Яли Камали архивиндяки «Короьлу» дастанынын


Bu, Koroğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim



Yüklə 2,08 Mb.
səhifə6/16
tarix01.07.2018
ölçüsü2,08 Mb.
#52892
1   2   3   4   5   6   7   8   9   ...   16

Bu, Koroğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim.



Bu, Eyvazın durna səfərİnİn

dastanıydı kİ, ərz elədİm
... [Koroğlu] Çəmlibeldəydi. Dəlilər dövründə, çıxmışdı və­rən­daza. Koroğlu nəzər saldı, bir dəlilərin içinə, göz do­lan­dır­dı, dedi:

–Ay dəlilərim, novçalarum, qardaşlarum, qollarum! Ca­van­nı­ğıyzın qədrin bilin. Cavannığ əldən gedə dala qəyitməz, nə pu­lunan, nə söznən, nə cənginən, nə xoşluğnan. Heş noi ca­van­nığ dala qəyitməz. Cilovun cavannığın tutun. Cavannığ insanın di­zi­nin quvvəsidi, gözünün işığıdı, belinin sutunudu. Bilin ca­van­nığın qədirin.

Bu söhbət ki tükəndi, Dəmirçioğlu nəzər saldı, Koroğlunun gör­dü gözdərinnən-çeşməsinin qırağından ildir-ildir misli ki yaş axur. Üz oldu ki, Qoş Koroğlu, məgər cavannığ nə cür olar? Sə­nin cavannığın ta bizim cavannığın fərqi çoxdu? Buna görə sən cavan­nığın ki, sən zaya vermişəy, bu cəlali cəm eləmişəy?! Ba­zır­qannarınan atışmışay-tutuşmuşay, dərələrdə-təpələrdə cəng elə­mişəy, neçə gədiklərdə, qarlarda, dumannarda qalmışay, çiskin-borannarda qalmışay. Ta bu calali yığmışay başına. Amma biz ana­dan göz açalı, atadan dil biləli gəlmişik, sənin döv­rən­dəyik. Nə bir cəng eləmişik, nə bir cədəl eləmişik? Ca­van­nı­ğı­mız əlhəmdülla bərqərardı səniy dövrəndə.

Koroğlu üz oldu ki, bala, cavannığ bir vaxt əldən gedər heş bil­mərəy. Heç bilməy, nə oldu getdi cavannığ əliynən. Bu çan bir qatar durna göydə qatarlanıp gedir. Havalanıp nə cür?! Ko­roğ­lu baxdı dedi:

–Haay cavannux... Necə olduy? Bu qatarlanan durnanı gö­rür­süz?

Dedilər:

–Bəli!

Dedi:


– Bu əlan yaylaxdan qayıdıp gedir qışlağa. Həsən paşanın ge­dir vəlayətinə. Həsən Paşa Osman torpağındadı. Böyük bağ­dı, tökülür o bağa. Mən cavan olanda bu durnalardan bir dənə qoy­mazdım göydə qədd aça, rədd ola bu köyşənnən.

Eyvaza bu söz o qədir giran gəldi, o qədir giran gəldi. Ey­vaz qəyitdi dala, gəldi evdə otdi. Üzüqoylu yatdı. Nigar xanım Ey­vazın anasıydı. Analığ üzündə aparmışdı bunu, Koroğlunun özündə övlat yoxudu. Üz oldu ki, Nigar xanım:

– Xan Eyvazım, niyə bugün pərişanay?

Dedi:

– Ana, atanın sözü oğul yanında çox giran gələr, buna görə ki, ata bizi xar eləyip.

[Nigar dedi:]

– Necə xar eliyip?

[Eyvaz dedi:]

– Mən cavandım göydə gedən durnanı qoymazdım keçə. Mənə bu söz giran gəlir. Rüxsət vermir mən gedəm bu dur­na­la­rı nəmənə var tamamını seyd eliyim gətirim.

Nigar xanım qəx vurdu gülməgə, dedi:

– Bala, Qoç Koroğlu deyir bu sözünü, ürəginə alma. Ko­roğ­lu deyər: “Mən cavanıdım bu durnalardan bac alardım“ siz də al­uz. Amma istəmir siz onun başınnan bu çağında dağulayuz. Əgər bu çağında siz onun cəlalınnan tamam parakənd olayız onun ocağı bağlanar. Narahat olmaginan.

Dedi:


– Xeyir, xeyir. Ağası sanaçan... qul olanın qulu qudurğan olur. Necə Koroğlunun əlində biz pərvəriş yemişik. Necə bu dur­nalardan biz gedib bac gətirə bilməyik.

Bəəd, Nigar xanım durdu gəldi Koroğlunun yanına.

[Dedi:]

– Qoş Koroğlı, Eyvaz bu cür narahat olup. Eyvaza rüsxət ver.



Dedi:

– Nigar, Eyvazım mənim yanımnan, əgə bir gün gedə, cə­la­lum dağılup. Eyvaz mənim gözümün işiğıdı. Qoymam Ey­vaz gedə. O biri novçalardan gedir getsin, Eyvazı qoymam.

Dəmirçoğlu üz oldu:

– Qoç Koroğlu, əgər Eyvaz mənim yanımda olmasa mən heş zad eliyəyməm. Gərək Eyvaz mənim yanımda ola mən bir şəə­ri talana verəm.

Amma Nigar xanım bu qəd üz basup Qoş Koroğluya. Gö­tü­rüp bu sözdərnən Nigar xanım beş dənə Koroğluya deyir:

– Koroğlu, qoy getsin.

Görək burda aldı nə dedi:
Sənə qurban, Qoç Koroğlu,

Eyvazı yola sal gedə.

Yalan dəgi sözüm doğru,

Eyvazı yola sal gedə.


Eyvaz dəlilərin başı,

Eylər davanı savaşı,

Başlarda vardı al quşı,

Eyvazı yola sal gedə.


Eyvazım şeşpər bağlasun,

Düşman cigərin dağlasun,

Dağı-daşı yaralasun,

Eyvazı yola sal gedə.


Eyvazımın qüdrəti var,

Qollarının qüvvəti var,

Getmək üçün rüxsəti var,

Eyvazı yola sal gedə.


Qan dolmuya ala gözünə,

Toz qonmuya ağ üzünə,

Bax bir Nigarın sözünə,

Eyvazı yola sal gedə.


Sözdər ki tamam oldı, Qoç Koroğlu gəldi meydənə. Baxdı Ey­vazın qamətinə. Durmuşdu ruburusunda Eyvaz, eyni söy­lə­tiiləri kimi. Dəmirçioğlu onun dalında, Bolu Sərdar55 on­nan dala, bəəd Yumuğ Əhməd onnan dala56... Bular, tamam san­da durmuş­du. Dəlilər yeddimin yeddi yüz yetmiş yeddi nov­çasıydı Ko­roğlunun. Amma buların tamam başçısı Xan Eyvazıydı.

Koroğlu dedi:

– Balam, mən bilmədi bu sözü dedim, şuxluğ elədim. Məgər göy­də gedən durnalardan yerdə insan atışur-tutuşur? O, göydə ge­dir, sən yerdə! O dağ, o təpə birsandı ona. Bəşər nə cür yerdən ona... Tir havalanıp çatmaz ona, xədəng havalanıp çatmaz ona. Mən siziynən şuxluğ elədim.

Eyvaz dedi:

– Qoç Koroğlu, and olsun cəlalıya, rüxsət verməsən bu söz məni dələr, zəlil elər. Mən xar ollam, dəlilər içində sözümü utam. Demişəm gərək bu sözdən gedəm.

Amma [Koroğlu] gördü [Eyvaz] aramış tutmur. Bəəd, burda [dedi:]

– Bəs, bala, gün batub, qoyun söb açıla. Söb mən sizi yola sallam gedin.

Koroğlu axşam günü hər vax boznux olanda bilərdi gecə qar gə­lər. Vurnuxur, külək bağlar, mahna elər, deyər:

–Balam, qardı-çiskindi, borandı getmiyin. Hava xoş ola [gedərsiniz].

[Koroğlu fikirləşir, belə desə] bəlkə, bu söz Eyvazın başınnan açıla. Eyvaz qəral tutmur. Eyvaz gəlip evdə oturup, dəlilər dövründə, dedi:



  1. Sağı peyman!57 (Sağı Peymana dedi) Peyman, bir mey doldur.

Peyman bir mey doldurup gətdi. Nigar xanım calallı Koroğ­lu­nun sağ yanında oturmuşdu, sol yanında Eyvaz oturmuşdu, də­lilər ruburuda. Eyvaz baxdı Nigar xanımın gözünə, baxdı Ko­roğlunun üzünə gözlərinnən yaş sərazir oldi, ildir-ildir. Ni­gar qəyitdi dedi:

– Eyvazım, niyə pərişanay, ağlııray?

Dedi:

– Buna görə mən ağlaram ki, mənə rüxsət vermədi Qoç Koroğlu. Dedi:



(Anacan) Baxmaram boran-çiskinə,

Ağlaram, ana, ağlaram.

Ürəgim şüşədir sinə,

Ağlaram, ana, ağlaram.


Gərək düşəm səhər yola,

Baxam sağa, baxam sola,

Baxmam çiskin, boran ola,

Ağlaram ana ağlaram.


Düşmənə mən çıxam qarşı,

Ürəgimin var savaşı,

Başda oynar şeşbərbaşı,

Ağlaram, ana, ağlaram.


Dəmirçioğlu Həsəninən.

Dağlar başın pusanınan,

Düşmənlə qapışanınan,

Ağlaram, ana, ağlaram.


Həsən paşa qoymam qala,

Başına bir şeşbər çala,

Peymanəsi qannan dola,

Ağlaram, ana, ağlaram.


Məst olanda bulbulları,

Açılar qızılgülləri,

Xan Eyvazım, bu yolları,

Sinəmi çəp-raz dağlaram.

Sözləri tamam eliyənnən soora, bəəd, burda Nigar xanım bax­dı Koroğlunun üzünə, dedi:

– Qoy söb açılsın calallana, saniyizi görün, dəlilərdən seçiy gedi.

Ağa, bəəd Dəmirçioğlunu o58, İsaballını o, Xan Eyvazı seşdi bir tərəfə. Dedi:

– Baxuy,Koroğlu indi bu sözdəri deyir, bəlkə buları qor­xu­da, getmiyələr. Görək burda, Koroğlu nə cür buları bu yol­dan min­sərif elirdi. Bəlkə Eyvaz bunun sözünə qulağ asa. Xeyir aa, Ey­vaz məgə qərar tuti?! Deyir:

Sənə qurban, Xan Eyvazim,

Boşdu bu dağın yolları.

Nabələdiz baş qutarmaz,

Beşdi bu dağın yolları.


Uca dağı duman tutup,

Qəyələr baş-başa çatup,

Ağur həramular yatup,

Ləşdi bu dağın yolları.


Dəmirçioğlu bizə nökər,

Hayxuranda qəddən sökər,

(Bala) At qaçar nal-mixin tökər,

Daşdı bu dağın yolları.


Qoş Koroğlu deyər, ağlar59,

Sinəsini çəp-raz dağlar

Qar yağar zürbalar bağlar,

Qışdı bu dağın yolları.

Dedi:

– Belə zülmat ola bu dağın yolları, səx-səx boran ola bu da­ğın yolları, əgər beş ağac yol ola, hərəsi qırx ağac ola ge­dərəm teyy eylərəm birini çıxardaram, – Eyvaz dedi, – Qəral tut­mu­ram, gərək gidəm.



Amma Koroğlu dedi:

– Xub, hələ pəs indi gedirəy, qoy sənə nəsiyət eləyim. Nə­si­yə­tim budu: “Durnalar tökülə bağa, hovuz var, su şirindi içələr eyb olmaz. Bir az duz allız, bağda tökəriz hovuzun içinə. Durna­lar içər, pərvaz eliyə bilməz. Bəəd, durnaları tamam seyd edə­riz.

Bu sözi Koroğlu bəəd, deyənnən soora Eyvaz, İsaballı, Də­mir­çi­oğlı bular yığıldılar bir tərəfə, o Yumuğ Əhməd ki, yol kə­sər­di, dedi:

– Mən də gedim, Qoş Koroğlu?

[Koroğlu dedi:]

–Sən qal, sən burda lazıməy.

Amma Nigarın gözləri baxırdı Eyvaz xana, bahar bu­lu­tu ­təki. Gözdərinin yaşını ildir-ildir silirdi. Nigar baxtı Qoş Ko­roğlunun üzünə dedi:

–Koroğlu, ruxsəti mən aldım, Eyvazım gedir. Amma Eyva­zın bu getməgində mənim gözüm çox qəm yaşı tökür. Eyva­zı­mın başına bəla gəlməsin?

Koroğlu dedi:

–Əgər Eyvazım mənim yerişimnən dərk eləsin, əgər İsgəndər qoşunu ola, Eyvazımnan zərrə bac ala bilməz.

Onda da Dəmirçioğlu baxdı gördü bu sözi Eyvaza Koroğlu deyəndə. Dəmirçioğlu çox narahat oldu. Rəngindən bildi.. Ni­gar xanım harif idi. Koroğlu çox bəz zaddarı bilməzdi. Koroğlu birisini yıxəydi anı başını kəsərdi. Əgər yıxıləydi durardı yalvar­ma­ğa. Bu adəti var idi. Nigar bəəd götürüb Dəmirçioğluya gö­rək bu dillərnən nə deyir:

Dəmirçioğlu, adı bəlli60,

Eyvazımı qoyma gözdən.

Duşman ola yüz o əlli,

Eyvazımı qoyma gözdən.
Eyvazım qoyma tək qalana61,

Əcəl camını dolana62,

Düşman buna daldalana,

Eyvazımı qoyma gözdən..


Eyvazı qoyma tək gəzə,

Duşmanın bağrını əzə,

Zülümə ikiyiz dözə,

Eyvazımı qoyma gözdən.


Geyin o zirəh yarağa,

Yoluyzda verrəm sadağa,

Dözə bilməm qəm fərağa,

Eyvazımı qoyma gözdən.


Səhər söbün Dan ulduzu,

Budur sənə Nigar sözü,

Baxar Həsən paşa qızı63,

Eyvazımı qoyma gözdən.


Sözdər ki təmam oldı, bəəd, Nigar xanum bu sözdəri deyənnən soora, gün açıldı, gəldilər Çardaxlının meydanında durdular. Dağ çəkilmişdi, getmişdi göyə. Eyvaz dedi:

–Qoş Koroğlı, məhz Təkətürkəmandaydım, dağa duman ya­tan­da atam deyərdi: “Davarı salak quzu qoynuna. Yəni, qu­zu gə­lə nənəsinin yanına. Hava açılışıp duman havanı açar.“ Atam de­yərdi: “Ya dumannı ilim olsun, ya alagöz qoyunum ol­sun, tu­man­nı gəlinim olsun, ilim mənə xoş gələr. Bizə duman yax­çiy­di. Yaxçi bilərdik dumanı dağ ola.“

Dedi:

–Bala, o dumannarnan bu dumanın fərqi var. Bunnar boz du­mandı, pozğundu. Buranın qışı səxt olar, sizin arannan [fərq var]. Hələ gedin, Allaha tapşırdım beləyizi. Biri-biriyin ardıca gedin, ayrı düşmüyün.



Ağa, düşdülər yola. Ərəb atdara rikab basdılar, düşdülər dağı təpənin [canına]. Gəldilər bir [yerə, gördülər] böyük dağdı get­mişdi göyə. İldırım dağı deyərdilər. Amma hər yana do­lan­dılar gördülər yol yoxdu, at keçə bilmir. Pəs burdan nə cür olak, biz aşayk. Yolu azdık. Dəmirçioğlu deyər:

–Bəli, Eyvaz, yolu azdık.

Burda Eyvaz götürüp dağlara beş dənə deyir, görək nə söz­dərdən deyir:

Qarşı yatan, qoşa dağlar,

Gərək Eyvaz aşa sənnən.

Şeşpər belə necə bağlar,

Gərək Eyvaz aşa sənnən.
Başıya bulut dolanur,

Sinəy tamam qarlanur,

Kəkliklər qakqullanur,

Gərək Eyvaz aşa sənnən.


Səx-səxdir qəyələrin,

Uzqun-uzqun dərələrin,

Gərək aşa sərələrin,

Gərək Eyvaz aşa sənnən.


Bu dağları çiçək bəzər,

Çiçək üstə bulbul gəzər,

Düşmən zülümümə dözər,

Gərək Eyvaz aşa sənnən.


Eyvaz düşüp burda yola,

Baxır, həm sağa, həm sola,

Qoymam düşmannar tək qala64,

Gərək Eyvaz aşa sənnən.


Bu sözdəri deyənnən sonra ata rikab basdılar. Ağa, düşüplər yo­la. Gəldilər dağın bir buzğun zəmanəsiydi, cilğə yol açılırdı, yo­lu aşdılar. Çıxdılar dağın damanasına baxdılar. O zaman dür­bün-mürbün bu cür yoxuymuş. Baxdılar gördülər şəər düşüp bir düzdə. Hələp Osman torpağı Türkiyədədi, hayandadı mən bi­ləmirəm. Amma o tərəfdədi. Düzdədi bu şəər. Baxdılar gör­dü­lər bu şəərin ətrafı tamam sudu.

Dəmirçioğlu dedi:

–Eyvaz, azmışıy yolu? Bura Həsən paşanın Duran şəəri dəyil. Bura Duran dəyəllər?!

Dedi:


–Bura elə Duran şəəridi.

Dedi:


–Əgə biz Duran şəərini tapmasak, durnaları da tapmak. Xar qəyidarık Koroğlunun yanına.

Burdan yetirhayetir, mənzilhamənzil çatdılar ta şəərin kinarı­na. Gördülər bir kişi iki dənə qatır yükü ot bağlıyup gəlir. Am­ma əlində bir dənə ağaşdı, bir əlində dəsmal oynuuru, tovluur gə­lir. Eyvaz dedi:

–Dəmirçioğlu, bunnan xəbər al, gör Duran şəəri budu?

Dedi:


– Ay dadaş!

Bu, cavap vermədi.

[Dedi:]

– Ay yoldaş!



Bu cavap vermədi bə. Bir qədir gəldi rubarusunda durdi, dedi:

– Qardaş, sənnən xəbər almıram məgə?

Dedi:

– Ay dadaş, nə ola? Ay yoldaş, nə ola?



Dedi:

– Bəs nə deyim?

Dedi:

– Deginən: “Ay danə! Sözü deyirəm adama“. Bu cür xəbər al.



Dedi:

– Bərəkalla, baba, səndəki şairən. Bura Durandı?

Dedi:

– Bəli, bura Duran şəəridi.



Dedi:

– Həsən paşa deyillər, bu Duran şəərində olar? Həsən paşa diridi?

Dedi:

– Bəli, əlan şəər təlatumdadı, cimu-cuşdadı. Şəərdə san görüllər.



[Dedi:]

– Nə üçün?

Dedi:

–Deyillər, bu dağın o üzündə bir Cardaxlı var. Bir Koroğlu var. Tamam gədikləri basur, qəfləri kəsir, bazırqannarı çapur, yolları bağluur. İstiillər qoşun yiğələr, gedələr onun cəlalını dağı­da­lar.



Eyvaz dedi:

– Əcəb yerdə səhər açmışıq, günümüz çıxmır. İnəgimiz do­ğub iki buzov: birisi ala, birisi boz. Biz gəlmişik burda durna apa­rak. Bular gəlir Koroğlunun cəlalın dağıda. Dəmirçioğlu, qoy bunu mən yolluyum gedə gedər-gəlməzə.

Dəmirçioğlu dedi:

– Yo... yo...yox! Kasanı tıqqıllatma. Əsla.

Bunun bu dilin çox halı olmurdu. Dedi:

– Qardaş, nə deyiriz?

Dedi:


  1. Deyirik, yanı əcəp bu Koroğlu çox namərd adamıdı? Çox zülm eləyif xalxa?

Dedi:

  1. Bizi də istiyələr, biz də bularnan gedərik köməgə?

Bəəd, bu sözdə ki, bunnan kömək, icazəsi-rüsxət istiidi, gedə Dəmirçioğlunnan ala, Dəmirçioğlu dedi:

– Eyvaz can, səni mən tək qoyman gedən. Görmədin, anan nə dedi. Mən necə səni gözdən qoyup tək gedəyn?

Dedi:

– Xub, düşman içidi. Hələ biz gedip bulara munis olak. Görək buların sözü haradı, hədəfi haradı.



Dedi:

– Amma ged tez gəl, qalma.

Bular da girdilər həmin baği ki Koroğlu demişdi. İsaballıya dedilər: “Get, duz al, göt gə“.

İsaballı dedi:

– Atnan gedim?

Dedi:


– Səfey oğlu, atı aparran özün tanıtdırran... Atnan nəyə?! Xurcunu götür ged. De: “İstiirəm bir az duz alam, həşəmim var, aparam“.

Bəəd, xub. Dedilər, [xəbər alsalar], sən nə cür düz aparran dalında? Deginən, atımı hörükləmişəm çöldə, qatırım var yük­lüyəm aparam.

Ağa, [Eyvaz] bunu da yolladı [şəhərə]. Eyvaz gəldi girdi şəərin içinə. Gəldi gördü ki, böyük meydandı. Meydan qurulup. Ağa, düşmannar qollarında bazubənd, tamam əllərində şeşpər oy­nadıllar. Çaqqışır şeşpərlər bir-birinə. Eyvaz girdi yannan ləş­kərin içinə. Şəərin içində Həsən paşa oturup təxt üstündə. Vəzirinin birinin adı Sulduz idi. Sulduz vəzir dedi:

Qibleyi- aləm sağ olsun, deyillər, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi başundadı. Əgər onda da onun bir novça dəlisi var, adına Eyvaz deyillər, Türkəmandı. O, çox qo­çaqdı. Əgər deyillər, o Eyvaz tutalar Koroğlunun cəlalı ba­şın­nan dağılıp, ocağı keçip. Eyvaz tək yeddi min yeddi yüz yet­miş yeddi qoşuna hərifdi. Biz bir cür elyəgin Eyvazı salağın tora.

İndi Eyvaz durup baxur, bular içində. Sulduz vəzir dedi:

– Əgər Eyvazı tutak, Koroğlunu tutmuşuk. Amma da, deyillər, Eyvazda bir cür hüsnü camal var. Əgər on nəfər adamnan öl­dürə, tutay onun qanın bağışlar ona. Bir belə cavanı hüsnü var.

Eyvaz bir çan baxdı gördü kulafirəngidən qızıl alma əlində Dona xanum oynadur. Baxdı bir Eyvaz gözünün güşasınnan, bir gözüynən baxdı Dona xanıma, bir gözüynən Sulduz vəzirə. Vəzir dedi:

– Ay cavan, nə məmləkətdən gəlmişəy buraya? Hayana gedirəy?

Dedi:

– Valla, qurban, mən də eşitmişəm, bu Koroğlu tamam şəərləri talan eliyip, viran eliyip. Mən Turanzəminnən gəlmişəm. Əgər icazə verəyiz, rüxsət verəyiz, biz də qarışak sizə. Mənim necə dənə yoldaşım var, dostum var, familim var, elim var. Bizə çox zülüm eləyip. Bizə çox yovuxdu, sizə ki, çox uzaxdı hələ. Bizdən çox cəlallar dağıdup.



Bunu deyəndə bir dənə cavan pəəlivan idi meydanda, yeridi irəli, dedi:

– Ay oğlan, o Eyvazı mən Burzu gədigində görmüşəm. Neçə il bunnan qabax kəsdilər bizim yolumuzu. Eyvaz həmişə həm çəp əlində şeşpər vurar, rast əlində cida vurar. O zaman mənə bir dənə şeşpər vurupdu kətdimnən, hələ necə aylardı, necə gün­nərdi hənuz cəraəti gəlir, yeri yaxçı olmuyup. Əgər mən Ey­vazı görsəm, təbəsinnən bu əmudu vuracağam başı buğda təki səpələnə.

Eyvaz güldü bu sözə. Gülməgində Eyvaz, buna görə güldi. Dedi:

– Nə oğlan, güldiy?

Dedi:

– Ay pəəlivan dadaş, məlumdu ki, sən bu cavannarın başı səney, sərkərdəsi səney. Xuda səni nəzərdən, gözdən saxlasın. O şeşpəri hələ görey nə cür vurup sənə, sən indiyə qalmışay? Vəilla o bir şey dəyi ki?! Türkəmən elində bir dava düşdü, mən onun yanındaydım, onun atası Əli qəssabdı, onun dayısı Ərəp Reyhandı65. Bir dava düşdi [Eyvaz] 14 yaşında bir dənə şeşpər dəvənin üstündə vurdu bir nəfərə, dəvəsiynən özü qarışdı biri-birinə. Sənə görəy nə cür vurup, sən qalmışay indiyə.



Dedi:

– Yox, çoxçə rəşid oğlandı. Eyni sənin şikliydə cavandı. Eyni səniy hüsnüydə cavandı.

Dedi:

– Xub, məni gör, onu gör daa. Mənə bax, ona bax. Məni gör onu gör şeşpərdə. Mən şeşpər vuram, o şeşpər vura. Mən cida vuram, o cida vura. Heç fərqimiz yox. Dedi:



– Bu meydan, bu siz, bu biz. Amma mən əgə sizə kömək olam, tutarık onu.

Bu pəlivanın adına, ağa, Bədiizaman deyərdilər. Bədiizaman dedi ki, ay oğlan, gə bu meydanda bir savaşak, güləşək, mə­zə­rat eliyək, görək kimin qüdrəti çoxdı.

Bu sözdə Eyvaz güldü, dedi:

– Axı, mən qəribəm. Siz qonağa bu cür eetiram qoyarız?

Dedi:

– Yox, demirəm ki, səniynə dava eliyək, vurak biri birin naqist eliyək...



[Eyvaz dedi:]

–...Elərəm, elə bilin Eyvaz mənəm. Eyvaz Koroğlunun hə­mi­şə sağ tərəfində gəzər. Şeşpərdə vuran həmişə adamın kət­tinnən vu­rar. Necə ki, baba, deyər, mənə şeşpər vurup necə il bunnan qabax, mənim hənuz da cəraəti gəlir. Qoy Eyvazın tərifin mü­şəx­xasatını eliyim görün nə cürdü. Deyər:


Eşidən, xannar, paşalar,

Elə bilin Eyvaz mənəm.

Qannı kasa başa calar,

Calar səsiyz Eyvaz mənəm.


Eyvaz Koroğlu dayağı,

Həm dayağı, həm oyağı,

Yolladı, gəlir əyağı,

Görə bilsəyz Eyvaz mənəm.


Eyvaz gələr bu meydana,

Meydanı döndərər qana,

Hərifnən cüt cövlana,

Gəzə bilsəyz Eyvaz mənəm.


Dayısıdı Ərəp Reyhan,

Puştunda var yaz o bayram,

Görən ona qalır heyran,

Heyran olsayz Eyvaz mənəm.


Eyvaz Türkəmən balası,

Koroğlu Eyvaz arxası,

Necə baxar Zileyxası

Baxa bilsəyz Eyvaz mənəm.


Nigar olup ona ana,

Pərvanə şəmə dolana,

And içəyiz andun inana,

İnanasyız Eyvaz mənəm66.


Dedi:

– Xub, əgər rüxsət verəyiz, tamam şəərdə əziz, qoçax dayı­la­rım­nan, qoçax əmilərimnən orda kömək götürəm. Si­ziy­nən gələm harda cür olak? Gedəyin Koroğlunun qov­ğa­la­rı­nı, başınnan davalarını, dəlilərini dağıdagın, cəlalını ya­lan eliyək, xəl­xi rahat eliyək ki, gecələr xəlx göz yuxuya ver­mi­ri, baş yastı­ğa qoymuri, xalxın ruzigarını qarannıx eliyip başına.

Həsən paşa yeridi irəli:

–Ay cəlallı oğlan, xoşsima oğlan yaxçı, danışdın. Mərifətiyə gö­rə gücün var, gücüyə görə əğlin var. Bizim şəərdə bir belənçik adam yox. Deyillər, o Eyvaz bir cavandı ki, ona adam 500 qə­dəm qalanda dizinin dayanası yıxılır. Həmi şöörəti onu alır, hə­mi qüvvəti...

[Həsən paşa dedi:]

– İndi burda bir dənə cavan istərəm dura bu camı ala mən­nən sərxoş eliyə. Bu cavanınan pəncənərim eliyə. Əgər payıq ol­du bu cavana, billik ki, biz də Koroğluya payiğik. Bu cavan de­yər: “Elə bilin mənəm Eyvaz tuta bilsəyiz». Bu da ki, bu sözi deyir. Kimdi bu cavan?

Üş dəfə dolandırdı camı səs olmadı. Dördmüncü dəfədə bir Bədiizaman varıdı, Bədiizaman dedi:


  1. Qurban, bəndə! O, camı içərəm bir şərtinən?

[Dedi:]

  1. Nədi şərtin?

Dedi:

– Budu şərtim, mən bu cavana payığ oldum Dona xanımın əlin qoyay əlimin içinə. Ola mənim munisim.

Dedi:

– Ay cavan, mən dürüstü demişəm: “Mənim qızım Dona xanımı o cavana verrəm ki, Koroğlunun dəlilərindən bir dənə tuta, ya özüni tuta. Özüni ki, heş kimin hünəri dəyi. Dəli­lə­rin­nən, əgər tuta, mənim bu qızım onun ənamıdı. Mənim bu qızım onun caizəsidi. Əgər bu cavanı ki, gəlir meydənə bu ki, Koroğ­lu­nun novçası dəyi. Bu ki, Koroğlu dəlisi dəyi. Əgər ki, sən bu­nu payığ olan, yıxan, mən Dona xanımı verim sənə? Bir dənə bu cür cavannan?! (İndi Dona xanım kilafirəngidə baxur.) Xub, əgə gəldi bu cavan səni yıxdı, səniynən nəvərd oldu, gərək mən Do­na xanımı verəm bu cavana da? Bu söhbət nəydi deyrəy? Hər vəxt o deyili ki, Eyvaz, Eyvaz, o Eyvazı sən tutduyn o za­man mən bu qızı verrəm sənə.



Amma Koroğlu Çəmlibeldəydi. Nigar xanımnan dolanırdı bağın içində, dedi:

–Nigar, Eyvazımın gözü mənim gözümün içindədi deyə hərasan gəzir. Eyvazıma, toz qonmuyaydı üzünə.

Nigar xanım dedi:

– Yox, çünki adı-sannıdı, yadımızdan çıxmır.

Bəli, Həsən paşa üz oldu ki, a Bədiizaman, sən hələ biriynən nə­vərd elə, əgər payığ oldun, ayrı ənam sənə mən peşkəş elə­rəm. Səniy adın çıxardaram yuxarı, el içində. Bu da ki deyir, bir be­lə mən gəlmişəm, sizə istəsəyiz kömək olak, Koroğlunun ba­şın­nan cəlalını dağıdak.

Bular istiirdilər ki, girələr meydənə, Eyvaz baxdı-gördü Dona xanım pəncərədən baxır, eyni maral ovçuya baxır. Bunun əğlin əldən alır, nə cür alır? Götürüb burda Eyvaz beş dənə deyir, görək bu dillərnən necə deyir:


Dağda gələr maral səsi,

Neçə maral dağa baxar.

Budur ovçunun həvəsi,

Necə ona kəmənd atar.


Gözlərilə alır bizi,

Deyən söbün Dan ulduzu,

Kabab üstə odlu közü,

Canımı otlara yaxar.


Ucadur Çardaxlu dağı,

Ürəgimdə var soorağı,

Qurulur eyvanı, tağı,

Necə ki, Kəsraya67 baxar.


Gör, necələrin necəsi,

Açılmaz gülün qonçası,

Yetişdi çillə gecəsi,

Necə ki, yəllaya baxar.


Eyvaz gəlir bu meydana,

Pərvanə şəmi dolana68,

Necə ki saldı zindana,

Yusif -Zileyxaya baxar.


Dolandurdu Eyvaz bunu meydanda, bu hərifi. İndi Dona xa­nım da kulafirəngidə baxır. Əlində qızıl alma oynadır. Vəxti ki, Eyvaz bunu [Bədiizamanı] vurdu qoltuğuna ki, bunu gətirə Hə­sən paşanın təxtinin üstünə qoya. Ordan-kulafirəngidən qızıl al­manı pərtav elədi Dona xanım, dəydi Eyvazın döşünnən. Qız da demişdi dədəsinə “Hər vaxt mən bu qızıl almanı hər cavanın dö­şünnən vurdum, bil o cavanı istiirəm“. [Həsən paşa] bəxdi dedi:

–Xub, əgər mən qızı verim buna, bu mənə puşt ola, biz Ko­roğ­lunun cəlalını dağıdarık. Qız da ki, bunu istiir. Pəs buna görə, budur mən Sulduz vəzirindən səlah eliyək, bu məsləhəti görək nə cür olur. Bu cavana mən vaxt verim, fürsət verim gedə tayfasun, atasun, əmisin, dayısın yığa bir yerə, bəəd əzin biz bu bu familliği eliyənnən soora hücumu bağlıyak Koroğlu soorağına.

İndi Eyvaz meydanda durup Həsən paşa söbət eliyəndən soora hay ləpənd vururdu, gülürdü “külbaşlar, düşman gəlip öz gözdərinizin qənşərində durup“.


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə