Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə5/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   2   3   4   5   6   7   8   9   ...   86

____________Milli Kitabxana____________ 
 
17
siyasi mənzərəsini, onun boya-başa çatdığı sosial mühitin 
təsirlərini nəzərə almadan təftiş etmək üsulu ilə obyektiv 
dəyərləndirmə mümkün deyildir. Tədqiqat işi  siyasi-ideoloji 
proseslər kontekstində, sosialist realizmi konsepsiyasının 
tələbləri çərçivəsində yaranan 1930-1950-ci illər Azərbaycan 
romanının  ədəbiyyat tariximizdə yaşamaq hüququnu təsdiq 
edən keyfiyyətləri üzə 
çıxarmağa, milli şüurun 
formalaşmasında həmin bədii nümunələrin rolunu 
əsaslandırmağa, o illərin romanlarında milli-mənəvi idealların 
hansı  ədəbi-estetik çalarlarla ifadə olunduğunu elmi-nəzəri 
müddəalarla təsbit etməyə, mövzunun əhatə etdiyi problemə 
nəzəri aydınlıq gətirməyə çalışır. Bu baxımdan sovet dövrü 
Azərbaycan  ədəbiyyatının qiymətləndirilməsində  tədqiqatın 
elmi nəticələrindən bəhrələnmək olar.    
        Tədqiqinə böyük ehtiyac duyulan 1930-1950-ci illər 
(1955-ci ilə  qədər) Azərbaycan romanının yaradıcılıq 
problemlərini yeni ədəbi-nəzəri düşüncə  əsasında sistemli 
araşdırma obyektinə çevirən bu monoqrafiyadan 
 
universitetlərin filologiya fakültələrində  ədəbiyyat tarixi və 
ədəbiyyat nəzəriyyəsi fənlərinin tədrisində  dərs vəsaiti kimi 
istifadə oluna bilər.    


____________Milli Kitabxana____________ 
 
18
       Araşdırma müəllifinin “Ömürdən səslər” (Bakı, 2003), 
“Bədii söz və milli azadlıq şüuru” (Bakı, 2007) kitabları,  “Milli 
mənliyə  sədaqət” (“Dil və  ədəbiyyat”. Elmi-nəzəri məcmuə), 
“İnamın faciəsi” (“Azərbaycan”.  Ədəbi-bədii jurnal), 
“Ziddiyyətlər və həqiqətlər” (“Elmi axtarışlar”), “Bir daha XX 
əsr Azərbaycan  ədəbiyyatının mərhələləri haqqında” (“Elmi 
axtarışlar”), “Mehdi Hüseyn Azərbaycan romanı haqqında” 
(“Filologiya məsələləri”.Elmi məcmuə), “Tariximiz bədii 
təxəyyüldə” (“Dil və  ədəbiyyat”), “Azərbaycan romanının 
inkişaf problemlərinin tədqiqi haqqında” (“Dil və  ədəbiyyat”), 
“Metodun zühuru və süqutu” (“Azərbaycan”), “1920-1950’li 
yıllar Azerbaycan edebiyatında milli manevi ideallar hakim 
ideolojinin girdabında” (“Turan”.Dərgi, Türkiyə), “Пять 
исторических  романов  в  Азербайджанской  литературе 
1930-1940 
гг.» («Современные 
гуманитарные 
исследования».  Журнал,  Москва) və s. məqalələri tədqiqat 
obyektinin geniş kontekstdə çözülməsinə zəmin yaratmışdır. 
 
 
 
 
 
 
 


____________Milli Kitabxana____________ 
 
19
 
                                   I   F Ə S İ L   
 
   SİYASİ - İDEOLOJİ  PROSESLƏR  VƏ  ROMAN 
 
              1.1. İctimai-siyasi  kontekstdən  xatırlamalar   
        
         Təbii ki, 1930-1950-ci illər Azərbaycan romanının 
təşəkkülü və inkişafı  mərhələləri həmin illərin siyasi-ideoloji 
proseslər kontekstindən kənarda araşdırıla bilməz.  Əlbəttə, bu 
araşdırmalarda dövrün ictimai-siyasi mənzərəsinə  mərhələlər 
üzrə yanaşılması, hər bir mərhələnin xüsusiyyətlərinin,  ədəbi 
prosesə təsir imkanlarının fərqləndirilməsi, eyni zamanda onları 
birləşdirən prinsiplərin, ideoloji və 
ədəbi-estetik 
konsepsiyaların  şərtləndirilməsi və sosialist realizminin 
söykəndiyi və  təbliğ etdiyi dəyərlərin müasir təfəkkür 
səviyyəsində şərh olunması vacibdir. 
          Bəşər tarixinin çox ziddiyyətli və sürətli dəyişikliklər 
mərhələsi olan XX əsrdə SSRİ kimi nəhəng bir dövlət yarandı 
və dağıldı. SSRİ-nin yaranması “sovet cəmiyyəti” deyilən bir 
fenomeni araya gətirdi və onun da ömrü əsrin axırıncı 
dekadasının  əvvəllərində bitdi. Bəs biz “sovet cəmiyyəti” 
haqqında bütün həqiqətləri bilirikmi? Bu suala dərhal “hə” 


____________Milli Kitabxana____________ 
 
20
cavabı versək də, yəqin ki, bilmədiklərimiz  hələ çoxdur. Etiraf 
edək ki, biz həmin cəmiyyəti anlamaq üçün hələ çox az şey
yalnız real informasiyanın bir hissəsini bilirik. Amma sovet 
“həqiqətlərini” dərindən bilmədən sovet tarixini, o cümlədən 
Azərbaycan tarixini və XX əsrin 70 ilini əhatə edən Azərbaycan 
ədəbiyyatı tarixini lazımınca dərk və izah edə bilmərik. 
         Bir  daha  xatırlayaq ki, 1917-ci ildə Rusiyada baş verən 
Oktyabr inqilabından az sonra imperiyanın tərkibində olan 
Azərbaycanda müstəqil demokratik respublika yaradıldı. Lakin 
1920-ci ilin Aprel çevrilişi Azərbaycanın dövlət müstəqilliyinin 
itirilməsi ilə  nəticələndi. Halbuki, Azərbaycan Demokratik 
Cümhuriyyətinin rəhbərləri rus ordusuna müqavimət 
göstərməyərək hakimiyyəti N.Nərimanova və  tərəfdarlarına – 
azərbaycanlı kommunistlərə verəndə güman etmişdilər ki, 
müstəqillik qorunub saxlanacaqdır. Və bolşeviklərin milli 
proqramına, Leninin “Müstəqil Azərbaycan” ideyasına inanan 
N.Nərimanov da bu ümidlə Bakıya qayıtmış, rəhbər vəzifə 
tutmağa razı olmuşdu. 1922-ci ildə Türkiyədə mühacirətdə olan 
Əhməd Ağaoğlu yazırdı: “Sizin kimi doğru və  səmimi bir 
şəxsin bütün türk aləminin keçirməkdə olduğu fəci böhran 
zamanı Azərbaycanın başında olması bütün türk aləmi üçün 
faydalı bir əlamətdir. Siz orada qüvvətli bir məqam sahibi kimi 


____________Milli Kitabxana____________ 
 
21
iş başındasınız... və ikimiz də daşıdığımız fikir və  qənaətlər 
içərisində  hər  şeydən üstün olan türklüyə xidmətdəyik” (Bax: 
106, 69). 
         Həmin dövrün siyasi rəhbərliyində N.Nərimanov başda 
olmaqla sağ cinahda duranlarla sol cərəyan – Sarkis (A.Ter-
Danilyan), A.Mikoyan, V.Lominadze, K.Yeqorov və b. qarşı-
qarşıya dayanmışdılar.  Ədəbiyyatşünas-alim Yaşar Qarayevin 
yazdığı kimi, “N.Nərimanovun  şəxsində milli şüurun KP ilə 
qarşıdurması da iyirminci ilin mayından başlayır. Sonralar da 
onun bütün dörd illik fəaliyyəti Stalin, Kaminski, Kirov, 
Orconikidze, Mikoyan, Sarkis və Mirzoyanın timsalında hakim 
KP xətti ilə mübarizədə keçir” (59, 654-655). Sağlar 
(nərimanovçular) milli amilin, Azərbaycan mənafeyinin 
gözlənilməsi mövqeyində dayanmışdılar. Sollar isə sürətlə 
bolşevikləşdirmənin tərəfdarı idilər. Mərkəzin (Moskvanın) 
nümayəndələri – S.Orconikidze, S.M.Kirov, İ.Stalin, V.Stasova 
“sollar”a arxa durur və kömək edirdilər. 1920-ci ilin 
oktyabrında Q.Polonski Azərbaycan K (b) P MK-nın birinci 
katibi təyin edildi. Bu təyinatla Azərbaycanın bilavasitə Rusiya 
canişinləri tərəfindən idarə edilməsi dövrü başlandı. Noyabrda 
mərkəzin mövqeyini möhkəmləndirmək üçün S.Orconikidze 
“ümumi siyasi rəhbərliyi öhdəsinə götürmək  şərtilə” Bakıya 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə