Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə9/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

SƏYYAD-SƏADƏT
Sizə hardan xəbər verəjəm, Herat şəhərinnən iki qardaş­dan: Hidayətnən Nidayətdən. Büyük tacirlər idi, zox büyük tacirlər idi. Heş tayları barabarları yox idi. Hər yerdə barmaxnan güstə­rərdilər; belə vardılar, belə vurdular, belə tutdular, belə insanı sevin­­dirdilər, belə duşman tutdular. Xülas. İki qardaş zox meh­ri­ban şirin dolaner. Bir gün Hidayət əfəndi bazara getmişdi. Gür­dü bir aşıx sazı sinəsinə basıf belə bir zoban bayatısı oxu­yur:

Əzizinəm el ayağı,

Zəməndi el ayağı.

El yeməz, oba yeməz,

İt yesin elə yağı.

Bu süz Hidayət əfəndiyi zox aldı, zox. Evinə gəlif qardaşı Hi­dayəti zağırıf dedi ki, qardaş, bu qədər var-düvlət yığmışıq am­ma bizim üvladımız yoxdu. Bu harıya zatajax. Evladsız mal nəyimə gərək. Bizim gələcəyimiz nejə olmalıdı? Səndə yox, mən­də yox.

– Qardaş, qardaş. Allahdan əlini üzmə. Gəl, malımız­dan, düv­lətimizdən paylıyax inşallah.

– Qardaş, nə qədər var-düylət zox olsa, o qədər başa bəladı.

Bunnar varlarınnan, düvlətlərinnən payladılar kasıflara. Bir gün iki qardaş qavax-qavağa oturuf sohbət eliyirdilər. Bir də gür­dü­lər ki, bir nurani qoca kişi bunların yanına gəldi. Xoş-beş on beş:

– Baba, nəyə ehtiyacın var?

Qoca:

– Heş nəyə ehtiyacım yoxdu. Heybamda bir qırmızı alma var onu saa verəjəm.



O, almanı Hidayət əfəndiyə verif dedi:

– Al bu almanı, yarısını üzün, yarısını da külfətin yesin. Se­­vi­nərsiniz inşallah.

Ustad dili yüyürək olar. Doqquz ay, doqquz günnən sonra Hidayət əfəndinin həyat yoldaşı yükünü yerə qoydu. Hamının güzü aydın olsun, hamının işi avand olsun evlad cox şirin şeydi. Uşaq pərvazlanmaxda olsun, uşaq gəlif bir yaşına zatdı. Ancax Hidayətnən Nidayət qardaşları varlarını o qədər paylıyıflar ki, baxdılar ki, heş üz dolanmalarına bir şey qalmadı. Yenə başla­dılar işə. Var azalanda güz də başlayır daralmağa. Var zox olan­da adam ürəkli olur.

Mamalar yığıldı, dayalar yığıldı uşağın adını Səyyad qoy­du­lar. Səyyad gəlif bir yaşa zatanda, Nidayət xan Hidayət xanın yanına gəlif dedi:

– Qardaş, var azalıf biz vətəni tərk eliyif ticarət dalınnan get­məliyik.

Oydu ki, hər iki qardaş Nərgiz xanımın yanına gəlif başa saldılar ki, iş nə yerdədi, biz qazac dalınnan gederik. Uşağımıza kamıl bax. Biz dünənə kimi hər şey yaxşı olar inşallah.

Hidayətnən Nidayət üz sərgüzəştində, üz gəzməsində ol­sun, sizə kimnən xəvər verim Nərgiz xanımnan Səyyad bəydən.

Səyyad günü-gündən büyüməyə başlıyır. Ustad dili yüyürək olar. Səyyad gəlif on beş yaşa zater. Ancaq nə Hidayətdən xə­bər var, nə Nidayətdən. Nərgiz xanımın əlində olan var-düvlət də gedif. Üzü mühtac qalıf. Səyyadı aparıf bir molluya tapşırdı ki, bu­na quranı, dinini oyrətsin. Aradan üz gün kezmişdi, molla gür­­dü ki, Səyyad “əmmə” surasını elə avaznan, elə dəqiq oxu­yur ki, molla mat qaldı:

– Ay oğul, mən əlifbanı sənə hələ dünən üyrətmişəm.

Səyyad:


– Nə olsun baba, bu gejə yatmadım əlifbanı üyrəndim. Sə­hər də qalxdım “əmmə” surəsini üyrəndim. Savax da “yasini” üyrənəjəm. Bu belə deyəndə molla fikirləşdi ki, vay-vay bu be­lə biliklənsə, mənim dolanmam hardan gələcəh, zürəyimi əlim­nən alacax. Qışqırdı Səyyadın üstünə, qoyladı onu məytəfdən.

Səyyad gəlif əhvalatı anasına danışdı. Anası da neynəsin? Gütürüf bunu hürükzü yanına apardı. Bənna baxdı ki, bu boylu-buxunlu bir cavandı. Dedi, vallah bu günə əlli daş qaldırajax hü­rüyə. Dedi, xanım qəbul eliyərəm.

Bir xanın evini tikirlər, Səyyad dedi baba, mən bu tərəfi hürüm, sən o tərəfi hür. Başladılar hürməyə. Savaxlarınız xeyrə azılsın. Savax azıldı, ağa gəlif baxdı ki, hareyi ki, Səyyad hü­rüf elə bil sıfatdı. Elə güzəl hürülüf ki, gəl gürəsən. Amma usta hü­rən yeri bəyənmədi. Usta belə baxıf Səyyadın hürdüyü yeri gü­rəndə qoyladı Səyyadı. Səyyad anasına gəlif əhvalatı danışdı. Anası:

– Oğul, oğul, səni indi də sərracın, yəhər qayıranın yanı­na qoyajam.

Sərracın yanında beş-on gün qalmışdı, iyirminci günüydü, sərrac baxdı ki, Səyyad elə yəhər tikif ki, vallah bu ümründə belə yəhər tikə bilməz. Dedi:

– Ay oğul, sənin əllərin qızıllanasıdı. Sən güzəl sənətkar olacaxsan. Gəl sən bu gündən mənim yanımda həm oğul ol, həm də mənnən barabar işdə. Bu minvalla Səyyad işləməkdə olsun. Yaşı on altıya, on yeddiyə zater. Güzü oyda-kuşdadı, qız­dara baxır. Gecənin bir vaxtı iydi. Dağların kənarında əlini- üzünü hoyuzda yuyuf, sağ ziyni üstünə süykənmişdi. Bir də gürdü ki, bir nurani qoja kişi əlində badə üzünü yetirdi:

– Salam-əleyküm, bala.

Səyyad:


Əleykümə-salam, baba.

Qoca dedi:

– Oğul, bu badeyi nuş eylə!

Səyyad:


– Baba, o bizə haramdı axı!

Qoca:


– Yox, oğul, bu o şərbətlərdən düyül. Bu allah-təbarak-təalanın verdiyi şərbətdəndi. Buyur!

Səyyad istəkəni nuş eyliyir. Devran güzgüsü deyəllər. Qoja Səyyada Devran güzgüsünü güstərer. Deyir:

– Oğul, nə gürürsən?

Səyyad:


– Büyük şəhər. Uzağ-uzağ yollar, dar cığırrar, həbsxanalar.

Qoca deyir:

– Oğul, daha nə gürürsən?

Səyyad:


– Eyvan gürürəm.

Qoca:


– Daha nə gürürsən?

Səyyad:


– Bir güzəl qız duruf orda.

Qoca:


– Bax, oğul, o qızı sana, səni də ona buta vererəm. İnşallah qovuşarsınız. Üzünnən muğayat ol, bala. Mən butanı verdim, yolun azıx olsun. Yollarını təmiz gürərsən. Bunu deyibən yox oldu qoca.

Səyyadın halı dəyişdi, ağzı küpühləndi, güzü sulandı, baş­dadı əli-ayağı oynamağa. Ana güzdüyür uşağ yolunu. Axşam gəlmədi. Hər yeri axtarellar axırda hovuzun üstdə tapdılar. Sa­vax­larınız xeyrə azılsın. Savah azılan kimi uşağı gətdilər evə. Uşağın halı hal düyül. Molla gəldi cadu yazdı, divan gəldi bir soz dedi olmadı, baxıcı gəldi belə dedi olmadı. Ancax bir yaş­daş­mış qarı vardı, gəldi belə baxdı-baxdı, gədənin qaşınnan gü­zün­nən üpüf, üpüf, dodağınnan da bir mac eylədi.

Qarı dedi:

– Buna vergi verilif, bu eşq ataşındadı. İnşallah, güzünü azan­­da sizə deyər dərdini.

Bəli, bu minvalla Səyyad güzünü azdı. Baxdı ki, dürd ya­nın­­­da cavan oğlan, cavan qız yığılıflar. Eloğ­lular, qohum-əq­rəbə.

– Mənim başıma gələn nədi? Mənə bir saz gətirərsinizmi?

Sazı hazır eylədilər. Səyyad sazı sinəsinə basıf nə deyə­jəh, biz deyək, siz şad olun.

Yatmış idim, xabi-qəflət izində,

Bəlalı başıma sevda güründü.

Ərənlər sərvəri bir nəzər qıldı,

Saqinin dəstində badə güründü.

– Oğul, o badə bizim dində haram düyülmü?

Qulaq as:

Əbcəd hesabilə gətdi ayinə,

İsgəndər atdandı gotürdü aynə.

Şəhadət barmağın yetirdi ayna,

Güzümə bir mələkzada güründü.

– Oğul, daha nə gürdün?

Qulaq as:

Qafildən güşuma gəldi bir sada,

Ərənlər əlilə verdilər badə.

Leyliyi – Macnuna, Şirni – Fərhada,

Sədət də Səyyada buta güründü.

Anası da ikiəlli dizinə vurdu. Bəyəm bu dağılmışda qız yoxuy­du? Gərək səni cəhənnəmin qucağına aparıf zıxardeydi?

Səyyad dedi:

– Ana, innən belə məni burda bağlasan da mən dura bilmi­jəm.

Ana:

– Yox, oğul, elə şeymi olar? Bə məni kimə tapşırersan?



Səyyad:

– İnşallah, atamnan əmim gələr sana sahablıx eyləyər. Mən də gedif üz tayımı tapmalıyam.

El, oba, xalıx zox minnət elədilər, xeyri olmadı. Həftə ke­zif, ay kezif gejə-gündüz Səyyadın yuxusunnan Sədət zəkilmer. Ağası nejə güztərif elə gəler gürünür zəkiler. Bir savax sazı sinə­sinə basıf üz tutdu anasına:

– Əziz ana, qulaq as:

Başına dündüyüm gül üzlü ana,

Ağlama, sızlama, məni qoy gedim,

Südünü əmmişəm mən qana-qana

Ağlama, sızlama, məni qoy gedim.

Nərgiz xanım tellərinnən üzünü ayırıf sinəsinə basıf, əlinə gül alıf gürək nətər dedi:

Başına dündüyüm gül üzlü oğul,

Ağlaram, sızlaram, qoymaram səni.

Sənə yedirmişəm qənd ilə noğul,

Ağlaram, sızlaram, qoymaram səni.

Bəli, ana dilinnən də başladı yalvarmağa ki, oğul etmə, eləmə. Gəl bu yoldan qayıt.

Səyyad dedi:

– Ana, qulaq as:

Anadan olannan mən qozağ oldum,

Duşmanın güzünə mən bızaq oldum,

Hara qoydun ordan mən qazağ oldum,

Ağlama, sızlama, məni qoy gedim.

Burda işarə verer, mollanın yanınnan qaşdım, bənnanın ya­nın­nan qaşdım. Anası gürək nə dedi:

Gejə-gündüz yola baxıf, ağlaram,

Güy geyinif, başa qara bağlaram.

Oğul deyif, mən sinəmi dağlaram,

Ağlaram, sızlaram, qoymaram səni.

Aldı gürək Səyyad nə dedi:

Səhər-səhər doğan dan ulduzudu,

Atanın-ananın xoş avazıdı.

Səyyad deyər Fərrux Mirzə qızıdı,

Ağlama, sızlama, məni qoy gedim.

Aldı Nərgiz xanım gürək burda nə dedi:

Nərgiz biler güzəllərin xasıdı,

Əynimə geydiyim qəm libasıdı.

İndi mən tutduğum oğul yasıdı,

Ağlaram, sızlaram, qoymaram səni.

Bəli, ana-oğulun sühbəti burda tamamlaner. Oğul meyli qı­rax­da, ana meyli oğulda, uşaxda. Gürək indi Səyyadın başına nə işlər gəler. Səyyad yola düşəndə anası qoymax istəmer. Gürəh indi burda Səyyad anasına nə deyer:

Başına dündüyüm, qurvan olduğum

Bizimkini müvla belə yazıfdı.

Araxzın altınnan bir dəstə kəkil,

Qara tər zığanı telə yazıfdı.


Barat gecəsində gürdüyüm duşlar,

Pirimnən dilərəm, məni bağışlar,

Dəryada balıqlar, havada quşlar,

Ala güz ceyranı zülə yazıfdır.


Sirrimi vermərəm hər yetən yada,

Mənim dərdim oldu həddən ziyada .

Ağamın əlinnən izmişəm bada,

Sədəti Səyyada müvla yazıfdı.

Süz cavabı tamam oldu. Səyyad anasınnan, tay-tuşunnan halallaşıf yola tüşdü inşallah, gürək mənzilinin axrı harya zıxer.

Bəli, günə bir mənzil, teyyi-mənazil, gəlhagəl, yalqız adam, payı-piyadə yorulor, dincəler, qalxer, yeriyer, xüləs, ajdıx əmələ gəldi. Üzünün də yeməyi qurtarıf. Nə gütürəsi olardı. Bir günnük, iki günnük, üz günnük azuqədən artıx gütürə bilməzdi. Bir dağın səhrasınnan gederdi. Birdən gürdü bir zovan yaman tütək zaler. “Dələmə Fatma, geləm a Fatma, üləm a Fatma”. Aydınca şümşət tütəyində zalerdi. Səyyad dedi, bir bunun yanına yaxınlaşem, bu da mənim kimi eşq əhlidi deyesən. Gürüm yeməkdən, təamnan nə ala billəm:

– Salam-əleyküm, a zovan qardaş.

– Əleykümə-salam, ay cavan oğlan.

– Ay zovan qardaş, bərəkətdi olsun. Biri beş olsun.

– Sağ ol oğlan, sağ ol. Gəl bir gürüm yanıma. Gələnnən, ge­dən­nən, başına gələnnən, burda gütürüf gürək Səyyad zovana nə deyəjəh:

Başına dündüyüm, ay zovan qardaş,

Bir sona salıfdı züllərə məni.

Ağlaram eynimnən gedər qannı yaş,

Bir sona salıfdı züllərə məni.

Zovan dedi:

– Əyə, ay rəhmətdiyin oğlu, sona-sona deyirsən, güllər do­lu düyülmü? Gedək hansını isteyirsən ovluyax, tutax.

Səyyad dedi:

– Ay zovan qardaş, mənimki elə sonalardan düyül. Qulaq as:


Şirindi sühbəti, şirindi süzü,

Şəkərdi kəlməsi, xoşdu avazı.

Adı Sədət, Farrux Mirzənin qızı,

Bir sona salıfdı züllərə məni.

Zovan dedi:

– Ayə, sənin başına dünüm, dediyin qızdımı? Mən də elə bildim güldə üzən sonaları deyirsən!

Səyyad:

– Bəli, qızdı.



Zovan dedi:

– Ayə, burda elələri var ki, hez onun əlinə su tühməyə ya­raş­maz.

Səyyad:

– Ay zovan qardaş, mənim dərdimi təzələmə. Qulaq as, gür nə deyirəm. Ayrıları mənim güzümə gürünmür axı.



Sədətlə Səyyadı bir-birinə yazan,

Ay qavaq üstünə qara tel düzən.

Qaşını oynadıf, güzünü süzən

Bir sona salıfdı züllərə məni.

Zovan:

– Ayə atamın goru haqqı o, bizim kənddədi.



Səyyad:

– Ayə, nə danışersan?

Zovan:

– Ayə, vallah o, bizim kənddədi. Abdulla xanın yanındadı. Sən beyjə Abdulla xanın üyündə qalsan, o xanımı da gürərsən orda inşallah. Yəni, doğrudan da Abdulla xanın arvadı güzəl imiş.



Zovan Səyyadı yanına salıf, Abdulla xanın iqamətgahına gə­tirdi. Abdulla xan baxanda gürdü əlində saz. Allah-təbarak-təala­nın künlü xoş olanda yaratdığı evlad, cavan. Xoş, beş, on beş:

– Oğul, xoş gəlmisən bizim vilayətə.

– Xoşduğuna gəlmişəm.

Axşam oldu, məclis düzəldi. Hamı yığıldı.

– Oğul, bir dərdini mənə deyə bilərsənmi?

– Əlbətdə, deyə bilərəm.

– Bir sazı küynəyinnən zıxart.

Bəli, zovan Səyyadı Abdulla xanın iqamətgahına aparan zaman Abdulla xan xavar aldı:

– Oğul, bu kimdi?

Cavan dedi:

– Bu gəlmədi, ağlına gələni sayaxlıyır.

– Oğul, bayaq mənə oxuduğun o süzü təzədən oxu.

Səyyad alıf, həmən zovana oxuduğu süzü Abdulla xana oxu­yur:

Sədətlə Səyyadı bir-birinə yazan,

Ay qabaq üstünə qara tel düzən,

Qaşını oynadıf güzünü süzən,

Bir sona salıfdı züllərə məni.

Deyəndə bir güzəl gəlin oturuf, güldü. Bu da kimdi? Abdul­la xanın arvadı Sənay xanım idi. Baa bu elə bu süzü mənim arva­dı­ma deyir. Səyyadı zindana atdırer. Tam doqquz ay Səy­yad zin­danda qaler. Doqquz ay kezmişdi. Bir gün Abdulla xa­nın zin­dan başına Ziyad haramıya işzilər, qullar lazım olor zülə zıxardıf işlətməkdən ütürü. Ziyad haramı dedi, gedem gürüm kimin ca­nın­da tutar var, kim işə yararlıdı - deyif zindana getdi. Zindanda bir-bir qulları sezən vaxt Səyyad qarşıya zıxanda, haa bu qul da maa yarıyar dedi.

Səyyad dedi:

– Ağa, bir qulaq as gür sana nə deyejəm, sonra məni harıya istəsən apar.

Başına dündüyüm Ziyad haramı,

Qurtar zindanınnan məni bəsdi, bəs

Sinəmə zəkmisən olmaz düyünü,

Qurtar zindanınnan məni bəsdi, bəs

– Ayə, oğlan, sızıldama, süzüyün mətləbini de.

Ziyad haramı baxer ki, büyük səhv edif, ürəyinə, künlünə mərhəmət damır. Deyir:

– Oğul, yolun azıx olsun. Mən bilməmişəm səni naxaxdan zindana salmışam. İşin avand olsun.

Halallaşıf, vidalaşırlar. Günə bir mənzil, teyyi-mənəzil zater Girman şəhərinə. Harıya getsin, kimin qapısına getsin? Bir baxza­nın yanınnan kezerdi. Gürdü yaman şaqqıltılar, qaqqıltılar, qız səsdəri gəler. Yününü züyürüf ora, gürür bir nezə dəstə qız oynu­yullar, gülüllər. Səyyadın əlində sazı gürən kimi başına top­laşıllar.

– Ayə, ay aşıx, hardan gəlersən, harıya gedersən?

– Ay xanımlar, aşıx saznan deyər, belə deyə bilmərəm.

– Biz də isterik sən saznan deyəsən.

Gürək burda Səyyad nə deyəjəh, biz deyək, siz şad olun. Eşq­nən, avaznan Səyyad bu süzü oxuyur:

Fələyin əlindən, zərx gərdişinnən,

Dündü ruzigarım, amana gəldim.

Şükür haqqa gürdüm yar camalını,

Elə bil yetişdim imana gəldim.

Zünki, qızdarın arasında ağasının güstərdiyi xanımın ca­ma­lını gürdü. Sədət xanımın da xəbəri yoxdu ki, sevdiyi oğ­lan­dı.

– Oğlan, daha nəyi gürdün?

Bayax ki, demişdi

“Şükür haqqa gürdüm yar camalını,

Elə bil yetişdim imana gəldim.”

Bu süzdər qızdarın bəzilərinin yaman xətrinə dəydi. Bu kimdi? Burada bunun yarı kimdi? O vaxt gütürüf deyir ki,

Mənim yarım geyif yaşıl, alı,

Yaşılnan al geyinifdi, üzgə bir şey yoxdu əynində. Bu da bircə Sədətdi.

Mənnən qeyrisinə dünməz xəyalı,

Üldürməyin siz bu aşıx abdalı.

Ədalət eşidib divanə gəldim.

Mən dedim gəlif, bir az azaddığa zıxmışam siz də məni düyürsünüz. O tərəfdən qızdar dedi:

– Ayə, zox danışma birini də oxu. Bayax ki, Səyyad de­miş­di:

“Mənim yarım geyif yaşılı, alı”

Sədət bunu eşidən kimi yanında paltarmıyoxdu xanımın? Tez paltarını al libasa züyürüf, o da ortalığa qarışan vaxt:

Səyyad deyər budur yarın durağı,

Geyifdi əyninə sündüsdən ağı.

Ülkədən-ülkəyə Sədət sorağı,

Heyratdan eşidif, Girmana gəldim.

Deyən vaxtı Sədətin əmisi qızı bunu başa tüşdü. Dedi ki, gürəh burda nə var.

– Ay oğlan, azıx-azığına bizə deyə bilərsənmi, gah deyirsən ağ geyinifsən, gah deyirsən, qırmızı geyinifsən. Sədət addı qız var. Sənin sevdiyin kimdi? Bizə deyə bilərsənmi?

Səyyad dedi:

– Qulaq asın, ay xanımlar, deyəjəm:

Başına dündüyüm, ay duran qızdar,

Adı Sədət bir güzəli sevmişəm.

Nazlı yarı gürdüm sümüyüm sızlar,

Adı Sədət bir güzəli sevmişəm.

Deyəndə qızdar dedi ki, ədə bir doğru de gürək o necə Sə­dət­di? Hansı Sədətdi?

Geymək üzün yaşılı var, alı var.

Əmmək üzün dodağında balı var,

Sağ üzündə bir cüt qoşa xalı var,

Adı Sədət bir güzəli sevmişəm.

Burda paxıllığı tutan da var, o deyir keşkə mən oluydum, bu deyir keşkə mən oluydum. İlahi, kimə nə deyesən? Gürək Səy­yad nə deyir:

Seyyid Yaqub məclisinnən qazılar,

Züvq artığcan ağıl başdan azılar.

Səyyad deyər bağda güllər azılar,

Adı Sədət bir güzəli sevmişəm.

Sədət fikirnən, məhəbbətnən baxanda gürür ki, ağası verən oğlan, ağası güstərən oğlan budu. Eşq ataşı cuşa gəler, yasəmən tellərinnən üz tel ayırıf nar məmələrinin iki arasınnan aşırıf, yer­dən enif gürəh nə deyir, biz deyəh, siz şad olun:

Başınıza dünüm, a duran canlar,

Mənim sevdicəyim oğlan bu imiş.

Hez gəlməz eynimə sultannar, xanlar,

Mənim sevdicəyim oğlan bu imiş.

Qızdar boylandılar. Sədət eşq atına minif, Sədət güylərnən uzor. Savaxki rəngi düyül. Bu rəng ayrı zaler. Aldı Sədət birini də:

Duman gəldi, zən bürüdü gədiyi,

Zəhər olsun müxənnətin yediyi.

Doğru imiş ərənlərin dediyi,

Mənim sevdiciyim oğlan bu imiş.
Künlüm müştaq oldu güzü-qaşına,

Şirin canmı saldı eşq ataşına.

Sədət deyər durum dünüm başına,

Mənim sevdicəyim oğlan bu imiş.

Qızdarın üstünə elə bil qara bulud zükdü. Hamı əlin zəkdi Sədətdən başqa.

Qızdar:


– Ay oğlan, sən bir künül sevindirdin, bə biz?

Səyyad:


– Sizə də deyirəm. Qulaq asın:

Yığılıb bir bülük sonalar kimi,

Geyinif gəliflər, tər-təzə qızdar.

Kimi yaşıl ürtüf, kimi qırmızı,

Kimisi bənzəyif ağ qaza qızdar.

Qızdara da bu lazımdı ki, bunları tərifləyəsən. Bəlkə, birdən biri zıxıf bunnara yiyə duran ola.

Aldı Səyyad birini də:

Cilvəli tərlansan gir donnan dona,

Qoymaram üstünə bir qubar qona.

Kimisi cilvəli yaşılbaş sona,

Kimisi bənzeyir şahbaza qızdar.

Qızdarın arasına qaqqıltı tüşür. Bir-birinə naz eliyillər. O deyir mən güzələm, bu deyer mən sənnən güzələm. Amma daya­nacax nüqtə bircə yerdədi:


Müvlamın əlinnən izmişəm bada,

Zağıreram gələr yetər imdada.

Sədətlə Səyyadı zatsın murada,

Sizinki də qalsın o yaza, qızdar.

Bıyy, Allah maa ülüm versin. Hərəsi bir yerdən başlayıllar Səyyadı daşdamağa ki, sən nə danışersan, bizimki o yaza qal­sın? Bizimki indi olsun, səninki o yaza qalsın.

Sədət həm seviner, həm də qorxor atasınnan. Qızdarın xə­ya­lını yayındırmax üzün başdeyir sinəsinə guppultu qopub, saz əvəzinə. Gürəh nə deyir:

Qızdar, gəlin, zıxaq gülşən seyrinə,

Sazınan, süzünnən, əldə tarinnan.

Bülbül güldən ütrü dolaner bağı,

Gülə layıxdımı qala xarınan?!

Ancaq Sədətin əmisi qızı Səlminin izi buruluf yaner. Deyir ki, gür sənin başına nə iş gətirəjəm. Axşam hamısını azıf danış­masam, belə filanam. Səlmi irəli girdi.

Bu günki məclisin nə yaxşı güzəl,

Güzəllər izində nə yaxşı güzəl,

Əziz bir ağacdı nə yaxşı güzəl,

Sərvi-sənubərdi yaxşı yarınnan.

– Az, demək bir sənsən güzəllərin izində?

– Yox ağız, niyə elə başa düşürsən? Qulaq as.

Səlmi qulağının ikisini də azıf fikir verer.

Bülbül olan gedər ütər bağlarda,

Ahu gəzən gedər ovlar dağlarda.

Sədət ilə Səyyad ağ otaxlarda

Danışıb, süyləsin xoş güftarinnan.

Qızdardan bir qaqqıltı zıxdı ki, Səlmi dedi ki, cıyarını bir yandırajam ki, babana deməsəm, mənim günüm qara olsun. Sə­dət güzünnən işarə elədi ki, ədə, evimizi yıxsa, bu yıxajax. Bu­na bir süz deyinən. Gütürür kürək nə deyir, biz deyək, siz şad olun:

Güzəllərdən sən əlasan,

Səlmi sən də, Səlmi sən də.

Mənim başıma balasan,

Səlmi sən də, Səlmi sən də.

Səlmi güzünü oynatdı, qaşını oynatdı, belini nəziltdi, kük­sü­nü qabartdı, üzünü qızdara tutuf:

– Gürün, bu oğlan maa nə deer?!

Aldı birini də:

Səlmi boyun ərərdimi,

Sinən şəmsi qəmərdimi?

Artırdın mənim dərdimi,

Səlmi sən də, Səlmi sən də.

Səlmi dedi, ayə, bu maa vuruluf, Sədət nədi?

Aldı birini də:

Şah buyurmaz belə fərman,

Gəl eylə dərdimə dərman.

Səyyad Sədətə qurvan,

Səlmi sən də, Səlmi sən də.

Bu süzə gürə Səlmi Səyyadı Fərrux Mirzəyə zuğullama­ğa başdadı. Necə başdadı.

Axşamlarınız xeyiriyə gəlsin inşallah. Qızdar bağdan zə­ki­lif gedən vaxtı Səlmi fikirrəşer mən nə təhər babama qan­de­rem ki, sənin qızın bu qələti eyliyif. Amma birdən Sədət desə ki, oğlan sənə gürə gəlif, onda mənim üyüm yıxılajax. Neynə­sin? Nə cürə kişiyə qandırsın ki, məsələ belədi!

Axşam oldu. Fərrux Mirzənin üyünə yığıldılar. İrəlidən de­di­yim kimi Səlmi xanım partamağa başdadı. Hancarı bunu əmi­mə zatderem. Olmadı. Dedi deyejəm, Sədət deyəjəh Səyyad sən­dən ütə­ri gəlif, mən deyəjəm səndən ütəri evimizə qavğa düşə­jəh. Yax­şısı budu gəl deynən nə olar olar. Axşam olan kimi Səl­mi xanım Fərrux Mirzəyə dedi ki, qızın bu yoldadı, sənin xə­vərin yoxdu.

Fərrux Mirzə dedi:

– Kimdi?

Səlmi də dedi ki, bə filankəsdi, filan yerdədi üzü də bu gün Səl­miynən gürüşüf.

– Nətər gürüşüf?

– Geridən geriyə bir-birini gürdülər.

Fərraş gündərib Səyyad bezarını apartdırdı.

Fərrux Mirzə:

– Ay oğul, sən hardansan? Kimsən? Buralarda nə gəzer­sən?

Səyyad:


– Baba, mən də bir elin oğluyam, bir insanam, buralara gəl­mişəm. Allah baxtımı buraya yazıf.

Şah:


– Artığ-əhsih danışma. Nə gəzersən buralarda?

Səyyad dedi ki, qulaq as:

Atadan-anadan mən yetim qaldım,

Mərdlik mərtəbimi əlimdən saldın,

Qiymətə getmədim, kəm qiymət oldum,

Sərraflar gütürsün bazara məni.

Şah:

– Oğul, niyyətin nədi ki? Fikrin nədi?



Səyyad:

– Süzün düzünümü isteyirsən?

Fərrux Mirzə:

– Bəli.


Səyyad:

– Qulaq as:

Tanımam sultanı, tanımam xanı,

Yar yolunda fəda qıllam bu canı.

Buyursan cəlladı, tühdürsən qanı,

Sədətsiz qoymayın məzara məni.

Fərrux Mirzə:

– Ə, kəmfürsət oğlu, Sədətlik sənin nə işin var? Onu nə tanıyersan?

Səyyad:

– Qulaq as, əfəndim:



Bənna oluf, sınığ künlün hürmədim,

Bağban oluf, qonza gülün dərmədim,


Səyyad deyir Sədət üzün gürmədim,

Naxahdan gətdilər hüzura məni.

Fərrux Mirzə:

– Ayə, nejə gürmüyüfsən? Bə Səlmi xanım deyir bağda belə-elə?

Səyyad:

– Bəli, ağamız bizə buta verib, biz bir-birimizi gürmək cəh­­­dindəyik. Təzəcə gəlmişdim ki, gürüşək, siz bura gətirdiniz.



Fərrux Mirzə qeyzə gəlif cəlladlara tafşırdı ki, tez olun bu­nu zindana salın.

Səyyadı zindana saldılar. Camaatın arasına belə süz yayıldı ki, bə bir aşıx gəlif, üzü də bağa. Qızdar da danışer atasına, ana­sına. Camaat bunnan sonra narazı oluf, Fərrux Mirzənin qapısını kəzdirirlər ki, sən günahsız insanı nejə zindana sala bilərsən?

Olmadı. Fərrux Mirzə gürdü xalx bunnan əl zəhməyəjək. Neynəsin? Başdıyır fitnəyə əl atmağa. Deyir:

– Ay camaat, siz bilersiniz İsfahanda mənim Cəmşid adında qardaşım var?

– Bəli.

– Si­zin hasınız qardaşınızın iştirakı olmadan qızınızı ve­­rər­­­­siniz?



– Hez hansımız.

– Onda mən bu Səyyadı gündərerəm İsfahana, qardaşımın ya­nı­­na o, ixtiyar verərsə, mən də qızımı verərəm, vermərsə, ver­mərəm.

Ancax bu süzdəri Sədət də eşider. O, bildi ki, atası hiy­lə işləder. Xəlvətcə geder bir məktuf yazer: Gürək nə yazer, nejə yazer, biz deyək, siz şad olun:

Başına dolanım gül üzlü əmi,

Sən yaz, babam versin Səyyada məni.

İstəməm dünyanın malı-mülkünü,

Sən yaz, babam versin Səyyada məni.

Ancaq məytuf məxvi olmalı idi. Aldı birini də:

Səyyadla Sədətə verdilər badə,

Dərdim olur günü-gündən ziyadə.

Səyyad dedicəyim bir halalzadə,

Sən yaz, babam versin Səyyada məni.

Səyyad əlində ülüm fərmanı İsfahana geder. Məytuf mühür­lü, azmağa da ixtiyarı yoxdu. Fərrux Mirzə deyir:

– Bu məytufu İsfahana Cəmşid Padşaha yetirərsən.

Əmbə məktufda yazmışdı ki, məktufu sana verən oğlanı gələn kimi qətl eylə, cəhənnəmə gündər ki, bir də geri dünmə­sin.

Səyyad yola tüşən vaxt Sədət bir nezə qıznan şəhərin kə­na­rında Səyyadın yolunu güzdüyürdü. Gürdü kü, Səyyad gəler yanın­dakı qızdarnan bir yerdə onun yolunu kəsif dedi:

– Oğlan, oğlan, harya gedersən?

Səyyad cavaf vermədi. Belədə Sədət gütürdü gürək nə de­di:

Oğlan, mənnən ayrılersan,

İllərilən mən ağlaram.

Ağ üstünnən qara ürtüf,

Tellərinən mən ağlaram.

Səyyad gürdü baa Sədətin nə kefidi; aldı gürəh cavabında:

Ala güzdü, Sədət xanım,

Sən ağlama, mən ağlaram.

Sənə qurvan şirin canım,

Sən ağlama, mən ağlaram.

Sədət:


Ahular gəzər dağlarda,

Piltələr yanar yağlarda.

Bülbüllər ilə bağlarda,

Güllər ilə tən ağlaram.

Səyyad:

Bülbül kimi güldən oldum,



Sonalar tək güldən oldum.

Mən ulusdan, eldən oldum,

Yollar ilə mən ağlaram.

Sədət:


Sədət ağlar yana-yana,

Yanar bağrım dünər qana,

Sən gedersən İsfahana,

Sən ağlama, mən ağlaram.

Səyyad:

Səyyad da dərdini bilməz,



Axan güz yaşını silməz.

Bu yollara gedən gəlməz,

Sən ağlama, mən ağlaram.

Allah gürsətməsin Sədət də, Səyyad da, yanındakılar da qana batıf, qan ağlerdılar. Sədət bir namə zıxardıf dedi:

– Buruya bax, bu nameyi zatan kimi əmimə verərsən. O biri naməni verdiyini vermədiyini bilmirəm. Ancaq birinci bunu ver.

Səyyad:


– Baş üstə, xanım.

Səyyad başdeyir yol getməyə. Günə bir mənzil, teyyi- mənəzzil. Gah karvana rast gəler, gah ata rast gəler, altı aydan sonra gəlif İsfana zıxer. Gəlif şahın qarşısında baş əyer.

Cəmşid şah:

– Oğul, yol yorğunusan, kimsən? Hardan gəlersən?

Səyyad dedi:

– Şah sağ olsun, mən səni qardaşın Fərrux Mirzənin məytu­funu gətirmişəm. Ancaq qardaşının məytufunnan əvvəl bu məy­tufu oxu.

Cəmşid şah soruşdu:

– Kimindi?

– Qardaşıyın qızı Sədət xanımın məytuvudu.

Sədətin məytufunu oxudular.

Cəmşid şah:

– Oğul, bə qardaşımnan gətirdiyin məytuf hanı?

Səyyad:

– Qavaxca bir nezə kəlmə saznan deyəjəm şahım, sonra məytuvu saa verəjəm.



Başına dündüyüm, ədalat şahım,

Dəryalar keşmişəm, ada gəlmişəm.

Ağlaya-sızlaya düşüf yollara,

Dərdim oluf, həm ziyadə gəlmişəm.

Şah:

– Oğul, daha nəyə gəlifsən?



Səyyad:

– Qulağ as:

Bülbül olan əlmi zəkər gülünnən,

Nə müddətdi zıxdım yarın elinnən.

O, Giranda Zuğul Simon əlinnən,

Ayağ torpağınnan dada gəlmişəm.

Zuğul Simon kimdi? Haman Səlminin atası. Səlmeyi qar­daşı oğluna verməy isteyir. Arada fənd işdəder.

Şah Səyyada deyir:

– Ədə, bir süzünün axırını de gürək, nə istiyersən?

Səyyad deyir:

– Qulaq as:

Ah zəkibən, mən kühsümü ütürdüm,

Güz yaşımnan şəccarələr bitirdim.

Səyyad deyər, sana badə gətirdim,

İzmişəm qırxlardan badə gəlmişəm.

Əlini cibinə salıf Fərrux Mirzənin verdiyi məytuvu Cəm­şid şaha verer. Cəmşid şah naməni oxuyanda gürür kü, baa iş nə yer­dədi, qardaşı nə fikirdədi. Ancax Səyad doğurdan da Sədətə layıx­dı. Üzü də hax vergisi olduğunu da Səyyad burda təsdiq­lədi. Şaha elə güzəl gəldi ki, dedi vallahi iki qızım olsaydı, iki­sini də saa verərdim.

Cəmşid şah gütürüf qardaşına bir məytuf yazer.

– Oğul, mənnən istədiyin nədi?

– Sənnən bircə istəyim var.

– Nədi?


Səyyad:
Başına dündüyüm, ədalat şahım,

Şahım, mətləbimi düzəsən gərək.

Sahibim, sərtacım, ey qibləgahım,

Şahım, mətləbimi düzəsən gərək.


İncimədim ləhcəsinnən, dilinnən,

Baş azmadım Seyraquvun felinnən,

İndi gəldim mən Girmanın elinnən,

Şahım, mətləbimi düzəsən gərək.


Şirindi sühbəti, şirindi süzü,

Həsrətimi zəkir, yoldadı güzü.

Adı Sədət, sənin qardaşın qızı,

Şahım, mətləbimi düzəsən gərək.

Bəli, süz tamam oldu. Yarım ay Səyyadı yedirir, icirir, nə ki var qonağ otağında saxlıyır. Axırda deyir:

– Oğul, gürürəm tələsiyirsən, getmək istəyirsən. Getməli­sən. Bu məytufu gütür, mənim qardaşıma verərsən. Yetirən kimi o, işini düzəltməsə, dün mənim yanıma, mən bilerem nə qayı­raram.

Bəli, Cəmşid şah gütürüf gürək naməni necə yazer:

Başına dündüyüm gül üzlü qardaş,

Gərək düzəldəsən işin Səyyadın.

Gürcəyin güzlərim doldu qanla - yaş

Gərək düzəldəsən işin Səyyadın.
Əyər sevgi olsa, bir-birin tapar,

Bir künül sən yapsan, hax səni yapar.

Verməsən Sədəti qiyamət qopar,

Gərək düzəldəsən işin Səyyadın.


Qardaş olan, qardaş süzün eşidə,

Güz yaşlarım gül üzümü üşüdə.

Bir qızdı bağışda Şahı-Cəmşidə

Gərək düzəldəsən işin Səyyadın.

Oğul, bu namanı ancaq qardaşımın üzünə ver. Nə vəzirə, nə vəkilə hez kimə vermə. Səyyad yola düşməkdə olsun. Yollar uzax, süzlər zox. Yol uzunu gəler, meşələrdən keşer qorxor, də­rələrdən keşer qorxor, gürür kü, işi yaxşı getmer, gütürüf ilahi­sinnən gürək nejə kümək istiyir, biz deyək, siz sağ olun:

Varlığın, birliyin hamıya əyan,

Qadir Allah, sənnən bir yol istərəm.

Dar günündə müminlərə yarıyan,

Qadir Allah, səndən bir yol istərəm.
Bu fani dünyada qonağam, qonağ

Nəzər sal üstümə düz güzünlə bax,

Əmr eylə yollarım olsun zılzırağ,

Qadir Allah, sənnən bir yol istərəm.


Yaman olur uzax yollar zətini

Qurda-quşa qismət etmə ətimi.

Yollarda qoymaynan Səyyad yetimi,

Qadir Allah, sənnən bir yol istərəm.

Bəli, Səyyad gəlməkdə olsun, sizə Girman şəhərində nələ­rin baş verdiyinnən deyim. Elə ki, Cəmşid şah Səyyadı yola sa­ler, məytufu verer, bu tərəfdə Sədətin necə müştəriləri var idi. İsmeyil xan adında bir bəyin oğlu Mahmud Sədətin zoxdan aşiqi idi. Nə qədər eliyirdi yola gətirə bilmerdi. Səyyadla Sədətin bir-birini sevməyi Fərrux Mirzənin güzünün qapağını aşdı. Adam gündərdi İsmeyil xana ki, qızı verirəm, gəl apar oğluna. O günü toy başda­dı. Vurhavur. Üz gün üş güjə keşdi, dürdüncü günü gəlini atdan­dırdılar İsmeyil xanın üyünə, Mahmud bəyə. Mah­mud bəy gəlini qarşılayanda bir dəli at minmişdi. Bir daşın üs­tün­nən kezəndə atın ayağı daşa ilişir. Mahmud bəy yıxıldı. Mah­mud bəyin başı daşa dəydi. İrağ canınızdan orda canını tafşırdı. Toy dündü yasa.

Bə, neynəməy olar? Gəlin bəy üyünə təhvil verilif. Bunun axırı nə olajax? Geri qaytarmır. İsmeyil xan dedi, yox, oğlumun ili zı­xanatan, gəlin mənim evimdə qalmalıdı. Ədət də belədi, iş də belədi. Bu minvalnan Sədət xanım İsmeyil xanın evində qa­lası oldu.

Sizə kimnən deyim, Sədət xanımnan. Banı xanım Sədə­tin halına yanan rəfiqəsi idi. Onnan hez ayrılmerdı. Aradan üş-dürd gün kezer, yas bir az səngiyir. Banu Sədətin yanına gəler. Sədət sazınnan üz tel ayırıf gürək Banu xanıma nə deyir:

Banu, Səyyad gəlsə şəhri-Girmana,

Süylə, Səyyadıma qaldı baqiyə.

Gürüm ürcah olsun, yaman-yaman,

Süylə Səyyadıma qaldı baqiyə.
Səyyadla Sədətə bada verdilər.

Dərdi-qəmi həm ziyadə verdilər.

Zülüm ilə məni yada verdilər,

Süylə, Səyyadıma qaldı baqiyə.

Aldı birini də:

Nəlayiğ süzləri hərgiz tutmaram,

Gül də olsam, qeyri bağda bitmərəm.

Səyyad sevgisiyəm yada getmərəm,

Süylə, səyyadıma qaldı baqiyə.

Bu məytuvu Banu həmişə qoynunda gəzdirer. Sədət də Mah­­­­mud xanın yasını güzləməhdə olsun, sizə kimnən xavar verəjəm, Səyyaddan. Ta gəlif il tamam olur. Səyyad Heyrata17 o gün gəler ki, haman gün Mahmudun ili olor. Səyyad gəler Sədətin yaşadığı evin bağına. Amma heş kəsi gürmür. Bağ ve­rana qalıfdı. Heş kəs yoxdu. Sazını zıxardıf gürək nə deer.

Hanı bu bağın bağbanı,

Gürünməz, Sədət gürünməz.

Boş qalıfdı odaları,

Gürünməz, Sədət gürünməz.


Hanı yarın, yığnaxları,

Alma kimi yanaxları,

Boş qalıfdı otaxları,

Gürünməz, Sədət gürünməz.

Səyyad belə oxuduğu vaxt, Banu anarıdan zıxıf, Səyyadı gürdü. Ağlıya-ağlıya qavağınnan kezəndə gürək, Səyyad nə dedi:

Banu xanım, ağlamısan,

Neyzün qara bağlamısan?

Səyyad qəlbin dağlamısan,

Gürünməz, Sədət gürünməz.

Bəli, mən sizə danışdığım kimi, Banu da əhvalatı Səyyada danışer və Sədətin də Səyyadın yolunu güzdəməsini deyir. Səy­yad da birbaşa İsmeyil xanın qonşusu Xalıxverdi xanın oğlunun toyu­na gəler. Toya aşıx lazım olor. O vaxtı da aşıx təkəm sey­rək gürü­nər­di. Səyyadın toya gəldiyini gürən camahat, zox şad olor. Or­dan-burdan o qədər xələt tüküllər ki, ayə, aşıx sazı küy­nə­yinnən zı­xar. Səyyad sazı küynəyinnən zıxardıf, gürək cama­ha­ta nə oxuya­jax:

Qərib kəsin olmaz süzün qiyməti,

Ha süyləsin doğru süzü sağı yüz.

Ay hazarat, mən bunlara neynədim,

Bunlar zəkdi sinəm üstə dağı yüz!


Burdan belə bir bağ gürdüm viranə,

Abad künlüm neyzin olsun viranə,

Gəldim gürdüm bağlarını viranə,

Sədət deyib, ha dolandım bağı yüz.

Hamı məyus qaler. Ağlıyan var, gülən var, Allahın əmrini bilən var. İnşallah aldı gürək Səyyad axır bəndini nejə deyir:

Bu dünyada həsrət qaldım beş günə,

Kəməndlər atıldı ümrüm küşkünə.

Səyyad deyər, Sədət yarın eşqinə.

Zox dolandım dərəni düz, dağı düz.

Bəli, savaxlarınız xeyrə azılsın, savax azılan kimi Səyyad Fər­rux Mirzənin yanına gedif, məytuvu ona verer. Fərrux Mirzə deyir:

– Ə, mən səni İsfahana ğündərdim nə oldu ki, yenə bura­la­ra gəldin?

Səyyad:


– Mən süzü saznan deyə bilərəm?

Fərrux Mirzə:

– De, gürək.

Qadir müvlam mənə irəhm eylədi,

Uzax yollarımı cada gətirdim.

Haqqın min bir adını zikr eylədim,

Həmişə dilimdə nida gətirdim.

– Oğul, üzgə nə oldu? Nə təhər oldu?

Aldı birini də:

Bağzalar bar vermir qızıl süyüddən,

Hərgiz pis iş zıxmaz təmiz iyiddən.

İsfahan mülkünnən, o şah Cəmşiddən,

Qardaşınnan sana salam gətirdim.

– Ayə, bir güstər gürüm o məytuvu?!

Səyyad dedi:

Leyli-Məcnun, Şirin-Fərhad gürdümü?

Səyyad yar yolunda canın verdimi?

Yalvardım, yaxardım dedim dərdimi,

Şahın dəst-xəttinnən namə gətirdim.

Əlini cibinə salıf naməni Fərrux Mirzəyə verdi. Fərrux Mir­zə naməni alıf kənara atdı. Hez oxumax da istemerdi ki, sən yalan danışırsan. Səyyad ğüzünün yaşını tükür, umudu kəsi­ləndə bir nezə qoca deyir niyə ağleyirsan?

Səyyad deyir:

– Qulağ asın:

Ay hazarat, ağlamayım, neyniyim,

Bağda bülbül gileylidi xarınnan.

Nalə edər taki sübh azılınca,

Dünməz ülənətək üz ilqarınnan.

– Nə demək, sən də dünməyifsən üz ilqarınnan. Mənim qar­da­şımın yanına getmiyifsən. Buralarda hərrənif, gəlif mənim başıma corav hürürsən.

– Şahım, şahım məytuvu oxumamış bilməzsən.

– Hez oxumax da istəmerəm.

– Onda qulağ as.

Qərib iyid, sənin arxan vətəndi,

Əcəl gəlif güz ününnən ütəndi.

Bir qızın var iki ərə satandı,

Utanmeyir namusunnan, arınnan.

Fərrux Mirzə qışqırer:

– Şər danışer.

Aldı Səyyad:

Bəyaz əllər, ağ biləklər, bazular,

Oxuyun alimlər, yaxşı yazılar.

Əl gütürün, dua qılın, qazılar,

Hax sizi saxlasın zuğul şərinnən.
Tifilkən olmuşam elimnən kənar,

Mən gələli anam günümü sanar.

Yaqin bil ki, Kür quruyar, sal yanar,

Sədətlə Səyyadın ahu- zarınnan.

Məclisə hücətlik tüşür. Qəriblik süzü araya gələndə Hida­yətnən Nidayət xoca ayağa duruf:

– Oğul, biz də qərivik – dedilər.

Səyyadnan Sədətin ahu-zarınnan bir az sonra məclis da­ğıl­dı. Bir adam da məclisdə qalmadı. Tək Fərrux Mirzəynnən Səy­yad qaldı.

Səyyad dedi:

– Fərrux Mirzə, məytuvu oxu!

– Oxumuyajam.

– Onda mən getdim.

– Harıya gedersən, get.

Yenijə eşiyə şıxmışdı ki, iki fərraş qabağını kəsif dedi:

– Aşıx, İsmeyil xanın oğlunun ili zıxdı. Qonaxları gəlif ta­cir­rər, ağalar, bəylər yığılıflar. Sənin də bir nezə süzünü eşitmək istiyillər. Əyər mümkün olarsa, o məclisə buyur.

Bəli, Səyyad bularnan barabar İsmeyil bəyin üyünə getdi. An­cax Səyyad hələ işi bilmer. Başa nə gəldiyini bilmer. Sa­vaxsı İs­me­yil bəyin üyünə yığıldılar. Bir ildi saz səsi eşidil­me­rdi bur­da. Həmi İsmeyil xanı yastan zıxardax, həm də bir nezə sühbətə qulağ asax.

Camahat yığıldı, xalx cəmləndi.

– Ay oğul, deyillər sən Şiraza gedifsənmiş, İsfahana gedib­sənmiş?

– Bəli.


– Nəyə getmişdin? Orda nə oldu?

Başına gələn əhvalatı camahata danışer. Ancax Fərrux Mir­zə də bu məclisə gəldi, zağırmışdılar. Səyyad yollarda başına nə gəl­miş­di ondan başladı danışmağa. Fərrux Mirzə mənə belə elə­di, elə elə­di. Nə iş olmuşdusa, hamısını danışdı. Fərrux Mirzə gə­nə də dedi:

– Mən sənə inanmeram ki, İsfahana getmisən.

Səyyad:


– Qulaq as.

Əyləşən ağalar, duran qazılar,

Eşq əlinnən qərib sevdaya düşdüm.

Leylidən, Məcnunnan, Şirin, Fərhaddan,

Onlardan beş betər qovğaya düşdüm.

– Oğul, nə düşdün, nə oldu?

Aldı birini də:

Tifil ikən vətənimdən atıldım,

Ayağyalın at düşünə qatıldım.

Bir nəinsaf xocazıya satıldım,

Canımnan bezikif cəzaya düşdüm.

– Oğul, daha nə oldu?

Qulağ asın:

İstərəm ki, hər kəs var olsun elində,

Şəkər əzsin dəhanında, dilində.

Mən Səyyadam, xan Sədətin yolunda,

Tükənməz qədaya, bəlaya düşdüm.

Bəli, Fərrux Mirzə başını aşağı dikdi. Bu yenə Sədətin adını zəhdi dedi.

Sizə kimnən xavar verim? Hidayətnən Nidayəydən. Onlar da bu məclisdə idilər. İsmeyil xanın zox yaxın dostu idilər. Nə qədər desən varranıflar. Hidayət dedi:

– Oğul, bizim üzün də de. Biz də qəribik, buralı deyilik. Ənamını da verərik.

– Əfəndim, niyə oxumuram:

Bəxtim qəm bəxtinə güzar eylədi,

Mən qərq oldum zərxi-fələk nəhrində.

Eşqin piyaləsin verdilər işdim,

Tam verdi ağzımda ağu təhrində.

– Bah, bah, oğul, sən necə bu qiyamətdərə düzüfsən?

Aldı gürək nə dedi:

Bir ah zəkif, küksüm üstdən ütürdüm,

Güz yaşımla şəccadələr bitirdim.

Bir baxza bəslədim, bara yetirdim,

Hez gülün dərmədim, gülün təhrində.

– Oğul, sən hansı tərəfdənsən? Hansı qohumlardansan?

Aldı Səyyad:

Aşıxlıx Səyyada gəldi nəhayət,

Leyli-Məcnun dərdi məndə hekayət.

Kimə edim, mən dərdimi şikayət,

Əslim Xocakeşdi, Herat şəhrində.

Nidayət xoca Hidayət xoca ilə bir-birinin üzünə baxıf, mat- mətəl qaldılar. Axı, onnar da Xocakeşdəndilər. Bizdən nə iste­yirsən saa verək? Biz də ordanıx.

İnşallah, indi gürək burda Səyyad nə deyəjəh:

Qadir ilahidən diləyim budur,

Əvvəlkinnən artığ bir günüm olsun.

Babamın devləti gələ başıma,

İncidən, sədəfdən bir donum ola.

– Oğul, vallah elə bizim də sən yaşda oğlumuz var. İncidən, sədəfdən zərkəz sayağı bir don tiktirmişik. Gəl onu saa verək. Al­lah eşqinə deyif, heybasını azer, sədəfdən tikilmiş paltarı ve­rif dedi:

– Bala, bax, bu sənin. Üzgə istəyin nədi?

O yannan İsmeyil xan dilləndi:

– Oğul, mənnən nə istəyirsən? De verəjəm.

Aldı Səyyad:

İsfahannan gələ qızıl almalar,

Yaxşı olar dosta gedib, gəlmələr.

İpək dəstərxanlar, qızıl bülmələr,

Ortalardan qalxmaz bir xonum ola.

Bu tərəfdən Məhəmməd xan qalxdı:

– Oğul, onlardan istədiyini isteyifsən, mənnən də istə. Alla­hın küməhliyi ilə verərəm.

Aldı Səyyad:

Yüklənə bərxana, zəkilə bir şatır,

Qabağında bədüy qovlayı qatır.

İpəkdən tahaba, atlasdan zadır,

Bu yurddan o yurda küz qonum ola.

– Oğul, vallah, onu mən eliyəjəm.

Səhrəb xan o tərəfdən qalxdı:

– Oğul, bə mənnən nə isteyirsən?

Səyyad:

Min birim atlana, min birim düşə,



Qırx-əlli erkəcim zəkilə şişə.

Ağrı dağ kimi şülənim bişə,

Axan Araz kimi sel-yağım.

– Ay oğul, maşallah, sənin qəlbin nə qədər büyükdü, deyif Tahar xan ortadan qalxdı:

– Mənnən də istə.

Səyyad:


Üz yüz atım ola toylaya bağlı,

Üz yüzü səhrada sırtınnan dağlı.

Üz yüz comuşum ola budunnan yağlı,

Zayırım, zəmənim, bostanım ola.

Səfi xan qalxdı:

– Oğul, mənnən nə istiyirsən?

Səyyad:

Qadir Allah, budu sənnən diləyim,



Yaylıma gəleydi üz yüz inəyim.

Ağ eyvan otağım, qızıl dirəyim,

İzində gəzinən bir xanım ola.

Deyəndə Səfi xan dedi:

– Oğul, bu mənlik düyül, bu ya İsmeyil xannıxdı, ya da Hey­rat şahı Fətəli şahlıxdı. İnəyi də verirəm, evi də, amma xa­nım Sədət mənnik düyül. Onun ixtiyarı İsmeyil xanda, Fərrux Mirzə­dədi. Yaxşı, oğul, axır süzün nədi?

Səyyad:


Xəbər alsan yerimi Heyratdı, Heyrat,

Atam Hidayətdi, əmim Nidayət,

Anam Nərgiz xatın, üz adım Səyyad,

Sədətə yetişən bir günüm ola.

Bah, bah, bah! İki qardaş Nidayətnən Hidayət başdarına dü­yüf, Səyyadı qucaxladılar.

– Ədə, oğul, sənin başına dünüm, bu Allahın nejə yazısıdı, nejə buralara gəlif cıxıfsan?

Üzünü İsmeyil xana tutuf dedi:

– Bu mənim oğlumdu, on səkkiz il bunnan qavax bir ya­şında qoyuf gəlmişik. Hələ də gürüşümüz budu. Allahın qis­mətinə, qədərinə bax gətirif bizi bura yetirif. Pul, mal, düylət de­diyin bizdə. İndi biz iki qardaş üzümüzü tuturux sizə: Ay camaat, Sədəti Səyyada verirsiniz?

Xalx ayağa qalxdı:

– İsmeyil xan, sənin oğlun yoxdu artıx, elə başqa oğlun da yoxdu ki, Sədəti alasan, ay Fərrux Mirzə, sənin də qızın birdi.

Fərrux Mirzə:

– Yavaşın gürüm, qardaşım məytuf yazıf, hələ gürüm nə yazıf.

Məytuvu zıxartdı, oxumağa başdadı. Məytuvu oxuyuf qur­ta­ran kimi dedi:

– Mən verdim, əyər qız razıdısa.

O saat bir molla, bir nezə də adam Sədətin yanına getdilər. Sədət harda idi? Qəmini dağıtmağdan ütəri, İsmeyil xanın balaca baxzasında hərrənerdi. Qızdarı da başına yığıf hər şeydən xəvər­siz belə oxuyurdu:

Qızlar, əl gütürün, dua eyləyin,

Bəlkə, babam verə Səyyada məni.
Neylərəm kəcavəni, rəxti- taxtını,

Versələr gedərəm piyada məni.

Bu vaxt adamlar bura yetişdi:

– Ay qızım, sana belə bir iltifatımız var. Elə biz də ona gəlmişik ki, atannan qaynatan sənin razılığını istiyir. Sən Səy­yada gedərsənmi?

Sədət:

Sədət güzlərini dikifdi yola,



Deyesən az qalıf peymanam dola,

Dost bağınnan gələn xan Səyyad ola,

Bəlkə babam verə Səyyada məni.

Sədət xanımı gətirerlər məclisə. Gütürdü süzün mühürbən­dini gürək nə dedi:

Sədətlə Səyyada verdilər badə,

Günü-günnən dərdim oldu ziyadə.

Səyyad gedəcəyim bir halazadə,

Süylə, babam versin Səyyada məni.

Sədətlə Səyyadın toyu yeddi gün yeddi gejə zəker. Hidayət xoca, Nidayət xoca Fərrux Mirzəynən büyük dost olurlar. Təzə­dən bir də toy başlaner. Gəlhagəl. Uzun yollarnan taa gəlif Hey­rata zaterlar. Nərgiz xanıma muştuluxzu gəler oğlu gəler, gəlnin gəler, ərin, qaynın gəler.

Allah-təbarakə-təala hamını sevindirsin. Büyük bir bay­ram olor. Allah onlara nə qədər ümür vermişdisə o qədər yaşa­yırlar. Siz xoş olun, mən də şad. Güydən üz alma düşdü. Biri mənim, biri nağıl danışanın, biri də aşıx Aslanın.


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə