Яли Камали архивиндяки «Короьлу» дастанынын


§ 1. Azərbaycan və Qafqaz türklərinin məişətlərinə qısa bir baxış



Yüklə 1,28 Mb.
səhifə2/14
tarix09.03.2018
ölçüsü1,28 Mb.
#31033
1   2   3   4   5   6   7   8   9   ...   14
§ 1. Azərbaycan və Qafqaz türklərinin məişətlərinə qısa bir baxış

a – Əski oğuz türklərinin yaşadığı yerlər.

b – İqtisadi həyat

c – Totemçilik

d – Hakim olan dinlər
§ 2. Əski oğuzlarda ədəbi həyat

e – Ağız ədəbiyyatı.

ə – Yazılı ədəbiyyat

f – Vəznli nəsr və heca vəzni

g – İlk heca vəznləri

ğ – Xalq şairləri


Əşirət dövrü

(Birinci parça)

  1. Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı

  2. Yabançı ədəbiyyatların təsiri

  3. Xalq ədəbiyyatının əski dövrləri

  4. Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat

  1. “Oğuznamə”: mövzusu və mahiyyəti

  2. “Oğuz xan” mənqəbəsi

  3. “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”

  4. miladi XII əsrdə “Koroğlu” mənqəbəsi


İKİNCİ PARÇA

Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı

  1. Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası

  2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması

  3. İslamlaşmış “Oğuznamə”

  4. “Kitab-i Dədə Qorqud əla lisan taifey-i Oğuzan”

  1. Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti.

  2. “Qorqud”un şəxsiyyəti və Mavəray-i Xəzər türkləri, başqırd-Qırğız türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu

  3. Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər

  4. Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti




  1. Nəticə

  2. Əlavə (mətnlər)

BİRİNCİ SÖZ
Azərbaycanlı türklərin ədəbiyyatı tarixi bu vaxta qədər bü­tün təkamül xətləri nəzərə alınaraq metodik bir təhlilə məruz qal­mamışdır. Ləhcəmizin genişliyi nisbətində ümumi tədqiqlər ya­pıl­madığı kimi müqayisəli üsullara istinad etmədən nəşr olunan mətn-“texte” və materiallar da kafi miqdardə bulunmuyor. Böyle bir vəziyyət qarşısında tam bir tərkibi əsər vücuda gətirmənin qo­lay olmadığı hər kəscə düşünülə bilir. Bunun üçün təqdim olunan əsəri məmləkətimizdə yapılan ədəbi əməliyyələr gözilə ölçmək icab edər.

Böylə çuraq bir sahədə çalışmanın güclülüyünü biz mühiti­mi­zin verdigi cəsarətlə göstərməğə çalışdıq. Bu cəsarəti isə mar­ksiz­min Azərbaycanda təsisindən sonra inkişaf edən istehsal qüv­vələri sayəsində qurulan yeni mədəniyyətə borcluyuz. Bu mədə­niyyətə xidmət məqsədilədir ki, bu əsər meydana çıxdı. Bununla Azərbaycan proletariatının qurmaqda olduğu mədəniyyət binası­na verilən bir ovuc mahiyyətində xidmət edə bilmiş olursaq nə mutlu...

Azərbaycanlıların ədəbiyyatı tarixisinin böylə başlı-başına bir mövzu olaraq tədqiq edildigi qərib görünə bilir. Fəqət bir az səmimi düşünülüncə ortada bir ğərabət qalmaz. Türk ədəbiyyatı tarixinin bir silsilə halında tədqiq edilməsinin lazım olduğunu qəbul edənlərdəniz. Bununla bərabər türk ədəbiyyatını müxtəlif dövrlərə, müxtəlif ləhcələrə ayırıb da – ümumi təkamül xəttini buraxmadan tədqiq etmənin daha qolay bir yol olduğu qənaətin­dəyiz. Bu gün istişraq aləmində yalnız bir ləhcənin ədəbi məhsul­ları ilə, hətta bir dilin müəyyən bir dövrünün tədqiqi ilə məşğul olan mütəxəssislər də yox degil. Ləhcəmizin hakim olduğu dai­rənin böyüklügü də düşünüləcək olursa, Azərbaycan türklərinin mənsub olduğu camiənin ədəbiyyatı, dili, sənəti, etnoqrafiyası, musiqisi və nəqş tarixinin əlaqədar olduğu başqa türk ləhcələri məhsullarının ümumi gedişi nəzərə alınan şəraitlə tədqiq edilmə­sində bir bəs qalmaz. Bilxassə ki, bu türk zümrəsi bu gün ayrıca mütəşəkkil bir dövlətə malikdir.

Biz əsərimizi öz xalqımız üçün yazdıq.

İşçi – kəndli sinfinin səviyyəsini daima nəzərə alaraq təhlil üsuluna çox əhəmiyyət verdik. Bunun üçün təhlillərimizi də əcə­mi dərəcədə xalqlaşdırmağa qeyrət etdik.

Tədqiqlərimizdə tənqidi və ciddi – dialactugue sistemə də ria­yət edilərək ədəbiyyatımıza yer-yer təmas edən nəşriyyat, mətn­lər və tədqiqlər ilə qarşılaşdırılmışdır. Bununla şəxsi ehtira­sı­mızı söndürmək üçün kimsəyə hücum etmək qayəsi ağlımızdan belə keçməz; məqsədimiz kütlənin özünü də mühakiməyə sövq etməkdir.

Kitabımızda ənfəs – hökmlərdən mümkün olduğu qədər sa­qınmağa çalışdıq. Türkoloji sahəsində daha gənc olduğumuzu dərk edərək tədqiqat əsnasında bilxassə mətnlər ilə elmi hüviy­yətlərini isbat etmiş səlahiyyətdar müstəşrəq və türkoloqların ədə­biyyat və etnolojimizə aid vaqe olan tədqiqlərinə də çox əhə­miyyət verildi.

Ədəbiyyatımız sahəsində tədqiqi qolaylaşdırmaq üçün kitab­xanalarımızda mövcud olmayan, yaxud az bulunan mətnləri, kita­bımızın sonuna ayrıca bir əlavə şəklində dərc ediyoruz. Hər cildin sonundakı əlavə ancaq o cildin bəhs etdigi dövrlərə aid məh­sullardır.

Azərbaycanda türkoloji həyatı yeni başladığından bu gün istədiyimiz materiallar əlimizdə bulunmuyor. Bu cəhətdən kitabın ehtiva etdigi əskiklik, ancaq zaman keçdikcə bulunacaq yeni və­siqələrlə itmam edilə biləcəkdir. Əsərimizin qüsurunu göstərənlər və yeni material əlavə edənlər, bizə yapacaqları eyilikdən çox, inqilabi Azərbaycan mədəniyyətinə xidmət etmiş olacaqdır.
Əmin Abid

İstanbul 1922 – Bakı 1927

BAŞLANĞIC
AZƏRBAYCAN-AZƏRİ-OĞUZ TƏBİRLƏRİNİN MƏN­ŞƏ­Yİ­ İLƏ İNTİŞARI HAQQINDA ÜMUMİ BİR TƏDQİQ
Ədəbiyyatımızın qədim dövrlərinə soxulub də təhriyyat ilə məşğul olunduğu zaman təsadüf edilən əngəllərdən birisi də “Azər­baycan” təbiri ətrafında hərəkət etməkdir. Yeni təşkil edilən Cumhuriyyətimizə də bu adın verilməsi, kəlmənin müxtəlif dövr­lər­də qarışıq mənalar almasını mocib ediyor ki, təbirin iradəvi mövqeyini bir qat daha gücləndiriyor. Fəqət biz ədəbiyyat tari­ximizin elmi mahiyyətdə olmasına çox əhəmiyyət verdigimiz üçün tədqiqatımız əsnasında bu kibi əngəlləri də elmi mənşələrə bağ­lamaq məcburiyyəti hasil oldu; bu müqəddimənin bir tətəbbö­namə mahiyyətində olmasına səbəb də bu məcburiyyətdir.
Etnolojimiz haqqında yapılan tədqiqlərə bir baxış

Qafqasın cənub-şərq ətəgində yaşayan türklər, siyasi bir heyət halını alaraq “Azərbaycan” adında bir hökumət təşkil etdikdən sonra fikri həyatın mühüm bir cəbhəsi xalqımızın və məmləkətimizin tarixi mövqeyini təyin üçün böyük bir əlaqə göstərməgə başladı. Yeni bir mədəniyyətin quruluşu ərəfəsində böylə əlaqələr həpi faydalı mənaları daşısa da, fəqət ümumi zehniyyətlərin yanlış görüşlər üzərində qurulması, gözlənilən fay­dalardan çox əsassız tələqqilərin tutunmasını dəvət edər.

Xalqımızın etnik mahiyyəti haqqında tətəbböatda bulunan­ların əksəriyyətlə ilk qərinələrin dərinliklərinə dalaraq şimal-qərbi İran torpağının “Midiya”, “Atropateni”, bizim indiki siyasi sər­hədlərimiz içində bulunan yerlərin “Arran”, “Albaniya”, “Ağ­van”, “Qaspi” adlarilə yad edildigi dövrlərdə burada yaşayan in­sanları belə bugünkü cumhuriyyət mənasında olan “Azərbaycan” kəlməsi ətrafında tədqiq etdikləri az degildir. Gərək bu müxtəlif adlar ətrafında və gərək buralarda vaxtilə yaşamış əski xalqlar ətrafında bu günkü elmi tələqqilərin qayət gülünc bulduğu bir qaç “iştiqaq pəhləvanlıqları” yapılmaqdadır. Hər kəs tələffüz etibarilə bir-birinə az-çox bənzəyən kəlmələri qarşılaşdıraraq bunlardan türk işinə, daha doğrusu, bir hökm verə bilmək, öz işlərinə ya­rayacaq bir məna çıxarmağa çalışıyor.

Eyni zamanda ötədən bəri əski dövrlərə aid rəvayət və les­randlərdə qərib təhlillər sayəsində tarixi vəziyyəti bir mahiyyət verilərək türkləşdirmiyor; bu surətlə Qafqasın indiki türk əhali­sinə – əski olsun da nə olursa olsun – saxta və uydurma bir mənşə yaratmaqdır.

Göz önündə əsrin məlumdan-məchula gedən metodik tarix­çiligi duruyorkən Azərbaycanda ilk insanın kim olduğunu ara­maqla məşğul olmaq1 nəticəsiz şeylərlə uğraşmaq deməkdir.

Hətta bəzi tədqiqatda çox iləri gedilərək Zərdüştün indiki azərbaycanlı kibi türk olduğu iddia ediliyor2 və nəhayət, bu nəti­cəyə varılıyor; azərbaycanlılar atəşpərəstdir və siqə olaraq da bu göstəriliyor: dərəbəglik dövründə bir çox şairlərin “Azər”, ya­xud “Azəri” məxləsini qəbul etməsi, yaxud əhalimiz arasında Nov­ruz bayramı və çərşənbə mərasimləri kibi ənənələrin yaşaması...

Hökumətimizin Azərbaycan kəlməsi ilə yad edilməsi və özümüzə “azərbaycanlı”, yaxud “azəri” deyilməsi də bu növ mühakimə yürüdənlər üçün birər qüvvətli vasitə olmuşdur. Yenə eyni mühakimənin təsiri ilədir ki, Qafqas və Azərbaycanda oturan türklərə dediyimiz “azəri” kəlməsini məxləs olaraq qollanmış olan “qeyri-azərbaycanlı”ları öz sahəmizə almaqla yanlışlıqlara düşməkdən kəndilərini qurtarmıyanlar da vardır3.

Özümüzə son zamanlarda “azəri” adını verdigimizi görərək babasının adı “Azər” olduğu üçün İbrahim peyğəmbəri türk gös­tərəcək dərəcədə gülünc və mənasız hərəkətlərdə bulunanlar da görünüyor4.

Bu vaxta qədər yapılan tədqiqlər əsnasında: birisi qədim dövr­lərdən zamanımıza; o biri zamanımızdan əski əsrlərə doğru yürüyən iki hərəkət xətti hiss edilməkdədir. Yalnız Azərbaycan kəlməsi ətrafında dönüb dolanan hər iki xəttin gəlib dayandığı bir nəticə nöqtəsi var: qurduğumuz dövlətin həqiqi adı “Azərbaycan” və bu dövlətin hakim olduğu yerlərdə oturan türklər (şimal-qərbi İranda yaşayan türklər kibi) “azəri”dir; azərilər də atəşpərəstlik sistemi ilə əlaqədardır.
Xalqımız nələr degil?

Yuxarıda xalqımız və məmləkətimiz haqqında yapılan ümu­mi tədqiqlərin “ləbbi” ni göstərməgə çalışdıq. Bundan sonrakı sətirlərimizdə beynəlmiləl türkoloji həyatının qəbul etdigi vəsiqə­lərə istinadən məmləkətimizin həqiqi çevrəsini ortaya çıxarmağa çalışacağıq. Fəqət qövmi və etnoqrafik təhlilə başlamadan əvvəl nələr olmadığımızı göstərməklə daha qolay bir yol getmək istə­yəcəgiz. Mətbuatımıza məqalə və kitab halında əks etmək bir çox rəvayət kuməələri, hənuz tarixi mahiyyət almamışdır; bunun üçün bu rəvayətləri vaqeə tərzində qəbul etmək yanlışdır. Zaman keç­dikcə əldə ediləcək yeni vəsiqələr sayəsindədir ki, bu əfsanələr haqqındakı fikirlər tovzih ediləcəkdir. Madam ki, tədqiqlər zama­nımızın vəsiqə olaraq qəbul etdigi hadisələrə istinad etməlidir. Məsələ, midyalıların türk-turanlı olduqlarını göstərən mənbələr çoxdursa da, bunlar hənuz beynəlmiləl elm tərəfindən qəbul edi­ləcək dərəcədə hüquqiyyət alamamışdır. Binaən-əleyh qəti olaraq “bizim babalarımız midiyalılardır”, – deyəməyiz.

Zərdüştün bir azərbaycanlı (şimali İranlı) olması bizim tari­ximizi qətən əlaqədar etməz. Əvvəla: Zərdüştün türk olduğu haq­qında hənuz bir kəşf yapılmadı; saniyən: Zərdüşt qədim Azər­bay­can torpağında yetişmiş olsa da, o vaxtlar buradakı türk millətinə mənsub xalq kütlələrinin həyatı haqqında tarixi vəsiqələrə malik olmadığımız üçün bu torpaq üzərində qurduğumuz cəmiyyətdən əvvəl yaşayan bir cəmiyyətin dini tələqqiləri, ictimai üsulları və qurduğu dövlət bizim tariximiz demək degildir; bunlarla ancaq bizim əski cəmiyyət və mədəniyyətimiz üzərinə yapdıqları təsir dərəcəsinə görə əlaqədar ola biliriz.
Azərbaycan nərəsidir?

Bütün Şərq və Qərb mənbələri tarixində Azərbaycan kəlmə­silə yad olunan torpağın sərhədlərini müttəhidən bu şəkildə gös­təriyorlar.

Şərqdə Gilan və Muğan, şərqi-cənubidə Əl-Cabal, Qərbdə əski Ermənistan, Qərbi-cənubidə əski Assur torpağı, indiki əl-Cəzirə və Mesapotamiyanın şərq cəhəti, Şimalda Aran-Arran (indiki Qafqaz qitəsi)5. Bu göstərilən yerlərin xəritədə mövqeyini təyin edərsək, indiki İran sərhədi daxilində olan Şimali Aras çayı qapsayan ərazinin olduğu qəti surətdə anlaşılır.

Müxtəlif zamanlarda ərəb və moğol istilası əsnasında olduğu kibi “Azərbaycan” adı altında Şimali-qərbi İran ərazisi ilə bərabər əski Ermənistan, Şimali İraq də Qafqaz kibi bəzi qonşu torpaq­ların da bir hakimiyyət altında birləşməsindən hasil olan zəhab nəticə­sində qarışıqlıq yapan, yaxud Təbəri kibi müəyyən bir za­manın sərhədini göstərən müəlliflərin fikirlərini ehtiyatla qarşıla­maq lazımdır. Ümumi tələqqiləri az-çox tələqqilərimizə yaxın olan, son əsrlərdən qalan vəsiqələr də bu xüsusda bizə yardım edi­yor. O cümlədən Qarabağ xanlığının tarixinə aid bir əsər vü­cuda gətirən Seyid Məhəmməd Mehdi Qafqas feodalları dövrün­dəki Gəncə xanlığının sərhədlərini qeyd edərkən Azərbaycanın yalnız Təbriz həvalisinə aid bir ad olduğu fikrini bu sətirlə təyid ediyor: “...və dəxi həmişə məskənləri və məhəlli-iqamətnesinlər; Gəncə şəhəri olub təmamiyi-vilayəti-Gəncə onlara mütəəlliq olub,Gürcüstanla onların sunur-sərhədi Sınıq Körpü Yuxarı Sivri Daş və Azərbaycan ilə sərhədləri Ərəs çayı və Xudafərin körpüsü olub Gəncədə daim sakin və hakim olublar...” “Asar-ül-Cəmal” əlyazması, vərəq 9 b (tədqiq etdiyimiz nüsxə şair Müznibin* xüsusi kitabxanasındadır). Şair Salman Mümtaz “Asarul-Camal” tərəfindən yazıldığını qeyd ediyor (Molla Pənah Vaqif – səhifə 4), yanlışdır.

Arasdan Qafqas dağlarına qədər Xəzər dənizinə mücavir olaraq uzanan ölkə isə yenə əski mənbələrə görə müruri-zamanla Aqvan, Albaniya, Aran, Qapı və Qafqas adlarını daşımışdır6.
Hökumətimizin Azərbaycan adlanması

Son əsrlərdə bəzi Rusiyalı və Avropalı mühərrirlər onları təq­lidən məhəlli müəlliflərin – vaqe olan nəşriyyatında bizim öl­kə­nin adı da tək-tük “Azərbaycan” deyə qollanılmağa başladı. Məş­hur akademik V.V.Bartold son zamanlarda cərh etmişdir7. Qa­yət məhdud olan bu nəşriyyata rəğmən ta son yıllara qədər əha­limiz özünü torpaq etibarı ilə Qafqaslı bilmişdir. Qafqas təbiri da­ha müntəşir olmuşdur. Nəhayət, 1919-da Tiflisdə təşkil edilən Seym* adında kapital ideyasının az vaxtda dağılması mütəaqib gürcü və ermənilər kibi Seymdə bulunan türk üzvlər bizim də tə­sis etdigimiz siyasi heyətə bir ad aramışlar. Fəqət bizdən daha mütərəqqi olan qonşularımız gürcülər ilə ermənilərin doğru ola­raq sırf etnik nöqteyi-nəzərindən öz yeni dövlətlərinə gürcü və er­mə­ni cümhuriyyətləri adını verdikləri halda türk üzvlər höku­mətimizə bir ad vermək üçün qərib mühakimələr yürütmüşlərdir.

Əski çürümüş islamı elmlərdən olan “elmi-kəlam”da bir “kəbirən-səğirən” məsələsi var: Seymdə bulunmuş türk üzvlər də hökümətimizə “Azərbaycan” adını verərək həman-həman “kəbi­rən-səğirən” üsulunda bir mühakimədə bulunmuşlardır:


  1. Şimal-Qərbi İranda yaşayan türk xalqının oturduğu yerin adı Azərbaycandır.

  2. Bizim Şərqi-cənubi Qafqasda yaşayan əhali də qərbi-şimali İrandakı türklərin eynidir.

  3. Binam əleyh Şərqi-cənubi Qafqasda oturan türklərin məm­ləkətlərinin adı da Azərbaycandır8.

Qövmiyyat məlumatı bir tərəfə dursun dövlət məfhumunu böy­lə idrakdan aciz olduğunu göstərən bu tərzi-mühakimə əsri­mizin hakim olan sxolastik prinsipləri qarşısında çürük və məna­sız qalır.
Atəşgədələr bizim malımız da degil

Bizim atəşpərəstliklə əlaqədar olduğumuzu önə sürən mü­hər­rirləri yanıltmaqda amil olan səbəblər içində Azərbaycan təbiri olduğu qədər Bakının Suraxanı kəndindəki atəşgədələrin varlığı da amildir.

Biz atəşkədə təşkilatilə də münasibətdar olduğumuz nəzə­riyyəsini yenə əhalimizin ictimai təkamülünə istinadən cərh edə­cəgiz. Bu vaxta qədər türkoloq və müstəşriqlər tərəfindən yapılan tədqiqlər əsnasında Azərbaycan və Qafqas türklərinin atəşpərəst olduqları hənuz meydana çıxmamışdır. Əgər Qafqas və Azərbay­cana hicrət edən türklər buradə Zərdüştün dinini qəbul eyləmişsə mühacirətlərinin başlanğıcından qəti surətdə müsəlman oluncaya qədər keçən zaman içində bunların yenidən bir çox atəşpərəstlik müəssisələri vücuda gətirmələri icab edərdi.

İkincisi, daima bir insani məddü-cəzir hərəkətinə məruz bu­lu­nan Qafqas və Azərbaycan İraqa, əski Ermənistana, Şərqi Ana­doluya atəşkədələr diyarından köçən türk qəbilələrinin getdikləri yerlərdə də atəşkədə təşkilatı qurmaları lazım gəlirdi; halbuki, tarixi materiallar bunu da bizə göstərmiyor.

Bu vaxta qədər yapılan bütün tədqiqlərdəki gərək Suraxanı, gərək Təbriz atəşkədələrinin əslən hindli olan məcusilərə aid ol­ması haqqında mütəhəd bir cəbhə bulunuyor; eyni zamanda yaxın keçmişə qədər atəşkgədələrə ibadət məqsədilə gələn ziyarətçilərin də bunlar olduğunu qeyd ediyorlar9. O cümlədən Edqar Bloşenin bu mövzuya toxunduğu zaman əldə etdigi nəticə də diqqətə layiq bir şeydir. Ona görə tarixi qəti surətdə bəlli olmayan bir zamanda Zərdüştün dininə mənsub atəşpərəstlər Azərbaycandan qalxaraq Abşeron yarımadasına gəlmişlər və orada dənizdən iki fərsəx qə­dər içəridə məşhur Bakı atəşkədəsini təsis etmişlərdir10. Dünya fikriyyatının əlaqədar qisminin də göstərdigi vəchlə indiki vəsi­qələrə istinadən Təbriz civarındakı və Bakıdakı atəşgədə binaları bizim mazimizdən qalan öz mədəni miraslarımız ədd olunamaz. Buna görə bizi yaşadığımız torpaq­lara bağlayan, yaxud torpaq­larımızı bizə mal edikən hadisələri bugünkü ictimai-iqtisadi həqi­qətlərin qoynunda aramalıdır.

Qövmi vəziyyətimizə görə yuxarıda təmas etdigimiz kibi məm­ləkətimizə Azərbaycan adı verilməsinin doğru olmadığını önə sürən akademik Bartold ölkəmiz üçün həqiqi və tarixi ad ola­raq Aran-Arranı göstəriyor11.

Doğrudur, məmləkətimizin əski adlarından biri də “Arran”­dır. Fəqət “Arran” təbirinin də bizim cəmiyyətimiz tərəfindən ve­rildigi qətiyyətlə məlum degildir. Bunun üçün biz özümüzü “Ar­ran” təbirinə də nisbət edəməyib: bənligimizi etnik vəziyyəti­miz­də aramamız lazımdır.

Tarixi mənbələrin bizə qətiyyətlə söylədigi kibi Şimali İran və Qafqaz torpaqlarına gələn türklər: hunlar və Oftalit-Eftalit kibi qollarıdır (miladi 618-91: Dugini, “Ümumi hunlar tarixi”, tərcü­məsi)12.

Hunlarin ümumi hicrətləri əsasında Mərkəzi Avropaya qədər gedişlərində olduğu kibi Qafqas və İranda da köçəbə üsulları ilə nə şəkildə etnik bir təsir yapdıqları aydın olaraq tarixcə məlum degildir. Bunlardan sonra ög müəsər xəzərləri görüyoruq (miladi III-IV əsrlər). Xəzərlərin uzun zamanlar Cənubi Qafqas və Şimali İran əyalətlərinə basqın yaparaq çapovulçuluqda bulunduqları da məlumdur; ərəb xəlifələri Yezid və Hişam zamanında xəzərlərin ərəblərlə olan müharibələrinə həqq bizim torpaqlar səhnə ol­muş­dur (miladi 720-799) 4.

Xəzər sahilindəki qövmlər ilə Şimali İrandakı fəqir əhaliyi, erməni və gürcü kəndlərini uzun müddət atəş və qan içində bura­xan istilaçı xəzərlərin Qafqas və Şimali İranın qövmiyyatı üzə­rində təsir yapdıqları, heç olmazsa sonradan gələn türk xalqlarına bir zəmin hazırladıqları inkar ediləməz1.

Xəzər istilası müəssər olmaqla bərabər bunlar da özlərindən sonra ölkəmizə mühacirət edən türkləri öz əşirətləri içində ərit­mə­dilər. Bilkəs Şərqdən – Mavərənnəhrdən axın-axın gələn türk qövm­lərinin vücudə gətirdikləri xalq əksəriyyəti içində türkləri əriyüb ortadan qaldırdılar2.Qafqasın türk qisminə, Şimali İrana, əski Ermənistan və indiki Gürcüstana, Əl-Cəzirəyə, eyni zamanda müştərək bir bənlik verən türklərin bir səhifə əşirət və qəbilələr­dən mürəkkəb olduğu tarixcə məlumdur: tərəkəmələr, bayatlar, səlcuqlar, qaraqoyunlular, ağqoyunlular, təkələr, saluq­lar, qanqlı­lar, ilbəklər, çitaqlar, çavdarlar, qaramanlar, qarakeçi­lər, qarapa­paq­lılar, çəpənilər, yumudlar, afşarlar, qacarlar və i.a.

Bu müxtəlif qəbilələrin yaşadıqları yerlərdə az-çox fərqli ləh­cələrə malik olmuş və müxtəlif zamanlarda müxtəlif adlarla hö­kümətlər vücudə gətirmişlərsə də bunların həpsinin oğuz ca­miə­sinə mənsub olduğu haqqında bütün elmi mənbələr müttəhiddir3.

Hicrətdən əvvəlki dövrlərdən başlayan əsrlərdən zamanımı­za qədər məmləkətimizin mütləq əhalisini təşkil edən bu oğuz­lardır4. Ədəbiyyatımız tarixinin gəlişi və ləhcəmizin keçirdigi tə­kamül dövrləri də bunu açıqdan-açığa göstəriyor. Zaman keçdik­cə oğuzların başqa qövmlər, qəbilələr tərəfindən həzm edildigini tarix bizə göstərmiyor.

Hunların, Aftalitlərin, xəzərlərin məmləkətimizdəki haki­miy­­yət­ləri maddi istehsal şərtlərinə istinad etmiyordu. Bunların həyat üsulları təfili (parazitçilik – red.) və müstəhlək idi. İstə­dik­ləri kibi basqınlar yaparaq burada torpağa yerləşən köçəbə və zəif olan çalışıcı cəmiyyətlərin məhsullarını silüb süpürüyorlardı. Hal­buki, oğuzlar tamamilə bunların əksinə olaraq bir həyat quruluşu qəbul etmişlərdi. Bu da istilaçıların yaşayış şəkillərinə nisbətlə istehsal üsullarına və iqtisadi əsaslara istinad edən bir quruluşdu.

Tarixi vəsigələrin göstərdiginə görə oğuzlar gəlib yerləşdigi torpaqlar üzərində hunlar və xəzərlər kibi keçici külək (ruzgar) təsiri buraxmazlar; özləri əkib-biçdilər və müstəhsəl olaraq ya­şadılar. Bu surətlə ibtidai olsa da mədəniyyətlərini sapanlar ilə (xış­lar ilə) toprağa işlədilər, o qədər ki, vəhdət və ölüm gətirən qan­lı moğol istismarı belə onların sapanlarını torpaqdan ayırmadı və məmləkətimizin etnik çöhrəsini qətiyyən dəgişdirmədi. Bu iq­tisadi quruluş sayəsindədir ki, bir bu qədər yıldan bəri oğuz türk­ləri Şimali İran, Qafqasda mütləq bir əksəriyyəti ilə yerli, daha elmi bir təbir ilə əkinçi (çiftci) olaraq yaşamaqdadırlar.

“Oğuz” təbirinin son əsrlərə qədər Qafqas türkləri arasında ya­şadığı haqqında belə əlimizdə vasiqə vardır. Səyyah Oleari 1637-ci il tarixində İrandan dönüşü əsnasında ziyarət etdigi Dər­bənd şəhərində əhalidən bura oğuzlarına aid məlumat toplamışdır. Oleari eyni zamanda oğuzların məşhur “Oğuznamə”lərindən bir par­ça olan “Dədə Qorqud” mənqəbələrinin də burada yaşadığını söyləyir1.

Olearidən sonra Dərbənddə oğuzlar haqqında məlumat top­layan köhnə knyazlardan D.Kantemirdir ki, 1722-ci ildə əski Rusiya çarı Böyük Petro ilə bərabər Dərbəndi ziyarət etmişdir. D.Kantemirin Dərbənd ziyarətinə aid əlyazmalarından istifadə edən Fren oğuzların o civardakı izlərindən bəhs ediyor2.

Əlimizdə bulunan ədəbiyyatımızın qədim vəsiqələri də gös­təriyor ki, təkamül nəticəsində olaraq az-çox fərqlər iraə etməklə bərabər əsrlərcə əvvəl danışılan dil bizim bu gün danışdığımız dilin eynidir.

Havi olmaqla bərabər islamiyyətdən əvvəl türklər içində ya­şayan bir çox ənənə və ayinləri, ictimai tələqqiləri də ehtiva edər. Bilxassə bu cəhətlər ərəb dilinin türklər arasında yeni-yeni inti­şa­ra başladığı bir dövrün qara xarakterlərini göstərdigindən və eyni zamanda miladi IX əsrin başlanğıcında Abbasi xəlifələrin­dən Harun-əl Rəşidin həkimbaşısı Cəbrail ibn Bəxtşu tərəfindən ərəb­cəyə tərcümə edilən “Oğuznamə”nin bir hissəsi olduğundan1 o za­manlar Şimali İranın və Qafqasın əhalisi və etnoqrafiyası haq­qında verdigi məlumat diqqəti cəlb edəcək bir şeydir.

Bundan başqa öz zamanlarında Şimali İranla Qafqasın cə­nubundan, Anadolunun Şərqi tərəflərindən ibarət olan məmləkət­lərinə – öz qövmlərinin adına izafətən – oğuz degildigi də bizə göstərdigi için nəzərimizdə daha böyük bir qiyməti vardır.

Mövzularının vüqu bulduğu yerlər: Qərbdən Mardin, Bay­burd, Trabzon, Qara dəniz; şimaldən: Gürcüstan, Bərdə, Gəncə və Dəmir qapu, Qara Dərbənddən (qara Dərbənd) keçən bir xəttin təhdid etdigi topraq içində olan “Dədə Qorqud” kitabının məm­ləkətimizə əskidən oğuz degildiginə aid bir çox parçanı burada nəql ediyoruz:

“...Böylə degəc qız Beyrəki aşiqiəmişdi aydır: – Əgər səni həsardən aşağa yorğanlə salındırcaq olursəm babanə, ananə ver­cəq olursəm bəni bunda gəlüb həlallığə alurmisən, didi. Beyrək and içdi: qılıncımə toğranayın, oxumə sancılayın, yer kibi kərti­ləyin, topraq kibi savrulayın, sağlığə varcəq olursəm oğuzə gəlüb səni halallığə almazsım, – didi” (səhifə 53).

“Beyrək aydır: gördüm ki, qızlar bu qaftanlə məni tanıdılər, qalın Oğuz bəgləri dəxi tanırlar didi. Görəyim Oğuzda mənim dostum, düşmənim kimdir, didi” (səhifə 59).

“Bir gün olə düşəm öləm, sən qaləsən, yay çəkmədin, ox at­mədın, baş kəsmədin, qan dökmədin, qanlu Oğuz içində çöldi əlim­dən yarınki gün zaman dönüb, bən ölüp sən qalıncaq tacım təx­­tim sana vermiyələr sonı aldım ənəmlədim oğıl, – didi” (səhifə 69).

“Şahbaz ayğırını çəkdirdi bütün bindi. Xəsmini, qovmini ayırdi evini qurdı, Oğuzdan köç eylədi Bərdəyə, Gəncəyə varub və­tən tutdı. Toquz tümən Gürcistan ağzına varub qondı, qaravul­luq eylədi, yad kafər gəlsə başın Oğuza ərməğan göndərdi (səh.132).

Qan Turalı ayıdar: yığılsun Oğuz illəri, mana yarar, qız bul­ma­dım (səhifə 96).

Anlaşılır ki, çox əvvəllər babalarımızın yaşadıqları topraq­larda öz saf tələqqiləri hakim olduğu zamanlar məmləkətlərinə böylə Oğuz adı vermişlərdir. Fəqət sonralar zaman keçdikcə ərəb dinindən bir çox ünsürlər alaraq daha qüvvətli bir surətdə inkişaf edən – Avropa türkoloqlarının təbiri mocibincə “müsəlman İran­lılıq yavaş-yavaş bunların üzərinə təsir yapmağa başladı; bu təsiri o biri tərəfdən ərəb də qüvvətləndirdi. Qövm, qəbilə adı ortadan qalxdı. Hər kəs özünə yalnız müsəlman dedi. O qadar ki, “Dədə Qorqud” kitabında adamların, qəhrəmanların adları Buğac, Salur Qazan, Yügrük, Domrul, Beyrək, Qarçar kibi türkcə ikən, son­ra­lar babalarımız müruri-zamanla Həsən, Hüseyn, Əli, Vəli oldu. İştə bu qüvvətin təsirləri altındadır ki, əski iranlılıq yenə xortladı: köhnə “Azərbaycan” adı Cənubi oğuzların məmləkətinə təkrar yapışdırıldı. Halbuki, Dədə Qorqud əsərində Gəncə, Bərdə, Dər­bənd kibi şəhərlərimizdən bəziləri açıqdan-açığa təşriq edildigi halda “Azərbaycan və “Atəşkədə”lərdən qətiyyən bəhs edilməz.

Əlimizdə bulunan ədəbiyyatımızın əsrdidə vəsiqələri də dil və ləhcə təkamülü nəticəsində olaraq az-çox fərqlər göstərməklə bərabər əsrlərcə əvvəl danışılan dilin bizim bu gün danışdığımız dilin eyni olduğunu göstəriyor: bu dil də oğuz türkcəsidir.

Füzuliyə öz şairimiz diyoruz: halbuki o heç bir zaman “Azər­­baycan” degilən torpaqda yaşamamışdır. Məlum olduğu vəchlə Füzuli İraqda yetişmiş bir simadır. Böylə olduğu yerdə ona öz şairimiz deməməmiz lazım gəlir; lakin bu hərəkət doğru olamaz, o bizim şairimizdir. Çünki dili, ləhcəsi, bütün səciyyəsi (xarakteri) ilə bərabər bizimki kibidir. Yəni o da bizim kibi oğuz­dur.

Bürhan-əd-dini ədəbiyyatımızın böylə şəxsiyyətlərindən ədd ediyoruz. Halbuki bu da “Azərbaycan” deyilən yerdən degil, Anadolunun Sivas vilayətində doğub böyümüşdür. Bunu da qəbul etməməmiz icab edər, fəqət Bürhanəddinə öz şairimiz diyoruz, çünki ana dili oğuz dilidir və o da oğuzdur1.

Yuqarıdan bəri yapdığımız təhlillərin də göstərdigi vəchlə bi­zim topraqlarımızda yaşayan türklər hal-hazırda Xorasanda, Təb­­riz civarında, İçəri İranda, İraqda, Kürdüstanda və bütün Qaf­qasda yaşayan türklər kibi oğuz camiəsinə mənsubdur. Bu camiə­nin müxtəlif qismlərinin ayrı-ayrı adları olan türklərdən yaşama­ları, onların dil və ədəbiyyatlarının bir-birinə yabançı olduğunu icab etdirməz. Nasıl ki, İraq, İran və Qafqasdakı türklərin bu vax­ta qədər yaratdıqları ədəbiyyata tamamilə yekparə bir çöhrə ərz etmişdir.

Bu əsaslara və bugünkü vəziyyətə görə Dərbənddən Bağda­da, Xorasandan Qara dənizə qədər yayılan geniş topraqlar üzərin­də yaşayıb da eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız deməkdir. Kitabımızın proqramı içinə aldığı ədəbi sərhədlər yuxarıda adları yad edilən yerlərə dayanan xətlərdir.

Yer adlarına gəlincə əsərimizdən yalnız bugünkü coğrafi tə­birləri qollanacağız. Avropa müstəşriqləri kibi rus mötəbərlərin­dən V.V.Bartold və Türkiyə alimlərindən Köprülüzadə Məhəm­məd Fuad qarışıqlığa meydan verməmək üçün son yazılarında Şimal-Qərbi İranı – “Azərbaycan”, bizim indiki cümhuriyyə­ti­mizin tutduğu yerləri “Arran” təbiri ilə göstəriyorlar. Biz isə “Azər­baycan” kəlməsi ilə Şimal-Qərbi İranı qəsb etməklə bərabər hökumətimizin hakim olduğu topraqları əhalimizcə daha müstə­məl olan Qafqas təbiri ilə yad edəcəgiz.


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə