Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə5/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   2   3   4   5   6   7   8   9   ...   15

Sevgi-sevgisinə alma gündərər,

Mənim sevdiyimnən mana nar gəlir.

Pəri xanım məətəl qaldı. Güzlərinin ikisini də qarıya ele ağart­dı ki, Allah güstərməsin. Qarı başdadı geri iməkləməyə. Onatan Abbas gütürdü:

Bu dünyada nə qəmliyəm, nə şadam,

Dost yanında nə aşnayam, nə yadam.

Ay həzarat, bəxti qara səyyadam,

Tor qururam tərlan üzün, sar gəlir.


Abbas deyir: Gəncin üstə bədəndi,

Qara bağrım dəlik-dəlik zədəndi.

Ay həzarat, hez bilmirəm nədəndi,

Aləmə gen dünya mənə dar gəlir.

Ustatdar qalxdılar ayağa. Abbas dedi ki, ustatdar, mana hez kimin sazı lazım düyül. Hez kimi bağlamax niyyətində də düylüy­düm. Mən Duvarqannan gəlmişəm. Üzünüz də sazınıza yiyəlik eliyin. Allah işinizi avand eləsin – deyif, sazdarı hər kəşəninkini üzünə verdi.

Məclisdən zıxan vaxtı Məmməd xanın fərraşdarı Abbasın qabağını kəsdi:

– Məmməd xanın əmridi, gərək sən onun otağına qonax gedəsən.

Abbas etiraz eləmədi, onnara qoşuluf Məmməd xanın gürü­şünə getdi.

Sizə kimnən deyim – qırx aşıxdan. Aşıx Sənan, Aşıx Süyün, Aşıx Seyfulla birləşif sühbətdəşdilər. Dedilər ki, bu uşax bizi bu hala saldı, üzümüzün də sazdarını geri qaytarıf bizə hürmət elədi. Bizim buna nə borcumuzdu. Biz bu hürmətin altınnan gərək zıxaq. Hərəmizin qırx şəyirdimiz, üz də üzümüz – yüz iyirmi nəfərik. Gərək hamımız yığılax ona hürmət eliyək. Elə hürmət eləməliyik ki, Abbas dünyada hez bir şeydən giley-güzar eləməsin. Bu qərib eldə hamımız ona arxa-kümək olma­lıyıq.

Abbası Məmməd xanın otağına apardılar. Güzəl-güyzək əl­van otaxlar, ağalar, bəylər, xanlar, paşalar əyləşif. Abbas belə baxanda gür­dü kü, Pəri xanım pərdə arxasında, o üzdə qu quşu kimi fır-fır fır­la­ner. Əmə hara fırlansa da güzdəri Abbasın üzün­dədi. Abbas belə bir vaxtda gütürür gürək nə deyir sizin də canı­nız sağ olsun, inşaallah:

Bir güzəlsən, şüvqün düşüb cahana,

Yoxdu sənin kimi güzəl, güz ala.

Mən aşiqəm cahana,

Canım qurvan cahana,

Haqqın əziz bəndəsi

Xoş gəlifsən cahana.

Yaradan yaradıb salıb cahana,

Yoxdu sənin kimi güzəl, güz ala.


Bağbansan bağa bax, bax işini gür,

Bağ bəslə, bağ becər, bağ işini gür.

Aşıx, bax, işini gür,

Bağa bax, işini gür.

Gəl yatma kamil ovzu,

Maralın baxışını gür.

Hələ sən tərlanın baxışını gür,

Az qalır canımı güzəl güz ala.

Əsmər xanım Abbasın belə oxumağınnan, Pəri xanımnan bir-birinə baxışmalarınnan başa tüşdü ki, burda ayrı bir iş var. Pəri xanım gürdü kü, Əsmər deyəsən duyux düşüf. Üzünü Əsmərə tutuf dedi, Əsmər burda hamıdan zox sana isinişmişəm. De gürüm, indiyə kimi sana bir sirr azmışammı? Əsmər dedi, yox.

Pəri dedi:

Onda sana bir sirr azajam. Bil və agah ol ki, Abbası mana, məni də ona buta verif Ağamız.

– Ay Pəri, Allaha şükür olsun. Sənin irzin-irəngin yerinə gəlif, güzdərin qayır-qayır qaynıyır, yanaxların ziyələm kimi qızarıf. Allah sizi bir-birinizdən ayırmasın. İndi bunun səvəvini mən bildim. And izerəm ki, əlimnən gələn nə ki var bu işinizə kümək eliyəjəm. Bular sühbət eləməkdə olsun gürək Abbas süzün sonunu nejə tamamladı:

Abbas deyər, canım qurvan sana yar,

Dutu dilli, mina boylu sana yar.

Mən aşiqəm sana yar,

Sənəd verdim sana yar,

Qərib aşiq, qürbət el,

Canım aldın, sən, a yar.

Dolansam dünyanı nezə sənə yar,

Gürməm sənin kimi güzəl, güz ala.

Məmməd xanın qonaxları Abbasın belə oxumasına hərə bir tərəfdən “afərin” – dedilər, Abbası bəyəndilər. Kimin nə xavarı var ki, Abbas nədən oxuyur, kimin dərdinnən oxuyur?

Abbas qonaxlara təzim eliyif gütürdü gürək daha nə dedi:

Hilal qaşlarına yüz bərəkallah,

Ayın nə həddi var, ona bab ola.

Canı yanar sana aşiq olanın

Yata bilməz, güzlərində xab ola.


Qızılgüllər azılıbdı həmayil,

Yarın cümləsini eylərəm təyin.

Dedim Pərim gəlsin olaq qol-boyun,

Neynirəm dünyamız qoy xarab ola.

Abbas “Pəri” kəlməsini eşidəndə Əsmər güzünü ağartdı, dedi, üyün yıxılmasın, sən nəydi danışdın? “Dedim Pəri gəlsin olaq qol-boyun, Neynirəm dünyamız qoy xarab ola”.

– Aşıx, oxuduğun süzdər kimindi?

Dedi:

– Ustaddı, deyifdi, mən də oxuyuram.



Ancax Məmməd xanın nəsə ürəyinnən bir fikir keşdi. Onatana Abbas gütürdü gürək nə dedi?

Abbas deyər, üz yarıma varınca,

Saralıban gül irəngim solunca,

Sən güzəli mən toruma salınca,

Azca qaldı ümrüm bir turab ola.

– Aşıx, məcazı süzdərdən oxudun, zox sağ ol, zox irazıyıx. İndi də bir yaxşı süz oxu gürək, bizim məclisimiz nə təhəri olur? Yanı bizim məclisimizə münasib oxu.

Gütürür Tufarqannı Abbas gürək nə deyir:

Yaxşı olar el-obaynan dolanmax,

Yalqız daşdan olmaz divar deyəllər.

Bəzirgansan, az mətahın xırd elə,

Axtarıf yükündə “nə var” – deyəllər?
Bəylər yaxşı saxlar alıcı quşu,

Sərraflar tanıyar qiymətli daşı.

Oğul atasınnan artırsa işi,

El izində ona tavar deyəllər.


İsgəndər attandı, zıxdı zulmatdan,

Xızır idi, izdi abı-həyatdan.

Süz düşdü qılıncdan, iyiddən, atdan,

Süfrəni onlardan suvar deyərlər.


Bir baxzanın əyər bağı olmasa,

Alması, heyvası, narı olmasa,

İyid yoxsul olsa, varı olmasa,

Lələksiz ox kimi zuvar deyəllər.


Tufarqanlı Abbas gecələr yatmaz,

Peyğəmbər qarğayıb, müxənnət artmaz.

Hər nə versən hax yolunda, bil itməz,

Qadanı başından sovar deyəllər.

Bu süzə hamının xoşu gəldi.

– Abbas, düzünü de, gürək hardan gəlifsən, nə məqsədə gəlifsən?

Abbas tamam başına gələni Batmanqılınc Məhəmmədə nəql elədi.

– Abbas, indi mənnən istəydiyin nədi?

Dedi:

– Mən Pərinin sorağınnan gəlmişəm, gəlmişəm ki, üz butama qovuşam.



Batmanqılınc dedi:

– Abbas, bu gejə mana mühlət ver, savax sana bir süz deyərəm.

Batmanqılınc Məhəmməd anasını, bajısını yanına zağırıf məsələyi azan kimi anası irazılıx verdi. Dedi, oğul, sən bilirsən­mi sənin bajıyın irəngi dürd aydı urvuya7 dünüf. Batmanqılınc dedi, bilirəm.

– Bunlar hax vergisidi, bajım azıf-ağartmırdı. Gərək Allahın küməyiynən sən bunnarı məqsəddərinə zatdırasan.

Batmanqılınc dedi:

– Əziz anam, günü bu günnən buların nişanı tutulur.

Elə də oldu. İki molla zağırdılar, qızı zağırdılar. Məhəm­məd bəyin güstərişinnən Pəriynən Abbasa yarımnigah oxutdular. Ya­rım­nigah oxunannan sonra yemək, izmək, şaddıx baştandı. O gün­nən Pəriynən Abbasın nişanı taxıldı, ancax bu şərtnən ki, bunnar hərəsi ayrı yerdə oluf bir-birini gürməməli idilər. Anası dedi:

– Oğul, yaylax vaxtıdı, gərək hükmən Pəriyi Məzə dağına yaylağa gündərəsən. Gedə bir az orda irəngini, suyunu dəyişə gələ.

– Mehriban ana, doğru deyirsən.

Bəli, kəcavələr bəzənif yola zıxan vaxtı. Pərinin Məzə dağına küz eləməsini gürən Abbas nə deyir, nejə deyir tərəfinən ərz eliyək, sizə cansağlığı:

Künül nejə tab eyləsin,

Mən sənnən ayrılım gedim.

Durum dolanım başına,

Qız, qadanı alım gedim.

Pəri xanım dedi:

– Abbas, nə oldu, bir-iki aylığa düzə bilmiyəjəsənmi? İki aylıq yoldu, gedif bir az istirahat eliyif gələjiyik.

– Abbas dedi:

– Pərim, niyə yaxın gəlmirsən? Mana uzaxdan biganələr kimi nə baxırsan?

Dedi:

– Gürmürsənmi, nezə güzdər dikilif bizə, sana nejə yaxın­laşım, zalımın oğlu.



Bu yannan da Əsmər xanım aman vermer.

Belə deyəndə Abbas gütürdü süzün o biri bəndini gürək nejə dedi:

Maral kimi baxma gennən,

Ülüncə dünmərəm sənnən.

Əyər inciksənsə mənnən,

Qalım künlün alım gedim.


Abbasam, ciyərim sədpara,

Yar əlinnən baxtı qara.

Bir vəsiyyət nazlı yara,

Yazım ərzi-halım gedim.

Pəri bir qaqqıltı zəkdi güldü.

– Abbas, dünya dağılsa da, alt-üst olsa da mən sənin, sən mə­nimsən. Niyə kefini puzursan, iki ay nədi ki, düzmürsən? Qəm eləmə, məni sənnən təkcə ülümnən başqa hez şey ayıra bilməz.

Belə deyif Pəri xanım yola düzəldi. Kəcavələr yol aldı Məzə dağına tərəf.

Abbas Məhəmməd bəyin yanında qaldı. Nolajax, hələ həyə­tə-bajıya alışa bilməsə də gününü işnən-güjnən birtəhər başa vuror­du. Məhəmməd bəy də nə ki, düzü Abbasın xatrını zox isdiyirdi. Az müddətdə sarayda Abbasa üzünə münasib iş verdi, maaş təyin elədi. Abbas idarə işdərinə baxmaqda olsun, gün-günü beləjə əvəz eliyirdi. Günnərin bir günü Abbasın səbri düz­mədi. Kirmişcə qaynanasının yanına gəlif, ədəb-ərkannan salam verdi. Dedi:

– Canım ana, başına mən dünüm. Məzə dağı hansı tərəf­dədi?

Dedi:


– Neynirsən, oğul?

Abbas dedi:

– Hez.

Ana ürəyidi, işi başa tüşdü. Dedi, oğul, bir ay yarım qalıf, onnan ütrü üzünü niyə ayağa verirsən?



Abbas başını yerə dikdi, bir az utandı. Amma dediyinnən də dünmədi. Eşq şiddəti Abbası qoymadı dincəlməyə.

Gejənin bir aləmi Abbas daha düzə bilmədi, Qul Qəmbəri də yanına alıf Məzə dağına tərəf üz qoydu.

Gəlhagəl payipiyadə, oğruncax Məzə dağına tərəf getdikcə yol uzandı. Gürdülər yol qurtarmax bilmir. Bu yerdə Abbas üz halına uyğun gürək yorğun-yorğun nə deyir:

Qismət olsun gedim ziyarətinə,

Mənzilli yolların qurbanı canım.

Aynabənd otağın zarşov zirağı

Qızıl barigahın qurvanı canım.
Sevənlərin hez gələrmi qərarı,

Gecə-gündüz ağlıyallar yaralı.

Nədən bərgahıdan düşdün aralı,

Ələmdar Abbasın qurvanı canım.


Səhərdən sübhədək hey addım-addım,

Nə dostum bilinir, nə də ki yadım.

Abbas deyir, əgər versən muradım,

Əli Əkbəriyin qurvanı canım.

Abbas getməkdə olsun, sizə kimnən deyim, Batmanqılınc­dan. Batmanqılınc səhərsi Abbası gəzdi, tapa bilmədi. Anasının yanına gəlif Abbası xavar aldı. Dedi, oğul, iki gündü güzümə dəymir. Dedi, ana, olmaya Pərinin dalıynan getdi? Dedi, oğul, bəyəm də getdi, səni nejə alladım?

Batmanqılınc iki qara qul zağırdı. Üzdərinə də elə tafşırdı ki, gedərsiniz əgər Abbasın Məzə dağında Pərinin yanında taf­sanız düyə-düyə gətirərsiniz. Yox, yanında tapmasanız deyərsi­niz ki, səni Batmanqılınc güzdüyür.

Abbas gedif mənzilə zatmışdı. Ancax Pəri xanımın üzü qa­ra­başdardan utandı, xanımlardan utandı, üzü üzə zıxmadı Əs­mə­ri gün­dərdi. Gürək Əsmər xanıma Abbas nə deyir, biz diyək, siz şad olun:

Başına dolanım, ay Əsmər xanım,

Nə güzəl yaradıf yaradan səni.

Səni gürən kimi künlüm xoş oldu,

İstəməm gedəsən buradan səni.
Qırğı qonmaz mən tərlanın həddinə,

Nalə yetməz fitnəsinə, fəndinə.

Qurvan olum ol xudanın xəttinə,

Ağ üstdən zəkifdi qaradan səni.


Mən ki, varam, Adam ata zatıyam,

Güyü bilməm, yeddi yerin qatıyam.

Şikəstə Abbasam xarabatıyam,

Künül, hez gürmədim abadan səni.

Süz tamama zatanatan qara qullar yetişdi. Məhəmməd xa­nın tafşırığını yerinə yetirməli idilər. Onatan Əsmər xanım getdi. Qara qullar Abbası ələ kezirmək istiyəndə Abbas Məzə dağının o tərəfinə dolandı. Üzünün əhvalına, Məzə dağının belə durumu­na tamaşa elədi, ürəyi qubarrandı, sazı sinəsinə basıf gü­rək nə dedi:

Ay həzərət, nə güzəldi,

Əcəb nürax Məzə dağı.

Süsən-sünbül gül-ərvaqan,

Bürüyüfdü təzə dağı.

Gedin deyin o xanıma,

Qadasın salsın canıma.

Ya dursun gəlsin yanıma,

Ya zəkməsin güzə dağı.

Bu süzü deyəndə qara qullar daha da ajıxlaşdı.

Sonalar uşdu külümnən,

Ayrı düşdüm mən elimnən.

Abbas qara qul əlinnən,

Qan-yaş tüküf gəzə dağı.

Qullar Abbası qaytarıf gətirməkdə olsun, Abbas üz işində olsun. Sən dediyini de, gür fələk nə deyir.

Sizə hardan ərz eliyim, İsfahan mülkünnən, Şah oğlu Şah Abbasdan. Şah Abbas üzünə 39-cu qadın gətirmişdi. Türkün süzü, arvat gətirmişdi. O günüydü kü, şahın üyündə toy məc­lisiydi. Gətdiyi qadının da adı Pərlam xanımıydı, üzü də Hind qızıydı. Pərlam xanım bu gün camahatın izində şaha şərbət verə­jiydi. Xalx da kim istəsə ona xələt verəjiydi. Ancax Pərlam xanım o qədər güzəliydi ki, doğurdan da Şah Abbas elə bilirdi ki, dünyanın daşı qurulannan pərvərdigar belə güzəl yaratmıyıf. Pərlam xanım nağara-zurnaynan məclisə varid olanda hər tərəf Pərlam xanımın üstünə bəxşişlər, qızıl pul, xələtdər tulluyırdı. Bircə Allahverdi xan vəzir başını qaldırıf baxmırdı. Şah oğlu Şah Abbas zox fikir verdi, gürdü kü, hez Allahverdi xan vəzir bu səhniyə fikir vermir. Dedi:

– Vəzir, sən bu güzəlliyə qiymət vermiyəndə demək sənin qanın sudu?

– Yox, yox, ağam, yox – dedi, niyə elə deyirsən? Mənim mey­limə qonmur, sən onu o qədər tərifləyirsən ki, bu tərifə o dəymir axı.

Şah Abbas dedi, Allahverdi xan vəzir, sən nə danışırsan, bunnan güzəl də xilqət yaradıfmı İlahi?!

Dedi, bəli, bəli. Təbriz şəhərində Batmanqılınc Məhəmmə­din bacısı Pəri xanımın əlinə su tükməyə yaramaz sənin bu Pərlamın, hez qavağında kənizdiyə yaramaz.

Şahın güzdəri kəlləsinə zıxdı, dedi, ayə, vəzir, babanın zıqqası haqqı sən dediyin düz olmasa başın qılıncdan kezəjək.

Dedi, olsun, şahım, nə deyirəm?

– Vəzir, dərdi bilənin üzü dərmanını da bilər. Ona bir zarə.

Dedi şah sağ olsun, əvvəlcə mən sana bir iş deyəjəm. Batmanqılınc Məhəmmədin bajısı Pəri xanım Tufarqannan gəl­miş aşıq Abasa nişannıdı. Üzü də yarım nigah oxunuf, indi üzün bil. Lazım olsa gedək gətirək. Şah dedi, əgər onu gətirsək, ona mən evlənməsəm də, o mənim Pərlanımdan güzəl olsa, sana zaval yoxdu, yaxşı xələt verəjəm. Yox, sən ki, mənim burda sıdqımı sındırdın, onnan güzəl olmasa, gənə də deyirəm, bava­mın zıqqası haqqı boynunu vurdurajam. Tədbir belədi, indi üzün bil. Vəzir Allahverdi xan dedi, şahım, o qızı bura gətirməkdən ütrü Batmanqılıncı da, Tufaqannı Abbası da Təbrizdən aralamax lazımdı. Onnan sora qızı gətirmək mümkün olar.

– Qızı kim gətirəjək?

– Ən qəddar cəlladın kimdi?

Dedi, Becən.

– Becən elə bir cəlladıydı ki, anasının düşünü kəsərdi “uf” deməzdi.

Padşah əmr verdi Becən gəldi.

Dedi, üzgə kim?

– Bir də nənəyin kecavasını zəkən Sarı Xocanı gətirt.

Sarı Xocanı da zağırtdırdı. Mətləbi üzünə də Şah Abbas əyan elədi.

Vəzir dedi:

– Şahım, onda belə bir fərman ver ki, Batmanqılınc bu günnən başdıyıf Dərbənd xanlığının xəracını yığmağa gündə­rilsin. Bu da inşaallah iki il zəkəcək, iki ilətənə də sən nə istəsən eliyə bilərsən. Ancaq on gün bu fərraşdan sonra ayrı bir fərraş gündər ki, guya Tufarqannan kağız gətirif ki, Ay Tufar­qannı Abbas, anan can üstündədi, sənnən savayı hez kəsi yoxdu, qar­daşın Qəmbər də canını sana tafşırıf hükmən gərək gəlif ananı üzün dəfn eliyəsən. O vaxtı bu məktubdan sonra Abbas da du­rası düylü, zıxıf, varıf gedəjək. Orda qalajax Pəri xanım. Bat­man­qılıncın yerində Pəri xanım oturajax. Sənin də mühürün Allaha şükür orya işdiyir. Güstəriş verəjəsən, qız üzü gələjək.

Bu fikir zox yaxşı bəyənildi. Zağırdılar xəttətdarı, kağızdar yazıldı, mühürləndi. Batmanqılınc Məhəmmədə yazıldı ki, Qaf­qazdan bəri, Dərbənddən bəri hər yerin vergilərini yığmalı­san. Danışıldığı kimi də oldu, on gündən sonra da Abbasın üstünə kağız yazdılar. Guya kağız Tufaqannan gəlif. Kağızı apa­ran da Tufarqannandı, İsfahannan düyül. Bu ikisi getdimi? Ara­dan on gün kezənnən sora Sarı Xoca, Dəli Beycan, Allahverdi xan kecavələnif yola düşməkdə olsunlar. Sizə gənə Təvrizdən danı­şem. O ku, Pəri xanım Məzə dağınnan qayıdıf gəldi, elə ki, Abbas Pərinin peş­vazına zıxıf Pəriyi qarşıladı, ürəyi durmadı gütürüf gürək nə dedi:

Başına dündüyüm alagüz Pəri,

Elə bildim sonam bu sudan gəlir.

Müjgan atdı, dəyif keşdi sinəmnən,

O cadu qəmzələr bu sudan gəlir.
Ürtüfdü başına kalağay gəzər,

Altınnan nimtənə, qızıl düymələr.

Yaraşır belinə zərbafdan kəmər,

Zəpkənli, zarğatlı ağ bədən gəlir.


Abbasam, zəkərəm aman-amana,

Bir nə ola, əlim zata canana.

Qoynun izi dünüb bağı-bostana,

O sərxoş sevdiyim Məzədən gəlir.

Pərinin küzü-küməni təzəcə gəlif zatmışdı. Pəri xanım Abbasnan əməlli-başdı hal-əhval eləməmişdi. Bir də xavar zıxdı ki, deməzsənmi Allahverdi xan vəzir bir nezə adamnan Batman­qılıncın sarayına gəler. Hələ olar saraya gəlif zatmamış üzdərin­nən qavax bir zapar gündərdilər. Zapar üzünü saraya yetirif Batman­qılıncın qarşısında baş əyif, təzim eliyənnən sonra zıxar­dıf ona bir namə verdi. Batmanqılınc naməni oxuyannan sonra bildi ki, Dər­bəndin yeddi illik badi-xəracını yığmağa getməlidi. Naməni alan kimi Abbası yanına zağırdı. Dedi, ay Abbas, sən o tərəflərə ya­xınsan, Dərbəndi də hez gürüfsənmi?

Dedi, bəli, bir dəfə o tərəflərə yaylağa zıxmışıq.

– Oralar nə təhər yerdi, mənə süznən təsvir eliyə bilər­sənmi?

Abbas “baş üstə” – deyif sazı sinəsinə sıxdı:

Ay ağalar, mən tərifin eyliyim,

Nə əcəb düşübdü yeri Dərbəndin.

İskəndər əliynən bərqərar bilin,

Zəkilifdi bürcü-barı Dərbəndin.


Dərbənd dedikləri bağzadı, bağdı,

Alt yanı dəryadı, üst yanı dağdı.

Zox əcəb gəzməli, səfalı zağdı,

Xəstəyə şəfadı narı Dərbəndin.


Dərbənd güzəlləri qəsirdən baxar,

Gələni-gedəni odlara yaxar.

Cümədən-cüməyə seyrana zıxar,

Gəlini, həm qızı, dulu Dərbəndin.


Sən gedirsən o Dərbənddə qalmağa,

Ləldən, cəvahirdən ələ salmağa.

Yeyib-yedirməyə, qonaq olmağa,

Səxalıdı oğulları Dərbəndin.


Düşündə zeşmələr, zirvəsində qar,

Güzəlində həya, iyidində ar.

Elə ki, qış kezdi, azıldı bahar,

Laləzardı sağı, solu Dərbəndin.


Düyüsü əkilif Gilandan gəlir,

Sürüsü zəkilif Muğannan gəlir.

Zindən, Hindistandan, Yəməndən gəlir,

Darzını, mixəyi, hili Dərbəndin.

Düşməninə zalım, dostuna mərddi,

Səyyadı alıcı, bərəsi bərkdi.

Sıldırım qayalı, havası sərtdi,

Hər yana işləyir yolu Dərbəndin.


Cümə məscidində qılırlar namaz,

Ağam Əli orda olub pişnamaz.

Bu süzləri deyər binəva Abbas,

Məhəmməd dəstində əli Dərbəndin.

Abbasın Dərbəndi belə tərifləməsi Batmanqılınc Məhəm­mə­din xoşuna gəldi. Dedi, Abbas, mən səksən nəfər sərbaznan atdanıf gederəm, ancax sən mənim yerimdə qalırsan. Bütün sər­kərdələri, qulluxzuları zağırıf Abbasın əlinin altınnan kezi­rən­nən sonra, hamının büyükcəliyini Abbasa tafşırannan sora Batman­qılınc da, səksən nəfər də üzlərinnən gütürüf atdara, dəvələrə minif də “Dər­bənd” – deyə yola düşdülər. Bunnar yola düşənnən sora Abbas dedi, ey dili qafil, mənimkini Allah yetirdi. Kim bilir Batmanqılınc səfərdən nezə müddətdən sonra qayıdajax. Ona­tana gejəli-gün­düzlü Pəri xanımnan kezirəjəm vaxtımı. Ancax həqiyqata zatanda gürdü kü, Pərinin anası qızı elə yerdə saxlıyır ki, iki min ayaxlı nərdivan da olsa, Abbasın əli orya zatmıyajax.

Abbas işi belə gürüf xeyli fikirrəşdi. Ürəyində gütür-qoy elədi. Nəsə bir tədbir gürə bilmədi. Əsmər xanımı da gürə bilmədi, elə bil Əsmər xanım da yoxa zıxmışdı.

Sizə hardan xavar verim, qırx aşıxlar məclisində nar gətirən qarıdan, Əsmərin nənəsinnən, Qarı eşitdi ki, Batmanqılınc Dər­bəndə tüycü yığmağa gedif, yerinə də Abbası qoyuf. Dedi, bir gedem Abbasa baş zəkem, bəlkə ixtiyar zağımda mana da bir gün ağladı. Bu niyyətnən qarı Abbasın yanına gəldi, hal-əhval elədi. Dedi, Allaha şükür, ay bala, eşitdim Batmanqılınc sana büyük eti­bar eliyif, üz taxtını sana tafşırıf. Kefin-əhvalın yaxşı­dımı, nişan­nın­nan gürüşürsənmi? Abbas dedi, ay qarı nənə, Pəri xanımı Məzə dağınnan gələnnən sora uzaxdan-uzağa bircə dəfə gürmü­şəm, əhvalımı hez xavar alma.

Qarı dedi, daşdara dünüm, bala, nənənə bir qırmızı tuman­nıx alarsansa, sizi bu gejə gürüşdürərəm.

Abbas dedi, o mənim başım üstə. Belə deyəndə qarı dedi gejə filan bağın büyrünə gələrsən, mən üzüm də orda durajam.

Vədələşdikləri vaxtda Abbas şərtləşdikləri yerə gəlif gürdü ki, qarı gəlif zıxıf. Qarı Abbası gütürüf apardı qaz damında giz­dət­di. Abbası qaz damına salıf ağzını qıfılladı getdi Pəri xanımın dalıy­can. Getdi, bir azdan qayıdıf gəldi, Pərinin yerinə ayrı bir adam gətirdi. Gətirdiyi də kim olsun, qarının üz oğlu. Oğlan gə­lən kimi Abbasın yaxasınnan yapışdı, dedi, belə filan oğlu, savax­ları saray­da mana bir qulluq verməsən, bu saat aləmi burya tükəjəm ki, Ab­bas bizim qazdarmızı oğurlamağa girif.

Abbas dedi, aya, sən dəlisən, nəsən, nə qaz oğurlamağıdı, sən nədi danışdığın?

Dedi, istiyirsən süzümə əməl elə, istiyirsən eləmə.

Abbas dedi ki, qardaş, mən sən dediyin işi gürə bilmiyəjəm, istiyirsən nə eliyirsən elə.

Belə deyəndə oğlan elə bir qara-qışqırıx saldı ki, səs-küy dünyanı başına gütürdü. Qazdarın səsi oğlanın səsinə, qarının səsi bulara qarışdı. Bir süznən, Təvrizdə bu həndəvərdə nə qədər adam yaşayırdı hamı tükülüf səs-küyə yığıldı. Oğlan da bir tərəfdən hey qışqırırdı, ay camahat, qoymuyun, Abbas qazdarı­mızı oğurluyur.

Camahat baxıf gürdü ki, doğurdan da toyux damındakı Abbas üzüdü. Fikirrəşdilər ki, əyə, bu gürən dəlimi oluf bir kasıf qarının qazdarına güz dikif. Bu boyda sarayda yeyif-izmək ona qəhətmi oluf ki, bu qaz oğurluğunnan yapışıf.

Nəsə, səhərətən bu qara-qışqırıx davam elədi. Hamı Abbası qınadı, hez kim güzünə inanmadı. Savax azıldı, üstünüzə xeyirri savaxlar azılsın, inşaallah, bu hay-küyə Pəri xanım da gəlif zıxdı. Pəri xanım Abbası belə vəziyyətdə gürüf onu məzəmmət elədi. Abbas Pərinin bu məzəmmətinə düzmədi, telli sazı sinəsinə müstəkəm eliyif gütürdü gürək nə dedi:

Başına dündüyüm, ay Gülgəz Pəri,

Tanrı səni mənnən ayrı salmasın.

Hax gütürsün bu qarıyı aradan,

Nişanası qiymata qalmasın.


Gedəni gəlməsin, yatanı ülsün,

Güz-güz olsun, qabıx qoysun, soyulsun.

Hər yanınnan səkkiz piltə qoyulsun,

Yerini yıxşırıf salan olmasın.


Tamam pozdu o, Abbasın halını,

Ona neynəmişdim tanrı zalımı?

Zəkim ciyərinə mən xəncəlimi

Tabutuna yaxın gələn olmasın.

Süz cavabı tamama yetmişdi. Qarının oğlu dedi, əyə, zalım oğlu, sən mənim anama nə qarğış eliyirsən? Sən həm mənim qazımı oğurruyasan, həm də bizi qarğışdayasan?

Abbas dedi, qulaq as:

Bəd oğulu əzəl başdan tanıram,

Zür-züp yığar yad ocağnı yandırar.

Səhər durar ar-namusun güzdəməz,

Suyu tükər üz ocağın sündürər.


Ulğum coşa gəlsə, küpük yağ olmaz,

Süyüt bar gətirif bağza-bir olmaz.

Zibil təpə olsa, küllük dağ olmaz,

Yel əsdikcə alzaxlara endirər.


Abbas bu süzdəri deyər sərinnən,

Arxı qazın suyu gəlsin dərinnən.

El bir olsa, dağ oynadar yerinnən,

Süz bir olsa zərbi gərən sındırar.

– Sən o bühtanı, o şəri mana nə qədər desən el ona inan­maz, camahat ona inanmaz, məni sən ləkəliyə bilməzsən.

Bu məqamda bir atdı gəldi. Fərraşdar gəldilər ki, Abbas, Tu­farqannan sana namə gəlif. Abbas naməni azıf oxuyuf, orda yazı­lanları Pəriynən qaynanasına güstərdi. Naməyə yazılıf ki, Abbas, qardaşın Qəmbər dünyadan iki aydı küzüf, onun dər­din­nən anan vərəm bağlıyıf, yaşıya bilmer, ya bu gün, ya sabah dün­ya­dan kü­zə­sidi. Başını orda istat, burda qırxdır... Abbas neylə­sin? Məlul-mə­lul Pərinin üzünə baxdı. Pəri dedi, Abbas, ana haqqı Allah haqqıdı, anayın dalınca getməlisən. Pərinin bu süzünnən sora Abbas gürək gütürüf nə deyir, tətəfinnən ərz eliyək, sizə can sağlığı:

Durum dolanım başına,

Ala güzdü yar, gedirəm.

Ülsəm, boyuna sadağa,

Qalsam, intizar gedirəm.


Namərdə etmə minnəti,

Mərdinən kəsmə ülfəti.

Bülbül oluf gül həsrəti,

Qışı ahu-zar gedirəm.


Abbas deyər, gül bəhsidi,

Bunnan artıx dərd hansıdı.

Ayrılığın vədəsidi,

Gəl künlümü al, gedirəm.

Pərinin güzlərinnən bahar buludu kimi yaş üz-üzünə tükü­lür. Gürək Pəri xanım Abbasa gütürüf nejə cavaf verer, siz şad olun:

Başına dündüyüm gülüzlü Abbas,

Halal-hümmət eylə, gəl, onnan ayrıl.

Bilməz idim belə hicran dərdini,

Lütv eylə üzümə gül, onan ayrıl.
Qasid gəldi, qəsddən xəbər gətirdi,

“Əlif” olan qəddim “dal”a yetirdi.

Zeşmim yaşı axdı üzmü gütürdü,

Üzüm damcısını sil, onnan ayrıl.


Eşqin atəşinnən sinmədi dəftər,

Gejə-gündüz sənsən dilimdə əzbər.

Səni mən Pəriyə buta veriflər,


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə