Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   2   3   4   5   6   7   8   9   ...   35

EDƏ-EDƏ
İlham pərilərim girib qəsdimə, 
Deyirlər şeir yaz, əl edə-edə!
Köçür xəyalımdan kağız üstünə,
Sözlər qələmimlə yol gedə-gedə.
Bəzisi hər yerdə coşub goplayır, 
Mənasız sözlərdən kitab çaplayır.
Arı gül-çiçəkdən şirə toplayır,
Yığdığı pətəkdən bal güdə-güdə.
Daim at oynadır yurdu atanlar,
Varlanır halala haram qatanlar.
Növbədə gözləyir xalqı satanlar,
Hər şeydən mənfəət, pul güdə-güdə.
İstərəm tez alaq doğma torpağı, 
Xalqımla parlasın yurdun növrağı!
Ucaldaq ay-ulduz, üç rəng bayrağı, 
Döyüşdə düşməni qul edə-edə.
Xainlər batıblar çirkə, çamura,
Tənə eyləyirlər Yaqub Məğrura.
Nə ola, Yaradan sala yağmura,
Paklaya, yağını lal edə-edə.
26
Yaqub Məğrur
Vətən naminə


27
Yaqub Məğrur
Vətən naminə
YAXŞI OLAR, 
VƏDƏ-VƏDƏ
Şirin gəlir mənə suyun, 
Çıxarırsan hər cür oyun. 
Qarşımda əymirsən boyun, 
Saymamazlıq edə-edə.
Nə gəzirsən eldən-elə?
Düşürsən hey dildən-dilə. 
Səhv edirsən bilə-bilə,
Şəxsi məqsəd güdə-güdə.
Orda-burda itmə, qardaş,
Fitnə-felə getmə, qardaş!
Dələduzluq etmə, qardaş!
Dada-duza gedə-gedə!
Haqsızlığa nifrət etsən,
Haqq yoluna cürət etsən,
Ədalətə doğru getsən,
Yaxşı olar, vədə-vədə.
Yol gedirsən ora-bura,
Tor qurursan dura-dura.
Sən Yaqubu sora-sora,
Vurma, ona zədə-züdə!


ÖZ YERİ 
(Nəzirə) 
Demə, fəsillərdə bahar yaxşıdır,
Payızın öz yeri, yazın öz yeri.
Bar-bəhər ağacın zinət-naxşıdır,
Çoxun öz yeri var, azın öz yeri.
Kaman da uludur, saz da uludur,
Onlar dağ çayının iki qoludur.
Səslər, şırıltılar xoş duyğuludur,
Kamanın öz yeri, sazın öz yeri.
Sevgidə əda da, naz da şirindir,
Məclisə, yar verən duz da şirindir. 
Əzizim, oğlan da, qız da şirindir,
Oğlanın öz yeri, qızın öz yeri. 
Müdrik adamlarda daz da gözəldir,
Yaşılbaş sona da, qaz da gözəldir.
Muğam da gözəldir, caz da gözəldir, 
Muğamın öz yeri, cazın öz yeri.
Gördüyün yuxunu yoz da yaxşıdır,
İsti də, soyuq da, buz da yaxşıdır. 
Yaşıl da, qara da, boz da yaxşıdır,
Qaranın öz yeri, bozun öz yeri.
28
Yaqub Məğrur
Vətən naminə


29
Yaqub Məğrur
Vətən naminə
NƏYƏ LAZIM 
(Nəzirə)
Əgər xərcləməyə tapılmırsa pul,
Barmağı barmağa sürt!-nəyə lazım?
Cahanın çox xalqı olubdursa qul,
Qəmli könüllərdə dərd nəyə lazım?
Bir söz ki, boğazdan keçib ötmürsə, 
Qonşu qonşusuyla yola getmirsə, 
Tülkü canavara səcdə etmirsə,
Daha təbiətdə qurd nəyə lazım?
Ac toyuq görürsə, darı yatanda,
Kasıb çörək tapır, karı çatanda.
Şeşi-beş düşmürsə, zəri atanda,
Taxta nəyə lazım, nərd nəyə lazım?
Dünyanın dərdini çəkən yoxdursa,
Doxsanı ac, yalnız onu toxdursa,
Azı möhkəmdirsə, çoxu loxdursa,
İnsan nəyə lazım, fərd nəyə lazım?
Türkə qənim çıxıb haylarla kürdlər,
Onlara arxadır super namərdlər.
Birini vuranda, qalxırsa “dördlər”,
Daha bu dünyada mərd nəyə lazım?


TAY OLA BILMƏZ
Yalan düzü tez-tez çəkir çarmıxa,
Sən isə şeytana tikirsən “çuxa”.
İmkanlı olsan da, xəsisliyindən, 
Paxıllıq hissiylə baxırsan toxa. 
Nədir, dövran edən sənin qanında? 
Xəbislik nə üçün gəzir canında? 
Niyə ədalətli danışan kəsin,
Ağzından vurursan, elin yanında?
De, nəyə lazımdır, düz yerdə pillə? 
Gərəkdir danışmaq ən şirin dillə. 
Hansı ağlı ilə, anlamıram mən,
Alimə dərs deyir, içi boş kəllə?
Millətim səs verir, hay-harayıma,
Niyə lağ edirsən, halal payıma?
Cavab qaytarmıram, hörmət edərək,
Ziyalı adıma, köklü soyuma.
Bil ki, hər sulu arx çay ola bilməz, 
Qış dərhal çevrilib, yay ola bilməz. 
Özgə kölgəsində ağalananlar,
Yaqub Məğrura heç tay ola bilməz.
30
Yaqub Məğrur
Vətən naminə


31
Yaqub Məğrur
Vətən naminə
GİRSİN PAXILIN 
GÖZÜNƏ
Var həyatın iki üzü, 
Həm əyrisi, həm də düzü.
Yuxulayan gerçək kimi,
Göstərir gecə - gündüzü.
Çöhrən ilə nur saçırsan,
Qaranlığa yol açırsan.
Müxənnətin sözü ilə,
Məndən nə üçün qaçırsan?
İzimiz vardır ölkədə, 
Dostlaşmalıydıq bəlkə də. 
Məəttələm, axı necə,
İnandın Nakəs Əhmədə?
Yaqub arzulayır yenə,
Ustad qayıtsın özünə.
Qoy bu zəfər çalan dostluq,
Girsin, paxılın gözünə!


“OV” VƏ “YEV”
Qalstuk tək sallaşmısan,  
Boğazımdan, sanki bir dev.
Üç əsrdir yapışmısan,           
Soy adımdan, “şanlı ov”, ”yev”.
Başımda hey turp əkmisən,               
Dillənəndə tor çəkmisən.    
Tərpənəndə qan tökmüsən,           
Əl-ayağı qanlı “ov”, ”yev”.
Düşünürəm, mənan nədir?           
Hiylələrin dərindədir.                 
“Ovla, ye..!” xislətindədir,            
Millətləri canlı, “ov”, ”yev”.
Talan etdin sərvətimi,                      
Gücləndirdin qüdrətini.               
Ancaq sonda millətimi,                   
Heçə satdın, manlı “ov”, ”yev”.
Torpağımı parça-parça                     
Verdin haya, kürdə, farsa.                    
Gözün düşüb, artıq Qarsa,            
Niyyəti düşmanlı “ov”, ”yev”.
Sanki hopmusan qanıma,                  
Ox tək batmısan canıma.         
Şərikmisən, ad-sanıma?                 
Qopara bilmirəm səni                         
Soy adımdan, “sanlı ov”, ”yev”.
32
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə