Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə7/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   2   3   4   5   6   7   8   9   10   ...   15
TAHİR-ZÜHRƏ
Bismillah İrrəhman İrrəhim! Allahın adıynan başlanan iş uğurlu olar inşallah. Allah işlərinizi uğura calasın həmeşə. Sizin qulluğunuzda dayanan Borzalı mahalının Qarayazı bülgəsinin Ko­salı kəndinin aşığı Aslan Kosalıdı.

Ustaddar məclisə başdıyanda «Divani» oxuyur, «Təcnis» oxu­yur, «Gəraylı» oxuyur, sonra başdıyır dastana. Bizə bu das­tanı kezi­rən, üyrədən ustaddara Allah irəhmət eləsin. Qara­yazılı aşıq Alxan­nan üyrəndiyim dastanı qulluğunuza zatdırajam inşallah.

– İran ülkəsində, İran düvlətində o vaxtları Qaraman deyi­lən bülgə oluf. Burda bir padşah yaşıyırdı Tahar adında. Tahar padşa­hın bir cüt oğlu oluf, birinin adını qoyuf Hətəm Sultan, birinin də adı oluf Əhməd Xan. İki qardaş. Hətəm Sultanın bir qızı dünyaya gəler. Tahar padşah zox seviner. Üz anasının adını – Zührə adını Hə­təm Sultanın qızına layax gürüf, bunnan da adı imzalıyır inşal­lah!

Əhməd Xanın da bir oğlu var, ona da üz adını qoyur Tahar. Həməşə də uşağı «Xan Tahar» – deyə zağırer. Hası baba nəvə­sini zox istəmer?! Zünki nəvə hər şeydən üstündü.

Tahar padşah büyük səltənəti, varı-düyləti üyladlarına qo­yuf dünyasını dəyiməzdən bir az qabax, üyladlarını yanına za­ğırıf vəsiyyət eliyir ki, «mən dünyamı dəyişerəm, hər nə qoyuf gedirəmsə, hamısı halalınız olsun. Yeddi arxa dolanana qədər ağılnan işlətsəniz şükür Allahın birliyinə hər şeyiniz var. Bir şeydən ehtiyacınız olmuyacax. Mehriban dolanın, istiyirsiniz ki, qardaşdığınız daha da şirin olsun, o zaman vəsiyyət eliyirəm ki, nəvələrim Taharnan – Zührə gübəkkəsdi olsun, vədələri zatanda onları evləndirin» – deyif Allahın irəhmətinə getdi.

Hətəm Sultannan Əhməd Xana qalan var-düylət bülünür (hası qardaş axıratan bir yerdə oturor?). Hərəsi bir tərəfdə, bir barigaha sahib olor.

Hətəm Sultan ata barigahında, ata yurdunda qaler, Əhməd Xan ayrı yerdə yurd saler.

Bir müddət zox şirin dolanellar, arada büyük mehribanzılıx olor. Uşaxlar gəler – Taharnan Zührə zatellar yeddi yaşdarına. Uşax­ları məktəvə qoyullar. Uşaxlar başdıyır dərs almağa, əlif üyrənməyə. Gəlhagəl bir il, iki il, beş il. Uşaxlar bir-birinə zox mehriban olollar. Zührə Taharı zox sever, Tahar də Zührəni zox sever. Sevgi-məhəbbət dünyada başına gələnlərə ayəndi. Həddi- buluğa zatıllar. Bunnara dərs verən, bunnarı üyrədən molla Züh­rədəki güzəlliyə o qədər valeh olor ki, bilmer neynəsin, nə işnən Zührüyi üzünə ram eləsin. Ancax Zührənin meylində yal­nız Tahardı. Tahar Mirzədi. Ustad deyirdi ki, Taharın yaxşı xətti olduğuna gürə ona həm də Tahar Mirzə deyərdilər.

Bu iki məhəbbət hələ gizdindədi. Molla da nə qədər zalışdı, nə qədər əl-ayax elədi hez Zührənin günlünü ala bilmədi. Ney­nəsin, şeytan birdən insanın günlünə zox xayınnıx verer. Zünki şeytan həmeşə onun künlündədi. Şeytan vəsfəsələndirdi. Bir ne­zə dəfə molla Zührüyə azılmaq istədi. Ancax azıla bilmədi. Dü­şündü ki, neynəmək lazımdı. Qərara gəldi ki, hükmən Züh­rəy­nən Taharın arasını vurmax lazımdı. Uşaxların arasına süz saldı, yalannan uydurmalar danışdı. Neynədisə, gürdü yox, bu iki ca­van, dərs oxumax əvəzinə həməşə bir-birinnən şirin sühbət­də­di­lər, bir-birini məhəbbət alışdırıf yandırer.

Əmmaməsini başına qoyuf, zuxasını əyninə geyif, belini sarıyıf, əlinə hasa alıf, qədəm-qədəm Hətəm Sultanın evinə gə­lif, salam-kalamnan sonra Hətəm Sultana eyhamnan qandırdı ki, belə də olmaz axı, bu uşaxlar dərs oxumor, məhəbbət eşqinə tü­şüflər. Məhəbbət aləmindədilər.

Hətəm Sultan qardaşınnan düz gəlmerdi. Zünki qardaşının günü-gündən varı-düyləti arterdi, bununku geri gederdi. Ney­nəsin atasının dərgahında bir fitnə qaldırsın?! Əhməd xanın ba­şına bir oyun gətisin.

Hətəm Sultan molluya dedi, hələ sakit ol. Uşaxlar üz yoluna gələllər, sənnik düyü.

Molla gənə fitniyə başdadi. Bir gün, beş gün, axırı Hətəm Sultanı bezdirdi. Hətəm Sultan uşağın anasını zağırıf tafşırdı ki, uşağı məktəvə qoyma.

Bir gün ana təpindi uşağına ki, sən məktəvə getmiyijəsən! Züh­rə işi başa tüşüf, Tahar Mirziyi gürən vaxtı, dedi, ay Tahar, dilim­nən dərdimi deyə bilmiyəjəm, gəlginən sana saznan dərdimi deyim.

Tahar dedi: – Nəydi, noluf?

Zührə dedi: – Qulağ as!


Xəbərin yoxdu xəbərdən,

Nə gəzirsən, əmimoğlu?!

Sən əmdikcən qənd-şəkərdən,

Nə qanersan, əmimoğlu?!

Tahar Zührənin üzünə mat-mat baxer. Deer, hər dəfə məni üpüf qucaxlıyan qız, indi nəydi danışdığı?

– Gütürür süzün o biri bəndini, gürək nejə deyəjək.

Başımdakı tirmə şaldan,

Üzümdəki qoşa xaldan,

Sən umursan ləbi-baldan,

Utanersan, əmimoğlu.


Mən Zührəyəm qələm qaşdı,

Gərdinimdə qulaş saşdı.

Mən yazığı güzü yaşdı,

Sən qoyarsan, əmimoğlu.

– Ay Zührə, nədi dediyin?

– Ay Tahar, bir az həyalı lazımdı, bir az həyalı dolanmax lazımdı. Sən az qalırsan bağrını yarıf məni izinə addadasan. Belə də olmaz.

Tahar dedi, əmqızı, belə də olmasa məhəbbət, eşq olmaz axı.

Bəli, molla üz işindədi, fikirrəşer ki, neynəsin buları tezlik­nən bir-birinnən ayrı salsın. Nezə dəfə əyax düyəsiydi?

Hətəm Soltan həyat yoldaşını zağırıf Zührənin məktəvə get­məsini qəti qadağa elədi. Bir gün, beş gün, on gün Tahar Mirzə geder məktəfdə Zührə yoxdu ki, yoxdu. Üydə zürək yeməz oluf, atasınnan-anasınnan süyləməz oluf. Geder, gəler fikir izindədi. Bir gün də, gənə ümütnən getdi ki, gedif məktəfdə Zührüyü gürəjək. Gürdü xeyir, Zührənin əyləşdiyi yer boşdu ki, boşdu. Gütürür orda oğlannara, qızdara nə deyəjək, biz deyək, siz şad olun inşallah:

Belə güzəl doğub hansı analar,

Nədən hamı gəldi, Zəhrəm gəlmədi.

Gürüm veran qalsın mollaxanalar,

Nədən hamı gəldi, Zührəm gəlmədi?

Taharın belə yanıxlı oxumasına tayı-tuşu, yoldaşdarı da düzmədilər, başdadılar güzdərinnən yaş tükməyə. Onatana aldı Tahar birni də:

Zalım molla gedif nələr deyifdi,

Mən bilerəm Hətəm onu düyüfdü.

Ağlamağı əlif-qəddim əyifdi,

Nədən hamı gəldi, Zührəm gəlmədi?!

Bu müşgülə kim kümək eliyə bilər, bu işə kim əncam zəkə bilər? Oydu ki, aldı Tahar gürək dahi nə deyəjək:

Azılar zizəklər, baharrar, yazdar,

Ağlıyar Taharın sümüyü sızdar.

Sizə qurvan olam, oğlannar-qızdar

Nədən hamı gəldi, Zührəm gəlmədi?

Süz cavabı tamama yetişdi. Oğlanlara, qızdara yalvar­max­nan Tahara nə kümək? Neynəsin?

Atasını xəvərdar elədi, dedi, babeyi mehriban, başıma belə işdər gəlif.

Əhməd Xan bir nezə ağsaqqal-ağbirzəknən Hətəm Sultanın üstə gəldi, dedi, qardaş, uşaxlar həddibuluğa zatıf, vaxtdarıdı, evləndirmək lazımdı.

Hətəm Sultan dedi ki, Əhməd kişi, sənin məndə, mənim səndə itiyim zadım yoxdu. Hər kəs üz yerində olsun.

Əhməd xan qəzəbə gəldi, dedi, sən atamızın dediyini, atamızın vəsiyyətini yerəmi salmax istiyirsən?

Hətəm Sultan dedi, atamızın ixtiyarı üz üvladına zatardı, mənim oyladımda ixtiyarı yoxdu. Mən qızımı kimə istəsəm, ona verəjəm. Sən də get oğluna kimi istiyirsən tapgınan.

Əhməd xan kor-peşiman elzilərnən geri dündü.

Taharnan Zührə neynəsin? Gürüşməlidilər. Bir tərəfdən Tahar vaxtı xəlvətdiyif əmisinin üyünə getdi. Taharı gürən Züh­rə sarmaşıx kimi Taharın boynuna sarılan vaxtı Hətəm Sultan bunu gürdü. Kəlləsinə qeyz vurdu, təpəsinə qan sızradı. Qızını, arvadını düydü. Taharı tutuf zindana saldırdı.

Əhməd xan günnərnən başdadı gəlif-getməyə.

– Qardaş, insafa gəl, ətəyindəki daşı tükgünən. Qardaş qar­daşa zulum eləməz; bizim atamızın vəsiyyətidi. İnşallah, Allaha şükür, varımız-düylətimiz başımızdan aşer. Oğul da sənindi, qız da sənindi, gəl bu işi eləmə. Hətəm Sultan «yox» – dedi ki yox!

Əhməd xanın da üz mənliyi varıydı. Dişinin divinnən gələni Hətəm Sultanın başınnan yağdıran vaxtı qardaşı əmr elədi ye­rindəjə Əhməd xanı üldürtdürdü, doğma qardaşının ümrünə xi­tam verdi.

Allah güstərməsin, xalxın izərisinə vahimə düşdü. Camaat zox narazılıx elədi. Hətəm xanın bu hərəkətinnən.

Hətəm Soltanın ürəyi bunnan soyumadı. Əmr verdi ki, Ta­harı da dar ağacına gətirin.

Cəllad əmrə müntəzirdi, cəlladın nə işinə qalıf, Hətəm Sultan Allah verə camaatın hamısını qırsın.

– Padşah sağ olsun, əmrini yerinə yetirəjəm, nə buyurursan əmir ver.

Dar ağacına gətidilər Tahar Mirzeyi. Bu vaxtı Tahar Mirzə gürdü ki, bah, iş-işdən kezif. Orda gütürüf gürək nə diyəjək, biz deyək, siz şad olun, inşallah!

Tayım-tuşum yığılıfdı yanıma

Taxsırsızam yox günahım, xan əmi.

Zalım molla nə susayıf qanıma,

Taxsırsızam, yox günahım, xan əmi!

Cəlladdar kiminin əlində qılınc, kiminin əlində yağlı kəndir əmr güz­düyüllər. Gütürür gürək birini də.

Dəryalarda olar dərin adalar,

Künül dost yolunda saldı cadalar.

Məktəb şagirdləri, mollazadalar,

Diləyillər iltimasım, xan əmi!

Zührə bu haq-hesavı gürüf güzdərinnən bahar buludu kimi yaş tükə-tükə kəlayağısını atasının ayağının altına atdı. Baba, sən nə qayırırsan, nə iş gürürsən?

Baba təpiknən qızı vuruf itəliyən vaxtı, gütürür burda Tahar Mirzə gürək nə deyir, siz şad olun.

Güzəl kəklik kimi səsə gəlifdi,

Telləri sərində bəsə gəlifdi.

Ay həzərət, iltimasa gəlifdi,

Zührə kimi xoşzəbanım, xan əmi!

Tahar süzünü tamama yetirən kimi şahın vəziri irəli yeridi, dedi, şah sağ olsun, bu gün qəzəbə gəlifsən, nə iş gürürsən? Atasını üldürdün, oğlunu üldürməyə Allah təbəkərallah sana ix­ti­yar verməz. Cavandı bunu üldürmək olmaz. Evi boş, həyəti sahıv­sız qoymaq olmaz. Nəsli kəsmək olmaz, ona gürə sürgün elə.

O vaxtı Hətəm Sultan əmr elədi:

– Bütün qullarınnan baravar bunu burdan iradd eliyin get­sinnər!

Taharın üzünnən güzəl yeddi qulu varıydı. Qol-qola zat­dı­lar, hamısının qollarını geri yannan bağlıyıf, cəlladların qava­ğına qatdılar ki, bunnarı Türkiyə vilayətinə, Osmannı torpağına aparıf ütürsünnər. Ancax molla qisaszılığınnan gənə də əl zek­merdi. Hətəm Sultana dedi ki, ilanı üldürüf balasını niyə sağ buraxersan. Qorxmorsanmı vaxt gələr gəlif sənnən qisasını alar. Nə qədər fürsətdi Taharı da məhv elə.

Hətəm Sultan dedi, molla, ağsaqqallardan, bir də el tənə­sinnən qorxoram, yoxsa onu da atasının dalınca o dünyalıx eli­yərdim. Ancax cəlladdara tafşırdı ki, yol boyu bunun qulları­nın hamısının boynunu vurun. Üzünü də buraxın, qoyun iradd oluf getsin.

Bəli, İrannan Türk sərhəddinə gəlif zatdılar. Başdadılar qul­ları bir yerə yığıf üldürməyə. Tahar Mirzə baxdı ki, yox, iş-işdən kezif, qulları qırajaxlar, gürək cəlladlara nejə yalvarer, biz deyək, siz şad olun inşallah:

Sizə yalvarıram, sultan cəlladı,

Üldür məni, aman, qulu üldürmə!

Ədalət, səxavət, ixtiyar sizdə,

Üldür məni, aman qulu üldürmə!

Onatan cəlladın biri Tahara yaxınnaşıf dedi, ayə, istiyirsən sənin üzünü birinci üldürüm, hez qullarıyın ülümünü gürmə. Tahar Mirzə gütürür birini də:

Hər tərəfdən məlul-məlul baxıllar,

Şirin canımı eşq oduna yaxıllar.

Taxsırsızdı canlarınnan qorxullar,

Üldür məni, aman qulum üldürmə.
Tahar mənəm, sarvanı yox karvanam,

Günahım yox, mən təxsirsiz bir canam.

İstərsiniz mən də sizə qurvanam,

Üldür məni, aman qulum üldürmə.

Süzə baxmadılar, Taharın qullarını tamam qırdılar. Qana bə­lədilər, Allah güstərməsin. Hətəm Sultanın əmrinnən zıxmax olmaz. Zünki o, nə dedi o da olmalıdı. Ona gürə də Tahar Mir­zənin qollarını azıf dedilər: Oğlan, atayın zürəyini yemişik, sana qıymerıx. Sən də üləsisən. Bizə daldeydan tapşırıxdı ki, səni də üldürək. Amba sana qıymerıx. Allahı isteyirsən elə get­ginən hez yerdə də bizim adımızı zəkməynən.

Bəli, Tahar günə bir mənzil, teyyi-mənəzzil tək-tənha qərib ülkədə yolu başına gütürüf üz qoydu tanımadığı, gürmədiyi şəhərə varid oldu. Allah hez kimə güstərməsin qəribliyi. Osman­nı torpağınan Qarsa gəlif zıxdı. Qəribin sahabı Allahdı, konulları işıxlandırer. Tahar Mirzeyi Xanverdi deyilən bir kəsin yanına gətdilər. Tahar Mirzədən soruşdu: – Oğul, sən nerəlisən, nəzi­sən, bu vilayətdə nə edirsən?

Tahar Mirza ağlıya-ağlıya gütürüf gürək nə deyir, siz şad olun inşallah:

Vətənimnən cida düşdüm,

Qan ağlar ellərim mənim.

Bülbüllər kimi gülşanda

Boş qaldı güllərim mənim.

– Oğul, başına gələn qəzeyi-qədəri təmiz deynən, nədi belə ağlıyırsan, noluf şükür Allaha!

Qulaq as, baba:

Hər nə oldu mana oldu,

Saraldı gül rəngim soldu.

Sağımda-solumda üldü,

Nüvcahan qullarım mənim.
Xan Taharın bu zağında,

Sinəsi Zührə dağında.

Qaldı hovuz qırağında,

Sonalı güllərim mənim.

Xan Taharın başına müsibətdər gəlif, yanında nüvcahan qulları ülüf, Vətənnən didərgin tüşüf, qırağa zıxıf. Xan Zührənin dərdi birəbeş…

Xanverdi kişi Taharı oğul kimi qəbul elədi. Güstəriş verdi paltarı dəyişdirilsin, hamamlansın.

Tahar Mirzə burda qalmaxda olsun, sizə hardan xavar verə­jəm Zührədən. Zührə nə haldadı, başına nə müsibətdər gəlif?

Aradan 3-4 ay kezmişdi. Molla yavaş-yavaş başdadı Zührə xanıma yaxınnaşmağa. Dərdini azmaq istədi ki, sənnən ütəri dəli-divanıyam. Bu işdər, Taharın başına gətirdiyim bu müsibət­dər hamsı sənin eşqinnən ütrüdü, yoxsa mənim Taharnan nə işim varıydı. Molla Zührüyə bu süzdəri deyəndə qız dedi:

– Molla, yolunu zaşma, bir də mana bu süzdəri desən, baba­ma deyərəm. Babam səni duz daşı kimi əzdirər. Kirmiş dur, bu sirri bir də azma, nejə bilersən elə də qoy qalsın.

Molla dedi, yox, Zührə, sənnən dünmək yoxdu. Sən saydı­ğını say, gür fələk nə sayır?!

Zührə ah-vay izində, Zührə dərd izində, Tahar Mirzənin dərdi, əmisi Əhmədin dərdi qızı haldan salıfdı. Gəzə-gəzə gəlif əmisinin üyünə zıxdı. Tahar gəzən otaxları gəzif, başına qara bağlıyıf, Allah hez kəsin başına gətirməsin. Gürdü imarət boşdu, hez kəs yoxdu. Gütürdü bu məqamda gürək sinəsinə nə gəldi, tərəfindən zatdırax, xoşbaxt olun.

İmarətlər, sizdən xəbər alayım,

Sizdə gəzən xanlar xanı nejoldu?

Künül qəmli bu viranı gəzəyim,

Sizdə gəzən xanlar xanı nejoldu?
Hanı bəs baharım, hanı bəs yazım,

Hanı bəs sühbətim, hanı bəs süzüm?!

Nejoldu ürdəyim, nejoldu qazım,

Sizdə gəzən xanlar xanı nejoldu?

Əhməd xanın xanımı Nazpəri xanım otaxlardan gələn səsə tərəf gələndə gürdü ki, Zührə xanımdı, qan-yaş tükə-tükə şüvən qoparer. Geri yannan yaxınnaşıf Zührüyü qucaxladı, bağrına basdı. Nazpəri xanımın güz yaşı Zührəninkinə qarışdı, Zührə­ninki Naz­pə­ri xanımınkına, bir müddət belə qaldılar. Dinmə­dilər, danışma­dılar, elə hey ağladılar. Bir azdan Nazpəri xanım üzünə gəldi, üzü­nü Zührə xanıma tutuf dedi: – Qızım, qızım, Allah bizi bu dərdə salanı bunnan büyük dərdə salsın. Onatan Zührə gütürdü birni də gürək nejə dedi:

Zührəyəm, zəkərəm ahınan-zarı,

Getməz ürəyimin qəmi, qubarı.

Bir desən neynədin sən Xan Taharı,

Səndə gəzən xanlar xanı nejoldu?

Nazpəri xanım bir qədər Zührənin künlünü aldi, üz-güzün­nən üpdü, otaxları gəzdirdi. Başına taytuşdarı-qızdarı yığdılar. Xeyli sühbətdən sonra Taharın nejolduğu, harya getdiyi hələ bulara bəlli düylü. Zührə yerinə-yurduna sığışmer ki, sığışmer. Qızdarı belə gürüf, onnara dərdini nejə deyəjək, siz şad olun, inşallah.

Qızdar, gəlin sizə dərdim süülüyüm,

Taharın sir süzü yadıma düşdü.

Pünhanı dərdimi bəyan eyliyim,

Taharın sir süzü yadıma düşdü.

Cavannıxdı, güzəllikdi, eşqdi. Hamı bir-birinə dərdini süylüyür.

Axşam-səhər gəlib məni bəllərdi,

Üpərdi üzümnən, düşüm əllərdi.

Üzü gəlmiyəndə qasid yollardı,

Taharın sir süzü yadıma düşdü.
Zührə deyər zülm elədim üzümə,

Əcəb yandım beyvəfanın küzünə.

Bulaq üstə su səpərdi üzümə,

Taharın sir süzü yadıma düşdü.

Bəli, Zührə bu dərddə, bu qəmdə, Allah sizə dərd-qəm verməsin inşallah! Zührə Taharın yolunu güzdəməkdə, Taharın dərdini zəkməkdə olsun, gürək Taharın başına nələr gəldi?

Xanverdi Süvdəgər ki, Taharı üzünə oğulluğa gütürdü. Paltarını dəyişdirtdi, yedirtdi, izirtdi. Bir ay kezmişdi, Xanvrerdi Süvdəgarın qızı Taharı gürdü. Taharı gürən kimi qız ona vurul­mağa başdadı. Ancax Tahar güzünün qulağınnan da bax­mer qı­za. Qızın adı Bolqarlı Xatın idi. Nə qədər hərrədi, neynədi Taha­rı tora sala bilmədi. Qız bir gün dərdini atası Xanverdi Süvdə­gara danışdı, Tahara vurulduğunu bəyan elədi. Atası dedi, qızım, bir az səbr elə, mən üzüm Taharın fikrini üyrənərəm, irazılıx versə zox yaxşı olar, həm kürəkənim olar, həm də oğ­lum. Gürürəm üzü də xan oğludu, zox ləyaqatdı oğlandı. Zağırt­dırdı Taharı hüzuruna, dedi kefiyin harasıdı, nə təhərsən?

– Zox sağ ol, əmi, Allah sənnən irazı olsun, zox irazıyam. Məni belə qəbul eliyif üz oğlun kimi saydığına gürə sana ümrüm boyu duvazıyam.

– Oğul, burda bir fikir də var.

Tahar dedi, baba, sənnən qavax qoy mənim bir nezə xana süzüm var, onu deyim, sora lazımsa sən də deyərsən. Bunu deyif Tahar gürək gütürüf nə dedi, siz xoşbəxt olun:

Baş gütürüf ayağına gəlmişəm

Hər yerdən kəsilif əlacım, əmi!

Ayax torpağına ziyarətim var,

Əgər qəbul olsa meracım, əmi!

– Bala, meracın da qəbuldu, hər bir şey də. Mənim güzü­mün ağı-qarası bir qızım var Bolqar Xatun. O nişannıdı. Eşit­mişəm, o, da güzünü sana dikif, nişannısına getmək fikrində dü­yü. Tay-tuş arasında da, oğlan da mənim yaxınımdı, qohumluğu zater. Süz-gap olor, sənin fikrin nədi?

Tahar dedi, qulaq as:

Kim sevər ürdəyin, kim sevər qazın,

Kim zəkər işvəsin, kim zəkər nazın,

Pərdeyi-ismətdə Bulqarlı qızın,

Hax bilsin o, mənim bir bacım, əmi!

Xudaverdi Süvdagar əlini üzünə qoyuf, Taharın üzünə müykəm-müykəm baxdı. Onacan Tahar aldı birni də:

Atdılar vətənnən məni irağa,

Kimim var dalımca düşə sorağa.

Xan idim zıxardım ağır yığnağa,

Taharam, boş qaldı taxt-tacım, əmi!

“Əmi” – deyəndə kişi başdadı ağlamağa. Tahar başına gə­lənnəri, atasının ülümünü, qullarının ülümünü, üzünün zəkdiyi əziyyətdəri bulara danışan kimi, Allah güstərməsin, ağlaşma qopdu. Bulqarlı Xatın irəli yeridi.

Dedi, oğlan, dərdini indiyətən manna demiyifsən, zox da mən sana vurulmuşam, amma bunnan sonra sən mənim qar­daşımsan. Ürəyə zor eləmək olmor, neynəmək. Allah səni üz süvgünə qovuşdurar, inşallah! Ancax sənnən xahişim odu ki, bir nezə gün də bizdə qal, barabar bağlarımızı seyr eliyək.

Bəli, bağı gəzərkən, bülbüllərin səsini eşidəndə, bu qənirsiz güzəllikləri gürəndə məhəbbətnən dolu ürək neynəməlidi?

Bu vaxtı Bulqar Xatın güzdərini Taharın sufatına zillədi. Dedi ilahi, varsan, yoxsan, üzün bilersən, noloydu insanların hamısını bu sufatda yaradeydin. Onatana aldı Tahar gürək bağda cəh-cəh vuran bülbülə nə dedi?

...Bülbül, sənin işin qandı,

Aşiqlər oduna yandı.

Nədən hər yerin əlvandı,

Küysün altı sarı, bülbül!

Bu bir qızın geyiminə də işarəydi.

Qız dedi:

– Can-can fikri manadı.

Aldı birində də:

Bülbül, sən bəla zəkərsən,

Güz yaşın kola tükərsən.

On bir ay cəfa zəkərsən,

Bu bir ay da zarı, bülbül.


Bülbül, sən məni yandırdın,

Axar sular bulandırdın.

Gülşən bağın dolandırdın,

Yazıq xan Taharı, bülbül.

Bulqar Xatın dedi:

– Ədə, o, işarələri kimə verirsən? Doğrumu sənin xəyalın­­­nan kezerəm. Dedi:

– Yox, xanım, mənim xəyalımnan kezmersən.

Dedi:


– Bayax bülbülə dediyin süzdər, məni sənə zəker axı, belə bir fikirin varmı?

Tahar Mirzə:

– Yox xanım, bayaq nə dedim axı?

Birin də deyim qulaq as, sənnik hez nə yoxdu:

Yenə geyibsən al-yaşıl

Gəşd edirsən bağı, bülbül.


Ağlamaq mana yaraşer,

Axşam-səhər zağı, bülbül!

Tahar Mirzə üzünü bülbülə tutuf demək isteerdi ki, sənin nə dərdin? Dərd məndədi.

Bulqar Xatın:

– Oğlan, sənin nə dərdin var ki, belə yanıqlı oxudun?


  • Qulaq as.

Bülbül, səni kim uzurdu?

Yurddan-yurda kim küzürdü?

Kim süzürdü, kim izrirtdi?

Kim olmşd sağı, bülbül.

Haman Bulqar Xatın xeyli üzünə yığıldı. Dedi:

– Vallah, burda nə sirr varsa, gürək bir bu nə deyir. Süzü­nün axırın nejə deyəjək?

Maral gəzər binasında,

Tərlan yatar yuvasında.

Xan Taharın sinəsində,

Zührə yarın dağı, bülbül!

– Mənim Zührə kimi bir yarım var, ay Bulqar Xatın, sən fik­rin­dən daşın, mana bacı ol. Allahdan bərəkət, Allah da sənin üstün­də dursun. Bulqar Xatın güzünnən yaş axıtmağnan nə ol­sun? İş-işdən kezif, hər kəsin üz sahabı var. Allah hər kəsin, üzünə bir tay yazıf.

Tahar Mirzə:

– Məni babayın yanına apar, babannan halallıq alem. Mən getməliyəm.

Bəli, sühbət eliyə-eliyə Xanverdi Süvdəgarın yanına gəl­di­lər:

– Babayi mehriban, mənim fikrimə bir şey gəlif, saa bir üz bənd deyəjəm, onnan sonra məni mürəxxəs eliyə bilərsən.

Xanverdi xan:

– Oğul, de gürüm hələ nə deyirsən?

Tahar Mirzə:

Başına dündüyüm, qurvan olduğum,

Bir süzüm var sənə, Xanverdi, deyim.

Duz-zürəyin halal elə, gedirəm,

Hər yerdə o, mənə nan verdi, deyim.

Xanverdi Süvdəgar:

– Oğul, bizim borcumuzdu, qonağa hürmət eləməy, bizim qonağdan başqa kimimiz var ki, sən o süzü deyirsən? Sənin üzgə fikrinnən kezən nədi? İnşallah işin də, aqibətin də yaxşı olar.

Tahar:

– Baba, qulaq as gür nə deyirəm:



Ərzimi eylərəm mərdi-mardana,

Şikayətim vardı zarxı-düvrana.

Sübh zağı girmişdim bağı-bostana,

Bülbül də gül üstə can verdi deyim.

Mən üz gülümdən ayrıla bilmərəm. Hər şeyi sənə azıq de­mi­şəm.

Xanverdi Süvdəgar:

– Bəli, oğul, de gürüm süzünün Alməmmədi nədi?

Tahar:


Tahar Mirzə yanar eşqin küzüynən,

İşvəsiynən, qəmzəsiynən, nazıynan.

Rəqib tənəsiynən, düşmən süzüynən,

Bəlkə Zührəm mənnən yan verdi deyim.

Başıma gələn budu. Qorxuram mənim Zührəmi əlimdən ala­lar. Axirətə yana-yana gedəm. İndi sənnən mən mürəxxəs olmaq istəyirəm. Halallıq istəyirəm. Sənin qızın mənim bacım, sən mənim atam.

Bulqar Xatın yanmağnan ha düyül. Bəli, ixtiyar verdilər. Yola düşdü. Tahar Mirzə günə bir mənzil, tayyimünəzil, gəlha­gəl gəlif, us­tadlar cürə-cürə süzlər deyib. Yamən şəhərinin ya­nın­dan ke­zən­də, şah qızı Nərgiz Taharı yolda tutdu. Ovdanmı gəlerdi, hardansa gəlerdisə zox bir qüvvəli, üz yerində, üz ətrafında sayılmış bir şəx­sin qızı iydi. Nərgiz xanım Taharın əsir kimi qol-bəylərinin qar­şısına qatdırıf, qollarını bağlatdırıf, ima­rə­tinə gətirdi. Atasına dedi:

– Baba, bu qazaxdı bunu zindana salajam.

Atası:


– Sən bilərsən, kimdi sənin əlinnən alan.

Bir gün, iki gün, ancaq Nərgizin qəlbinnnən Tahar Mirzə­nin güzəlliyi getmir. Gəlir hərdən yoxluyur ki, gürsün məhbusu necədi. Bu tərəfinə, o tərəfinə hərrənir. Axırı Tahar buna müştəri güzünnən baxır:

– Qız fikrin nədi? Mənnən nə istiyirsən? Məni burya niyə gətirifsən?

Qız dedi:

– Ədə, bir maa tərif deyə bilərsənmi?

Tahar Mirzə:

– Qulaq as, deyərəm. Onnan gələsi nə var?

Budur gəlib, bahar fəsli,

Azılıfdı lala, nərgiz.

Ağzın süddü, dodax qaymax,

Dilin batıf, bala, Nərgiz!

Nərgiz bir eşqlanmağa düşdü ki, az qaldı ki, Tahar Mir­zənin qarşısında sındırıf, oynasın. Allaha and olsun, bunun kün­lünü almışam, yoxsa bu mana tərif diyəsidi? Aldı gürək ikinci bəndini:

Kəsibsən aşığın yolun,

Qırıbsan qanadın-qolun,

Tutu kimi ütür dilin,

Dünübsən bülbülə, Nərgiz !


Qızıl bazular qoldadı,

Əşrəfi ipək teldədi.

Zührənin güzü yoldadı,

Tutma məni dilə, Nərgiz!

Ülmüş şeydi, mənnən sənə yar olmaz.

Nərgiz:


– Oğlan, nə güzəl oxuyursan, birini də deynən.

Yalvartma sən Xan Taharı,

Ağlatmeynan zarı-zarı.

Məlul qoyma Zührə yarı,

Dur məni sal yola, Nərgiz!

Bəli, ordan-burdan, ay bala, zornan güzəllik olmaz. Belə bir aşiqi da əyləmək olmaz. Xan Taharı azad eyliyillər. Tahar gəl­hagəl, hansı yollarnan ki, bunu aparmışdılar, o yollarnan da gəlif Qaramana zatır. Gizlinnən gəler, bir əmizadası var idi, əmi­zada­sının, adı Mələksumaydı. Onun yanına gəlif, daldeydan üzünü gürsətdi. Mələksuma bunu gürüf:

– Əydə, üyün yıxılsın, sənin başına oyunnar gəlif, sən bura­yamı gəlifsən? Demersənmi, səni üldürəllər, asallar, kəsəllər, hardan gəlersən burya?

Tahar Mirzə:

– Mən getməliyəm. Gəlmişəm, indi, məni Zührənin yanına aparmalısan.

Mələksuma:

– Hez bir vəchlə səni Zührənin yanına aparmaq olmaz, ancaq mən bir şey fikirrəşmişəm.

Tahar Mirzə:

– Nədi fikrin?

Mələksuma bir qadın donu tapıf, Tahar Mirzeyi başdan-ayağa qadın libasına geyindirif, Zührənin yanına aparır. Gələndə gürdülər ki, Zührə xanım şirin yuxudadı. Bu vaxtı Mələksuma istədi Zührəni oyat­sın. Tahar Mirzə irəli yeridi, dedi süygülümü üzüm oya­dajam. Oydu ku, gütürüf gürək nejə dedi, biz deyək siz sağ olun.

Dan yerinə yenə düşdü nişana,

Oyan, güzdərinə qurban olduğum.

Uşdu şeyda bülbül qondu gülşana,

Oyan, güzdərinə qurban olduğum.


Alma atdım yastığına dayandı,

Yastığın da al qırmızı boyandı.

Sənnən yatan qız-gəlinnər oyandı,

Oyan, güzdərinə qurban olduğum.


Bağrım başı bar gütürməz xəzəldən,

Güz zəkmərəm sənin kimi güzəldən.

İkimiz də həmdərd idik əzəldən,

Oyan, güzdərinə qurban olduğum.


Nə vaxtandı güzüm yolda qalıbdı,

Saralıbdı, gül irəngim solubdu.

Oyan Zührə, Xan Taharın gəlifdi,

Oyan, güzdərinə qurban olduğum.

Tahar Mirzə neynədisə Zührə oyanmadı.

Belə olanda Mələksuma arvad Zührənin başının üstündə duruf gürək Zührüyü nejə oyatdı:

Xab izində yatan Zührə,

Oyan, Zührə, yarın gəldi.

Dərdə-qəmə batan Zührə,

Oyan, Zührə, yarın gəldi.

Zührə tələsik qalxıf, güzlərini oxalamadan, Mələksumaya belə cavab verir:

Mələk ana, doğru danış,

Gürən hazan gələr Tahar,

Yoxsa, yuxumu gürmüşəm,

Gürən, hazan gələr Tahar?

Mələksuma dedi ki, qulaq as, ay bala:

Muradın haqqı bitirdi,

Müjdəni qarı gətirdi.

Gətirif sana yetirdi,

Oyan, Zührə, yarın gəldi.

Zührə deyir:

Eşqin gülünə girərəm,

Sınıq künüllər hürərəm.

Sana mən müjdə verərəm,

Süylə, hazan gələr Tahar?

Mələksuma:

Sonalar güllərə cuma,

Süzü gətirdim tamama.


Sənə qurban Mələksuma,

Oyan, Zührə, Tahar gəldi.

Zührə:

Zührəyəm, qanlar ağlaram,



Bulannıq sel tək zağlaram.

Qəlbimi yara bağlaram,

Süylə, hazan gələr Tahar?

Zührə güzünü azanda gürdü doğrudan da Tahar qadın liba­sında bunun yanına gəlif. Tez soyunuf paltarını dəyişdi. İki sev­gi bir-birinə tapışmağda olsun. Xeyli dərdləşdilər, Tahar:

Zalım atan, xan atamı üldürdü,

Olsun taxtı-tacı, tarımar, yeri.

Ağladıban güz yaşımı sildirdi,

Qalmadı bir məndə ixtiyar, yeri.

Zührə cavabsız qoymadı:

Zalım atam ol atanı üldürdü,

Olsun taxtı-tacı tarımar, yeri.

Üstümüzə düşmənnəri güldürdü,

Olmasın düvləti, bərqərar, yeri.

Tahar Mirzə:

Dost-düşmənnər hər tərəfdən baxdılar,

Künlümün evini vuruf yıxdılar.

Şirin canım eşq oduna yaxdılar,

Yaxdılar sinəmin üstdə nar, yeri.

Aldı Zührə:

Əbəs bizi yaman günə salıbdı,

Dürd yanmızı qarı-düşmən alıfdı.

Demə ki, yad eldə yalqız qalıbdı,

Ala bilməz tərlan elin sar, yeri.

Mən dediyimin üstdə durmuşam, ay Tahar. Ümrüm boyu səni güzdüyəjəm. Tahar dedi:

Mən Taharam, halım müşgül olanda,

Əcəl peymanası gəlif dolanda,


Tər bağzalar saralıban, solanda,

Qoyma qona gül dibinə xar, yeri.

Bəli, aldı Zührə:

Eşqin səməndini minif zaparsan,

Sınıq künülləri həmən yaparsan.

Sən oğlansan yad ülkədə taparsan,

Zührə yalqız zəkər ahu-zar, yeri.

Bah-bah-bah. Büyük dərddi zəkilməz. Burda gütürüf sühbət əsnasında, yeyillər, izillər, kimdi, gələn yox, gedən yox, ancaq iş qorxuludu. Zünki, bunların dürd bir yanı qarollarnan, güzətzilər­nən, zuğullarnan, bir tərəfdən bunların adamları, bir tərəfdən şahın adamları güdüllər ki, gələn-gedən olar. Bir gün, iki gün, axırı dedi ki, belə qalmaq olmaz. Gələn var, gedən var, gəlif səni gürəllər. Tahar Mirzə dedi:

– Ağlıma bir şey gəlif. Dedi: – Nədi? Onu elətməlisən müt­ləq. Bir müşəmbəli sandıx qayıtdır mənim boyuma. Üstünnən də bir balaca nəfəs yeri qoydur, sanduğı səhər tulla, axşam zək zıxart məni, sənnən gürüşüm. Beləliknən, gürək Allah havaxta­can verib, yaşıyırıq.

Bəli, Zührənin ağlına batdı. Mələksuma qarının əlinnən bir sandıx qayırtdırıf, gətirdilər, müşəmbələtdilər ki, izinə su atda­masın, üstünnən də bir balaca yer qoydular nəfəs alsın. Bu min­valnan bir gün, beş gün, iyirmi gün hər axşam aparıf sandığı zəkif, səhər sandığı salırdılar zaya. Zünki zay Zührənin tufarı­nın dibinnən axırdı. Hez kim başa tüşmürdü, burda nə var, nə yox.

Tahar dedi:

– Qız, mənim yadıma bir şey tüşüf:

Dedi:

– Nədi?


– Qulaq as:

Başına dündüyüm alagüz canan,

Qoy aparsın gürüm, sel mənə neynər?

Sana qurvan olsun bu şirin canım,

Qoy aparsın gürüm, sel mana neynər?

Əmib-əmib ləblərindən qandığım,

Alışıban eşq oduna yandığım,

Müşənbələ, at dəryaya sandığım,

Qoy aparsın gürüm, sel mənə neylər.
Əlbət belə imiş qəzanın işi,

Gecə-gündüz mən ederem təşvişi.

Yusifi dəryadan qurtaran kişi,

Qoy aparsın gürüm, sel mənə neylər?


Mən Taharam, süzüm deyim mərdana,

Şikayətim vardı, qadir Subhana.

Qoy sandığa, tulla, məni ümmana,

Qoy aparsın gürüm, sel mənə neylər?

Bəli, bu minvalnan bir aymı, iki aymı, səhər tezdən sandıx dəryaya salınır, axşamüstü zəkilir. Bunnar üz işində, üz kefində. Ancaq gürək, fələk nə iş qayırır.

Bir axşamüstü gedəndə gürdülər sandıx yoxdu, gedif su aparıf. İpi zəkəndə ip gəldi, sandıx yoxdu. Zührə başına düy­mə­sin, neynəsin?! Qan-yaş tükməsin neynəsin?! Zührənin ahu-zarı dünyüyü gütürüf. Gürək burda nə deyəjəh:

Qanlı dərya, nə axırsan selavda

Axıb-axıb sən ümmana gedərsən.

Amanatdı, qərq eyləmə sandığı,

Tapşırıram Süleymana, gedersən.


Ağlaram güzümnən tükərəm qanı,

Fəryadıma yetis, Kərəmin-kanı.

Bir ah zəksəm qurudaram dəryanı,

Üz tutufsan biyabana gedirsən.


Zührə necə düzsün bu ahu-vaya,

Kaman ikən qəddim dünübdü yaya.

Əlimnən sandığı atdım dəryaya,

Daldalanıb sən ha yana gedirsən?

Bəli neyləməy olar? Dərya aparıf gedif sandığı. Zührə eşiyə zıxer, izəri girer, başına düyür, sazını yolor, neyleyir. Mələk­suma qarı dedi:

– Bala, Allahdan umudunu üzmə.

Savaxlarınız xeyrə azılsın. Zührə bir savax tezdən, hardan ki, sandığ gedif üzünü oruya yetirdi. Siyah tellərinnən üz tel ayırıf gürək nə dedi? Biz deyək, siz şad olun:

Dərya, sənin dalğaların,

Zağlar ingildər, ingildər.

Kimin kürpə yarı itib,

Ağlar ingildər, ingildər.

Mələksuma qarı üzünü düyməknən, üzünü-güzünü cırmağ­la­maxnan noolsun? Dürd yana yığılan qızdarın ağlaşması Allah güstərməsin, fəğan eliyirlər. Aldı birini də:

İki dağın arasınnan,

Fələk kəsif qarasınnan.

Xan Taharın nalasınnan,

Dağlar ingildər, ingildər.

Aldı üzüncü bəndini gürək nə deyir:

Dərya, sən kəsdin aranı,

Sinəmə vurdun yaranı.

Xan Zührə başa qaranı,

Bağlar ingildər, ingildər.

Yüz zağır, yüz zığır nə küməyi var? Dərya küpükləner, sandıx da üzə-üzə üstündə. Kim bilsin harya geder. Allah aparıf hayana zıxardajax. İnşallah, gürərik. Tahar sandığda geder. Zin padşahının qızı Banı xanım bir dəstə qıznan suyun kənarına gəzməyə zıxıflar, yuyunmağa. Onu gürüllər ki, dərya üzündə bir sandux gəler.

Banı xanım:

– A qızdar, o ya gəmidən qalıf, ya kimnən qalıfdı. İzinnən canlı zıxsa mənim, cansız zıxsa sizindi.

Qızdar deyir, nətər yani canlı zıxsa?

Banı xanım:

– Yanı, dir insan zıxsa mənimdi. Qızıl, gümüş zıxsa sizindi. Oldumu?

Qızlar:


– Oldu.

Ələviyyə adında bir telli-toqqalı qız soyundu. Üzünü verdi dəryanın ortasına. Üzə-üzə gedif, düşünnən vura-vura sandığı qırağa zıxartdı. Banı xanımın az qala ürəyi gedəcəkdi.

– A qızdar, gəlin sandığın ağzını azmağa.

Ordan-burdan, bir-birinə küməyləşif, sandığın ağzını azdı­lar. Tahar Mirzəni dalğa vuruf, layla zalıf, güzünə yuxu gedif. Hez üzünnən xəvəri yoxdu. Banı xanım nəzər salanda gürdü ki, ilahi, on dürd gecəlik ay kimi allah-təala boş vaxtı qırx qə­ləmnən zinyət verif. Yanı bunu nətəhər yaradıf. Qaş, güz, kirpik, boy-buxun. Hez dilnən deyiləsi düyül. Bəşərdi da. Banu xatunun eşq ataşı ciyarına düşüf, sazınnan üz tel ayırıf sinəsinin arasına basıf, gürək oğlanı nə təhər oyatmax istədi. Qızdarın bəzisinin gülüncünə gəldi, bəzisinin yazığı gəldi.

Azanda sandığı güründü sinə,

Camalın şüvqünü bənzətdim günə.

Kim zəkif, kühsünü dağı-düyünə,

Oyan sandığınnan, can əcəm oğlu.


Azanda sandığı güründü maya,

Camalın şüvqünü bənzətdim aya.

Süylə, səni kimlər atdı dəryaya?

Oyan sandığınnan, can əcəm oğlu.

Tahar güzünü belə azanda dedi, ya rəbb, bunlar cindi, şey­tandı, mən hardayam? “Bismillah” eylədi, gürdü qazmellar. Dedi:

– Yox, bunnar bəni-insanlardı. Ancax insannar nə insan­nardı, dəvə-daylağı kimi bir-birinnən iri. Titim-titim titrəşirdilər.

Aldi gürək:

Saralıban, o gül rəngin solubdu,

Qaynayıban gül peymanın dolubdu.
Kimdən sənə belə sitəm olubdu?

Oyan sandığınnan, can əcəm oğlu.

Tahar Mirzə güzünü azıf “Ya Allah” deyif əyağa qalxdı. Ordan-burdan, qızdar gürdülər bu padşah lüyünlü, padşah li­basdı belə bir güzəl gəncdi. Tahar Mirzənin də yanında saz yox, bir şey yox. Ustad deyirdi yerdə bir küsüy vardı gütürüf saz yerinə sinəsinə basdı. Gürək nə deyir. Biz deyək, siz şad olun:

Mən yetiməm, siz atalı-analı,

Tanrı məni sizə qurban eyləsin.

Qolları bazubəndi, başı cunalı,

Tanrı məni sizə qurban eyləsin.
Kimi ağ geyinif, kimi qırmızı,

Kimi gül düşürür, kimi nərgizi.

Nazinən yeriyir şahımın qızı,

Tanrı məni sizə qurban eyləsin.

“Şahımın qızı”nın adını zəkəndə Banu xanım elə bilginən təzə gül azıler. Bir dənə qəşmərrəndi14 ki, ennənən kimi elədi. Dedi ki, gədənin künlünə girmişəm, hər şey düzələjək. Onatana gütürdü gürək Tahar daha nə deyir:

Adın Banu, üzün xanlar xanısan,

Güzəllər izində nişanalısan.

Bircə Xan Taharın şirin canısan,

Tanrı məni sizə qurban eyləsin.

Banı xanım üz-üzünə elə şad oldu ku, “Oğlanın konlunu aldım, daha mana ülüm yoxdu”. Bəli, Banu xanım bir nezə gün Tahar Mirzeyi ovutdu. Qız Tahara elə vuruluf ku, bir dayqa15 onsuz kezinə bilmer.

Tahar Mirzə hez buna gonul vermer, hez buna yaxın­naşmer.

Banu xanım gənə Tahar Mirzeyi bağa gətirdi. Bağ nə – Gül­şan bağı. Bülbüllər bir-birinin cəhcəhindədi. Banu xanım dedi ki, bizim bülbüllərin cəh-cəhi, bağımızın güzəlliyi xoşuna gəlermi? Dedi:

– Qulaq as, xanım:

Baharın yetgin zağıdı,

Qarşılayaq yazı, bülbül!

Sən oxursan, mən ağlaram,

Belə gəlif yazı, bülbül!
Oxu səsin zilə gəlsin,

Xoş avazın dilə gəlsin.

Yarım gülə-gülə gəlsin,

Mən zalanda sazı, bülbül.

Süz ağzınnan zıxmışdı. Banu xatun Taharı qucaxlıyıf, ya­na­ğın­nan bir busə gütürdü. Tahar tez üzünnən Banu xatunu ayırıf geri durdu. Sinəsinnən geri itələdi. Dedi:

– Xanım, səhv eləmə, qulaq as:

Tahar Mirzə düşüf xəstə,

Mən olaydım sən həvəsdə.

Oxuyasan budaq üstə,

Zührəm edə nazı, bülbül.

Bəli, Banu xanımı üzünnən araladı. “Zührəm edə nazı, bül­bül” süzü Banuya elə toxundu, ürəyinə sancıldı. Üz-üzünə dedi, “yax­şı mən sənnən bu hayıfı alaram”. Zünki Banu xanım şah qı­zıy­dı, üzü də güzəl qadınıydı. Yüzlərnən şahzadələr, bəy­lər, oğlan­lar istəmişdi, hez birini künlünə salmamışdı. Ancax Tahar Mirzeyi güzünün bəbəyi kimi severdi. Tahar Mirzənin də belə eləməyi Banunun xoşuna gəlmədi. Qayıtdılar imarətə gəl­dilər, ibadət eləməyə. O yannan, bu yannan, yemək, izmək. Zu­ğulun anası ülmüyüfdu, biri üldümü, sabah yerinə beşi doğulor. Zuğullar şaha zatdırdılar ki, bəs deməzsənmi sənin qızın Banu xanım, sənnən xavarsız üzünə toy eliyir. Yanında oğlan saxlıyır. Şah fərraşdarı zağartdırıf Tahar Mirziyi tapdırdı, hüzuruna gətirtdi. Hikmətnən, güzəlliknən, mərifətnən Tahar Mirzə üzünü şaha təqdim elədi. “Adım Tahar Mirzədi, Qaramannanam. Əh­məd xanın oğluyam”.

– Oğul, bəs burda sənin nə işin, mənim qızımın yanında nə gəzersən?

Dedi:

– Qulaq as, qoy süzümün cavabımı saznan deyim:



Şahım, mən qapına dada gəlmişəm,

Nola yetirəsən canana məni?!

Hatəmin qızına aşiq olmuşam,

O atdı dəryayi-ümmana məni.


Qərib dağlar kimi dağları aşdım,

Hələ tifil ikən ağlımı zaşdım.

Oxudum sinəmin dəftərin aşdım,

Buyurdu cəllada fərmana məni.

– Oğul kim, nə?

Dedi:


– Qulaq as, baba!

İndi sənə mən şikayət eylərəm,

Xəncər alıb qara bağrım teylərəm.

Üzüm tutmur beş kəlməni süyləyəm,

Apar Zührə ilə divanə məni.

– Ay oğul, Zührə nədi, sən nə danışersan? Səni mən qızım Banunun yanında gürürəm.

Banu xanım da əyləşif, ürpəy üzündə, atasının məsləhətinə fikir verer.

Aldı birni də Tahar:

Uşaq ikən beşiyini yığradım,

Zürəyimi zəhərlərə doğradım.

Hətəm Sultan qəzəbinə uğradım,

Atdı seldən selə, ümmana məni.

– Ay oğul, vallah, hez nə başa düşə bilmerəm. Bir da gürüm Hətəm Sultan kimdi, sana nə oluf? Dedi:

– Qulaq as:

Hətəm Sultan üzünü mana bildirdi,

Xan Taharın güz yaşını sildirdi.

Naxax yerdən xan atamı üldürdü,

Təbibsən sən yetir dərmana məni.

Başına gələnləri Tahar Mirzə mən sizə danışdığım kimi Calələddin şaha süylədi.

Şah üzünü qızına tutuf, qızım, bə sənin fikrin nəydi bu oğlanı yanında saxlıyırdın?

Qız dedi, baba, oğlana fikir verersənmi?

Dedi:


– Bəli, maşallah, fikir vererəm, zox ağıllı, həm də güzəl oğlandı.

Dedi:


– Baba, sən bəyəndiyin kimi, mən də bunu sevmişəm, ona gürə.

Dedi:


– Qızım, bu gür nələr danışer, bunun sevgilisi var.

Dedi:


– Baba, bilmerəm. Əgər o qız, o sevgilisi mənnən güzəl olsa, mən ona kəniz olajam. Yox, mən onnan güzəl olsam, val­lahi-billahi üzümüzü də üldürəjəm. O qızı da, bunu da, üzümü də.

– Oğul, indi mənnən nə isteyirsən?

– Şahım, sənnən kümək istiyirəm.

Banu xatun dedi:

– Mən üzüm sana kümək eliyəjəm. Sizin o Qaraman vila­yətində nə qədər qoşununuz olar? Hətəm Sultanın nə qədər qo­şunu olar ki, bizə cavaf versin?

Tahar dedi, nə qoşunu olajax, balaja bir şəhərdi. Hətəm Sul­tan elə də qüvvətdi adam düylü.

– Üzgə yerdən onun küməyi yoxdu ku?

Tahar dedi:

– Xeyr, onun hardan küməyi olajax. Arxası-küməyi atam Əhməd xanıydı, məniydim. Atamı üldürdü, məni də didərgin saldı. Elə namərdə kim kümək eliyəsidi ki?

Cəlalədin şah qızının süzünə baxdı. Kimi deyir səkkiz yüz, kimi deyir səkkiz min, kim də deyir səksən min ləşgər atdara suvar oldu. Xan Tahar bir dəvənin üstündə oturuf, Banu xatun üzü də atdanıf, gəlhagəl gəldilər zatdılar Qaraman vilayətinə. Hətəm Sultana qasid gündərdilər, dedilər ki, ya şəhəri talıyırıx, ya Zührə xanımı ver.

Hətəm Sultan üzü qavağa zıxdı. Dedi:

– Ay oğul, mənim şəhərimi niyə talıyırsınız, mən neynə­mişəm. Dedilər, Zührə adında bir qızın var onu verməlisən.

Dedi:

– Kimə verməliyəm qızımı.



Dedi:

– Banu xatuna.

– Banu xatunun nəyinə lazımdı Zührə. O, qız, bu qız. Qız da qıza gedərmi?

Dedi:


– Bilmerəm, istiyir.

Hətəm Sultan dava olmasın, qan tükülməsin deyə kəcaveyi bəzətdirif, Zührüyü kəcavədə əyləşdirif, gəldilər Banu xanımın yanına. Kəcavədən Zührə xanım enəndə Banu xanım vallahi-billahi ayıl-mayıl oldu bunun güzəlliyinə. Qıza dedi:

– Əlini bəri uzat.

Zührə əlini uzatdı Banu xanıma tərəf. Banu xanım Zührənin əlini üpüf güzünün üstə qoydu. Şükr olsun dedi, ilahinin yarat­dığına, şükr olsun varrığına. Əcaib-güzəl yaradıf. Üzünü Tahar Mirziyə tutuf dedi:

– Ey, vallah sana ki, belə güzəl sezifsən. Bu yerdə Banu xanım aldı gürək Zührə xanıma nə dedi:

Güzlərində ayıf yoxdu,

İllah sənin qaşın, Zührə.

Dodaxlar yaquta bənzər,

İnci, sədəf dişin, Zührə.

Bərəkallah səni yaradan Allaha.

Gəl durax qabax-qabağa,

Boyum-boyuna sadağa.

Sandıx zıxdı bizim bağa,

Onda bitdi işin, Zührə!


Banu deyir gəl dərddəşək,

Gürək kimdi kimnən qəşəng?!

Gücün varsa, gəl güləşək

Gətirmişəm qoşun, Zührə!

Zührə işi başa tüşüf, Banu xanımın üzünnən üpüf, boy­nun­nan qucaxladı. Dedi:

– Eşq olsun sana, halal olsun sana.

Bunnan sonra Banu xanım Hətəm Sultanı zağırtdırdı. Hətəm Sultan Banu xanımın qarşısına gəlif dedi:

– Oğul, sənin bu səfərdə, qızımı tələb eləməkdə məqsədin nədi?

Banu xatın dedi:

– Qardaşın Əhməd xanı qətlə yetirdiyin günnən bu günə onun oğlu Tahardan mana bir xavar verə bilərsənmi?

Hətəm Sultan ağladı, dedi:

– Bala, mən Allahın da qarşısında, qardaşımın da qarşısın­da, oğlunun da qarşısında zox büyük günahkaram. Məni filan molla qızışdırıf başıma bu oyunu gətirdi. Onu da əməllərinə gürə xalxın qarşısında edam etdirdim. Eylədiyim səhvi də başa tüşdüm. İndi mənim varım-düylətimin hamısı Taharındı. Havaxt o gəlsə, mən qızımı ona verif güzəl bir məclis qurajam, toy eli­yəjəm.

Banu xanım üzünü Tahar Mirziyə tutuf dedi ki, Tahar, get əmiyin əlinnən üp. Tahar dedi, hez vaxt elə şey olmaz. Bir əmi kimi, bir ağsaqqal kimi mən ona hürmət eliyəjəm, əmbə atamı üldürüf, başıma bu müsibətləri gətirdiyinə gürə onu ümrüm boyu bağışdamıyajam. O, mənim bavamın vəsiyyətini yerinə yetirmədi hez nahax yerə. Onun güzünü var-düylət ürtdü hez nahax yerə. İndi də üzü bilsin, mana onun vardatınnan Zührədən başqa hez kim, hez nə lazım düylü. Mən Zührədən dünən düyləm.

Hətəm Sultan Taharın qarşısında baş əydi. Dedi:

– Tahar, bala, bir atan kimi, bir əmin kimi mən elədiyim haxsızlığı başa tüşürəm, mənim günahımnan Allahın qarşısında kezməyini istiyirəm. Üzgə hez bir şeydən yox! Mənim də vilayə­tim, mənim də varım-düylətim sənindi, atıyan da qoyuf getdiyi var-düvlət də sənindi. Sən gedənnən sonra mən anana nejə hürmət eləmişəm, nejə baxmışam onu da anan sana danışar, inanarsan.


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə