Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə1/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
  1   2   3   4   5   6   7   8   9   ...   86


____________Milli Kitabxana____________ 
 
1
Yaşar   RZAYEV 
 
 
 
 
 
AZƏRBAYCAN    ROMANI : 
SİYASƏT   VƏ   MİLLİ   DÜŞÜNCƏ 
( 1930-1955-ci illər) 
 
 
 
 
 
 
Bakı – “Elm” – 2010 


____________Milli Kitabxana____________ 
 
2
Elmi redaktoru və 
“Ön söz”ün müəllifi :                                HİMALAY  
ƏNVƏROĞLU 
                                                     filologiya elmləri 
doktoru,              
professor 
 Rəyçilər :                                                    ELMAN  QULİYEV 
                                                     filologiya elmləri 
doktoru,              
professor                                                                                                             
                                                                     TƏYYAR  
SALAMOĞLU   
filologiya elmləri doktoru,                                                     professor              
                                                                     VAQİF  YUSİFLİ 
filologiya elmləri doktoru 
Yaşar Rzayev. “Azərbaycan romanı: Siyasət və milli düşüncə”. 
“Elm” nəşriyyatı, Bakı, 2010. 296 səh. 
        İSBN  978-9952-453-15-7                                              
          Bu  kitabda  1930-1955-ci  illər yeni Azərbaycan romanının təşəkkülü və 
inkişafı haqda elmi-nəzəri mövqe ortaya qoyulur. Siyasi-ideoloji proseslər və 
milli-mənəvi ideallar kontekstində dövrün romanının bədii-estetik  xüsusiyyətləri 
araşdırma predmetinə çevrilir. Mülahizələrin incələndiyi bu araşdırmada 
tədqiqat materialları  çağdaş  ədəbi fikir müstəvisinə çıxarılmış, bir sıra mühüm 
elmi-nəzəri nəticələr əldə edilmişdir. 
       Monoqrafiyanın elmi qənaətlərinin filologiya fakültəsi tələbələri, magistrlər, 
həmçinin doktorantlar, gənc  ədəbiyyatşünaslar və  bədii-estetik fikir tariximizin  
sözü gedən dönəminin bədii özəllikləri ilə maraqlananlar üçün faydalı olacağı 
gümanındayıq.                               
                                                                                                                   
    4603000000 
_______________                                
     655(07) - 2010 
                   
                   


____________Milli Kitabxana____________ 
 
3
ÖN   SÖZ 
        Sovet  dövrü  (1920-1990)    Azərbaycan  ədəbiyyatının çağdaş 
ədəbi düşüncə    müstəvisində    yenidən araşdırılması bu gün 
ədəbiyyatşünaslığın qarşısında duran başlıca  vəzifələrdən hesab 
olunur. Belə ki, sözü gedən çağın bütün mürəkkəbliyinə, siyasi-
ideoloji basqılarına, sosialist realizmi metodunun doğurduğu gerçək 
sıxıntılara baxmayaraq, Azərbaycan  ədəbiyyatı inkişaf etmiş, 
özündən  əvvəlki  ədəbi təcrübəni davam etdirmiş  və daxili 
mündəricəsi ilə doxsanıncı illər müstəqillik dövrünə qovuşmuşdur. 
Daha doğrusu, 
əlbəttə, həmin dövrün siyasi-ideoloji 
“prinsipləri”ədəbiyyata öz mənfi təsirini göstərsə də, bununla belə
poeziyanın, nəsrin, dramaturgiyanın bir çox qiymətli nümunələrinin 
yaranmasını  əngəlləməsi mümkün olmamışdır. Məsələnin bu cəhəti 
Azərbaycan romanının inkişaf  problemlərinin tədqiqatçılarından 
M.Hüseynin, M.Arifin, B.Nəbiyevin, Q.Xəlilovun, S.Əsədullayevin, 
Y.Seyidovun, X.Əliyevin, H.Quliyevin, Y.İsmayılovun, Elçinin, 
A.Hüseynovun, N.Paşayevanın, T.Əlişanöğlunun, V.Yusiflinin, 
T.Salamoğlunun və “Ön söz” müəllifinin kitablarında, ədəbi-tənqidi 
məqalələrində araşdırma predmetinə çevrilmişdir. Yaşar Rzayev isə 
“Azərbaycan romanı: siyasət və milli düşüncə” monoqrafiyasında 
sovet dövrü Azərbaycan  romanının (1930-1955-ci illər) yaranması 
və inkişaf prosesini izləmiş, həmin  dönəmdə yaranan örnəkləri yeni 
elmi  ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində  tədqiq etmişdir. 
Y.Rzayev Azərbaycan romanının 25 illik bir möhtəşəm inkişaf  


____________Milli Kitabxana____________ 
 
4
yoluna konseptual mövqedən yanaşmış, dəyərləndirmələrində yeni 
ədəbi-estetik baxış sərgiləmiş, otuza yaxın romanı yarandığı  dövrün 
siyasi-ideoloji prosesləri və milli-mənəvi idealları  kontekstində 
incələmişdir.                                        
       Monoqrafiyanın “Siyasi-ideoloji proseslər və roman” adlı 
birinci fəslində dövrün siyasi-sosial mənzərəsi kontekstində yeni tipli 
romanın yaranması  və inkişafını ehtiva edən amillər  –  ədəbi 
mərhələ xüsusiyyətləri, ideya-estetik prinsiplər, iyirminci ildən 
başlayaraq gündəmə  gətirilən metodoloji yönəltmələr,  sosialist 
realizminin ləngitmə “konsepsiyası” və  s.    məsələlər elmi-nəzəri 
izahını tapmışdır. Bu sırada romanı milli bədii təfəkkürün böyük 
nailiyyəti kimi dəyərləndirən müəllif, onu həm də mühüm ictimai-
tarixi hadisə baxımından şərh edir. 
       Məlum olduğu kimi, 1930-1955-ci illərin Azərbaycan romanı 
bədii düşüncə örnəyi olaraq  ümumsovet məkanında və konkret 
siyasi-ideoloji prinsiplərin sərt tələbləri  şəraitində meydana 
gəlmişdir. Buna görə  də müəllifin araşdırdığı  romanların 
mövzularının və  qəhrəmanlarının həmin prinsiplər  əsasında 
yaradılmasınin çeşidli səbəblərini müstəviyə  çıxarması başa 
düşüləndir. Məhz bu kontekstdə müəllif  təsdiq edir ki, həmin dövrün 
ünlü yazıçılarının romanlarının daxili süjetində canlı həyatın nəfəsi, 
gərgin, sıxıntılı qəlbin döyüntüləri mövcud olmuş, gerçək problemlər 
və konfliktlər, canlı insan xarakterləri bədii tədqiq obyektinə 
çevrilmişdir.  Y.Rzayev yeni Azərbaycan romanının yaranması  və 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə