Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   2   3   4   5   6   7   8   9   ...   35

15
Yaqub Məğrur
Vətən naminə
dımlayarkən, AYB-nin giriş qapısına bir az qalmış.
nəğməkar  şairimiz  Nüsrət  Kəsəmənli  təsadüfən
qarşıma çıxdı. Mən ona salam verdim. O isə əl verib
görüşdükdən sonra, “biz tanışıq?”-deyə soruşdu. Mən
gülümsünüb dedim:     
-  Siz  məni  tanımasanız  da,  mən  sizi,  vurğunu
olduğum  lirik  şeir  və  poemalarınızdan  tanıyıram.
Özüm də ki, “az-az uydururam, yeri gələndə”.     
Hörmətli şairimiz “bura mənim şəxsi ofisimdir”-
deyə  məni  qarşısında  dayandığı  binanın  daxilinə
dəvət etdi. Biz pilləkənlə ikinci mərtəbəyə qalxaraq,
bir kabinetə daxil olub əyləşdik. O, “qonağımız var,
çay gətir!”- deyə katibə - xanıma göstəriş verdi. Sonra
isə kimliyimlə maraqlandı. Çadır həyatından söhbət
etdikcə  kövrəldi.  Mən  gərginliyi  aradan  qaldırmaq
üçün pencəyimin cibindən çıxardığım on iki vərəqlik
şagird dəftərini ona tərəf uzadıb dedim: 
-  Nüsrət  müəllim,  o  qaçhaqaçlı  günlərdə  canlı
şahidi  olduğum  real  hadisələr  əsasında  yazdığım
“ANA SEVGİSİ” poemasıdır. Yazıçılar Birliyinə də, bu
poemanı  mötəbər  şairlərimizdən  birinə  göstərmək
üçün  gedirdim.  Qismətdən  qarşıma  ilk  çıxan  siz
oldunuz. Ona görə də xahiş edirəm ki, poemanı ox-
uyub münasibətinizi bildirəsiniz.
Şair dəftəri alıb vərəqlədikdən sonra dedi:   
- Sən bütün dəftəri doldurmusan ki, onu oxumağa
vaxt lazımdır. Ona görə də, mənə iki gün möhlət ver!
Boş vaxtlarımda oxuyub, münasibət bildirərəm . 
Sonra  o,  əlaqə  telefonunu    kiçik  bir  kağız  par -
çasına yazıb, mənə verərək dedi:  
- İki gündən sonra gəlib dəftərini də götürərsən,
rəyini də!


Razılaşdığımız  gün  onun  ofisinə  getməmişdən
əvvəl əlaqə telefonuna zəng etdim. Kimliyimi bilən
kimi  “hə..,  şair,  poemanı  oxudum,  ofisə  gəl,
danışaq!”- dedi.  
Mən dərhal sözügedən ünvana yollandım. Nüsrət
müəllim məni gülər üzlə qarşılayıb dedi: 
- Yaqub müəllim, poemada cərəyan edən dəhşətli
hadisələr  obrazlı  şəkildə  çox  gözəl  təsvir  olunub.
Ancaq  bir  neçə  yerdə  bəzi  sözlərin  təkrarına  yol
vermisən.  Bir  də  ki,  bəzi  qafiyələrin  yenidən
işlənməsinə  ehtiyac  var.  Çalış,  sözləri  şəkilçisi  ilə
deyil,  köküylə  qafiyələndir!  Bax  onda  bu  poema
Qarabağ müharibəsi mövzusunda yazılmış ən gözəl
əsərlərdən biri olacaq.   
Mən dəftəri qatlayıb cibimə qoya-qoya dedim:   
- Nüsrət müəllim, sizə əziyyət verdiyim üçün üzr
istəyirəm, dediyiniz düzəlişləri edəndən sonra poe-
maya yenidən nəzər salmağa vaxtınız olacaqmı?
- Əlbəttə, hazır olan kimi gətir, baxım!   
Sonra o, məni yola salanda gülümsünüb təkrar
dedi:
-  Bax  gözləyəcəm  ha..,  əsər  məni  çox
təsirləndirib, yenidən işləyib qurtaran kimi gətir!
-Yaxşı, Nüsrət müəllim, çox sağ olun!    
Bir həftədən sonra sözügedən poemanın yenidən
işlənmiş  variantını  hörmətli  şairimizə  apardım.  O,
daha  məni  gözlətmədi.  Poemanı  elə  dərhal  -
birnəfəsə oxudu. Bir - iki yerdə düzəliş etdi. Sonra
əlini şəstlə mənə uzadıb “təbrik edirəm, artıq əsər
çapa  tam  hazır  vəziyyətdədir!”-  dedi.  Bununla  da
Nüsrət müəllim mənim ədəbi mühitə daxil olmağıma
ilk zəmanət vermiş oldu.  
16
Yaqub Məğrur
Vətən naminə


17
Yaqub Məğrur
Vətən naminə
1998-2003-cü illərdə “İSTİNTAQ”, “RADİKAL”, və
“VAXT” kimi  mətbuat orqanlarında şöbə müdiri və
redaktor, 2001-2008-ci illərdə “ŞƏHİDLƏR” qəzetində
baş  redaktor  vəzifələrində  çalışdım.  Bu  və  digər
mətbuat orqanlarında araşdırmaçı məqalələrimdən
əlavə, kifayət qədər şeirlərim və publisistik yazılarım
da dərc olundu.    
2003-cü  ildə  isə  mətbuatda  topladığım  təcrübə
əsasında “TƏHQİQAT ”adlı ictimai - siyasi, hüquqi
qəzet  təsis  etdim.  Qarşımda  yazıb-yaratmaq  üçün
daha  geniş  meydan  açıldı.  Biləsuvar  rayonundan
köçüb  gələndən  bəri  donmuş  vəziyyətdə  qalmış
“XUDAFƏRİN  NƏĞMƏLƏRİ”  Ədəbi  Birliyinin
fəaliyyətini də bərpa etdim. Sözügedən qəzetin və
ədəbi birliyin çapı hazırda da davam etməkdədir.   
2005-ci ilin sonlarına doğru yaradıcılığım öz axarı
ilə inkişaf edirdi. Artıq hər biri 96 səhifəlik iki ümumi
dəftər həcmində şeirlərim var idi. Hər dəfə qəzetimiz
çapdan  çıxanda  həmin  şeirlərin  bəzi  seçmələrini
poeziya  guşəsində  dərc  edirdim.  Növbəti  dəfə
seçmələr apararkən, qəzetimizin məsul katibi Həqiqət
xanım etiraz edib, ciddi şəkildə dedi:    
-  Ay  Yaqub  müəllim,  nə  vaxta  qədər  şeirlərini
yalnız qəzetdə çap etməklə kifayətlənəcəksən? Axı
bu şeirlər sənin mənəvi övladlarındır. Onları seyfdə
saxlamaqla,  sanki  quşu  qəfəsə  salırsan.  Artıq  bu
şeirlərin kitab halında çap olunmasının vaxtıdır.    
Gülümsünüb soruşdum:  
- Bu hardan ağlına gəldi?    
- Düz deyir də.., Yaqub müəllim, şeiriyyatdan başı
çıxmayanların kitabları çıxdığı halda, niyə sizin bu
gözəl şeirləriniz kitab halında çap olunmamalıdır?-


deyə  digər  əməkdaşımız  Ellada  xanım  da  onun
təklifini dəstəklədi.     
- Hələlik mənim belə bir fikrim yoxdur!-deyə cavab
verdim.     
Bu məsələ ilə əlaqədar əməkdaşlarımız mənimlə
mübahisə etməyə başladılar. Bu anda qonşu otaqda
yerləşən “DÜNYAYA PƏNCƏRƏ” qəzetinin təsisçisi
və  baş  redaktoru,  ağsaqqal  yazıçı-publisist  Qalib
Qadir  redaksiyamıza  daxil  olaraq,  mübahisənin
səbəbini soruşdu. Xanım əməkdaşlarımız ona izah
etdilər. Qalib müəllim mənim şeir dəftərlərimi götürüb
nəzərdən keçirdikdən sonra dilləndi:  
- Yaqub müəllim, indiyə qədər nəsr əsərlərindən
ibarət on kitabım çapdan çıxıb. Ancaq poeziyanı da
yaxşı bilirəm. Xanımların dediklərində bir həqiqət var
ki, söz yığnağından ibarət şeir yazan bəzi adamlar
hər  ayda  bir  kitab  çıxarırlar.  Razı  olsan,  sənin
şeirlərini aparıb oxuyaram. Xoşuma gəlsə, kitabının
redaktoru olaram.    
- Qalib müəllim, dəftərdəki şeirlər müxtəlif vaxt-
larda 
yazdığım 
cızma-qaralardan 
ibarətdir.
Düzəlişlərə ehtiyac var. Hər dəfə bir neçə şeiri seçib
düzəltdikdən sonra qəzetdə dərc etdirirəm.   
- Təvazökarlığa ehtiyac yoxdur, Yaqub müəllim,
mən dəftərləri aparıram. Ancaq  bu qədər şeiri ox-
uyub fikir bildirmək üçün mənə dörd gün vaxt lazım
olacaq.
- Nə deyirəm ki, Qalib müəllim, atalar sözü var ki,
“azlıq  çoxluğa  tabedir”.  Səs  çoxluğu  ilə  siz  qalib
gəldiniz. Ancaq xahiş edirəm, dəftərləri qoruyun ki,
cırılıb eləməsin! 
-  Yaxşı,  narahat  olma,  dörd  gündən  sonra
18
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə