Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə4/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   2   3   4   5   6   7   8   9   ...   86

____________Milli Kitabxana____________ 
 
13
(77, 7).  Mövzunun aktuallığı həmin problematikanın yeni elmi-
nəzəri və bədii-estetik meyarlar əsasında təhlili ilə bağlıdır. 
         XX  əsr Azərbaycan sovet dövrü romanının inkişaf 
tarixinə, poetikasına və ayrı-ayrı nümayəndələrinə dair bir çox 
tədqiqatlar mövcuddur. Lakin üzərində  işlədiyimiz tədqiqat 
işində 1930-1950-ci illərin  siyasi-ideoloji prosesləri 
kontekstində, sosialist realizminin tələbləri çərçivəsində 
Azərbaycan romanının təhlili ilə yanaşı,   ayrı-ayrı  bədii 
nümunələrdə milli-mənəvi idealların ifadəsi, milli-xəlqi ruhun 
əqli dərkdə ehtivasına təsiri məsələləri də geniş araşdırılır. 
        Xalqın mənəvi yetkinləşməsində  həmişə müstəsna rolu 
olan  ədəbiyyat tarixən milli şüurun təşəkkülündə, müstəqillik, 
azadlıq təfəkkürünün formalaşmasında  əvəzsiz rol oynamışdır. 
Tədqiqatın  əsas məqsədi həmçinin 1930-1950-ci illərdə 
Azərbaycan  ədəbiyyatı kontekstində Azərbaycan romanının 
milli  şüurun təşəkkülü prosesinə  təsirini, bu prosesdə onun 
rolunu araşdirmaq, elmi-nəzəri qənaətləri əsaslandırmaqdır. 
        1930-1950-ci  illərin Azərbaycan romanı  həmin dövrdə 
rejimin sərtliyi, sosialist realizmi konsepsiyası  tələblərinin 
mütləqliyi çərçivəsində yaransa da və sinfilik, partiyalılıq, 
sosialist realizmi anlayışında xəlqilik milliliyi üstələsə də, milli-
mənəvi ideallardan uzaq olmamışdır. Hakim ideologiyanın, 


____________Milli Kitabxana____________ 
 
14
sosialist realizminin tələbləri səviyyəsində yazılan bədii əsərlər, 
o cümlədən romanlar hər bir müəllifin yaradıcılıq imkanları, 
sənətkarlıq keyfiyyətləri səviyyəsində milli idealın, milli 
xarakterin, milli düşüncə  tərzinin, milli psixologiyanın 
qarşısındakı  sədlərə  tədricən də olsa çat salırdı. Tədqiqatın 
vəzifəsi bu keyfiyyətləri elmi araşdırmalarla aşkara çıxarmaq, 
elmi-nəzəri müddəalarla təsdiq və təsbit etməkdir. 
        Mövzu XX əsrin 1920-1950-ci illərində Azərbaycanda və 
ümumilikdə postsovet məkanında gedən ictimai-siyasi 
proseslərin kontekstində araşdırılır. Tədqiqatın  əsas istiqaməti 
tarixi-tipoloji ümumiləşmə ilə müəyyənləşir. Nəzərə alınmışdır 
ki, XX əsrin sonlarından dünyanın ictimai-siyasi mənzərəsində 
olduğu kimi, humanitar təfəkkürdə  də qlobal dəyişikliklər baş 
vermiş, milli ədəbi dəyərləri bəşəri mənəvi sərvətlər 
kontekstində araşdırmağın və qiymətləndirməyin yeni elmi, 
ictimai-siyasi və  ədəbi-mədəni reallıqları yaranmışdır. XX əsr 
ədəbiyyatını  dəyərləndirmədə  hələ  də özünü göstərən yanlış 
ədəbi-estetik təsəvvürlərin inersiyası  tədqiqatın metodoloji 
prinsiplərindən uzaqdır. Tədqiqatın elmi-metodoloji 
konsepsiyası mövzunu əhatə etməyə, qarşıya qoyulan məqsədə 
nail olmağa imkan verir. 


____________Milli Kitabxana____________ 
 
15
        Monoqrafiyada  bilavasitə 1930-1950-ci illər (1955-ci 
ilədək) Azərbaycan romanı incələnir. Xüsusilə 
M.S.Ordubadinin “Dumanlı  Təbriz”, “Qılinc və  qələm”, 
Y.V.Çəmənzəminlinin ”Studentlər”, “İki od arasında”,  “Qızlar 
bulağı”, S.Rəhimovun “Şamo”, “Saçlı”, M.Hüseynin “Daşqın”, 
“Tərlan”, “Səhər”, “Abşeron”, A.Şaiqin “Araz”, M.Cəlalın 
“Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, 
M.İbrahimovun “Gələcək gün”,  Əbülhəsənin “Yoxuşlar”, 
“Dünya qopur”, “Dostluq qalası” romanları  tədqiqat obyektinə 
çevrilmişdir.      Həmin bədii nümunələr araşdırılarkən bir çox 
ədəbiyyatşünaslıq  əsərləri,  ədəbi tənqid materialları, o 
cümlədən 1967-ci və 1988-ci illərdə nəşr edilmiş “Azərbaycan 
sovet  ədəbiyyatı tarixi” kitabları, “Azərbaycan  ədəbiyyatı 
tarixi” (III c. 1957) kitabı, 20-30-cu illərdə  ədəbi tənqid 
sahəsində  fəaliyyət göstərən B.Çobanzadənin, M.Quliyevin, 
Ə.Nazimin, M.K.Ələkbərlinin, H.Zeynallının, 30-60-cı illər 
ədəbi tənqidinin nümayəndələri M.A.Dadaşzadənin, 
M.Hüseynin, M.İbrahimovun, M.C.Cəfərovun, C.Cəfərovun, 
60-70-ci illərdən başlayan yeni ədəbiyyatşünaslığın təmsilçiləri 
B.Nəbiyevin, Q.Qasımzadənin, Q.Xəlilovun, Y.Qarayevin, 
Ş.Salmanovun, S.Əsədullayevin, A.Hüseynovun, Elçinin, 
Y.Axundlunun, H.Ənvəroğlunun, N.Cəfərovun, N.Paşayevanın, 


____________Milli Kitabxana____________ 
 
16
V.Yusiflinin, T.Əlişanoğlunun, T.Salamoğlunun və digərlərinin 
elmi-tədqiqat  əsərləri və  ədəbi tənqid materialları da tədqiqata 
cəlb edilmişdir.                 
        Tədqiqatın  əsaslandığı  mənbələr siyahısında rus dilində 
çap olunan bir çox ədəbiyyatşünaslıq materialları, fəlsəfi əsərlər 
də vardır.  V.Kojinovun, M.Qorkinin, A.Veselovskinin, 
R.Foksun,  İ.Varfolomeyevin, M.Baxtinin, N.Berdyayevin, 
E.Dobrenkonun, L.Qumilyovun, V.Timofeyevin, 
L.Maksimenkovun, N.Pankovun, İ.Kondakovun və b. 
məqalələri və kitablarından səciyyəvi fikir və mülahizələrə, 
“Voprosı literaturı”, “İnostrannyaya literatura”, ”Literaturnaya 
qazeta” və s. jurnal və qəzetlərdə, elmi almanaxlarda  verilmiş
internetdə yerləşdirilmiş  uyğun  tipoloji  materiallara da istinad 
olunur. 
        Tədqiqat bir daha təsbit edir ki,  çağdaş milli 
ədəbiyyatşünaslığımız sovet dövrü Azərbaycan ədəbiyyatına, o 
cümlədən 1930-1950-ci illərin roman təsərrüfatına yeni ideya-
metodoloji konsepsiya zəminində yanaşmanın zərurətindən 
doğan meyarların və prinsiplərin formalaşdırılmasına üstünlük 
verir. Həmin dövr yazıçılarını və onların əsərlərini tarixi-ədəbi 
prosesin ümumi inkişaf kontekstindən, real tarixi gerçəklikdən 
ayırıb, zamanın tələblərıni, sənətkarın yaşadığı dövrün ictimai-


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə