Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə2/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   2   3   4   5   6   7   8   9   ...   86

____________Milli Kitabxana____________ 
 
5
inkişafı məsələlərini araşdırarkən özəlliklə müasir ədəbi fikirdə yer 
alan belə bir elmi-nəzəri qənaətə  əsaslanır ki, otuzuncu illərdə 
təşəkkül tapan yeni Azərbaycan romanı özündə  təkcə tarixi zaman 
anlayışını deyil, həm də bütöv bir  mərhələninin sferasını ehtiva 
etmişdir.   
       Kitabda  sosialist  realizmi  sıxıntıları çevrəsində yaradılan 
Azərbaycan romanının nümunələrinə  və müəlliflərinə tarixi-ədəbi 
prosesin ümumi inkişaf kontekstində, sənətkarın yaşadığı dövrün 
ictimai-siyasi mənzərəsi, sosial mühitin təsirləri nəzərə alınmaqla 
dəyər verilir ki, bu yanaşma özündə yeni baxış bucağını ehtiva edir. 
     “Azərbaycan romanı və milli düşüncə” adlı ikinci fəsildə müəllif  
elmi-nəzəri qənaətlərini məxsusi rakurslarda əsaslandırmaqla təsdiq 
edir ki, 1930-1955-ci illər Azərbaycan romanı rəsmi ideologiyanın, 
sosialist realizminin istəyincə boy atsa da, əslində onların daxili 
fakturasında milli-mənəvi ideallar önəm kəsb etmiş, mühüm dəyərlər 
yazıçıların yüksək sənətkarlığı sayəsində mahiyyət müstəvisində öz 
ifadəsini tapmış, milli xarakter və milli psixologiya bu örnəklərdə 
kifayət qədər  qorunub saxlanmışdır. Tədqiqat əsərində milli-mənəvi 
idealların Azərbaycan romanında bədii təzahür istiqamətləri 
müəyyənləşdirilmiş  və ümumiləşdirilmişdir.  Roman təsərrüfatında 
Azərbaycan dilinin,  Azərbaycan tarixinin məqamı kontekstində  
milli kolorit, milli mənlik şüuru, yazıçının milli iftixar diyğusu və s. 
məsələlər barədə konsepsiya formalaşdırılmışdır.  Ədəbiyyatda 
“sinfilik” və “millilik” anlayışları müqayisəli təhlil predmetinə 


____________Milli Kitabxana____________ 
 
6
çevrilmiş, sosialist realizminin mütləqləşdirdiyi “sinfilik” prinsipinə 
rəğmən, romanlarda milliliyin ifadəsinin önəmi xüsusi 
vurğulanmışdır. Müəllif  bu kimi dəyərləri “alt  qat”lara enməklə 
üzə  çıxarmaq yolunu tutmuş  və könülaçan budur ki, o, qarşısına 
qoyduğu məqsədinə kifayət qədər nail ola bilmişdir.  
       Mahiyyətinə yönəlik açıqlamalar bizdə belə bir qənaət doğurdu 
ki, araşdırmada söhbət gedən dövrün Azərbaycan romanının özəl 
bədii-estetik  xüsusiyyətləri monoqrafiyada özünün elmi-nəzəri 
qiymətini qədərincə ala bilmişdir. Başqa sözlə, tədqiqat müəllifin 
mövzuya müasir ədəbi təfəkkür səviyyəsindən, özünəməxsus erudik 
imkanları kontekstində yanaşdığı çox mətləblərdən soraq verir. 
Müəllifin mühakimə  tərzini, özəl təhlil manerasını da nəzərə alsaq 
belə  qənaətə  gəlmək olar ki, konseptuallığı ilə  fərqlənən  bu   
monoqrafiya Azərbaycan romanının inkişaf  problemlərinin tədqiqi 
istiqamətində yeni, uğurlu araşdırmadır. 
 
                                                                                       
                                                                      
    
 
 
 
 


____________Milli Kitabxana____________ 
 
7
G İ R İ Ş 
 
              Bu gün biz ötən XX əsrin Azərbaycan  ədəbiyyatı 
haqqında nə düşünürük və necə düşünürük? 
               Bu sualın cavabları, təbii ki, birmənalı olmayacaqdır. 
Yəni burada müxtəlif nəsillərin (yaşlı, orta, gənc) 
yanaşmalarında fərqlər də, XXI  əsrin özünəməxsus ahəngi və 
cizgiləri də, müstəqilliyə  qədərki və müstəqillik dövrünün 
siyasi, elmi, bədii-estetik təfəkkürü də, iqtisadi inkişafın 
sıçrayışları  və ziddiyyətləri də, ictimai-sosial həyatın, bədii 
sənətə baxışların, zövqlərin yeni təzahürləri də, elmi-texniki 
tərəqqinin sürətli inkişafı da mühüm amillər kimi özünü 
göstərir. Həmçinin ötən əsrin, xüsusən sovet dövrünün ictimai-
siyasi mahiyyətinin qiymətləndirilməsində  də  hələ son 
akkordların vurulmadığı, bu yanaşmalarda birtərəfliliyin, bəzən 
tələskənliyin və müəyyən ideoloji maraqlardan irəli gələn 
motivlərin özünü göstərdiyi, tarixi-elmi və  nəzəri-fəlsəfi 
dəyərləndirmədə mütəhəkkirliyin olması da nəzərə alınmalıdır. 
Bir-birini inkar edən baxışların, nəzəriyyələrin, müddəaların 
hansı birininsə mütləq həqiqət olduğu da israr oluna bilməz. 
Həqiqəti bəlkə  də bütün əks baxışların ümumi yekununda 
axtarmaq lazım gəlir. 


____________Milli Kitabxana____________ 
 
8
          Ümumiyyətlə isə XX əsr  ədəbiyyatına vahid bir dövr 
ədəbiyyatı, bir tam kimi baxmaq meyli üstünlük təşkil 
etməkdədir. Yəni XX əsr Azərbaycan  ədəbiyyatı dedikdə tam 
halında M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.Hadinin, 
Ə.Hüseynzadənin, N.Nərimanovun, M.Rəsulzadənin, 
H.Cavidin, C.Cabbarlının, M.S.Ordubadinin, 
Y.V.Çəmənzəminlinin, Ə.Cavadın, S.Vurğunun, S.Rəhimovun, 
M.Hüseynin, M.Cəlalın, R.Rzanın, M.İbrahimovun,  İ.Şıxlının, 
İ.Hüseynovun (Muğanna), B.Vahabzadənin,  İ.Əfəndiyevin, 
Anarın, M.Arazın, Elçinin, Ə.Əylislinin, Y.Səmədoğlunun və 
onlarla digər sənətkarımızın təmsilçisi olduqları  ədəbiyyat 
düşünülür. Və ilk növbədə onların yaratdıqları  bədii 
nümunələrin sənətkarlıq xüsusiyyətləri, poetikası, bədii 
təcrübənin davamı və inkişafı, milli gerçəkliyimizin real inikası, 
milli-mənəvi dəyərlərin ifadəsi, ən başlıcası isə oxucuya təsiri, 
cəlbetmə  və estetik zövq səviyyəsi diqqət mərkəzinə keçir. 
Dövrün siyasi-ideoloji meyarlarının, 
ədəbi mərhələ 
xüsusiyyətlərinin,  ədəbi cərəyanlar və digər məsələlərin isə 
ikinci plana keçdiyinin fərqindəyik. 
          Bu  gün  yeni  nəsillər tarixin ötən  əsrlərini varaqlayanda 
Roma imperiyası və ərəb xilafəti də, Azərbaycan Atabəyləri və 
monqol hücumları, Çingiz xanın və  Əmir Teymurun fatehliyi, 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə