Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə3/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   2   3   4   5   6   7   8   9   ...   86

____________Milli Kitabxana____________ 
 
9
Şah  İsmayıl Xətainin yaratdığı  Səfəvilər dövləti və 
Ağaməhəmməd  şah Qacarın hakimiyyəti, Janna-d-Arkın 
mübarizəsi və fransız burjua inqilabı, Amerikanın kəşfi və 
orada yeni dövlətin yaranması, Napoleonun parlaq qələbələri və 
faciəsi,  Şimali Azərbaycanın Rusiya imperiyasının tərkibinə 
qatılması  və Avropada kapitalizmin bərqərar olması kimi 
hadisələrlə zəngin olan əsrlər onlar üçün necə maraqlıdırsa, XX 
əsr də iki dünya müharibəsi, bolşevizmin və faşizmin təşəkkülü,  
Oktyabr (1917-ci il) inqilabı, müstəmləkə sisteminin dağılması, 
vətəndaş müharibələri və kollektivləşmə, atomun və kosmosun 
kəşfi kimi hadisələri ilə yaddaşda yer tutur və beləliklə, XX əsr 
də özündən əvvəlki əsrlərin, minilliklərin cərgəsinə qatılır. 
          Yeni  nəsillər siyasi və ideoloji çevrədən xilas olmaqla, 
ötən  əsrin bədii məhsullarına sırf oxucu marağı dairəsində 
yanaşmaq, o dövr sənətkarlarının necə yazdıqları  və 
düşündükləri,  əsərlərin cazibədarlığı, dövrün mənzərəsini və 
gerçəkliyinin bədii  əksini, insan obrazlarını görmək 
istəyindədirlər. Yeni nəsillər üçün, tutalım ki, XVIII əsrdə baş 
verən fransız burjua inqilabı kimi XX əsrin  əvvəllərindəki 
Oktyabr “inqilabı” da eyni dərəcədə maraqlıdır və onlar hər iki 
hadisəyə tarixin olmuş  və bir çox dəyişikliklər yaratmış, 
dünyanın nizamını silkələmiş bir hadisəsi kimi baxırlar. Onlar 


____________Milli Kitabxana____________ 
 
10
müraciət etdikləri bədii nümunənin hansı  ədəbi metoda – 
tənqidi realizmə, romantizmə, sosialist realizminə, yaxud 
modernizmə, postmodernizmə söykəndiyinin də  fərqində 
deyillər. Yeni nəsillər üçün “inqilabçılar” da, sahibkar 
kapitalistlər də, yaxud kəndlilər də, bəylər də, burjua sinfinin 
nümayəndəsi kimi qələmə verilənlər də eyni dərəcədə 
maraqlıdırlar. Artıq bu nəsil və  yəqin ki, sonrakı  nəsillər də 
tutalım ki, müəllifinin kimliyi hələ mübahisəli olaraq qalan “Əli 
və Nino” romanına “Komsomol poeması”, “Dumanlı  Təbriz”, 
“Bir gəncin manifesti”, “Gələcək gün” əsərləri ilə bir baxış 
bucağından yanaşacaq, bədii nümunənin estetikası, gerçəkliyin 
inikası, süjetin cazibəliliyi, müxtəlif obrazların dünyası, 
inandırıcılıq  əsas meyar olacaqdır.  Şekspirin, yaxud Balzakın, 
Hüqonun, M.F.Axundovun, L.Tolstoyun, 
C.Məmmədquluzadənin, M.Şoloxovun 
əsərlərinə olan 
münasibət kimi. 
           Düzdür,  bəzən 1930-1950-ci illər sovet dövrü 
yazıçılarının əsərlərini inkar edib, “Əli və Nino”nu onlara qarşı 
qoymaq cəhdləri də özünü göstərir. Fikrimizcə, bu, bir ideoloji 
mövqeni rədd edib, digər ideoloji mövqeyə tapınmaq kimi başa 
düşülə bilər. “Əli və Nino” oxucuya almancadan tərcümədə 
təqdim olunur. Romanda ekzotikaya meyl güclü olsa da, bir çox 


____________Milli Kitabxana____________ 
 
11
bədii məziyyətləri, maraqlı  bədii obrazları ilə, poetikasının 
özəllikləri ilə seçilir. Lakin “Şamo” da, yaxud “Bir gəncin 
manifesti” də ana dilimizin zənginliyi və gözəlliyi, milli kaloriti 
ilə, Azərbaycan təbiətinin ekzotikadan uzaq təsviri və s. 
məziyyətləri ilə oxucu üçün cəlbedicidir. “Əli və Nino” 
xüsusilə milli idealların yüksək ifadəsinə görə  dəyərlidirsə, 
adlarını  çəkdiyimiz və  çəkmədiyimiz digər romanlarda da 
zamanın mənzərəsinin, ab-havasının real və canlı bədii əksinin 
verildiyi inkar oluna bilməz. 
          Tədqiqat XX əsr Azərbaycan ədəbiyyatının 1930-1950-ci 
illər (1955-ci ilədək) dövründə yeni Azərbaycan romanının 
təşəkkülü və inkişafı ilə bağlı  məsələləri özündə ehtiva edir. 
Yeni Azərbaycan romanının yaranması,  şübhəsiz, təkcə 
ədəbiyyatımızda deyil, bütövlükdə Azərbaycan 
mədəniyyətində, Azərbaycan xalqının həyatında mühüm 
ictimai-bədii hadisə hesab oluna bilər. Tədqiqatın  əhatə etdiyi 
dövr özünün ziddiyyətləri və çətinliyi ilə seçilir. Siyasi-ideoloji 
təzyiqin bədii sənətə güclü təsir göstərdiyi belə bir dövrün 
ədəbiyyatı üzərindən bəzən xətt çəkmək meylləri olsa da, yeni 
düşüncəyə dayaqlanan araşdırmamızda bunları  əsassız və 
yolverilməz hesab edir və  həmin dövr ədəbiyyatının, o 


____________Milli Kitabxana____________ 
 
12
cümlədən romanlarının iç məziyyətlərini  çağdaş ədəbi məfkurə 
kontekstində tədqiq obyektinə çeviririk.          
           Müstəqilliyə qovuşandan sonra Azərbaycan 
ədəbiyyatının sovet dövrü mərhələsinin yenidən 
qiymətləndirilməsi zərurəti yaranmışdır. İctimai-siyasi düşüncə 
tərzində, estetik prinsiplərin dəyərləndirilməsində stereotiplər 
dağılmışdır. Keçilən yolun səhvləri, naqislikləri götür-qoy 
edilir, ədəbi-bədii irsə, mənəvi sərvətlərə - mənəviyyat və əxlaq 
məsələlərinə milli müstəqillik təfəkkürü səviyyəsində yeni 
baxış formalaşır.  Odur ki, ədəbiyyatşünaslıq yeni elmi-
metodoloji prinsiplər, təhlil üsulları, qiymətləndirmə meyarları 
axtarışlarını öz tarixi təcrübəsinin nəticələrindən bəhrələnərək 
davam etdirir.  
         Sovet  dövrü  ədəbiyyatının tarixində mürəkkəb
ziddiyyətli məqamlar  çoxdur, siyasi-ideoloji təfəkkürün aparıcı 
prinsiplərinin bədii yaradıcılığa,  ədəbiyyata mənfi təsiri özünü 
göstərmişdir. Bununla belə  ədəbi fikirdə belə bir fikir 
formalaşmaqdadır ki, sovet dövrü Azərbaycan  ədəbiyyatı 
“bəzən postmodernistcəsinə düşünüldüyü kimi, milli ədəbiyyat 
olaraq öz simasını itirməmiş, bəlkə daha da qüvvətləndirmişdir. 
Ədəbiyyatda müasir ədəbiyyatlara məxsus bütün janrlar, ən 
yeni üslub və formalar yaranmış, özünü təsdiq edə bilmişdir” 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə