Yapon dilində felin şəkilləri



Yüklə 60,76 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü60,76 Kb.
#10548


 

177


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 



 

UOT 94 “19/...” 

AZƏRBAYCANDA SOSİAL TƏBƏQƏLƏR    

(J.B.TAVERNYENİN “SƏYAHƏTNAMƏ”Sİ ÜZRƏ) 

 

Ə.H.HƏSƏNOV 

Bakı Dövlət Universiteti 

Arshad-hasanov @ rambler. ru 

 

Məqalədə XVII əsrin 30-60-cı illərində  dəfələrlə Azərbaycanda olmuş fransiz  taciri 

J.B.Tavernyenin “Səyahətnamə”sində Azərbaycandakı sosial təbəqələr və onların statusları 

haqqında verdiyi məlumatlar tədqiq olunur. J.B.Tavernye Səfəvi dövlətinin əhalisini üç qrupa: 

əyanlar, qələm əhli və asılı təbəqəyə bölmüşdür. Hər üç təbəqəyə aid sosial qruplar  haqqında 

səyyahın  məlumatları təhlil olunmuş, onların statusu müəyyən edilmişdir.   

 

Açar sözlər: J.B.Tavernye, Səfəvi, mustovfi, sədr, rəiyyət.  

 

Səfəvilər dövründə Azərbaycanda sosial münasibətlərin öyrənilməsi ol-



duqca mürəkkəb və mühüm problemlərdən biridir. Əhalinin sosial-silki tərki-

bi, ayrı-ayrı  təbəqələr arasında hüquqi münasibətlər və s. kimi geniş spektri 

əhatə edən sosial münasibətlərin araşdırılması  cəmiyyətin sosial-iqtisadi 

inkişafının  müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.  

Səfəvilər dövlətində sosial münasibətlər tarixinin öyrənilməsi üçün mü-

hüm  əhəmiyyət kəsb edən qaynaqların bir qismini memuar xarakterli 

qaynaqlar – səyyah gündəlikləri təşkil edir. Bu baxımdan fransız səyyahı 

J.B.Tavernyenin «Səyahətnamə»si də böyük maraq doğurur. XVII əsrin 30-

60-cı illərində  dəfələrlə Azərbaycanda səfərdə olmuş Tavernye Səfəvi döv-

lətində əhalinin sosial  tərkibi  haqqında maraqlı məlumatlar vermişdir. Lakin 

Tavernyenin Səfəvi dövləti  əhalisinin sosial tərkibi haqqında verdiyi 

məlumatlar təzadlı xarakter daşıyır. Tavernye Səfəvi dövləti  əhalisinin sosial 

tərkibini Avropa dövlətlərində olduğu kimi üç təbəqəyə bölərək yazır: 

“Onlardan birincisi şəmşir  əhlidir ki, bura səltənət sarayının üzvləri olan 

əşrəflər-kübarlar, xanlar, vilayət hakimləri və bütün qoşun əhli, ikinci təbəqə 

qazılar və qanun yazan  qələm  əhli, üçüncü təbəqə isə Avropa ölkələrində 

olduğu kimi tacirlər, sənətkarlar və  zəhmətkeşlərdən ibarətdir” (8, 571). 

Tavernye Səfəvi dövləti  əhalisini Avropa ölkələrində mövcud olan üç silkə 

(zadəganlar, ruhanilər, vergi verən əhali) uyğun olaraq qruplaşdırmış,  hər üç 

təbəqəyə daxil olanlar, xüsusilə  də birinci və ikinci təbəqə haqqında  arayış 




 

178


xarakterli məlumat vermişdir. Səyyahın fikrincə,  şəmşir  əhli kateqoriyasına 

baş vəzir, nazir, mehtər, miraxurbaşı, mirşikarbaşı, zindarbaşı (yəhər və yaraq-

ların mühafizəçisi), zənkənqorçu (şah mehtərlərinin-“cilovdarların” rəisi), 

vaqiyənəvis, xəzinədarbaşı, eşikağasıbaşı, mehmandarbaşı, həkimbaşı, mü-

nəccimbaşı, divanbəyi, darğa, süfrəçibaşı,  şərabçıbaşı, qəhvəçibaşı, məşəlçi-

başı, xassetəraş, qapıçıbaşı, məlik-tüccar, mirşəb, nəqqaşbaşı, nəccarbaşı, 

anbardarbaşı, sipəhsalar, qullarağası, tüfəngçibaşı, eşikağası, topçubaşı, vilayət 

hakimləri - xanlar, sultanlar və asəflər daxildir (8, 572-587). Tavernye Səfəvi 

dövlətinin əhalisinin ikinci təbəqəsinə dövlət kargüzarlarını, bütün qələm əhli 

və elm sahiblərini daxil etmiş  və bu kateqoriyaya məxsus mənsəb sahibləri 

içərisində  sədrolxas, sədrolmoqufat,  şeyxülislam, qazı, pişnamaz, mütəvəlli, 

mustoufi əlməmalik, mustoufilər, dəftərxana darğasının adlarını çəkmişdir (8, 

588-595). Səyyah ilk iki təbəqəyə daxil olan mənsəb sahiblərinin hər biri 

haqqında qısa da olsa məlumat versə də, üçüncü təbəqəyə daxil olan sənətkar, 

tacir və zəhmətkeşlər, xüsusilə də kəndli kateqoriyaları haqqında heç bir bilgi 

verməmişdir. Qeyd edək  ki, Tavernyenin Səfəvi dövləti  əhalisinin sosial 

tərkibi haqqında verdiyi məlumatlar Şərq ölkələrində sosial təbəqələri tam əks 

etdirmir.  

Tarixşünaslıqda qəbul olunmuş konsepsiyaya görə, Səfəvilər dövründə 

sosial tərkibinə görə əhali iki kateqoriyadan - imtiyazlı təbəqə və asılı təbəqə-

dən ibarət olmuşdur. Səfəvi dövrü tarixçilərinin fikrincə, imtiyazlı  təbəqəni 

təşkil edən hakim təbəqə dörd kateqoriyadan ibarət olmuşdur:  

1) Qızılbaş  və digər tayfalara, həmçinin  şah qvardiyasına (qulamlara) 

məxsus hərbi  əyanlar;  

2) xüsusi mülkiyyət hüququ əsasında geniş torpaq sahələrinə malik olan 

və vəqf əmlakını idarə edən ali ruhanilər;  

3) mərkəzi və yerli idarə aparatının mülki bürokratiyası;  

4) yerli oturaq əyanlar (6, 89; 7, 137).  

Araşdırmalar göstərir ki, Səfəvi dövlətində ordunun sıravi üzvləri, ruha-

nilərin aşağı  təbəqəsi, elm adamları, xüsusilə  də müddərislər heç də Tavern-

yenin qeyd etdiyi kimi, imtiyazlı təbəqəyə daxil olmamışlar.  

J.B.Tavernyenin birinci kateqoriyaya aid etdiyi təbəqə içərisində şah və 

hakim sülalə  ən yüksək yerdə durur. Belə ki, şah qeyri-məhdud hakimiyyətə 

malik idi. O, bütün təbəələrinin canının və malının sahibi idi. Səyyah yazır: 

«Əgər şah ölkənin  ən böyük dövlət adamlarından birini öldürmək istəsə, heç 

bir qanun-qayda və məsləhət gözləmədən bu işi görə bilər və dövlətin qanun 

keşikçilərinin bunu yoxlamağa, heç kimin bunun səbəbini soruşmağa cəsarəti 

çatmazdı» (8, 569).  

Səfəvi dövlətinin həm mərkəzi idarəetmə aparatında, həm də yerli 

idarəçilik orqanlarında yalnız birinci iki təbəqə – Şəmşir və qələm əhli təmsil 

olunmuşdu. Tavernye  Səfəvi əhalisinin sosial strukturunda  şahdan sonra  baş 

vəziri qeyd etmişdir. O, şahdan sonra ölkənin  birinci şəxsinin «etimadəddöv-

lə» adlandırildığını yazmışdır (8, 572). Səyyahın fikrincə «etimadəddövlə» 



 

179


qələm əhli olub bütün mülki və maliyyə məsələlərinə baxırdı (8, 572). Tavern-

yenin verdiyi bu məlumatlar göstərir ki, XVI əsrlə müqayisədə baş  vəzir 

mənsəbi böyük təkamül prosesi keçərək XVII əsrdə  şahdan sonra birinci 

səlahiyyət sahibinə çevrilmişdi.  

Tavernyeyə görə, Azərbaycan  əhalisinin sosial strukturunda mehtər 

özünəməxsus yer tuturdu. Bu еlə bir vəzifədir ki, bu işə sarayın ağdərili 

xadimlərindən biri təyin edilir və o, şahın gizli güdükçüsü olduğu üçün həmişə 

onun yanında olurdu... Mehtərlər  şahın eşidən qulağı idi (8, 573). Birinci 

təbəqəyə aid olan  mirşikarbaşı haqqında Tavernye yazır ki, bütün şikar, ov 

alət və vasitələri onun nəzarəti altındadır. Quşçubaşı  vəzifəsini də icra edən 

mirşikarbaşının ixtiyarında min nəfərdən artıq qulluqçu vardır və çoxlu ov 

quşları da xüsusi fərmanla onun nəzarəti altına verilmişdir (8, 575). Ov itləri, 

şirlər və pələnglərə görə məsuliyyət daşıyan səkbanbaşının da mirşikarbaşıya 

tabe olduğunu qeyd etmişdir (8, 575). 

 Səfəvi dövlətində birinci təbəqəyə aid olan xəzinədarbaşı dövlət xəzinə-

sində olan pulların qorunub saxlanmasına cavabdeh idi (8, 576). Eşikağasıba-

şını (təşrifat və  mərasim qaydalarına baxan məmur – Ə.H.) birinci təbəqəyə 

aid edən Tavernye onu  Fransanın böyük təşriflər rəisinə  bərabər tutmuş    və  

bir neçə vəzifəli məmurun onun tabeçiliyində olduğunu göstərmişdir (8, 576).  

Sarayın mehmandarbaşısı birinci təbəqəyə daxil olub xaricdən gəlmiş səfirləri 

müşayiət etmək, onlara qəbul qaydalarını öyrətmək işlərinə baxırdı (8, 576). 

Tavernye yazır ki, həkimbaşı  şahın birinci həkimidir, ölkənin bütün təbibləri 

ona tabedirlər və onun təsdiqi olmadan həkimlik fəaliyyəti ilə  məşğul ola 

bilməzlər (8, 576; 1, 443). Şah sarayında  əhəmiyyətli vəzifələrdən birinin 

münəccimbaşı olduğunu vurğulayan səyyah onu münəccimlərin rəisi ad-

landırmış  və  şahın onların göstərişlərinə uyğun olaraq şahlıq etdiyini 

bildirmişdir (8, 576). Tavernye imtiyazlı təbəqələrdən olan süfrəçibaşı, şahın 

meyxanasına və  şərablara nəzarət edən  şərabçıbaşı  və ya şirəçibaşı, sarayın 

işıqlandırılmasına baxan məşəlçibaşı, şahın müşk arağı, bitki gülabı, qəhvə və 

s. içkilərinin təşkilinə məsul olan qəhvəçibaşı, həmçinin şahın şəxsi dəllək və 

cərrahı olub onun başını qırxan və ondan qan alan xassetəraş (şahın şəxsi bər-

bəri – Ə.H.) və s. vəzifə sahibləri haqqında da maraqlı məlumatlar vermişdir.   

Səfəvi dövründə hər bir qızılbaş tayfasının başçısı həmin tayfanın əmir 

əl-ümərası olmaqla yanaşı, həm də    şəmşir  əhli idi. O, müharibə dövründə 

müəyyən olunmuş miqdarda qoşunla  şahın sərəncamına gəlirdi. Tavernye 

qeyd edir ki, müharibə zamanı sipəhsalar və yaxud «əmr  əl-üməra külli 

Səfəvi» vəzifəsi təsis edilir və müharibə başa çatan kimi bu mənsəb də  ləğv 

edilirdi. Sipəhsalar dövlət şura məclisində etimadəddövlədən sonrakı mövqedə 

qərarlaşırdı (8, 581).  

Ə.Rəhmani Səfəvi dövlətinin bəylərbəyliklərə bölündüyünü və Azərbay-

can  ərazisində 4 bəylərbəyliyinin yerləşdiyini qeyd etmişdir (7, 90-93). 

İ.P.Petruşevskinin yazdığına əsasən hər vilayətdə (bəylərbəylikdə) bəylərbəyi-

lər,  şeyx-ül islam, qazı, sədr, canişin (bəylərbəyinin müavini), vilayət vəziri, 



 

180


şəhərlərdə kələntər fəaliyyət göstərirdi. Bəylərbəylərin sarayında bütün vəzifə-

lər-süfrəçibaşı,  şərbətçibaşı,  şərabçıbaşı, halvaçıbaşı,  əmir-axur, mirşikarbaşı, 

quşçubaşı və s. mərkəzi sarayda olduğu kimi mövcud idi (6, 118-119).  

Səfəvilər dövlətində vilayətləri şahzadələr, qızılbaş əyanları və bəzən də 

qulamlar içərisindən seçilib, təyin olunan nümayəndələr idarə edirdilər. Vila-

yətlərə birinci təbəqəyə aid olanlardan xan, sultan titulu, əmir əl-ümarə və ya-

xud bəylərbəyi rütbəsi ilə hakimlər təyin olunurdular. Tavernye də böyük 

əyalətlərin xan və hakimlər tərəfindən idarə olunduğunu yazmışdır (8, 585).  

Tavernye vilayət hakimi və xanların kiçik bir şah kimi qüdrətli olduğu-

nu, vilayət  ərazisində mütləq hakimiyyətə malik olduqlarını qeyd etmişdir. 

Əyalətlərin xan və hakimləri  şah kimi qüdrətli idi və camaat ondan şahdan 

qorxduğu qədər qorxardı. Lakin  onlar  əhaliyə qeyri-adi zülm edəndə camaat 

şikayət səslərini ucaldardısa və şikayət şahın qulağına çatardısa,  hakimin başı 

bədənindən ayrılırdı (8, 585).  

Bəylərbəyliklər və ya vilayətlər inzibati baxımdan nisbətən kiçik ərazi 

vahidi olan mahallara bölünürdülər. XVI əsrin 40-cı illərindən etibarən mahal 

hakimlərinə  əsasən sultan, bəy, çox nadir hallarda isə xan titulu verilirdi. 

Mahal hakimləri vəzifəyə  şahın fərmanı  əsasında təyin edilir və  işdən azad 

olunurdular (4, 164-165). Digər bir fikrə görə bəylərbəylərinə tabe olan mahal 

hakimləri qolbəyi adlanırdı və onlar vəzifəyə bəylərbəyinin təqdimatı əsasında 

şah fərmanı ilə  təyin edilirdilər. Sultan titulu daşıyan  şəxslər daha xırda 

inzibati vahidlərə rəhbərlik edirdilər (7, 90). Qeyd edək ki, Tavernyenin məlu-

matları bu fikirləri təsdiq etmir. Səyyahın yazdığına görə, xandan sonra da 

hakimlər qismi vardır ki, onlar xana tabedirlər. Ancaq onlar şah tərəfindən 

təyin edilir və yalnız  şahın  əmri ilə  vəzifədən azad olunurlar. Bu hakimlər 

silkinə sultan deyirlər (8, 586). Tavernye Səfəvi dövlətinin  əyalət idarəçili-

yində üçüncü dərəcəli hakimlərin də olduğunu və onların asəf (ağıllı müşavir) 

adlandıqlarını qeyd etmişdir (8, 586). Səyyahın məlumatına  əsasən asəflər 

hökmdarın vilayətlərdə naibləridir və hər əyalətin xanı kimi onların da qulluq-

çuları və sahibmənsəbləri vardır.  

Səfəvi dövlətinin sosial strukturunda yüksək rütbəli məmurlardan olan  

vaqiyənəvisin də özünəməxsus yeri olmuşdur. Vaqiyənəvisin hüquq və  səla-

hiyyətləri haqqında məlumat verən Tavernye yazırdı ki, o dövlətin  ən böyük 

yazıçısı  və katibidir (münşisidir). Bu fövqəladə  vəzifə yalnız  şaha çox yaxın 

olan şəxslərə verilir. Bu şəxs ali məclisdə bütün ərizə və dövlət sənədlərini şa-

hın hüzurunda oxuyurdu (8, 575). Hökmdarın şəxsi katibi olan vaqiyənəvis ali 

məclisin iclaslarının qeydiyyatını aparmaqla yanaşı, şahın vilayət hakimlərinə 

və xarici ölkələrə ünvanlanmış məktublarını yazır və arxivə də nəzarət edirdi. 

Qeyd edək  ki, vaqiyə-əvislə  bərabər Səfəvi dövlətində  təxminən eyni 

funksiyanı icra edən münşi  əl-məmalik mənsəbi də mövcud idi (2, 218). 

Kargüzarlıq işlərinə, mirzələrin fəaliyyətinə  rəhbərlik və  nəzarət edən münşi 

əl-məmaliklə vaqiyənəvisin səlahiyyətləri arasında ciddi bir fərq olmamışdır 

(3, 134; 5, 273). 



 

181


Tavernye Səfəvi dövlətinin sosial strukturunda yeri olan  mərkəzi 

maliyyə idarəsinin başçısı mustoufi əl-məmalik və onun səlahiyyətləri haqqın-

da da maraqlı məlumatlar vermişdir. Səfəvi imperatorluğunun  maliyyə işləri 

baş  vəzirin ümumi nəzarəti və mustoufi əl-məmalikin  rəhbərliyi altında 

fəaliyyət göstərən maliyyə divanında həyata keçirilirdi. Tavernyenin yazdığına 

əsasən, mühasibat divanının çoxsaylı icraçı  məmurlarının hamısı  qələm 

əhlidir. Bütün qeydiyyat dəftərləri onların əlindədir. “Mustoufi əl-məmalik və 

mustoufilər bütün xalisə, ərbabi əmlakının mühasibat işi üzrə dəftərdarlıqda ən 

yüksək məqamlı  məsul işçilərdir.  Şahın bütün gəlirinin hesabını,  əmlakın 

icarəsi, sursat anbarları, qoşunun təchizatı, idarə məmurlarının xərclərini onlar 

qeydiyyata alırlar. Başqa bir növ mühasib də vardır ki, ona «moquf» deyirlər 

və o vəqf əmlakının hesabını aparır” (8, 593).  

Səfəvi dövlətinin dini idarələrində çalışanları  qələm  əhli və elm-bilik 

sahibləri hesab edən səyyah onları Fransadakı hüquqşünas, ədliyyə məmurları 

və maliyyə idarələrinin işçiləri ilə eyniləşdirmişdir. Tavernye Səfəvi dövlətin-

də  mərkəzi dini idarəyə  sədrin rəhbərlik etdiyini qeyd edərək yazır ki, sədr 

ölkədə birinci dini şəxsdir, lakin şura məclisində  və s. rəsmi məclislərdə 

etimadəddövlənin tabeliyindədir (8, 588). Dini sahədə ali hakimiyyətə malik 

olan sədr dünyəvi məsələlərdə baş  vəzirin tabeliyində olub,  vəzifə  və sosial 

təbəqə statusunu dəyişərək etimadəddövlə vəzifəsinə yüksələ bilərdi (8, 588). 

Tavernye yazır ki, şəriət və qanunlar rəisi olan sədr məscidlərin vəqf əmlakına 

və s. işlərə baxır. Onların bütün gəlirlərini toplayıb vəqfin müəyyən məsrəflə-

rinə, özünün lazım bildiyi yerlərə xərcləyir. Ancaq o bütün başqa xərclərdən 

əvvəl öz haqqını götürürdü (8, 588). Dövlət məmurlarının sədrin işlərinə 

müdaxiləsi qeyri-mümkün sayılırdı  və onun verdiyi hökmlər digər məhkəmə 

orqanları tərəfindən sözsüz qəbul edilirdi. Divan əs-sədarədə iki sədr fəaliyyət 

göstərsə  də, ali ruhani idarəsinin başçısı  sədr-i xassə hesab olunur, sədri  əl-

məmalik isə onun müavini və ürfi-şəri məhkəmələrin rəisi sayılırdı (4, 208).  

Tavernyenin məlumatına görə, rütbə, məram və səlahiyyəti üzrə bərabər 

olan iki böyük din xadimi – şeyx-ül islam və qazı da sədrə tabe olub, qələm 

əhli və elm-bilik sahibləridirlər. Səyyah yazır ki, şəriət işləri bu iki nəfər 

arasında bölüşdürülür və  sədr bütün işləri onların vasitəsilə  həyata keçirir. 

Məmləkətin bütün ərazilərində din və qanun işlərinin icrasına baxan şeyx-ül 

islam və qazı vəzifəyə şahın fərmanı əsasında təyin olunurdular (8, 589). Səy-

yahın yazdığına görə hər məsciddə «pişnamaz» var idi. O, hamıdan birinci na-

maza dayanmalı və camaat onu izləyərək namaz qılmalı idi. Mollaların məscid 

vəqflərindən çoxlu məvacib aldıqlarını yazan səyyah onların hər cümə günləri 

məscidə  gəlib quran oxuduqlarını, quranı qiraət edənlərə  təfsir etdiklərini 

bildirmişdir. Tavernyenin məlumatına  əsasən, onların vəzifələrindən biri də 

şəriət elmlərinin tədrisidir ki, hər kəs oxumaq istəsə, ona təlim verməlidirlər. 

Ağır hərəkətə, ciddi rəftara və qaşqabaqlı sifətə malik olan mollaları Tavernye 

ikiüzlü və yalançı adamlar kimi xarakterizə etmişdir (8, 589). Səyyah hər 




 

182


məsciddə pişnamaz və molla ilə yanaşı müəzzin və mütəvəllinin olması haq-

qında da məlumat vermiş və onları da qələm əhli kataqoriyasına aid etmişdir. 

Səyyahın verdiyi məlumata görə ədliyyə məsələləri üzrə nazir vəzifəsini 

icra edən məmur divanbəyi adlanırdı  və ikinci təbəqəyə daxil idi. Bütün 

hüquqi qanunlar və cəzalar onun əli ilə icra olunurdu. Onun qərargahı alaqapı 

və ya şahın evidir. Şah da çox vaxt onun divanında iştirak edirdi. Bu vəzifə ən 

mühüm vəzifə idi. Ölkənin bütün şikayətləri ona göndərilir və onun hökmləri 

məmləkətin bütün böyükləri, vilayət xanları  və hakimləri tərəfindən icra 

olunurdu (8, 12-13).  

Səfəvi dövlətində polis rəisi funksiyasını icra edən darğanı imtiyazlı tə-

bəqəyə aid edən Tavernye yazır ki, çox mötəbər vəzifə olan darğanın fitvasına 

qarşı yalnız divanbəyi şikayət edə bilərdi (8, 576). Darğa nizam-intizam yarat-

maq, oğurluğun, qətl və qarətin qarşısını almaq, fahişəxanaları, qumarxanaları, 

meyxanaları aşkara çıxararaq onlara qadağa qoyurdu. Darğa günahkarları və mü-

qəssirləri ya çubuq vurmaq, ya da cərimə almaq yolu ilə cəzalandırırdı (8, 576).  

Tavernyenin Avropa ölkələri nümunəsinə uyğun olaraq ayırdığı üçüncü 

silk Səfəvi dövlətinin əhalisinin asılı təbəqəsini və yaxud vergi verən hissəsini 

təşkil edirdi. Maraqlıdır ki, səyyah Səfəvi əhalisinin üçüncü təbəqəsi içərisində 

ayrıca bir kateqoriya kimi kəndlilərin adını  çəkməmiş, sənətkar və tacirlərlə 

bir sırada zəhmətkeş anlayışını  işlətmişdir. Görünür, səyyah zəhmətkeşlər 

anlayışı altında məhz kəndliləri nəzərdə tutmuşdur. Bəhs edilən dövrdə Səfəvi 

əhalisinin asılı təbəqəsi içərisində kəndlilər mütləq əksəriyyət təşkil edirdilər.  

XVI-XVII  əsrlərdə  kəndlilərin hamısı  rəiyyət anlayışı ilə ifadə olunurdular. 

İ.P.Petruşevski belə hesab edir ki, geniş  mənada rəiyyət vergi verən bütün 

təbəqələri ehtiva etdiyi halda, dar mənada kəndlilər anlamını vermişdir (6, 

248). XVI-XVII əsrlərdə də əhalinin böyük hissəsini təşkil edən kəndlilər üç 

kateqoriyadan ibarət olmuşdur: 1) Torpaq mülkiyyətinə malik olub xırdamalik 

adlanan varlı kəndlilər; 2) İri feodallardan asılı olmayan, yalnız dövlətə torpaq 

vergisi verən azad icmaçı kəndlilər; 3) İcarədar kəndlilər (7, 343-344). Kəndli-

lərin çox böyük hissəsini təşkil edən icarədar kəndlilər iqtisadi durumuna görə 

hampa, rəncbər, həmçinin Azərbaycanın müxtəlif bölgələrində qara, qərib, be-

kar, xoşnişin kimi adlarla tanınan kateqoriyalardan ibarət olmuşdur (7, 144). 

Tavernyenin Səfəvi dövlətində sosial təbəqələr haqqında verdiyi məlumatları 

yekunlaşdıraraq qeyd etmək olar ki, verilən bilgilər bəzən mübahisəli xarakter 

daşısa da, əsas məsələlərdə reallığı əks etdirir.  

 

ƏDƏBİYYAT 

1. 


Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı:  Azərbaycan, 1996, 869 s. 

2. 


Azərbaycan tarixi: 7 cilddə, III c., Bakı:  Elm, 1999, 784 s. 

3. 


Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunun bəzi məsələləri Tavernyenin 

səyahətnaməsində // Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, 2004, №1,  

s.131-144.                                    

4. 


Bayramlı Z. Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı: ADPU,  2006, 258 s. 

5. 


Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərnəşr, 1993, 300 s. 


 

183


6. 

Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и 

Армении в XVI- нач. XIX вв. Л.: ЛГУ,1949, 382 с. 

7. 


Рахмани  А.А.  Азербайджан  в  конце XVI и  в XVII вв. (1590-1700 гг).  Баку:  Элм, 

1981, 238 с. 

8. 

Jan Battis Tavarnye. Səfərname-yi Tavarnye. Tərcomeyi-ye  Əbuturab Nuri. İsfahan: 



«Çapxane-ye Pərvin»,  h.1336, 719 s. 

 

 

 

 

 

  

СОЦИАЛЬНЫЕ СЛОИ АЗЕРБАЙДЖАНА  



(ПО «ПУТЕШЕСТВИЮ» Ж.Б.ТАВЕРНЬЕ) 

 

А.Г.ГАСАНОВ  

 

РЕЗЮМЕ 

 

В  статье  исследуются  социальные  сословия  Азербайджана  ХVII  в.  в  сочинении 



«Путешествия»  французского  купца  и  путешественника  Ж.Б.Тавернье.  По  наблюде-

ниям  Тавернье,  общество  в  Азербайджане  в  рассматриваемый  период  состоит  из  трех 

основных групп: знати, писцов (мустофи ал-мамалук и др.) и подотного сословия.   

Особое  внимание  привлекают  материалы  Тавернье  о  статусе,  полномочиях  и 

привилегиях  правящих  кругов,  так  как  именно  состоянию  первых  двух  груп  автор 

уделяет значительное внимание. В сочинении Тавернье очень мало место уделено пред-

ставителям третьего сословия, особенно крестьянству, что видимо, было связано с осо-

бенностями  пребывания  и  ограниченными  в  этом  отношении  возможностями  самого 

иностранного «гостя».   

 

Ключевые слова: Ж.Б.Тавернье, Сафави, мустофи, садр, раиййат  

 

“SOCIAL STRATA IN AZERBAIJAN (ON THE “VOYAGE” OF J.B.TAVERNYE)” 

 

A.H.HASANOV  

 

СУММАРЙ 

 

J.B.Tavernye classified the social strata existed in Saphavid state in the XVII century. 



The first stratum includes the king and the dynasty of authority. This group consists of nobles

khans and droops, the second stratum lawmakers and the last merchants, craftsmen and peasants 

like in Europe. The author provides detailed information about the division of strata in the 

article. Tavernye’s information about the content and authority of the first stratum deserves 



interest. Tavernye provided detailed information about the craftsmen, but less about peasants. 

 

Key words: J.B.Tavernye, Saphavids, mustophi, craftsman, peasants. 

Yüklə 60,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə