Яли Камали архивиндяки «Короьлу» дастанынын


Bismillahir Rahmanir Rəhim



Yüklə 2,08 Mb.
səhifə9/16
tarix01.07.2018
ölçüsü2,08 Mb.
#52892
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Bismillahir Rahmanir Rəhim

Dastan-İ Koroğlı və Nİgar xanım

Günlərin bir gününnə, Nigar xanum Qoş Koroğlın əksini gör­di. Nigar xanum Koroğlın əksini görənnə bir gönyüldən min gönyülə aşiq oldu. Bir zad Koroğlıya yazdı: «Sən əgər igid­sən, gələsən məni İstambuldan aparasan». Verdi naməni nökə­ri­nə. Nökərin adı İsaballıydı, dedi:

–İsa can, bu naməni aparay Çartaxlı Çamlıbeldə Qoş Koroğ­lıya verəy, cəvabun alay, gətirəy.

İsa naməni aldı Nigar xanumnan, Çamlıbelin yolun gözlədi. Özünü Çamlıbelə çadduranda naməni Koroğlıya verdi. Koroğlı naməni oxudu. Cəvabunı İsaya verdi, dedi:

–Gəlləm, aparram.

Beləsinə, İsa xudahafizlik elədi. Koroğlı nökərləri yığdı, dedi:

–Mən issiirəm gedəm Nigar xanumı İssambul şəhrinnən gəti­rüm. Mən gərək sizin böyügüzi məlum eliyəm.

Saz Koroğlının gəldi əlinə, görək nəmə deyir:


Tuş oldum bir ala gözlü Nigara,

Tutsun toyun dəlilər, mən gəlincəy.

Urumunan Şama eyliyin xəbər,

Tutsun toyun dəlilər, mən gəlincəy.


Göreydim xanum Nigarın üzüni,

Öpeydim allunu, ala gözüni,

Çəkin şişə beş yüz əmnik quzuni,

Yeyin, dəlilərim, ta mən gəlincəy.

Qıratumu bağlamışam axura,

Gümüş piyalələr qaldı paxıra,

Beş yüz tümən xərc eyliyün çaxura,

İçin-için dəlilər, mən gəlincəy.

Koroğlı Qırati minib axırı,

Düşmənlərim daldan-dala baxırı,

Axar çaylar kimin tökün çaxurı,

Qəvvaz olın üzin, ta mən gəlincəy.


Koroğlı sözünü təmam eylədi, dəlilərinnən xudafizlik eylədi, Çamlıbeldən çıxdı. İssambul şəhrini gözlədi. Axşamçağıda İssam­bula çaddı. Bir qəriyə tuş gəldi, dedi:

–Qərri nənə, mənə bir mənzil olar bu gecə?

Qərri dedi:

–Buyurın, balam, öz övüüzdü.

Koroğlı qərrinin mənzilinə geddi, atunı bağlıyub, qərri taruf eylədi, övə geşdi, oturub Koroğlı dedi:

–Qərri, mənim igirmi nəfər daldan qonağum gəlir.

Nə qədər pul qərriyə verdi, dedi:

–Gedərsən bazardan yağ, dügi alay, gətirəy. Mənim otuz100 nəfər qonağum daldan gəlir.

Qərri bazara gəldi, yağ, dügi aldı. Qeyidib özüni övə çad­durdı. Ocağı odlıyub qazanı asdı. Qərrinin bir oğlı varudi, kör­pəyə gedərdi, gəlib.

–Nənə, mənə çörək gəti.

Qərri dedi:

–Danışma, balam, pilov asmuşam.

Oğlan danuşmadı, oturdı. Koroğlı gördi pilov bişib, qərri­nin əli çatsun, daa pilovdan qalmıyacəkdi. Koroğlı dedi:

–Qərri, qonaxlarumnan xəbər olmadı. Çıxginan dama, gör qonaxlar gəley?

Qərri dama çıxıb, bu yan–o yana baxır. Koroğlı özini qa­zanın yanuna çaddurdı. Qərrinin övünnən zərafi tapmadı pilovı tökə üssünə, yiyə. Qərrini surfası var idi dəridən, aşıdan çağar­muş­dı, mıxa vurmuşdu. Koroğlı surfanı mıxdan aşşağı gətürdi. Pilo­vı üssünə töküb neççə tikədə addi aşşağıya. Qərrinin oğlı gəldi övə, nənəsini damnan səslənni. Qərri aşşağıya gəlüb de­di:

–Nənnə, qazanumuz calanub.

Qərri dedi:

–Balam, heş müsülmanın qazanı belə calanmasun.

Qərri aldı görək oğluna nəmə deyir:
Sənə deyim, mənim balam,

Hardeydi bu tabdı bizi.

Əl qoyıb bizi yimağa,

Bu yərtan tükədər bizi.


Yedigün boynuna almaz,

Heş kim belə qılıc çalmaz,

Əmisi Şabannan qalmaz,

Bir utanmaz vardur üzi.

Zörə deyər baxsın süzə,

Əbəs qonax oldu bizə,

Dədəsi miləxor Mirzə,

Qırat üssə çıxdı gözi.


Qərri sözün təmam eylədi, Koroğlı gördi qərri dədəsinnən başladı, yaxçı tanıır, dedi:

–Qərri, əlim ətəgin, gəl, bu pul, ged bazara, yağ, dügi al, götür, ged bişir qonşularıya da dağut, mənim dədəmnən işin olmasun. Mən yorulmuşam, palas varı ver, mən yatum.

Qərrinin bir dənə yorğanı var idi, əvvəlki ərinnən qalmuşdi. Gəddi addı Koroğlınun başuna. Koroğlı yorğanı çəküb başına, yaddi. Süb durub əyağa, dedi:

–Qərri, mənim atum burda qalsun. Mən gedirəm şəhər içinə, Nigarı tapam.

Qərridən xudafizlik eyləyib çıxdı şəhər içinə. Soruşurdı, Nigar xanumın bəxçəsi harda olar, bir nəfər nişan verdi, dedi:

–O rubaruda ki, Nigar xanum bəxçədə, səni o bəxçəyə qoymazla.

Koroğlı gəldi, bağın qapusuna çaddı. Bağın qapusunna du­ra­na yalvarub:

–Məni bu bağa qoyguna.

Namay ki Koroğlıya Nigar gönnərmişdi, o naməni nişan verdi. Qapuçı irad tudmadı, dedi:

–Geş bağın içinə.

Gördi Nigar xanum oturub hovuzu başunna, qırx dənə incə qız döörünnə. Koroğlı bir yekkə salam Nigar xanuma verdi. Nigar xanum Koroğlının salamunı almadı. Koroğlıya çox bədi gəldi. Saz gəldi sinəsinə, aldı görək nəmə deyir:
Salam verdim, salam almaz,

Görüm, tutsun salam səni.

Axçasız, pulsuz aşığam,

Pulum yoxdu alam səni.


Güllü bağlarda gəzərsən,

Cahallar barğun əzərsən,

Nigar, kağaza bənzərsən,

Qələm tudmaz yazam səni.


Xəzinəm yox, aqzun açam,

Dövlətim yox, tökəm seçəm,

Əlaş budu, alam qaçam,

Çamlıbelə salam səni.


Hansı dağların qarısan,

Hansı bağların barısan,

Nigar, Koroğlı yarısan,

Tanır külli-aləm səni.


Söz tamam oldı, Nigar xanum dedi:

–Koroğlı, bağışlagunan, tanumadum səni. Əksin özünnən [şəngdir]. Mən bir dənə libas tikmişəm sənə. Əhd eyləmişəm, sənin arxaya böyük olsun, verim qıççını kəssilər, küçük olsun, qıççı altuna taxda oturdsular. Əlaan qızlar gedəllər o libası gətirəllər.

Dedi:

–Qızlar o libası gədsin.



Getdi qızlar libası gəddilər. Koroğlı başladı arxasuna giy­ma­ğa. Nigar xanum dedi:

–Koroğlı, heyf sənə, gözümə bir az qərrə gəldi.

Koroğluy bu sözdən bədi gəldi, dedi:

–Nigar xanum, əgər issəsən qərəlik eyb olsun, qulax ver, gör nəmə deyirəm.

Koroğlı sazı sinəsinə aldı, görək nəmə deyir:
Sən mənə qara deyərsən,

Qaşların qara dəgildi?

Tökülübdür dal gərdana,

Saşların qara dəgildi?


Açuldı həqqin eşiyi,

Aləmi tuddı işığı

Həsənü-Hüseyn beşigi,

Sərpuşi qara dəgildi?


Gözəllər bağda gəzəllər,

Bağrımın başun əzəllər,

Quran üssə xəd yazallar,

Xəd məgər qara dəgildi?


Koroğlyam, hərdə-hərdə,

Aq üzündə vardur pərdə,

Qara gözə siyah sürmə,

Çəkdigin qara dəgildi?


Söz tamam oldı, Nigar xanum dedi:

–Koroğlı, baguşla, bilmədim.

Koroğlı dedi:

–Nigar xanum, mənim bir dənə ayrı eybim var, deyirəm, biləyə.

Gediblər otağa, deyillər, danuşıllar, gülilər. Nigar xanum əmr ver­di, Koroğlıya şam gəddilər. Koroğlı çırağı əlinə bir bu ya­nu­nan, gələn dəfə o yanunnan əlinə götürərdi, Nigar xanum dedi:

–Koroğlı, çırağı salaray.

Koroğlı dedi:

–Mənim eybim elə budu, gecələr şukaram, gecələr gözüm görməz.

Nigar xanum dedi:

–Koroğlı, mənim əmim oğlu Bürzə bəg məni almışdı. Ged atıyı gətir bura, məni minnir, götür ged.

Koroğlı qərrinin övünə gəldi, dedi:

–Qərri, mən gedirəm Nigar xanumı götürəm qaçam.

Pul qərriyə verdi, dedi:

–Heş yerdə deməginən Nigarı Koroğlı apardı.

Qərri dedi:

–Mənim işim yoxdur, deməm heş yerdə.

Koroğlı xudafizlik eylədi, Nigar xanumun qələsinə gəldi. Nigar xanumu gecəni vəxtində atunun tərkinə minirdi, pəşiman oldu, dedi, qızın göynü ola, oğlanın göynü ola, münə, elə hamı apar­ram. Mən qoyum, gün çalsun, günnüzki günnə aparum, hamı gör­sün. Ama gün çalanacan qələ dörünnə dolannı. Gün çaldı, dedi:

–Nigar xanum, bax gör hara çatmuşux?

Nigar xanum dedi:

–Öyün abad olsun, mənim öz qələmə!

Koroğlı dedi:

–Mən ki dedim, gecələr gözüm görməz mənim. Yenicə gö­züm işıxlansın, bu, Çamlıbelin yoludu.

Belədə qalub Koroğlı başladı gedməyə. Car çalublar İssam­bul şəhərinə, Nigar xanum yoxdu. Qərri dedi, gedərəm bir muş­du­lux allam. Gəldi dedi:

–Bürzə bəg sağ olsun, Nigarı Koroğlı göddü, geddi.

Bürzə bəg durdu. Car çəkdilər, yeddi yaşunnan yet­miş yaşuna çıxdılar Koroğlınun dalıca.

Nigar xanum Koroğlunın tərkinnən dolannı baxdı, gördi İssambuldan çıxan gəliy:

–Hamu adludan qabax gələn əmim oğlu Bürzə bəgdi, çata­yu, öldürə biləyi ikimizi birdəyi.

Koroğlı Nigar xanumı cəvabunna aldı görək nəmə deyir:


Başına dönnügüm, alagöz Nigar,

(Nigar), Necə biliy Bürzə bəgin özünü?

Əgər qəbul eyləyəsən Koroğlınun sözünü,

(Nigar), Necə biliy Bürzə bəgin özünü?


Meydana girəndə nərrə çəkərəm,

Mən deyim sənə, qanlı yaşlar tökərəm,

Qırram Osmanlunı, bir–bir üssə tökərəm,

(Nigar), Necə biliy Bürzə bəgin özünü?


Koroğlı deyər yolunna keşmişəm cannan,

(Qılıcı çəkərəm) Qorxum yoxdur mənim sultannan, xannan,

Qaşmanam mən heş vaxt belə meydannan,

(Nigar) Necə biliy Bürzə bəgin özünü?


Söz tamam oldı, Nigar xanumı ennirdi aşşağı, dolannı qo­şunın üssünə. Əvvəlki qılıçnan vurdu, Bürzə bəg atdan gəldi aşağı. Qoşun dalı qayıddı. Nigar xanumı tərkinə minnirdi, dedi:

–Nigar xanum, necə oğlan gördü məni?

Nigar xanum dedi:

–Çox özünnən tərif eyləmə.

Başladular gedməgə. Xəbər verək Firəng oğlunnan. Firəng oğlu Nigar xanumu issiirdi, vermirdilə. Firəng oğlu eşidmişdi Ko­roğ­lı gedib Nigar xanumı gətirə. Firəng oğlu qoşunı yığmış­dı, gəlmişdi, dərbənd varudu, dərbənddə turmışdı. Koroğlı yu­xa­rı baxdı, gördi Firəng oğlu dərbəndi kəsib. Firəng oğlu dedi:

–Koroğlı, Nigarı ənnir aşağə atdan, özin səha-salim ged.

Koroğlı aldı sazu görək nəmə deyir:
Hardeydin, çıxdın qarşuma,

Firəng oğlu, Firəng oğlu.

Nahaq qan salma başuma,

Firəng oğlu, Firəng oğlu.


Misri qılıc bağladuram,

Səni çəprast dağladuram,

İnni səni ağladuram,

Firəng oğlu, Firəng oğlu.


Koroğlı deyər dönnü baxdı,

Cigərim odlara yaxdı,

Qeyiddi Nigara baxdı,

Firəng oğlu, Firəng oğlu.


Sözün təmam eylədi Koroğlı.

Firəng oğlu dedi: –Mən Misri qılıc qabağuna davam gətirə bil­məm.

Dedi:

–Koroğlı, sənnən işim yoxdu, gəl geşginən.



Koroğlı başladı gedməgə, Nigar xanum dedi:

–Koroğlı, sən çox özünnən məən eləyirsən. Bizim tərəfdə sodəgər Haşum var. Gedər sizin tərəfdə sodəgərliyə. Əgər tuş gəldi, malunı böl- dedi.

Sən deyinən, Koroğlı sodəgər Haşumnan qorxardı. Dedi:

–Nigar xanum, mən sodəgər Haşumı heş saymam.

Bu söz deyilə, sodəgər Haşumın qafulası dərbənddən çıxdı. Nigar xanum dedi:

–Koroğlı, sodəgər Haşum gəlir, malunı böl, görüm necə bölür­sən.

Koroğlı geşdi sodəgər Haşumın qafülasinin qabağuna, dedi:

–Qulax ver, sodəgər Haşuma gör nəmə deyirəm.

Aldı sazun, Koroğlı görək sodəgər Haşuma nəmə deyir:
Hardeydi, düşdi girimə,

Gəl bölək malı, sodəgər.

Nəhəxdən gedmə ölümə,

Gəl bölək malı, sodəgər.

Sodəgər Haşum deyir:

Sənə diyim, Qoş Koroğlı,

Qorxmanam paşadan, xannan.

Geşmişəm sərinnən, cannan,

Gəl buradan geş, Koroğlı.

Koroğlı deyir:

Koroğlıyam, donnan–dona,

Qılış çəkməm beşdən ona,

Leşiyə quzğunlar qona,

Gəl bölək malı, sodəgər.

Sodəgər Haşum deyir:

Adumdu sodəgər Haşum,

Qoğaludur mənim başum,

Quldur oldürməkdir işim,

Gəl buradan geş, Koroğlı.
Sözü təmam oldı, Koroğlı sodəgər Haşumın qulağına dedi:

–Nigar xanumın yanunna məni xəcalət eyləmə.

Sodəgər Haşum dedi:

–Koroğlı oldu sədaqətti?

Dedi:

–Həyi, valla.



Dedi:

–Mənim malumnan əlini arala.

Nigar xanum dedi:

–Koroğlı, o oldı cəngi-zərqərə. Gəl, gedək.

Başladular gedməgə.

Gedhaged özlərini çaddurdular Çamlıbelə. Dəlilər tamam atdara miniblər, çıxdılar Koroğlı və Nigar xanumı peşvazuna. At gəzdirdilər, Koroğlı şad olub dedi, eşidənlər şad olsun, alub görək nəmə dedi:

Sənə diyim, Nigar xanum,

Bu gələn qardaşdur, gəlir.

Sənə qurban şirin canum,

Bu gələn qardaşdur, gəlir.


Nigar xanum dedi:

–Koroğlı, Eyvəz hansudu?

Koroğlı dedi, yəqin Nigar xanumın gözi düşdü Eyvəzə. Nigar xanumın cəvabunna Koroğlı aldı görək nə deyir:
Bax alluların beşinə,

On dördünə, on beşinə.

Humayül salub döşünə,

Bu gələn qardaşdur, gəlir.

Dedi:

–O hamudan yekkə kimsənə?



Koroğlı aldı görək nəmə dedi:
Dəli Mehtər dəlilər başı,

Axudma didənnən yaşı,

Koroğlınun qoş qardaşı,

Bu gələn qardaşdur, gəlir.


Söz tamam olub, Nigar xanum və dəlilər Koroğlıynan belə Çamlıbelə çaddular. Koroğlı başladı yeddi gecə, yeddi günnüz Nigar xanumın toyunı tudmağa.

Eşidənləri və ağayı Kəmalinin saluğuna.



BU DASTAN AŞIQ CUNUNUN QAÇMAĞİ DASTANIDI


12. 4. 1353

Yazaram mən bu hekayəti bugün qardaşuma,

İki ildür ki, salub dört dəfə minnət başuma.

Əhd edüb üç gecədə vəxtimi dutdum mən özüm,

Yazmuşam, var bu kitab içrə nə həngamə sözüm.

Yadigarı qalacak saxlasa hər kəs bu sözü,

Axtarur katibini vəxti- muəyyəndə özü.

Vari imkan həzün xəlqi-nihan dutsa məni,

Taniyullar məni, aləmdə cəhan əncüməni.

Afərin, təbi-rəvanımdan açub dərce-dəhan,

Edüb Əfşarı bu qoftar arada rütəb lisan.

Şöhrətün bilmişəm axirət şirin nohənün,

Mübarəkdü haman zülfə Məhəmmədhəsən.

Çün sifariş mənə təsir elədi bədəli-can,

Yazmuşam şad ola aləmdə haman tazə cəvan.

Vəssəlamu əleykum Əfşari.



Huvallahu

Ay dastanum oxuyan və talib olan din qardaşlarum!

«Koroğlı» dastanı 12 məclisdür. Hər məclisi bir dastan, eşid­mə­li hekayətlər var. 11 dastanunı ta kunun cüda-cüda yaz­muşam. Hər 11 cildin talib olanlarun ixtiyarinə qoymuşam. Və hala on ikiminci cildi ta kunun yazılmamuşdı, bu tarixdən onı ya­zaram. Və təmam ədəbiyyatunı və hekayəni bexatere fər­ma­yeşe duste-əzizəm, Ağayi Qulamhəsən fərzənde, Məhəm­məd­hə­sən sakini Musaxanınbulağı. Və ümidvarəm oxuyan vəxtə hər məclisdə və hər yerdə məni yadə salub duayi-xeyir gön­dər­sün. Çün bu hekayət ta kunun heç aşıq bilməyüb. Bəndə zərrə bi miqdar öz təbe şerim ilə yazdum. Çün o cəvanın məhəbbəti həmişə qəlbimə təsir egüb və yazmuşam.

Vəssalamu əleykum və rəhmətullah.



İslam Əfşar

Fitarixe 9.8.1354

Günlərin bir günü Koroğlı Çamlbeldə məclis qurub və hər tərəfdən xanlar, bəglər, paşalar və hər noqatəbaşı bəlli müh­tə­rəm şəxs varıydı, dəvət edmişdi. Hər gün yemaq-iç­maq­dan soora Aşıq Cunun olarçun çalurdi, qonaqlar xoş olurdular. Bir gün qo­naqlarun biri bir cami-şərab saqidən alub Aşıq Cu­nu­nə ve­rüb. Aşıq Cunun ruze əvvəldən şərab içməzdi. Bu cami qo­na­ğun əlindən alub dübarə özinə taruf edüb dedi:

–Ay əziz qonaqlar, mən ta kunun ərəq içməmişəm.

Qonaqlar dedilər:

–Sən Koroğlınun aşığısan, sinnün həştadə çatub, bir belə mərd adamun məclisində çalmusan və müzd aparmusan, vəli, əğ­lə gəlməmisən. Bunə görə ki, adəm dünyadə gərək özi öz və­zi­fəsinə aşina olar. Fihal biz sənə şərəb verdik, sən bizim əli­mi­zi dala vurdun şərabi içmədün.

Aşıq Cunun dedi:

–Mən cəvan ömrümü Çamlıbeldə, bu Koroğlı qapusunda qo­caldmuşam. Vəli, bir cürə ərəq və şərab içməmişəm.

Bu sözdə Koroğlı bir cami doldurub dedi:

–Aşıq, sən qonaqları məyus eyləmə, al bu camı. Sən də bu mühtərəm qonaqlarumuzun səlamətluğınə çək başiyə, qonaqlar xoş olsun.

Aşıq Cunun başun salub əşağə, camı almıyub. Koroğlıya ağur gəlüb. Sözi təkrar edüb. Aşıq əslən Koroğlınun sözünə bax­mayub. Koroğlı camı yerə qoyub, bir möhkəm kəşiydə vurub, aşığun qulağundan dutub məclisdən yazıya atdı.

Dedi:

–Gid, ta səhər sənün hesabıya çataram.



Aşıq məclisdən çıxan zəman öz xəttini oxudi. Bildi ki, səhər Koroğlı əziyyət və azar edər. Fürsəti qənimət bilib çögurün gö­türüb gecə vəxti gəlüb Sıldırımdaş qaladan enüb, qərə­ti­kan­luq­dan keçüb, çahar dağli qəyələrdən enüb, fərar edüb gəldi səfi­də dəmi Ərzurum caddəsi kənarında bir qəyənün dibində pün­han olub. Səhər işıqlandı. Bu tərəfdən bir iddə bazurgan yabu-qatır ilə çatub. Aşıq Cunun əyağə durub bazurganbaşıya bircə gərm səlam verdi. Bazurganbaşı əleyk alub dedi:

–Ay aşıq, burda niyə durmuşay?

Aşıq bina elədi ağlamağa. Bazurganun ürəgi yanub dedi:

–Ay aşıq, niyə ağluray?

Aşıq dedi:

–Ay bazurganbaşı, mənim bu qocaluq çağumda dörd mərəz mənə üz verüb. Hamı bir-birindən dərdli.

Bazurganbaşı dedi:

–Dərdün nədür?

Aşıq çögürun zilü-bəmin tutub görək nəmə deyir:
Sənə deyüm, xan bazurgan,

Dərdim başumdan aşubdur.

Bu məclisdə qocalmuşam,

Ürəgim başı şişibdür.


Cəvan ömrim gedüb bada,

Qocalmuşam bu arada,

Giriftaram bu dünyada,

Dərdü-qəmim qaruşubdur.


Bu mahaldan mən qaçaram,

Canü-başumdan keçərəm,

Qanat çağatsam, uçaram,

Yolum buradan düşübdür.


Aşıq Cunun edər havar,

Başunda şuru-qoğa var,

Məni səvar edüb apar,

Nəfim sənə yetüşübdür.


Söz təmam oldu, dedi:

–Ay sodagər, məni sən aparmasay, xülasə, ticarətün zər edər.

Bazurgan dedi:

–Hara aparum səni?

Aşıq dedi:

Sənə deyüm, xan sodagər,

Mübarəkdür səfər sənə.

Məni özünlə sən apar,

Faydası çox yetər sənə.
Yükü-barun hamı mühtac,

Gəl elə dərdimə əlac,

Sən elə rəfi -ehtiyac,

Xudam edər nəzər sənə.


Hacılar gidərlər Haca,

Vəli, baxmazlar muhtaca,

Mən elərəm çox iltica,

Duam edər əsər sənə.

Bazurgan dedi:

–Mən qorxuram sənün şərün məni duta.

Aşıq Cunun dedi:

Məni səvar elə ata,

Ya Türkmənə, ya Kəlata,

Ya Ruma, ya ki, Şama ta,

Apar çatmaz xətər sənə.
Mənəm həqiqət aşığı,

Məclislərün yaraşığı,

Abbasun qəlbi, işığı,

Dua oxur səhər sənə.


Söz təmam olub, bazurganbaşı baxub tanudi, dedi:

–Ay aşıq, sən Koroğlı aşıqlarundansan. Mən bilmərəm sənə nə olub ki, qaçuray və mən də səni nə unvan aparum. Səhər Ko­roğlı baş tapa, mənim ruzgarımı qara edər. Hala bilmərəm nə çarə edim.

Aşıq Cunun dedi:

–Ay sodagər, qulaq ver, ta deyüm:


Bulbul azad olan vəxtə qəfəsdən,

Qənat vurur yetə öz məclisinə.

Xurd–xabi həram edər özinə,

Əli çata əqvamuna, əlinə.


Mən aşıqəm, bu dünyada yox malum,

Sənə qurban olsun, qocalan canum,

Koroğlı qorxusı pozub əhvalum,

Özümi vurmuşam xuda çölünə.


Xudam yetirübdür bu saət səni,

Az qalub aluşa ömrim xərməni,

Görürkən Koroğlı öldürür məni,

Ləşim salur Çamlıbelün çölünə.


Qorxusundan bilməm günüz–gecəni,

Gözüm görməz çala ilə ucanı,

Türkəmənə yetür məni-qocanı,

Yetür məni Türkəmənin elinə.

Söz təmam olub, dedi:

–Ay sodagər, məni sən apar, bu qədər olsun çatum Türk­məndə Qəşqayi-Türkmən şəhərinə. Daha Koroğlı ora gələ bil­məz. Vəli, həft taq Süleymanə gəldim, gəlür məni tapar öldürür.

Bazurganbaşunun ürəgi yanub, aşığa dəstur dedi. Çarva­dar­lar götürüb atublar bir danə qaturun yügü üstünə. Mal-hevanı bina eylədilər surmağa. Dedi:

–Ay aşıq, biz səni aparax, ta görək sənün şərün bizi nə vəxt dutsun?

Xülasə, bina elədilər gidməgə. Gəl sənə kimdən xəbər ve­rüm, Çamlıbeldən. Koroğlı gecə aşığı məclisdən qovub, qonaq­lar dedilər:

–Koroğlı, bu aşığa səhər bir kuşmal vergünən ki, laəql ömründə olsun.

Xülasə, o gecə Koroğlıya, məclisdəki qonaqlara acuğ bərzəx olub və əmma səhər tezdən gün çalub, genə yeddi min dəlilər yığılub gəlüb. Məclis quruldı, qonaqlar ilə məşqul olub yemağ-içmağa. Koroğlı dedi:

–Gedün, Aşıq Cununa deyün gəlsün məclisə.

Bir nəfər gedüb gördi aşığun otağunda heç kəs yoxdur. Aşıq çögurün götürüb gedübdür. Xülasə, hər yandan aşıq soruşub, heç kəs bilmədi. Gəlüb Koroğlıya ərz elədi:

–Aşıq bilməm hara gedüb. Otağunda heç kəs yoxdur və hə­mişə özi otağda olmasaydı çögürü olirdu. Vəli, nə özi var, nə çögürü.

Koroğlı dedi:

–Hətmən mənim abrum gidər.

Çün o zəman hər kəs məclis qurseydi, bir danə aşıq tapardı ki, o məclisdə çala və hər kəs tapa bilmidi, böyük eybdi. Xülasə, Koroğlı dəliləri çağurub dedi:

–Görün, bu nanəcib aşıq hara gidi, onı gətürün.

Dəlilər hamusı Çamlıbeli dolanub, tapulmadı. Bir nəfər nigah­banlardan dedi:

–Gecənün vəxti mən aşığı gördüm. Çögürun salub çiyninə, qərə Sıldırımdaş qalaya tərəf gedərdi.

Dəlilər gəliblər bu xəbəri Koroğlıya verdilər. Koroğlı dedi:

–Gedün dolanun, görün harda bərkünüb.

Dəlilər gəldilər Qərədaş qala yolunda gördülər bir adam izi burdan Sıldırımdaş qalaya tərəf gedüb. Xülasə, o iz ilə gəlüblər Sıldırımdaş qaladan keçüb Qərətikanluqdan və sıldırım qəyələ­dən keçüb izi götürdülər, ta Ərzurum caddəsinə yetürdülər. Əm­ma baxub gördülər bu caddə ilən tazə bazurgan yabu-qatır ilə keçub. Yolda çox at və qatur izi vardur. Dedilər, aşıq gəlüb bu caddədə, bu qatır sahibi ilə gedüb. Bu xəbəri dəlilər gəldilər Koroğlıya dedilər. Koroğlı rəngi-ruxi qərəlüb dedi:

–Mənim aşığımi hər kəs aparsun, nə onun mal-əmlakını qarət edüb, özlərini xurd-bərzək qırram.

Bu sözi dedi, bir dəli nərə çəküb yedi min yetmiş yedi dəli Koroğlınu döörinə cəm olub dedilər:

–Ay Koroğlı, genə nəmə olub ki, sən dəli nərə çəkdün?

Koroğlı dedi:

–Qulaq verün, ta deyüm nə olub. Dedi:


Dəlilərim, Aşıq Cunun qaçubdur,

Dolanun dağları, tapun gətürün.

Kəsilüb taqətim, ruhum uçubdur,

Dolanun bağları tapun gətürün.


Aşıq gidsün, təmaşadur, təmaşa,

Tapulmasun işim yetişməz başa,

Əgər gedüb girüb sıldırımdaşa,

Fərhadı aparun, qazun gətürün.


Atlularum səvar olsun mərdana,

Yolda gərək toz qaruşa dumana,

Ac qurd kimin çatun o bazurgana,

Atu-qatırını alun gətürün.


Fürsət əldən vermün, yoxdur məcalı,

Dolanun çölləri, şəhrü-mahalı,

Mərəndi, Kəlatı, şəhri-Xəlxalı,

Elam şəhrün yıxun, çapun gətürün.


At belində mərd-mərdanə yatun,

Yıxun mahallatı bir yerə qatun,

Səğiri, kəbiri qol–qola çatun,

Qızıl–gümüşünü alun gətürün.


Koroğlı yetişüb bu saət cana,

Vurun, capon, dəlilərim, hər yana,

Desün Abbas bu sözləri yazana,

Ondan bircə xəbər alun gətürün.


Koroğlı saz ilə dediklərini söz ilə dedi:

–Ay dəlilərim, Aşıq Cununu gərək tapub gətirəsüz.

Bu tərəfdən on nəfər dəlilərdən ərəbi atdardan çəküblər ya­zı­ya. Möhkəm zinü bərk edüb təngi-zir tənglərün çəküb ama­də gid­maq olublar. Koroğlı hala gəlüb yerinə, sazun en­di­rüb sinə­si­nə görək qoç dəlilərə nəmə sifariş edər:
At belinə dolan, qoç dəlilərim,

Sizdən iki intizarum var mənim.

Təmam bir-birindən xoş dəlilərim,

İntizarda bu qərarum var mənim.


Məclisimi aşıq eyləyübdür xar,

Çamlıbeldən gecə edübdür fərar,

Əgər sizün varuuz namus ilə ar,

Aşıq edüb məclisimi xar mənim.


Dolanun hər tərəf, gəzün dünyanı,

Təbrizi-miskin, şəhri-Yəzd, Girmanı,

Aşığımdan ta kətürün nişanı,

Gətürəndə iftixarum var mənüm.


Koroğlının sözi varidür əsər,

Hər yana, hər tərəf eyliyün guzər,

Türkəmən şəhrinə eliyün həzər,

Qaşqayınan səru karum var mənim.


Söz təmam olub, dəlilər səvar olub, Çamlıbeldən çıxub, Sıldırımdaş qaladan enüb, yol başlanub caddə ilən sürət təmam ilə at başı salublar. Və əmma bazurganbaşı neçə aqac aralan­mış­dı, belə dalı baxanda gördi bir caddə ilən atlu gəlür. Atdarun əyağı altundan toz çıxub gögdə dumana qaruşur. Ba­zur­gan­lar bu həngaməni görəndə təmamun dodaqları qurudı. De­dilər, hətmən Çamlıbelün adamları bu aşığun dalıcək gə­lul­lər. Əgər çatsular, bizi küllü-pamal edillər. Çarə nəmədür?

Bazurganbaşı fourən bir danə sənduğ boşadub aşığı çögüri ilən sənduğə qoydı, aparub yoldan kənarə bircə çuxura qoydı. Dedi:

–Ay bizi bəlayə verən, qal burda və səsün çıxatma ki, bizi və özüyü ölümə verdün.

Sənduğı orda qoyub, qeyri mal-qatırlara hərəkət verüb, bina edüb gitmağə. Bu tərəfdən atlular çatub, karvanları çəküb bar­bənd­ləri37 qırub yükləri təmamən yerə töküblər. Bazur­gan­başı qorxudan çəkilüb caddə kənarında dizlərini qucaqlıyub ba­xar­dı. Dəlilər təmam sənduğları dağudub hər tərəfi axtardılar. Aşığı tapa bilmədilər. Bazurganbaşı dedi:

–Ay cəvanlar, siz nəmə axtarursız?

Dedilər:


–Koroğlınun aşığı Çamlıbeldən qaçub, onı axtaruruk.

Bazurganbaşı dedi:

–Ay cəvanlar, bu hikayətdən mənim bir cüzi xəbər varumdur. Qulaq verün, ta diyum. Mən caddəylə qafilə ilə gə­lür­dik. Çamlıbel tuşunda, caddə kənarunda bir danə aşıq çö­gü­rü əlində bircə səvar ilə danuşurdi. Biz ordan rədd olan­da ki, mən dalı baxdum, gördim o səvarə aşığı tərkinə çəkdi, Ərzurum caddəsi ilə gidillər. Haala bilmədüm daha kimdi. Xülasə, mətləb bu unvandur.

Dəlilər dedilər:

–Bəs niyə əvvəldən bu xəbəri vermədün?

Bazurgan dedi:

–Haçan, siz məndən sual elədüz ki, mən diyim. Mənə bir belə zərbət vurduz.

Dəlilər dedilər:

–Bəs bir danə qatır yükü ilən gətirün gidək Çamlıbelə. Koroğlıya diyək ki, aşığı bazurgan aparmamuşdı. Bu qatırı da nişan verək ki, inansun.

Xülasə, bir danə qatır yükü ilə dəlilər gətürüb Çamlıbelə tərəf gidillər. Vəxti ki, nəzərdən itüblər, bazurgan gəlüb sənduğı çaladan çaxardub dedi:

–Ay başibəlalı, az qalmışdı bizi girranə verə. Dur, sən­duğ­dan çıx, yazıya gedək.

Aşıq sənduğdan çıxub, gəlüb bircə qatıra minüb. Malları cad­də-təmam ilə sürdilər, gecə-günüz yol gəlüb Türkmən şəhə­ri­nə yetişdilər. Gəlüblər şəhərün içində Tuccar meyda­nun­da bar­xa­nəni açublar. Cəvanlar yığılub aşığun döörinə, dedilər:

–Ay bazurgan, bu aşığı ver, biz aparax məclisə, toy məc­li­si­miz vardur, aşıq yoxumuz.

Bazurgan dedi:

–Bu aşığı hər kəs apara, gərək yüz tümən mənə verə. Buna görə ki, mən bu aşığa yüz min tuman vermişəm.

Bu sözdə on nəfər Türkmən cəvanlarundan əl aparub ciblə­rin­dən biri on tümən çıxardub yüz tümən aşığun tuvanunı bazurgana verdilər. Aşığı gəturüblər toy məclisinə. Bəd az ye­maq-içmaq, dedilər:

–Aşıq, çal-çağur görək, nə unvan çalursan.

Aşıq çögürünun ziyü-bəmin dutub aldı görək Türkmənün qeyrətlü cəvanlaruna nəmə dedi:


Bir mahaldan mən qaçmuşam

Gəlmişəm bu Türkəmənə.

Çox dərə-təpə açmuşam,

Gəlmişəm bu Türkəmənə.


Türkəmənün var cəvanı,

Hamı bir yerdən əhyanı,

Yaxşı sürüblər dööranı,

Gəlmişəm bu Türkəmənə.


Türkəmən şəhri basəfa,

Cəvanlarıdur bavəfa,

Yolda çox çəkmişəm cəfa,

Ta gəlmişəm Türkəmənə.


Dərə-təpələr açmuşam,

Can ilə başdan keçmişəm,

Canum götürüb qaçmuşam,

Gəlmişəm bu Türkəmənə.


Aşıq Cunun çalur sazı,

Budur ki, sözümün düzi,

Yatmadum gecə-gündüzi,

Ta yetişdüm Türkəmənə.


Söz təmam olub, bir miqdar aşığa dööran verüblər. Vəli, aşığı xəstə görəndə dedilər:

–Aşıq, məlumdur, sən yol gəlüb xəstə olmuşay. Dur əyağə, gid o biri otağda istirahət elə. Səbah xəstəluğun çıxsun, o vəxt gəl, çal, bir xoş olağ.

Eyvəz xan – Qəşqayi-Türkmənün oğlu aşığı götürüb öz dəstgahlarına. Və əmma, aşıq burda və toylarda çalurdu. Cəvanlar xoş olub çox dööran vurudular. Bular burda qalsun, gəl sənə dəlilərdən xəbər verüm. Dəlilər bazurganı axtarandan soora bir danə qatır yükü ilə Çamlıbelə apardular. Koroğlıya dedilər ki, təmam mahalı illa bazurganı Türkmən caddəsində axtarduq, əsəri-aşıqdan tapa bilmədik. Bu qatırı də nişanə gə­tür­dük. Bazurgan dedi, bir nəfər aşığı səvar elədi Ərzuruma tərəf apardı. Biz də təmam Ərzurum və hamı dünyanı dolandık tapulmadı.

Koroğlı bu sözdə rəngi qərəldi və bəəd aqardı. Gidüb bir saət baş atub yatdı və bəəd əyağa durub o aşığı tapa bilmiyən dəlilərə görək necə söz dedi:


Getdi daha adu-sanun, Koroğlı,

Bundan belə ruzigarun necolur?!

Ümid oldum mən on nəfər nadana,

İtirdilər, indi başum gic olur!


Bütün adu-sanum xub oldı para,

Düşdi sirrim düşmən içrə aşkara,

İndi gəldüm mən ömrimdən bizara,

İşıq günüm qəranluqlu gecolur.


Hamı kəsdə namus olmaz, ar olmaz,

Dəlilərdən daha mənə kar olmaz,

Ağ serçələr aluçı quş, sar olmaz,

Vurucı quş dümdügündən kəc olur.


Əfşara tez deyün gəlsün yanuma,

Ondan səva bir şairi tanuma,

Dua edsün bu qocalmuş canuma,

Tez de gəlsün mənim vəxtim gec olur.


Söz tamam olub, saz ilə dedigini söz ilə dedi. O aşığı tapa bilmiyən dəlilər dedilər:

–Ay Koroğlı, əvvələn, biz dünyanı dolandık, aşığı tapa bil­mə­dik və bir də bir nəfər aşıq ki, qocalub qadere hərəkət də­gül, onun üstə bizə xiffət verürsən və halaanke, bir onı tapa bil­mədik. İndi qaçub gedüb, məgər aşıq qəhətidür? Bir danə cə­van aşıq tapub gətürək. Aşıq Cunun otuz ildür burda çalur, haa­la indi nə olub?

Koroğlı dedi:

–Ay naşı cəvanlarum, qulaq verün:


Cəvanluğun sizə deyüm yolunı,

Əvvəl gərək namus ola, ar ola.

Əhdə vəfa edər bütün kişilər,

İqrarunda gərək etibar ola.


İşıqlı ulduzlar gəlüb ay olmaz,

İqrarşekən adam, adam sayulmaz,

Bimərifət al günüyçün alunmaz,

Biərşədur yox olaya var ola.


Bu dünya insanı edər imtahan,

Düşər hər bəşər yaxçıyu-yəman,

Dünyada qeyrətli vicdanlu cəvan,

Qoymazlar ömrində var-kar ola.


Koroğlı da indi olub biçara,

Aşıq salur mənim sirrim aşikara,

Lazım olub xəbər verim Əfşara,

O da bu sözlərdən xəbərdar ola.


Saz ilə dediklərini söz ilə dedi. Dedi:

–Ay cəvanlarum, qırx ildür bir nəfərin bu Çamlıbeldən xəbəri yoxdur. Təmam məmləkətlərdən məşhur olan bir qüd­rət­li mahal qələmə keçüb. İndi Aşıq Cunun gidub təmam məm­lə­kəti dolanur, Çamlıbelin olur – olmazun deyər. Səhər hər tərəf­dən xanlar, paşalar baş tapub gəlüllər, bizim ruzgarımız birəhm olur. O vəxt rahatçuluq bizə həram olur. Odur ki, mənim ha­lum vuruşub.

Bu sözdə on nəfər cəvanlardan Dəli Həsən, Tarıtanumaz, İsaballı... neçə nəfər pəhlivanlardan, ta on nəfər əcəg furən du­rublar atdarunı zinlədilər, dedilər:

–Ay Koroğlı, əgər aşıq qənat çaxadub ölkə asimanə uçmuş ola, onı əvvələn endirüb gətürək.

Forən səvar olublar, istədilər gitsinlər, Koroğlı dedi:

–Ay dəlilərim, indi ki sizün xəyaluzdadur aşığı tapub gətü­rəsiz, qulaq verün, sizə neçə nəsihət varum, onı deyüm. Sazun alub sinəsinə, görək nəmə dedi:


Sizə deyüm, cəvanlarum,

Aşığı sizdən istərim.

Şir pəncəli aslanlarum,

Aşığı sizdən istərim.


Zəhmətlərim zaya keçüb,

Əqlu–huşim sərdən uçub,

Daxi işim qeybdən geçüb,

Aşığı sizdən istərim.


Sənə deyüm, İsabalum,

Sizə qurban malu–halum,

Qoymuyun müntəzir qalum,

Sizdən aşığım istərim.


Telli Həsən sənə qurban,

Tarıtanımaz mənə can,

Yümuq Əhməddən bu zəman,

Aşıqı səndən istərim.


Koroğlı intizar qalur,

Hirsindən rəngi saralur,

Aşıq gəlməsün xar olur,

Aşıqı sizdən istərim.


Söz təmam olub, Koroğlı çox sifarişlər edüb, dəlilərün yüz-gözlərün öpüb yola saldı. Dəlilər atdarı cöulanə gəturüb xuda­ha­vizluq edüblər, yüz döndərdilər məmləkətə tərəf sürət ilə atdarı qov­mağə. Koroğlı görəndə halı gəlüb yerinə, sazun alub əlinə gö­rək baqi-qalan dəlilərinə, xan və paşa olan qonaqlaruna nə­mə dedi:
Qoç igitlər at belinə dolublar,

Çamlıbeldən səfər idi hayana.

Atlarunun dırnaqundan, nalundan,

Toz qouzanur, qaruşubdur dumana.


Bilməm hansi şəhri dutar hədəfə,

Verur milləti yeksər tələfə,

Yüz gər döndərsölər Kəbə tərəfə,

Şivən səsi o mahala qalana.


İsaballı hər mahalda savaşa,

O mahalda tamaşa var, tamaşa,

Dedi ki, sözlərin eyləməz haşa,

Düşmən üstə yerişində mərdana.


Dəli Həsənin gur olur nərəsi,

Düşmən bağrun yarur dəlilər səsi,

Meydan ortasunun qumu, qəyəsi,

İldırım tək çəkər gökdə zəbanə.


Söz təmam olub, qonaqlar dedilər:

–Koroğlı, bizim bağrumuzu yardun, daha bəsdür.

Xülasə, söz burda qaldı. Gəl sənə kimdən xəbər verüm, dəli­lər­dən. Çamlıbeldən çıxıblar hər tərəfdən və hər yandan ax­ta­rub tapa bilmədilər. Naçar qalub gəldilər Türkmən şəhərinə. Gələn vəxtə Qəşqayi-Türkməndə məclis qurmışdi. Təmam Türk­məndə olan xan və paşa hər tərəfdən izzətli, ucaboylı cəvanlar o məclisdə və aşıq Cunun da olarçün çalurdı və ça­ğu­rur­dı. Bu tərəfdən xəbər verdilər Qəşqayi-Türkmənə ki, Türk­mən sağ olsun, on nəfər səvarə neçə atludular, dərvazədə atla­run saxluublar, icazə istərlər. Qəşqayi-Türkmən dedi:

–Eyvəz xanum, qonaq gəlür, oları pişvaz edün.

Eyvəz xan və neçə nəfər nökərlərdən fourən durub əyağə gəl­di­lər. Bu tərəfdən də dəlilər at dalunda möhkəm durublar. Bir vəxt gördülər dərvazə açuldi, bir danə cəvan bu imarətdən ya­zı gəlür. Xudavənd bir belə cəvan yaradməyub. Dəlilər ha­musu bu cəvanun qədd-qamətinə və cəvanluğuna mat qalublar. Xülasə, Eyvəz xan dedi:

–Qonaqlar, təşrif gətürün.

Dəlilər atdarundan piyadə olublar. Nökərlər atdarı dutublar, Eyvəz xan qonağlar ilə gəlüblər. Daxili-məclis olanda dəlilər baxub­lar gözləri Qəşqayi-Türkmənə düşüb. Gördülər belə cə­van əslən məmləkətdə yoxdur. Xülasə, Türkmənbaşı qonaq­la­runan hal-əhval edüb dəstur verdi, şam gətirüblar. Beş danə məc­miyə təla təmam zurufati qızıldən və hər məcmədə ənva-əqsan xurakət var, iki nəfərə bir danə quzi biryanı. Xülasə, şam tükəndi. Qəhvə və qəliyan gəlüb, məşğul oldular. Qəşqayi dedi:

–Mənim aşığım hardadur? Deyün, gəlsün, əziz qonaqla­ru­muz var, olarçün çalsun.

Bir nəfər gidüb o biri məclisdən aşığı çağurub. Aşıq Cunun zovq-şovq ilə gəlüb məclisə girəndə:


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə