Yaqubun məktubu g r



Yüklə 74,33 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü74,33 Kb.
#1965


YAQUBUN MƏKTUBU  

G R Ş  

«Yaqubun Məktubu»

 «millətlər arasına səpələnmiş on iki qəbiləyə» 

ünvanlanıb. Bu məktubda təcrübi təlimatlar və öyüd-nəsihətlər var. Müəllif 

məsihçi münasibətlərini və davranışını öyrətmək üçün məcazi mənada bir 

çox ifadələr işlədir. Yaqub məsihçi nöqteyi-nəzərindən bir çox mövzulara 

toxunur. O öz məktubunda var-dövlət, yoxsulluq, sınaqlar, yaxşı davranış, 

iman və əməllər, dilimizdəki sözlər, müdriklik, münaqişələr, qürur və 

itaətkarlıq, başqalarını mühakimə etmək, öyünmək, səbir və digər vacib 

mövzulardan yazır. Yaqubun məktubu məsihçilərə imanla bərabər əməlləri 

də tətbiq etməyi vurğulayır.  



Kitabın məzmunu:  

1:1-18 Sınaqlara dözmək  

1:19-27 Eşitmək və icra etmək haqqında  

2:1-13 Var-dövlət və yoxsulluq  

2:14-26  man və əməllər  

3:1-12 Dil haqqında  

3:13-18 Həqiqi müdriklik  

4:1-17 Allaha tabe olmaq haqqında  

5:1-6 Varlılara xəbərdarlıq  

5:7-20 Səbir haqqında  

 

1 *


Allahın və Rəbb  sa Məsihin qulu mən Yaqubdan millətlər arasına 

səpələnmiş on iki qəbiləyə

a

 salam!  



Sınaqlara dözmək  

Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc 



hesab edin. 

Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm 



yaradır. 

Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar 



olasınız, heç bir çatışmazlığınız olmasın.  

Ə



gər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və 

məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. 

Amma qoy 



                                                 

 

*



1:1 

Mat. 13:55; Mark 6:3; Həv. 15:13; Qal. 1:19 

 

a

1:1 On iki qəbiləyə 



– yəni imanlılara. 


heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin 

qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir. 

Qoy belə adam 



düşünməsin ki, Rəbdən bir şey alacaq. 

O qərarsızdır, heç bir yolunda sabit 



deyil.  

9 *


Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin, 

10 


varlı qardaşsa öz həqirliyi ilə 

fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. 

11 

Günəş çıxır, 



bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi 

itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.  

12 

Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra 



Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq. 

13 


Sınağa düşəndə qoy 

heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa 

çəkilmir və Özü də heç kimi sınağa çəkmir. 

14 


Lakin hər kəs öz ehtirası ilə 

aparılıb yoldan çıxarılaraq sınağa çəkilir. 

15 

Sonra ehtiras boylu qalıb günah 



doğurur. Günah da yetişəndə ölüm törədir.  

16 


Ey sevimli qardaşlarım, aldanmayın: 

17 


hər yaxşı bəxşiş və hər kamil 

hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan 

nurlar Atasından

b

 gəlir. 



18 

O Öz iradəsinə görə həqiqət kəlamı ilə 

doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.  

Eşitmək və icra etmək  

19 


Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz 

söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun. 

20 

Çünki insanın 



qəzəbi Allahın salehliyini hasil etmir. 

21 


Buna görə də hər cür murdarlığı və 

dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə 

qadir olan kəlamı həlimliklə qəbul edin.  

22 


Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. 

23 


Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün 

cizgilərinə baxan adama bənzəyir: 

24 

O öz-özünə baxır, kənara çəkilir və 



dərhal necə olduğunu unudur. 

25 


Lakin kamil qanuna, azadlıq qanununa 

diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; 

belə adam öz işində nə bəxtiyardır!  

26 


Ə

gər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini 

aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur. 

27 


Ata Allahın 

hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların 

ə

ziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.  



                                                 

 

*



1:9-11 

Yeş. 40:6-7 

 

b

1:17 Nurlar Atasından 



– yəni nur Olan və səma cisimlərini yaradan Ata 

Allahdan. Bax: Yar. 1:14-19; 1Yəh. 1:5. 




Qardaşlarım, izzətli Rəbbimiz  sa Məsihə iman edənlər olaraq insanlar 



arasında tərəfkeşlik etməyin. 

Məsələn, toplandığınız yerə qızıl üzüklü, 



gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da 

gələrsə, 

gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», 



kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə, 

öz aranızda 



ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı? 

Ey sevimli 



qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və 

Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi? 

Sizsə 


kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi 

məhkəmələrə çəkən onlar deyilmi? 

Sizin məxsus olduğunuz Şəxsin şərəfli 



adına küfr edən onlar deyilmi?  

8 *


Ə

gər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə 

Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz. 

Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz 



və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz. 

10 


Çünki kim 

Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı 

təqsirkar olur. 

11 *


Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər 

zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan. 

12 

Azadlıq qanunu 



ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın. 

13 


Çünki 

mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət 

mühakiməyə qalib gəlir.  

man və əməllər  

14 


Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının 

olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi? 

15 

Ə

gər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa 



16 

və 


sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı 

üçün lazım olanları vermirsə, nə faydası var? 

17 

man da elədir, əgər yaxşı 



ə

məlləri yoxdursa, özü-özlüyündə ölüdür.  

18 

Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». 



Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə 

göstərəcəyəm. 

19 

Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər 



də buna inanır və əsirlər! 

20 


Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna 

sübut istəyirsənmi? 

21 *

Atamız  brahim öz oğlu  shaqı qurbangahda Allaha 



                                                 

 

*



2:8 

Lev. 19:18 

 

*

2:11 



Çıx. 20:13-14; Qanun. 5:17-18 

 

*



2:21 

Yar. 22:1-14 




təqdim edəndə əməllərlə saleh sayılmadımı? 

22 


Görürsən, iman onun əməlləri 

ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır. 

23 *

Beləliklə, 



« brahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı 

belə yerinə yetdi və  brahim Allahın dostu adlandırıldı. 

24 

Görürsünüz ki, 



insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır. 

25 *


Eyni tərzdə məgər 

fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz 

ə

məlləri ilə saleh sayılmadımı? 



26 

Çünki ruhsuz bədən ölü olduğu kimi 

ə

məlsiz iman da ölüdür.  





Dil haqqında  

Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən 



keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın. 

Çünki hamımız 



çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə 

bilən kamil bir insandır. 

Bizə itaət etsinlər deyə atların ağzına yüyən 



taxırıq, beləcə bütün bədənlərini döndəririk. 

Bax gəmilər də böyük 



olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü 

haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür. 

Dil də elədir, bədənin 



kiçik üzvüdür, amma çox öyünür.  

Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır! 

Dil də oddur. Dil 



bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi 

ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da 

odlandırır. 

Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, 



istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və 

ə

hliləşdirilmişdir. 



Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil 

qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur. 

9 *


Dilimizlə Rəbb Ataya 

alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. 

10 

Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır. 



11 

Bir 


bulağın eyni gözündən şirin və acı su çıxarmı? 

12 


Qardaşlarım, əncir ağacı 

zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin 

su

c

 gələ bilməz.  



Həqiqi müdriklik  

                                                 

 

*

2:23 



Yar. 15:6; 2Saln. 20:7; Yeş. 41:8; Rom. 4:3,9; Qal. 3:6 

 

*



2:25 

Yeşua 2:1-21 

 

*

3:9 



Yar. 1:26 

 

c



3:12 Şor bulaqdan şirin su 

– bəzi əlyazmalarda heç bir bulaqdan həşor, 



həm də şirin su.

 



13 

Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, 

müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin. 

14 


Amma 

ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar 

etməyin. 

15 


Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq 

dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. 

16 

Çünki harada qısqanclıq 



və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. 

17 


Amma 

yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, 

mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, 

riyasızdır. 

18 

Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi 



yetişir.  



Allaha tabe olun  

Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin 



üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? 

Nə isə arzu edib əldə 



etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail 

olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz. 

Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis 



niyyətlə diləyirsiniz. 

Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı 



düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq 

istəyən özünü Allaha düşmən edər. 

Bəlkə güman edirsiniz ki, Müqəddəs 



Yazı əbəs yerə  

«Allahın daxilimizə verdiyi

d

 ruh qısqanclıqla həsrət çəkər»  



deyir? 

6 *


Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir:  

«Allah məğrurlara qarşıdır,  

taətkarlara isə lütf göstərər».  

Buna görə də Allaha tabe olun.  blisə qarşı durun və o sizdən qaçacaq. 



Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi 

paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! 

Kədərlənin, yas 



tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! 

10 


Rəbbin 

önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.  

11 

Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını 



mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən 

Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən. 

12 

Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan 



Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?  

                                                 

 

d

4:5 Allahın daxilimizə verdiyi 



– bəzi əlyazmalarda Daxilimizdə qalan. 

 

*



4:6 

Sül. 3:34 




13 *

ndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib 

orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq». 

14 


Ə

slində 


isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir 

müddətə görünüb sonra da yox olan buxardır. 

15 

Bunun əvəzinə «əgər Rəbb 



istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz. 

16 


ndi isə siz 

öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir. 

17 

Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah 



edir.  



Varlılara xəbərdarlıq  

ndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib 



ağlayın! 

2 *


Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib. 

Qızıl-



gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od 

kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız. 

4 *

Bax 


zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə 

qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb! 

Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də 



özünüzü kökəldirsiniz! 

Sizə müqavimət göstərməyən salehi məhkum edib 



öldürdünüz.  

Səbirli olun  

Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi 



birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu 

gözləyir. 

Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır. 



Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. 

Budur, Hakim qapı arxasında durur! 

10 


Qardaşlar, Rəbbin adı ilə danışmış 

peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün. 

11 *

Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü 



barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb 

çox rəhmli və mərhəmətlidir.  

12 *

Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir 



ş

eyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki, 

                                                 

 

*



4:13-14 

Sül. 27:1 

 

*

5:2-3 



Mat. 6:19 

 

*



5:4 

Qanun. 24:14-15 

 

*

5:11 Ə



yy. 1:20-22; 2:10; Zəb. 103:8 

 

*



5:12 

Mat. 5:34-37 




mühakiməyə düşməyəsiniz.  

13 


Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi 

oxusun. 


14 *

Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin 

ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək 

dua etsinlər. 

15 

manla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa 



qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq. 

16 


Beləliklə, 

günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, 

sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir. 

17 *


lyas təbiətcə 

bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay 

torpağa yağış yağmadı. 

18 *


O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq 

da barını verdi.  

19 *

Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu 



doğru yola qaytararsa, 

20 


qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran 

onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər.  

  

                                                 



 

*

5:14 

Mark 6:13 

 

*



5:17 

1Pad. 17:1; 18:1 

 

*

5:18 



1Pad. 18:41-45 

 

*



5:19-20 

Sül. 10:12; 1Pet. 4:8 



Yüklə 74,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə