Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə4/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   2   3   4   5   6   7   8   9   ...   15

Dolanım başına misli-pərvana,

Həsrət güzü yolda qalan məni gür.

Fələyin cəbrinnən, el mühnətinnən,

Saralıb gül kimi solan məni gür.

Pəri xanım güzünü camahata sarı dolandıranda, səs gələn səmtə baxanda gürdü ki, vallah ağası güstərən həmən oğlandı. Ancax, camahat, xalx olmasaydı qanatdanıf Abbasın yanına gələr­di, həyalanıf üzünə pərdə zəkdi.

Sər qoydum, pəyəndaz etdim üz qara,

Bayqu kimi meyil verdim üz qara.

Zülf pərişan, yaxa üryan, üz qara,

Künlümü şikəstə edən, məni gür.
Şikəstə Abbasam, eylərəm qəmi,

Neylər mana seyraqubun sitəmi.

Kərəmli sultanın budu kərəmi,

Kərəmsiz qəzəbnak olan, məni gür.

Pəri xanım asta aşağa endi, əlinə bir piyala şərvət alıf gətirif Abbasa uzatdı. Abbas gütürüf başına zəkdi. Güz-güzə baxan kimi fərraşdar ordan-burdan tüküldülər. Pəri xanım burdan qeyb oldu. Abbas qayıdıf Qul Qəmbərin üyünə gələndə gürdü ki, Qəmbər elə yerdə gizdənif ki, Allah güstərməsin tapmax müm­kün düyül.. Dedi, əyə, qardaş, Qəmbər, qorxma, bəri zıx. Qəm­bər zıxdı, dedi, ay sana qurvan olom, ay pirim, ayə, sənin dərdin alem, sən mənim başıma nə iş gətirdin, sən hardaydın, harya zıxıf, harda saz zalersan? Abbas dedi, qorxma, qorxma, ay Qəm­bər, bəs sən harda oldun, məni niyə qoyuf qaşdın? Qəmbər dedi, ağam, mən qorxumnan qazıf gizdən­dim. Bə sən hardaydın, sən nə yaxşı canın qurtara bildin?

Abbas dedi, qulaq as, gür hardaydım:

Mən gəlirdim Tufarqanın elinnən,

Yolum düşdü obasına Pərimin.

Salam verdim, əleyk aldı salamım,

Qonaq oldum babasına Pərimin.


Pərim təklif etdi geştə düşməyə,

Su istədim şərab verdi izməyə.

Künül quşu pərvazlandı uzmağa,

Uzar-qonar cığasına Pərimin.


Gərdəninə düzülüfdü hürmələr,

Gümüş kəmər incə beli bürmələr.

Atlas qofta üstə qızıl düymələr,

Düzülüfdü yaxasına Pərimin.

Qul Qəmbər dedi, bavamın üyünü yıxdın, keşkə hez səni gürməmiş oleydım. On dürd uşağın hamısını qırdırajasan, xatıya tüşmüşəm. Abbas dedi, ayə, qorxma:

Abbas deyər, gəldim burda qalmağa,

Heyva kimi saralmağa, solmağa.

Cəfa zəkib belə güzəl almağa,

Əcəb düşdüm süvdasına Pərimin.

– A sana atam, anam qurvan olsun, bizi qırdırmıyajasanmı. Abbas dedi, arxayın ol. Savax bazar günüdü, gedək, hərrənək, fırranax gürək Pəri xanımnan nejə gürüşəjiyik. Allah verənnən yedilər, işdilər, bazara zıxanda gürdülər, elan asılıf. Yazılıf ki, Batmanqılınc Məhəmmədin sarayında qırx aşığın deyişməsi ola­jax. İstiyənnər o məclisə dəvət olunor. Abbas birdən ayıldı. Qul Qəmbər, allah bizimkini yetirif. Dedi, Ağama qurvan olum, (buta verən nurani qocanı nəzərdə tutur. E.M.) üzü yol azandı. Bir iş düzəltmək lazımdı. İndi fikirrəşək gürək nejə eliyək ki, mən də o məclisə tüşüm. Qul Qəmbər dedi, hancarı, xalx nejə geder, sən də olara qoşul get. Sana ayrıja kağızmı gündərəjəklər. Abbas dedi, a Qəmbər, gedək bir yaxşı heyvan alax, bu gejə bir uşaxları doyunca yedirdək-izirdək. Üzümüz də uşaxlarnan bara­var qarnı tox yatax. Qəmbər dedi, dərdin alem, gedək, üzün bilər­sən.

– Buralarda heyvan varmı, satellarmı?

– Hə, bizim bu alt yanımızda bir sürü qoyun otduyur. Şah­na­maz zovan da qoyunun yanındadı. Abbas dedi, gedək. Gəlha­gəl, Abbas belə baxanda gürdü kü, boyu iki metrə yarıma zatar, eni eninə verif, uzunu-uzununa yekə ayaxlı bir zovandı. Abbas dedi, salamməleykü, a zovan qardaş. Zovan dedi ki, əleykmə­salam. Abbas dedi, bərəkətti olsun. Zovan cavaf verdi: “ –bərə­kətli olsun”. Abbas dedi, ayə, mən “bərəkətti olsun” – deyirəm, nədi danışdığın, sən də deyirsən “bərəkəti olsun.” Zovan dedi, bə mən nə deyirəm, “bərəkəti olsun”. İndi də dədəmin ha malı düylü, Batmanqılınc Məhəmmədindi, hez bərəkəti olmasın.

– A kişi, bizə bir heyvan.

– Dədəminmi malıdı, sizə heyvan verim?

– A kişi, nə qədər istiyirsən pulunu verim bizi əliboş qaytarma.

– Get, Batmanqılıncdan ixtiyar al, gəl istiyirsən hamısını sana verem. Yoxsa məndə amanata xəyanət ola bilməz.

Tufarqannı Abbas üz-üzünə düşündü dedi, ayə, bunu savax üzümnən məclisə bəzeyif aparsam nə təhəri olar. Odu ki, dedi, a zovan qardaş, adın nədi? Dedi, ninirsən, işin-güjün yoxdumu? Ab­bas dedi, hez elə belə, xavar aleram, adam adamın adını soruş­mazmı?

Dedi – Şahnamazdı.

Abbas dedi, sən bir ayda bu heyvanı otarmağa nə qədər haqq alersan? Zovan dedi, bir zəpiş, ya da bir toğlu. Abbas dedi, sənin bir gününə on toğlu versəm, mənən gəzərsənmi? Zovan dedi, irəhməttiyin oğlu, üzün bir toğlu tapammırsan, hardan alajasan on toğlunu gündə mana verəsən. Abbas dedi, sənin nə­yinə lazımdı hardan alajam. Sənin bax əynini-başını güzəl ge­yin­dirəjəm, üzü də bir günə on toğlu verəjəm, mənnən geder­sənmi, getmersənmi? Zovan dedi, onda qoy gedem Şahsüynü zağırem qoy heyvana baxsın, mən sənnən gedem.

– Əyə, Şahsüyün kimdi?

Dedi, atamın kizik oğludu.

Abbas dedi, yaxşı. Zovan birdən elə dəli nərə zəkdi ki, “Şahsüyün” – deyən. Bir güz qırpımında Şahsüyün üzünü yetir­di. Dedi, əyə, qoyunnan muğayat ol, mən getdim. Dedi, qardaş, harya getdiyindi? Şahnamaz dedi, bu gürdüyün adam günümə on toğlu verəjək. Hara desə onnan gedəsiyəm. Bir il ona qullux eliyənnən sonra kasıflığın daşını atarıx, inşallah. Şahsüyün dedi, sonra səni aldadar, ehtiyatdı ol. Dedi, “anan ülsün, Şahnamaz, səni aldadalar, bunu yumruğun altında fətir qayıraram, nədi danış­dığın”.

Əlqərəz, üzdəriyinnən də bir erkək tutuf gətirdilər. Qul Qəm­bərin üyünə gəldilər. Heyvanı kəsdilər, soydular, əti doğ­ru­yuf qazana doldurdular. Abbas dedi, ət bişənətənə mən də zo­van­nan bir bazara dəyim. Getdilər bazara. Abbas zovanı papax­zının yanına apardı, dedi, bu kişiyə bir papax. Papaxzı zovanın ülzüsündə papax tapa bilmədi. Dedi, gərək onda iki dəriyi bir-birinə tikim, birini bəlkə düzəltdim. Abbas dedi, onda elə elə ki, irəngi irəngini tutsun. Papaxzı dedi, onun fikrini, eləmə onu düzəldəjəm.


  • Ayə, qiymatı nədi?

  • Dedi məsəlzün bir belə. Dedi, ala pulunu. Abbas dedi, havax hazır olajax. Papaxzı dedi, dan üzü inək sağını.

– Yaxşı, atam-anam. A kişi, gəl gedək sana bir zuxa, bir arxalıq, bir də bir şortu alax. Gəldilər dərzinin yanına. Bezarə dərzi beləsini ülzür, eləsini ülzür. Dedi bunun paltarı zox baha gələjək. Bu boyda bədənə zox parza lazımdı, əzyəti zoxdu. Abbas dedi, nəyinə lazımdı, sən pulunu al. Dərzi, ülzdü, pizdi, dedi, bu şərtnən birisigün gələrsiniz, bu tezdikdə mən bunu tikə bilmərəm. Nəsə irazılaşdılar, dərzinin əlmuzdunu verif ordan uzaxlaşdılar. Ordan zəkməziyə gəldilər. Hası günün, hası dərinin üstünə ayağını qoyor hamısı yarıyacan ayağını gürür. Zəkməzi dedi, gərək günnəri bir-birinə calıyıf buna bəlkə bir şey hazır­rıyam. Yoxsa zətin məsələdi. Nəsə, danışdılar, süydələşif ayrıl­dılar. Gəldilər Qul Qəmbərin üyünə. Axşam yaxşı yidilər, yat­dılar. Savax azıldı, üstünüzə xeyirli savaxlar azılsın. Zovan dedi, mənim gün haqqım bu günnən başdıyır. Bu günnən günümə gərək on toğlu verəsən. Abbas irazı oldu, dedi, zovan, süzümüz süzdü.

Vədələşdikləri vaxtı papağı, paltarı, ayaxqabıyı – hamısını dəstnnən gətirdilər üyə. Zovanı yaxşı-yaxşı geyindirdilər. Abbas baxıf gürdü paltar zalım oğluna elə yaraşer, elə bil Urustamı-zaldı. Zovan dedi, ayə, indi nə qayırajıyıx. Abbas dedi, sənin nə işin var, savax Batmanqılıncın məclisinə gedəjiyik.

– Harya?

– Batmanqılıncın məclisinə.

– Ayə, o məni tanıyar, eliyər, qoyunu buraxıf gəldiyimə ajığı tutar.

Abbas dedi, əyə, bu paltarda o səni dünyasında tanımaz. Tanıyar da tanısın, heyvanı yiyəsiz ha düyül.

– Onu da düz deyirsən, atam-anam.

Bəli, hası günü kü, Batmanqılıncın sarayında aşıxların de­yiş­­məsi günü elan olunuf, o günü Tufarqannı Abbas zovanı baş­dan-ayağa bəzədi. Dedi, indi gedirik. – Harya gedirik? – Get­diyi­miz məclisə, Batmanqılıncın sarayına. Qapıdan girəndə sa­lam verərsən, harda desələr orda oturarsan. Dindirsələr dinər­sən, dindirməsələr dinmərsən. Bircə məni güstərif deyərsən ki, bax, mən o aşığın ustasıyam. Bax bu sazı da əlinə alarsan, olma-bilmə küynəyinnən zıxardasan. Zovan dedi, yaxşı mənim güzüm üstə. Mənə nə var, mənimki on toğludu, nə desən onu da eliyim.

Doğrudan da elə oldu. Sazdarı gütürdülər, bezarə Qul Qəm­bər də bunnarın yanınnan. Gəlhagəl şah sarayına zatdılar. Hası saray­dakı ki, deyişmə kezəjək izəridə sazdarın səsi yeri-güyü gütürüf. Şair Vəlidi, Aşıx Süyündü, Aşıx Seyfulladı başda əylə­şif­lər, hərəsinin də qırx şəyirdi. Qırxı bir tərəfdə, qırxı bir tərəfdə, qırxı da bir tərəfdə. Camahat da ki, zala elə dolufdu ki, ağalar, əyannar, bəylər, xanımlar gəl ki gürəsən. Abbas Şahna­maz zovana işarə elədi. “İzəri gir” – deyəndə, gürdü ki, şalvarın civi domba duruf. Dedi, əyə, a Şahnamaz o nədi? Dedi, soğandı, a dərdin alım. Onu neynirsən belə yerdə? Dedi, bilirəm bura şah məclisidi, ət verə­jəklər, soğansız ətin dadı olmaz.

– Əyə, rəhmətdiyin oğlu, burda soğanmı tapılmır?

– Sənin nə işin var, dedi zovan.

İzəri daxil oluf qapıdan kezəndə zovan qabaxda, Abbas da onun dalınca Şahnamaz qapıda başını aşağı əyəsi oldu. İzəri girdi ki, camahata “salam” desin, “salam” deyən kimi bütün məclis züy­rülüf ona baxdılar. Dedilər, əyə, bu nə nataraz aşıxdı. Qul Qəmbər də geri yannarınnan izəri daxil oldu. Əmbə Qul Qəmbərin libasını Abbas elə düzəltdirif ki, elə bil bəy balasıdı. Şahnamaz zovan düz gedif Aşıx Süyünnən, Aşıx Seyfullahın arasında otdu. Abbas da gəlif bir tərəfdə duranda aşıxlar dünüf bir-birinin üzünə baxdılar ki, hez gürmədikləri bir sənətkardı. Aşıx Süyün Şahnamazdan xavar aldı, dedi, aşıx, sən haranın aşığısan. Şahnamaz ocığazı dedi ki, gürmürsənmi? Belə deyən­də Aşıx Süyün ortuya bir nar qoydu. Yanı bunnan onu demək isti­yir ki, bu narın izində qırx dənə var, şəyirdlərini nəzərdə tutur, səni qırx balıya irast gətirrəm.

Zovan elə başa düşdü ki, Aşıx Süyün deyir ki, yağlı aşdan sonra turş narın ləzzəti var. Bu da civinnən soğanı zıxardıf narın büyrünə qoydu. Aşıx Süyün də belə başa düşdü ki, o nar turşdu, bu ajıdı, güzünü bu soğan kimi büzüşdürərəm, kirmişcə dur. Bu yannan Aşıx Sənan fikir verdi, gürdü ki, Aşıx Süyünün irəngi dəyişif. Gütürüf əlinnən zovanın qarşısında bir dairə zəkdi. Zovan elə bildi ki, bu deyir bir sini xaşılın yağını harasına tüküllər soruşur bunnan. Düz barmağını dairənin ortasına qoydu. Əslində o demək istiyir ki, dünyanın gübəyi hardadı? Zovan əlini tən ortaya qoyanda Aşıx Sənan belə başa düşdü ki, o deyir ki, inanmırsan get ülz, burdadı. Bunlar üz aralarında belə başa düşürlər. Onatana aşıx Sənan dedi ki, gəlsən bir şəyirdlərimizi deyişdirək. Zovan dedi, deyişdirirsən, deyişdirək. Sənan, üz tutdu Abbasa, dedi, oğlan, ustadın ixtiyar verdi. Deyəsən elə məclisi sənnən mən azam – deyif Sənan ayağa qalxdı. Sazını küynəyinnən xilas elədi. Tufar­qannı Abbas onu gəzmirmi ki, ona bir meydan azılsın. Oydu ku, sazı küynəyinnən xilas eliyən kimi vallah sazı gürənnərin ağzının suyu tükülənə bax, heyran qalana bax. On iki telli saz əldə, qızıl balıx kimi par-par parıldıyır. Xallar, sədəflər, şirmayılar alışıf ya­ner. Zalım oğlu usta ona elə naxış vuruf ki, elə bil saz düylü touz quşudu, bəzəkli gəlindi, gürənin güzünün şüyqünü aparır.

Aşıx Sənan ayağa durdu. Üz-üzünə dedi, bu sazı bunun əlin­nən alım. Onnan sonra hamı da bilər ki, Təbrizdə sənətkar mənəm. Mənnən başqa burda elə bir sənətkar ha yoxdu. Sazdarı sazdarın üstünə zilini zil, bəmini bəm düzəltdilər. Aşıx Sənan dedi, oğul, meydan sənindi, ya mənim?

Abbas dedi, ustad, siz olan yerdə mən nə meydan ala bilərəm? Əvvəl torpax qüvvətlidi, mən qəribəm, hükmən süz si­zin­di. Dedi, oğlum, “Oyşarı”y nan6 yumşaq-yumşaq ağlını, ka­ma­lını yoxluyajam, qorxma, gürüm nə təhərisən, qabında bir şey varmı? Sonra da ustadınan gürüşəciyəm inşallah.

Sən şəyirdsən, mən ustadam, ay şəyird,

Mən ustadın dediklərin az gürüm.

Harda tikilifdi Məscidi-Əxsa,

Hardan gətirildi ora daş gürüm?

Aşıx Sənanın belə oxumasına camahat zox maraxnan qulax aserdı, hamı hayacan kezirtdi ki, gürəsən bu cavan oğlan bu ustad aşığın cavabını verə biləjəkmi? Tufarqannı Abbas bir ət­rafa boylandı, aşağı-yuxarı baxdı, gürdü ki, bir az yuxarda, ikin­ci qatarda Batmanqılınc Məhəmmətdi, vəzirdi, vəkildi, am­ma bu tərəfdə də qadınnardı. Gürdü ki, Pəri də bunnarın arasında bun­nara fikir verer. Eşq Abbasın beyninə vurdu gürək nə cavab ver­di, biz tərəfinnən deyək, sizə can sağlığı.

Sən ustasan, mən şəyirdəm, ay ustad.

Mənim dediyimə gəl ver guş gürüm.

Sanada tikildi Məscid Əxsa

Zülaldan gətrildi ona daş gürüm.

Xalx mətəl qaldı bu cavan uşağın belə güzəl cavabına, gü­zəl hərəkətinə, mərfətinə. Belə güzəl saz zalıf oxuması, Sənan kimi aşığın qavağında üzünü itirməməsi hamıya xoş gəldi. Bat­manqılınc Məhəmməd əvvəldən iki güzünnən baxırdı. İndi dürd güzünnən baxdı.

O daş varid oldu, onu kim yazdı,

Kim oldu həqqiyyət himini qazdı?

Kim boyun əymədi, yolunu azdı,

Kim dedi, ay üzü qara, qaz gürüm?!

Abbas bir xeyli fikrə getdi. O tərəfə, bu tərəfə baxdı gürdü ki, zovan da buna doğru güzdərini zilliyif, yanında nəsə deyillər hez kəsə fikir vermer. Abbasa zovan da məttəl qalıf. Gütürdü Abbas cavabında gürək nə dedi:

O daş varid oldu, Cəbrayıl yazdı,

Cənab Əli həqiqət himini qazdı.

Şeytan baş əymədi, yolunu azdı,

Cəbrayıl dedi, üzü qara, qaz gürüm.

Aşıx Sənan dedi, oğlum, maşallah, maşallah yaxşı ustaddan dərsini alıfsan. Güzünün qulağınnan bir belə zovana baxdı. Başınnan zovana irazılıq elədi ki, yaxşı şəyird üyrədifsən. Zovanın dünyədən nə xəvəri var. Güzü oyda-quşdadı, gürək havaxt sufra azılajax məclisə yemək-izmək gələjək.

Hardan nələr endi, nələr bitirdi,

Əzəlin kim, sonun kimlər gütürdü?

Aşıq Sənan buna fəhim yetirdi,

Nə sirdi aşikar olmaz, baş gürüm?

Abbas dedi:

Güydən sərvlər endi, səccarə bitirdi,

Əvəlin heyvan, sonun insan gütürdü.

Aşıx Abbas buna zənni yetirdi.

Qəbir sirri aşkar olmaz, baş gürüm.

– Oğul, nə qəbir sirridi, sən nə danışırsan?

Abbas dedi, bəli, bəli qəbir sirridi.

Həzrəti Süleyman ülən vaxtı yaman qorxdu, bir büyük qa­rış­qanı zağırtdırıf dedi ki, atdı qarışqa, bu gün filankəs ülüfdü, onun kəfəninin arasında get gür o qəvirdə nə var? Atdı qarışqa baş əydi, dedi, gedərəm, borcumdu. Atdı qarışqa kəfənin ara­sında gedif qəv­rə girdi. Qəvirə girən vaxtı nəkrayıllar gələndə qarışqanın üzünü tutuf dedilər ki, get o həzrət Süleymana de ki, gələndə üzü gürəjək. Bundan başqa qəbirdən sirr qayıtmayıf.

– Eyvallah, oğul, ustadına bərəkallah – deyif zovana doğru baş əydi. Zovan da buna baş əydi. O tərəfdən-bu tərəfdən səs-sə­mir qalxdı. Batmanqılınc Məhəmməd dedi ki, oğlan, adına gürə sənnən nayrazıyam, ancaq indi sən deynən, qoy aşıx sənin sual­larını aşsın. Abbas dedi ki, mənim başım üstə. Aldı Abbas:

Sənnən xəbər alım, ay aşıx Sənan,

Nezə ulduz, nezə aya bağlıdı?

Güzəllik əladı kimin şaynına,

Nezə dəlil Mustafaya bağlıdı?

Aşıx Sənan durdu, durdu dedi, oğlan, izin ver bir az fikir­rəşem. Abbas dedi, bəli qırx dəqiqə fikirrəşməyə ixtiyarın var. Sə­nan dedi, yox, gəl nezə bənd deyəjəksən hamısını birdən de. Ha­mısına da birdən cavaf verəjəm. Abbas dedi, mənim güzüm üstə.

Varıb gedib mən ustadan dərs alım,

İstiyirsən mən buraya dürd gəlim.

Sizdən xəbər alım əyləşən alim,

Dürd kitabda nezə ayə bağlıdı.
Abbasam, yolumu kim verdi salıx,

Dadıma yetişsin yaradan xalıx.

Dəryada da kimi udmuşdu balıx

Qıldığı namazı nəyə bağlıdı?

Aşıx Sənan nə qədərənə o tərəfə düyündü, bu tərəfə boylan­dı gürdü yox, azılası iş düyül. Dedi, oğul, mən sənin qarşında acizəm. Abbas dedi, sazı ortuya qoy. Doğrudan da sazı bir tərəfə qoydu Aşıx Sənan. Geri qayıdan vaxtı Aşıx Süyün yerinnən tərpəndi, dedi, əyə, bu saatca o sazı üzüm alaram – deyif Abba­sın qarşısına gəldi. Elə ki, Sənan getdi, zovanın yanında otu­randa dedi, aya, adın nədi? Dedi: Mənim adım Sənandı. Dedi, əyə, səni nezə toğluya gətiriflər? “Səni nezə toğluya gətiriflər” deyəndə aşıx Sənan yer yarılsa yerə girərdi. Dedi, ayə, bir buna bax, gür bu bizi hez zovana da saymır. Deməli bunun şəyirdi belə olanda, bu üyü yıxılanın üzü nə təhəri olajax? Belə deyif zovannan aralandı.

Onatana aşıx Süyün aldı gürək nə dedi:

Sənnən xəvər alım, ay cavan aşıx,

Peyğəmbər nə günü tacisər oldu?

Kim gütürdü onun muyun saxladı,

Mərifət, təriqət nə ilqar oldu?

Gütürdü Abbas:

Cümənin günündə, sübh namazında,

Peyğəmbərimiz Rəsul tacisər oldu.

Salman qırxdı sazın, Fatma saxladı,

Haqqın sualına düz ilqar oldu.

Camahat hər yerdən “afərin” dedilər. Süyün gütürdü:

Kim idi gətirdi ülgücü, daşı,

Kim idi qırxdı peyğəmbər başı.

Nezə sənə süylədi peyğəmbər yaşı,

Nezə deyəndə ümrü var oldu?

Abbas dedi:

Cəbrail gətirdi ülgücü, daşı,

Salman idi, qırxdı peyğəmbər başı.
Altmış üz süyləndi peyğəmbər yaşı,

Altmış üz deyəndə ümrü var oldu.

Aşıx Süyün də gütürdü gürək daha nə xavar aldı:

Süyün deyər, gün cahanda nezədür,

Nezə yaqut, nezə mərcan, nezə dür?

İrəsulun zülfü, muyu nezədür,

Mənzili harda yerbəyer oldu?

Abbas burda dirəndi, dirənəndə elə bil ki, bəzi adamların ürə­yi yerə düşdü. Ordan-burdan səsdəndilər, əyə, aşıx, niyə da­yandın, sana nə oldu? Ancax Abbas üz işindədi, güzünün altın­nan Pəriyə boylaner. Zalım qızı yornux maral kimi güz­dərini zilliyif. Abbasın hər addımını izdiyir. Ürəyinnən nələr kezer onu bir ilahi biler. Ab­bas bu məqamda sazı sinəsinə basdı, hamıyı nigaranzılıqdan qutardı.

Abbas deyər, gün cahanda ikidür,

İki yaqut, iki mərcan, iki dür.

Rəsulun muyu iki min iki yüz altmış ikidür,

Leylək yatan şəhərdə yerbəyer oldu.

– Ayə, sağ ol, afərin sana. Dedi, ustad, sana da afərin. İndi dəyirmanzı şahad istiyir. Aldı gürək Abbas nə dedi:

Mənnən salam olsun aşıx Süyünə,

Seyfullahdan əvvəl kim gəldi cahana?

Nezədi ərşi-əmbər, bürcü səmavat,

Təcrid oldu dünya düşdü zindana.

Ordan-burdan səsdər gəldi. “Aşıx Süyün, nə oldu tez ol cavab ver”. Aşıx Süyün başdadı güzdərini düyməyə. Zovan züvrülüf dedi, ayə, ay aşıx, sənnən xavar almadımmı sizi nezə toğluya gətiriflər?

– O yana iradd ol, dedi, qoy qulaq asax, nə toğlu, nə zad? Aşıx Sənan daha da aralandı. Aşıx Süyün də bayax aşıx Sənan sayağı dedi, a bala, hamısını oxu qurtar birdən cavabını verəjəm.

Gütürdü Abbas:

Nezə il bu cahan zindanda qaldı,

Bəndəyə girdigar nə kərəm qıldı?

Necə sənə kezdi mehri-mah gəldi,

Münəvvər şüvqünü saldı cahana.

Şikəstə Abbasam heydəri-xürrəm,

Ağamın dəstinnən izmişəm bir cam.

Dünyadan gedəli həzrəti Adəm,

Onnan bəri gəlif nezə zamana?

Aşıx Süyün başdadı güzdərini düyməyə. Ordan-burdan niyə belə oldu. Abbas aşıx Süyünün də sazını alıf bayaqki sazın ya­nına qoydu. Dedi, ustad, sən mənim sazımı almax istəyirdin, di­yən üz sazını qoydun. Dedi, bəli, gürünür, yazı beləymiş.

Aşıx Seyfulla qalxıf sambana-sambana üzünü ortuya saldı. Dedi, allahımın izninnən bu saatca Abbasın sazını üzüm alajam.

Aşıx Süyün gəlif yerində əyləşdi. Zovan baxıf gürdü ki, aşıx Sənannan bir düz cavab ala bilmədi, dedi, bəlkə bu düzünü deyə. Dedi, qardaş, düzünü de, səni burya nezə toğluya gətiriflər.

Aşıx Süynün güzü kəlləsinə sızradı. Dedi, gür nə günə qalmışıx ki, bu zalım oğlu bizi zovan hesab eliyir. Pərtdiyinnən yerinnən duruf gedif Sənanın o tərəfində oturdu.

Aşıx Seyfulla ədəb-ərkənnan gəlif Abbasa salam verdi. Aldı sazı sinəsinə basdı gürək Abbasdan nə xəbər aldı, Abbas ona nə cavab verdi:

Sənnən xavar alım, ay aşıx Abbas,

Cənnətin zırağı nə izindədi?

Nədən piltə tutdu, nədən yağlandı,

Kim tutuf dəsdində nə izindədi?

Abbas o yana boylandı, bu yana boylandı, gürdü ki, Pərinin güzdəri cilalanmış ox kimi oyur-oyur oynuyur. Cuşa gəlif dedi:

Al deyim cavabın, aşıx Seyfulla,

Cənnətin zırağı mum izindədi.

Nurdan piltə tutdu, nurdan yağlandı,

Fatimə dəstində nur izindədi.

Gütürdü aşıq Seyfulla, gürək daha nə soruşdu:

Bilirsənmi peyğəmbərin yaşını,

Nezə dəfə qırxdırmışdı başını?

Nə gününüdə zəkdirtmişdi dişini,

Nəyə zulğalandı, nə izindədi?

Abbas dedi, qulaq as:

Altmış üzdü dedim onun yaşını,

Üz yüz yeddi dəfə qırxdı başını.

Cümə günü zəkdirmişdi dişini,

Maya zulğaladı, nur izindədi.

Gütürdü aşıx Seyfulla:

Seyfulla dərsini bilməsə deməz,

Süvmi səlatını qılmasa deməz,

Ustaddan payını almasa deməz,

Yeddi nə cam oldu, nə izindədi?

Gütürdü Abbas:

Abbas da dərsini alıfdı deyir,

Süvmü salatını qılıfdı deyir,

Ustatdan dərsini alıfdı deyir,

Yeddi cəhənnəmdi, nar izindədi.

– Ey vallah, oğul, deyif aşıx Seyfulla Şahnamaz zovana min­nət­darlıq elədi.

Abbas dedi, indi mən deyəjəm.

Aşıx Seyfulla dedi, oğul, nüvbə sənindi, süzünü de. Gü­türdü Abbas gürək nə dedi:

Bizdən salam olsun, ustad olannar,

Bir nezə gül bitif vərağı nədi?

O ki, başa gəldi Məcidəl-Əxsa,

Onun izi daşdı, qırağı nədi?

Bir-birinin üzünə baxdılar ustaddar. Aşıx Seyfulla da cavaf verə bilmədi.

İşi belə gürən Abbas gütürdü süzün davamını:

O necə qəndildi, asılıf dardan,

Nezəsi heyvadan, nezəsi nardan,

Yernən güyün de, qapısı haradan,

Kim azar, kim ürtər nüvrağı nədi?

Xalxı gülüşmə tutdu, camahat susdu... camahatın hamısının nə­zəri Abbasın üstündədi. Kimi sevinir, kimi heyrət eliyir. Əmə ortada bir qarı var, deyir, ay Allah, bunu mənim Əsmərimə qismət elə.

Abbasam, ağamnan izmişəm bada,

Badə izən neyzün oldu ziyada.

Üz kişi kim idi, getdi zulmata

Onlar nə yandırdı, zırağı nədi?

– Ay oğul, vallah, mən belə şeyləri bilmirəm. Abbas dedi, on­da sazı sazın yanına qoy. Sazdarın üzü də qoşalaşdı bir küncdə.

Seyfulla gedif zovanın yanında əyləşmək istəyəndə zovan dedi:

– Əyə, sən başın, düzünü de, səni nezə toğluya gətiriflər?

Seyfulla məətəl qaldı, üzünü laf təhqir olunmuş hesaf elədi. Necə yəni “nezə toğluya gətiriflər”. Deməli, bu adam məni aşıx hesaf eləmir. Nəsə, namusa boğuldu, nə cavab verə bildi, nə də məc­lisi tərk eləməyə üzündə təpər tapdı. Bir tərəfdəcə oturuf məc­lisə tamaşa eləməyə başdadı. Abbas sən demə zovanın bu hərə­kətinə bayaxdan güz qoyurmuş. Odu ku, gütürdü gürək nə dedi:

Bizdən salam olsun ustad olana,

Kimin mənnən işi var isə gəlsin.

Elə deyək seyrəqufluq olmasın,

Zahairdə, batində var isə gəlsin.

Belə deyəndə, dedilər, əyə, bu gənə də yalannan başdadı. Ba­yax biz bunun üzünə niyə azdırmadıx qıfılbənddəri. Yaman uduz­muşux. Abbas gürdü qiybətini eləyillər. Gütürdü buna mü­qa­bil gürək nejə dedi:

Mümin kəslər, siz uymuyun qeybətə,

Qiybət edən tezcə düşər zillətə.

İskəndəri kim gündərdi zülmətə,

Kim onlardan xəbərdarisə gəlsin.
Şirindi süzlərim dahan izində,

Qızılgül bəslənər xəndan izində.

Abbasam, durmuşam meydan izində,

Hər kimə bu dünya dar isə gəlsin.

Kim gələr, kim dəli oluf? Yüz iyirmi şəyirdin hamısının matı-mutu quruyuf. Hamı məətəl qalıf. Bu boyda uşaq olasan. Üstə­lik gənə də dala zəkilməyəsən. Oydu ku, Batmanqılınc orta­ya qalxdı, dedi, aşıx, halal olsun sana, mən sənnən zox irazıyam. Təkcə sənin adıyın Abbas olmağınnan narazıyam. Onu da sənin belə haqq aşığı olmağına kezerəm. Doğrudan da Abbas adı sana xına kimi yaraşer.

Sizə kimdən deyək, Pəri xanımnan. Pəri xanım bir məcmə­yidə bir qırmızı zərbaflı kəlağey, üstünə də bir qızıl alma qoyuf qarı­lardan biriynən Abbasa gündərdi. Qarı da olsun bayaxki qarı – Əs­mə­rin nənəsi. Qarı məcməyidəki qızıl almeyi gütürüf üz civinə qoy­du, yerinə bir turşumuş nar qoyuf gətirif Abbasa verdi. Dedi, bax, o qıraxda duran qız var, barmağınnan güstərir. O Batman­qı­lınc Mə­həm­mədin bayışsıdı, sana yaman ajığı tutuf, üzü də bunu gündərdi.

Abbas Pəri xanımın soyqatını azanda gürdü kü nardı. Orda gütürdü belə dedi:

Payız olcaq bağlar tükər xəzəli,

Yaz olanda bağzalara bar gəlir.


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə