 

Allahın  namusu  həzrət  Zeynəb-Kübra  (ə)  uğrunda  fəda 
olublar. Onlar ayıq olmaqla həyatımızın qaranlıq yollarını 
işıqlandırıblar. 
Bu  xatirə  kitabını  yazarkən  iztirab  içindəydim. 
Ümumiyyətlə,  həyatımızı  bütün  incəliyinə  qədər  yazmaq 
fikrim  yox  idi.  Ancaq  hər  dəfəsində  xatirələri  yazmaq 
barədə yoldaşıma verdiyim söz yadıma düşürdü. Nəhayət, 
qərarımı verə bildim. Mənimlə bu kitabın yazılması barədə 
söhbət  olunanda  Allaha  təvəkkül  edərək  qəbul  etdim. 
Düzdür,  qələm  və  dil  heç  vaxt  şəhid  həyatının  bütün 
gözəlliklərini  canlandıra  bilməz.  Ancaq  insafla  desək,  bu 
kitab  olduqca  sadə,  səmimi  və  gözəl  yazılıbdır;  eynilə 
Həmidlə mənim kimi. Elə mən də həyatımızın bu cəhətini 
hər şeydən çox sevirəm. Bəzən sadəliyin özü gözəllikdir. 
Sonda  gözəl  qələm  sahibi  olan  əzizimizə,  habelə 
şəhidin xatirələrini toplamaqda, onu yenidən yazmaqda və 
tamamlamaqda 
zəhmət 
çəkən 
bacısına 
dərin 
minnətdarlığımı  bildirir,  hər  ikisindən  haqlarını  halal 
etmələrini  diləyirəm.  Cəmiyyətin  mənəvi  cəhətdən 
qidalanmasına 
çalışan 
belə 
insanlar 
həyatımızın 
dəyərləridir. Gərək onların qədrini bilək. 
Həmçinin Şəhid Hacı Əhməd Kazimi və Şəhid Möhsün 
Höcəcini  yad  edən  Şəhid  Kazimi  nəşriyyatının  bütün 
cavanlarına  Allahdan  müvəffəqiyyət  arzulayıram.  Bu 
kitabın  ərsəyə  gəlib  nəşr  olunmasında  çəkdiyi  xüsusi 
zəhmətlərinə görə onlara dərin təşəkkürümü bildirirəm. 
 
Fərzanə Siyahkali Muradi 
Mart 2018, Müqəddəs Məşhəd şəhəri 
 
Həmid Siyahkali Muradi 
Doğum ili və yeri: 1989, Qəzvin 


 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə