Яли Камали архивиндяки «Короьлу» дастанынын


Bayatılarda bəhs edilən yer adları



Yüklə 1,28 Mb.
səhifə12/14
tarix09.03.2018
ölçüsü1,28 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Bayatılarda bəhs edilən yer adları:

Bakı, Gəngə, Qarabağ, Şəki, Şirvan, Salyan, Təbriz, Qaşan, Tehran, Bağdad, Kərbala, Məşəd, Ağcabədi, Ərzincan, Qəzvin, Fi­rəng (Fransa), Tiflis, Xoy, Salmaz, Ordubad, Şuşa (Kala), Mə­rənd, Xorasan, Nəcəf, Dağıstan, Gürcüstan, Mısır, Rey, Rum, Şam, Dərbənd, Cavad, İrəvan, Naxçıvan, Əsgəran, Bərgüşad, Qa­raman, Xankəndi, Şərur, Qafkaz, Yəmən, Şiraz, Ərəş, Lən­kə­ran, Həmədan, Gilan, Ərdəbil, Xudafərin, Muğan, Keçibəi, Qazax, Dilican.
Bayatılarda bəhs edilən çay, nehr adları:

Aras (Aras haqqında ğayət çox bayatılar vardır), Kür, Ar­paçayı.
Bayatılarda zikr olunan heyvanlar:

Maral, ceyran, at, qoyun, quzu, qurd, aslan, dəvə, kəl, eşşək, köpək, camış.
Bayatılarda zikr olunan quşlar:

Bülbül, tərlan, kəklik, laçın, ördək, qaz, toyuq, fərə, beçə, çaylaq, tuti.
Bayatılarda bəhs edilən çiçəklər:

Gül, bənövşə, qızılgül, qərənfil, mixək, nərgiz, susəni.
Meyvələr:

Qavın, narınc, şaftalı, nar, alça, şamama, alma.
IV

Bayatıların başqa nəzm şəkillərilə münasibəti
1. Türk ədəbiyyatı tarixi ilə məşğul bütün alimlərin təsdiqi üzrə türk nəzm şəklində əsas ölçü: qitə (dörtləmə)dir. Bayatı-manı nevi, qitə halında bir vahiddir. Tədqiqə girişincə bu vahidin silsilə halında başqa bir nəzm nevinin vücuda gəlməsinə səbəb olduğunu görürüz. Bu gün xalq arasında yaşayan türkü və qoşmalar mövzuca birləşdirilmiş bir çox bayatı-manıların bir-birinə bağlanmasından başqa bir şey dəgildir. Bunlar, zaman keçdikcə vəznlərini və qafi­yələrinin yerini dəgişdirmişdir. Tadueş Kovalskinin iddiasına görə hazırda bir çox xalq türküləri varmış ki, hər biri bir çox qitələrdən təşkil edilmiş birər mənzumə şəklində yaşadığı halda, bunların hər birisinin birər manı halında ayrı-ayrı xalq ədəbiyyatında yaşadığını da İqnats Kunoşın topladığı materiallara istinadən söyləyir. Və yenə bu alimin qeydinə görə bəzən bu dörtləmələr daha uzun bir sisilə halında bir birilə bir dastan şəklində birləşirlər.

İddia sahibinin özü tərəfindən nəşr olunan Anadolu hay­dud­larından "Çakırcı" dastanı o cümlədəndir.

2. Bayatının (bədiyə100) nevi ilə çox sıx münasibəti vardır. Bədyə də müstəqil dörtləmə halında olur, yalnız vəzncə bəzi vəxt bir birindən ayrılır. Bədyə yeddi hica ilə qoşulduğu kibi ümu­miyyətlə 11 hica ilə, bəzən də 14 və 15 hicalı ilə söylənilir. Vəzn hər nə şəkildə olursa olsun əksəriyyətlə dörtləmənin ilk iki mıs­rası yardımçı bir mahiyyətdədir. Bunda əsas məqsəd ikinci beytdə olur.

3. Bayatının əcəm isxolastik (mədrəsəvi) ədəbiyyatının rübai şəkli ilə olan əlaqəsidir. Müstəşrik Kovalski rübailərin, manıların təsiri altında vücuda gəldigi ehtimalını irəli sürür.

(Bu xüsusda tətəbönaməmizin baş tərəflərində məlumat ve­rildigindən bura təfsilə lüzum görülmədi) Bu ictimali hər nə qə­dər tənqid edənlər də olursa rubai vəzninin cəviz (qoz) oyunu zamanında bir cocuğun ağzından eşidildigini vəsiqə göstərənlər­dəndir. Hər halda türk xalq ədəbiyyatının əski zamanlarda belə farscaya tərcümə edildigi məlumdur. Daha "Oğuznamə" nağılla­rının hicri 211 (miladi 826) tarixindən əvvəl farscaya tərcümə edildigini Abdulla Davadarı qeyd etməkdədir.

Akademik Bartold, ərəb mənbələrinə istinadən, hicri ilk əsrlərdə ərəb feodal orduları İranı istila etdigi zaman İranın şimal-şərqi sahəsində Oğuz türklərilə baş başa gəldigini söyləyir ki,101 bu da daha o vəktlər iranlıların manı nevinə malik olduğunu gös­tərir. Bu cihətlər nəzərə alınarsa, Kovalski kibi ciddi bir müdə­qiqin önə sürdügü nöqteyi-nəzəri imdilik qiymətini bir hərəkət olaraq kabul etmək lazım gəlir.

4. Bayatının təsiri bilxassə tuyuğ nevi üzərində hiss edil­mək­dədir. Tuyuq əruzun Failatin failatin failun (failat) vəznilə yazılır, müstəqil dörtləmələrdən ibarətdir. Nə ərəb və nə də əcəmari sto­kratik ədəbiyyatında olmayan bu nevi, yalnız feodal türk ədə­biyyatında yaşamışdır. İmdiki materiallara görə, elm aləmincə ilk tuyuq yazan Azərbaycan şairlərindən Burhanəddin sayılmaqdadır. XIV əsrdə yaşamış Burhanəddinin yeganə yazma külliyatı Lon­donda Britich Mouzeum əlyazmaları içində bulunmaqdadır. Bu külliyatın havi olduğu tuyuqlardan 12 danəsini şərqiyyat aləmin­də ilk dəfə olaraq rusca tərcüməsilə bərabər Melioranski nəşr etmişdir.102 Bəzi qəzəlləri də ingiliz müstəşərkilərindən Mister Gippin məruf "Osmanlı şeir tarixi" adlı əsərində dərc edilmiş­dir.103 Külliyatın cüzvi bir qismi də İstanbuldakı "Kolej Ame-kran" müdiri Fired Fild Godsei tərəfindən nəşr olunmuşdur104 ki, bundakı tekstlər (mətnlər) inanılmayacaq dərəcədə yanlışlıqlarla dolu olduğu, bu xüsusda olan nəşriyyatda qeyd edilməkdədir. Burhanəddinin xeyli tuyuğları da bu külliyata nəql edilmişdir.

Azərbaycan ədəbiyyat və elm müəssəsələrinin bu Azərbay­can şairinin heç olmazsa əsərinin kopyasından məhrum oluşu, nümunələrimizi yenə bu yanlışlıqlı təbidən aramığa bizi məcbur etdi. Aşağıda nəql etdigimiz bir neçə tuyuğ tıbkı xalq bayatısı kibi cinaslı qafiyələrə malikdir:

Tuyuğ - 1.

.................................

..................................

..................................

.................................

Tuyuğ - 2.

.................................

.................................

.................................

.................................

Burhanəddindən sonra Azərbaycan ədəbiyyyatında ən çox tuyuq yazan Nəsimi olmuşdur.

Nəsiminin tuyuğlarını tədqiq edən Köprülüzadə "Nəsiminin tuyuğları arasında bizim bildigimizə görə, cinaslısı yokdur", qey­dini ilavə edir.105 Halbuki, bən bu xüsusda möhtərəm ustadımla iştirak edəmiyəcəgim. Çünki Nəsiminin əsərlərini tədqiq edərkən cinaslı tuyuğlara da təsadüf etdim. O cümlədən aşağıdakı tuyuğ­ları göstərə bilərəm:

.......................................

.......................................

......................................

..................................... 106


.....................................

........................................

..........................................

............................................. 107

Tuyuğ nevini Azərbaycan şairlərindən sonra və onların təsiri altında olaraq Nəvayi, Babur kibi cığatay şairlərində təsadüf ediriz. Bilxassə Nəvayinin tuyuğları içində də cinas sənətinə əhəmiyyət verildigi görülür.

Yarəb, ol şöhdu şəkər yaləb mudur

Ya məgər şöhdu şəkər yaləb mudur

Canıma peyvəstə navuk atğalı

Qəmzə okın qaşığa yaləb mudur.108

Bu qısaca nümunələrdən görülür ki109, Azərbaycan bayatıları ilə Azərbaycan tuyuqları arasında texnika etibarilə çox yaxınlıq vardır. Akademik Köprülüzadə tuyuğların qafiyəsindəki cinasla­rın əski türk manılarından gəlmiş olduğunu iddia edir. Ona görə hicri beşinci əsrdə (miladi on birinci əsrdə) cənubi Xəzər sahilinə gələn Oğuz əşirətləri buralarda farscadan başqa bir ləhcəyə malik olan xalq ilə münasibətə girişdilər. Bu xalqın arasında musiqi ilə söylənilən dörtləmələr vardır ki, bunlara Fəhləviyyat - pəhləviy­yat adı verilirdir. Bu Pəhləviyyatlar türk manılarilə birləşmiş və tuyuğlar vücuda gəlmişdir.110 Bilxassə Azərbaycan bayatılarında cinas sənətinin bulunması və tuyuğ nevinin də yenə Azərbaycan ədəbiyyatında zühur etməsi nəzərə alınarsa, bu fikrin elmi qiy­mə­ti anlaşılmış olur. Xülasə olaraq demək olur ki, bayatı nevi eyni zamanda iskolastik bir nəzm nevi də yaratmışdır. Bu da İrana hicrət edən türk qəbilələrinin məhəlli fars əşirətləri ilə başladığı ictimai və iqtisadi münasibətlərin sayəsində meydanə gəlmişdir.


V

Bayatılarla əlaqədar olan xalq ənənələri
Xalq arasında bəzi adət və ənənələr var ki, bayatılara bağlanmış bir şəkildədir. Bunlardan yalnız üçünü əldə edə bildik.

1. Azərbaycanda xalq arasında bir fala baxmaq tərzi var ki, daha çox qadınlar arasında caridir.

Qadınlar bir yerə toplanır. Hər kəs sıra ilə içində mətləb tutar, yəni şübhələndigi bir şey və ya bir hadisənin nə nəticə ilə zühura çıxacağını qəsd edər. Sonra qadınlardan biri bir bayatı söylər. Bu bayatının məvzuyi ilə qadının tutduğu mətləb birlikdə təlif təhlil edilərək dutulan mətləblərin gələcəgi təyin olunur. Bu mərasimə Bakıda bayatı çəkmək deyərlər.

Bu ənənə Azərbaycan qəzalarında bir az fərqlidir. Qadınlar bir araya toplandıkdan sonra su ilə dolu güvəc, yaxud bir qab gətirirlər. Hər kəs onun içinə özünü təmsil edən bir şey atar və qabın ağzını qaparlar. Onun başında şeyləri tanımayan bir qadın oturtulur, mərasimi o idarə edər. Qabın içindəki şeyləri birər-birər çıxarmağa başlayaraq kimsəyə göstərmədən hər şey üçün bir bayatı söylər. O şey kimin isə bayatının məvzuyi onun falı əd edilir. Bəzilərinə çox qərib məvzular təsadüf edər ki, bu da onlar arasında böyük bir əgləncəyə səbəb olur.

Bu adətin Anadolu xalqı arasında da az-çox fərqlərlə yaşadı­ğını "Konya vilayəti xalqiyyat və hirsiyyatı" kitabında görmək­dəyiz.111

2. Əski Azərbaycan xalq adətinə görə ailənin bir fərdi öldügü zaman o evdə ərkəklər üçün olduğu kibi, qadınlar üçün də matəm məclisi açılırdı. Ərkəklər məclislərində "Quran" oxunur, fatihələr ithaf olunur. Bəzən buna mərsiyəxanların "Kərbəla vəkə­si"nə aid matəm qəsidələri də ilavə edilirdi. Halbuki qadınların matəm məclisi başqa bir xüsusiyyəti havidi.

Qadın məclisində də bu mərasimlər olmaqla bərabər onlarda ayrıca oxşama və yaxud ağı mərasimi də vardır. Bu oxşamada ölən adamın anası, bacısı, xülasə yaxınlarından birisi yüksək bir səslə və həzin bir bəstə hava ilə məvzu, mərasimlə əlaqədar olan bayatılar söylər.

Bakıda, ümumiyyətlə, mərasimlər bu bayatı ilə başlar:

Umdum, hay umdum,

Su dibində qum idim.

Mənim ki, heç kəsim yoxdu,

Səndin mənim umudum.

Ondan sonra əgər ölənin başqa əqrabasından ölən varsa, sıra ilə eyni surətdə bayatılar söylər. Məclisdə bulunan başqa qadınlar da iştirak edərlər. Daha əvvəlcə ölüm vaqesinə məruz qalmış ma­təm­­dar qadınlar da öz matəmlərini yeniləşdirirlər və bayatı söy­lə­yə­rək ağlaşırlar. Bəzi matəm məclislərində oxşama mərasimini idarə etmək üçün bu xüsusda mütəxəsis olan qadınlar çağrılır. Ölü sahibi əvəllcədən ölənin sənət və sifətlərini ona izah edər, o da bu sifətlər haqqında təkərləməli mənsur oxşamalar qoşar və bayatıya keçərək ölü mənsublarını təziyətə gələnləri ağlatmaqda müəssər olurlar:

Bura hamam yeridi,

Qolum camam yeridi.

Ağlasın dərdi olanlar,

Dərdin təmam yeridi.

Belə qadınlara Azərbaycanda müxtəlif adlar verilir. Bakıda yedəkçi, bəzi qəzalarda ağıçı deyirlər. Matəm məclisində söylənilən bayatıya bəzi yerlərdə ağı da deyilir.

Mərasim, ölüm tarixindən etibarən bir həftə sürər. Həftənin hər günü ölü sahibi qadın evdə oturur və baş sağlığına gələnləri qə­bul edər. Yanına hər yeni şəxs gəldikcə onların yanında oxşa­ma­yı təkrar edər. Yeddi gün sonunda ölünün həftəsi çıxdıqda son­ra hər həftə pəncşənbə günləri ölü üçün cümə axşamı mərasimi açılır və bu günlərdə bayatılarla axşama qədər mərasim davam edər. Bu şəkildə mərasim qırx gün sürər.

Yedəkçilər para ilə tutulduğundan bunlar ümumiyyətlə Bakı burjuaziyası ilə başqa yerlərin ağa və bəy ailələrində fəaliyyət göstərirlər. Yoxsul ailələrdə bu vəzifəyi yuxarıda göstərildigi kibi ailə mənsubları görürlər. Bu sətirləri qaralarkən Bakının İçəri şəhər əhalisindən Kəblə Rübaba adlı bir yedəkçi qadın həyatda bulunur. Özü, bu ixtisasla qazandığı para ilə bir neçə dəfə Kər­ba­layi ziyarətə getmişdir. Bakıda yetişmiş məşhur yedəkçi qadın­lardan bundan üç il əvvəl ölmüş yenə İçəri şəhərdə Qız ana ilə, on sənə qadar əvvəl ölmüş və Taza Pir civarında yaşamış Kəblə Umu zamanının ən şöhrət qazanmış yedəkçilərindən olmuşdur.

Bayatıların toy (düyün) mərasimələrində də böyük mevqeyi var. Qadın dügünlərinin istər adi çalğı gecələrində, istərsə xına gecəsi və gəlin gəlmə gecəsində qadın qavalçı çalıb vəziyyətə aid baytılar söylər. Bu bayatılarda mevzu: gəlin ilə gögəyin tərifləri, səadət təmənniləri, gənc qızların ihtirasını qıcıqlayan təmayüllər və sayirədir.
VI

Bayatılarda qadın yarıdıcılığı
Bayatılara istinad edən xalq ənənələrini gözdən keçirirkən gördük ki, bu ənənələrin qəhrəmanları ümumiyyətlə qadınlardır. Qadınların bayatılarla bu qədər əlaqədar olmaları, heç şübhəsiz onların intişarında qadın payının kiçik olmadığını göstərir. Müxtəlif mərasimlərdə davam etdirməklə bayatıların qüvvətlə yaşamasına qadınlar mühüm səbəb təşkil etdigi kibi, muhəqqəq bayatıların yaranmasında da onların rolu vardır. Bir çox bayatılar qadın dilindən söylənmişdir. Hər nə qədər bu nev bayatıların bir qismi ərkəklər tərəfindən düzülmüş olsa da, fəqət bir çoxunun qadınlar tərəfindən qoşulduğunu qəbul etmək lazım gəlir. Məsəla:

Qardaş mənim gülümdür,

Gülümdür, bülbülümdür.

Ölsə bacılar ölsün,

Qardaş ölmək zülümdür.

Qadınlara məxsus şeirlərin bayatılarda zikri də, bu fikri bir qat daha qüvvətləndirir.

Qardaş mənim mələyim,

Cibimidə ignəyim.

Köçəndə köçüm qardaş,

Düşəndə kölgəligim.

Evlad eşkinə aid bayatılarda da qadınların ruhu, haləti nəzərə çarpar. Ölüm hadisəsi bilxassə qoçuluk zamanlarında vaqe olan qətl münasibəti ilə söylənilən bayatıların qadınlar tərəfindən söylənildigi çox barizdir:

Qalalar, hay qalalar,

Laçın orda balalar.

Analar bala verməz,

Bərkə-zora salalar.

Yaxud:


Araz aşanda mələr,

Kür qavuşanda mələr.

Analar balasından,

Ayrı düşəndə mələr.

kibi baytılar eyni mahiyətdədir. Ərkəklərin papaqlarına eşq bəslə­mək əski qadınların tipik səvgilərindəndir. Bu bayatı o psixolojiyi taşımaqdadır:

Qurbanam boz börkünə,

Qonupdu toz börkünə.

Orda bəd nəzər çoxdu,

Bir dua yaz börkünə.

Bakının Novxanı məhəlləsi əhalisindən səksən iki yaşlı Reyhan Adına qızı adlı bir ixtiyar qadının verdigi məlumata görə, Bakıda bayatı qoşmaqda ən qüvvətli olan Təbrizli qadınlardır. Bu izahatın özü də bayatılarda qadın yaradıcılığının böyük hissəsi olduğunu göstərir. Bunlardan başqa bayatıların çox zaman layla-ninni yerində olaraq qadınlar tərəfindən işlədilməsi də bu nevin inkişafında qadın rolunun az olmadığını isbat edir.


Bakı, oktyabr, 1928

Azərbaycanı öyrənmə yolu” jurnalı,



1930-cu il, sayı 4-5 (9-10), səh.9-42

İÇINDƏKILƏR
Ön söz (B.Əhmədov, Ə. Şamil) 3

Azərbaycan türklərinin ədəbiyyati tarixi 22


Məqalələr

Heca vəzninin tarixi 144

Türk el ədəbiyyatina elmi bir baxiş. «Oğuznamə» 167

Əşirət dövründəki Azərbaycan ədəbiyyatina

aid vəsiqələr 181

Türk xalq ədəbiyyatinda mani növü və

Azərbaycan bayatılarının xüsusiyyəti 192
Əmin Abid (Əhmədov).

Azərbaycan türklərinin

ədəbiyyatı tarixi,

Bakı, Elm və təhsil, 2016.

Nəşriyyat direktoru:

Prof. Nadir Məmmədli

Kompyuterdə yığdı:



Aygün Balayeva

Kompyuter tərtibçisi və

texniki redaktoru:

Ramin Abdullayev

Kağız formatı: 70/100 1/16

Mətbəə kağızı: №1

Həcmi: 15 ç/v

Tirajı: 300

Kitab Azərbaycan MEA Folklor İnstitutunun

Kompyuter Mərkəzində yığılmış,

“Elm və təhsil” NPM-də



ofset üsulu ilə çap olunmuşdur.


1 “Azərbaycan” – Məhəmməd Baharlı, Bakı, 1921. səh. 31.

2 “...köçəbəlik ilə mübarizə, torpağa mərubiyyət, bağ və bağça salmaq, körpü tikmək, xəstəlik, soğuq ilə mücadilə, torpaqçılıq, türk məcəllisi, qaranlığın və cəhalətin məğlubiyyəti – iştə Zərdüştün və muğların başlıca ehkamları!” Ərəb istilasından əvvəlki mədəniyyətimizin iqtisadi və siyasi səbəblərlə degil, “Zər­düştün dini” sayəsində doğduğu qənaətində olan mühərrir başqa bir yerdən: “Ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü” – diyor. Tariximiz haqqında azəri müəlliflərinin əsərləri: Y.Vəzir (“Maarif və mədəniyyət” məcmuəsi, Bakı, 1926). Yenə eyni mühərrir “Azər­baycan ədəbiyyatına bir nəzər” adlı risaləsində.

3 Y.Vəzirov (Azərbaycan ədəbiyyatına bir nəzər. səhifə 85. İstanbul 1337) ilə Sal­man Mümtaz (“Maarif və mədəniyyət” məcmuəsi, Bakı, fevral 1923) süla­lə­cə Qəstəmonili olan X əsrin ərlərindən İbrahim Çələbiyi “Azəri” məxləsini daşıdığı üçün azərbaycanlı ədd ediyorlar. Bu fikrin tamamının əsassız olduğu tarixi vəsiqələrə istinad edərək məqalələrimizdə isbat edilmişdir. (“Maarf iş­çi­si” məcmuəsi, Bakı, 1925 və “Türk yurdu” məcmuəsi, İstanbul, Təmuz 1924)

4 Mahmud Məmun “İqdam” qəzetəsi (baş məqalə) İstanbul, 21 Tişrini – əvvəl, 1926.

5 Domurqan, Bartold, İbn-Fəqih, Cəmaləddin Mustofi “Mirat əl-buldan”, Saci Nasiri, “Gənc daneş” müəllifi Məhəmməd Təqi və sairə. Abbasi hökumə­ti­zə­manikə təmas edən Əcəm və ərəb müəllifləri də eyni şeyi ifadə edirlər (Köp­rülüzadə Məhəmməd Fuad – “Türk dünyası” – 1919)

*Şair Əliabbas Müznib Ə.Abidin böyük qardaşıdır. 1937-ci ildə repressiya qurbanı olmuşdur. (B.Ə.).

6 В прежние историческое периоды река Аракс отделяющая теперь Кав­казский Азербайджан от персидского была резкой етнографической гра­ницей, отделявшей Иранскую Мидию от яфетической, по термина­логии Н.Я.Марра, Албании./Краткий обзор истории Азербайджана, стр.138/.

7 Краткий обзор истории Азербайджана: место прикаспийских областей в истории мусульманского мира.стр.139-147, Баку 1925

* Zaqafqaziya Seymi nəzərə tutulur. (B.Ə)

8 Mustəşriq V.V.Bartoldun bu xüsusda yurutdugü fikri həman-həman bu hali ehtiva ediyor “...но термин Азербайджан избран потому, что когда установ­ливалась Азербайджанская республика, предполагалось, что персидский и этот Азербайджан составят одно целое, так-как по составу населения, они имеют очень большое сходство. Но этот основании было принято название Азербайджана, но конечно теперь, когда слова Азербайджана и особый республики, приходится путатся и спрашивать, какой Азербайджан имеет­ся в виду: Азербайджан персидский или этот Азербайджан. («Место при­каспийских областей в истории мусульманского мира». Стр.57)

9 “Qızıl qələmin (sayı 4,Bakı 1924) 1920-ci illərdə Bakıda basılmış rusca “Sə­nayeyi-nəfisə” məcmuəsindən nəqlən göstərdigi məxəzlərdən: akademik Do­ren, professor Berezin, ingilis misyonerlərindən Hanovoy, Renyeps, Bro­nev­ski, Emixvald, Petsoldt, Cakıvlu, gənc daneş sahibi Səməd Təqi, “Təqdim əl-buldan-Nasiri”, “Fərhəng-əncüməni-ara”, “Ayineyi-İskəndəri” atəşkədələrin an­caq məcusi hindlilərə aid olduğunu tədqiq və müşahidələrlə istinadən qətiy­yətlə söylüyorlar ki, “Qızıl qələm”in yürütdügü bəzi hökmləri, kəndisinin gös­tərdigi bu mənbələr belə çürüdüyor.

10 Edqar Bloşenin “Məzdəizmin türklərin etiqadları üzərindəki təsiri adındakı tə­təbbönaməsinin tərcüməsi (“Milli tətəbbö” məcmuəsi, sayı I, səhifə 142, İs­tan­bul,1331).

11“... эсли нужно было бы придумать термин для всех областей, которые обединяет сейчас Азербайджанская республика, то скорее всего можно было бы принят название Арран”. («Место прикаспийских областей в ис­то­рии мусульманского мира.стр.57.)

12 Dugnis “Xəzər” təbirini “Xozar” şəklində qəbul ediyor, tədqiq ediləcək bir şeydir.

4 Əbül Fərac, Porfir, Loqonfur, Teofanə istinadən Dugins (tərcümə)

1 Azəri ədəbiyyatında türkcənin təkamülü. Əmin Abid (“Maarif və mə­də­niyyət” məcmuəsi numero 2-3, Bakı 1926).

2 Xəzərlərin imhasində Bizanslılar və ruslarlə bərabər Qafqazı istila edən Səl­cuq türkmənlərinin də rolu olmuşdur. Köprülüzadə Məhəmməd Fuad. Tür­ki­yyə tarixi, səhifə 35.

3 Abbasi xəlifələrinin əskəri təşkilatında bulunan və əski Ermənistan ilə Xorasan arasında iqamət edən türkmənlərdən bəhs edərkən tarixçi Dugins ərəb müvərrixlərindən İbn əl-həmas və İbn əl-Əsirə, Bizans müvərrixlərinə istinad edərək onların ğoz-ğuz-uz-oğuz olduğunu təyid eyliyor. [Arteq türkmənləri-hunların ümumi tarixi tərcüməsi – on ikinci bab]. İran mənbələrində də bu müvzuya aid məlumata təsadüf ediliyor. Şah İsmayılın oğlu Sam Mirzə Ağqoyunlulardan bəhs edərkən böylə diyor: “İn taife ra ağqoyunlu quyənd və çenançe dər kotabe-təvarix məstur əst. Əcdad-e işan dər zəmane – oğuz xan ke qəbl əz zuhur-e İslam bude və əz əqsayi-məşriq təşəkkor be İran kəşidsənd və bər əksər vilayəti-məşriq kəşte dər Hüdud Diyarbəkr rəxte-iqamət əndaxtənd”. (Töhfeyi_Sami, Sultan Yəqub bəhsi)

4 Akademik V.Bortold miladi VI əsrdə Çin sərhədlərindən Qara dənizə qədər uzanan böyük sahədə hakim olan türk qövm və qəbilələrinin oğuzlardan ibarət olduğunu qəti surətdə qəbul ediyor (Fransız və islam ensiklopedisində “ğuz” maddəsi və Bakı türkoloji qurultayında oxunduğu rapor ilə “Записки васточ­ного отделиния русского имперского археологического общества, том УШ, Петербург 1894 г.). Professor Köprülüzadə Məhəmməd Fuad həman bütün əsərlərində bizim qovmi mahiyyətimizə təmas etdigi zaman köçəbə oğuz­ların müxtəlif zamanlarda İranın Şimali vilayətləri, Azərbaycan, Cənubi Qafqaz, İraq, Hələb həvalisi və bütün Anadoluda yerləşməklə onlara qəti bir etnik çöhrə verdiklərini qeyd ediyor. (türk ədəbiyyatımızda mütəəssüflər. Türki­yə tarixi, Azəri ədəbiyyatına aid tədqiqlər).

1 Səyyah Olearidən nəqlən Kozubski: Е.И.Козубскии: Истории города Дербента. Темирхан-шура.1906.

2 “...Signa antigia hierogbyphica et alia scripta Ogusiana gual in muro urbis et monumentis sunt observata...” (Sichwald, Reuseete.B.II.,s.212).

Bartoldun “Yenə Qorqud haqqında məlumat” sərlövhəli məqaləsindən nəqlən.



1 “Oğuznamə” haqqında kitabımızın “Çadır ədəbiyyatı” qismində əlavə izahat verilmişdir.

1 Таким образом происходит распадение огузов на три народности, из которых две ранше подчинились оседлой жизни, а третья оседает в настояшее время. Эти народности – османы , азербайджанцы и оставшиеся в Средней Азии потомки огузов – туркмены. «В.В.Бартольд. Обзор истории тюркских народов..Баку,1925. Стр.138

1 Drezden kitabxanası. Yazma, numero 86.

1 Aus dem achlaffe des Mirza Schaffi pag.190.

2 Brochaus: Konversationg, Lexukon. Baxınız “Bodenştedt” maddəsinə.

3 «Боденштедт дал не перевод, а переделку, в которую внес очень много своего собственного повидимому, от подлинного млиафии осталось у Боденштедта совсем мало» / А.Крымский. История Турции и литературы, том.2,стр.140./

4 Firidun bəg Köçərli Bodenştedt haqqında yazdığı haşiyədə Berlin şəhərində “Qəzəlliyyate-Mirzə Şəfi” ünvanında öz əşarını çapa verübdir” – tərzində bir qeyd varkən, əsərinin mətnində buna tamamilə zidd olaraq “Almaniyada Mirzə Şəfinin məcmuəsi (Bodenştedt) adlı şəxsin ehtimamilə nemsə*dilinə tərcümə olunubdur – deyə hökm veriyor. (“Mirzə Fətəli Axundov” risaləsi – səhifə 4, Tiflis – 1911) və (Azərbaycan ədəbiyyatı tarixi materialları, I cild, 2-ci hissə, səhifə 476-477)

Köçərlinin təsirinə qapılaraq Vəzirov**də Fazil Mirzə Şəfinin şeirlərinin məc­muəsi alman dilinə tərcümə olunaraq ədib Botenştedt ehtimami ilə basıl­mış­dır”. –diyor. Salman Mümtaz da eyni yanlışlığı daha müğəlləq bir şəklə sal­mış­dır. (Azərbaycan ədəbiyyatı, Mirzə Şəfi Vazeh, müqəddimə)




Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə