Yapon dilində felin şəkilləri



Yüklə 47,24 Kb.
tarix25.06.2018
ölçüsü47,24 Kb.
#51714


 

46

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№1      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

ƏDƏBİYYATŞÜNASLIQ  

 

 

UOT 82:801.6; 82-1/-9 

BÖYÜK İDEALLAR ŞAİRİ 

 

İ.S.ƏLİYEVA 

Bakı Dövlət Universiteti 

Ifrataliyeva@gmail.com 

 

Rəsul Rza 30-cu illər poeziyamızın ilk nəslinə mənsub olan şairlərdəndir. Şairin poetik 

istiqamətinin formalaşmasında ilk əsərlərinin böyük əhəmiyyəti olmuşdur. R.Rzanın yaradıcı-

lığı özünün aktuallığı, orijinallığı ilə seçilmiş, xarakter əsərləri ilə poeziyamızı  zəngin-

ləşdirmişdir. 

 

 

Açar sözlər: lirika, poeziya, problematika, poema, forma 

 

XX  əsrin 30-cu illərində  təşəkkül tapmağa başlayan yeni Azərbaycan 

poeziyasının ilk nəslinə  mənsub olan dünya şöhrətli görkəmli sənətkarlardan 

biri də xalq şairi Rəsul Rzadır. 1920-ci illərin sonlarından etibarən fasiləsiz 

poeziyamızın yetkinləşməsində  və  zənginləşməsində görkəmli xidmətləri 

vardır. 


Bir sənətkar kimi R.Rzanın ədəbiyyatımızda həmişə öz sözü, öz səsi, öz 

yeri olmuş, fərdi yaradıcılıq siması və orijinal yazı manerası onu başqa qələm 

yoldaşlarından fərqləndirmişdir. R.Rza sənətinin ayrılmaz qolunu onun qələmə 

aldığı  əsərlərindəki xəlqilik, yüksək vətəndaşlıq idealları, bəşəri duyğuların 

tərənnümüdür. Akademik Bəkir Nəbiyevin yazdığı kimi “bu keyfiyyətləri 

şairin təqribən 50 il ərzində yazdığı ən yaxşı əsərlərdən üzü bəri ardıcıl surətdə 

görmək mümkündür” (4). 

Poetik istiqamətin formalaşmasında inadkar axtarışlar aparan R.Rzanın 

ilk mətbu  şeiri 1927-ci ildə “Qığılcım” almanaxında çap etdirdiyi “Bir gün” 

şeiri olmuşdur.  

R.Rzanın yaradıcılığı və ictimai fəaliyyəti çoxsahəli, çoxqatlıdır. “R.Rza 

müasir həyatın, bugünkü ictimai varlığın pafosunu, əsas aparıcı meyllərini 

duyan və ona əsərlərində  əks-səda verən,  əsərlərinin məna, ifadə  və forma 

gözəlliyinə xüsusi diqqət yetirən, sözün həqiqi mənasında, sənətin, bədii 

yaradıcılığın əzablarından zövq alan şairlərimizdən biridir” (1, 439). 



 

47

Gənc Rəsul ilk şeirlərinin birində öz məramını belə ifadə edir: 



-Rza, durma 

-Rza, yaz, 

Qarşı gülümsəyən yaraşıqlı yaza yaz.  

Mübarizə bu gün də var, yarında 

Mən də onun ən ön sıralarında (5, 89) 

Şairin poetik “mən”i bu əsərdə böyük fəallığa, cavabdehliyə, vətəndaşlıq 

məsuliyyətinə malik olmaqla, həm də bir səmimiyyət, öz daxili hiss və 

duyğuları ilə sərbəst həsb-hal hakimdir: 

Mənim şeirim bu günüm, 

Bu gündür mənim şeirim (5, 44) 

Deməli, təzadlıq, ziddiyyətli, kəşməkəşli illər, günlər şeirə çevrilməməli-

dir, bu çevrilmə - mübarizələrlə dolu həmin günlər məhz mənim  şeirimin 

məğzi, mahiyyətidir. 

Rəsul Rza çoxəsrlik milli poeziyanın böyük ənənələri üzərində yetişən, 

xalq yaradıcılığından, canlı danışıq dilindən faydalanan bir şairdir. 

R.Rza bədii ədəbiyyata gəldiyi gündən şeirin, sənətin məna və mahiyyə-

tini, vəzifəsini dərindən duymuş, onun həyatı dəyişdirici rolunu gözəl dərk et-

miş, tam yarım  əsr öz qələmini bu amal uğrunda vətəndaş bir şair kimi 

sədaqətlə işlətmişdir. 

Şair sənətinin məqsədini xalqa, vətənə xidmətdə görərək ilk ədəbi təcrü-

bələrindən tutmuş son əsərlərinə kimi qələmini həmişə bu uğurda işlətmiş və 

bir-birindən gözəl şərqilər, şeirlər, poemalar yaratmışdır. Müəllif tamamilə tə-

rəddüdsüz olaraq belə qənaətdədir ki, “şeir xalq üçün yazılır, onu təqdir etmək 

isə ən nüfuzlu tənqidçidən daha çox ondan – şeirin, sənətin həqiqi qədirşünas 

xalqdan asılıdır” (2, 440). 

Hansı şeirim,  

Hansı sözüm 

Yaşayacaq məndən sonra 

Mən bilmirəm 

Eldən soruş (5, 31) 

Onun ən böyük dərdi, ən ağır möhnəti də elin qəmi, elin kədəridir: 

Mən kölgəsiz bağ görmədim 

El dərdi tək-dərd görmədim 

Gözlərimi yumub açdım 

Neçə dostu sağ görmədim (5, 56) 

Onun otuzuncu illərdəki poetik uğurları ictimai həyatın təzadlı, təlatüm-

lü mübarizələr dövrünün tələbləri ilə bağlı idi. Ona görə də, R.Rza həmin illər-

dən novator şair kimi yüksək qiymətləndirilir, onun poeziyasında məzmun, 

mətləb, məna və problematika təzəliyi ilə yanaşı, həm də forma, bədii sənət-

karlıq yeniliyi hamının diqqətini cəlb edirdi.  

Müharibə illəri R.Rzanın şeiri üçün mənəvi və sənətkarlıq cəhətdən sınaq 

mərhələsi oldu. Vətən müharibəsi illərində  şair bir silsilə  şeirlər, oçerklər, 




 

48

publisistik  əsərlər, habelə “Vəfa” pyesini yazmışdır. Onun “Bakı danışır”, “Və-



tən”, “Leninqrad”, “Yurdunun qəhrəmanı”, “And”, “İntiqam”, “Pilot qardaş”, “Üç 

oğul”, “Əsgər anasının sözləri”, “Bəxtiyar” və digər  şeirlərində müharibə 

dövrünün acılı-şirinli xatirələri, dramatik lövhələri, təəssüratları, ciddi-dü-

şündürücü sosial-siyasi situasiyaları  əks etdirilmişdir. Qəhrəmanlıq və  vətən-

daşlıq, iradə və dözüm, doğma yurd, ocaq hissi, böyük insanı iztirab və itkilər bu 

şeirin mənən, fikri möhkəmləndirdi, ona bir sadəlik və aydınlıq gətirdi” (6, 100). 

R.Rza lirikası hansı mövzuda yazılmasından asılı olmayaraq öz dərin 

nikbinliyi, insan hərarətliliyi ilə oxucusunu ələ alırdı, isindirici mübarizə 

həvəsini alovlandırırdı.  

Sabah qışsız, boransız 

Bir həyat qurulanda, 

O girdabın suları aynatək durulanda 

Qalib çıxan xalqların 

Böyük təntənəsində 

Pərdə-pərdə qoy axsın  

Sənin məğrur səsin də… (5, 73) 

deyə azərbaycanlı əsgərə müraciətlə deyilən misraların ahəngi, mühari-

bənin ürək dağlayan səhnələrini canlandıran “İntiqam”  şeirinin ifadə etdiyi 

sərt, göynədici fəryad, yollar ayrıcında dayanaraq cəbhədəki döyüşçü sevgili-

sinin xəyalı ilə yaşayan qadının kövrək daxili nitqi (“Vəfa”), düşmənlə qeyri-

bərabər döyüşdə həlak olan əsgərin (“Bəxtiyar”) şərəfinə bəslənən ölümsüzlük 

himni R.Rza lirikasının tükənməz fikri başlanğıcından xəbər verirdi. 

Müharibədən əvvəl və sonrakı illərdə Rəsul Rzanın bir sənətkar kimi əxz 

etdiyi mənəvi və yaradıcılıq təcrübəsi onun “Lenin” kimi əzəmətli bir poemanı 

yazması ilə  nəticələndi. Məhz bu poemada R.Rza poeziyada axtarışlarına 

əsaslı yekun vurdu və öz yaradıcılığının yeni, daha məhsuldar mərhələsini 

hazırladı. Məhz buna görə  də R.Rzanın  əllinci illərin ortalarından yaradıcı-

lığında yeni mərhələ başladı. Bu mərhələdə  şairin daha çox inkişaf edən

zənginləşən lirikasını onun bütün yaradıcılığının nəticəsi kimi izah etmək daha 

doğrudur. Asfalt döşəməni yarıb yaşıl alov kimi qalxan nərgiz topası 

(“Nərgiz”), qışın hələ tamam çəkilmədiyi bir vaxtda şaxtadan qorxmayıb 

torpaqdan baş qaldırıb xoş xəbərli bir elçi kimi yazın yaxınlaşmasını insanlara 

bildirən novruzgülü (“Novruzgülü”), birəm-birəm qar yağsa da, açıq 

pəncərədən yazın yaxınlaşmasını duyan şairin işıqlı, xeyirxah daxili aləmi 

(“Yaz gəlir”), bir sözlə bütün obrazlar, lirik ovqatlar şairin poetik fəaliyyətinin 

yeni bir istiqamətindən xəbər verirdi. 

Yaradıcılığının bu mərhələsində R.Rza lirikası insan haqqında fikir və 

hisslərlə, düşüncələrlə  və  həyəcanlarla aşılanır. Onun poeziyasının lirik 

“mən”in humanist insan konsepsiyasının daşıyıcısı kimi yüksəlir. 

Mən işığam 

Qaranlığın qənimi 

Mən insanam 




 

49

Daşıyıram qəlbimdə 



Dünyaların sevincini, qəmini (5, 28) 

Bu  şairin poeziyasında fəal humanizmin poetik təsdiq forması idi. 

“Qızılgül olmayaydı”, “Bir gün insan ömrüdür” kimi poemalar və silsilələrdə 

bu poetik insan konsepsiyası özünün dolğun ifadəsini tapırdı. 

R.Rzanın istedadının ikinci doğuluşu altmışıncı illərə aiddir. Onun 

möcüzəli poetik təbi parlamağa, cilalanmağa başladı. Bu dövrdə qələmə aldığı 

əsərlərdə  fəlsəfi dərinlik, sözün həqiqi mənasında fikir bir qədər də çoxalır. 

Bunun əsas səbəbi odur ki, Rəsul Rzanın poeziyası öz şirəsini canlı həyatdan 

alır,  şeirlərinin bədii sözün ecazkar qüvvəsi ilə  bəzəməyi, yüksək sənət 

nümunəsi kimi təqdim etməyi bacarır.  

Biz şairin məşhur “Rənglər” silsiləsini də məhz xalqın vətənin, insanın 

dərdini, taleyini düşünən və düşündükcə  də  mənəvi intibahlar prosesində 

filosoflaşan bir sənətkarın yaradıcılıq axtarışlarının nəticəsi  əsas etibarilə 

poetik qələbəsi kimi qiymətləndiririk: 

Ağ, qara, sarı, yaşıl, qırmızı 

Hərəsi bir sınaqla bağlıdır. 

Biri həsrətimizi xatırladır, 

Biri dərdimizi, biri arzumuzu. 

Hərəsində bir məna arayıb, 

Bir səbəb görən var. 

Kim bilir, kim sınamış, 

Kim bunu ilk dəfə demiş (5, 75) 

Silsilənin “Üvertüra”sından gətirdiyimiz bu misraların məna, məzmun 

və fəlsəfi yükü, assosiativ düşündürmə siqləti göz önündədir. 

Rəsul Rza 70-ci illərdə də çox gərgin, fasiləsiz, yorulmadan ideallarının 

yolunda poetik qələmini uğurla işlətdi. Onun zəngin yaradıcılığında satirik-

yumoristik şeir nümunələrinə “Vəfa”, “Qardaşlar” kimi orijinal pyeslərə ədə-

bi-tənqidi məqalə və esselərə, yol xəritələrinə, külli miqdarda bədii tərcümələ-

rə rast gəlmək olar.  

Rəsul Rza novator şairdir. Prof. C.Abdullayev bu münasibətlə yazır ki, 

“Rəsul Rzanın novator, orijinal, bədii yaradıcılığı həm daxili, həm zahiri, həm 

məzmunu, həm forması ilə  bərabər Azərbaycanın zəngin xalq şeiri klassik 

poeziyasının gözəl ənənələrinin davamlı və inkişafıdır” (1, 452). 

Rəsul Rza poeziyası bir də daxilən narahatçılıq və həssaslığı ilə seçilir. 

Belə ki, şairin yaradıcılığında ötən əsrin 30-80-ci illərində Azərbaycan ədəbi-

mədəni həyatı ictimai siyasi mühiti, başlıcası isə insanlar onların daxili aləmi, 

qayğı  və  həyəcanları öz əksini tapmışdır. Yazıçı Anarın söylədiyi kimi 

“ədəbiyyata gəlişindən ölüm gününə  qədər Azərbaycan həyatının elə bir 

problemi çətin tapılar ki, Rəsul Rza yaradıcılığında  əks edilməmiş olsun”. 

Doğrudan da 1930-cu illərin birinci yarısında ilhamlı quruculuq həvəsi, 37-ci 

il faciələri, Azərbaycanın milli azadlıq hərəkatı, əzəli torpaqlarımızın-Qaraba-

ğa, Naxçıvana erməni tamahının fəsadları, saxta “beynəlmiləlçilik” adı altında 




 

50

dilimizə yuxarıların etinasızlığı, didərginlərimizin acı taleyi-bütün bu sadala-



nan mövzular Rəsul Rza yaradıcılığının mətləbləri, fərəhi və  ağrı-acılarıdır. 

Əlbəttə, bu yazılara görə Rəsul Rzaya qarşı hücumlar olmuş, özlərinin çirkin 

çıxışları ilə  şairi öz yolundan döndərməyə çalışanlar yanılırdılar. Hörmətli 

şairimiz ömrü boyu ittihamlardan qorxub geri çəkilməmişdir - öz sozünün 

ağası olmuşdur. O illəri xatırlayan akademik Bəkir Nəbiyev şair Rəsul Rzanın 

100 illiyi münasibətilə  dərin məzmunlu məqaləsində yazır: “Sovetlərin o 

zamankı bədnam rəhbərliyi Rəsul Rza və A.Zamanovu gözümçıxdıya salmaq-

dansa, onların duyduqları həyəcan təbilinə siyasi qiymət versəydilər, 80-cı illə-

rin sonları, 90-cı illərin əvvəllərində bütün Qafqazın məruz qaldığı faciələrin 

miqyası bu qədər geniş olmazdı” (4).  

1980-cı ildə yazdığı “Şuşam mənim” şeiri çox baha-başa gəlmişdi, onu 

millətçi kimi damğalamış, Azərbaycan Ali sovetinin deputatlığından kənar 

etmişdilər. Azərbaycan ensiklopediyasının sədri kimi də  şairin mövqeyi 

sarsıdılmışdır. 

Rəsul Rzanın çox zəngin poetik yaradıcılığı mühüm bədii hadisələrdən 

biridir. Ümumilikdə  şairin yaradıcılığı Azərbaycan Sovet dövrü poeziyasının 

keçdiyi inkişaf mərhələlərini, onun ümumi spesifik cəhətlərini  əks etdirmək 

baxımından səciyyəvidir. 

Rəsul Rza dünya şöhrəti qazanmış şairlərdəndir. Onun adı nəinki ölkə-

mizdə, hətta onun sərhədlərindən çox uzaqlarda məşhurdur. Kanadalı yazıçı və 

ictimai xadim D. Karter “Sovetskaya literatura” jurnalının redaksiyasına yazır: 

“Sizə  Rəsul Rzanın 3 şeirini göndərirəm. Nəşriyyatımız onları  təqribən 1 il 

bundan əvvəl çap etdirmişdir. Bizə təəccüblü gəldi ki, həmin əsərləri 2-ci dəfə, 

indi isə 3-cü dəfə çap etməli oluruq. Ancaq Kanadada poeziyanı az oxuyur və 

şeiri çox nadir hallarda təkrar nəşr edirlər. Amma Rəsul Rzanın  şeirləri elə 

yüksək humanizmə malikdir ki, Kanadada və ABŞ-da minlərlə oxucu onları 

cəmi bir neçə ay ərzində alıb oxudu” (3). 

Rəsul Rzanın lirikası böyük insani hisslərin, gərgin insani fikirlərin dün-

yasıdır. Xarakterik cəhətdir ki, Rəsul Rzanın tərənnüm etdiyi insan mücərrəd 

varlığı deyil, sosial tərəqqini, sosial sarsıntıların əzablı yollarını keçmiş müasiri-

miz idi. Rəsul Rzanın təmkinlə, düşünə-düşünə vəsf etdiyi insan böyük əhatəli 

zaman kontekstində, yəni keçmiş, indi və gələcək kontekstində dərk olunur. 

Rəsul Rza lirikası yaddaş lirikasıdır. Dünən, bu gün, gələcək haqqında 

yaddaş bu lirikanın sətrlərinə  həkk olunub qalmışdır. “Gələcəyə  səyahət” 

şeirində o öz müasirində gələcəyə inam hissi oyadırdı:  

İnan bu sabaha, 

Oğlum, qızım,  

Bacım, qardaşım, 

İnsan  

Yaşamaq olarmı inanmasan! (5, 21) 



 


 

51

ƏDƏBİYYAT 

1.  Abdullayev C.  Müasir Azərbaycan ədəbiyyatı. Dərslik. 2 cilddə. I c. Bakı: BDU, 2007, 

504 s. 


2.  Abdullayev C. Dərin düşüncələr poeziyası. “Bakı”qəz., 1980, 19 may. 

3.  “Ədəbiyyat və incəsənət” qəz., 1964, 16 oktyabr. 

4.  Nəbiyev B. Şeirimizin klassiki və müasiri. “Ədəbiyyat” qəz., 2010, 10 may. 

5.  R.Rza. Seçilmiş əsərləri. 5 cilddə, I c., Öndər, 2005, 304 s. 

6.  Salmanov Ş. Poeziya və tənqid. Bakı: Yazıçı, 1987, 208 s. 

 

ПОЭТ ВЕЛИКИХ ИДЕАЛОВ 

 

И.C.АЛИЕВА 

 

РЕЗЮМЕ  

 

Один  из  первых  создателей  современного  азербайджанского  стиха  народный 



поэт  Расул  Рза  прошел  долгий  творческий  путь.  Поэт,  посвятивший 73 года  своей 

жизни  миру  поэзии,  начал  литературную  деятельность  в 1927 г.  Он  был  одним  из 

мастеров  слова,  тонко  чувствовавший  в  своих  произведениях  пафос  современной 

жизни, нынешнее общественного бытия и получавший особое наслаждение от красоты 

формы и содержания своих произведений.  

В статье речь идет о творчестве Расула Рзы, о своеобразии его поэзии, о форме, 

содержании  языковых  и  стилистических  особенностях  его  лирических – эпических 

произведений.  

Народный поэт, создатель современного азербайджанского стиха, мастер слова, в 

творчестве  которого  пафос  современной  жизни,  своеобразие  поэзии,  лирические – 

эпические произведения. 

 

Ключевые слова: лирика, поэзия, проблематика, поэма, форма 

 

THE POET OF GREAT IDEALS  

 

I.S.ALIYEVA 

 

SUMMARY 

 

One of the creators of modern Azerbaijani verse, the national poet Rasul Rza passed a 

long creative way. The poet who devoted 73 years of his life to poetry began his literary 

activity in 1927. He was one of the skilled reciters who felt pathos of contemporary life and 

social being in his works and enjoyed the beauty of the form and content of his works. The 

article deals with Rasul Rza’s creativity, originality of his poetry, the form, content, language 

and stylistic peculiarities of his lyric epic works.  

 

Key words: National poet, creator of modern Azerbaijani verse, skilled reciter, pathos 

of contemporary life, originality of poetry, lyric epic works. 



 

Yüklə 47,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə