Яли Камали архивиндяки «Короьлу» дастанынын


Bu, Koroğlunun Nİgar səfərİydİ kİ



Yüklə 2,06 Mb.
səhifə3/16
tarix14.07.2018
ölçüsü2,06 Mb.
#55506
1   2   3   4   5   6   7   8   9   ...   16

Bu, Koroğlunun Nİgar səfərİydİ kİ,

getdİ Nİgarı gətİrdİ
O nəvarda ərz elədim «Koroğlunun durna səfərinin da­s­ta­nı» payana çatur. Bu dasıtan da bir dasıtanıdı ki, gedir Nigar xa­nımı görə. Osman torpağında o da Cəfər paşanın qızıydı.

Bəəd, bir gün Koroğlu oturmuşdu Çəmlibeldə, dəliləri ba­şın­da. Neçə dənə cəlalınan. (Hələ Eyvazı gətirməmişdi). Bir sail gəl­di qapısına. Hər nə apardı almadı. Dedi:

– Gərək sahibi-xanə özü gəlsin çölə.

Koroğlu durdu getdi çölə, [dedi:]

– Ay sail, nə istiirəy? Hər nə istiirəy al, get!

Dedi:


– Bir belə sən özün ööyrəy, bu cəlalıynan, bir belə dəlilər ba­şıy­da, novçələr başıyda, bu qüdrətiynən, məgər səndə munis yoxdi?

Dedi:


– Xeyir.

Dedi:


– Ha...a...a. Pəs, bu layiğə görə, bu şənə görə, bu şokətə görə səniy mən, İstambulda bir Cəfər paşa var, onun bir qızı var, adına Nigar xanım deyəllər. O, qırx günnən- qırx günə gələr gül ba­ğına. Gül bağında qırx incə qızdarnan gül görsədi dərəllər. Gül­lərin apa­rıp ərağın çəkəllər. O, dərdlərə dərman elər. Nigar xa­nım həmişə qırx günnən- qırx günə gəlir o bağa. İki gün bağın için­də gəzər. O, sə­­nə layixdi, əgər, gedib gətirə bilsəy.

Amma, bu dərviş bu sözü deməkdə Koroğlu... çox eşqi-ateşi vur­du bunun başına. Kəllədən dırnağa qəral almırdı. Dedi:

– Xub, əgər gülümovla mən gedəm bu sözün yalan ola, səni...

Dedi:


– Əgə yalan oldu, mənim əcəl peymanım çala başıma. Sözdi ki, sənə deyirəm. Amma hər adamın işi dəyi, o qızı gedib o yol­dan gətirmək. Çox yollar, çox dağlar, çox təpələr gərək aşay.

Dedi:


– Hər nəmənə olsun, mən gedərəm bu yolları.

Koroğlu tamam dəliləri yığdı başına. (O zaman da dahi Də­mir­çioğlunun vücutu yoxuydu, Eyvaz da yoxudu). Bolu Sər­da­rı­dı, İsəballıydı, Yumuğ Əhməd idi. Bir dəlisinin adı Dilan­na­maz, Tanrıtanımaz idi, Gedəlverməz, Alöldürməzdi, bu də­li­lər­dən idi. Bəəd, Koroğlunun bu işiydi, hər yana gedəydi-səfərə bir şad­dığ edərdi gedərdi. Deyərdi: «Şaddığnan gedəm, şaddığnan gəl­ləm. Əgər, qəmnən gedəm, qəmnən gəlləm». Yığmışdı dəlini ba­şına, is­ti­irdi şaddığ eliyə. Dəlilərdən istiir rüxsət ala, düşə yola, ge­də Ni­gar sorağına. [Deyir:]

Gəlin indi, beş dəlilər,

Mən gedirəm yar almağa.

Bir-birinnən xoş dəlilər,

Göylümə dildar almağa.


Göydə gedən quba qazdar,

Gedər, qənətini tozdar,

İstambulda xurda qızdar,

Qızdardan ilqar almağa.


Tufandı dağların yeli,

Qıratım kəsdirər yoli,

Bulbul sövər qonça güli,

Gül üstündə xar almağa.


Göylümü tütubdur qubar,

Yollara yoxdu eytibar,

Yolum gözdər xanım Nigar,

Nigardan ilqar almağa.


Qızdara gedəllər elçi,

Belimdə əyri qılınçi,

Yumumcu olallar elçi,

Elçidən dildar almağa.


Bağçalar gətirir barı,

Gedər göylümün qubarı,

Koroğlunun Nigar yarı,

İstambuldan yar almağa.

Sözdəri tamam eliyəndən sora, ağa, düştü yollara. Dərəni-tə­pəni tey eliyip ta gəldi İstambulun şəərinə. Çatar-çatmaz gördü bir böyük bağıdı. Nigar xanım həmişə gələrdi o bağın içinə, qırx dana qıznan. O bağda cəşn tutardılar, çalardılar-ça­ğırar­dı­lar. [Nigar] bağbana demişdi:

– Bağban, bağı bəzərən, gülləri sularan, təxtləri quraran, mən gə­ləcəğəm qızdarınan bu gün bağa. Dünən gecə bir yuxu gör­müşəm. Göylüm mənim çox pərişandı.

Bağban dedi:

– Nigar xanım, mən də bir yuxu görmüşəm. Göylüm mənim bir az pərişandı. Amma, bağ içində güman elləm bir şey yoxdı. Ta­mam qızılgüllər açılıbdı, bulbullər cəh-cəh vurur. Amma, ye­mə­li bir şey yoxdı. Miivə vaxtı dəgil.

Bahar fəsliydi. Koroğlu bəəd, çatmışdı ki, bağın dorünə. Dolanırdı-gəzirdi İstambulun doorünü, görə bu bağ hardadı, Ni­gar gələ o bağa. Bir qoca kişi baxdı, gördü yükləyip gəlir bir qa­tırı. Bilin­mir arpadı, bilinmir buğdadı, nəydi? Gəlirdi yo­luy­nan. Çatdı, [dedi:]

– Ay qoca əmi, uğur olsun.

Dedi:

– Uğurun xeyir olsun.



Qoca bir baxdı Koroğlunun sibillərinə. Çaxmak kimi vur­muş­du eyni qulaxları dalına, misli yal kimi Qıratın üstündə. Qo­ca baxdı, dedi: «Hay cavannıx. Cavannıx yaxçı olar, oğul, bil ca­vannığın qədrini».

Dedi:


– Qoca əmi, məgə sən cavanıy nə?

Dedi:


– Həə, mən də cavanıydım, sənin kimiydim. Amma, qocalıx be­lim əgip.

Dedi:


– Qoca əmi, istiirəm bir söz xəbər alam?

Dedi:


– Buyur!

Dedi:


– Deyillər Cəfər paşanın bir bağı var. Qızdar gələr o bağa. O bağ hardadı?

Dedi:


– O, böyük ağacı görrən? Bağın içində, səlm ağacı?

Dedi:


– Bəli.

Dedi:


– O ağac bağın vəsətindədi. Qızdar gələr o bağın içinə. Amma, qoymazdar heş kəsi o bağa, elə ki səni! Çünki bir qə­ri­bə cavanay! Onnan sora, atın hara boşdaray?

Dedi:


– Atımnan işiy olmuya. Mən istiirəm gedəm o bağa. Mən aşi­ğəm. Görürsən, sazım var çiynimdə. Əgər, o bağda, mən icazə versəyiz, Nigar xanım üçün beş dana sööbət eliyəm, bir ənam alam, keçəm gedəm.

Dedi:


– Oğul, məgər Nigar xanım elə hər gələn aşığı bağa qoyar?! Ni­gar xanım özdərində çalçı var, çağırçı var. Qəribəni qoy­mazdar o bağa.

Dedi:


– Xub, qoymaz, qəyidib gedərəm daa. Bir şey istəməm ki, mən. Ağlım başımdadı, başım ləşimdədi, sözüm döşümdədi, ge­də­rəm daa.

Dedi:


– Elə həmin bağdı ki, deyirəm. Nigar gələr o bağa.

Ağa, qoca rədd olannan soora Koroğlu Qıratı əndi, bu­xov­la­dı, hörüklədi. Bir böyük gülşən çimən idi, çimənzara. Dolandı, ba­ğın gəldi qapısına.

İndi Nigar xanım neçə dənə qıznan dolup bağın içinə, ça­lıl­lar, çağırıllar, hey gəzillər. Bu yavaş-yavaş girdi bağın içinə. Bax­dı gördü bəli, Nigar xanım təxt üstündə oturup. Amma, nə cür, zülflərin töküp çiyninə, nə cür? Eyni aya, günə deyər: «Sən çıx­ma, qoy mən çıxım, ulduznan davaçıdı».

Nigar xanım baxdı bağbana [dedi]:

– Ay bağban, gə bura görüm.

Bağban gəldi.

[Nigar xanım dedi:]

– De gi, mən məgər sənə deməmişdim bağı xəlvət elə, mən gə­­ləcəğəm bağda cəşni tutam qızdarınan? Ürəgim qubar tutup. Bu cavan hardan girip bu bağa?

Dedi:

– Valla, xanım başıya and olsun, çıqqaya and olsun, mən bağ­da heş kəs qoymamışdım qala. Qızdar gəlib, ardınca bağın qapı­sın açıq qoyup.



Dedi:

– Məgər qapı açıx oldu, hər kəs gələr həyət içinə, bağ içinə? Tu­tun buni bağdan çıxardın çölə! Atın çölə bunu, qoymiyin bağ­da dolana.

Ağa, qızdar gəldi, [Koroğlunun] dördü bu qolunnan, dördü o qo­­­lın­nan [tutub] (Koroğluydu daa, qızdar da yeyip, əfiyip) [dedi­lər:]

– Oğlan, bu bağdan çıx!

Yalandan bu cür vurullar quluncuna, [deyillər:]

– Hay, bu bağdan çıx!

Koroğlu gülür. Nigar xanım da təxt üstə baxır.

Deyər:


– Səbr eliyin, xanımnan mən iki kəlmə danışum, gedərəm daa.

[Qızdar dedilər:]

– Xanımnan nə danışıran oğlan? Xanım icazə vermir atası üzü­nə baxa danışa, sən istiirən xanımnan danışay?

Bağbana [Koroğlu] deeri:

– Bağbançı, sən bu qızdara deginən.

Bağban deeri:

– Mən nə deyim? Xanım deyir, gedəy görək bu bağdan! Çıx bağ­dan, mənim üçün söz olur.

Dedilər:

– Oğlan, çıx ged bu bağdan. Əlan xanımın vəxti yoxdi. Sən xa­nımnan danışay, sözün var? Get, xanımın ayrı yerdən qonağı gə­lir bura. Bəəd, iki saatdan sora gəl.

Koroğlu dedi:

– Baa qızlar, mən üş gündü, üş gecədi gəzirəm bu bağı tap­mı­şam. Cəfər paşanın qızı dəgil məgə bu?

Dedilər:


– Niyə?

Dedi:


– Bunun adı məgə Nigar dəyi?

Dedilər:


– Niyə?

Dedi:


– Xub, mənim buna bir ərzim var. İcazə siz verin mən bunuy­nan danışum, mən onda gedərəm.

Dedilər:


– Olmiyəcək, xanım icazə vermir.

Tutdılar genə qolunnan bunun, çəkələr, ordan qovalar, çıxa­dələr qapıdan gedə.

Aldı Koroğlu, bu sözdəri deyir:

Qızdar, mən bir bazurqanam,

Cinsi-tucara3 gəlmişəm.

Bu sözdərə allanmanam,

Açux bazara gəlmişəm.
Mən gəlmişəm gohər alam,

Gohərə bir məhək çalam,

Muşdəriyəm baxam, alam,

Sərrafam, kanə gəlmişəm.


Sövəllər açux bazarı,

Muşdəri görməz azarı,

Dolanam dükan, bazarı,

Açux dükanə gəlmişəm.


Dərdim olupdur ziyada,

Eşqin salıbdır irada,

Qələndər düşübdü yada,

Şokət-şana gəlmişəm.


Koroğluyam, bu bağdayam,

Həm soldayam, həm sağdayam,

Eşk otuna əlovdayam,

Yanup hənara gəlmişəm.

Sözdəri tamam eliyənnən sora qız dedi:

– Qoyun gəlsin, görüm sözü nədi?

Yavaş gəldi Nigar xanımın ruburusunda durdu. [Nigar xa­nım] Dedi:

– Xub, pəs niyə sən oğlan, mərifətin yoxdı? Heç kami-ərkani əğ­lin yoxdı? Bu heekəl, bu qəvara səndə var niyə pəs salam ağ­ziy­da yoxdi?

Deyir:


  • Xanım qulax as, qoy deyim24.

Deyər:

– Xanım, mən verdim salam, sən eşitmədiy. Dübara salam ver­rəm, beləyəy. Görüm sən məni qəbul elərəy, burda qonax sax­laray?

Dedi:

– Xub, ədabnan dayan, belə baxma mənə, qəşəng danuş, qəşəng yeriş, qəşəng əyləş.



[Koroğlu deyir:]

Xanım, gələy səlamlaşak,

Səlam üstə kalam olsun.

Bir-biriynən həlallaşak,

Mənnən sənə səlam olsun.
Xanım, sənə verrəm səlam,

Səlamımda olsun kəlam,

Sənnən gərək bəyan alam,

Onda səndə iman olsun.


(Xanım), Dilimdə vardur səlamum,

Səlamda vardur kəlamum,

Sənnən bir ruxsat alamum?

Ruxsətində iman olsun.


Heykəl, himayül beliydə,

Səlamun vardur diliydə,

Şanələr gəzər teliydə,

Tel üstündə nişan olsun.


Qızılgülü xar eyləmə,

Xar üstündə zar eyləmə,

Koroğlunu car eyləmə,

Səndə söhbət bəyan olsun.

Bəli [Nigar xanım], dedi:

– Bir belə sənin təərifin eliillər, Koroğlu, Çəmlibeldə, çox qa­ray­san.

Dedi:

– Xanım, ərz elədim ki, sən də çox qıy baxıray. – Baxdı, dedi: –Xanım, al sözümü deyim. Qoy deyim gör mən qarayam? Neçə zat­dar əlamətdir qaradı, gərək atay çölə?



[Dedi:]

– Nədi, oğlan, qara olan sənnən savayı?

Dedi:

– Qulağ as, tutum deyim, sözüm:



İlqim-ilqim çiyniy üstə,

Saşların qara dəgilmi?

Tökülübdür döşlər üstə,

Tellərin qara dəgilmi?


Baxa billəm gözləriyə,

Yaman olmam sözləriyə,

Eşq dayandı dizləriyə,

Gözdərin qara dəgilmi?


Maral kimi baxışlarıy,

Kəklik kimi yerişləriy,

Çatma çəkilib qaşlarıy,

Qaşların qara dəgilmi?


Savalanda qar bitibdi,

Bağçalarda bar bitibdi,

Döşləriydə nar yetibdi,

Başları qara dəgilmi?


Bulbul qonuru güllərə,

Süsənnərə, sünbüllərə,

Mayil oldum o xallara,

Xalların qara dəgilmi?


Gətirəllər ağ otağa,

Alallar səni rəvağa,

O bağçadan belə bağa,

Gülləri qara dəgilmi?


Koroğluya demə qara,

Baxanın əğlin apara,

Ürəgimə vurdun yara,

Yaralar qara dəgilmi?

Qız deyir:

– Xub, sən də mənə dedin: «qıy baxıram?» Qoy qıy­ba­xan­na­rı deyim, gör nəcələr qıy baxar. Mənə demə qıy ba­xı­ray? Gör, in­di al bu sözdərinən:

Mənə demə qıy baxıray,

Ovçular qıya baxallar.

Qıya baxam, allam canuy,

Xirxədən qıyə atallar.


Gəlir bura çox cavannar,

Cavannar olmaz nadannar,

Mənə də baxannar annar,

Nadannar qıya baxallar.


Açulubdu bağlu bazar,

Ürəklərə düşüb azar,

Bulbul necə bağda gəzər,

Bağbannar qıya baxallar.


Görən bu dünyada səfa,

Səfalarda vardı cəfa,

Sərraflar göhərə baxa,

Sərraflar qiya baxallar.


Görmüyüpdü məni atam,

Bu işlərə tamam matam,

Nigar, sənsiz necə yatam?!

Yatannar qıya baxallar?

Qızlar dolup bağın içinə, almadan, heyvadan, bağıdı daa, mi­ivə dərələr, gətirələr25 qoyalar miz üstə, Koroğlu yesin. Ko­roğ­lu girdi bağa, bir qədər dolandı. Gəldi bağın ayağında gördü bir ağac var. Bu ağac o qədər xuramandı, daldalandı bu ağaca. Ko­­roğlu bir quluncun dayadı ağaca, baxdı bağa. Nigar xanım gör­dü, Koroğlu getdi ağacın divində oturup quluncun dayuyu ağa­ca, baxur bağ içinə. Səsləndi:

– Ay Qoş Koroğlu! Amandı ordan dur, ora atamın di­dar­qa­hı­dı. Əgər hər kəs o ağacın dibində otura, atam bilə, dərisin so­yar ba­laca barmağına qeyd elər. Dur ayağ üstə, ordan gəl. Heş kim sənə o ağaca təkiyə verməz, atam. O, atamın yadiqarıdı. O, ağa­cı əkip, o ağac ildə üş dəfə bar verər. Bir barın alıplar, də­rip­lər, xə­zan olup. Dübarə açılıp gülləri. Genə miivə gətirip, ye­ti­rip barın. Əlan da istiir genə qonça vura. Dur ağacın divinnən. Kim­sə bil­mə­sin. Əgər, atama desilər sənin üçün də yaman olur, mə­nimçün də.

Koroğlu deyir:

– Baba, mən ağacı yemirəm ki?! Adam bu ağacın altında otu­rup ürəgi açılışur, xoş olur.

Dedi:

– Söz diki deyirəm.



Nigar xanım gəlib Koroğlunun ruburusunda durup istiir Ko­roğ­lunu bu ağacın divindən qovzıya, apara.

Deyər:


Çəmlibeldən gələn oğlan,

Bu yer sənin yerin dəgi.

Eşq otuna yanan oğlan,

Bu gül sənin gülün dəgi.


Atam gəlir indi bağa,

Baxır həm sola-sağa,

Kəsəllər yolda sadağa,

Sənin qurbannığın dəgi.


Hər kəs burada əyləşə,

Əyləşə, danışa, dilləşə,

Dilləşə yaxçı gəpləşə,

Bu dilləşmək sənin dəgi.


Bu bağ bizim bağımızdı,

Köhnə sevkə dağımızdı,

Gələn seyrangahımızdı,

Bu seyrangah sənin dəgi.


Nigar deyər düştüm elə,

Şana vurdum siya telə,

Gümüş kəmər incə belə,

Belə kəmər sənin dəgi.

Koroğlu dedi:

– Ta mən bir cut yatmıyam burda, durmanam.

Nəmənə Nigar xanım yalvardı buna:

– Oğlan, dur bu ağacın divinnən. Ayrı ağac var, ayrı yer var­dı.

Dedi:

– Olmaz.



Uzanıp, eyni bir ələm kimi. Qızdarı çağırdı Nigar xanım:

– Bu yuxuya düştü, elə götürüüz bunu, elə təxtiiynən qov­za­rız, bağın qapısından qoyarız çölə.

Ağa, bu getmişdi şirin yuxuya, Koroğlı. Qızdar gəldi, ağa, qırx incə qızdar. Qırx incə qız tökülüb biri qıçınnan, biri qo­lun­nan Koroğlunu çəkə-çəkə sürütdədilər, apardılar bağdan çölə. Yu­xuda qoydular bayıra. Qapısını da bağın bağladılar, gəldilər.

...Ağa, gün düşmüşdü Koroğlunun üzünə. Ağa, qafilanın yo­lu açılmışdı, bağın kinarınnan gedirdi. Qədim zəng asardılər də­və­nin boynunnan. Zəng zanqıllırdı, səslənirdi. Ağa, birdən bu yu­xudan oyandı. Gördü yolun qırağında düşüp. Nə bağı, nə ava­dannığı, heş kəs yox. Durdu gözün ovcaladı, otdu. Gördü qa­fılalar düzülür yola. Koroğlu gicələ-gicələ gəldi bağın döv­rün­nən. Düşürdü qafila bu yolun üstündə. Xoş seyrangahıdı, bu­lağıdı. Bulağın üstündə xoş səfa yeridi. Amma Koroğlu bax­di bağa, gördü bağda sər-sida daha yoxdu, misli ki bir nəfər gəl­miyip bağa. Qafilələr, bazırqanbaşı üz oldu, baxdı Ko­roğ­lu­ya. Birdən piçilləşdilər, biri-birinə, gəldi dedi:

– Bazırqanbaşı, bu o adam dəgil Aruzulum gərdanasında bi­zim yolumuzu kəsmişdi, bac istiirdi?

Biri baxdı, dedi:

– Yox, baba adam-adama çox oxşar.

Dedilər:


– Bu, özüdü. Əy əlan yeridi bunu tutayun.

Ağa, bazırqannar gəldi yaxuna, [dedilər:]

– Ay cavan, bura da dediyin yol gəlmişəy, yol başı kəsəy? Bur­da da bizdən istiirən sən malı tarac-qarat eliyəy?

Dedi:


– Baba, mən məgər yolbaşı kəsənəm? Hər kəsi gördüyüüz bi­ri-birinə oxşar oğrudu o, yolkəsəndi, bac alandı? Hər kəsin saq­qalı oldu, adamın babası olmaz ki? Dünyada adam-adama çox oxşar. Miivə dünyada bir dəyi ki?!

Dedilər:


– Ölən-qalayın sən o adamay!

Koroğlu gördü xeyir aa, bular tanııllar daa. Necə hoş eləsin? Gö­türüp burda Koroğlu dedi:

– O adamın nəyidi adı axı? O, kimidi, nə cür adamıdı?

Dedilər:


– [Əlini Koroğluya tərəf uzadaraq] Bu cür! Neçə nəfərnən gələridi, yolu kəsəridi, tamam malını-dövlətini əlinnən alardı, ta­rac edərdi, gedərdi. Çox birəhmidi.

Dedi:


– Baba, o Koroğluymuş.

Dedilər:


– Aha!!!

Koroğlu dedi:

– Qoy deyim. Mən dəgiləm, baba! O, Koroğludu! Bizdən də o çox mal tarac edip. Bizdən bu ğət mal aparup, bu ğət bizdən ca­vannar yorup. Əlan, mənim özümə o zəman, Rum səfərinə tü­carətə getmişdim, bir dənə şeşpər vurup, bu quluncumnan, hə­nuz da arxam üstə yata bilmirəm. O zamannan adını eşi­dən­də bədənim titrər. Biçarə eliyip malımızı, təracımızı tamam əli­miz­dən aldı. Tərac elədi, getdi. İndi özüm də düşmüşəm bu li­vas­da o şəərlərdən, bu şəərlərə. Qədim cinslərdən allam, bəlkə ye­nə bir sirvət gətirəm ələ, ruzuqarum dolansın. Adu sanlu ba­zır­qa­nudum.

Dedilər:


– Sən hası şəərdə ollay? Neçə, biz bir belə yük bağlamışuq, tü­carət eləmişik, səni görməmişik?!

Dedi:


  1. Mən Burzuda ollam. Burzuya təşrif gətirin?

Deydilər:

– Adını eşitmişik.

Dedi:

– Xub, inşalla gəldizin Burzuya, orda mənim adımı xəbər al­lı­yızun.



Deyəllər:

– Xub, ismi- şərifin nədi?

Dedi:

– Mənim adım Tarıtanır Dilannamaz.



Dedi:

– Bu nə adıdı sənə qoyuplar?

Dedi:

– Xub, xeer görməsin ata-anam. Bir ad qoymuublar ki mənə, xal­xa xoş gələ.



Ağa, buları bu noynən başınnan əkdi, getdi. Koroğlu do­la­nır­dı, xub, fürsət ələ gətirə ağa, bu Nigarı qovzıya. Dolandı dü­kanı, bazarı, şəəri, gəldi bağın guşəsinə. Dayanmışdı, gördü, bə­­li, bir dəstə qız sudan gəlir. Baxdı bu qızdar içinə. Götürüp bu qızdara beş dana deyir, gedip bağda Nigara deyələr kimdi bu.

Su yolunnan gələn qızdar,

Nigar xanım bu yerdəmi?!

Cigərim başında közdər,

O bulbullər bu güldəmi?!
Gedin, siz Nigara diyin,

Amma tərifim eyliyin,

Muşdulux yara yetirin,

Nazdı yarım bu yerdəmi?!

Dedilər:

– Sən kiməy?

Hələ indi Nigar da bunun eşqindən divana olup, deyir: «Kaş rədd eləməyəydim. Durup gedip daa».

Deyər:


Gözəl sövən göyçəy olur,

Açılır gül, çiçəy olur,

Mənim sözüm gərçəy olur,

Göyçək yarım bu yerdəmi?!

[Qızdar dedi:]

– Kimdi səniy yarıy, biz bilmirik ki?

Deyər:

Baxırıyzın bir-birinə,



Qaş atırız bir-birinə,

Bulbul qonmuyup gülünə,

Əsmə gülüm bu yerdəmi?!

Dedilər:


– Oğlan, qızıyn adı nədi?

Deyər:


Yara qurban mənim canum,

Tökülüpdü yolda qanum,

Adıdır ay Nigar xanum,

Nigar xanum bu yerdəmi?!

[Qızdar dedi:]

– Baba, Nigar Cəfər paşanın qızıdı. Hər yetənə ki, onu ver­məz­dər. Sən onun əlinə şokət vermişəy, şeer bağlamışay, qəzəl de­yirəy.

Dedi:

– Sizin işiyiz nədi, siz mənim ərzimi yetirin.



Dedilər:

– İsmi- şərifin?

Dedi:

Çəmlibeldə var bəsatım,



Hər kəsə var amanatım,

Koroğludur mənim atım,

Nazlı yarım bu yerdəmi?!

[Qızdar dedi:]

– Çəşm, deyərik daa. Biz gedərik, əgər gördük xanımı de­yərik.

Nigar xanım da bu bağdan çıxaydı qırx gün bu bağa gəl­məz­di. Qızdar düzülmüşdü yola. Koroğlu da dolana-dolana gəlirdi şəə­rin içinə. Dedi: «Xub, mən nə eliyim? Bir də bu qız bağa [gələ]. Əcəb yerdə tuş aşdım. Kaş mən oturmuyaydım ağacın di­vində. Məni bağban bu günə saldı. Bağban gətdi atdı bu çölə. Mən gedim gərək o bağbanı tapum, danışdurum.»

Dolana-dolana gəldi bağın içinə. Gördü bağban gül bağlıırı, [dedi:]

– Ay bağban qardaş?!

Dedi:

– Oğlan, sən hardayay? Apardılar, qoydular qızdar [səni] çö­lə. Sən gedənnən sora xanım bu ğət narahat olup, bu ğət göz­də­rinnən yaş töküp, tamam o təxti-təvaris isladıp ağlamaxdan. Na­rahat oldi, tapa bilmədi, durdu getdi qəsrinə.



Dedi:

– Bağban, bular məni aparanda sən niyə qoydiy?

Dedi:

– Mənim cürət yoxumidi gələm yaxına, oğlan.



Deyir:

– Bağban...

Sənə deyim, bağban başı,

Niyə qoydun yarım getdi?!

İşində oldun çox naşı,

Cəsətimnən canım getdi.


Yara qurban mənim canum,

Olmadı dini- ərkanum,

Yollarda töküldü qanum,

Əlimnən ərkanım getdi.


Mən gəlmişdim bu məkana,

Yandı bağrım döndü qana,

Fürsət verməm bazırqana,

Mallı bazırqanım getdi.


Dəlilərim Çəmlibeldə,

Bulbulun arzusu güldə,

Nigaranam mən bu yerdə,

Necə Nigar xanım getdi.


Koroğluydum qanarudum,

Eşk otuna yanarudum,

Bu bağçada bimarudum,

Təbip- pərəstarım getdi.

Bu sözləri bəəd deyənnən sora, bağban dedi:

– Narahat olma, Qoş Koroğlu, əlan gəlir bağa. Əgər, gəl­mə­sə də onun da qəralı tutmaz. Qeyri mümkündü gəlmiyə bağa, gə­lər.

Dəlilər gözdədilər, gördülər Koroğludan xəbər olmadı. De­miş­di mən neçə günə gəllən. Əslində nə gələn, nə gedən. Heş kim­nən xəbər olmadı. Dəli­lər yeyirdi-içirdi, dağıdırdı, yıxırdı, ta­cirləri talıırdılar. Birdən iyir­mi­si dolurdu bir kəndə. Yu­xu­day­dı, xalx da bilmirdi. Davarı, malı, həşəmi çapırdılar.

Koroğlu baxdı, gördü Nigardan xəbər olmiri. Dedi: «Gedərəm taaları­nın dalına. Ya aparram, ya da tutullam daa.» Gəl­di, taaların dalında hey do­la­nar­dı, gecələr gələrdi yatardı. Bir gün nigahbannar, qarovullar [dedilər:]

– Ay oğlan, sən burda köşkən salmışay, mənzil eləmişəy? Bura məgər köşküsaraydı, mənzilqahdı? Bura şah hərəminin qa­pısıdı! Cəfər paşanın hərəmgahıdı. Dur, burdan get! Əgər ba­şın cidaya keçməmiş.

Dedi:


– Mən neyniyim, Cəfər paşanın bura taalarıdı?! Mənə nə vardı? Bura Cəfər paşanın taalarıdı mənə nə var?! Köşkisarayısıdı mə­nə nə var?! Məgər, hər kəs indi talar saldı, qəsr saldı tək onun olur? Xeyir, ağa, divardan o üzə onunkidi. Bura heş kəsə rəf­ti yox, mən burad qalmışam.

[Dedilər:]

– Oğlan, başın qovğaya batırma, dur, burdan get!

Dedi:


– Mən elə gəlmişəm başım qovğaya qatam.

Bu hənnaxdaydılar Nigar xanım pəncərədən baxdı. Amma, [Koroğlu] libasın əvəz eləmişdi. [Nigar] görü bir nəfər gəlip, bur­da, divarın divində tələb eliyip. [Dedi:]

– Kimdi bu cavan?

Dedilər:


– Bilmirix xanım, hər nə eliirik də getmir.

Birdən baxıb, Koroğlu burda [görcək] görək nə deyir, Nigar xanıma. Deyər:

Mən səni görə gəlmişəm,

Paşa qızı, paşa qızı.

Zülflərin hörə gəlmişəm,

Paşa qızı, paşa qızı.


Sən buradan qovma bizi,

Danışmadın doğru sözü,

Yolda qoydun iki gözü,

Paşa qızı, paşa qızı.


Paşa qızı, mən qaş atdum,

Sən qaş atdun, mən qaş atdum,

(Mən) Səni özümə tuş atdum,

Paşa qızı, paşa qızı.


Eşqin başımnan getmiyip,

Məhəbbət qəlbim ditmiyip,

Bulbul gülü incitmiyip,

Paşa qızı, paşa qızı.


Çəmlibel məkanımdı,

Mənim dini imanımdı,

Sövdügüm Nigar xanımdı,

Paşa qızı, paşa qızı.


Mən gəlmişəm bu çöllərə,

Coşqun-coşqun bu sellərə,

Şanayı vurdun tellərə,

Paşa qızı, paşa qızı.

(Yandırır aləmi közi.)
Yanır isöb dan ulduzu,

Kamannadıy vurduy bizi,

Danışmadın doğru sözü,

Paşa qızı, paşa qızı.


Özüm gəlmişdim o bağa,

Bulbul qonurdu budağa,

Mənə kəsmədiy sadağa,

Paşa qızı, paşa qızı.


Koroğluyam, hay salaram,

Hay salaram, hay alaram,

Səni alıp apararam,

Paşa qızı, paşa qızı.

Sözdəri tamam eliyənnən sora, Niyar xanım pillələrdən ənib, gə­lib aşağa, yapaşdı Koroğlunun qolunnan, yannaşdı, [dedi:]

– Oğlan, məgə qəm kasası calanıb başıya? Sən hələy burda dur­muşay? Mənim atam əgər gələ–görə burda səni, səniy o ba­la­ca tikəy o dırnağına qeydə olar, qiymə-qiymə doğrallar. Bil­lən neylərəy? Sən gedərəy şəərdən çölə. Piyada gəlmişəy, atnan?

Dedi:

– Atnan. Atım var, xanım.



Dedi:

– Mən də bir at götürrəm, əlan meytərdən allam. Deyərəm: «Könlümü qubar tutub, istiirəm bir çıxam çölə». Meytərdən bir at allam. Məni tənha qoymazdar çölə. İki-üş nəfər yanımca at­la­nanda qüdrətiy var olarnan cədəl eliyəy?

Dedi:

– Bəli!


Dedi:

– Xeyli xub! Getginən, hər yerdədi atıy tapginan. Mən gəl­ləm gecə ora.

Ağa, Koroğlunu bu cür rədd eliyib başınnan26. Koroğlu do­la­na-dolana gəldi Qıratın yanına. [Qırata belə dedi:]

Qıratım, dur düş yollara,

Bu çöldə yalquz qalmuşam.

Uzax-uzax mənzillərə,

Daldalanıp mən dolmuşam.
Nigar mənim belim büküp,

Qəddi kamın olup yıxıp,

Dağlara ordular çıxıp,

Yollar üstə tək qalmışam.


Gəlmir dəlilərin səsi,

Gülə var, bulbul həvəsi,

Yaman olur yar təhnəsi,

Dahi indi qocalmışam27.


Dağ üstündə duman qaldı,

Göylümdə arzuman qaldı,

Yardan mənə nişan qaldı,

Qəmə şaduman olmuşam.


Koroğlu, dəlilər gülər,

Təhnəli söz qəddin bükər,

Dahi məgər, Nigar gələr,

Qəmə mən düçar olmuşam.

Burda Koroğlu Qıratı minip düştü şəərin kinarına. Gəzə-gə­zə gəldi ta şəərin vəsətində dayandı. Nəzər saldı bir şəərin içinə, gör­dü bir vəlvələ-di, bir qovğadı, [dedi:]

– Ay cavannar, ay xannar, nə aləmdi, nə sovdadı?

Dedilər:

– Nigar xanum gedip dünən söb şikara neçə dənə qu­lam­nan. Dağdan gəlmiyip hələ. Cəfər paşanın gözü yoldadı. İndi istii­ri san görə, qoşun çıxara dağa, görələr Nigar hardadı.

Koroğlu dedi:

– Ay bəxtim yatdı, heey... Kaş mən o yerə ki, nişan vermişdi gəl­miyirdi, mən dedim Nigar xanım gəlməz. Mən belə bil­mə­dim. Əcəp işlər gəldi başıma, zəhrləri qatdım aşıma.

Durup Qıratı qəytərdi dala, gəldigi yerə. Baxdı gördü çığ tə­kin bu çölü qoşun tutup, eyni nigan kimi. Saldı bu ki­na­ray­nan Qı­ratnan gedirdi, qoşun kəsdi bunun qabağını:

– Ay oğlan, hardan gəlip, hara gedirəy?

Dedi:

– Yolum düşüp Hindustana.



Dedi:

– Bu çöldə neçə dənə atlıynan qız görmədiy?

Dedi:

– Xeyir, məgər o qız kimdi?



Dedilər:

– Cəfər paşanın qızı Nigar xanım çıxıpdı dağda şikara, iki gün­dü tapılmırı.

Dedi:

– Gələr baba, şirin ərkək dişisi olmaz. Gələr hər yerdə olsa.



Dedilər:

– Xeyir, deyillər mümkündü Çəmlibeldə bir Qoş Koroğlu var, olmuya gəlip o aparıp? Neçə gün bunnan qabax bir bağ­ban deyirdi: «Bir cavan gəldi bağ içinə. Nigarnan danışdı, pey­man bağladı, əhd eylədi, ilqar verdi, ilqarın belə bağladı. İndi ol­muya o Koroğluymuş gəlipdi? Neçə dana qızdardan da xəbər alıp­dı.

Dedi:

– Şayət də Koroğlu olmuş ola.



Dedi:

– Koroğluyu görsəyiz tanuruz?

Dedilər:

– Görməmişik. Deyillər Koroğlu bu cür rəşid, dilavər oğ­lan­dı. Bir dəli nəhrəsi var, çəkəndə yer o göy titirər.

Dedi:

– Baba, belə zad olmaz.



Dedi:

– Belə deyillər.

Koroğlu dedi:

– Bəs olar kimdi gəlir?

Bu qoşun belə baxanda bir nəhrə çəkəndə qoşun tamam huş­dan getdi. Ağa, Koroğlu Qıratı salıb dağlara, təpələrə, daş­la­ra. Ağa, vurup dağı biri-birinə. Qırat şeyhə çəkir, Koroğlu nəh­rə çə­kir. Götürüp dağlarda səsliir, Nigarı gəzir görək dağlara nə deyir:

Qarşı yatan qarlı dağlar,

Yarım bu yerə gəldi mi?

Başın çatıp qoşa dağlar,

Yarım bu yerə gəldimi?
Dağa gələn{ağrımasın} ayaxları,

Coşqun-coşqu bulaxları,

Nigar xanum dodaxları,

Dəydi bu suya gördümi?


Bu dağlarda çiçək vardı,

Çiçək üstə gərçək vardı,

Yardan görən göyçək vardı?

Göyçək bu yerə gəldimi?


Axtarıllar o Nigarı,

Getdi göylümün qubarı,

Siz biləysiz xuda, tarı,

İman bu yerə gəldimi?


Koroğlu yalquz qalupdı,

Saralup gülü solupdı,

Nigarım necə olupdı?

Sonalar çölə gəldimi?

Sözdəri tamam eliyənnən sora, ağa, [Koroğlu] hey dağları gə­zirdi, daşları gəzirdi. Gəldi dağın kəlləsinə baxdı, dəmanədən gör­­dü, bəli, bir çeşmənin ustündə bir at yayluur, otuşur. Qıratı sal­­dı, gəldi çeşmənin başına, gördü Nigar xanımdı. Atın hö­rü­gün vurup bulağın başına. O çağın qızı Misri qılış belində, ti­ri-xətəng çiynində başın qoyup atın yəhərinin üstünə, qoyup aya­ğı­nı yerə, atın dəhnəsi biləgindədi, gedib xurəyi-xaba. Koroğlu geş­di sağa, geşdi sola, baxdı gördi şirin yuxudadı. Dedi:

– Xub, gedim kami-busəyi alım, görüm nə cür ləzzət verər28

Bəəd, Koroğlu gəldi qızın başı üstə. Gördü, bəli, qız yatıp, ne­cə ceyran bu cür yuxlamaz. Yuxudadı. Amma, Nigar xanım gö­zü­nün dibinnən (baxırdı). Bir gözü yuxudaydı, bir gözü ayıx. (Gör­dü) Koroğlu başı üstə durup. Götürüp burda görək Ko­roğ­lu nə deyir Nigar xanıma, Nigar xanım görək nə deyəcək?! Aya, durar yuxudan, ya yox!

Bulağ üstə yatan yarum,

Aşnalıx sənnən istiirəm.

Qızılgülə batan yarum,

Aşnalıx sənnən istiirəm.
İncə beldən qucun mənə,

Danışam-dilləşəm sənə,

Bir sarmaşam busa mənə,

Ögməlik sənnən istərəm.


Tutam əldən, qucam beldən,

Ayrı düştüy sən də eldən,

Mən də tutdum belə əldən,

Getməlik sənnən istərəm.


Bulağ üstə yuxlama sən,

Göylüm mənim yoxlama sən,

Busaları saxalama sən,

Şirinnik sənnən istərəm.


Koroğlunu al damaxdan,

Ağ buxax, qəymax dodaxdan,

Al qucağa bir yanaxdan,

Aşnalıx sənnən istərəm.

Ağa, Koroğlu bunuynan danışıp-dilləşir, Nigar xanım yuxu­dan durup dedi:

– Qoş Koroğlu, hardan gəldin, hara getdiy?

Dedi:

– Şəəri içində qovğadı, vəlvələdi. Amma, gəzillər, əgər məni tap­salar hər tikəmi boynuya qiydə eləllər. Deyillər: «Koroğlu gə­lib bunu götürüp qaçup». Onda da deyillər: «Koroğlunu gör­mə­mişik, tanımaruk». Amma mən işdərindəydim. Doğru de­yillər görməmişdilər, tanımadılar. Deyillər: «Bağban görüp, ve­rip qızı aparıb». Biçarə bağbanı gətirmişdilər şəərin içinə. Cəfər pa­şa istintağa çəkmişdi. O cavanın rənginnən, boyunnan, ru­xun­nan gərək mən deyəyn. Mən qaldım o bağbanın halına. Ala göz­düm, dur gedək.



Nigar xanımnan Koroğlu düşüplər yola. Ağa, dərədən, tə­pə­dən, coşqun çaylardan keçiplər. Gəldilər ta Laçın şəərinə. Laçın şəə­rində Koroğluynan Nigar xanım gəzirdilər dükanı, bazarı. Ya­raxlanmışdılar, ikiləri də məradınə libasındaydılar. Qoş Ko­roğ­lu baxdı bu şəərə, gördü bəli, xiyavanın kinarında bir qoca ki­şi oturub ağluur. Çox halı məxşuşdu.

Dedi:


– Qoca əmi, niyən ağluuran?

Dedi:


– Valla, başım mənim bəlalıdı. Hökm eliyib paşa burda, mə­nim darı-dünyada, mülki-Süleymanda bir oğlum var, oğ­lu­mu əlim­nən alır. Deyir: «Dağlara istiirigin ordu qoyak. Koroğlu Çəm­libeldən [gəlib] şəərləri çapırı, yerləri talıırı. Hər yerdə, hər kəs öz şəərində bir didəvan qoya, Koroğlu gələndə gözdiyə şəərə gir­miyə. Darı-dünyada bir oğlum var mənim. Oğlum indiyə çöl gör­müyüp, nə yerə, nə göyə heş yerə getmiyip. Budi ki, oğlanımı mə­nim öldürəllər, gözümün fərağında qalar, keçər mənim çı­ra­ğım.

Amma bu yannan Koroğlu dedi:

– Qoca, heş ağlama, hər kəsin oğlu ölsün, səniy oğlun ölməz. Ge­dək, görüm oğluyun adı nədi?

Bəli, düştü gəldi, baxdı-gördü qocanın oğlı bir bağın içində bağ suvarır. Girdi bağa dedi:

– Qoca, budu oğluuy?

Dedi:


– Bəli!

Dedi:


– Oğlan, səniy adıy nədi?

Dedi:


– Mənim adım Qulubəgi.

Dedi:


– Xub, əgər bu Koroğlu gələ, tapıla, bu yollarda sən ni­gah­ban­nıx verəy, nə nişanıy var? Nə əlamətlərsən, bu yollarda ver­rəy? Şeşpərbazay? Əmudbazay? Şəmşirbazay? Görüm nəynən sən cəngi-cədəlin çoxdu?

Dedi:


– Qurban, mən olarnan işim yox. Mənim tirim xəta getməz.

[Dedi:]


– Nəynən?

Dedi:


– Tir-kamannan, yay varım, çillə varım.

Dedi:


– Get tir-kamanıyı gətir gəl, görüm.

Gəlib tir-kamanın götürüb, yayın götürüb, çilləsin götürüb [getdi.] Ağa, Koroğlu xəncərin qoydu ikiyüz qədəmlixdə [dedi:]

– Sən vurduy, o xəncər getdi, mən billəm, sən rəşid oğlansan.

Koroğlu də rədd olanda elə vurdu, heş bilmədi xəncər nə vaxt get­di. Koroğlu xəncəri götdü, dedi:

– Oğlan, vur mənim üzüym gedə.

Dedi:


– Barmağında, ya yerdə?

Dedi:


– Barakalla, barmağımda məgə üzük gedər?

Dedi:


– Saxla!

Vurdu, barmağınnan da üzük getdi.

Dedi:

– Bərəkalla!



Dedi:

– Vur, bu yoldaşımın da barmağında üzük gedə.

Nigar xanım qorxdu, dedi:

– Yox! Gəldi o dəymədi?

Nigar xanım elə əli atın dəhnəsindəydi, oynadırdı birdən gör­dü ox dəydi üzüyün qaşı getdi Nigar xanımın bar­ma­ğın­dan. Kaman keşdi atın ovsarında o çərmə. Baxdı, dedi:

– Barakalla! Bu cavan çox öyməli cavandı. Yaxçı cavandı, sax­lanmalı cavandı.

Koroğlu Nigara dedi:

– Bunu biz aparak.

Dedi:

– Məgə verər qoca?



Dedi:

– Allam qocadan.

Dedi:

– Qoca, bunu yolla gələ məim yanımda qala. Nə ğədir də ənam verrəm. Yollama dahı Koroğlu yolu üstünə. Əgə, gedə Ko­roğlu yolu üstünə bunu öldürəllər. Gözüy fərağından doy­may, çırağın keçər, beliy bükülər. Qoy mən bu oğlanı aparım.



Qoca dedi:

– Xeyir, zəhmət çəkmişəm, oğul böyütmüşəm. Mən neçə verəm bu oğlanı sən aparay. Gözümün qanşarında dolanur. Əgər, Qulubəgim mənim bir gün olmuya mənim çırağım keçib.

Koroğlunun gözü düşmüşdü dedi:

– Billəy qoca, verəyin də aparram, verməsəy də aparram.

Nə qədir Koroğlu yalvarur [qoca] qulaq asmır. Götürüp Ko­roğ­lu bu sözdərinən istiir Qulubəgi ala. Deyər:

Canım qoca, gözüm qoca,

Qulubəgi mən aparram.

Yata bilməm gündüz-gecə,

Qulubəgi mən aparram.
Qulubəg dəlilər başı,

Dərilərə var savaşı,

Vurur necə üzük qaşı,

Oxlarına mən qutarram.

Dedi:

– Vermərəm sənə Qulubəgi.



Dedi:

  1. Dedim ki, verəy də aparram, verməsəy də.

Məkanımız Çəmlibeldi,

Ağzımdakı şirin dildi,

Gül üstündə bu bulbuldu,

Qulubəgi mən aparram.

Dedi:

– Əbəda bu iş olmuyandı.



Deyər:

Keçər çaylar Tonasınnan,

Tonasının sonasınnan,

Allam bunu anasınnan,

Verməsəy də mən aparram.
Koroğludur mənim adum,

Hər yerdə vardı fəryadum,

Verməsən çıxar indi dadum,

Dad çəkib allam, aparram.

Koroğlu sıçrayıb Qıratın belinə yapışdı oğlanın əlinnən. Bu çək­di, oğlan çəkdi. Oğlan baxdı Koroğlunun üzünə, baxdı ata­sı­nın üzünə. Atanın gözləri doldu yaşnan. Nigar xanım qocanın ha­lına yandı, dedi:

– Qoş Koroğlu, zülümnən iş olmaz, gücnən iş olmaz. Qoy xoş­luxnan alak, aparak.

Koroğlu dedi:

– Mənim əgər bir tərəfdən zülmüm olmasa, işim pis getməz. Ol­du xoşduğ, olmadı tuşduğ.

Nigar xanım dedi:

– Yox, bu dəyi. Zəmanənin işi bu dəyi. Hər yerdə bəddiy ol­maz. Həmişə bir xoşduğ elə qoy xoşduğ eləsilər. Bədliyə bədliy eləl­lər. Qocanın gözləri dolup yaşnan. Oğlanın əlini Koroğlu boş­lamır. Götürüp Nigar xanım Koroğlunun baxur əlinnən oğ­la­nı ala. Koroğlunun bu cür aparmağına Nigar nəsihət elir. Bu cür ki, adam yığmaz novça başına. Görək Nigar xanım nə de­yir:

Qulubəgin xoş anası,

Qoy aparak Qulubəgi.

Göllərdə gəzər sonası,

Qoy aparak Qulubəgi.


Çəmlibeldə bağça vardı,

Bağçalarda zağça vardı,

İndi neçə novça vardı,

Qoy aparak Qulubəgi.


Dağların başıdır duman,

Gətirdiy göylümə güman,

Sən bilənsən axur zaman,

Qoy aparak Qulubəgi.


Yollara tökəllər dağ-daş,

Oğlar-oğlar sinər çox baş,

Qulubəg Nigara qardaş,

Qoy aparak Qulubəgi29.

Burda sözdər tamam oldu. Bəəd əz, tamam olandan sora, ağa, qoca dedi:

– Qoş Koroğlu, adıyı eşitmişdim. İndi ki sən Qoş Ko­roğ­lu­yay, səni and verirəm başda Allahı-digara, mənim darı-dün­yada bir dənə oğlumdı. Səni [and] verirəm pərvərdigara bu oğ­lanı apa­ran, incitmiyən.

Dedi:

– Qoca, məgər mən aparıram yığıram başıma, adam öl­dü­rü­rəm? Məgər mənim cəlladxanam var, qəssabxanam var? Ta­mam dəliləri yığıram başıma. Bular əlan burda neçə nəfər zülm eliir. Bir oğlun var yolluya səniy dağların gecələrini nigahbannı ve­rə. Ko­roğ­lu gəlir şəərləri talıır. Xub, orda Kor­oğ­lunün dəliləri gə­lə, sənin bir dənə oğlan orda neyliyəcək? Ya ölümə gedə-cək, ya yarala­nacax. Pəs, mən qoy bunu aparam orda bunu sərdar elə­rəm.



Ağa, Koroğlu götürüp Qulubəgi də Nigar xanımnan üz qoy­du­lar Çəmlibelə. Çəmlibelə çatar-çatmazıdılar Nigar ay dedi:

– Çəmlibel haradı? Gəl gedək mən ki, bilmirəm nə qədir yol kəs­mişik, yol gəlmişik bilmirəm ki, haradı?

Koroğlu götürüb indi Nigar xanıma deyir:

Çəmlibelin başında bir uca Qara dağ getmişdi yuxarı, başı qül­ləydi. Həmişə dəlilərin ikisi o qüllədən baxardı. Hər tərəf gö­rü­kərdi. Dəlilər qüllə başında baxırdı. Koroğlunun gözü sa­taş­dı. O zaman da dürbin yox idi. Aynaynan nişana verərdilər. Ay­na dolandırardılar. [Koroğlu Nigara Çəmlibeli belə təqdim edir:]

Ala gözdü Nigar xanum,

Bu görükən Çəmlibeldi.

Sənə qurban şirin canum,

Ağzumda danışan dildi.


Çəmlibelin başı uca,

Gedip-gəlməz cavan-qoca,

Görükəllər ulduz gecə,

O, görükən Çəmlibeldi.


Çəmibeldə xoş hava var,

Başımızda çox dava var,

Quşlar üçün yoşava var,

Bu görükən Çəmlibeldi.


Coşqun olur bulaxları,

Buz bağlıyar qıraxları,

Sərin sulu yaylaxları,

Bu görükən Çəmlibeldi.


Çəmlibeldə toy tutaruk,

Toy üstündə boy tutaruk,

Paşalardan mal tutaruk,

Bu görükən Çəmlibeldi.


Dəlilərim başdan-başa,

Coşqun çaylar coşa-daşa,

Mən deyənnər gəldi başa,

Bu görükən Çəmlibeldi.


Koroğluyam bu yerlərdə,

Adım qalıpdı dillərdə,

Tacirlər çapdım yollarda,

Hər tərəfə çıxan yoldu.

Sözləri tamam elədi Nigar xanıma. Dəlilər töküldülər şəərdən çö­lə. Koroğlunu cəlalınan pişvaz eliyiplər. Dəlilər yığılıp Ko­roğ­lunun douruna xəbər alıllar Qoş Koroğludan:

– Nə cür getdin, nə cür gəldin?

Götürüb Koroğlu axır sözləridi dəlilərə deyə:

– Qulağ asın, dəlilərim, görün bu yollara nə cür gedey, nə cür gə­ley:

Gəlin indi, dəlilərim,

Nəsihətim budur sizə.

Qalmıya qəlpdə sözlərim,

Nəsihətim budur sizə.


Hər tərəfdən yolu kəsin,

Qara yellar kimi əsin,

Düşmannarı daldan basın,

Nəsihətim budur sizə.


Bazırqannar gəlir yoldan,

Alın mallarını əldən,

Qoymuyun çıxa bir yoldan,

Nəsihətim budur sizə.


Bu dağlarda bəla vardır,

Bəla üstə bəla vardı,

Yollar üstə qada vardır,

Budur nəsihətim sizə.


Aşığ tapak, dəmlər tutak,

Dəm üstündən qəmlər atak,

Şad olağun, toylar tutak,

Budur nəsihətim sizə.


Bağçalarda gül açulur,

Yaxçı yamannar seçilir,

Başlar gələr, ləş biçilir,

Budu nəsihətim sizə.

Sözlərini Koroğlu dəlilərə dedi. Bu cür dava eləriz, bu cür istiyəriz mal çaparız bu işlərdən görürüz.

Öyəşdər öldürüplər, qoyunnar kəsiplər. Biri çəpi-rasa. Nigar xanımı cəlalıınan gətdilər Çardaxlıbelində alaçıx vurulup, cə­la­lıı­nan toy tutublar. Toy bəsatı. Ağa, dəlilər düşüb bura. Qu­lu­bəgi də­lilərə sərdar elədi. Dedi:

– Dəlilərim, Qulubəg sizə sərdardı. Qulubəgin bir hüsnü var, bir qüdrəti var, hər yana tiri-xətəng ata, oxu qəyitməz dala...

Bəli, bu Koroğlunun Nigar səfəriydi ki, dastanı Nigarı getdi gə­tirdi. Bu dastan da payana çatur .




Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə