Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
  1   2   3   4   5   6   7   8   9   ...   107


1
M Ü H A Z İ R Ə  M Ə T N L Ə R İ
MÖVZU 1:   Azərbaycan tarixinə giriş və Azərbaycan ərazisində ibtidai
icma cəmiyyəti
PLAN
1.Azərbaycan tarixi anlayisi,kursun predmeti
2.Azərbaycan tarixinin qaynaqları.
3.Azərbaycan tarixinin dovrləsdirilməsi
4.Azərbaycan ərazisində qədim insan məskənləri
5.Daş dövru
6.Tunc dövru və əsas mədəniyyətləri
7.Dəmir dövru,ibtidai icma cəmiyyətinin dağilmasi
Ədəbiyyat
1. Azərbaycan tarixi (VII cilddə) I cild Bakı 2007 2.  Azərbayacan  tarixi
Bakı 1994
3. Əliyarov S.S. “Dədəm - Qorqud kitabında ana xaqanlığı tarixinin izləri”
– Azərbaycan filologiyası məsələləlri. Bakı 1984, səh 185-198.
4. Azərbaycan tarixi üzrə qaynaqlar. BDU. 1989.
5. Azərbaycan tarixi. Bakı 1999. I cild.
          
6.Muisey  Kalankatuklu  “Albaniya  tarixi”,Mxitar  Qoş”Alban  səlnaməsi”
Bakı 1993
Azərbaycanın ən qədim və qədim dövr mədəniyyəti arxeoloci
materiallar əsasında öyrənilmişdir. Yurdumuzda ən qədim mədəniyyət olan
Quruçay arxeoloci mədəniyyətinin 1,5 milyon il yaşı var. Qaynaqları bir-
birindən ayıran başlıca mamillərdən biri də onların dilidir. Mixi yazı parçaları
indi ölü sayılan qədim Şərq dillərindədir, Antiq dövr yazıları Yunan və Latın


2
dillərindədir.
Qədim Azərbaycan ərazisi barədə daha çox Assur Mixi yazıları məlumat
verir. Kimmer, Skit və Sak tayfalarının Azərbaycana gəlişi barədə ilk
məlumatları özündə hifz edən mix yazılar qədim Azərbaycan ərazisində mövcud
olmuş Arattda, Kutium, Lullubum, Manna dövlətləri barədə təsəvvür yaratmağa
imkan verir.
Erkən yazılı qaynaqdların Cənubi Azərbaycan ərazisində qeydə aldığı ən
böyük ilkin dövlət birləşməsi Mannadır. Urmiya gölü hövzəsindəki bu dövlətin
tarixinə dair yazılı sənədlər m.ö. IX-VII yüzülliklərə aid Assuriya və Urarti
yazılarıdır. Bu məlumatlar Assuriya və Urartu hökmdarlarının Mannaya, onun
qonşuluğundakı torpaqlara hərbi yürüşləri zamanı əldə etdiyi qələbələr haqqında
ağızdolu danışır. Birtərəfli və qərəzli olmalarına baxmayaraq bu yazılar
Azərbaycan ərazisində idbitdai-icma quruluşunun dağılması nəticəsində
yaranmış ölkələr, onların vahid dövlət halında birləşməsi, həmçinin əhalisinin
etnik tərkibi mədəniyyəti haqqında tutarlı məlumatlarla zəngindir.
Mixi yazı mətnləri əsasında Manna tarixinin araşıdırılması işində
Q.Melikişvili, İ.M.Dyakonov, S.M.Qaşqayın xidmətləri böyükdür. Bu yazılar
elmi dəyərini bu gün də saxlayır.
Mixi yazılarından bir nümunəni nəzərinizə çatdırırıq.
III Salmanasarın Kalhu (Nimrud) şəhərində  “Qara xatirə daşı üzərindəki
salnaməsi”
III Salmanasar – Assuriya hökmdarı (e.ə. 858-824)
Nimrud (İndiki İraq ərizisində)
“Mannalı Udakinin yaşayış məskənlərinə yaxınlaşdım. M.Udaki mənim
silahımın parıltısından vahiməyə düşdü. Öz həyatını xilas etmək üçün özünün
hökmdar şəhəri Zirtanı (İzirtu) qoyub getdi. Mən onu təqib etdim. Onun saya
gəlməyən var-yoxunu mən apardım, şəhərlərini mən viran qoydum, dağıtdım,
odda yandırdım. (Mənbə-С.Кашкай. из истории маннейского царчтва В.1977,
с.58).


3
Digər mixi yazı nümunələrinə misal olaraq II Sarqonun «təntənəli
yazısını». (A.Hökmdar e.ə.721-705).
Assurbanipalın «B» silindrindəki yazısını, I Argistinin salnaməsini, II
Sardurinin (e.ə.760-730). Sərab şəhəri yaxınlığında tapılmış kitabəsini göstərə
bilərik.
Antik dövr qaynaqları.
Strabon (e.ə.64 – b.e.24) «Coğrafiya».
Antik dövr Azərbaycanın dolğun şəkildə ilk təsvirini tanınmış yunan
coğrafiyaçı və tarixçisi Strabon vermişdir. O, Amasiya (Kiçik Asiya) şəhərində
doğulmuş, fəlsəfi təhsil almışdır.
17 kitabdan ibarət «Coğrafiyası»nı o, Roma sərkərdələri Zukkul, Pompey
və Antoninin Qafqaza yürüşlərindən az sonra, təxminən e.ə.7-ci ildə yazmışdır.
Bu əsər onun itmiş «tarixi qeydləri»nin davamıdır.
Qafqaz haqqında, o cümlədən Azərbaycanın qədim dövlətləri Albaniya və
Atropaten haqqında tarixi-coğrafi arayışlar «Coğrafiya»nın XI kitabındadır.
Strabonun bu kitabını bütünlüklə Q.A.Stratanovski rus dilinə çevirmişdir.
Müəllif kitabın XI fəslinin 4-cü bölməsində Albanların məşğuliyyəti,
onların torpaqlarının məhsuldarlığı, iti axan bolsulu çayları haqqında məlumat
verir.
O, yazır: «orada adamlar gözəlliyi və hündür boyu ilə seçilirlər, eyni
zamanda ürəyiaçıqdırlar, xırdaçı deyillər. Onlarla zərb olunmuş pullardan
istifadə olunmur. 100-dən artıq say bilməyərək, yalnız mübadilə ticarəti ilə
məşğul olurlar
Dəqiq ölçü və çəki onlara məlum deyil. Müharibə məsələlərinə, dövlət
quruculuğu və əkinçiliyə qayğısız yanaşırlar.
Bu məlumatları Strabon, görünür, daha qədim qaynaqlardan götürmüşdür.
Çünki hələ e.ə. III yüzilliyin I yarısında Albaniyada gümüş pullar zərb edilirdi.
Belə ki, təkcə Qəbələ dəfinəsində yerli alban pullarınn sayı 500-dən artıqdır.
Onunla birlikdə Makedoniyalı  İskəndər, Lisimax, Selefki hökmdarları və b.


4
pullarının tapılması Albaniyanın beynəlxalq ticarətdə də mühüm rol oynadığını
göstərir.
Strabon yazır ki, iberiyalılara nisbətən onlar daha çox qoşun çıxarır. Məhz
onlar 60 min piyada və 22 min süvari silahlandırırlar. Albanlar cida, ox-yayla
silahlanırlar. Onlar dəmir zireh və böyük, uzunsov qalxan gəzdirir, həm də
iberiyalılar kimi vəhşi heyvan, dərisindən dəbilqə qoyurlar. Albanların ölkəsinə
Kaspiana vilayəti də daxildir. Onun və dənizin adı da itib getmiş tayfanın
adından götürülüb.
Strabon yazır ki, Midiya iki hissəyə ayrılır. Bir hissəsini Böyük Midiya
adlandırırlar ki, baş  şəhəri Midiya dövlətinin paytaxtı omuş Ekbatandır. İkinci
hissə Atropat Midiyasıdır. O, öz adını sərkərdə Atropatdan alıb, hansı ki, bu
ölkənin böyük Midiya kimi, makedoniyalılara tabe olmasına yol vermədi.
Doğrudan da təntənəli surətdə çar elan edilən Atropat öz hökmü ilə bu ölkəni
müstəqil elan etdi. İndi də varislik onun ailəsində qalır. Çünki, onun nəsilləri
erməni, Suriya çarları, parfiya çarları ilə nigah əlaqələrinə girdilər. Bu ölkə hərbi
baxımdan kifayət qədər böyükdür. Belə ki, Apolllonun dediyinə görə onlar
döyüşə 10.000 atlı və 40.000 piyada çıxara bilir.
Kaspiana – Albaniyanın Kürdən sağ tərəfdən dəniz sahili torpaqlar
K.Ptolomey. «Coğrafiya» dərsliyi.
Antik dövr Qafqaz Albaniyası haqqında yazan müəlliflərdən biri də II
yüzilliyin tanınmış coğrafiyaçı və astronomu Klavdi ptolomeydir. (70-147). O,
imperator Mark Avrelinin müasiri olmuşdur. Əsərdə Albaniyanın hüdudları
göstərilmiş, onun gözə çarpan 29 şəhər və kəndi, çayları, dağ aşırımları və b.
coğrafi koordinatları verilmişdir. Bu əsər ilk növbədə Azərbaycanın tarixi
coğrafiyasını öyrənmək üçün dəyərli qaynaqdır.
Əsərdə Skifiya və Qafqaza aid verilən məlumatları V.V.Latışev yunan
dilindən rus dilinə çevirmişdir. K.Ptolomey V kitabın 8-ci fəslində yazır:
«Kaspii dənizi yaxınlığında udlar, olondlar, isodlar və herrlər yaşayır. Bu
tayfalar cənubdan Şimala doğru yerləşdiklərinə uyğun sadalanıb. Elmi


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə