Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

49
Yaqub Məğrur
Vətən naminə
Hanı, dəliqanlı gəlhagəllərin?
Ay coşub kükrəyən selim Mərcanlı!
Həsrətlə yaşamaq, yaşamaq deyil,
Ağlamaq el yükü daşımaq deyil.
Dayanıb gözləmək, loşumaq deyil,
Yəqin tab gətirər belim, Mərcanlı!
Yaqubun qələmi dar ağacıdır,
Düşməni məhv edən zor ağacıdır.
Yandırıb kül edən qor ağacıdır,
Zəhmindən yox olar zülüm, Mərcanlı!
GÖZLƏ, QARABAĞIM, 
DÖNÜB GƏLİRƏM!
Keçdi həyatımdan bir payız yenə,
Ömrün təmtəraqlı ili azaldı.
Həyat kitabımın vərəqlərinə,
Bir ağ səhifə də belə yazıldı.
Dərdlərim sinəmdə dönüb yaraya,
Haraylı illərim keçir dalbadal.
Həsrətdən çevrilib günüm qaraya,
Ayrılıq qəlbimi edir halbahal.
Barı, tez güləydi bəxtim üzümə, 
Təki, alınaydı geri Qarabağ.
Yağı şırım çəkir hər dağ-düzümə,
İzimi yox edən cəlladlara bax!
Yurdsuz yaşamaqdan bezmişəm daha,
Hicran alovunda yanıb ölürəm.


Üzümü tuturam Böyük Allaha,
Gözlə, Qarabağım, dönüb gəlirəm!
Yaqub, qalxıb qoşul, durna köçünə,
Qartaltək şığıyıb qopar fırtına!
Qəfil vəlvələ sal, düşmən içinə,
Qayıt, qalib kimi doğma yurduna!
AZƏRBAYCAN POLİSİ 
Biganə deyildir heç bir işində,
Can qoyur həyatın keşməkeşində.
Dayanır xalqının asayişində.
Çiyində paqonu, dildə bəlisi,
Gəzir cəsur Azərbaycan polisi.
O bir od-alovdur, yoxdur sönməyi,
Qət edir keçilməz səddi, xəndəyi, 
Sayılır millətin qürur mənbəyi.
Zirvədə yerləşir onun pilləsi,
Süzürcəsur Azərbaycan polisi.
Həm arxa cəbhədə, həm ön cəbhədə,
Yenilməz, qalsa da daim təpkidə.
Nə qədər gəlsə də yağı kəf, hədə, 
Sındırmaz onları düşmən tələsi,
Dözər cəsur Azərbayca polisi.
Əldə əsas tutur o, şah qanunu, 
Qoruyur dövlətin şərəf-şanını, 
Verir azadlığa, yurda canını.
Düşməni məhv edir onun gülləsi,
Əzir cəsur Azərbaycan polisi.
50
Yaqub Məğrur
Vətən naminə


51
Yaqub Məğrur
Vətən naminə
QALIB BƏS HARDA
Erməni ləqəbli, hay adlı yağı,
İşğal eləyiblər doğma torpağı,
Çəkiblər qəlbimə bir sinə dağı.
Əlimdən alınıb sərvət də, var da,
Görəsən ədalət qalıb bəs harda?
Xainlər vurublar as ərənləri,
Qəlbindən intiqam püsgürənləri,
Millətə doğru yol göstərənləri.
Yurd-yuvam işğalda inləyir darda,
Görəsən cəsarət qalıb bəs harda?
Deyirlər, lazımsa yurdu alarıq,
Bütün Qarabağa sahib olarıq,
Yeni qəsəbələr, kəndlər salarıq.
Bəs niyə getmirik o doğma yurda?
Görəsən hərəkət qalıb bəs harda?
Atını dörd nala çapır talanlar,
Danır öz zatını fitnə salanlar,
Haqqı, ədaləti kəsir yalanlar.
Inamım sızlayır hey ahu-zarda,
Görəsən həqiqət qalıb bəs harda?
Nədir, cövlan edən insan qanında,
Qılınclar paslanıb, qalıb qınında,
Gədalar canını alır xanın da.
Tülkülər oxuyur meydan boz qurda,
Görəsən ləyaqət qalıb bəs harda?


Üzünə dayanır qardaş-qardaşın,
Sənə arxa durmur, dostun-sirdaşın,
Zərbəni arxadan vurur yurddaşın.
Onunçün inləyir kaman da, tar da,
Görəsən sədaqət qalıb bəs harda?
Hanı haqq-ədalət, hanı səxavət?
Hanı and içənlər, hanı zəmanət?
Hanı ülvi sevgi, hanı hərarət?
Oğlanlar qızları aldadır barda,
Görəsən məhəbbət qalıb bəs harda?
Qadınla dəyişir kişi donunu,
Saxlayır ərliyin yüzdə onunu,
Cinsi azlıqlara verir sonunu.
Onunçün yarına baş əymir yar da,
Görəsən xəcalət qalıb bəs harda?
Ağsaqqal, ağbirçək saymayır qızlar,
Ata-anaları ah çəkib sızlar,
Gəlinin saçını yolur baldızlar.
Gedib əlimizdən həya da, ar da,
Görəsən mərifət qalıb bəs harda?
Ayırmaq olmayır qızılı misdən,
Haqlını haqsızdan, yaxşını pisdən,
Yaqub da soruşur indi hər kəsdən:
Hissimiz donubmu şaxtada, qarda?
Görəsən nəzarət qalıb bəs harda?
52
Yaqub Məğrur
Vətən naminə


53
Yaqub Məğrur
Vətən naminə
SONU ÖLÜMDÜ
Tanrı verib qoşa bilet insana?
Birincisi bu dünyaya gəlimdi. 
Tale yazıb, ömür verib hər cana, 
Sonuncusu axirətə gedimdi.
Ömür qısa, yaşam gözəl, can şirin,
Həyat bir ümmandır, dərindən dərin.
Əməli təmizdi yurd sevənlərin,
Bəd niyyət adamın sonu zülümdü.
Talelər həyatın taqqataqqımı?
Qoymaram tapdasın kimsə haqqımı.
Tarixdə çox işğal görən xalqımı,
Əbədi yaşadan Ana dilimdi.
Xain düşmən zərbə vurub millətə, 
Xalqımız qatlaşıb hər cür zillətə. 
Qəfildən qərq olan qara zülmətə,
Gözəl Qarabağım doğma elimdi.
Məkanı Cənnətdi Haqq sevənlərin, 
Yeri Cəhənnəmdi küfr edənlərin. 
Həm yaxşı, həm də pis ömr edənlərin,
Dünya həyatının sonu ölümdü.
Ömür gəlib keçir bir dar macaldan,
Yaqub Məğruru da dərddi qocaldan.
Məni zirvələrə, göyə ucaldan, 
Yazdığım şeirdi, pak əməlimdi.


BAĞIŞLA MƏNİ
Allahım, əfv elə, bağışla məni,
Etdiyim hər səhvə, günaha görə!
Rica edirəm ki, ucalt bəndəni, 
Sənə gətirdiyim pənaha görə!
ANA
Rəvayətlər, dastanlar qoşulsa da adına,
Hələ tam oxunmamış sirli sətirdi ana.
Açılmış çiçək kimi qoyulsa da güldana,
Sanki qoxulanmamış güldü, ətirdi ana. 
Allahın qüdrətiylə həyatın davamına,
İlahi varlıq kimi övlad gətirir ana.
Övlad düşməsin deyə, fələyin bəlasına,
Sanki ona sipərdi, qalxan, çətirdi ana. 
Tanrı ona nə versə bəxş edir övladına,
Gecə-gündüz şam kimi yanır onun oduna.
Qala bilməz övladın taleyinə biganə,
Göydə Allah, yerdə o,yeganədi yeganə.
POETİK DEYİMLƏR
İnsan oğlu halallıqla çəkməlidir zəhmətini,
Ki, qazansın ölməmişdən Axirətin rəhmətini.
* * *
Həyat sınaq meydanıdır, yerdən Haqq dəgahınadək,
Ömür yolu imtahandır, doğulandan son anadək.
54
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə