Yаqut Zаhid qızı Beydiyeva



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix17.09.2018
ölçüsü1,74 Mb.
#69059
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 

uzaqgörən iştirakçıları əmələ gələn bu boşluğu doldurmağa can 
atırlar. Bunu adətən intellektual mülkiyyətlə fəal işləyən kom-
mersiya  bankının  təcrübəsi  sübut  edir.  Müdafiə  sahəsindəki 
müəssisələrin  xidməti  banka  patent  növündən,  iri  intellektual 
potensialdan, ixtiralardan və sairdən istifadə etmək imkanı ve-
rir.  Bir  qayda  olaraq,  bu  potensial  tələb  olunmur,  o  nə  müəs-
sisələrə,  nə  də  tədqiqatın  müəlliflərinə  mənfəət  gətirmir.  Bir 
qayda olaraq intellektual mülkiyyətin qiyməti çox bahadır. Bil-
mək lazımdır ki, bu, yaxud digər patent ya da ixtira neçəyədir, 
harada ona tələb var. Patent hüququ sahəsində  «oyun qaydala-
rı»nı  bilmək  də  vacibdir.  Qiymətləndiricilər  korporativ  müş-
tərilərindən istifadə edən ixtiraçı müəlliflərə mükafatların veril-
məsi  üzrə  bütün  hesabların  kommersiya  bankına  köçürülməsi 
istiqamətində  hərəkət  etməyə  cəhd  edirlər.  Ancaq  bütün  əsas 
problemlər  belə  növ  mülkiyyətin  real  qiymətləndirilmə  çətin-
liklərlə əlaqədardır. 
Mülkiyyətin qiymətləndirilməsi peşəkar qiymətləndiril-
mə fəaliyyəti kimi inkişaf etməkdədir. Bazar  şəraitində biznesi 
real  surətdə  qiymətləndirmədən  hər  hansı  şirkətə  effektiv 
rəhbərlik etmək mümkün deyil. Müəssisənin dəyərinin qiymət-
ləndirilməsi  hər  hansı  idarəetmə  strategiyasının  effektivliyini 
universal göstəricisi kimi cıxış edir. Əmlakı alıb satarkən, intel-
lektual  mülkiyyəti  qiymətləndirərkən,  əsas  fondları  yenidən 
qiymətləndirərkən, amortizasiya siyasəti həyata keçrilərkən və 
bir çox digər bazar fəaliyyətinin real qiymətləndirilməsi obyek-
tiv cəhətdən zəruridir. Bu sahədə bütün problemlər hələ də həll 
olunmayıb. Həm də toplanmış təcrübə ölkədaхili iqtisadi vəziy-
yətinin  mentalitet  və  ənənəvi  xüsusiyyətləri  qiymətləndirilmə 
fəaliyyətinin həyata keçirilməsinə imkan yaradır. 
Azərbaycanda  bazar  münasibətlərinin  inkişafı  prosesi 
bazar strukturlarının normal  tam fəaliyyətini  təmin  etmək vər-
dişlərinə  malik  olan  mütəxəssislərə  tələbatın  olmasını  şərtlən-
dirdi. Bu da bir sıra yeni peşələrin, o cümlədən qiymətləndirici 


 
 

peşəsinin  yaranmasına  (müxtəlif  mülkiyyət  obyektlərinin  qiy-
mətləndirilməsi üzrə ekspert) gətirib çıxardı. 
 
Qiymətləndirmə fəaliyyətinin ümumi səciyyəsi 
 
Qiymətləndirmə–konkret  bazar  şəraitində  əmlakın  öz-
gəninkiləşdirilməsi  zamanı  real  pul  qazanılması  mümkünlüyü-
nü  təyin  etmək  məqsədi  olan  mütəxəssis  fəaliyyətidir.  Daşın-
maz  əmlak  (o  cümlədən,  torpaq  sahələri,  binalar,  tikililər) 
maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri, intellektual mülkiy-
yət, qiymətli kağızlar, fəaliyyətdə olan müəssisələr, təbii resus-
lar, qiymətləndirmə obyektləridirlər. Onların bazar, investisiya, 
girov və s. dəyər növləri qiymətləndirmənin aparılması nəticə-
sində aşkar olunur.  
Qiymətləndirilmə-iqtisadiyyatın  dövlət  tənzimlənməsi 
sisteminin alətidir. Artıq Azərbaycanda qiymətləndirmə  fəaliy-
yəti  surətlə  inkişaf  edir  və  alınan  təcrübə  «Qiymətləndirmə 
fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikasının  qanununa 
əsaslanır.  Hökumət  orqanlarının  bütün  mühüm  qərarları  qiy-
mətləndirilmə məsələlərinə - dövlət mülkiyyətinin özəlləşdiril-
məsi, vergi qoyuluşu və amortizasiya siyasəti məqsədləri üçün 
əsas  fondların  yenidən  qiymətləndirilməsinə  aiddir.  Burada 
qiymətləndirilmə  prosesinə  necə  nəzarət  etməyi  müəyyən 
etmək çox vacibdir.  
Aktivlərin  obyektiv  qiymətləndirilməsi  (daşınmaz  əm-
lak, maşın və avadanlıqlar, biznes, intellektual mülkiyyət və.s) 
bazar  şəraitində  zəruridir,  ancaq  iqtisadiyyatda  qeyri-sabit  və-
ziyyətdə bütövlük  və bazarda eyni cür  qiymətləndirmə böyük 
əhəmiyyət kəsb edir. 
Bir peşə kimi daşınmaz əmlakın qiymətləndirilməsi in-
kişaf etmiş ölkələrdə hələ 30-cu illərdə meydana cıxmışdı. Hər 
bir ölkə üçün xarakter olan belə fəaliyyətin spesifikliyinə bax-
mayaraq qiymətləndirmə prinsiplərinin ümumi cəhətləri vardır. 


 
 
10 
Qiymətləndirmə  fəaliyyətinin  inkişafında  güclü  təkan 
müəssisələrin  əmlakının  bazar  qiymətini  təyin  etmək  üçün   
müstəqil  ekspertlər təşkilatının cəlb  edilməsinin həlli  gedişin-
də  1992-1997-ci  illərdəki  əsas  fondların  yenidən  qiymətlən-
dirilməsi oldu. Son zamanlar həm hökumət, həm idarəetmə or-
qanları, həm də sahibkarların özü tərəfindən mülkiyyət obyekt-
lərinin qiymətləndirilməsinə maraq artmaqdadır. 
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan  firmalar  yara-
dılmışdır və inkişaf edirlər. İndi mənzilləri, maşınları qiymətlən-
dirmək, yəni inkişaf etməkdə olan bazarlarda alqı-satqı prosesində 
geniş iştirak edən mülkiyyət obyektlərinə  qiymətqoyma tapşırığı 
alan qiymətləndiricilərə tez-tez rast gəlmək olur. 
Ümumi  özəlləşdirilmənin aparılması qiymətləndirməyə 
əhəmiyyətli  marağın  artmasına  təsir  etmir,  yəni  özəlləşdir-
mənin  aparılması  metodikaları  mülkiyyətin  bölüşdürülməsinin 
digər variantlarını nəzərdə tutur.  
 
Qiymətləndirici  peşəsinin  təşəkkül  tapması  və  inkişafı 
üzrə  iqtisadçı-qiymətçiləri  qiymətləndirmə  prosesinə  cəlb  et-
mək açıq-aydın zərurətə çevrilmişdir. Ona görə ki, onlar müəs-
sisə  aktivlərinin  uçotu  qaydası,  yenidən  qiymətləndirilməsi,  
onların balans dəyərinin düzgün formalaşması barədə əsaslı rəy 
verə bilərlər. 
 
Respublika  qiymətləndirmə  şirkət  və  firmaların  iş  təc-
rübəsini təhlil edərək, həm sifariş verilən qiymətin dəyişilməsi 
məqsədini,  həm  də  yerinə  yetirilən  işin  keyfiyyətinə  artan  tə-
ləbin səviyyəsini diqqətlə izləmək olar. Əvvəllər bir çoх şirkət-
lərdə nizamnamə kapitalının formalaşdırılması adətən «bilik və 
bacarıq»,  «işgüzar  reputasiya»  olan  qeyri-material  aktivlərinin 
razılaşdırılmış  qiyməti  üzrə  təsisçilərin  təklif  etdiyi  qaydada 
həyata keçirilirdi. Belə əməliyyatlara qanunvericiliklə icazə ve-
rilsə də, ancaq bir qayda olaraq nizamnamə kapitalında real qo-
yuluşlar həyata keçirilmədən bir,  yaхud bir neçə təsisçinin pa-
yının artırılması məqsədilə istifadə edilirdi. Son zamanlar qiy-
mətləndirmə  firmalarının  хidmətinə  «nou-hau»  qaydalarına, 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə