Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

41
Yaqub Məğrur
Vətən naminə
CAN QARABAĞ
(marş)
Doğma yurdu salıb yada, 
Boylanıram pəncərəyə.
İstəyirəm gedib orda, 
Lərzə salım dağ-dərəyə.
NƏQARƏT
Gözlə məni, can Qarabağ!
Dönəcəyəm mən geriyə.
* * *
İstərəm ki, gedib çatam, 
Xocavənddən Qubadlıya.
Laçından da gedib çıxam, 
Ağdamdakı minarəyə.
NƏQARƏT 
Gözlə məni, can Qarabağ!
Dönəcəyəm mən geriyə.
* * * 
Gələcəyəm Kəlbəcərdən, 
Xahkəndinə, Füzuliyə. 
Gələcəyəm Zəngilandan,
Xocalıya, Ağdərəyə.
NƏQARƏT
Gözlə məni, can Qarabağ!
Dönəcəyəm mən geriyə.


42
Yaqub Məğrur
Vətən naminə
* * *
Çıxacağam Cəbrayıldan, 
Şuşa boyda bir zirvəyə. 
Bu çox illik savaşları
Çatdırmaqçün qələbəyə.
NƏQARƏT
Gözlə məni, can Qarabağ!
Dönəcəyəm mən geriyə.
* * *
Yaqub deyir, birləşdirək, 
Naxçıvnı Azəriyə!
Gələcəyəm Mərcanlıdan,
Ordubaddan mən Mehriyə. 
NƏQARƏT
Gözlə məni, can Qarabağ!
Dönəcəyəm mən geriyə.
* * *


43
Yaqub Məğrur
Vətən naminə
AZƏRİ-TÜRK YURDUNUN 
CƏSUR ƏSGƏRİ 
(marş)
Düşmən mövqemizə girən zamandan, 
Kükrədin sel kimi, coşdun ər kimi.
Ox kimi sıyrıldın, sanki kamandan,
Döyüş meydanına çıxdın nər kimi.
Çarpışdın yağıyla mahir şir kimi.
NƏQARƏT (2) 
He...y!
Azəri-türk yurdunun cəsur əsgəri,
Həmişə döyüşə hazır əsgəri!
* * * 
Güvəndin sən yalnız öz iradənə, 
Üçrəngli bayrağı ucaltdın yenə.
Rəqibi əydirdin dövlət himninə,
Düşməni sındırdın çətin zamanda.
Özünü tanıtdın bütün cahanda.
NƏQARƏT (2)
* * *
Dəyəri yüksəkdir hər dağın, daşın,
Torpağı qorusan ucalar başın.
Hərbi borcu vardır hər bir yurddaşın,
Vətən qarşısında, xalq qarşısında. 
Ədalət, sədaqət, Haqq qarşısında.


44
Yaqub Məğrur
Vətən naminə
NƏQARƏT (2)
* * *
Yad et şəhidləri, gənc ərənləri,
Qurtar əsirlikdən qız-gəlinləri!
Qov, yurdu talayıb tən bölənləri,
Azad et, işğalda qalan torpağı!
Ucalt, Qarabağda Milli Bayrağı!
NƏQARƏT (2)
* * *
Ey Ana Vətənin düşmən çəpəri,
Can Azərbaycanın sərhəd sipəri,
Tanrı qəlbin dolu versin təpəri, 
Yağı qarşısında dağ ol, qardaşım!
Yaqub Məğrur deyir, sağ ol, qardaşım!
NƏQARƏT (2)
* * *


45
Yaqub Məğrur
Vətən naminə
AZƏRBAYCAN ORDUSU
Elin aman yeridir,
Xalqın uman yeridir.
Ümid, güman yeridir, 
Azərbaycan Ordusu.
Torpağına can verir,
Özünü qurban verir.
Yurda şərəf-şan verir,
Azərbaycan Ordusu.
Yarır düşmən səddini,
Göstərir öz həddini. 
Yaradır sərhəddini,
Azərbaycan Ordusu.
Vətənimiz bölünməz, 
Tarixlərdən silinməz.
Düşmənlərə yenilməz, 
Azərbaycan Ordusu.
Millətinə bağlıdır,
Babəkdir, Koroğludur. 
Türk oğlu türk oğludur,
Azərbaycan Ordusu.
Xalqın qətiyyətidir,
Qüruru, qüdrətidir.
Namusu, qeyrətidir,
Azərbaycan Ordusu.


Şuşada yandıracaq,
İnşallah ki, gur ocaq.
Ay-ulduzlu bayrağı 
Xankəndinə sancacaq, 
Azərbaycan Ordusu.
VƏTƏN NAMİNƏ 
Muğanda bir el var, Cəbrayıl adlı,
Elə bil, qırılıb durna köçündən.
Keçsə də günləri toylu-büsatlı,
Bir hicran yanğısı qalxır içindən.
Yaşayıb ailə qayğılarıyla, 
Şoran torpaqlara toxum əkirlər.
Doğma yurdlarına sayğılarıyla,
Keçmişi düşünüb həsrət çəkirlər.
Qonub xəyalların qanadlarına,
Uçurlar elə he...y vətənə sarı.
Hətta üz tuturlar Haqq dərgahına,
Ancaq reallaşmır bu arzuları.
Düşüblər İblisin labirintinə,
Fırlanıb gəlirlər eyni nöqtəyə.
Vacibdir sığınmaq el qüdrətinə,
Lazımdır son qoymaq özgə diqtəyə.
Düşmən at oynadır oylaqlarımda,
Zəngin torpağımın qanın sorurlar.
İşğal eylədiyi yaylaqlarımda,
İndi bir qondarma “dövlət” qururlar.
46
Yaqub Məğrur
Vətən naminə


47
Yaqub Məğrur
Vətən naminə
Dünya göz yumursa bu cinayətə, 
Biz Vətən naminə can qoyaq gərək!
Xalqıma edilmiş bu xəyanətə,
Səfərbər olmaqla son qoyaq gərək!
Gəlin, nöqtə qoyaq qəmə, həsrətə,
Bir səfər eyləyək doğma torpağa.
Yetər ki, bu qədər dözdük zillətə,
Gedək, sahib çıxaq tam Qarabağa! 
Yaralı qartala bənzəyir indi,
Param-parçalanmış Azərbaycanım.
Yaqubun döyüşən qələmi dindi,
Qurtulsun işğaldan öz gülüstanım!
Artıq sona çatsın uzun hicranım!
MƏRCANLI
Bir vaxtlar qoynundan qanadlanmışam,
Ey doğma yurd-yuvam, elim Mərcanlı!
Həmişə mən səni ana sanmışam,
Ay ana qucağım, gülüm Mərcanlı!
Köçkünlük yazıldı taleyimizə,
Düşmən həmlə etdi qəfildən bizə.
Didərginlik düşdü qismətimizə,
Puç oldu gör neçə ilim, Mərcanlı!
Neçə əmanətim uyuyur səndə, 
Yalqız məzarlıqda-Cüllab düzündə.
Təki, yol açılsın adi bir gündə,
Səni ziyarətə gəlim, Mərcanlı!


İtkin düşənlərin var on dörd ərən,
Döyüşdə əlli bir şəhidlər verən.
Varmı, ölkəmizdə belə kənd, görən?
İgidlər oylağı elim Mərcanlı!
Sənsiz dolanmayır fikrim- xəyalım,
Sənə qovuşmaqdır, yalnız amalım.
Qoy gəlim, səcdəndə durum, kam alım, 
Ay pirim, ocağım, ləlim Mərcanlı!
Gəlir xəyalıma “Çoban bulağı”, 
Suyu diş göynədən Zəm-zəm zolağı.
Vardı, dağ döşündə yeddi dolağı,
Hansını söyləsin dilim, Mərcanlı!
Taxıl əkilərdi Teştək düzündə,
Davar oylağıydı Gəyən düzün də.
Susuzluq sönərdi bulaq gözündə,
Ay varlı-dövlətli çölüm Mərcanlı.
İstərəm başlasın köçüm geriyə,
Dostlarla baş çəkək “Qara dərə”yə.
And içək Allaha, halal çörəyə,
Düşmənə yetirək ölüm, Mərcanlı!
Cəbrayıl elinin qızıl tacıydın,
Fəqir-füqəranın son əlacıydın.
Bütün el-obanın ehtiyacıydın,
Heyif.., çatmır sənə əlim, Mərcanlı! 
Səndə izləri var qanlı illərin,
Tarixlər yaşadır geniş çöllərin.
48
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə