Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   2   3   4   5   6   7   8   9   10   ...   35

33
Yaqub Məğrur
Vətən naminə
ORDAN BURA, BURDAN ORA...
İnsan oğlu köçür yaman,
Ordan bura,burdan ora.
Nə tez qəlib keçir zaman,
Ordan bura, burdan ora?
Əngəlləyir iç işimi,
Özəlləyir keçmişimi.
Talan edir köçmüşümü,
Ordan bura, burdan ora.
Millət düşür dilə-dişə,
Sərvət gedir üçə-beşə.
Zülm edilir zəhmətkeşə, 
Ordan bura, burdan ora.
Yağı bizi xar istəyir,
Dünyamızı dar istəyir.
Tanrı bizi var istəyir,
Ordan bura, burdan ora. 
Yol qedirsən biri ilə, 
Bır az keçir, qalxır zilə.
Sənə atir bilə-bilə,
Ordan bura, burdan ora.
Ta... keçmişdən qəlirəm mən,
Tariximi bilirəm mən. 
Gələcəyə gedirəm mən,
Ordan bura, burdan ora.


Haqq deyirsən birisinə, 
Lağa qoyub qülür sənə.
Hegemonluq edir yenə,
Ordan bura, burdan ora. 
Nəhayət ki, yardıq buzu,
Qurduq cəsur ordumuzu.
Alacağıq yurdumuzu,
Ordan bura, burdan ora.
Düşmən alıb yurd –yuvamı, 
Zəhərləyib su-havamı. 
Köçkün salıb el-obamı, 
Ordan bura, burdan ora. 
Yaqub Məğrur zor eyləyər,
Sözlərini tor eyləyər.
Düşməni tar-mar eyləyər, 
Ordan bura, burdan ora..
34
Yaqub Məğrur
Vətən naminə


35
Yaqub Məğrur
Vətən naminə
DANIŞSAN ÖZGƏNİNKİDİ
(Nəzirə)
Ovu vursan bərəsində,
Gözün qalmaz gerisində.
Şəxsi işlər barəsində
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Sirrini verməsən yada,
Başın çəkməz heç vaxt qada.
Yerli-yersiz bu dünyada
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Dosta desən istəyini,
Əsirgəməz dəstəyini.
Amalını, məsləyini
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Özünü bir dahi sanıb,
Həqiqəti qəsdən danıb,
Əda ilə lovğalanıb
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Ağır olur dəvə yükü,
Var hər kəsin əsli, kökü.
Qəlbindəki ciki-biki
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.


Yurdu vermə, əldən ələ,
El düşməsin dildən dilə.
Kor-koranə, elə-belə
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Əgər işin düşsə bədə,
Meydan açar gədə-güdə.
Saymamazlıq edə-edə
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Xainlər söz ata-ata,
Çəkər səni təxribata.
Sən də uyub xurafata
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Ey dost, düşmə dağa, daşa,
Dövranını vermə boşa!
Daha artıq gəlib cuşa
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
Yaqub, cala sözü sözə!
İnci kimi düzə-düzə.
Çətinliyə dözə-dözə
Danışmasan səninkidi,
Danışsan özgəninkidi.
36
Yaqub Məğrur
Vətən naminə


37
Yaqub Məğrur
Vətən naminə
EYLƏ
Nəfsini cilovla, gözü ac insan,
Çalış, qənaətlə cavanlıq eylə!
Var-dövlət aşsa da daim başından,
Saxla, ac qalanda yavanlıq eylə!
Qəsd ilə daş atma, özgə bostana,
Düşmənə düşmən ol, dost ol dostuna!
Mərdanə bir insan çıxsa rastına,
Sən də layiqincə rəvanlıq eylə!
Heç zaman baş əymə, sən haram pula,
Həmişə dayaq ol, yetim-yoxsula!
Fəqir-füqəraya, köləyə, qula,
Arxa dur, ürəkdən həyanlıq eylə!
Yaqubun sözünü qəribə salma,
Haqqa, ədalətə biganə qalma!
Daha havayıdan xəyala dalma,
Yalnız həqiqəti bəyanlıq eylə!


BAYRAQ 
(marş)
Bəşər övladının qürur mənbəyi,
Əbədi fəxarət anıdı bayraq.
Hər xalqın vicdanı, qəlbi, mənliyi,
Dövləti, sərvəti, canıdı bayraq!
NƏQARƏT_(2)_He...y!_Göylərə_ucalır,_yenməz_bayrağım,_Parlaq_ay-ulduzu_sönməz_bayrağım!_(2)_*_*_*'>NƏQARƏT (2)
He...y!
Göylərə ucalır, yenməz bayrağım, 
Parlaq ay-ulduzu sönməz bayrağım! (2)
* * *
Özünü yurduna fəda edənin, 
Azadlıq uğrunda qurban gedənin, 
Döyüşdə şəhidlər verən Vətənin,
Al qana boyanmış donudu bayraq. 
NƏQARƏT (2)
* * *
Millətin vüqarı, gücü, qüdrəti,
İgidlik, cəsurluq, ər qətiyyəti,
Hər Vətən oğlunun namus-qeyrəti, 
Şərəfli adıdı, sanıdı bayraq.
NƏQARƏT (2)
* * * 
Üç rəngli bayrağım ulduzlu, aylı,
Türklük, müasirlik, islam halaylı,
Azərbaycanımın o tay - bu taylı,
Əbədi şöhrəti-şanıdı bayraq.
38
Yaqub Məğrur
Vətən naminə


39
Yaqub Məğrur
Vətən naminə
NƏQARƏT (2)
* * *
Müstəqil xalqların dövlət rəmzidi,
Qəlbdə fontan vuran cürət rəmzidi.
Ulu babaların qeyrət qəbzidi,
Yaqubun ürəyi, qanıdı bayraq. 
NƏQARƏT (2)
* * *
HAYDI, TEZ SİLAHLANIN! 
(marş)
Ey Vətən övladları, torpağın işğal olub,
Əsirlikdə qızların yanağı gül tək solub. 
Gözləməkdən gözləri kədərlə, qəmlə dolub.
NƏQARƏT 
Haydı, tez silahlanın, qisas vaxtı çatıbdı! 
Düşmən elə bilər ki, Türk milləti yatıbdı.
* * *
Erməni üstümüzə hücum edib bağırdı,
Vətən bizə üz tutub hey köməyə çağırdı.
Daha dözə bilmirik, bu dərd yaman ağırdı. 
NƏQARƏT
* * *
Qarı düşmən arxadan bizə zərbə vurubdu,
Arxalanıb ruslara, eməni qudurubdu. 
Türk oğlu haqq eyləyib, dığaları qırıbdı.


NƏQARƏT
* * * 
İllərlə atəşkəsi düşmənlər hey pozublar, 
Bizimkilər səbrlə bu dərdə çox dözüblər.
Xalqımız gözləməkdən yorulublar, beziblər. 
NƏQARƏT
* * *
On illərdir, Şuşanın gözləri yollardadı,
Kəlbəcərin, Laçının qolları qandaldadı.
Cəbrayılım, Füzulim, Ağdamım,.. nə haldadı?
NƏQARƏT 
* * *
Azərbaycan yüz ildir haray çəkib səsləyir,
Qarabağla Zəngəzur azad olmaq istəyir.
Ana Vətən inləyir, bizdən kömək gözləyir. 
NƏQARƏT 
* * *
Yaqub Məğrur, harayla, çağır, qoç ərənləri!
Qələm-kağızla birgə silah götürənləri,
Qarabağın uğrunda döyüşə gedənləri.
NƏQARƏT
* * *
40
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə