Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə2/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   2   3   4   5   6   7   8   9   ...   15

AŞIQ QƏRİB – ŞAHSƏNƏM
Sizə kimnən xəbər verim kezmiş zamannan, sadiqəl düv­ran­nan, dünya acısını-şirinini dadmış, üz ümrünü-dünyasını sizə tap­şır­mış, əbədi torpaqda uyumuş rəhmətdik ata-baba­mızdan, ariflər-alimlər qüvmünnən.

Bir nezə əsr bunnan əvvəl qoca Təbrizdə Süvdəgər Məhəm­məd adlı varrı-düvlətdi, dostu-nayıflı, hürmətdi-izzətdi, əliazıx, səxavətdi bir şəxs yaşayırdı. Allah tala ona var-düvlətdən başqa dünyanın ən şirin barı olan bir cüt üvlad bəxş eləmişdi: biri oğlan, biri qız. Oğlanın adı Məqsud, qızın adı Bəsdi idi. Məhəm­məd Süvdəgər bu iki üvladın arzusuynan nəfəs alardı. Uşaxları mol­laxanada oxudor, dünya gürmüş şəxslərnən gürüşdürür, ədəb-ərkanı, büyük yolunu güzlüyən üvlad kimi büyüdürdü. Məqsud o qədər tərbiyəli yetişerdi ki, gəl gürəsən!

Məqsud on altı yaşına zatan zaman Məhəmməd Süvdagər hiss elədi ki, ümrü tamamlanmax üzrədi. Məqsudu yanına zağırıf va­rı­nı, halını, alacağını, verəcəyini başa salıf, bir də belə vəsiyyət eli­yir:

– Oğul, anan-bajın amanatı. Onnarı güz-bəbəyin kimi qoru, zünki onların da, mənim də umudumuz yuxarıda Allah, aşağıda sənsən. Və məni peyğəmbər Rəsulun şəriətiynən dəfn elə. Sana uzanan əlləri boş qaytarma, inşallah daha uca olarsan.

Bəli, vəsiyyətdən sonra Məhəmməd Süvdəgər ümrünü bala­larına tapşırıf dünyasını tərk elədi.

Məqsud on altı, Bəsti on bir-on iki yaşına zatan zaman atasız qaldılar. Məhəmməd Süvdəgərin üzü, yeddisi, qırxı zı­xana qədər, Məqsud əlinnən gələni ehsan verdi. Atanın ruhunu şad eləmək üzün ac qarınnar doydurdu, yetimlər sevindirdi, əlac­sızdara kümək elədi. Kimsəsizdərə arxa olmağa süz verdi.

Bəli, dünya üz işini gürür, yazıya pozu yox, gürəcəyi gora aparmaq olmaz. Sən saydığını say, gür fələk nə sayır. Elə ki, Məq­sud atasının qırxını verdi, yasdan zıxdı, savaxsı günnən başdadı qapılarına yalanzı, fırıldaqzı adamlar ayaq azmağa. Biri dedi atan mana filan qədər borşdudu, biri dedi bir belə mana verəsiydi, bir süznən, Məqsudun uşaxlığınnan istifadə eliyif tam demək olar ki, vardan-yoxdan zıxartdılar. İşi belə gürən Məq­sudun anası Banu xatun zox acıdı. Məqsuda qeyrətsiz olduğunu süylədi. Anasınnan küsmüş Məqsud atasınnan yeganə qalmış bağzasına – zarhovuzun üstünə gəldi. Bir qədər ah-nalə eliyif hünkür-hünkür ağladı. Ata, sənsiz mən yaşaya bilmirəm – deyif güzdərinə yuxu getdi.

Bir qədər vaxtdan kezdikdə, Məqsud bir-iki səs eşitdi. Güzünü azdı gürdü ki, dünya – hər tərəf şülələnif, nura qərq oluf. Ancax başının üstünü bir nurani ağsaqqal şəxs kəsdirif ona deyir:

– Oğul, Məqsud, bu vaxt burada niyə uyumusan? Bismillah de, üzümə bax. Mən nə desəm ona əməl elə!

Məqsud əvvəl diksindi, başına gələn hikmətlərdən qorxdu. Qoja gürdü ki, Məqsud onnan qorxdu, yanına gəlif dedi:

– Oğul, qorxma, yaxın gəl, bismillah de, üzünü ələ al, mən sənin xilaskar babanam. Məqsud yaxın gəlif qocaya salam verdi, onun da dediyinə əməl elədi.

Qoca dedi:

– Oğul, dünya qəminə zox aludə olma, məni dinlə, inşallah hər şey yerini tapar – deyif bir piyalə zıxardıf Məqsuda uzatdı:

– Oğul, al bu piyaləni nuş elə, dərdi-qəmin dağılsın.

Məqsud bismillah deyif piyaləni aldı, izdi.

Qoca dedi:

– Oğul, şəhadət barmağımın arasınnan bax gür nə gürürsən?

Məqsud dedi:

– Baba, uzun-uzadı yollar gürürəm.

– Oğul, daha nə gürürsən?

– Baba, büyük dağ ətəyində bir şəhər gürürəm.

– Oğul, yenə yaxşı bax!

– Baba, baxeram, bir qəsr, bir güləfirəngi, eyvan, eyvanda bir qız gürürəm.

– Oğul, qıza yaxşı bax, yaxşı fikir ver.

– Baba, gürürəm, yaxşı fikir vererəm.

– Əvvəl gürdüyün dağ “Sənan” dağıdı. Ətəyindəki şəhər Tiflis şəhəridi. Qəsr, Xoca Sənanın qəsridi. Gürdüyün qız, Xoca Sənanın yeganə qızıdı. Adı Şahsənəmdi. Onu sana, səni də ona buta verdim. İndi səni də ona güstərerəm. İnşallah xeyli zəhmət – cəfadan sonra mətləbə zatıf uzun ümür sürərsiz, qocalana qədər siz bir yerdə olarsınız, inşallah.

Qoca süzünü tamam elədi: – Oğul, arxadan gələn nədi?

Məqsud geri züvrülüf baxanda gürdü ki, hez kəs də yoxdu. Məqsud yününü züyürdü ki, qocaya baxsın, gürdü qoca yoxdu. Mat-məəttəl qalıf Şahsənəmin camalı qaldı fikrində. Üzü üstə yerə uzandı. Dan azıldı. Ana oğlunu axtardı, bacı da bu vəziy­yətdə. Gəl­hagəl, gəlif hovuzun üstündə Məqsudu tapdılar. Anası Banu xatun haray-həşir saldı, el-oba, qonum-qonşu yığışdılar. Nə gürsələr yax­şıdı? Kimi dedi: – Məqsud dəli oluf, kimi dedi – üstünnən saat kezif, kimi dedsi – cin vuruf, xülasə, dərdi qanan olmadı ki, olmadı. Məq­sud ayılmadı. Elin ağsaqqalları, ağbir­zək­ləri, qocalar, qarılar, kəniz­lər cəmləndilər, bir yana bir şey zıxarda bilmədilər. Anası ah-nalə eliyif oğlunun dərdinə zarə axtardı, güz yaşını axıtdı.

Bir də baxdılar ki, əli əsalı bir ağbirzək yüz yaşı kezmiş qoca qarıdı, yavaş-yavaş bunların yanına gəldi. Salam-sava verib:

– Nə oluf, bu nə məclisdi, nə yığnaxdı?

Banu xatun başına gələni qarıya süyləyən vaxtı qarı Məqsu­da yaxınlaşıf dodağını süykədi Məqsudun dodağına, əmməyə başdadı. Bir azdan qarı qalxıf dedi ki, Banu xatun, güzdərin aydın olsun, bəxtəvərsən. Sənin oğlun ərənnərdən badə izif, ya sevgidi, ya da zox bilik. İnşallah üzü ayılanda sizə deyər.

Bəli, Banu xatun oğlunun üstünə gəlif:

– Oğul, sənə mənim canım qurvan olsun. Oğul, sən nə hala düşübsən?

Oydu ki, Məqsud güzdərini azdı. Doqquzuncu günün tama­mında başına oğlannar, qızdar yığılan vaxtı, o yana, bu yana boy­lanıf gürdü ki, başına camaat toplaşıf, dedi:

– Aneyi-mehriban, bu nədi? Bu xalq mənim başıma niyə yığılıf, mana nə olufku bular belə toplaşıflar?

– Oğul, hancarı, sən doqquz gündü ki, bu haldasan, dərdini anana süyləsən gürək nə dərdin var?

– Ana, mən dərdimi dilimnən sənə deyə bilməyəcəm. Mənim başıma gələni saznan deyəcəm.

– Oğul, saz nədi?

Dedi:

– Ana, bilmersənmi saz nə olduğunu?



Dedi:

– Nə bilem, ay oğul, sənə qurvan olum! Mən harda saz gürmüşəm?

– Ana, filan yerdə usta var, onnan mana bir saz gətir.

– Oğul, saz nə olduğunu bilmerəm.

Dedi:

– Tay-tuşuma deginən tapıf gətirəjəklər.



Oydu ki, şəhərdən bir saz tapıf gətdilər. Məqsud sazı əlinə alıf zilini-zil, bəmini-bəm eləyif, gütürdü gürək “Təcnis” qayda­sında anasına nə deyəcək, biz tərəfinnən deyək, siz şad olun:

Barat gecəsində dilək dilədim,

Verdi mətləbimi birdən haqq mənim.

Mənim bu diləyim haqqa yaradı,

Eşitdi ərənlər qibləgah mənim.

– Oğul, nə dedin, nə dedin?

Bir ağam üstümə gəldi dəminən,

Qəlbimi doldurdu dərdi-qəminən.

O mənə izirtdi küvsər camınan,

Car oldu dilimdə zikrüllah mənim.

– Oğul, sənin dilinə qurvan olum, zikrullahına qurvan olum. Sənin başına gələnnən deynən. Onları mən bilmirəm. Məqsud dedi, qulaq as:

Ərənnər bir-birinə buta dedilər,

Məqsud Şahsanəmə zata dedilər.

İkisi murada yetə dedilər,

Artdı bu süvdada oldu ah mənim.

– Oğul, başına dolanım, mən hez şey qanmıram. Hez şey başa düşə bilmirəm, sən nə demək istəyirsən? Ərənnər danışer­san. Nə olub, məni bir yaxşı başa sal.

Dedi:

– Aneyi-mehriban, bu saat deyərəm.



Aldı gürək “Şəqai Gəraylı” havasınnan nə dedi:

Başına dündüyüm ana,

Ana, Tiflis şəhərində,

Yarım qalıb yana-yana,

Ana, Tiflis şəhərində.

– Oğul, Tiflis nədi, yar nədi? Mən nə qanıram, sənin dərdin nədi, başa düşə bilmirəm.

Dərdli olan necə yatar,

Qəm-qüssəsi gündə artar.

Güzəlləri qatar-qatar,

Ana, Tiflis şəhərində.

– Oğul, hez nə qanmeram.

Dedi:


– Qulaq as!

– Oğul, güzəllər bizim Təbrizdə də var, daha zoxdu, kimi istəyirsən bu gün alım.

– Ana, ana, elə düyül axı... ayrıdı dərdim.

– Oğul, dərdinə qurvan olum, de gürüm nə deyirsən?

– Qulaq as:

Əlində dəstə gül tuta,

İgid başı zəkər xəta.

Məqsuda verdilər buta

Ana, Tiflis şəhərində.

– Bəli, süz cavabı tamam oldu. Anası mat qaldı. Məqsuda dedi:

– Oğul, bu nə işdi mənim başıma gətirdin?

Məqsud dedi:

– Ana, haqqın əmridi.

Banu xatun zox fikir elədi: “Nə zarə qılem, uşağın ağlı tər­pənif”. Bir də fikrinə Təbrizin addı-sannı ustad aşığı Süyün gəl­di. Dedi, bunun zarası olsa, aşıx Süyündədi. Rübəndini üzünə ürtüf gəlif aşıx Süyünü tapdı, başına gələn əhvalatı ona danışdı, dedi:

– Hez vaxt mənim oğlum saz zalmıyıf. Şeir bilmiyən oğlum şeir qoşur, mahnı oxuyur. Bilmirəm bu nə işdi mənim başıma gəlif?

Bəli, aşıx Süyün xeyli fikirləşdi, dedi:

– Anam, mənim qoca xəyalımnan sənin oğluna vergi veri­lif, ya da dəli oluf.

Dedi:


– Ustad, sən bilərsən, gedək bir oğlumun yanına, onun dərdinnən halı ol.

Aşıq Süyün gəlhagəl, gəlif Məqsudun məqamına zatdı, sa­lam verdi, əleyk aldı. Kənardan, bərdən bir nezə suallar verdi.

Dedi:

– Oğul, deyillər sən beyqafıldan saz zalıf-süz oxumax üyrə­nifsən. Bir süz oxusan gürüm nə deyirsən?



Maqsud dedi:

– Mənim başım üstə, usta, bu saatca deyim.

Aldı gürək “Keşiş oğlu” qaydasında nə dedi:

Sizdən xəbər alım duran ustadım,

Aşiqlik qoyulan yoldan xəbər ver.

Cənnət qapısına nə yazılmışdı

Ərəbcə oxunan dildən xəbər ver!

– Oğul, nə xəbər verəjəm, belə sualların cavabı məndə düylü, yaxşısı budu üzün cavaf ver.

– Qulaq as:

Cümlə məlakələr hara vardılar?

Yetmiş iki millət adı verdilər.

O haradı nizam tərəzi qurdular?

Qüdrətdən zalxanan güldən xəbər ver!

Aşıq Süyün başını buladı, dedi:

– İlahi, bu nə danışer? Yaqın bu tamam dəli oluf. Məqsud zalmağındadı, ona yaxınnaşdı:

– Oğul Məqsud, sənin ağlın tərpənifdi. Sən yaxşı zalıf oxu­mağına baxma, mən sənnən hez nə annameram.

Məqsud dedi ki, annamersan qulaq as:

Məqsud deyər süzün süylə bilənə,

Zək qatarı, sat yükünü alana.

Kim yarandı, kimlər getdi salama

Haqq nə dedi – bu suvaldan xəbər ver!

Aşıx Süyün dedi:

– Banu Xatun, sənin oğlun ya dəlidi, ya da onnan ağıllı kimsə yoxdu.

Məqsudun ağası güstərən yollar güz ününnən kezdi. Şahsə­nə­min fikri-xəyalı Məqsudu haldan salıf, eşqi təlatüm eliyif, qohum-əqrabaya, qonum-qonşuya, el-obalarına, tay-tuşuna nə­zər yetirir. Ana-bacısına baxıf cuşa gəlif, bu yığnağa, qohum-qonşuya, anası­na, bajısına bir “Sultanı” qaydasına gütrür gürək nə diyer, tərəfin­nən ərz eliyək, sizlərə can sağlığı:

Mən gedirəm, bazarlığım gürmüşəm,

Zox olsun neməti, aşı dünyanın.

Mənə qismət qürbət eldə verilmiş,

İstər bahar olsun qışı dünyanın.

Anası, bajısı başdadılar ağlaşmağa.

– Oğul, harya gedersən, sən nə danışersan?

Dedi:

– Qulaq as:



Mən gedirəm, qoy yenilər gəlsinnər,

İstər oynasınnar, istər gülsünnər.

Mana gərək deyil sizin olsunnar,

Ləl-güvhəri, daşı-qaşı dünyanın.

– Oğul, bu mahalın var-düvlətini, bu eli-günü qoyuf harya gedersən? Bu nə deməkdi?

Dedi:


– Ana, dedim mətləbimi, fikrimnən dünən düyləm, qulaq as:

Məqsud deyər, bu dərd məni əridi,

Aşiqləri abdal edif yeridi.

Kimsə bilməz nə zamannan bəridi,

Oxunmur tarixi-daşı dünyanın.

Bəli, süz tamam oldu, hamı başa tüşdü kü Məqsud dayan­mı­ya­jax, gedəjək. Yolu qürbətə tüşəjək. Ağlıyan, dərd zəkən, tay-tuş Məq­­­suda zox üyüt-nəsyət verdi. Olmadı. Məqsud dedi­yin­nən dün­mədi ki, dünmədi. Sazını gütürüf Təbrizi tərk eləmə­yə başdadı. An­cax anası, bajısı, yol yoldaşı, əqrəbası əl zək­merlər Məqsuddan. Məq­sud geri baxdı, gürdü ki, Təbrizdən tamam aralanıf. Ürəyi qübar elədi. Qohum-qardaşa dedikin daha siz qayıdın. Hez kim Məq­sudun süzünə baxmadı. Məqsud zox əziyyət zəkdi. Vətənnən ay­rılmax, qür­bətə tüşmək zox zətin işdi. Təbrizi, ana vətənini aralı gü­rüf, aldı gü­rək “Dübeyt” qaydasında nə dedi, biz deyək siz şad olun.

Qürbət elə tüşdü daşım,

Kimlər gürüf süyləsinnər.

Car olanda güzdən yaşım,

Dərdə dərman eyləsinnər.


Canım qurvan olsun mərdə,

Fələk məni saldı dərdə.

Bundan belə qürbət eldə,

Adım zəkib süyləsinnər.

Qohum-qardaş, ana-bajı hamısı ah-uf elədi. Məqsuda təsəlli ver­dilər. Məqsud süzünnən dünmədi, gütürdü gürək daha nə dedi:

Ərənnər oldu ustadım,

Verdilər mətləb-muradım.

Əvvəl Məqsud idi adım,

Daha Qərib süyləsinnər.

Bəli, Məqsud üz adını Qərib qoydu. Qohum-qardaş üpüşüf-gürüşüf aralandılar. Ancax ana-bajı Qəribdən aralanmırdılar ki, aralanmırdılar.

Bəli, günə bir mənzil, bu karvana, bu kəcavəya, bəzi yerdə ax­caynan, pulnan, bəzi yerdə şirin dilnən, teyi-mənazil gəlhagəl, kəntdər keşdilər, düzdərdən yeridilər, dağlar aşdılar, zaylar üz­dü­lər. Baharın güzəl vaxtında gəlif şəhri Tiflisdə Meydan deyilən yerdə Şah Abbas məscidinə zatdılar. Məqsud Allaha şükür elədi. Bir nezə fikirdən, xəyaldan sonra, Aşıq Qərib bir qədər dincə­lən­nən sonra Axundun yanına varid oldu. Qərib ol­du­ğunu bildirif, şi­rin dilnən, bir nezə süznən Təbrizdən gəldi­yini, anasına, bayışsına daldeylıx istədi. Axundun ürəyinə girdi, onnan bir hücrə alıf, ana-bayışsını irahat eliyif, namazını qılıf, sonra bazara zıxdı. Bir az bazarda hərrənnən sora zayxanalara baxdı. Xalxın əhvalını üyrə­nənnən sonra, Qərib olacaxlarına gəl­di, şəhərdə gürdüklərin­nən, adamlardan anasına danışdı.

– Oğul, o ki, gəlif bu qəribliyə zıxdın, innən belə hünər sə­nin­di. Əlimizdən axca qurtarmamış başına bir zarə qıl. O ki, saza sahiblənifsən, innən belə aşıxlıx elə, bizi aşıxlıxnan saxla.

Qərib sazını gütürüf gəldi zayxanaya daxil oldu. Gürdü şə­hə­rin ağsaqqalları, hürmətdi adamları, iyid oğlannarı səliqə-səh­man­nan zay izə-izə, qəlyan zəkə-zəkə bir-birinin süzünü güz­düyə-güz­düyə, ədəb-ərkannan əyləşiflər. Gəlif daxil oldu, salam verdi. Bir xoca üzünü Qəribə tutuf dedi:

– Oğul, kimsən, nəzisən? Hansı diyardan gəlifsən? Gürü­rəm qərifsən.

Qərib ah zəkif dedi:

– Qəribəm, baba!

– Oğul, gürürəm qərifsən, hansı qohumlardansan?

Qərib dedi:

– Təbriz şəhərinnənəm, aşıqam.

– Oğul, Təbrizdən burya aşıx, nezə yollar kezir? Nə yaxşı səni burya qədər buraxıflar?!

– Baba, mən aşıx bavayam, niyə buraxmellar.

– O ku, aşıqsan, onda bir-iki süz oxu biz də qulağ asax.

Qərib dedi:

– Baş üstə, oxuyaram, niyə oxumoram.

Qərib bildiklərinnən bir nezə süz oxudu. Gürdülər ki, doğ­ru­dan da kamil aşıxdı, ağzı düzəndi, biliyi-bajarığı yaxşıdı.

Dedi:


– Oğul, sənin Təbrizdən olduğuna bizim şübhəmiz var, inan­merıx.

Qərib dedi:

– Niyə inanmersınız?

Dedi:


– Oğul, əyər doğrudan da sən Təbrizdənsənsə bir Təbrizi tərif elə gürək. Bizim üzümüz də Təbrizdən gəlmişik. Təbrizin nişanlarını bizə deyə bilərsənmi?

Qərib dedi:

– Baba, ixtiyar sizindi. Deyərəm, ancax qulaq assanız.

– Oğul, qulaq asarıx, inşallah, sən oxumaqdan ol.

Qərib sazının zilini-zil, bəmini-bəm eliyif gütürdü gürək “Qa­razı” havasında, nə dedi, biz deyək, siz şad olun inşallah:

Ay həzarat, sizə tərifin deyim,

Əbrişümdü ipəyi, alı Təbrizin.

Güzəllər bəzənər toyda, bayramda,

Tumaşı, qumaşı, şalı Təbrizin.

– Oğul, burasını düz deyirsən, burası elədi. Ancax daha dolu, güzəlliyini, dərinliyini de.

Dedi: – qulaq as, ay usta:

Pəhlivannar nisvət geyif yağlanar,

Ağır tüccar gələr, orda sağlanar.

Gündə minnərinən yükü bağlanar,

Gəzər əldən-ələ malı Təbrizin.

– Oğul, bir az da düzən de. Təbrizin üzgə nəyini bilersən?

Təbriz alimləri hazar peşədi,

Ucadı evləri, tamam şüşədi.

Yetmiş məhəllədi, səksən küzədi,

Qurulufdu cəh-cəlalı Təbrizin.

Hamı mat qaldı. Hamı güzünü düydü, bu məlahətli zalğıya, xoş avaza, sazın güllərinə “əhsən” dedilər.

– Aşıq, birini də de.

Bu yannan da qızıl beşdikdər, onnuxdar yağer Qəribin başına.

Qərib bunnan daha da coşa gəldi, aldı gürək nə dedi:

Aşıq Qərib süylər beş xanə bəndi,

Hesaba yetirmer obası-kəndi.

İsvahannan gəler düyüsü, qəndi,

Azıxdı hər yana yolu Təbrizin.

Bəli, “maşallah”, “halal olsun”, “mərhaba”, “afərin”, “zox yaşa”, “ey vallah” – deyə Qəribin məlahətinə mat qaldılar. Bir qə­dər Qəribi oxutdular. Qərib oxumağında, üz işində olsun, de­yim sizə kimnən, şəhərin yeganə ustad aşığı olan Ləzgi Əhməddən.

Ləzgi Əhmədə xavar zatdı, “evin yıxılsın, bir cavan qərib aşıq gəlif. Tiflisdə qızıl pul qalmadı hamısını yığdı”.

Ləzgi Əhməd zayxanaya girən kimi Xoca Sənan dedi:

– Əhməd, oxumax, sühbət eləmək belə olar. Gür nə kamil ustaddı. Uşaxlığına baxma, dünyanın altını-üstünü biler.

Ləzgi Əhməd dedi.

– Bəli, doğru dersən. Səni kimi ağanın elə də aşığı olar.

Xoca Sənana süz dəydi. Dedi o ki elədi, indi baxarıx.

Ləzgi Əhməd pərtdəşmiş halda Qəribə dedi:

– Oğul, sən ustadsızsan, bilirsənmi?

Dedi:


Nə bilim, baba, hələ ki, ustad sizsiniz. Mən nə deyə bilərəm?

– Gətir bir sazını düzəlt, süz üstündə sənnən bir az sühbət eliyək. Onu da bil ki, sənin burda icazəsiz oxumağın, məclis aparmağın hez yerə sığası düylü. İndi qanunnan o yığdığın pullar da mana tüşür.

– Usta, bağışda, bilmədim. İkinci də sənnən nəyə gürə ixti­yar almalı idim? Allahın altı büyük, xakx zox, kənd-kəsək zox, ruzu­muz belə gəlif. Hər qula üz qismatı, hər aşığa üz meydanı.

Onda Ləzgi Əhməd dedi:

– Oğul, o ki, elə hücət danışersan, sana bir nezə süz deyə­jəm. Ona cavaf versən mənim əlimnən qurtardın, verə bilməsən sazını da qırdırajam, üzünü də düydürüf yola saldırajam.

Ləzgi Əhməd sazı sinəsinə basdı, gütürüf “Ovşarı” qayda­sına nə deyəjək, biz deyək, siz şad olun:

Ləzgi Əhməd:

O nədi ki, güydən gəldi yox oldu?

Onun üzün cümlə aləm tox oldu.

O nədi ki, əldəyməzdən ox oldu?

O nədi ki, zərx dəyməzdən dünər hey?

Xoca Sənanın ajığı tutdu, dedi:

– Ə, bir qırıx uşağa sən nə danışırsan, nə süylüyürsən. O, nə bilsin ki, nə oldu?

Aşıq Qərib dedi:

– Baba, eyb etməz, qoy onun süzünün cavabını deyim. An­caq yaxşı düyül, o gərək əvvəlcə “Divani”ynən, “Təcnis”nən məni sı­nı­yaydı, sonra qıfılbəndə kezəydi. O ki, ilk ağızdan qıfıl­bəndə keş­di, mən də qıfılbəndə cavaf verərəm.

Aldı Qərib:

O yağışdı güydən gəldi yox oldu,

Onun üzün cümlə-aləm tox oldu.

Yaman süzdü əl dəyməzdən ox oldu,

O güzdü ki, zərx dəyməzdən dünər hey.

Hər tərəfdən “afərin” qışqırdılar, “maşallah” dedilər.

Ləzgi Əhməd başını yerə tutuf dedi:

– Oğul, elə düyül. İndi onnan da zətinini deyəjəm.

Qərib dedi:

– Usta, de.

Ləzgi Əhməd:

O nədi ki, altı adbı, üstü ab?

O kimdi ki, ondan alardı hesab?!

O nədi ki, cəngi zaxmaq, tükü xab?

Alışıbdı eşq oduna yanar hey.

Qərib cavaf verdi:

O balıqdı altı abdır, üstü ab,

Yunis idi onlardan aldı hesab.
Səməndərdi cəngi zaxmaq, tükü xab,

Alışıban eşq oduna yanar hey.

Ləzgi Əhməd dedi:

– Ə, sənin gələn vilayətin dağılsın, haradan gəlif zıxıfsan burya. Bir zətinini genə deyəjəm.

Qərib dedi:

– Usta, de.

Ləzgi Əhməd:

O nədi ki, yerdə qalar pasdanmaz?

O nədi ki, ətin kəssən səsdənməz?!

O nədi ki, suya düşər istadmaz?

O kimdi ki, qatarlayıf zəkər, hey?

Qərib bir az o yana-bu yana baxdı, bir az duruxdu, guya bilmer. Ləzgi Əhməd ayağa qalxdı:

– Niyə cavab vermersən?

Qərib dedi:

– Qulaq as.

O altundu, yerdə yatar pasdanmaz,

O meyitdi, ətin kəssən səsdənməz.

O işıxdı suya düşər isdanmaz.

Əzrayıldı qatarlayıf zəkər hey!

Bəli, süz cavabı tamam oldu. Hamı Qəribə “əhsən” dedilər, “mərhaba”, “sağ ol” süylədilər. Xalx süyündüyünnən bir-birinə qarışdı. Xoca Sənan dedi:

– Ləzgi Əhməd, cavabı düzdümü?

– Bəli, düzdü.

Xoca Sənan Qəribə üz züyürüf dedi:

– Oğul, indi də sən de, gürək Ləzgi Əhməd nə təhər cavab verəjək.

Qərib dedi:

– Əyər ustad razı olsa, deyərəm.

Ləzgi Əhməd:

– Oğul, irazıyam, qulaq aseram – deyif ləzgi Əhməd oturdu.

Qərib gürdü bu saymazyanalıx oldu, dedi:

– Ay ustad, niyə bə oturdun?

– Oğul, sən oxu, mən bir az dincimi alem, sora duruf cava­bını verərəm.

Gütürür “Misri” qaydasında Qərib nə deyir, tərəfindən biz deyək, siz şad olun:

Sərraf olan tüksün alı-qumaşı,

Meydanı qurmağa bir düz istərəm.

Bir xələt istərəm ustası naşı,

Yanmamış ocaxdan bir güz istərəm.

Ləzgi Əhməd dedi:

– Oğul, nə dedin?

Qocu Mahmud irəli duruf dedi:

– Meydanı qurmağa mənnən düz adam olmaz. Bu günnən mən sana qardaşam. Qozu Mahmud bunu deyif xanzalı zıxardıf bar­mağını zərtdi, Qəribin də barmağını zərtdi, qannarı bir-birinə qarışdı.

Dedi:

– Süzümüz süzdü, bu günnən bir kəsdən qorxma. Sənin arxanda duran allahtaladan sonra mənəm.



Qərib, Mahmudun üzünə baxdı gürdü abırlı, həyalı bir igiddi.

Dedi:


– Baş üstə, sən nə deyirsən elə də olsun.

Ləzgi Əhməd də bu tərəfdən dedi:

– Oğul, Qərib, de gəlsin, cümləsinə cavaf verəjəm.

Aldı Qərib, ikinci bəndi:

Necə yaydı kimsə onu əyəməmiş,

Nə meyvədi hələ kaldı dəyməmiş?

Nə sənətdi ustad-şagird bilməmiş

Daraxsız, dəzgahsız top bez istərəm.


Hansı bağdı, ildə bir gül bitirir,

Nezə bağban onu ələ gütürür.

Hansı taxtda cansız sultan oturur,

Dürd cannı, beş cansız, on güz istərəm.

Ləzgi Əhmədin üstünə düşdülər:

– Ustad, dur cavab ver cavan aşığa.

Ləzgi Əhməd bu yana baxdı, o yana baxdı. Dedi:

– Verərəm də.

Xoca Sənan dedi:

– Ləzgi Əhməd, mana bir atmaca atdın. Onnan ütrü sənnən kezmiyəjəm, qalx cavab ver.

Ləzgi Əhməd dedi:

– Mən acizəm bunun qabağında.

Xoca Sənan:

– O ki acizsən, onda yekəlik eləmə. Sazı burda qoy, zıx get.

Sazı qoyan vaxtı Qərib işarə elədi:

– Usta, usta, sazını gütür, mana sənin sazın lazım düyül. Mə­nim üz sazım var. İnşallah mən həmişə sənnən dost olmaq istəyirəm.

Camahat Qəribin bu fikrinə irazı qaldı. Qəribə “sağ ol” dedilər.

Xoca Sənan işarə elədi, Ləzgi Əhməd məclisi tərk eləsin.

Ləzgi Əhməd məclisi tərk elədi. Xoca Sənan dünüf Qəribə dedi:

– Oğul, mənnən təmənnan nədi?

Qərib o yana-bu yana baxdı, dedi:

– Usta, ağam, sənnən bilirsən mənim təmənnam nədi? Üzün bilersən ki, biz qəribik, təzə gəlmişik. Mənim bir anam-bajım var. Onnar mana umuddudular.

Dedi:

– Oğul, ürəyin nə istəyir onu deyinən, mən sana düzəl­dəjəm, inşallah. Oydu ki, Qərib aldı gürək “Aran güzəlləməsi”nə nə deyəjək biz deyək, siz şad olun.



Başına dündüyüm, ay Xoca Sənan,

Aman Xoca, anam camedə qaldı.

Nə gündüzüm gündü, nə gejəm gejə,

Aman Xoca, anam camedə qaldı.

– Oğul, gedəydin naibin yanna, dərdini ona süylüyeydin. Mənnən var istiyeydin, pul istyeydin, o nə idi ki, mənnən istədin?

Dedi qulaq as:

Atmışam üzümdən abrı-hayanı,

Axşam namazında gürdüm Nayıbı.

Yoxdu mən Qəribin dost-müsahıbı,

Aman Xoca, anam camedə qaldı.

Bəli, süz cavabı tamam oldu. Xoca Sənan məscidin yaxın­lığında bir üy düzəltdirif Qəribi orda yerləşdirdi. Ancax Şah­sənəm həsrəti Qəribi saralder, günü-günnən Qəribin dərdi artdı. Tiflis türkləri Qəribi o yana, bu yana, məclisdərə hərə bir yerə zəkerlər. Qozu Mahmud gürür ki, Qəribə nə qədər hürmət eli­yerlərsə, gənə Qərib azılmer ki, azılmer. Bir dəfə Qozu Mahmud Xoca Sənana deyir:

– Sultanım, Qərib büyük dərd sahibidi. Ancax onu biz başa düşə bilmerik. Bəlkəm siz üyrənəsiz.

Xoca Sənan deyir:

– Bir gün mən üyümdə bir məclis düzəltdirəjəm, orda üyrənərik, inşallah.

Bəli, məclis quruldu, əyanlar yığıldı. Qəribi məclisə dəvət elədilər. Sühbət başdandı. Qərib ixtiyar verilən vaxtı ki, sazını əlinə gütürsün, Şahsənəm eşidir ki, üylərində aşıq var. Deyir, ey dili-qafil, nə ola mənim süygülüm gəlif zıxa. Şahsənəmin qul­lux­zu kənizi Qəribi gürüf, Qəribin nişanını Şahsənəmə deyir. Qəribin gəldiyini Şahsənəm biler. Pəncərədən Qəribə tamaşa eli­yir. Xoca Sənan Qəribə deyir:

– Oğul, sən yaxşı şəxs olduğuna gürə, sana zox hürmət olur. Ancax nədənsə sən həmeşə həsrətdi, qəmli gürünürsən.

Qərib deyir:

– Xocam, süzü azdın, dərdimi sana üzüm azajam. Ancax gərək sən Allah, Allahın yazısına, əmrinə qarşı durmayasan. Əyər ixtiyar versən, dərdimi sana saznan deyərəm.

Deyir:

– Oğul, deynən.



Gütürür gürək burda “Ağır Şərli”yə nə deyəjək biz deyək tərəfinnən, siz şad olun:

Xocam, sana deyiləsi süzüm var,

Aman Xoca, irəhim eylə, mən üldüm.

Mən xəstəyəm, sən təbibsən dərdimə,

Aman Xoca, irəhim eylə, mən üldüm.

Ancaq, Xoca Sənanın hez ağlına da gəlmerdi ki, Qərib onun qızı Şahsənəmnən ütrü belə oxuyur.

Xoca Dedi:

– Oğul, Qərib, Tiflis şəhərində sənin nə arzun olsa and izirəm, onu yerinə yetirəjəm.

Aldı Qərib:

Mən onu sevmişəm, hilal qaşı zün,

İnci, sədəf, dürr danəsi dişi zün.

Durannarın cümləsinin başı zün,

Aman Xoca, irəhim eylə, mən üldüm.

Xoca dedi:

– Oğul, qəm zəkmə nə mətləbin olsa yerinə yetirəjəm.

Aldı birini də Qərib:

Azıldı künlümün baharı, yazı

Ütüşür gülündə, ürdəyi, qazı.

Aşıq Qərib canın eylər niyazı,

Aman Xoca, irəhim eylə mən üldüm.

Süz başa yetdi. Qozu Mahmud işi belə qandı, lap dərindən. Qəribə dedi:

– Qardaş, bir nezə vaxtdı sən burdasan, dərdini mana de­mir­sən, de qorxma.

Qərib əvvəldən-axıra başına gələni Qozu Mahmuda nağl elədi, dedi:

– Qardaş, bil və agah ol. Şahsənəm mənim yolumu güz­düyür. İndi də iş bu yerə zatdı. Xoca Sənan süz verif, təmannam nədir düzəldəcək, hələ and da izdi.

Qozu Mahmud Xoca Sənanın evinə gedif, şirin dilnən tamam-kamal əhvalatı danışdı. Dedi:

– Qərib Şahsənəm üzün Təbrizi tərk eliyif. Ağalar ağası Şahsənəmi ona buta verif.

Xoca Sənan qızı Şahsınəmi zağırıf dedi:

– Qızım, məsələ bu yerdədi. İndiyə qədər səni zoxları dilə­yif verməmişəm. Üz əmin oğlu Şahvələdi üzümə oğul gütürüf, səni də ona verəjəm. Üldün yerin, qaldın Şahvələ­dinsən.

Şahsənəm xeyli dinmədi, sonra kipriklərini qaldırıf, qonza dəhanını azıf səbrnən dedi:

– Ateyi mehriban, sən mənim validimsən, allahımnan sonra sənsən. Sənin hər bir süzün mənim üzün əvəzsizdi, qanundu. Ancax, ata, indiyə qədər sizdən gizli saxladığım bir sirri sizə deyim. Düz bir il bunnan əvvəl bir məleykə donunda mana can verif. Təbrizdə Məqsud adında bir oğlana yazdığını dedi, onun­nan mən ümrü başa vurajağımı süylədi. Ata, o günü sizinlə məc­lisdə oğlanı gürdüm. An­cax bunun adı Qəribdi, onun adı Məq­sud­du. Ancaq mənə buta ve­rilən oğlandı, niyə adını dəyiş­di­rif, bil­merəm? Qaldı əmim oğlu Şahvələdi sən oğulluğa gütü­rüf­sən. Sənin də oğlun mənim qarda­şım­dı. Bacını qardaşa vermək olmaz.

Xoca Sənan məətəl qaldı. Üz-üzünə dedi:

– Mən bir fənd işlətməliyəm.

Oydu ki, Qozu Mahmuda hələ süz vermədi. Ancax Qozu Mah­mud üz süzünnən dünmədi ki, dünmədi. Bütün şəhərdəki nu­ra­ni ağsaqqalları yığıf elzi getdi. Qızı Qəribə istədi. Ancax Xoca Sənan üz işini bilirdi. Dedi:

– Mahmud, mən qızı Qəribə verərəm, bu şərtnən: Gərək Qərib mana 40 kisə türk lirəsi gətirsin. Toyunu eliyif, qızı aparsın.

Qozu Mahmud zox fikirrəşdi, bu tələbə məətəl qaldı. Dedi:

– Əfəndim, qızın cehizi uzağı 40 tüməndi, sən nə danı­şersan?

Xoca Sənan dedi:

– Axırıncı süzüm odu, oğul, 40 kisə türk lirəsi gələr, onda mən sana qızı verərəm, gəlməz – yox.

Mahmud gəlif başına gələn əhvalatı Qəribə danışdı. Qərib xeyli fikirləşənnən sonra dedi:

– Gedək Sənan Xocanın yanına.

Gəldilər, xeyli sühbətdən sonra Qərib dedi:

– Xocam, gərək mana 7 il mühlət verəsən. Onu da bil və agah ol, Şahsənəmi maa verən ərənnərdi. Onu sən mənim əlim­nən ala bilməzsən. Yaxşısı budu, razılıq ver, ya da yeddi il mühlət ver.

Dedi:

– Oğul, 7 il sana mühlət verirəm, bir saat da anarı kezsə qızı ayrısına verəjəm.



O vaxtı qozu Mahmud bir qazı zağırtdı, bir müftü zağırdı, mühürrü, büyük bir müqavilə yazdılar. 7 il tamamına Qərib geri qayıdıf 40 kisə türk lirəsini gətirməsə, Xoca Sənan qızı Şahsənəmi kimə istəsə ona verəjək.

Müqavilə imzalandı. Bir nüsxəsi Qəribdə, bir nüsxəsi Mahmudda, biri də Xoca Sənanda qaldı.

İndi kezək mətləbə. Sabahlarınız həmişə xeyirliyə azılsın inşallah. Qəribin o gecə güzünə yuxu getmədi ki, getmədi. Bir də gürdü ki, bir qız uşağı gəlif, əlində bir balaca namə gətirif. Qərib naməni oxuyanda gürdü ki, Qəribi xətəm-xətəm bir filan yerdə güzdüyürlər. Kim güzdüyür, onu Qərib bilmədi.

Qərib paltarını geyinif yavaş-yavaş həmən yerə gələndə gürdü ki, bir qız dayanıfdı. Qəribi gürən kimi işaraynan zağırdı. Qız dedi:

– Mənim adım Ağca qızdı. Mən Şahsənəmin qaravaşıyam. Şahsənəmnən sana salam var, üzü də sənnən gürüşmək niyyətin­dədi. Sabahları bu vaxtı bu yerdə onnan gürüşərsən.

Oydu ki, Qəribin ürəyi durdu. Aldı gürək burda nə dedi, Ağca qıza. Tərəfinnən biz deyək, siz şad olun.

Nə müddətdi hicran dağı zəkirəm,

Əridi ürəymin yağı, Ağca qız.

Qismət olub mən muradım alanda,

Sən olginən mənə sağı, Ağca qız.

Ağca qız güzünnən, qaşınnan dedi:

– Mənim başım üstə sağın da ollam, hələ qolunnan da tutaram.

Aldı Qərib ikincisini:

Ağ üzündə qara tellər puz-pulu,

Yarəb, kimə deyim dərdi, müşkülü?!

Pozuluf bağları, ütməz bülbülü,

Hanı bu bağbanın bağı, Ağca qız.
Aşıq Qərib oxur pür kəmal ilə,

Yazginən süzümü, dur kamal elə.

Mənnən Şahsənəmə bir salam elə,

Süylə dərdi, hər nüvrağı, Ağca qız.

Ağca qız əlini üpüf güzünün üstə qoydu. Dedi:

– Can qardaş, nə deyirsən yerinə yetirərəm.

Qərib süznən dediyini dilnən də dedi. Sabahı səbirsizliknən güzdəməkdə olsun, əzizlərim, sabahınız həmişə xeyirliyə azılsın, inşallah.

Elə ki sabah oldu, vaxt gəldi zatdı. Qərib gəldi bağa, bir səmt­də dayandı. Gürdü ki, Sənəm gəler. Qəribin baldırları tutul­du. Ağa­sı nə təhəri güstərif, o libasda qarşısına gəler. Gəlhagəl, gəl­hagəl iki həsrət xeyli bir-birinə baxıf tamaşa eliyənnən sonar salam verdilər, dilə gəldilər. Hər ikisi Allahdan irazı olduxlarını bil­dir­dilər, bir-birinə tuş gəlmələrinə şükür elədilər. Onnarı bir-birinə yazana dualar oxudular. Ancax Qərib azılmadı. Sənəm dedi:

– Qərib, eşitdim babam məni sana verif, amma razı düyül­sən?

Qərib omaxşıdı1, sazını sinəsinə alıf gürək nə dedi:

Sənəm dedi:

– Qərib, niyə omaxşıyersan, noluf allaha şükür, nə var?

Qərib dedi:

– Niyə omaxşımıyım, ay xanım? Qulaq as, gür mənim yol­larım bunnan sora hara düşüfdü? Qərib idim, bundan da qəribə düşmüşəm.

– Ay Qərib, başa düşmürəm, niyə qərib düşüfsən?

Qərib dedi:

– Qulaq as, bir süzlərimə fikir ver.

Dün bəri, dün bəri gürüm üzünü,

Bəlkə getdim, yar, əyləndim, gəlmədim.
Fələk bizə belə yazmış yazını,

Bəlkə getdim, yar, əyləndim, gəlmədim.

Elə biliynən Sənəmin üstünə ildırım tüküldü.

Şahsənəm dedi:

– Qərib, qulaq as, gür birin də mən diyim:

Nəyə dünəm sən gürəsən üzümü,

Get, Qəribim, sağlığınan gələsən.

Qadir müvlam rasta salsın yolunu,

Get, Qəribim, sağlığınan gələsən.

Qərib baxdı ki, Sənəmin irənki elə dəyişif ki, Allah güstər­məsin. Yar yardan ayrılmaq zox zətin şeydi. Onatan Qərib birini də aldı:

Yaxşı olar hər kəsin üz vətəni,

Kim axtarıf qürbət eldə itəni.

Qızılgül yerinə qaratikəni,

Bəlkə dərdim, yar, əyləndim, gəlmədim.

Şahsənəm dedi:

Ülkər doğar, işıx verər ucadan,

Xəbər allam bəzirgannan, xocadan.

Əziz bayramlardan, əziz gecədən,

Get, Qəribim, sağlığınan gələsən.

Aldı Qərib:

Qərib deyər, mənim dinim-imanım,

Qara güz üstündə qaşı kamanım.

Yeddi ildi sənə əhdi peymanım,

Bəlkə getdim, yar, əyləndim, gəlmədim.

Şahsənəm mat-məətəl qaldı, dedi:

–Aya, ay Qərib, qulaq as gür, nə deyirəm?

Bu dərd Şahsənəmə xeyli səmərdi,

Yar, sənin ürəyin daşdı, dəmirdi.

Yeddi il dediyin xeyli ümürdü,

Get, Qəribim, sağlıqınan gələsən.

Bəli, cavaf yetdi yerinə. Qərib Xoca Sənannan olan əhdi-pey­manına, Xoca Sənan onnan nə qədər başdıx istəməsinnən, nə işlər oluf, hamısını Şahsənəmə danışdı. Şahsənəm dedi:

– Can, Qəribim, atamın məni sana verməyə künlü yoxdu. O səbəbə o axcanı, qızılı o yüksəyə qaldırıf. Qəribim, bil və agah ol üldüm torpax, qaldım sən, – deyif Qəribin boyuna sarışıf dodaqlarından busə gütürüf ayrıldı.

Qərib yola hazırrıx gürüf, ana-bacısını Mahmuda tafşırdı. Türk torpağına, Osmannı diyarına yola tüşdü. Yollarda bir mən­zil o kən­də, bu kəndə, orda məclis quruf, burda məclis quruf get­məkdə olsun. Gəlhagəl, gəlif Qars tərəfə zatdı. Qərib Qarsda qal­maxda olsun, məc­lis qurmaqda olsun, eşit indi Şahsənəmnən. Şahsənəm üyə gəlif, anasını zağırıf başına gələn əhvalatı, ata­sının bu zülüm­kar işini – Qə­rib­dən qırx kisə türk lirəsi istə­diyini anasına bildirdi. And izdi ona, yeddi il mən yas saxlı­yıjam. Qərib gələnə qədər əyər mana bir süz desən, onnan sora səni Allahına tapşırajam. Üzü də gütürüf “Kərəm küzdü” qaydasına nə oxuyur, biz deyək tərəfinnən, siz şad olun, inşal­lah.

Getdi, canan getdi, hez inanmazıdım,

Aşiqindən ayrı qalan sevdiyim.

Əyər gürnəsəydim dayanmaz idim,

Qəmin dəryasına dalan sevdiyim.
Arzulayıb getdi dağlar ardına,

Can dayanmaz ayrılığın dərdinə.

Bayqu gəldi məsgən saldı yurduna,

Üzü gedif, yurdu qalan sevdiyim.


Bir gül idim qırılmışam budaxdan,

Üpəmmədim, üzdən, güzdən, dodaxdan.

Tifil kimi ayrı düşdüm qucaxdan,

Canımı odlara salan sevdiyim.

Şahsənəm yol güzdəsin, qulluğunuza Qəribdən deyim. Elə ki, Qərib Sənan dağının arxasına gəldi, Qarsa gəlif zatdı. Gəlha­gəl bir zay üstündə gəlif namaz qıldı. Yuxarı baxanda gürdü kü, bir bülük durna avaznan oxuya-oxuya Tiflisə doğru gedir. Canına yaloy2 tüşdü Qəribin. Gütürüf burda “Mansuru” hava­sına nə deyəjək, bir iki bəndini deyək Allah sizə can sağlığı nəsiv eləsin, inşallah.

Haradan gəlirsiz, hara gedirsiz?

Uzursunuz siz hayana, durnalar?

Mən qəribəm, siz də qərib ütürsüz,

Dündərdiz qəlbimi qana, durnalar.
Tükülüf hər yana teliniz əyri,

Nədənsə nazikdi aşiqin bağrı.

Nola yün zevirə Tiflizə doğru,

Şahsənəm küksünə qona, durnalar.

Durnadan xəbərmi zıxandı, süzümü qayıdasıdı?! Aldı Qərib birini də:

Qəribəm, baxınız bu qəmli süzə,

Yanıb qara bağrım dünübdü küzə.

Mənnən salam deyin qoca Tiflizə,

And verirəm o sübhanə, durnalar.

Qərib başdadı yol getməyə, kəndbəkənd, şəhərbəşəhər məc­lis­lər qurdu, sühbətdər elədi. Gündə bir mənzil, teyyimənazil gə­lif Hələb şəhərinə zatdı. Gəzə-gəzə gəlif bir bazara yetişdi. Ba­za­rın büyründə zayxana varıydı. Ancax zox məqamlı yerdə, zox güzəl yerdə tikilmiş bir zayxanadı. Gələn-gedən zoxuydu. Qərib ziynində saz izəri girən vaxtı ayna-bayna boylananada xalq buna tərəf baxdı. Qəribi gürən kimi:

– Aşıx əyləş, aşıx buyur.

Qəribi bir yerdə əyləşdirdilər. Qərib bir iki stəkan zay izən­nən sora ağlı başına gəldi. Sizə kimnən deyim, şəhərin paşa­sın­nan, Məlik paşadan. Məlik paşa Hələb şəhərinin hükm­darıydı. Gələnə, gedənə fikir verərdi, qəriblərnən zox xoşu vardı. Üzü də zox aşıxpərəst adam idi ki, aşıq gürəndə dininnən, donun­nan zıxardı. Qəribi gürən vaxtı, bir az aralıda əyləşdi, guya Qəribi gür­mür. Camaat Qəribin başına yığılıf ordan-burdan Qəribə de­di­lər ki, bir az zalsın. Qərib sazını küynəyinnən xilas eliyif başdadı oxumağa. Qərib bülbül kimi cəh-cəh azdı. Başda­dı gü­zəl-güzəl süzdər oxuyuf, güzəl ustadnamələr deməyə. Bütün Hələb şəhərinə yayıldı ki, şəhərə əcəm aşığı gəlifdi.

Bəli, Məlik paşa yavaş-yavaş aşıx Qəribin yanına gəldi. Salam elədi.

– Oğul, haralısan?

Dedi:

– Baba, Təbriz şəhərinnənəm.



– Buralara meylin nə təhəridi, nə yaxşı gəlifsən?

– Baba, dolanmax üzün, qazanc üzün gəlmişəm.

– Oğul, bizim burda büyük aşıq var, büyük sənətkar var, İbsi adında. Olma, bilmə onnan ixtiyarsız sən burda saz zalasan. Sabahdan sana fikir verirəm, o, gəlif sana pisdik eliyə bilər.

Qərib dedi:

– Nə olar, əfəndim, iki güləşənin biri yıxar. Ancax Qərib oxuduqca Qəribin gəliri artdı. Qəribə o qədər qızıl pul verdilər ki, gəl gürəsən. Qərib dedi, daha ümrüm boyu burda qalmalı­yam.

Bəli, aşıx İbisiyə gedif xəbər zatdı ki, zayxanada filan aşıx oxuyur. Aşıq İbsi saymazyana gəldi gürdü, bir cavan uşaxdı 20-22 yaşında. Dedi buna nə var, bu saat bunun əlinnən sazını alaram. Gəlif Qəribə salam verdi. Dedi:

– Oğul, haralısan?

Dedi:


– Bəyim, Təbrizdənəm.

– Oğul, buraya nə cür gəlifsən?

Dedi:

– Hez, saz zalıf qazanmağa gəlmişəm.



– Oğul, sənin aşıxlıxdan məyər xavarın var?

– Bəli, ustam, üzümə gürə tanrı mana da verif.

– Oğul, dediyin düz olmasa, sınağımnan zıxa bilməsən onda sənin halın nejə olar?

– Onda da sazımı verərəm zıxaram, gedərəm, ayrı bir sənət üyrənərəm. Nə olacax, hez aşıxlıq eləmərəm.

– Oğul, o ki belə diri-diri danışersan, onda mən səni bir sınağa salajam, əyər o sınaxdan zıxsan onnan sora sən aşıxlıx eliyə bilərsən.

– Əfəndim, siz kimsiniz?

Dedi:

– Mən aşıq İbsiyəm, Məlik paşanın aşığıyam. Mənnən kütü, mənnən büyük burda aşıq yoxdu.



Dedi:

– Əfəndim, olsun, nə deyirəm. Ancaz mən sazımı zalajam, süzümü də deyəjəm, kim olur, olsun.

Aşıq İbsi qeyzə gəlif dedi:

– Oğul, mən bu saat sənnən bir nezə süz xavar alajam. Mən sana bir nezə yol güstərəjəm, o yola, o raha düzəlsən onnan sonra mən də bilərəm sən kimsən. Əyər düzəlməsən, and olsun Allahın büyüklüyünə səni burda o qədər düydürəjəm ki, bir də gedif üz vətənini tapa bilmiyəjəsən.

– Baş üstə, usta, nə deyirəm.

Aşıq İbsi uşaq gündərdi ki, onun sazını gətirsinlər.

Bəli, aşıx İbsinin sazını gətirdilər. Hərə bir tərəfdən onun başına yığıldı. Hamı güzdüyürdü, gürən aşıx İbsi bu cavanın başına nə azajax, onu nə hala salajax?

Məlik paşa da lap başda əyləşif aşıxların beytdəşməsinə fikir verirdi. Aşıx İbsi aldı gürək nə deyir. Qərib ona necə cavab verir:

Aşıx, nə sürətnən girdin meydana,

Bu meydanda ərkan olu, yol oldu.

Mərd aşıxsan danış mərdi-mərdana,

Bu xüsusda qovğa olu, qal olu.

Hər yerdən İbsiyə “afərin” dedilər, “əhsən” dedilər. Ancax Qə­ribə yaman soyux-soyux nəzər yetirdilər. Qərib güzünü gəzdirif gürdü kü Məlik paşanın güzdəri bunun üstündədi. Aldı Qərib:

Aşıx, mənlik edib girmə meydana,

Bu meydanda yavaş eşqin sərt olu.

Aşıxlıx dediyin qıldan incədi,

Kəndini qurtaran yəqin mərd olu.

Qəribin süzü tamam olan kimi, Məlik paşa fikir verir, dedi axı gürüm bunun cavabı nə təhəridi. Onatana aşıx İbsi qeyzə gəldi, dedi: – Oğul, elə düyül, indi deyəjəm, qulaq as.

Badəmi izifsən, gəlifsən coşa,

Nədi bu qeylü qal, nədi tamaşa?

Əlini vurmaynan tilsimli daşa,

Eylə sanma hər zizəkdə bal olu.

Qərib dedi:

– A kişi, elə düylü.

– Bə hancarı?

Dedi:


– Qulaq as:

Ustad, zox danışma, otur yerinə,

Zox danışsan kül tükərəm dərinə.

Bir kəsdə ki, gəc baxanda pirinə,

Pirinə gəc baxan zox namərd olu.

Hər yerdən Qəribə “əhsən” dedilər. Aşıx İbsi gürdü ki, tərəzi Qəribə doğru əyir. Dedi, indi deyim qulaq as:

Aşıq İbsi deyir xeyli coşufsan,

Bu meydanda canu başdan kezifsən.

Bildim ərənnərdən badə izifsən,

Danış, bülbül dilin indi lal olu.

Qərib ana, bana baxdı, gürdü camaat bunun üzünə yaman boylaner.

– Ay oğul, cavab ver gürüm, indi nə təhər dünəjəksən? Bülbül kimi avazın, Məlik paşanı məst eliyif.

Mən Qəribəm, qorxum yoxdu ülümnən,

Hər bir kəlam gəlir mənim dilimnən.

Quş da olsan, uzammazsan əlimnən

Uzarsansa, iki güzün dürd olu.

Qəribi belə hazırcavab gürən Məlik paşa bir künüldən min künülə Qəribə vuruldu. Qərib zox xoşuna gəldi; saz zalması, avazı, Məlik paşanı heyran elədi.

Dedi:


– Oğul, adın nədi?

Dedi:


– Paşam, adım Qəribdi.

– Oğul, əyər mənim ozanımı alt etsən sənə xeyrim dəyər. Qərib dedi:

– Ustad İbsi ixtiyar versə deyərəm.

İbsi dedi:

– Başını qurtar.

– “Başını qurtar” deməyi bir az Qəribə yer elədi. Camaat zay­xanaya elə doluf ki, elə bilinən ki, tamam şəhər əhli ora yığılıf.

Burda gütürüf gürək Qərib “Osmanlı kərəmi” qaydasına nə deyəcək – tərəfindən biz deyək, siz şad olun:

Səndən xəbər alım əyləşən ustad,

Əl tutmasa sazı necə zalarsan.

Ab-atəşi, xaki-baddan ayırsan,

Mayan ki, olmasa necə bitərsən?!

Məclisdəkilər bu süzə zox fikir verdilər. Aşıx İbsi dedi:

– Oğul, qoy bir az fikirləşem, de ikisinə də birdən cavab verrəm. Onatan aldı Qərib:

Kamilsənsə gir meydana cəng elə,

Haq dilək diləsən qalmazsan belə.

On səkkiz bürc üstə qırx səkkiz zala,

Nizamsız, kandarsız necə enərsən?!

Məlik paşa qışqırdı:

– İbsi, cavab ver. On səkkiz ildir ki, səni yemliyirəm, zər izində saxlıyıram. İndi bir uşağa cavab verə bilmersən.

Aşıx İbsi dedi:

Paşam, qoy üzüncünü nə desin sora üzünə də birdən cavaf verəjəm. Onatan aldı Qərib:

Qəribəm, gəlmişəm, yucadı yolum,

Yucadı kəlamım, yucadı dilim.

Güydə uzan quşlar hesabsız malım,

Səni zoban etsəm necə gedərsən?!

Bu kəlmiyə xalx o qədər güldü ki, İbsi üzü də mat qaldı. Qərib cavab güzlədi. İbsi sazı verdi, Qərib almadı.

İbsinin sazını üzünə qaytarıf dedi: mən bura düşmənziliyə gəlməmişəm, dostluğa gəlmişəm. Ancax günah üzündədi.

Məlik paşa Qəribi malikanəsinə aparıf ona bir oda verdi, donnux təyin elədi. O günnən Qərib Məlik paşanın aşığı oldu.

Büyük bir məclis quruldu. Aşıq Qəribi zox oxutdular, zox bəyəndilər. Məlik paşa dedi:

– Oğul, sən ki, belə güzəl oğlan, yaxşı sənətkarsan nədən tərkivətən olufsan, nəyə gürə bu züllərə düşüfsən?

Qərib dedi:

– Əfəndim, əyər ixtiyar versən, onu mən saznan deyərəm, süznən deyərəm.

– Oğul, mən də istəyirəm elə sən saznan deyəsən.

Aldı Qərib gürək “Quba Kərəmi” havasına nə dedi, tərəfin­nən biz deyək:

Zərxi-fələk ilən şətrənc oynadım,

Oynadıxca məni uddu, nə edim?

Mən canımı dirəm-dirəm düşürdüm,

Fələk kandarından dartdı, nə edim?

Məlik paşanın güzdəri doldu, dedi:

– Oğul, bu fani dünyada hamının başına gəlif.

Qərib dedi, qulaq as:

Dedim fələyinən oynuyan udmaz,

Təqdir yazdığına tədbir bulunmaz.

Güvhər kanı hər nadana satılmaz,

Fələk məni ucuz satdı, nə edim?

– Oğul, oğul, mənim qanımı qaraltma, sən Allah. Süzünü tamamla, gürüm dünya başımıza nə iş gətirir:

Aldı Qərib:

Aşıq Qərib oxur, sühbətə başdar,

Car oldu güzümnən, qan ilə yaşdar.

Bir bağ saldım mühnət ilə, qardaşdar.

Fələk dalğasınnan atdı, nə edim?

Məlik paşa Qəribə dedi:

– Oğul, mənim himayəmdə, mənim pənahımda tamahı tox, güzü tox ol. İnşallah muradına yetərsən.

Qərib burda qalmaxda olsun. Eşidin Tiflis şəhərinnən. Qə­rib gedənnən sonra, Şahvələd zox tədbirlər gürdü Sənəmi alsın, zarə olmadı. Nezə dəfələrnən uzaxlardan Qəribin ülüm xəbərini gətirdilər. Qəribin guya qannı küynəyini gətirdilər. Yüz cürə əməllər, hiylələr işdətdilər. Sənəm üz dediyinin üstündə durdu. Nə dil verdi, nə əl. Güy geyib, qara ürtüf, hər cümə günü Qəri­bin anasını, bajısını yoxluyuf, üz anasının yanında, üz namusu­nun üstündə 6 il tamam yol güzdədi. Şahvələd günü-günnən baş­dadı gənə hiylələr qurmağa. Qarılar gündərer, qızdar gündərer, qocalar gündərer. Sənəmi yoldan zıxara bilmer ki, zıxara bilmer.

Bir gün Bəsti bazarrıx eliyən vaxt gürdü bir qərib xocadı, üzünnən-güzünnən nur yağer. Haryasa hazırlaşer. Bəsti utanma­ğını buraxıf, xocuya yaxınnaşıf dedi:

– Baba, yolun harayadı?

Xoca dedi:

– Qızım, Türkiyəyə səfər eliyəsiyəm, ya İzmirə, ya da İstan­­bula gedəjəm, oralarda işimi qurtarıf, inşallah Hələbə üz tutajam.

– Baba, başına dünüm sənin adın nədi?

Dedi:


– Qızım, nəyinə lazımdı mənim adım?

Dedi:


– Baba, soruşuram, nə olar?

Dedi:


– Qızım, adım Salehdi. Mana Saleh Süvdagər deyəllər.

Baba, nə vaxt yola düşəjəksən?

– Qızım, inşallah, bir-iki aya yükümü tutuf gedəsiyəm.

– Allah sənin üstündə dursun, baba, sənnən bir sifariş elə­səm Hələbə, İstanbula, İzmirə apararsanmı?

– Qızım, mənim güzüm üstə, havaxt istəyirsən.

Oyduku Bəsti üzünə gəlif bu işi Şahsənəmə danışdı. Dedi:

– Ay Şahsənəm, iki aydan sonra Türkiyəyə bir belə xoca gedir. Əyər onnan ismarış eləsək, gürən qardaşım eşidif üzünü bizə yetirərmi?

Sənəm dedi:

– Hə, bu güzəl oldu! Ey lap yerinə düşdü. Gəl mana yoldaş­dıx elə, bir misgərxanaya gedək.

– Ay qız, ay Sənəm, misgərxana nədi?

Sənəm dedi:

– Gedərsən, bilərsən.

Sənəm Bəsdiynən baravar misgərin yanına gəlif misgərə dedi:

– Misgər, mana bir cam düzəldərsən. Bir izimlik su tutan cam olsun.

Misgər dedi:

– Baş üstə.

– Ancaq üstünə də belə yazarsan:

“Şahsənəmi Şahvələdə verillər.

Harda gürsən, ol Qəribə de kəlsin”.

Büyük hərflərlə yazarsan, üzü də aydın yazarsan, kim əlinə alıf o camnan su izsə, oxuyuf başa tüşsün.

Misgər dedi:

– Qızım, mənim başım üstə. Ancaq sənnən bir manat qızıl alajam.

Sənəm dedi:

– Ay rəhmətliyin oğlu, bir nədi, istəsən laf beş manat da ve­rəjəm. Elə olsun sən bu camı hazır elə. Baba, havaxt hazır olur bu?

– Beş günnən sonra gəlif apararsan.

Elə ki, cam hazırlanır, Saleh Süvdakar yola düşəsi oldu. Bəs­tiynən Sənəm Saleh Süvdəkarın yanına gəlif bütün başdan ayağa olan işlərinin hamısını Saleh Süvdakara danışdı. Saleh Süvdakarın üzünnən asılı olamuyarax güzünnən yaş tükülməyə başdadı.

Qızım, bir nezə il bunnan əvvəl mana niyə demerdin ki, mən səni muradına zatdıreydım.

Sənəm dedi:

– Baba, indi işdi, belə oldu. Yaqın Allahtalanın üzü belə yazıfmış.

– Qızım, savax mən yola tüşürəm. İnşaallah, sənnən gürü­şərik.

Sabahlarınız həmeşə xeyirə azılsın, qəflələr, kəcavələr bağ­lanıf, Xoca Sənan dağının ətəyindən Türkə doğru yol başdıyan vaxtı Sənəmnən Bəsti Xocanın qabağını kəsdilər. Gürək burda nə deyillər, biz deyək tərəfinnən, sizə can sağlığı qismət olsun, inşaallah.

Aldı Şahsənəm gürək nə dedi:

Başına dündüyüm, ay Xoca baba,

Harda gürsən, ol Qəribə de gəlsin.

Sənə qismət olsun o güzəl Kəba,

Harda gürsən, ol Qəribə de gəlsin.

Saleh Süvdəkar dedi:

Başına dolanım güzəl üvladım,

Taparam Qəribi, deyərəm gəlsin.

Yolunda qoyaram varı, düvləti,

Taparam Qəribi, deyərəm gəlsin.

Aldı Şahsənəm:

Xocam, bu naməni ona aparsan,

Elə bilki Kəbə evin yaparsan.

Ya Misirdə, ya Hələbdə taparasan,

Harda gürsən, ol Qəribə de gəlsin.

Saleh Süvdagar:

Zəkərəm karvanı uzaxda zada,

Güz yaşın məni də yandırdı oda.

Bu qırx qatar malım yolunda fəda,

Taparam Qəribi, deyərəm gəlsin.

Aldı Sənəm:

Bahar olcaq qızıl gülü dərəllər,

Dəribən də pünhan yerə sərəllər.

Şahsənəmi Şahvələdə verəllər,

Harda gürsən, ol Qəribə de gəlsin.

– Qızım, mənim güzüm üstə. Qulaq as, gür nə deyirəm.

Mən Salehəm, yüklərimi qataram,

Qatar-qatar meydannarda acaram.

Pulum da olmasa, malım sataram,

Taparam Qəribi, deyərəm gəlsin.

Süz cavabı tamam oldu.

Sənəm dedi:

– Saleh baba, al bu camı, izi dolu axcadı. Türkiyədə hansı yerdə aşıx gürdün, məclis gürdün, şərbət qayır, atan-anan eh­sanına payla. Bu cama kim sahib dursa, kim yiyə zıxsa, haman naməni ona ver. Ancax adını üyrən, adı Qərib olsun.

Saleh Süvdəkar razılıq edif, halallaşıf ayrıldı. Allaha zox şükür oxudu ki, məhəbbət, sevgi nə qədər müqəddəsdi.

Bəli, ustad dili yüyrək olar. Düz dürd ay Saleh Süvdakar yol gedif ticarət elədi. Gəlhagəl, kəndbəkənd, şəhərbəşər – ustad dilin­nən deyək – orda malını azdı, orda pulunu tükdü, orda aldı­ğı­nı al­dı, satdığını satdı. Həm şərbət paylıyır, həm aşıxları yox­lu­yur, həm də məclislərdə Qəribi axtarmaxdaydı. Bir gün, iki gün dincəlif, gənə yoluna düşdü. Aradan dürd ay keşdi, gəlif Hələb şəhərinə zatdı. Malını satmaxdan ütrü, bazarlardan ixtiyar almaxdan ütrü bir xeyli ənam gütürüf şəhərin sahibi Məlik paşaya ənam apardı. Getdi, şəhərdə alver eləməyə ixtiyar alsın. Məlik paşanın sarayında büyük bir məclisə tüşdü. Baxdı ki, büyük bir məclisdi. Ortalıxda bir aşıx var-gəl eliyir. Vallahı elə bil bül-bül cəh-cəh vuror.

Saleh Süvdəkar bir kuzə şərbət düzəldif xəlqə müraciət elədi, dedi:

– Ay camaat, peyğəmbər müvlüduna şərbət paylayıram. Peyğəmbərin ehsanına, peyğəmbərin savabına gürə gərək alıf mənim şərbətimi qəbul edif izəsiniz.

Camı dolduruf Məlik paşıya, onun əyanlarına verif sonra bir cam da dolduruf gətirif aşığa uzatdı, dedi:

– Aşıx, isminiz nədi?

Qərib dedi:

– Baba, adım Qəribdi.

Saleh süvdakar dedi:

– Qərib can, bu piyaləni bir nuş elə, üzünə də bir yaxşı nə­zər ver.

Qərib piyaləni nuş eləyif, “bismillah” deyif, izif qurtaran­nan sonra camı oxuyanda nə gürsə yaxşıdı. Camın üstünə yazılıf ki, Şahsənəmi Şahvələdə verillər, harda gürsən, ol Qəribə de gəlsin”. Qərib mətəl qaldı.

– Baba, sana qurvan olum, bu camı sən hardan alıfsan, sana kim verdi?

– Saleh Süvdəkar olduğu kimi başına gələni azıf Qəribə danışdı. Civinnən zıxardıf naməni verdi. Qərib naməni oxuyuf, halı olannan sora oturdu.

– Camaat fikir verdi Aşıx Qərib qızğın oxuduğu yerdə bey­qafıldan bu nə cam idi, bu nə iş idi ki, bu Saleh Süvdəkar nə etdi ki, Qərib belə dayandı.

– Ordan-burdan camaat dilləndi:

– Aşıx, sana qurvan olum, aşıx, məclisi yarımzıq qoyma, dastanını tamam elə, biz dastana qulax aserıx.

Aşıq Qərib xeyli fikirləşənnən sonra naməni bir də oxudu. Aşıq Qərib naməni oxumaqda olsun yenə sizə Tiflisdən xəbər verem.

Bəli, o güllü-zizəkli, o zal-zağırrı, qaynıyıf – daşan Tiflis şəhərində genə hamı üz kefindəydi. Şahvələd elzini elzi dalınnan gündərerdi, hər dəfə Xoca Sənan Şahsənəmin şərtinə əməl eli­yir­di. Şahvələd nezə dəfə yalannan Qəribin “üldü” xavarını gətirifdi. Xoca Sənan dediyinnən dünməmişdi.

Şahsənəm güy geyif qara bağlıyıf gənə üz yerində oturdu ki, oturdu. Ana, ata nə illah elədilər, Şahsənəmi yola gətirə bilmədilər. Hamı əlacsız qalıf yeddi ili güzdüyəsi oldular.

Günnərin bir günündə Şahvələd şəhərin əyanlarınnan, ağ­saq­qallarınnan bir nezəsini gütürüf Xoca Sənanın qapısına gəldi, dedi:

– Mehriban əmi, axı bu qədər güzdəmək olmaz, Şahsənəm uşaqlıxdan mənim gübəkkəsməm, nişannımdı. Niyə vermirsən?

Əmisi dedi:

– Oğul, mən səni oğul gütürsəm, sən Şahsənəmin qardaşı olursan, bu süz haxdı, gənə qismət sənindi, mənim işim yoxdu. Qızın üzünnən danış.

Şahvələd bibisinin yanına gedir:

– Ay bibi, bax bu qədər camaatı burya tükmüşəm, qohum-qardaş qapına yığılıf, elzi gəlif gür qızın nə deyir. Razılıq versin, vermir mən üzümü Kürə atajam.

Bəli, Şahsənəmin anası zarşavını başına salıf qızının ota­ğı­na gəldi. Gəldi gürdü kü, gənə güzünü yollara tikif ağlıyır, ba­şına güy bağlıyıf, üzü də qara geyinif. Anası qızı bir az dannadı, bir az o yannan-bu yannan, axırda dedi:

– Ay qızım, dünyanın axırı yoxdu, sən də qojalersan, mən də bu gün-savax bəlkə üldüm, sənin toyunu gürmədim. İndi sənə bir üz kəlmə süzüm var, ona cavab verginən. Aldı “Dilqəmi” qaydasına gürək nə dedi:

Qohum-qardaş yığılıfdı sevincə,

Bəydən elzi gəlif, qızım, nə dersən?

Güzlər şəhla, qamət uca, bel incə,

Bəydən elzi gəlif, qızım, nə dersən?

Sənəm xeyli fikirrəşdi, dedi:

– Aneyi-mehriban, məni niyə vadar eliyirsən?

Şəhla güzlərinin kiprikləri yuxarı qalxdı, dodaxları elə bil­gi­nən püstə azıldı. Yavaş-yavaş anasına belə bir cavaf verdi:

Qohum, qardaş qoy var olsun yerində,

Ana, qismət desə, mən nə deyərəm.

Meyli yoxdu nə acıda, şirində

Ana, qismət desə, mən də deyərəm.

– Ay qızım:

Səksən tümən verifdilər, qol bağı,

Bağdatdan gəlifdi qızıl qol bağı.

Xalılarnan bəzədifdi otağı,

Bəydən elzi gəlif, qızım, nə dersən?

Sənəm dedi:

Zülfüm kimi ümrüm yolu qap-qara,

Yeddi ildir qovrulmuşam mən nara.

Necə baxım Qərib verən ilqara?

Ana, qismət desə, mən nə deyərəm.

Arvad xeyli dizinə düydü, ağladı, sızıldadı, gürdü hez qız yola gəlmer – dedi:

Ana quşlar yuvasında dayandı,

Yeddi dəfə dağlar yaşıl boyandı.

Mənim fikrim əlbət sənə əyandı,

Bəydən elzi gəldi, qızım, nə dersən?

Sənəm dedi qulaq as:

Sənəm deyər qəlbimdən şikəstəyəm,

Eşqə müftəlayam, əlbət xəstəyəm.

Sən bilirsən yeddi ildi yastayam,

Ana, qismət desə, mən nə deyərəm?

Sənəm süzlə dediyi kimi, dillə də dedi:

– Ana, hələ yeddi il tamam olsun, sora da qismət.

Necə ki, Qərib gəlməyif, mənnən hez kimə getdi yoxdu, nə eliyirsən elə!

Bəli, arvad qayıtdı üz yerinə, cavabını aldı. Hər kəs üz yerində oturmaxda olsun, sizə danışım Hələb şəhərinnən.

Bəli, o ku Şahsənəm anasına dedi ki, ana, sən get üz işində ol, mən Qəribi güzdüyəjəm. Bunlar güzləməkdə olsunnar, sizə kimnən deyim – Qəribdən.

Elə ki, Qərib məktubu oxuyuf Sənəmin dərdinnən halı oldu, dünya başına dolandı. Üzünü xalxa tutuf dedi:

– Ay camaat, mənim başıma gələn zox müşgül məsələdi. Mənim işim zox zətindi. Üzümü tuturam ağalar ağasına, inşallah o düzəldər.

– Ay Qərib, nə oluf, bu məktuva nə yazılıf?

Qərib dedi:

Qulaq asın, sizə deyim, ay camahat. “Ovşarı”havasına gü­rək nə dedi: biz deyək, siz şad olun:

Nazlı yardan bu gün bir namə gəldi,

Əyər doğru olsa qırıb belimi.

Bunnan sonra mən neylərəm sağlığı,

Qadir müvlam necə versin ülümü?

Qəribin dərdinə yanan kim, ağlayan kim. Qərib birini də aldı:

Eşqin badasından ziyada izdim,

Qaynadım, qaynadım odlara düşdüm.

Vətənsiz quş idim, havaya uzdum,

Tərk elədim vətənimi, elimi.

– Ay Qərib, üzgə nə yazıflar? Dedi qulaq as:

Mən Qəribəm, hər badəni izmərəm,

Hər yetənə gizlin sirrim azmaram.

Müxənnətin kürpüsünnən kezmərəm,

Coşğun zaya uğradaram yolumu.

Süz cavabı tamam oldu. Qərib başına gələni xalqa danışıf, Saleh Süvdagara büyük təşəkkür bildirdi. Bəli, hamı yerdən Qəribə uğur dilədi. Bir Məlik padşadan başqa. Qərib ülzüf-pizdi, hesafladı, düz altı il 11 ay kezif. Hələbdən Tiflisə üz aylıx karvan yoluydu. Müqaviləsinin vaxtına bir ay qalıf. Axşam-sabah, günorta namaz üstə, dua üstə Məlik paşaya yalvardı:

– Məlik paşa, məni azad elə, uşaqlarının başına bağışla. Olmadı. Məlik paşa hez razılıq vermədi ki, vermədi. Axırda Qərib yenə Məlik paşanın yanına gəldi. Ağladı, sızdadı, başına gələnnəri dəfələrlə gənə danışdı.

– Ay Məlik paşa, indi sənə mənim bir üz kəlmə süzüm var. Əyər qəbul eləsən o süzdəri oxuyaram. Qəbul eləməsən də üzün bilərsən.

Məlik paşa başını qaldırıf:

– Oğul, oxuyursan oxu, mən nə deyirəm.

Gütürür burda “Dastanı” havasında gürək nə deyəjək, biz deyək, siz şad olun.

Başına dündüyüm, can Məlik paşa,

Əfəndim, sultanım, məni qoy gedim.

Səni gürüm düvlətinnən yüz yaşa,

Əfəndim, sultanım, məni qoy gedim.

Məlik paşa dedi:

– Oğul, Qərib, mən istərdim mənim bağımdan bülbül əhsiy olmasın. Sən namərdlik eliyirsən. Belə şeymi olar? Axı biz sən­nən ilqar bağlayıf, süz danışmışdıx ki, ümür boyu sən mənim ya­nımda olajaxsan. Nə qədər mal-düvlət, nə qədər axza-qızıl is­təyirsən verim, kimi istəyirsən, lap üz qızımı al. Ancax Qərib, bur­da qal, mənim yanımda ol. Onatan Qərib güzlərini qaldırıf dedi:

– Sana qurban olum, qulaq as:

İtirdim ceyranı züllərdə qaldı,

Uzammadı sonam güllərdə qaldı.

Şahsənəmin güzü yollarda qaldı,

Əfəndim, sultanım məni qoy gedim.

Məlik paşa dedi:

– Oğul, oğul, de, de süzünü qurtar, mən də deyəcəm.

Aşıq Qərib sənin adına quldu,

Məni sən bağışla Qərib bülbüldü.

Ya bu azad eylə, ya da ki, üldür,

Əfəndim, sultanım, məni qoy gedim.

Məlik paşa dedi:

– Qərib, get sabah gəl, bir cavab deyərəm.

Cəmi müqaviləyə, vədəyə üz gün qalıf. Məlik paşanın Mə­sim adlı ağıllı bir vəziri var idi. İşdən hali idi. Məlik paşaya dedi:

– Əfəndim, Qəribi azad elə. Nə istəsə ver, qoy getsin. Hamısı birdi, o qaydasıdı. Zünki üz günnən sonra onun nişan­lısını ayrısına ve­rellər. O da namusuna sığışdırıf oraya gedə bil­məz. Belə güzəl ya­şayışı o, əlindən verməz. Hükmən o, sənin ya­nına qayıdıf gəlməlidi.

Sanki Məlik paşa yuxudan ayıldı. Dedi:

– Oğul, Məsum əfəndi, zox düz deyirsən.

Oydu ki, Qəribin gəlməyini güzlədilər. Sabahlarınız xeyir­liyə azılsın, sabah azıldı, cəmi iki gün qalıf. Allah güstərməsin ilan vuran yater, Qərib yatmer. Gəldi Məlik paşanın qarşısında baş əydi, altı ildə hez onun qarşısında baş əyməmişdi. Qarşısın­da yalvarıb dedi:

– Məlik paşa, məni balalarının başına bağışda.

Məlik paşa Qəribin qaşından üpüf dedi:

– Oğul, sana halal olsun, mən səni sınağa salmışdım. Tə­mən­­nan nədi de.

– Paşam, mənim təmannam qırx kisə türk lirəsidi.

Məlik paşa əmr verdi. Qəribə iki dəfə üzü istədiyindən zox qızıl verdi. Hələbin güzəl parzalarınnan, Məlik paşanın üzünün ixtiyarında olan güzəl şeylərdən; vəzinnən yüngül, qiymətdən ağır nə var idi bir heybə baş-ayaq doldurdular. Oydu ki, Qərib bu güzəl işi gürən vaxtı zox şad oldu. Ayrılan vaxtı hamısının güzdəri doldu. Gütürüf gürək burda Məlik paşıya bir-iki bənd nə deyir, biz deyək siz şad olun, həmişə kefiniz kük, damağınız zağ olsun:

Nanı-nəməyin yemişəm,

Halal eylə, Ağa, məni.

Süzünə bəli demişəm,

Halal eylə, Ağa, məni.
Fələk salıb məni dərdə,

Ya qismət gürüşək bir də.

Həm batində, həm zahirdə,

Halal eylə, Ağa, məni.


Qəribəm, verdim salavat,

Dilimdədi xoş kəlamat.

Sən sağ ol, mən də salamat,

Halal eylə, Ağa, məni.

Süz tamam oluf, üpüşdülər, gürüşdülər. Nolajax, ayrılıxdı. Hükman güz yaşı olmalıdı.

Qərib şəhərdən zıxıf başdadı Hələb dağlarının düşünə doğru zuxurları, yolları nə təri getsin?! Karvanımı güzdəsin, piyada­damı getsin? Xeyli gəldi. Demək olar ki, on ağac Hələbdən ayrılıf, axşamladı. Qurd-quşdan xilas olmaq üzün bir umutdu yerə zəkilif fikrə getdi. Elə də uyudu. Yuxuda bir nəfər ona dedi:

– Ey Qərib, səni bu süvdaya salanı hez yad edirsənmi?

Elə bil Qəribi ildırım vurdu, yuxudan ayıldı, dedi:

– Vah, İlahi, axı məni bu dərdə salan var. Məni bu yola müftəla eliyən var. Mən onları niyə yadıma salmeram. Burda gütürüf “Osmanlı bəhrinə” /Osmanlı divanisinə/ gürək Qərib nə deyir, biz deyək, siz şad olun:

Yerin-güyün sahibisən, yaradan, sənnən mədəd,

Bu dünyanın yox işlərin var edən, sənnən mədəd!

Abi-atəş, xaki-baddan xəlq eylədin insanı,

Üzü caat tək qibləyə dur edən, sənnən mədət!

Gürdü hez bir kəs gəlif eləmir. Ancax süzünü davam elə­məyə başdadı.

Yatmış idim mən-qəflətdə, süzlər gəldi gümana,

İtirdim əqli-huşumu ziskin dündü dumana.

Yunisi qərq eylədi qafil dərya-ümmana,

Onu dəryadan qurtarıb var edən, sənnən mədət.


Yarannan dərdli Qərib zəkdi dünya qüssəsi,

Ağam Şahmərdan əlindən izmişəm dolu tası.

Yetirginən harayıma ağam Xıdır İlyası,

Bu işlərə səbəb olub var edən sənnən mədəd!

Süz cavabı tamam oldu. Gürdü dan yeri sükülür. Güzə yuxumu gedər? Dan yeri ağarmağa başdadı. Qərib gürdü ki, bir bülbül elə ütür, elə nalə zəkir, elə oxuyur ki, insanın ürəyini aparer. Ancax Qəribin bülbülü dinləməyə halımı var?

Xeyli bülbül Qəribin fikrini oana-baana yünəltdi. Qərib gür­­­dü ki, dan yeri sükülüf, gün başdıyıf hər yeri ağartmağa. İla­hinin dərgahına, varlığına şükür eliyif, sazını küynəyinnən xilas eliyif gürək gütürüf burda Qərib bülbülə nə deyir, biz deyək, siz şad olun. Həmişə kefiniz şad olsun.

Gül üstündə ütən bülbül,

Ütmə, bülbül, mən Qəribəm.

Dərdi yüzə yetən bülbül ,

Ütmə bülbül, mən Qəribəm.

Bülbül susarmı? Üz cəhcəhində, üz naləsində. Aldı Qərib:

Bülbül, Bahar vaxtı kezdi,

Güllər irəmə yetişdi.
Şahsənəmim yada düşdü,

Ütmə bülbül, mən Qəribəm.


Bura Hələb, ya Gürcüstan,

Dürd yanım bağ, ya da bostan.

Aşıq Qərib süylər dastan,

Ütmə bülbül, mən Qəribəm.

Bülbül üz cəh-cəhində, Qərib heybəsini gütürüf gün zıxan tərəfə getməkdə olsun. O ku gün boyunu qaldırmaq istəyən vaxtı Qərib əyləşdi ki, bir namaz qılsın. Bir güzəl su axırdı. Suyun üstündə duruf, abu-dəst elədi. Axşam üstü Tiflisə zatmasa, bütün dünyası başına dar olmalıdı. İlqar-iman hamısı batıf geder. Genə Qərib üz-üzünə fikirləşdi ki, ağamı bir səsləyim gürüm nə deyir:

Bəli, yününü qibləgaha tutuf, sazının zilini zil, bəmini bəm eliyif “Məmməd bağırı” havasında nə deyir, biz deyək, siz şad olun:

Hanı mənə badə verən ərənnər,

Qəribəm, yetirsin vətənə məni.

Mərd igidlər mətləbini verənlər,

Qəribəm, yetirsin vətənə məni.


Ağlar qaldı mən yazığın anası,

Dərdli canım odlar tutub yanası.

Xorasanda qızıl kümbəz ağası,

Qəribəm, yetirsin vətənə məni.


Aşıq Qərib təşnəsini bildirsin,

Bəlkə gəlsin zeşmim yaşım sildirsin.

İmdadıma dada yetən gündərsin,

Qəribəm, yetirsin vətənə məni.

Qərib süzün tamam elədi. Heybəsini yerə qoydu ku sübh namazını qılsın, sora da yola bina qoysun. Gürdü kü arxa tərəf­dən bir atdı buna zathazatdı. Atdı zatıf Qəribə salam verdi, atın­nan endi. Atı yanzıdar eliyif Qəribə yaxınnaşdı:

– Oğul, sübh namazımızı qılaq.

– Bəli, Baba, mən də ona hazırlaşıram.

Abudəst alıf namaz qıldılar. Qərib namazı bitirif duaya başdadı.

– Ya Rəbbim, məni darda qoyma, güzü yolda qalanlarıma yetir.

Qoca amin deyif, duruf atını zəkif mindi:

– Oğul, sənin yolun haradı?

– Baba, mən Tiflisə gederəm.

– Oğul, mən də o tərəfə gederəm. Əlini ver tərkimə min.

Qərib bismillah deyif, qocanın əlini tutuf ata mindi.

At tərpəndi. Qoca Qəriblə elə sühbətə başdadı ki, Qərib hər şeyi unutdu, günortaya qədər yol gəlif yolun zox uzun olduğunu hiss eləmədi. Günortaya qədər yol gəldilər. Qoca dedi:

– Oğul, burda günorta namzını qılmaq lazımdı.

Atdan endilər. Bir bulaq başıydı. Abudəst alıf günorta na­ma­­­zını qıldılar. Namaz tamam oluf qurtarannan sonra Qərib dedi:

– Ya Xuda, məni darda qoyma.

Qoca-amin – deyif, atını zəkif mindi və dedi:

– Oğul, güzünü yum, əlini mana ver, tərkimə min.

Qərib əlini uzatdı, bismillah deyif qocanın tərkinə mindi.

Baba dedi: – bu səmt haradı?

Dedi:

– Oğul, hara olajax. Qarsın düzüdü.



– Ay baba, elə şey olmaz.

Dedi:


– Oğul, Allah eliyənnən sonra, niyə olmur?

Qoca elə qəribə bir sühbət dedi ki, Qərib hər şeyi unutdu. Qərib üzünə gələndə gürdü kü, qoca atı dayandırıf.

– Oğul, atdan en.

Qərib atdan enif, heybəsini, sazını əlinə alanda, qoca dedi:

– Oğul, atın qabaq ayağının altınnan bir ovuc torpaq gütür, dəsmalına bük. Ananın güzləri sənin yolunu güzləməkdən, ağlamaqdan tutuluf tamam. O torpağı onun güzünə zəkərsən, inşallah şəfa tapar.

Qərib əyilif torpağı gütürdü, dəsmala bükdü, istədi qocaya təşəkkür etsin, nə qocanı, nə atı gürmədi. Tez üzünə gəldi, ey dili qafil, bura Tiflisdi. Qərib sevincindənmi, kədərinnənmi üzündən asılı olmuyarax elə qışqırdı ki, “Allahu Əkbər” – dedi: hər bir yer səsə gəldi. “Bu qurban olduğum nə elədi ki, mən başa tüşmədim” – deyif tərpəndi. Hansı hücrədə ana-bacısını qoyuf gedif orya zıxdı. Gəlhagəl gürdü bir qız xeylağı qara geyinif, ziynində kuzə bunlar hansı hücrədə olur, həmən hücrəyə geder. Arxadan zağırdı:

– Ay bajı, ay bajı, əylən mən qəribəm.

Qız dedi:

– Nə olsun qəribsən, mən də qəribəm. Qəribsən get kişilərin yanına, mən qız xeylağıyam, mənim yanımda nə işin var?

– Ay bajı, yox, mən Qəribəm.

Qız izəri girdi. Qərib qızın arxasınca girmək istəyəndə artrıx qapı bağlı idi. Qərib səsləndi:

– Ay bajı, qapını az, mən Qəribəm.

Onatan Qəribin anası izəridən dedi:

– Ay qız, o səs nə səsdi? Nə qədər doğma səsdi, o səs mənə tanış gəler. Qapını az.

Bajısı qapının azdı. Bəsti büyüyüf güzəlləşif, Qərib isə dəyişif kişiləşif. Qərib ananın üstünə yeriyif bağrına basdı:

– Ana, mən Qəribəm.

– Oğul, sən hansı Qəribsən?

– Sənin oğlun Qəribəm.

– Oğul, güzdərim gürmür, mən ona inana bilmerəm. Əyər sən Qəribsənsə di yaxın gəl, sazını mana yaxın gətir.

Qərib başını əyif qarıya yaxınnaşdırdı. Qarı Qəribin sazını qoxuluyuf dedi:

– Bəli, Qəribə oxşuyursan. Ancax umudum kəsilif. O qədər Qəribin qara xəbərrəri gəlif ki, sayı-hesabını bilmerəm. Ancax bir şərt var, oğul, Qəribin o tufardan asılan sazını endir zal, onda bilərəm ki, Qəribsən.

Bəli, mənim əzizdərim. O saz ki, Qərib burda qoyuf get­mişdi tufardan asılı idi. Necə adamlar gəlif o sazı tufardan alıf zalmaq istəmişdi, saz ustadların dediyinə gürə - qəlviyə3 zəkil­mişdi, saza əl zatmamışdı. Ona gürə Qərib gedif əlini uzadan kimi saz əlinə gəldi. Sazı azıf simləri pasdanmış gürüf simlərini sildi. Gütürüf burda anasına nə deyəjək, biz deyək siz şad olun:

Canım ana, güzüm, ana,

Ana, mən Qəribəm-Qərib.

Sana qurban üzüm, ana,

Ana, mən Qəribəm-Qərib.

– Ay oğul, qoxunnan bilerəm Qəribə oxşuyursan, saz əlinə gəldiyini bilerəm Qəribsən, ancax gənə inanmeram. Axı mənim güzdərim kordu.

Qərib dedi qulaq as:

Getdim Hələbdə oturdum,

Hükümlər yerinə yetirdim.

Güzdərinə dərman gətirdim,

Ana, mən Qəribəm-Qərib.


Qəribəm, uydum sitəmə,

Qərq oldum sitəmə, qəmə.

Müjdə gündər Şahsənəmə

Ana, mən Qəribəm-Qərib.

Süz cavabı tamam oldu. Üz həsrət bir-birinə qovuşdu. Bu mən­zərə necə olduğunu təsəvvür edin. Əzizdər, həsrətdər gürüş­dü. Bəsti istədi ki, desin qardaş, axı bu gün Şahsənəmin toyudu, yeddi il tamamdı. Ancax demədi. Dedi qoy üzü bilsin. Mən qar­daşımın qəlbini yaralıya bilmərəm, həsrətdər gürüşdü. Ancax ax­şam namazına yaxın qalmışdı.

– Ana, əyər ixtiyar versən, mən bir bazara zıxıf hərlənərəm.

– Oğul, üzün bilərsən, kef sənindi. Ancax sənə qurvan olum sazsız getməynən, sən el aşığısan.

– Ana, onu mən bilirəm.

Qərib sazını gütürüf bazarın qırağına gələn vaxtı, gürdü kü, Qozu Mahmud əlini qoyub qurşağının üstün, başını əyif, belini əyif. Anarı gedir, belə gəlir. Qərib Qozu Mahmudun yanına yaxınlaşıf, salam verdi. Qozu Mahmud salamı soyuq aldı. Qəribin yanınnan bir belə addadı, bir də geri qayıdanda Qəribə doğru belə baxdı gürdükü bura libasında düylü.

– Aya, aşıqsanmı?

– Bəli, aşığam.

– Ə, haralısan?

– Sənə kim lazımdı, Mahmud qardaş?

Mahmud üzünə gələndə fikir verəndə gürdü kü, bu Qəribdi.

– Ay müxənnət Qərib, deyif – sarmaşdılar bir-birinə. Ayə, sən indiyətən hardasan?

Dedi:


– İndiyətən mən Hələb şəhərində idim.

– Bə nə olurdu, vaxtında gəleydin?

Dedi:

– Dünən zornan ixtiyar almışam.



– Aşıx Qərib, yaxşı, mana bu zülmü elədin, yeddi ildə mənə bu dağı zəkdin, getdin. İndi də məni doluyorsan. Nə təhər dünən sən Hələb şəhərində idin, indi burdasan?

Qərib başına gələni tamam-kamal üzü də nə təhər gəldiyini Mahmuda nağıl elədi.

Mahmud dedi:

– Qardaş, bir de gürüm qızılları gətiribsənmi.

Dedi:

– Bəli, gətirmişəm.



– Nə qədər?

Dedi:


– Sənə nə qədər lazımdır?

Mahmud sevincindən papağını yerə vurdu. Dedi:

– Qərib, müqavilə bu gecə saat 12-də qurtarır. Hələ ona dürd saat var. Gedək. Ancax mən nə desəm, elə hərəkət eliyər­sən.

Qərib dedi:

– Qardaş, haraya gedək?

Mahmud dedi:

– Axı, bu gün Şahsənəmnən Şahvələdin toyudu. Sabah gəlini oğlan-bəy otağına aparajaxlar.

– Eləmi?


– Elə.

– Hələ bizim müqaviləmizin vaxtı tamam olmuyuf. O istədiyini də gətirmişəm. Nə təər olar?

Mahmud deyir.

– Allah qoysa biz deyən olajax. Səni dünən Hələbdən buruya gətirif zıxardanın üzü inşallah, bizə kümək eliyər.

Bəli, o zaman toylarda qoz toqqaşdırırdılar, xoruz savaşdır­dılar, it boğuşdururdular, pəhləvanlar güləşdirirdilər, aşıq deyiş­di­rer­dilər. Mahmud da Qəribi aşıx kimi toya apardı.

Bəli, Qozu Mahmud yanında aşıx, mağar olan məclisə girəndə /aşıx o zaman zox nadir olurdu/ camaat hər tərəfdən: – Yaşasın qonax, yaşasın aşıx, yaşasın aşıx gətirən Qozu Mahmud – deyəndə Mahmud bir az eşqiləndi.

Qərib baxdı ba!... Otaxlar bəzənif, sazandalar hazırlaşıf, qara zurnanın naləsi dünyanı gütürüfdü başına. Xeyli anarı-bəri var-gəl eliyif. Mahmud harda əyləşmişdi, Qəribi də onun yanında oturtdular. Hər tərəfdən “aşıx”a zay, “aşığa zürək”, “aşığa xürək” – deyildi. Ancax Qərib dedi:

– Ay camaat, narahat olmuyun hamısı yerindədi.

Olmadı. Aşığın tərəfdarrarı ordan-burdan, pul zıxardıf, pul uzadan, aşıx, bir qalx, bir nezə sühbət elə. Qərib qalxıf fikir verdi. Qız bəzənən otağın qapısı azıx idi, zox səs-küy vardı. Yengə ucadan deyir ki, gəlin məşəttələri qoymur başı bəzənsin.

Qərib işi başa tüşüf sazını düzəldif başdadı məclisə fikir verif “Divani” zalıf oxumağa:

Hicranın qəmin zəkməyə məndə bir taqətmi var?

Kim düşsə eşqin oduna, onda kəramətmi var?

Mən yarı sevənnən bəri oldum cununi-divanə

Hez sizdə insafi-mürvət, ya da ədalətmi var?!

Hər yannan: – Ay aşıx, sağ ol! Əhsən, aşıx! Aşıx, zox yaşa! səs­ləri ucaler. O tərəfdən, bu tərəfdən aşığa qiymət verif pul tük­dülər.

Dərd əlinnən mən divanə dəryalar boyladığım,

O yarı gürənnən bəri dərdlərə uğradığım.

Oxları kezdi sinəmnən, bağrımı doğradığım,

Nəzər qılın bir halıma, sizdə sədaqətmi var?

Qəribi zox alqışladılar. Ancax Qəribin izi qan ağlayır. Mü­qavilə, ilqar tamam olur. O, oana, baana baxıf süzünə bir də baş­dadı. Bəli, Qərib axırıncı kəlməsini oxuyan vaxtı, Sənan Xoca­nın düz qarşısında oxudu:

Hansı kitab hümbətsiz, bəyan edin siz mana,

Ona bir ərzi-hal yazın, səcdə qılım mən ona.

Üldürsəniz bir aşığam, axır batarsız qana

Mən Qəribi üldürməyə haqqıdan ayətmi var?

Xoca Sənan dedi:

– Mən bu səsi, bu hünəri, bu güzəlliyi harda gürmüşəm? Xeyli fikrə getdi kişi. Ordan, burdan pızıltı başdadı: – Bu nə deyir? Bunu kim üldürürdü, bu belə oxuyur?

– Aşıq, mərhaba! Birini də de gəlsin.

Qərib bir az əyazıdı, gürdü ki, baa iş nə yerdədi. Gütürüf burda “Urfanı” qaydasında gürək nə diyəjək, biz deyək, oxuyan da, dinləyənnər də şad olsun, inşallah:

Addadı zimistan gəldi nüvbahar,

Səccarələr güy geyif ya “sini” güzlər.

“Əlif” qəddi, “cim” güzləri “nun” ağzı,

Dil hərf izində yasini güzdər.

Burda, Şahsənəmi işarə verdi. Ancax Xoca Sənan yaxşı fikir verir. “Əlif” qəddi-düz, “cim” güzləri – “c” hərfinə oxşu­yan güzdər, “nun” hərfi ağza oxşuyur. “Sin” də hərif izində Sə­nəm süzü-“sin” hərfindən başdıyır.

Xoca Sənan üz işini küvəyində aparır, qarnında burulur ha, bu Qəribdi. Ancax büruzə vermer ki, gürüm işin axırı nə olacax.

Dəmir handa, polad handa, daş handa,

Billur piyalalar doluf-daşanda,

Əzrayıl gələndə, dil dolaşanda

Künül ğəm-ğəm edif yasini güzdər.

Hər yerdən “afərin aşıq” – deyəndə, Xoca Sənan güzünü Mahmudun üzünə zillədi. Mahmud da işi başa düşdü. Gürdü kü, Xoca Sənan anlayıfdı, ancax anşdıra bilmer. Onatan Qərib aldı o biri bəndi gürək nə dedi:

Bizim dağlar yenə qarə geyinmiş,

Xal-xalı üstündən qara geyinmiş,

Sənəm, sənin zülfün qarə geyinmiş

Bezərə Qəribin yasını güzdər.

“Qərib” deyən Xoca Sənan işi yəqin başa düşdü. Bu dəmdə camaat gürdü ki, yan otaxdan oxumaq səsi gəler, oxuyan da qızdı. Hamı fikir ferdi ki, gəlin otağınnan səs gəlir.

Şahsənəmin əlində zəhər şüşəsi, ürəyində Qərib məhəbbəti, axırıncı gumanı yalnız üzünü üldürmək niyyətinə gəlir.

Burda gütürüf gürək “Gülabı” qaydasında nə deyəjək, biz deyək, siz şad olun:

Qızlar, mənə bir təsəlli eyliyin,

Peymanım dolmazdan Qərib gəleydi.

Bu canımı ona qurvan eyləyərəm,

Güllərim solmazdan Qərib gəleydi.

Qadınların arasında ağlaşma tüşdü. Ancax Qəribin bacısı Bəsti işi bilerdi. Evdə necə, nə təhər eləmək lazımdı onu an­lamışdı. Nə ki var zər-ziynəti, toy paltarı geyinif qardaşının da­lınca məclisə girdi. Qərib dünüf Bəstiyə baxanda gürdü ki, Bəsti doğrudan da tovus quşu kimidi. Bəsti Qəribə baxıf “can qardaş” – deyif aradan gəlin otağına gedən vaxtı hamı eşitdi ki, Bəsti gəlif ona “can qardaş” dedi. O zaman xalxın izinə zaxnaşma düşdü.

– Əyə, bu ki, Aşıq Qəribdi.

Gəlin otağının qapısınnan Bəsti “Sənəm can” – deyə bərk­dən zığırdı. Bunların qabaq üz aralarında sühbət getmişdi ki, mana muştuluğa gəlsən, maa Qəribin gəldiyini nejə xəbər ver­jəsən? Bəsdi demişdi ki, mən zığırajam “Sənəm can”. Onda sən başa düş ki, Qərib gəlif. Ancax bu “Sənəm can” zığıran kimi ikinci bəndini Şahsənəm belə aldı:

Tifil ikən aşiq oldum mən onzan,

Danışmadım bir yarımnan doyuncan.

Nə səs idi gəldi mana “sənəm can”

Qəbrim qazılmazdan Qərib gəleydi.

Güzünü gəzdirəndə gürdü kü, Bəsti elə bəzənif, tovuz quşu kimi. O saat başa düşdü kü, burda nəsə var, zəhər şüşəsini əlinnən kənara atıf aldı üzüncü bəndi:

Zağırın yanıma dərtli anamı,

Qərib yoxdu, o bağlasın yaramı.

Qadir Allah üzü versin ənamı

Şahsənəm ülməzdən Qərib gəleydi.

Bəli, süz cavabı tamam oldu. Bəsti atılıf Sənəmin üstünə:

– Sənəm, qardaşım gəlif.

Şahsənəm məşşatələrə üzünü tutuf dedi ki:

– İndi sizə ixtiyar verirəm, məni bəzəməyə.

Eşit Qəribdən. Qəribin bacısı haray saldı:

– Hez kəs anarı-bəri süyləməsin. Müqaviləni zıxardıf əlində tutdu. Dedi:

– Qərib vaxtında gəlif zıxıf.

Qəribə sual verdilər.

– Toy başlamazdan əvvəl hardaydın ki, indi gəlif zıxıfsan?

Qərib dedi:

– Hələbdeydim.

– Necə yəni Hələbdə?

– Bəli, dünən Hələbdeydim.

Şahvələd elə qışqırdı ki:

– Ay camaat, Hələbdən burya üz aylıx yoldu. Bu xalqı doluyuf.

Qozu Mahmud dedi:

– Hər kəs üz yerində əyləşsin. Aşığın üzü deyər necə gəldiyini.

Qozu Mahmud dedi ki, yox, mənim aşığım müqavilədə qırx kisə türk lirəsinə qız alır. O, elə aşıxdı ki, bir bənd süzü yüz tüməndi. O nejə gəldiyini, nə gətirdiyini üzü süylüyər.

Xoca Sənan bilirdi Qozu Mahmud nə deyir. Odur ku, Qəribə dedi:

– Doğrudanmı sən dünən Hələbdə idin?

Qərib dedi:

– Bəli.


– Oğul, nə təhər oldu ki, üz aylıq yolu buraya gəlif zıxdın?

Qozu dedi:

– Ay camaat, yerinizdə irahat oturun. Mən hər şeyi, hər süzü danışaram, hər şeyi də üz yerinə yetirərəm. Kim inanmer məni sınağa salıb baxa bilər.

– A kişi, de gürüm bu sabax hardaydın?

Qozu dedi:

– Sabah tezdən Hələbdən aralanmışdım.

Camaat bir-birinin üstünə mat-mat baxdı. Xoca Sənan bir kisə qızıl zıxarıf dedi:

– Oğul, bu sənin qiymətin. De gürüm, nə təhər oldu, bu nə mücüzədi.

Onatana aldı Qərib “Kühnə Qaytarma” üstündə nə dedi, biz deyək, siz şad olun:

Dün gecə, dün gecə Hələb şəhrindən,

Qaynadım, qaynadım coşdum da gəldim.

Yar mənə gündərdi camda naməni

Ağınnan, qarasın sezdim də gəldim.

Xalx mat qalıf, kimi inaner, kimi inanmer. Aldı Qərib sonra gürək nə dedi:

Sübhün namazını Hələb üzündə

Günorta namazımı Qarsın düzündə,

Axşam namazımı yar Tiflisində,

Müvlam qanad verdi uzdum da gəldim.

Camaat bəzi inanır, bəzi inanmır, bəzi allaha şükür oxuyur. O yannan şəhərin hacılarından biri dedi:

– Oğul, mən sənin süzünə inameram, ancax bir mücüzad güstərməsən, şəkdə-şübhədə qalacam. Onatan aldı Qərib:

Can verərəm yarın haqqı sayına,

Xudam ülüm versin qəlbi xayına.

Aşıq Qərib Şahsənəmin toyuna,

Boyuna zibalar bizdim də gəldim.

Bəzi yerdən – “aşıq, sağ ol”, bəzi yerdən – “aşıx xalxı doluyuf” dedilər.

Aşıx Qərib Hələbdən Tiflisə necə gəldiyini süzlərinnən də dedi. Xalxa nəql elədi. Hacının biri qalxıb dedi:

– Oğul, doğrudan da elədirsə, səndə bir kəramət varsa, hez olmasa o səni gətirən qüvvə sana bir nişan verərdi.

Dedi:


– Bəli, verdi. Mana bu yaylıxda torpaq verif. Kor güzü azar. Əyər kor güzə o torpaqdan sürtsən, o güzü azar. Xahiş edirəm, kor adam tapın gətirin onun güzünü azım.

Şəhəri düvr elədilər, hez kor adam tapmadılar.

Qozu Mahmud Qəribin anasını məclisə gətirtdi.

Qərib torpağı anasının güzünə sürtən kimi ananın güzdəri azıldı. Camaat Qəribi alqışdadı. Ana Qəribi gürən kimi üzünü üs­tünə saldı:

– Can bala, indi gürürəm ki, doğrudan da sən Qəribsən.

Qərib üzü qəsdən anasının güzünün azılmasını sonruya sax­lamışdı. Zünki onu sınamax istəyəndə, camahatı inandıra bilsin.

Bəli, Xoca Sənan mat qalmışdı ki, bu işi neyləsin. Ağsaq­qal­ları, qarasaqqalları yığıf dedi:

– Ay camaat, toy Şəhvələdə başlayıf. Ancax qızın yiyəsi Qəribdi. Gəlin belə məsləhət eliyək, Qəribin bajısı Bəstini Şah­vələdə nigah kəsək. Şahsənəmi də Qəribə verək. Şahvələd də ra­zı­lıq versin.

Şahvələd baxanda gürdü kü, vallah Bəsti Sənəmnən də güzəl gürünür, dedi:

– Mən irazıyam.

Qərib dedi:

– Mən də irazıyam.

O saat mollalar, axunddar, əfəndilər, müftilər, qazılar kim ki, nigahı kəsirdi o vaxtı onu zağırdılar, nigahları kəsildi.

Bəsti Şahvələdin üyünə doğru, Sənəm də ki, Qəribin üyünə gəlin küzdü, hamı şaddıxda, hamı güzəllikdə, hamı toyda, yemə­də, izmədə, gejə oldu. Qərib Şahsənəmin otağına addıyan kimi gürdü ki, Şahsənəm yaman kefsizdi.

– Can Şahsənəm, niyə beləsən, niyə eliyersən?

Bəli, Sənəmin belə kefsiz durması, zox qəribə güründü Qəribə. Şahsənəmə yanaşıf qucaxlayıf üzünnən, güzünnən sevgi üpüşü alan vaxtı Sənəm ağlmağa başdadı.

– Sənəm, niyə eliyirsən?

Dedi:


– Qərib, qulaq as.

Sazınnan üz yasəmən tel ayırıf, iki nar məməsinin arasınnan təpəsi aşağı buraxıf, bir gül yarpağını təzanə əvəzinə iyliyif gü­rək Qəribə “Yanıq Kərəmi” havasında nə deyif, biz deyək siz şad olun:

Uzun illər mən qəzamət zəkmişəm,

Oyunuyuf gülmədim yar sən gedəli.

Güzlərimnən qanlı yaşlar tükmüşəm,

Zeşmimi silmədim, yar, sən gedəli.


Yaz olanda bizənəklər bizilər,

Əmlik quzu anasından sezilər.

Yeddi ildə on dürd bayram kezilər

Hez birin bilmədim, yar, sən gedəli.


Şahsənəməm, var üzümün ağlığı,

Güz yaşımla isladeyram yaylığı.

Sənnən ayrı istəmerəm sağlığı,

Geyib sallanmadım, yar sən gedəli.

Nə olajax? İki həsrət bir-birinə qovuşdu. İki həsrət bir-birin­nən gürüşdü, muradlarına yetdilər. Onlar həmişə, ümürləri­nin axı­rı ona qədər kef-damaxda, oğul uşaq atası oluf yaşadılar.


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə