Yanvar 2018-ci IL, bazar Məsul katib: 493-61-02



Yüklə 409,33 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü409,33 Kb.
#52300


7 yanvar 2018-ci il, bazar

8

Məsul katib:  493-61-02

Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.

Reklam və elanlar:  493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com

BAŞ  REDAKTOR

HƏSƏN 

HƏSƏNOV

T E L E F O N L A R:

“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnib,  

“Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.

Şəhadətnamə  022273  

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7385

3665

40 qəpik

Çin

Əcnəbi mütəxəssislər üçün xüsusi viza 

Çin hökuməti 

əcnəbi mütəxəssisləri 

ölkəyə cəlb etmək 

üçün xüsusi viza rejimi 

tətbiq edəcək. 5 ildən 

10 ilədək təklif oluna-

caq xüsusi vizanı alan 

əcnəbi mütəxəssislər 

Çində istədikləri qədər 

işləyə bilərlər. Bildirilir ki, Çin hökuməti ölkəyə qeyri-

peşəkar işçi axınının qarşısını almaq üçün bu addımı atır.



Xəbəri  BBC verib.

“Audi” modellərinə maraq artıb

Çin-Almaniya 

birgə avtomobil 

istehsalı müəssisəsi 

“FAW-Volkswagen 

Automotive” şirkəti 

bu il Çin bazarında 

16 yeni “Audi” mo-

delini satışa çıxara-

caq. Buna səbəb isə 

ötən il Çin bazarında  

“Audi” avtomobillərinə marağın artması olub. Məlumata 

görə, ötən il Çində rekord sayda - 595 min “Audi” modeli 

satılıb.


Məlumatı “AutoCar” yayıb.

Yaponiya 

Bir balıq üçün 605 min avro

Tokionun Tsukizi 

balıq bazarındakı 

hərracda 212 kiloq-

ramlıq mavi tuna 

balığı 605 min av-

roya (74,20 milyon 

yen) satılıb. Balıq 

“Sushizanmai” res-

toranlar şəbəkəsinin 

sahibi Kiyoşi Kimu-

ra tərəfindən alınıb.

Xatırladaq ki, 2013-cü ildə də Tsukizi  bazarında 222 

kiloqram ağırlığında mavi tuna balığı 155,4 milyon yenə 

satılmışdı. Həmin vaxt da balığı “Sushizanmai” şirkətinin 

sahibi almışdı.



Xəbəri NHK verib.

Tayvan

Smartfon satışı azalıb

2017-ci ildə 

Tayvanda 7,5 mil-

yon ədəd smartfon 

satılıb. Bu,  bir il 

əvvəlki göstəricidən 

1 milyon ədəd az-

dır. Bu bəyanatla 

“Samsung Taiwan” 

şirkətinin rəhbəri 

Rendi Li çıxış edib. 

Onun sözlərinə görə, bu, statistika aparılan bütün dövr 

ərzində yerli bazarda ən böyük azalmadır. “2018-ci ildə də 

satışlar təxminən bu səviyyədə qalacaq”,- deyə R.Li bildirib.



Məlumatı “İxbt.com” yayıb.

İngiltərə

“Everton” Cenk Tosunu transfer edib

İngiltərənin 

“Everton” klubu 

“Beşiktaş”ın hücum-

çusu Cenk Tosunu 

transfer edib. Türkiyə 

millisinin üzvü üçün 

İngiltərə təmsilçisi 

“qara qartallar”a 28 

milyon avro ödəyəcək. 

Futbolçu ilə 4,5 illik müqavilə imzalanıb və Cenk Tosunun  

“Everton”da illik maaşı 4 milyon avro olacaq.

Qeyd edək ki, bu transfer Türkiyə futbol tarixinin ən ba-

halı keçidi olub.



Xəbəri “Eurosport” verib.

Hazırladı: 

Elçin ABBASOV, “Xalq qəzeti”

 

Â

Yanvarın 7-də



 

Â

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir 

tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq . 

Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz 

olunacaq. Gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti 

olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa 

yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz olacaq.

 

Â

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Ayrı-

ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Gecə 0-5, dağlıq ərazilərdə 8-11 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti 

olacaq.

 

Â

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, 



Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında

 

əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər yağıntılı olacağı, qar yağa-



cağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı 

yerlərdə arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta , gündüz 5-10 dərəcə isti 

olacaq.

 

Â

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonların-



da əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1 dərəcə 

şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

 

Â

Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ,İsmayıllı,Ağsu, Şamaxı, 



Siyəzən,Şabran,Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə 

yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman 

olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3 

dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti ,dağlarda gecə 

5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Â

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, 



Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, 

Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər 

bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə 

arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 

dərəcə isti olacaq.



 

Â

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış 

yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda 

duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-7, gündüz 9-12 dərəcə isti , 

dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. 

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Bakı Dövlət 

Universitetinin rektoru, akademik Abel Məhərrəmova 

qardaşı


MƏHƏRRƏM MƏHƏRRƏMOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə  

başsağlığı verir.

                                                                                                            

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Bakı 

Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova 

qardaşı  

MƏHƏRRƏM MƏHƏRRƏMOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə  

başsağlığı verir.

                                                                                                            

Bakı Dövlət Universitetinin botanika kafedrası-

nın əməkdaşları BDU-nun rektoru, akademik Abel 

Məhərrəmova qardaşı  

MƏHƏRRƏM MƏHƏRRƏMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə  

başsağlığı verirlər.

ABŞ hökuməti 

“Taliban” və “Haqqani” 

terror qruplaşmasına qarşı 

“həlledici addım atılmaya-

na” qədər Pakistan ordu-

suna təhlükəsizlik yardı-

mını dayandırır. Bu barədə 

“Amerikanın səsi” radiosu 

məlumat yayıb. 

ABŞ Dövlət 

Departamentinin 

sözçüsü Hezer 

Nauert məsələni 

şərh edərək 

deyib ki, Pakistan 

bölgədə qeyri-sabit ərazi olaraq qalır. “Biz istəyirik ki, Pakistan ABŞ-ın 

maraqlarını təhdid edən terrorçulara və yaraqlılara qarşı mübarizəyə daha 

fəal şəkildə qoşulsun. Rəsmi İslamabad terrorçuların qanuni şəkildə həbs 

edilməsi üçün ABŞ-a dəstək versin. Birləşmiş Ştatlar terrorizmlə mübarizə 

aparmaq üçün Pakistanla birlikdə işləməyə hazırdır. Biz ümid edirik ki, 

Pakistan “Taliban”, “Haqqani” və digər militarist şəbəkələrə qarşı sərt 

mövqe nümayiş etdirsə, ikitərəfli təhlükəsizlik münasibətlərimizi daha da 

genişləndirə bilərik”.

Onun sözlərinə görə, qanuni şəkildə tələb olunmadığı təqdirdə, ABŞ 

Pakistanı hərbi texnika və təhlükəsizliyə dair pulla təmin etməyəcək. 

Rəsmi İslamabad isə bu şərhlərin “tamamilə anlaşılmaz” olduğunu 

bildirərək, Əfqanıstanın sabitləşməsi və regionda terrorizmlə mübarizə 

aparmaq üçün Vaşinqtonla birlikdə fəaliyyətlərini davam etdirəcəklərini 

qeyd edib.

Pakistanlı liderlər ABŞ-ın Əfqanıstandakı “uğursuzluqlarına” görə 

onların ölkələrinə qəzəbləndiklərini söyləyiblər.

Mahmud QƏRİBOV, 

“Xalq qəzeti”

Şeirin nə olduğunu anla-

yandan onun yaradıcılığının 

vurğunuyam. “Dağ ürəyi” adlı 

ilk kitabına əlim yetəndə cəmi 

12 yaşım vardı. Pasport boyda 

bu kitab onun böyük ədəbiyyata 

gəlişi üçün, doğrudan, pasport 

rolu oynayıb.

İzzəddin Həsənoğlu ana 

dilimizdə yazdığı, bizə gəlib 

çatan üç və farsca qələmə aldığı 

bir qəzəli ilə ədəbiyyat tarixinə 

düşüb. Məmməd Aslan isə başqa 

heç nə yazmasaydı belə, ikicə 

misralıq “Vətən və biz” adlı şeiri ilə özünə tarixdə 

yer tutardı:

Vətən – gözdü, biz kirpik,

Gözümüzün keşiyini çəkirik!

...Universitetdə oxuyarkən “Müasir 

Azərbaycan dili” müəllimimiz, Mirzə Ələkbər 

Sabirin nəvəsi, mərhum Qasım Həsənov poetik 

nümunələr əsasında kurs işi yazmağı tapşırmış-

dı. Mən şipşirin bədii dili olan Məmməd Aslanı 

seçdim və onun o vaxta qədər dərc olunmuş “Dağ 

ürəyi”, “Səsimə səs ver”, eləcə də “Ürək möhlət 

verəydi” kitablarını götürüb sevə-sevə təhlil 

elədim. Kurs işim, sözsüz ki, bəyənildi. Heyf ki, 

surəti özümdə qalmayıb, amma təsəllini bir ondan 

tapıram ki, böyük şairin yaradıcılığına sevgim 

özünə ürəyimdə həmişəlik yurd salıb. 

Şairin ilk kitabındakı ilk şeirinin ilk bəndi isə 

belə idi:

 

Əlvan gül dənizi, çiçək dənizi,



Ətirli dalğalar dizimdən mənim.

Getməz bu dağların göyçək dənizi

Ürəyimdən mənim, gözümdən mənim.

Şəxsi kitabxanamda müasirlərimizdən ən çox 

əsəri olan müəllif məhz Məmməd Aslandır. Onun 

yuxarıda adlarını çəkdiyim kitablarından başqa, 

“Durnalar lələk salır”, “Dəvə niyə gövşəyir”, 

“Ərzurumun gədiyinə varanda”, “Ömrün yarı 

yaşında”, “Allahın rəsulu”, “Bir sultan yaşardı 

Sultantəpədə” adlı kitabları, “Varlıqla yoxluq 

arasında” ikicildliyi, həmçinin türkcədən “Yunus 

İmrə, Aşıq Veysəl - iki zirvə” adlı uyğunlaşdırma 

toplusunu dönə-dönə və heyranlıqla oxumuşam. 

Əlli il olar ki, tək mən yox, bütün oxucuları onun 

yaradıcılıq örnəklərini təşnə-təşnə axtarıb tapır və 

sevə-sevə oxuyub, könüllərinə köçürürlər. 

Türk dünyasının tanınmış ziyalısı, Əməkdar 

incəsənət xadimi Məmməd Aslan ömrü boyu im-

zasının şərəfini layiqincə qoruyub, istər poeziyası, 

istərsə də publisistikası ilə örnək olub. “Böyük 

vətənpərvər şair”, “təbiət şairi”, “gözəllik aşiqi”, 

“haqq-ədalət carçısı” – bu təyinlərin hər biri onun 

adına yaraşır. Hansı mövzuda şeirini oxusan, kamil 

bir qələmin məhsulu olduğunu görürsən. Dostla-

rından biri demişkən, Məmməd Aslanın sözləri 

gəlib-keçən deyil, dəlib keçən sözlərdir. O, dili-

mizin saflığını, şirinliyini qoruyub, dərin qatlarını 

açıb, sevdirib, ədəbiyyatımıza əvəzsiz incilər bəxş 

eləyib, bədii publisistikamıza yeni ruh gətirib, 

telejurnalistikada öz cığırını açıb və milyonların 

sevimlisinə çevrilib. 

Səpib göyərdərəm sözü-kəlməni,

Ayrı sənətim yox, ayrı işim yox...

Tanıtsa, bir misram tanıdar məni,

Ayrı sənədim yox, arayışım yox!..

Sözlər közərdimi, qəlbim yanacaq,

İsidər ruhumu bu od, bu ocaq.

Mənim ov silahım dilimdir ancaq,

Ayrı sapandım yox, ayrı daşım yox! 

...Ömrü söz uğrunda girov qoymuşam,

Ayrı ürəyim yox, ayrı başım yox!

Onun haqqında bir çox şair və alimlər ən 

yüksək sözlər deyiblər. Hələ 70-ci illərin ortala-

rında böyük şairimiz Məmməd Araz gənc adaşı və 

qələmdaşının şeirlərini rəğbətlə qarşılamış, onun 

yaradıcılığını yüksək dəyərləndirmişdi. Böyük 

mütəfəkkir Bəxtiyar Vahabzadə bir dəfə M.Aslana 

deyib ki, adətən, folkloru bilənlər Füzulini, Füzu-

lini bilənlərsə folkloru bilmir. Sən xoşbəxtsən ki, 

ikisini də bilirsən.

Xalq şairi Sabir Rüstəmxanlı onu tələbəlik 

illərindən tanıdığını və uzun illər dostluq 

etdiklərini söyləyir. “Kəlbəcərin bütün təbiət 

gözəllikləri onun şeirlərində əks olunmuşdu. 

Kəlbəcərdə Aşıq Şəmşirin, Məmməd Aslanın 

şeirlərini dinləmişik, oradan Göyçəyə keçib 

getdiyimizi, Aşıq Ələsgərin yurdunu gəzdiyimizi 

xatırlayıram. Şeir bayramlarımız olmuşdu. Sonra 

Kəlbəcər düşmən işğalında qaldı. Biz ondan 

sonra Yardımlıya bərabər getdik. Məmməd Aslan 

Kəlbəcər dağlarında itirdiklərini Yardımlı dağların-

da tapırdı. Son dərəcə zövqü gözəl söz adamı idi. 

Qələm dostum Azərbaycanın böyük şairlərindən 

biri, mükəmməl qələm sahibi idi. Onun publisisti-

kası da, uşaq şeirləri də - qələmindən nə çıxırdısa, 

hamısı dəyərli idi. Azərbaycan türkcəsini onun 

qədər mükəmməl bilən ikinci adam tapmaq çətin 

idi. Onun televiziyada hazırladığı uşaq verilişləri 

bütün evlərdə sevilirdi”. 

Məmməd Aslanla keçirilən görüşlərdə, bir 

qayda olaraq, oturmağa boş yer tapılmazdı. Ayaq 

üstdə duranlar da tədbiri sonadək yorulmadan 

izləyərdilər. Belə tədbirlərdən birini yaxşı xatırla-

yıram. Gəncliyə Yardım Fondunda 70 yaşlı şairin 

iştirakı ilə irfan məclisi düzənlənmişdi. Bu barədə 

“Xalq qəzeti”nə yazmışdım. Məncə, xatırlamağa 

dəyər: “Məclisə toplaşanlar onun sayəsində düz üç 

saat başabaş sözün sehrində qaldılar, şeirin oduna 

qızındılar, ana dilimizin şəhdinə-şəkərinə bir daha 

qaynayıb-qarışdılar.



Bəs niyə irfan məclisi? Çünki irfan idrak-

dır, mərifət elmidir, təsəvvüfdə Haqqa tapınıb 

nurlanmaq, varlanmaq, dolulaşmaqdır! Bütün 

bunları Məmməd Aslan kimi pir kişilərdən, pak 

söz-sənət azmanlarından da öyrənməyib, kimdən 

öyrənəcəyik?

Məclisin aparıcısı, Xalq şairi Zəlimxan 

Yaqub ön sözündə dedi ki, Məmməd Aslan 

şüurlu həyatını irfani ədəbiyyatın yaranmasına, 

türk-turan düşüncəsi, ədəb-ərkan örnəklərinin 

araya-ərsəyə gəlməsinə həsr edən qüdrətli qələm 

sahiblərindəndir. O, “sərt qayalı söz dağını 

misra-misra çapan”, Kərəmdən sonra Ərzurumun 

gədiyinə varan və bizi oğuz-türk şeirinin izlərinə 

aparan ünlü şairimizdir. Zəlimxan Yaqub Məmməd 

Aslandan əzbər söylədiyi şeir parçaları ilə məclisə 

cazibəli bir ovqat gətirdi. Birgə gənclik illəri, 

Kəlbəcər və ağdabanlı Aşıq Şəmşirlə bağlı maraqlı 

xatirələr danışdı. Bir xatirə cığırında isə Məmməd 

Aslan ərklə onu saxlayıb: -Qoy, orasını mən 

söyləyim, – dedi və közü öz “maşa”sı ilə qarışdıra-

raq ortaya dadlı-duzlu bir əhvalat çıxartdı.

Məmməd Aslanın haqqında çəkilmiş sənədli 

filmdən fraqmentlər böyük maraqla seyr edildi. 

Gəncliyə Yardım Fondunun təmsilçisi Ali Çinar 

çıxışında: –Mehmet Aslan xocamız dövrümüzün 

önəmli yazarlarından biri kimi Türkiyədə də çox 

sevilir, – dedi və onun şeirlərindən bəzi örnəkləri 

şirin Anadolu ləhcəsində təqdim elədi. Sonra 

şairin Türkiyədəki dostlarının təbrik teleqramları 

oxundu. Onlar şairə ən xoş arzularını bildirir, yara-

dıcılığını bundan sonra da eyni ilhamla, eyni iman 

vəcdi ilə davam etdirməsini diləyirdilər.

Şairin alim dostu və eloğlusu Şahlar Əsgərov 

dedi ki, Məmməd yeniyetmə vaxtı rəssam olmaq 

istəyib. Hətta bu məqsədlə Bakıya rəssamlıq 

texnikumuna oxumağa da gəlib. Amma orada 

yataqxana şəraiti olmadığı üçün Kəlbəcərə qayıdıb 

və orta təhsilini davam etdirib. Belə çıxır ki, biz 

onun timsalında bir rəssam itirmişik... və nə yaxşı 

ki, əvəzində qələmi ilə gözəl təbiət təsvirləri ya-

radan, insan duyğularının minbir rəngini ustalıqla 

vərəqlərə köçürən, ecazkar söz tabloları yaradan 

bir şair qazanmışıq! Özü bu barədə deyir ki, 

uşaq yaşlarından rəssamlığı 

da, şairliyi də bahardan, 

bənövşədən öyrənib”. 

Böyük şairin qəlbi türk 

ellərinə, illah da ki, qardaş 

Türkiyəyə hədsiz sevgiylə 

döyünürdü. Özündən 

eşitməmişəm, amma yaxınla-

rı söyləyirlər ki, 1983-cü ildə 

Türkiyədə olanda orada bir həftə də artıq qalmaq 

üçün hətta (Moskva vardı, axı...) kor bağırsağını 

əməliyyat elətdiribmiş. Necə deyərlər, canından 

can verərək İstanbulu, Ankaranı, Ərzurumu, Qarsı, 

Bolunu, Ədirnəni, Sivası, Adabazarını doyunca 

gəzə bilib və dillər əzbəri olan şeirlərini yaradıb. 

Həmin silsilədən “Adalarda bir gün”, “Saz və 

qılınc”, “Ağrı dağı ilə görüş”, “Sultan Əhməd 

camesi”, “Adalardan bir qız gəlir bizlərə”, “Azər-

Baycan”, “Təbrizə çatmağa nə yol qaldı ki...” və 

sair şeirləri növbəti kitabında bir sapa düzülüb.

Bu misraları isə 2011-ci ildə cənub səfərindən 

sonra qələmə alıb: 

Türkün varlığında kökü var onun!

İrfan gülzarında ləki var onun!

Gedirəm: qəlbimdə nə ki var –Onun!

Başqa nə xatirə qoyum Təbrizdə?!

Onun tərifində susmaz ozanam!

Ruhumun pərvazı, mənim öz anam!

Vəslindən doymayan Məmməd Aslanam,

Kəsilməz harayım-hayım Təbrizdə!

 

 Fəxr edirəm ki, bəxtimə Məmməd Aslanla 



illərcə sıx ünsiyyətdə olmaq düşüb. Neçə-neçə ki-

tabını avtoqrafla mənə təqdim eləyib. Hər birində 

də bir özəl cümlə yazırdı. Məsələn, “Bayatı rüz-

garı” adlı bədii tədqiqat əsərinin avtoqrafını belə 

yazmışdı: “Əli Nəcibxanlıya dünyanın ən qiymətli 

xatirəsi. Hörmət və sayğılarımla, Məmməd Aslan. 

11.04. 2010”. Onun bu cür ad yaraşdırmaları o 

qədər olub ki... Birlikdə olduğumuz unudulmaz 

anlarda söylədiklərinin böyük əksəriyyəti yadda-

şımda pozulmaz izlər buraxıb. 

Müxtəlif təbəqələrdən çoxlu dostu vardı. 

Bəzən deyirlər ki, o, çətin adam idi. Çətin adam 

olsaydı, çevrəsində o qədər heyranı olardımı?.. 

Ustada kitab sırıyanlar da çox olurdu. Hamısını 

oxumağa vaxtımı çatardı? Bəs neyləsin? Bəzən 

o, çiyin çantasından çıxardığı bir kitabı mənə 

verib deyərdi: - Al, gözüyumulu bir səhifəsini aç 

və barmağını tuşla. Hansı bəndin üstünə düşsə, 

eləcə onu oxu, görək, necə şairdi? Oxuyardım, o 

da bəyənsəydi, kitabı qaytarıb çantasına qoyardı, 

bəyənməsəydi, təəssüflə əlini yelləyərdi. 

Səhv etmirəmsə, 2012-ci ilin əvvəlləri idi. 

Şairin “Varlıqla yoxluq arasında” adlı ikicildliyi 

çap olunmuşdu. Bir gün ərklə mənə dedi ki, vaxtın 

varsa, sənin maşınınla gedib kitabları mətbəədən 

götürək. Sevincək “baş üstə!” dedim. Kitabları 

maşına yığıb Sumqayıta gətirdik. İlk oxucusu da 

mən oldum. Filologiya üzrə fəlsəfə doktoru İlham 

Məmmədlinin şair haqqında yazdığı məqaləni 

də həvəslə oxudum. Alim qardaşımız yazısında 

Azərbaycan ədəbiyyatı tarixinə “60-cılar” adı ilə 

daxil olmuş ədəbi nəslin öncül təmsilçilərindən 

olan, öz yolunu, poetik mənini uğurla təsdiq edən 

şairin həyat və yaradıcılığından ətraflı söhbət açırdı. 

Sinninin yetmişi keçən bir çağında hərdən-

hərdən qəhərlənib-kövrəlməyi də olurdu ustadın, 

şeirləri qəribə bir xiffətə köklənirdi: 

Bir ulu görüşə bel bağlamışdım, 

Bir də ayıldım ki, vaxt vaxtdan keçib. 

Mənə olan oldu, yığıl, gözlərim, 

Yollara həsrətlə baxmaqdan keçib!..

Verdisə yerini baharın qışa, 

Bağrına daş bağla, dərdinlə yaşa. 

Çaxma əbəs yerə çaxmağı daşa, 

Artıq qovdan keçib, çaxmaqdan keçib!..

Bitənə oxşamır bu qan, bu qada, 

Aldanıb, inanma baxta, nəbada. 

Bir yarpaq üstündə qaldım dəryada, 

Salamat sahilə çıxmaqdan keçib!..

Şair bilmirdimi ki, Tanrı seçkisi olanların 

ömrü vaxta, məkana hesablanmır? Əlbəttə, bilirdi, 

elə buna görə də ondan nəyinsə hökmən yadigar 

qalacağına inanırdı:

Torpağa bilmirəm, daşa bilmirəm 

Ömrümüz harasa yazılı qalar.

Mənim məzarımdan palıd göyərər, 

Qolları havadan asılı qalar. 

Bir qələmdaşı haqqında yazdığı uğurla-

madan: “Zamandır bu, zaman. Füzulinin, Ruhi 

Bağdadinin söz pərvanələri yaxşı ki, birdən-birə 

yoxa çıxmır. Çağdan-çağa adlayır, yerlərini 

yeni pərvanələrə əmanət eləyib, bundan sonra o 

heyranlıq vadisindən çəkilib gedirlər… Misraların 

daraq dişindən seçilməz sığalı, bu sığala çökmüş 

klassik tərənnüm ətri, öz nizamından özgə heç 

nə ilə razılaşmayan şair ürəyinin minilliklərdən 

yönü bəri sahilləri döyəcləyən yorulub-usanmaz 

çırpınışları mərdanəliklə deyir ki: bu şair sevdalı 

könüllərin qayım-qədim şairlərindəndir…” Elə 

sözü şahlıq büsatına çıxaran Məmməd Aslanın da 

adı o sıradadır. 

İstanbulda yaşayan Səbinə xanım adlı bir 

həmvətənimiz iki il öncə Məmməd Aslanın 

kitabını nəşr elətdirib. “Şair səlahiyyəti” adlanan 

həmin kitabın nüsxəsi xəstəlik yatağında olan 

şairə təqdim olunanda nəvəsi Füruzəyə oradan şeir 

oxutdurub, kitabı bağrına basaraq bir xeyli fikrə 

gedib...


Bu yaxınlarda isə tanınmış publisist Əlövsət 

Ağalarovun zəhməti, Cavid Qurbanovun dəstəyi ilə 

ölməz şairin daha bir kitabı işıq üzü görüb. “Sözün 

özü” adlanan bu kitabda Məmməd Aslanın eyni adlı 

telesilsilədə çıxışları, ana dilimizlə, “həzrəti-söz”ün 

təbiəti ilə bağlı düşüncələri, illərcə dahilərdən 

topladığı örnək kəlamların, yaddaşlarda yurd 

salmış ibrətamiz məsəllərin və şeirlərin də əlvan 

gül dəstəsi təqdim olunub. O, bu kitabı ilə əsl söz 

tədqiqatçısı kimi gözümüzdə bir daha ucalır. 

Məmməd Aslan 1939-cu il dekabrın 24-də 

anadan olub. 2015-ci il sentyabrın 23-də haqq 

dünyasına qovuşub. Bu cümlənin sonluğunu 

yazana qədər nələr çəkdiyimi itkililər anlayar. 

Yaxşı ki, şairin öz misraları yazını bitirməyimə 

vəsilə oldu: 



Sən getdin, arxanca açıla qaldı,

Bir də qapanmadı qollar beləcə.

Mənimlə dumana, çənə büründü,

Hönkürdü yamaclar, yallar beləcə.

 Əli NƏCƏFXANLI, 

“Xalq qəzeti”

“Ömrü söz uğrunda 

girov qoymuşam...”

ABŞ Pakistana hərbi 

yardımını dayandırır

Allah rəhmət eləsin

 8 

Yüklə 409,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə