Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   2   3   4   5   6   7   8   9   ...   35

11
Yaqub Məğrur
Vətən naminə
Başçı ilə razılaşdırım, həm də mərkəzi kitabxananın
direktoruna tapşırım ki, çadır şəhərciyinə köçürüləcək
kitabxananı və digər inventarları hazırlasınlar.  
–  Yaxşı,  çox  sağ  olun,  Rəfiqə  xanım,  görü -
şənədək!-deyib  dərhal  cadır  şəhərciyinə  qayıtdım.
Olanları  həyat  yoldaşıma  danışdım.  Onun  necə
sevindiyini  gördükcə,  qəlbim  fərəh  hissiylə  dolur,
özümü dünyanın ən xoşbəxti hesab edirdim. Məlahət
xanım isə, həyatda mənə bəxş etdiyi övladlarımızla
birlikdə  çadır  evimizin  beş  addımlığındakı  kərpic
binanın daxilini, yəni kitabxananı yerləşdirəcəyimiz
otaqları  münasib  vəziyyətə  uyğunlaşdırmağa
başladılar.    
Səhər tezdən əvvəl redaksiyaya baş çəkdim. Na-
hardan sonra baş redaktordan icazə alıb, mədəniyyət
şöbəsinə  getdim.  Rəfiqə  xanım  məni  görcək,  “bəs
niyə gəlib çıxmırsan? Artıq hər şey hazırdır”-dedi.    
- Rəfiqə xanım, inanmazdım ki, bütün məsələlər
belə  operativ  şəkildə  həll  olunsun.  Odur  ki,  gərək
bağışlayasınız! – deyə cavab verdim. 
O, məni yanındakı cüssəli kişiyə təqdim edəndən
sonra dedi:     
- Yaqub müəllim, rayon Mərkəzi Kitabxanalar Sis-
teminin direktoru Əkbərağa Qurbanovla tanış olun!    
Biz əl verib tanış olduq. Rəfiqə xanım sözünə
davam etdi:    
- Hə, Əkbərağa müəllim, artıq gecdir, di tərpənin!
Qızları da götür, qoy kömək eləsinlər!  
- Baş üstə!   
Rəfiqə xanım üzünü mənə tutub dedi: 
-  Yaqub  müəllim,  sabah  yoldaşınızın  müvafiq
sənədlərini  gətirin,  kitabxananı  onun  adına


sənədləşdirək!  
- Oldu, Rəfiqə xanım!  
Həmin  gün  kitabxananı  bütün  avadanlıqları  ilə
birlikdə avtomobilə yığıb, çadır şəhərciyinə gətirdik.
Əkbərağa müəllim altı nəfər xanım işçisi ilə birlikdə
kitabxananın  daşınmasında  və  hətta  yerbəyer
edilməsində mənə yaxından kömək etdilər...   
Beləliklə 
mənim 
fəaliyyət 
qrafikim 
elə
müəyyənləşdi ki, həftənin beş gününü redaksiyada,
sonuncu  iki  istirahət  gününü  isə  kitabxanada
keçirməli olurdum. Kitabxananın oxucularının sayı
çox idi. Lakin günün sonuna doğru kitabxana boşalır
və mənim sərbəst vaxtım yaranırdı. Bu anda, sanki
ilham pərilərim qonaq gəlir və məni poeziya aləminə
çəkib aparırdı. Bu hal gələcək yaradıcılığımın məhək
daşına  çevrildi  və  mən  kitabxanada  xeyli  şeirlər
yazdım.     
Üstəlik  kitabxananın  nəzdində  “XUDAFƏRİN
NƏĞMƏLƏRİ”  Ədəbi  Birliyi  yaratdım.  Çadır
şəhərciklərində yaşayan onlarla şair təbiətli insanları
poeziya  dərnəyinə  cəlb  etdim.  Hər  ayda  bir  dəfə
dərnək üzvlərinin ümumi yığıncağını küçirir, şeirlərini
dinləyir,  qafiyələrində  düzəlişlər  edir,    “MƏHSUL”
qəzetində  çap  olunması  üçün  seçimlər  edir  və  bu
şeirləri dərc elətdirirdim...
O  vaxt  “MƏHSUL”  qəzeti A-3  formatında,  dörd
səhifəlik çap olunurdu. Dərc edilən yazılar isə, əsa -
sən rayonda mədəni-kütləvi tədbirlərin keçirilməsinə
və  tikinti-abadlıq  işlərinin  aparılmasına,  eləcə  də
təsərrüfatlarda  əkinçiliyin  və  heyvandarlığın  inkiş -
afına və s. həsr olunurdu.  
Mənim işə məsuliyyətlə yanaşmağım və yazdığım
12
Yaqub Məğrur
Vətən naminə


13
Yaqub Məğrur
Vətən naminə
yazılar, artıq Həmdulla müəllimin xoşuna gəlirdi. Odur
ki, elə növbəti ayda məni xüsusi müxbir vəzifəsinə
keçirdi...    
Artıq üç ay idi ki, mətbuatda çalışırdım. Qəzetin
materiallarının  hazırlanmasına  yaxından  kömək
etməklə bərabər, doğma yurd həsrətli, hicran yanğılı
şeirlər  də  yazmağa  başlamışdım.  Hətta  yeni
yazdığım ilk “ÇADIRDA” şeirini baş redaktora təqdim
edəndə, oxumamışdan əvvəl “kimin şeiridir?”-deyə
soruşdu. “Şeirin son bəndində müəllifin adı yazılıb”-
dedim.  Həmdulla  müəllim  şeiri  oxuyandan  sonra
eynəyinin üstündən məni süzə - süzə dilləndi:    
- Əşi, sənin şairliyin də var? Çox orijinal şeirdir.
Xırda qüsurlarını da düzəltsən lap əla olar.    
Mən cürətlənib soruşdum:  
- O dediyiniz qüsurlar düzəlsə, şeiri qəzetdə dərc
edərsinizmi?
Həmdulla müəllim gülümsünüb suala sualla cavab
verdi:   
- Əlbəttə! Yurd həsrətli şairin şeirini dərc etməmək
olarmı?     
Mən  daha  da  cəsarətlənib,  işə  düzələndən  bəri
qəlbimdə qövr eləyən fikri dilə gətirdim:    
- Hörmətli Həmdulla müəllim, çadır şəhərciyində
mənim kimi şair təbiətli insanlar çoxdur. Onların da
mətbuatda  dərc  oluna  bilən  kifayət  qədər  dəyərli
şeirləri var. Hətta “XUDAFƏRİN NƏĞMƏLƏRİ” Ədəbi
Birliyi də yaratmışıq. Odur ki, icazə versəniz, həm
dərnək üzvlərimizin, həm də yerli şairlərin şeirlərini
dərc etmək üçün qəzetimizin bir səhifəsini poeziya
guşəsinə çevirərik.    
- Axı qəzetimiz dörd səhifədən ibarətdir. Onun da


bir  səhifəsini  poeziyaya  ayırsaq,  rayonun  ictimai-
siyasi, sosial-iqtisadi və mədəni-kütləvi xəbərlərini
bəs harda dərc edəcəyik?     
Mən nə deyəcəyimi bilmədim. Baş redaktor isə,
bir qədər tərəddüddən sonra öz sualını özü cava -
blandırdı:   
- Eybi yox, bu, doğrudan da vacib məsələdir. Bu
barədə cənab başçı ilə danışaram. Əgər çap üçün
maddi  vəsaiti  artırarsa,  biz  də  qəzetin  səhifələrini
artırarıq. Sənin bu istəyin də reallaşar.
- Çox sağ olun, Həmdulla müəllim! - deyə hüdud-
suz sevincimi onunla bölüşdüm.   
...Qəzetimizin  növbəti  sayı  çapa  hazırlanarkən
baş redaktor bildirdi ki, bir səhifəni poeziya guşəsi
üçün ayırmışam, şeirlərinizi dərc etdirə bilərsiniz.
Qəzetin 
həmin 
sayında 
“XUDAFƏRİN
NƏĞMƏLƏRİ”  Ədəbi  Birliyi  təqdim  edir”  səhifə
başlığı altında dərnək üzvlərimizin şeirləri dərc edildi
və böyük rezonans doğurdu. Belə ki, yerli yazarlar
da çap olunması üçün şeirlərini dərhal redaksiyamıza
təqdim  etdilər.  Növbəti  saylarımızda  onlrın  da
şeirlərini dərc elədik.   
Bu minvalla iki il “MƏHSUL” qəzetində çalışdım.
Xırda həcmli çox sayda şeirlərimdən əlavə, real fak-
tlar əsasında Qarabağ olaylarından bəhs edən “ANA
SEVGİSİ” poeması da yazdım. Ancaq əsər həcmcə
böyük olduğuna görə onu qəzetdə hissə-hissə dərc
etdirmək fikrindən vaz keçdim.    
Nəhayət,  1998-ci  ilin  əvvəlində  Bakıya  köçməli
oldum. Şəhərdə məskunlaşandan sonrakı günlərin
birində  Azərbaycan  Yazıçılar  Birliyinə  yollandım.
“SAHİL”  parkının  kənarındakı  küçə  ilə  ad -
14
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə