Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə14/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

____________Milli Kitabxana____________ 
 
55
sovet romanlarını yazırlar. Onların yaradıcılığında xəlqilik və 
partiyalılıq keyfiyyətcə yeni ideya-estetik məsələlərin bədii 
həllində aparıcı rola malikdir və sosializm quran xalqın tarixi 
taleyinə münasibətdə yaradıcılıq prinsipinin, metodunun nəzəri 
əsasına çevrilir. 1920-1930-cu illər  ədəbiyyatını istər həmin 
dövrün ədəbiyyatşünaslığı, istərsə də sonrakı ədəbi fikir “keçid 
dövrü ədəbiyyatı” adlandırır. Lakin, əlbəttə, “keçid”, “dəyişmə”, 
“yeni dövrlə əski dövrün arası”, “yeniləşmə” və s. kimi sosial-
tarixi  əlamətlər bu ədəbiyyatın yaranma zəminini,  şərtini, 
şəraitini göstərsə  də, səciyyəsini ifadə edə bilməz. Həmin 
illərdə yeni ədəbiyyatın bədii metodunu təyin etmək uğrunda 
mübahisələr, metod nəzəriyyəsinin işlənməsi marksist 
ədəbiyyatşünaslığın metodoloji meyarlarını formalaşdırmış, 
yeni nəzəri-tarixi mərhələyə keçid üçün nəzəri zəmin 
hazırlamışdır. 
        Nəhayət, sosialist realizmi formalaşır və Azərbaycan sovet 
ədəbiyyatını da əsas yaradıcılıq metodu kimi əhatə edir.    
 
                  1.4.  Sosialist  realizmi  –  ədəbiyyatda  siyasət    
 
Bu gün bir ədəbi metod kimi sosialist realizmi öz rolunu 
və  əhəmiyyətini itirsə  də  və  hər cür tənqidə  məruz qalsa da


____________Milli Kitabxana____________ 
 
56
ədəbi fikir onu XX əsr hadisəsi hesab edir. Qeyd olunur ki, 
1920-1930-cu illərin inqilabi sənəti kimi formalaşan bu 
konsepsiya ilkin mərhələdə bir sıra diqqətçəkən sənət 
nümunələri də vermişdir. Lakin sosialist realizmi yaranandan 
sonrakı illərin  ədəbi təcrübəsində özünü göstərən məzmun 
monotonluğu, üslub yeknəsəkliyi, obraz sxematikliyi və s. 
nəzərə alınmamışdı. Bunlar isə metodun doqmatikliyinin, 
ideoloji ölçülər çərçivəsində  hərəkətinin real nəticələri idi. 
Otuzuncu illərdə dünya kapitalizm aləmi dərin ictimai-iqtisadi 
və mənəvi böhran keçirirdi. Bir tərəfdən də qorxunc bir hadisə 
olan faşizmin bütün Avropaya yayılmaq təhlükəsi vardı. Belə 
bir şəraitdə SSRİ-nin təbliğat maşını protetariat başda olmaqla 
dünya inqilabının artıq gerçəkləşməkdə olduğu haqda car çəkir, 
proletar  ədəbiyyatını ümumdünya səviyyəsinə qalxmaqda olan 
ədəbi-mədəni hadisə kimi təqdim edir, sosialist realizmini isə 
yeni dünya ədəbiyyatının metodu, real perspektivi kimi 
görürdü. Dünyanın bir çox ölkələrindən olan ədiblər bu metoda 
diqqətlə və rəğbətlə yanaşmağa başlayırdılar.  
1917-ci ilin oktyabr inqilabından sonra partiya həmişə 
ədəbi prosesi nəzarətdə saxlamağın mexanizmini axtarmışdır. 
Kreml rəhbərləri artıq 20-ci illərdə kütləvi informasiya 
vasitələri və  ədəbiyyat üzərində total diktatura yaratmağa 


____________Milli Kitabxana____________ 
 
57
çalışırdılar. Partiya üçün ədəbiyyat məsələsi siyasi məsələ idi.  
“Partiyanın bədii  ədəbiyyat sahəsində siyasəti haqqında” 18 
iyun 1925-ci il tarixli qərar bu istiqamətdə həyata keçirilən çox 
mühüm addım oldu. RAPP-ın və Azərbaycanda da müvafiq 
yazıçı  təşkilatlarının yaradılması  nəzarət mexanizminin güclü 
halqası idi. Ədəbiyyatı öz təbii inkişafından ayrılıb partiyalı 
istiqamətə  çəkən bu qərarla yazıçılar da proletar və qeyri-
proletar (burjua-qolçomaq, cığırdaş) yazıçılara bölünmüşdü. 
1925-1932-ci illərdə  fəaliyyət göstərən Rusiya Proletar 
Yazıçılar Assosiasiyası, milli respublikalarda (o cümlədən 
Azərbaycanda) müvafiq təşkilatlar partiyanın  ədəbiyyat üzrə 
orqanı və Stalinin effektiv ruporu idi.  
İyirminci illərdə kommunist partiyası  və sovet 
hakimiyyətinin siyasi diktaturası şəraitində mədəni (o cümlədən 
estetik, bədii, üslubi) plüralizmə yol verilirdi. Bu dövrdə bədii 
istiqamətləri və ideya ayrılıqları ilə  fərqlənən müxtəlif  ədəbi 
qruplar yaranmışdı: incəsənətin sol cəbhəsi (LEF), 
konstruktivistlər, “Kuznitsa” qrupu, Rusiya proletar yazıçıları 
assosiasiyası  və s. Proletkult yazıçılar üçün kollektivizm
faydalılıq prinsipi, maşın estetikası xarakterik idi: “insanlar – 
mıx, insanlar – bıçaq”. Onlar zavodu, inqilabı və hətta inqilab 
naminə amansızlığı belə  tərənnüm edirdilər. Futurist 


____________Milli Kitabxana____________ 
 
58
S.Tretyakov “incəsənət işçisi”ni (elm adamı ilə birlikdə) 
“psixo-mühəndis”ə, “psixo-konstruktora”  çevirməyi təklif 
edirdi. Sonralar Stalin bu fikri təkrar etmiş, sosialist realizmi 
yazıçısının mahiyyətini belə müəyyənləşdirmişdi: “Yazıçı – 
insan qəlbinin mühəndisidir” ( bax: 156 ).  
Həmin illərdə avanqardçılar sənətdə, bolşeviklər isə 
siyasətdə müvəqqəti müttəfiqlər idilər. Lakin “avanqard” sənəti 
həyatda mədəniyyətin üstünlüyü uğrunda mübarizə aparırdısa, 
bolşeviklər siyasəti prioritet hesab edirdilər. Bolşeviklər 
kütlələrə dayaqlanmağa çalışırdılar, “avanqard”çılar isə siyasi 
mənada deyil, fəlsəfi mənada “inqilabi” idilər, ona görə  də 
zəhmətkeşlər tərəfindən anlaşılmırdılar. 
Rappçılar  ədəbiyyatda partiya rəhbərliyinə  tərəfdar 
çıxırdılar. Lakin ölkədə RAPP-dan kənarda qalan yüzlərlə
minlərlə yazıçılar ordusu yaranırdı  və bu, partiyanın siyasi-
ideoloji xəttinin həyata keçirilməsində ciddi problemlər 
yaradırdı. 1932-ci ilin 23 aprelində partiya MK-sı “Ədəbi-bədii 
təşkilatların yenidən qurulması haqqında” qərar qəbul etdi. Bu 
qərar partiyanın proletar yazıçılarına və proletar ədəbiyyatına 
gözlənilməz “hədiyyəsi”,  əsl  ədəbi çevriliş oldu. RAPP-ın 
fəaliyyəti  sovet ədəbiyyatının inkişafına məneə, “bədii 
yaradıcılığın ciddi vüsətini ləngidən” amil hesab edildi və bu 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə