Avtomobil yolunun
Qanun yazanıdır o.
Dövlət yol polisinin
Qayda yozanıdır o.
(Ərşad Hüseynov)
* * *
Saxta mallar aşkarlayır,
Uca tutur şah qanunu.
Sağlam olmaqçün qoruyur,
İstehlakçı hüququnu.
(Eyub Hüseynov)
* * *
Artıq xeyli vaxtdan bəri
İnsanları əmin edir.
İş axtaran işsizləri
Asta-asta təmin edir.
(Elxan Rəhimov)
* * *
İlk qadın polis kimi
Hüquqları arayır.
Kapitan rütbəsini
O, şərəflə qoruyur.
(Şəfiqə Qəribqızı)
* * *
Soraqlayır el-obanın
Toy-büsatlı yerlərini.
Səsləndirir qarmonunun,
O, şirmayı dillərini.
(Vahid Məstəliyev)
150
Yaqub Məğrur
Vətən naminə
151
Yaqub Məğrur
Vətən naminə
* * *
Elmin dolaylarında
Bu alim can qoyubdu.
Fəlsəfə doktorluğu
Ona qismət olubdu.
(Vaqif Məstəliyev)
* * *
İnformatika elmində
Tapıb sanki bir xəzinə.
Ürəklə rəhbərlik edir,
Bilgisayar mərkəzinə.
(İsmayıl Yusifoğlu)
* * *
Ömrü boyu məruz qaldı,
Sağlam uşaq həsrətinə.
Səbri ilə nail oldu,
Şirin övlad qismətinə.
(Vidadi İbrahimli)
* * *
O daşıyır yükünü,
Gah dağa, gah arana.
Çəkir əziyyətini,
Bəlkə bəxti oyana.
(Arif İbrahimli)
* * *
VKÇ Karatenin
Ölkə üzrə sərdarı,
Yetişdirib onlarla
Dünya çempionları
(Nurəddin Quliyev)
* * *
“Enşin Karate”nin var,
Öz çempion rəhbəri.
Zirvələrə daşıyır,
Bacarıqlı gəncləri.
(Zahir Mirişov)
* * *
Dağdan ağır eli var,
Tibdə qırx dörd ili var.
Xəstələrə uğurla
Şəfa verən əli var.
(İsmayıl Şahverdiyev)
* * *
Bölgələrdən də gəlir,
Onun həkim sorağı.
Əməliyyat eyləyir,
Burun, boğaz, qulağı.
(Sahib Səmədov)
* * *
Yaxşı diş həkimidi,
Ağrının qənimidi.
Hippokratın andına,
Sadiqdi, səmimidi.
(Bəxtiyar Məmmədli)
152
Yaqub Məğrur
Vətən naminə
153
Yaqub Məğrur
Vətən naminə
* * *
İstedadı özəldi,
Həkimliyi gözəldi.
Bacarıqlı əlləri,
Muncuq dişlər düzəldir.
(Rəşad Həkim)
* * *
Qopardığı hay-küyü
Bürümüşdür hər yanı.
Zarafat eyləməyi
Güldürür hər insanı.
(Xıdır Əliyev)
* * *
Dünyaya tək gəlib o,
Yetim qalıb əzəli.
Xalq artisti olub o,
Söz-söhbəti məzəli.
(Arif Quliyev)
* * *
Həmişə cəsarətlə
O, qoruyur mərdləri.
Yumorla, şəbədəylə,
Ram edir namərdləri.
(“Molla Nəsrəddin”)
* * *
Satirik təmas qurur,
Mətbuatda çoxuyla.
Hədəfləri düz vurur,
“KİRPİ”sinin oxuyla.
(Polad Qasımov)
* * *
O, tənqidi yazıyla
Daim “burur” qulağı,
Kəsərli “Dəryaz”ıyla,
Təmizləyir alağı.
(Habil Tağısoy)
* * *
Bu qəzəlxan şairin
Əla təbliğatı var.
İctimai kanalda
Saz-sözlü “...Sovqat”ı var.
(Əli Aslanoğlu)
* * *
O, şirin ləhcəsiylə
Şənləndirir ovqatı.
Ekranlardan paylayır,
Xalqa “Səhər sovqatı”
(Nərgiz Nəzirli)
* * *
Söz deməyə ərki var,
El-obaya görkü var.
Uzaq Mingəçevirdə
Sözdən şeir mülkü var.
(İsmayıl İmanzadə)
154
Yaqub Məğrur
Vətən naminə
155
Yaqub Məğrur
Vətən naminə
* * *
Professor şair o,
Söz deməyə mahir o.
Heyf ki, ara sözünü,
Hərdən gerçək sayır o.
(Ənvər Əhməd)
* * *
Həmişə dəm vurardı,
Söz üstə durmasından.
Lazım olanda qaçdı,
Sözünün arxasından.
(Yalançı Qaçağanov)
* * *
Bir muzeydə izi var,
Çək-çevirli sözü var.
Hətta adi tükdə də,
Xeyir tapan gözü var.
(Qarayel Abbaslı)
* * *
Qəlbi sözlə doludu,
Qələmi simvoludu.
O, getdiyi yol, ulu
Nizaminin yoludu.
(Nizami Süleyman)
* * *
Faktı arayandı o,
Hüquq qoruyandı o.
Dostları ilə paylaş: |