Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   2   3   4   5   6   7   8   9   ...   35

7
Yaqub Məğrur
Vətən naminə
gələcəkdə kitablarım çapdan çıxar və mən şair ola
bilərəm.  Hətta  “ÖZÜMÜ  AXTARIRAM”  adlı  şeirdə
yazmışdım:
...Qəfil ayrı düşdüm daş sarayımdan,
“Sürgündə” çalışdım özül qazmağa.
Muğanda qurduğum çadır “ev”imdə, 
Həsrətdən başladım şeir yazmağa.
Sözləri nə qədər sıralasam da,
Mən heç də özümü şair sanmıram.
Yenişli – yoxuşlu dar cığırlarda,
Saxta əməllərdən faydalanmıram.
Axtara – axtara qırx bir yaşımda,
Nəhayət yad eldə tapdım özümü.
Ancaq ki, hələ də əmin deyiləm,
Bu yeni tapdığım mənim özümmü?..
Yuxarıda qeyd etdiyim kimi, 1993-cü ildə erməni
barbarlarının  Cəbrayıl  rayonunu  işğal  etməsi
nəticəsində, Biləsuvar rayonu ərazisində salınmış 4
saylı məcburi köçkün şəhərciyində çadır evlə təmin
olunsam da, iş olmadığından çadırların arasında boş-
boşuna  gəzib  dolaşır,  “ev”ə  qayıdanda  da  rahatlıq
tapa bilmirdim. Günün xeyli hissəsini “ev”də oturub,
daş evdən çadıra necə düşməyimiz barədə xatirələr
yazmaqla məşğul olurdum. Hətta qəlbimdəki hicran
yanğısı bütün vücudumu qarsıyaraq təbimi riqqətə
gətirir  və  məni  yurd  həsrətli  şeirlər  yazmağa  da
məcbur edirdi. On iki səhifəlik şagird dəftərində qeyd
etdiyim bu cızma-qaralar yeganə təskinlik mənbəyim


idi.
Ancaq  bir  ildən  də  çox  müddətdə  bu  mühitə
uyğunlaşa  bilmədiyimdən  Biləsuvar  rayon  İcra
Hakimiyyətinə  gedib,  ilk  tanış  olduğum  humanitar
məsələlər  üzrə  başçının  müavini    cənab  Rac  Mu-
radovdan, ata yurdunu itirmiş bir qələm sahibi kimi
işlə təmin olunmağıma kömək etməsini xahiş etdim.
O isə bu barədə rayon İcra Hakimiyyətinin başçısı
cənab  Əli  Babayevə  məruzə  etdi  və    məni  onun
qəbuluna apardı. Başçı bizi təmkinlə dinləyib, öncə
İH-nin orqanı olan “MƏHSUL” qəzetinin baş redak-
toru  cənab  Həmdulla  Əzizova,  sonra  isə  rayon
Mədəniyyət  Şöbəsinin  müdiri  Rəfiqə  xanım
Cəfərovaya zəng edərək, mənim münasib işlə təmin
olunmağım barədə göstəriş verdi. Məsələnin həllinə
nəzarəti isə Rac müəllimə tapşırdı... 
Öncə  “MƏHSUL”  qəzeti  redaksiyasına  getdim.
Ömrünün ahıl çağlarını yaşayan Həmdulla müəllim
də  mənimlə  ətraflı  söhbətdən  sonra  məcburi
köçkünlərin çadır həyatı ilə bağlı bir yazı hazırlayıb
gətirməyimi istədi. İlk tanışlıqda özünü H. Əliyevin
kadrı kimi təqdim edən və bundan qürur duyduğunu,
eləcə  də  keçmiş  partiya  biletini  hələ  də  ürəyinin
başında gəzdirdiyini bildirən bu qocaman jurnalistin
məntiqli  danışığı,  əqidə  dönməzliyi,  şəxsiyyəti  və
vüqarlı  görkəmi  mənə  çox  müsbət  təsir  bağışladı.
Onunla  sağollaşıb  çadır  şəhərciyinə  qayıtdım.
Həmin  gecə  yatmayıb  “QARABAĞSIZ  KEÇƏN
GÜNLƏR” başlıqlı geniş bir məqalə hazırladım və
növbəti gün redaksiyada Həmdulla müəllimə təqdim
etdim. Baş redaktor yazını oxuyub qurtarandan sonra
soruşdu:   
8
Yaqub Məğrur
Vətən naminə


9
Yaqub Məğrur
Vətən naminə
- Məqaləni sən yazmısan?   
- Bəli!   
– Dünən isə deyirdin ki, mühəndisəm. 
– Elədir!
Axı bu yazı sırf jurnalist qələmindən çıxıb.  
Həmdulla müəllimin mənə inanmadığını anlasam
da, sadəcə gülümsünüb dedim: 
- İstəsəniz, başqa məqalə də yazıb gətirə bilərəm. 
– Ehtiyac yoxdur. Onsuz da qəzetimizin növbəti
sayı çapa hazırlanır. Yaxın günlərdə hər şeyə aydınlıq
gələcək. Odur ki, hələlik ştatdan kənar müxbir kimi
işə başla, sonrasına baxarıq!
Mən işə başlayandan bir həftə sonra qəzet çapdan
çıxdı. Sözügedən məqaləm də dərc olundu. Üstəlik
baş  redaktor,  çadır  şəhərciyində  yaşayan  məcburi
köçkünlərə  paylamaq  üçün  mənə  50  nüsxə  qəzet
hədiyyə etdi.   
Həddi - hüdudu olmayan ilk sevincimi paylaşmaq
üçün İcra Hakimiyətinə - Rac müəllimin qəbuluna get-
dim. O, məni görən kimi kabinetinə dəvət etdi:     
–Gəl içəri! Elə indicə sənin məqaləni oxuyurdum.
Çox təsirli yazmısan. 
Mən ona minnətdarlığımı bildirib, cənab Başçıya
da təşəkkürümü çatdırmağı xahiş etdim. Rac müəllim
söhbətimizin sonunda, nəyisə gizlədirmiş kimi dedi:   
- Sən Rəfiqə xanıma da baş çək! O özü zəng edib
soruşurdu ki, cənab Başçı tapşırdığı oğlan niyə gəlib
çıxmadı? Yəqin ki, səninçün hansısa işi nəzərdə tu-
taraq zəng edib.  
Mən Rac müəllimlə sağollaşıb, dərhal Mədəniyyət
Şöbəsinə yollandım. Gözəlliyi, şəxsiyyəti və intellekti
ilə başqalarından seçilən, məni gülər üzlə qarşılayıb


təmkinlə dinləyən və dərhal iş təklif edib,  xoş təsir
bağışlayan Rəfiqə xanım dedi:
- İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən
rayonumuzun  ərazisində  salınmış    çadır  şəhər -
ciklərində  məcburi    köçkünlərə  nümunəvi  xidmət
göstərən  kitabxana  açmaq  planımız  var.  Başçı
tapşırdığına görə bu kitabxananı sənə həvalə etsək,
məncə yaxşı olar.   
Ona minnətdarlıq edib dedim:    
- Mən artıq “MƏHSUL” qəzetində çalışıram. Hər
gün rayon mərkəzinə işə gəlirəm. Belə olan halda,
mənim  iki  müxtəlif  yönlü  işi  eyni  vaxtda,  müxtəlif
yerlərdə reallaşdırmağım mümkün deyil. Ancaq bu
məsələnin başqa bir həll yolu var.   
– Necə?     
- Əgər siz kitabxanaçı vəzifəsinə məni deyil, həyat
yoldaşımı götürsəniz, yeni tikib başa çatdırdığım iki
otaqlı kərpic binanı sizə bağışlayaram və kitabxananı
həmin binada açarsınız.  
Rəfiqə xanım gülümsünüb soruşdu:  
- Yoldaşınızın təhsili varmı?   
– Bəli, orta ixtisas təhsillidir. 
– Yəni demək istəyirəm ki, kitabxanaçı oxuculara
həm nümunəvi xidmət göstərməyi, həm də kitabları
qoruyub saxlamağı bacarmalıdır. Sizcə yoldaşınız
bunların öhdəsindən gələ biləcəkmi?    
– Narahat olmayın, Rəfiqə xanım! Bu işə şəxsən
özüm nəzarət edəcəyəm.  
-  Deməli məsuliyyəti öz boynunuza götürürsünüz.
Elə isə hesab edirəm ki, sizə inanmaq olar. Odur ki,
siz  sabah  şöbəmizə  gəlin!  Mən  də  ona  qədər
yoldaşınızın işə götürülməsi məsələsini həm cənab
10
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə